Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   4   5   6   7   8   9   10   11   ...   138

19 
 
açılmışdı).  O,  ictimai  və  siyasi  görüşlərini  fars  dilində  yazdığı  “Siyasətnamə” 
əsərində əks etdirmişdir. Əsərdə Azərbaycan, Xürrəmilər, Babək hərəkatı haqqında 
da məlumat vardır. Nizaməlmülk bu əsəri 1076-cı ildə “30 fəsildə yazıb Məlikşaha 
təqdim  etmiş”,  sonralar  isə  əsərə  əlavələr  olunmuş,  “kitab  50  və  ya  51  fəslə 
çatmışdır”.
25 
Nizaməlmülk Babək hərəkatının Ərəb xilafətinin varlığı üçün böyük 
təhlükə  olduğunu  və  Xilafətin bu təhlükədən qurtulduğunu bu cür ifadə  etmişdir: 
“Mötəsim  üç  qələbə  çalmışdır,  hər  üçü  də  İslamın  qüvvətlənməsinə  səbəb 
olmuşdur.  Biri  -  Rum  (Bizans  –  red.),  ikincisi  Babək,  üçüncüsü  təbəristanlı 
Maziyar  Qəbr  üzərindəki  qələbə  idi.  Bu  üç  qələbədən  biri  belə  baş  tutmasaydı, 
İslam məhv olub gedərdi”.
26
 
Ərəb tarixçisi İzzəddin Əbülhəsən Əli ibn Məhəmməd ibn əl-Əsir (1160-
1233/34) 12 cildlik “Əl-Kamil fi-t-tarix” (“Mükəmməl tarix”) əsərinin müəllifidir. 
Əsərdə  ən  qədim  dövrlərdən  1231-ci  ilədək  baş  vermiş  hadisələr  şərh  olunur. 
Müəllif  Azərbaycanın  ictimai-iqtisadi,  siyasi  və  mədəni  həyatına  dair  (ərəblərin 
Azərbaycanı  işğal  etməsi  və  bundan  sonrakı  faktlar)  zəngin  məlumatlar 
vermişdir.
27
  “İbn  Əl-Əsirin  ət-Təbəri,  əl-Bəlazuri  və  digər  müəlliflərə  etdiyi 
əlavələr  onun  əsərlərini  Azərbaycan  tarixinə  aid  mühüm  müstəqil  mənbə  kimi 
qiymətləndirməyə haqq verir”.
28
 
Tarixçi,  coğrafiyaşünas,  səyyah,  dilçi  Yaqut  ibn  Abdullah  ər-Rumi  əl-
Həməvinin (1179-1229) “Mücəm əl-buldan” (“Ölkələrin əlifba sırası ilə siyahısı”) 
adlı  coğrafi  lüğəti  Azərbaycanın  və  Arranın  tarixinin  tədqiqi  üçün  mühüm 
qaynaqlardandır. Müəllif mənşəcə Kiçik Asiyalı yunan idi. O, başlıca əsərini 1224-
cü ildə yazmış, əsərində 16 min toponim, habelə Azərbaycanın təqribən 90 yaşayış 
məntəqəsi  və  s.  haqqında  məlumatlar  vermişdir.  O,  VII  –  VIII  əsrlərdə    yaşamış 
təqribən 1100 nəfər elm, mədəniyyət və din xadimlərinin həyat və yaradıcılığından 
bəhs edən “İrşad əl-Ərib ilə mərifət əl-ədib” (“Ağıllı adamlara yazıçıları tanıtmaq 
üçün  öyüd”)  və  ya  “Mucəm  əl-udəba”  adlı  əsərini  1218-ci  ildə  tamamlamışdır 
(Əbdələziz  əl-Bərdəi,  Xətib  Təbrizi,  Məkki  əl-Bərdəi,  Səid  əl-Əzdi  və  digər 
Azərbaycan alimləri haqqında da məlumat vermişdir). Dövrün Azərbaycan mədəni 
həyatı,  mədəniyyət  xadimləri  haqqında  məlumat  verən  mənbələr  arasında 
“Yaqutun  bilavasitə  bu  janra  (bioqrafik  janra  –  red)  həsr  edilmiş  “İrşad  əl-ərib” 
əsəri xüsusi yerlərdən birini tutur. Alimin digər “Mücəm əl-buldan” və “Kitab əl-
müştərik”  əsərləri  isə  bu  janra  aid  olmasalar  da,  azərbaycanlılar  və  onların  dili, 
dini,  dünyagörüşü,  incəsənət,  beynəlxalq  əlaqələr  və  s.  haqqında  məlumat 
verirlər”.
29
  Müəllifin  “həm  coğrafi,  həm  də  ədəbi  lüğətləri  Azərbaycanın  məşhur 
şəxsiyyətlərinin  adlarını  üzə  çəxarmaqla  yanaşı  monqollara  qədərki  dövrün  elmi 
həyatı, o cümlədən Azərbaycanla müsəlman dünyasının digər ölkələri arasında baş 
verən elmi-ədəbi əlaqələri öyrənmək baxımından olduqca qiymətli mənbələrdir”.
30
 
Coğrafi  lüğət  olan  “Mücəm  əl-buldan”  böyük  kompilyativ  əsərdir.  “Burada  çoxu 
bizə gəlib çatmayan yüzdən artıq ilk mənbədən istifadə edilmişdir”.
31
 


20 
 
Ərəb  müəllifi  İbn  əl-Füvatinin  (1244-1326)  “Təlxis  məcmə  əl-ədəb  fi 
mücəm  əl-əlqəb)  (“Ləqəblər  lüğətindəki  məlumatların  qısaldılmış  toplusu”)  adlı 
əsərinin  Azərbaycan  mədəniyyətinin  XIII  əsrin  II  yarısında  –  XIV  əsrin 
əvvəlindəki  inkişafı  prosesini  öyrənmək  üçün  böyük  əhəmiyyəti  vardır. 
Araşdırıcıların  ixtiyarında  olan  bu  əsər  vaxtilə  50  cilddən  ibarət  olmuş  böyük 
əsərin  yalnız  müxtəsər  formasıdır.
32
  Bağdadda  anadan  olmuş,  14  yaşında 
monqollara  əsir  düşmüş  ibn  əl-Füvati  dövrünün  məşhur  astronomu  və  elm 
təşkilatçısı,  dövlət  xadimi  Nəsirəddin  Tusinin  təklifi  ilə  Marağa  rəsədxanası 
nəzdində  olmuş  kitabxananın  xazini  (  mühafizəçisi)  vəzifəsində  çalışmışdır.  O, 
ömrünün  56  ildən  artıq  qismini  öncə  Marağa  rəsədxanasının  kitabxanasında 
(burada 400 min cild kitab vardı) və əl-Müstənsiriyyə mədrəsəsinin kitabxanasında 
(80 min cild) çalışmış, oradakı kitablardan lazımınca bəhrələnmişdir. İbn əl-Füvati 
mahir  xəttat  kimi  tanınmış,  dövrün  bir  çox  elmi  biliklərinə  yiyələnmiş,  bir  sıra 
dövlət  vəzifələrində  olmuş,  tərcüməçi  kimi  də  fəaliyyət  göstərmişdir.
33 
Onun 
əsərində  dövrün  tanınmış  Azərbaycan  alimləri,  mədəniyyət  xadimləri, 
ilahiyyatçıları,  onların  Azərbaycanda,  habelə  İslam  Şərqinin  başlıca  mədəniyyət 
mərkəzlərində fəaliyyətinə dair mühüm məlumatlar vardır. Bu əsərdə 19 mədrəsə, 
xüsusilə  Bağdadda  fəaliyyət  göstərmiş  mədrəsələr  haqqında  məlumatlar  verilir.
34
 
Həmin  mədrəsələrin  çoxunda  dövrün  Azərbaycan  mədəni  xadimləri  təhsil  almış, 
müəllimlik  etmişdir.  “Təlxis”  Azərbaycan  mədəniyyəti  tarixi  üzrə  qiymətli 
mənbədir və  özündə  başqa  mənbələrdə  olmayan, az tanınan və  nadir  məlumatları 
ehtiva edir”.
35
 
Dövrün  Azərbaycan  mədəniyyətinin  araşdırılması  gedişində  əhəmiyyət 
kəsb  edən  ərəbdilli  mənbələrdən  biri  də  Bədrəddin  Mahmud  əl-Ayninin  (1363-
1451)  “İqd  əl-cuman  fi  tarix  əhl  əz-zaman”  (“Dövrün  şəxsiyyətlərinin  tarixi 
haqqında mirvari boyunbağı”) əsəridir.
36
 “Öncə 24 cilddən ibarət olmuş bu əsər 8 
cild halına  salınmış, daha sonra  isə  4 cilddə  təqdim olunmuşdur”
37
  Mənşəcə  türk 
olmuş  Bədrəddin  Mahmud  əl-Ayni  Misirin  türk  mənşəli  məmlük  sultanlarına 
xidmət etmiş, bir neçə məntəqədə baş qazı vəzifəsini yerinə yetirmiş, uzun müddət 
diplomatiya  sahəsində  çalışmış,  mədrəsədə  tarix,  hüquq,  hədis,  qrammatika 
fənlərindən  mühazirələr  oxumuşdur.  O,  Qahirə  şəhərində  Ayniyyə  mədrəsəsini 
təsis  etdirmişdi.
38
  Əsərin  Azərbaycan  tarixilə  bağlı  olan  IV  cildi  1224-cü  il 
hadisələrinin təsviri ilə başlanır.
39
 Dövrün (XIII – XV əsrin I yarısı) başlıca hərbi-
siyasi,  diplomatik  hadisələri  bu  cilddə  öz  əksini  tapmışdır.  Bu  dövrdə 
Azərbaycanda elmin müxtəlif sahələrinin əlverişli şəraitdə  inkişaf etməsi faktı əl-
Ayninin əsərlərindət tədqiq olunur, dövrün tanınmış Azərbaycan alimlərinin adları 
sadalanır, Nəsirəddin Tusinin fəaliyyətinin əsas nəticəsi olmuş Marağa rəsədxanası 
barədə  xeyli  məlumat  verilir.
40
  Müəllif  Azərbaycanda  memarlığın  inkişafı  faktına 
xüsusi  fikir  vermiş,  Əlişah  məscidinin  xarici  görkəmi,  daxili  quruluşu,  fəaliyyəti 
haqqında  ətraflı  məlumat  vermiş,  Sultaniyyə  şəhərinin  salınması,  memarlıq 
komplekslərinin  (“Arquniyyə”,  “Qazaniyyə”,  “Sultaniyyə”  və  s.)  yaradılması 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə