Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə75/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   71   72   73   74   75   76   77   78   ...   138

161 
 
dövrün digər sənət sahələri haqqında xeyli məlumat verən obyektlərdir. Çoxəsrlik 
tarixi  təcrübə  göstərir  ki,  “şəhərsalma  sənəti  cəmiyyətin  siyasi-ictimai  quruluşu, 
iqtisadi gücü, məhsuldar qüvvələri, mədəniyyət və incəsənətin inkişaf səviyyəsi ilə 
çox  bağlıdır”.
52
  O,  xalqın  taleyi  ilə,  qədim  adət-ənənələri,  milli  xüsusiyyətləri, 
psixologiyası,  habelə  təbii-iqlim  şəraiti  ilə  şərtlənən  mürəkkəb  yaradıcılıq 
sahəsidir. 
XIV əsrin sonlarından etibarən Şərq ölkələrində (eləcə də Azərbaycanda) 
şəhərlərin əhəmiyyəti yenidən artmağa başladı, onların bir çoxu inzibati mərkəzlərə 
çevrildi.  Bu  dövrdə  hökmdarların  iqamətgahları  əvvəllər  olduğu  kimi  uzaq  və 
əlçatmaz  qalalarda  deyil,  məhz  şəhərlərdə  yerləşirdi.  Məsələn,  XV  əsrdə  Bakının 
Şirvanşahlar  dövlətinin  paytaxtına  çevrilməsi  prosesini,  şəhərsalma  tədbirlərinin 
miqyasını  xatırlamaq  kifayətdir.
53
  Orta  çağların  Azərbaycan  şəhərlərinin  çoxusu 
müdafiə funksiyası daşıyan qala divarları ilə əhatə olunduğu üçün onların inkişafı 
məhdudlaşmışdı.  Yalnız  “Ərdəbil XIV-XVI əsrlər ərzində  qala  divarları ilə əhatə 
olunmadığına  görə  nisbətən  azad  planlaşma  əsasında  inkişaf  etmişdir”.
54
  Avropa 
şəhərlərindən  fərqli  olaraq  Azərbaycanın  orta  əsr  şəhərlərində  yeni  müdafiə  xətti 
tikilərkən  köhnəsi  dağıdılmırdı,  nəticədə  bir  çox  Azərbaycan  şəhərləri  iki,  bəzən 
isə üç müdafiə xəttinə malik idi. Şəhər planının müdafiə sistemindən asılılığı onun 
strukturuna  və  kompozisiyasına  böyük  dəyişiklik  gətirə  biləcək  əsaslı  şəhərsalma 
işlərinin  aparılmasını  çətinləşdirirdi.  Orta  əsrlər  ərzində  Azərbaycanda  şəhərlərin 
plan quruluşunun əsrlərlə çox az dəyişməsi səbəblərindən biri də məhz bu idi. 
İslam  Şərqində  özünün  ulu  tarixi,  nəfis  sənətkarlığı,  qüdrətli  memarlığı, 
zəngin  mədəniyyəti,  böyük  ticarəti  və  qaynar  şəhər  həyatına  görə  Təbrizlə 
müqayisə  oluna  biləjək  şəhər  çox  azdır.  1400-cü  ildə  Bağdadın  Əmir  Teymur 
tərəfindən  yenidən  dağıdılması  Təbrizin  iqtisadi  və  mədəni  inkişafını  daha  da 
sürətldəndirmişdi.  Uzun  müddət  ərzində  müxtəlif  dövlətlərin  paytaxtı  olması  bu 
şəhərin  yüksələn  xətlə,  sabit  inkişafını  təmin  etmişdir.  Şəhərin  plan  quruluşunun 
formalaşmasında  ticarət  binalarının  (bazarların)  böyük  rolu  olmuşdur.  XV  əsrdə 
“Qeysəriyyə”nin  tikilməsindən  sonra  genişmiqyaslı  tikinti  tədbirləri  nəticəsində 
Təbriz xüsusilə qərbə doğru sürətlə böyümüşdü. Bu dövrdə memarlığın inkişafını 
zəruri edən obyektiv şərtlər aşağıdakılar idi: 
1.İslam  dini  ideologiyası  -  məscidlərin,  mədrəsələrin,  müxtəlif  dini 
təyinatlı obyektlərin inşasını tələb edirdi
2.Ticarət  və  sənətkarlığın  artımı  -  müxtəlif  tipli  bazarların,  dükanların, 
karvansaraların, ovdanların və s.-nin tikintisini zəruri etmişdi
3.Şəhərlər, ölkələr arasındakı  inteqrasiya, əlaqə  meyli  - ticarət  yollarının, 
körpülərin və s.-nin salınmasını tələb edirdi. 
4.Hakim  sinfin  mənafeləri  -  sarayların,  saray  komplekslərinin,  müxtəlif 
təyinatlı emalatxanaların tikilişini zərurətə çevirmişdi. 
5.Yaşayış  məskənlərinin  qorunması  zərurəti  -  müxtəlif  müdafiə 
obyektlərinin (qalaların, qüllələrin, qala divarlarının), istehkamların inşasını zəruri 


162 
 
edirdi.  Hərbi-siyasi  münaqişələrlə  zəngin  olmuş  orta  çağlarda  bu  zəruri  şərtlər 
(xüsusilə  sadalanmış  son  şərt  -  müdafiə  zərurəti)  daim  yaşarı  idi,  fasiləsizliyi  ilə 
diqqəti cəlb edirdi. 
XV  əsr  Azərbaycan  memarlığının  təkamülündə  klassik  yetkinlik  çağıdır. 
Bu  zaman  ölkənin  tikinti  sənətində  XIII  və  XIV  əsrlərə  xas  olmuş  axtarış  və 
eksperiment vüsəti duyulmurdu. Bu dövrün Azərbaycan memarlıq obyektləri artıq 
sabitliyi  və  bitkinliyi  ilə  seçilirdi.  Bu  əsrdə  xatirə  tikililəri  nisbətən  (XI-XIV 
əsrlərə) az idi. Dini tikililərin inşasında isə XV əsrdə çox böyük irəliləyiş vardı. 
1465-ci  ildə  Təbrizdə  tikilmiş  “Göy  məscid”  (yaxud  Cahanşah  məscidi) 
“orta  əsr  Azərbaycan  memarlıq  dekorunun  az  qala  bütün  nailiyyətlərini  özündə 
toplamışdır”.
55
  Onun  inşasında  müxtəlif  materiallardan  və  üsullardan  istifadə 
olunmuşdur: 
1. Yığma kaşı mozaikası, 
2. Mərmər və kəc üzərində oyma. 
3. Bişmiş və şirəli kərpiclərin naxışlı hörgüsü və s. 
Lakin “Göy məscid”in diqqəti cəlb edən başlıca cəhəti inkişaf etmiş kaşı 
bəzəyidir.  Məscidin  bəzəyində  göy  və  mavi  rəngli  kaşılardan  daha  çox  istifadə 
olunmuşdur. Məhz buna görə də həmin memarlıq abidəsi “Göy məscid” adlanır. 
Həmin  əsrin  Şirvan  abidələrinin  əsas  kütləsi  Bakıda  və  Abşeron 
kəndlərindədir.  Bunlar  məscidlər,  karvansaralar,  hamamlar  və  xatirə  tikililəridir. 
Lakin “Planlaşma prinsipi və memarlıq bədii həllin ümumiliyi, binaların bir-birinə 
yaxın  illərdə  tikilməsi  və  kompleksin  qısa  bir  dövrdə  formalaşması  (XV  yüzilin 
ikinci rübündə) belə bir fikir oyadır ki, Şirvanşahlar sarayı ansamblı bir memarın 
nəzarəti altında inşa edilmişdir. Ola bilsin ki, ansamblın “baş memarı” Şirvanşahlar 
türbəsinin baş tağındakı medalyonda adını yazmış Memar Əlidir”.
56
 
Azərbaycan  memarlarının  Türküstanda  və  Xorasanda  (Herat)  yaradıcı 
fəaliyyəti Əmir Teymurun və onun sülaləsinin hakimiyyəti illərində geniş miqyas 
almışdı.  Bu  dövrdə  memarlıq-tikinti  sənətinin  başlıca  mərkəzi  Azərbaycandan 
Mərkəzi Asiyaya - vaxtilə Elxani paytaxtı olmuş Təbrizdən Səmərqəndə keçdi. 
Sənətkarların kütləvi surətdə buraya gətirilməsi XV əsr mədəni inkişafının 
diqqəti  cəlb  edən  cəhətlərindəndir.  Teymur  və  Şahrux  bu  sahədə  xüsusilə 
“fərqlənmişlər”.  Teymur  Səmərqəndin  memarlıq  baxımından  inkişafına  şəxsən 
nəzarət edir, paytaxtın “ulu fatehin” adına layiq səviyyədə yüksəlişinə can atırdı. 
Lakin “bir qədər paradoksal görünsə də, Teymurun monumental abidələri 
ölçücə  Azərbaycanın  Elxani  abidələrini  ötə  bilmədi.  Müqayisə  üçün  deyək  ki, 
Teymurun  tikdirdiyi  binalarda  ən  böyük  tağ  aşırımı  22,5  metr,  ən  iri  günbəz 
diametri 14,6 metr olduğu halda Təbriz Əlişah məscidinin tağ aşırımı 30 metrdən 
bir az çox, Olcaytu xan türbəsinin günbəz diametri isə 25,5 metr idi. Belə böyük 
təcrübəsi olan məktəbin memarları - Azərbaycanlı sənətkarlar təbii olaraq Teymur 
sarayında  yüksək  mövqe  tutur,  Əmirin  ən  mühüm  memarlıq  sifarişlərini  yerinə 
yetirirdilər”.
57
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə