Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə80/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   76   77   78   79   80   81   82   83   ...   138

172 
 
rolu  getdikcə  artırdı.
10
  Şah  I  Təhmasib  dövründə  ağır  tamğa  vergisinin  ləğv 
edilməsi  Azərbaycanda  sənətkarlığın  və  ticarətin  inkişafına  müsbət  təsir  göstərdi. 
Sənətkarlıq  məhsulları  (keramika  və  xalçaçılıq  məmulatı,  ipək  parçalar,  dəri 
məmulatı və s.)  həm daxili tələbatı ödəyir, həm də Xarici ölkələrlə ticarətdə satış 
obyekti  olurdu.  Azərbaycan  sənətkarlığı,  sənəti  incəsənətlə  sıx  əlaqə  şəraitində 
inkişaf etməkdə idi. “Səfəvilər dövründə heç bir zaman olmadığı kimi, feodalizmə 
xas olan sənətkarlıqla incəsənətin ən sıx əlaqəsini müşahidə etmək olar”.
11
 Dövlət 
tərəfindən  təşkil  olunmuş  bir  çox  sənətkarlıq  karxanalarında    (xüsusilə  xalçaçılıq 
sahəsində)  miniatürçü  rəssamlar,  kalliqraflar  (xəttatlar)  və  sənətkarlar  birgə 
çalışırdılar.  Ümumiyyətlə,  XVI  əsrdə  Azərbaycan  sənətkarlığı  əmək  bölgüsü 
prosesinin  dərinləşməsi  baxımından  diqqəti  cəlb  edir.  Toxuculuq,  xalçaçılıq,  dəri 
məmulatı istehsalı, boyaqçılıq işi, metalların emalı, dulusçuluq, ağac emalı, inşaat 
işləri  və  s.  sənətkarlığın  başlıca  sahələri  idi.  Sənətkarlıq  məmulatının  bir  çoxu 
nəinki  maddi-məişət  tələbatını,  habelə  mənəvi-estetik  tələbatı  ödədiyinə  görə  əsil 
incəsənət  əsərləri  hesab  olunmağa  layiqdir.  XVI  əsrin  Azərbaycan  sənətkarlığına 
xas  olan  rəngarənglik,  sənətkarlıq  məmulatlarının  incəsənət  əsərlərinə  yaxınlığı 
ümumiyyətlə Şərq ölkələrinin əksəriyyəti üçün səciyyəvi hadisədir.12 
Sənətkarlığın,  mədəniyyətin  inkişafının  başlıca  mərkəzləri  XVI  əsrdə  də 
Azərbaycan  şəhərləri  idi.  Şəhərlər  cəmiyyətin  ictimai-iqtisadi  quruluşu  ilə 
şərtlənən,  ictimai,  siyasi,  iqtisadi  amillərin  təsiri  altında  daim  dəyişən  tarixi 
kateqoriyadır.  XVI  əsrdə  də  Azərbaycan  şəhərləri  sənətkarlığın  və  ticarətin 
mərkəzləri  idi.  Təbriz,  Gəncə,  Ərəş,  Ərdəbil,  Culfa  ümumdövlət  əhəmiyyətli, 
Bərdə, Marağa, Naxçıvan, Dərbənd kimi şəhərlər isə  vilayət  miqyaslı  mərkəzlərə 
çevrilmişdi. Azərbaycanda şəhər əhalisinin kənd əhalisinə olan nisbəti çox yüksək 
idi.  Məhsuldar  aqrar  zəminin  mövcudluğu  və  ticarət  fəaliyyətinin  yüksək  inkişaf 
səviyyəsi  şəhər  əhalisinin  faizinin  yüksəkliyini  təmin  edirdi.  Hələ  XIII-XIV 
əsrlərdə  Azərbaycanda  şəhər  əhalisi  ölkə  əhalisinin  40  faizini  təşkil  etmişdir.
13
 
Urbanizasiya səviyyəsinə görə Azərbaycan bir çox Avropa ölkələrindən üstün idi. 
Yüksək  urbanizasiya  səviyyəsi  orta  əsrlərin  Şərq  ölkələrinin  əksəriyyəti  üçün 
səciyyəvi hal olmuşdur. 
Səfəvi  dövlətinin  ərazisində  1571-1573-cü  illərdə  olmuş  Vinçenso 
d’Alessandrinin  məlumatında  52  şəhərin  adı  çəkilir.
14 
Ərdəbil,  Qəzvin,  Şamaxı, 
Ərəş,  Bakı,  Sultaniyyə,  Mərənd,  Xoy,  Maku,  Xalxal,  Şabran,  Dərbənd, 
Mahmudabad, Niyazabad və s. yaşayış məntəqələri çoxfunksiyalı şəhərlər sırasında 
idi.    Azərbaycan  şəhərləri  üçün  səciyyəvi  olan  cəhət  onların  yarımaqrar  səciyyə 
daşıması  idi.  Sənətkarlığın  əkinçilikdən  ayrlması  prosesi  başa  çatmamışdı.
15
 
Azərbaycan  şəhərləri  içərisində  Təbriz,  Qəzvin  və  Ərdəbil  müstəsna  mövqeyə 
malik  idilər.  Əvvəlki  tarixi  dövrlərdə  Hülakülər  (Elxanilər),  Cəlairilər, 
Qaraqoyunlu  və  Ağqoyunlu  dövlətlərinin  paytaxtı  olmuş  Təbriz  1555-ci  ilədək 
Səfəvi dövləti üçün də bu funksiyanı yerinə yetirmişdir. Azərbaycanda 30-dan artıq 
şəhərin olduğunu göstərən Orucbəy Bayat qeyd edirdi ki, “onların arasında ən irisi 


173 
 
Təbrizdir, türklər onu ələ keçirib dağıntıya məruz qoyanadək onun əhalisi 360 min 
nəfər olmuşdur”.
16
  Azərbaycan mədəniyyətinin (incəsənətinin, elmin, ədəbiyyatın, 
maarifin  və  b.)  tərəqqisi  prosesində  (xüsusilə  XVI  əsrdə)  Təbrizin  rolu  böyük 
olmuşdur.  “Şirvan əhalisinin  15 şəhərdə  cəmləşdiyini”  qeyd edən Orucbəy Bayat 
“Şamaxıda  225  min  nəfərin  yaşadığını”  göstərirdi.
17
  Gəncə  şəhərində  də  bu 
miqdarda  əhalinin  sakin  olduğu  qeyd  edilir.  XVI  əsrin  II  yarısında  Səfəvilər 
dövlətinin  paytaxtının  Qəzvinə  köçürülməsi  onun  əhəmiyyətini  artırdı.  Orucbəy 
Bayat XVI əsrin sonlarında Qəzvində 450 min nəfərin yaşadığını göstərir.
18 
Çoxsaylı  əhaliyə  malik  olan,  geniş  funksiyaları  yerinə  yetirən,  ölkənin 
mədəni həyatında başlıca rol oynayan şəhərlərin inkişafı həm daxili, həm də xarici 
bazarlarda  sənətkarlıq  istehsalı  məhsullarına  olan  tələbatın  artmasından  irəli 
gəlirdi. “Kapital yığımı prosesinin intensiv xarakter kəsb etdiyi Avropa ölkələrində 
əmtəə-pul  münasibətlərinin  inkişafı  Asiyada  da  bu  iki  qitə  arasındakı  tranzit 
ticarətin  güclənməsinə  yardım  edirdi  və  bu  ticarətdə  Azərbaycan  şəhərləri 
əhəmiyyətli rol oynayırdı.”
19 
Lakin Azərbaycan şəhərlərinin inkişafı ziddiyyətli idi. 
“Yüz  minlərlə  əhaliyə  malik  iri  şəhərlərin  olması  (Şərqin  bir  çox  ölkələri  üçün 
səciyyəvidir), çoxlu ictimai-iqtisadi və siyasi amillərin  məcmusundan asılı olaraq 
baş  verən  kəskin  demoqrafik  dəyişikliklər  tədqiq  olunan  dövrün  şəhər  həyatının 
səciyyəvi cəhətlərini təşkil edir”.
20
  Azərbaycan  şəhərlərinin  inkişafına  mənfi  təsir 
etmiş  ən  mühüm  amil  Osmanlı  işğalları  və  talanları  idi.  Məsələn,  O.Əfəndiyev 
dövrün  mənbələrinə  əsaslanaraq  1585-ci  ilin  20-23  sentyabrında  Osmanlı 
türklərinin  hücumuna  məruz  qalmış  Təbriz  haqqında  yazmışdır:  “Osmanlı  işğalı 
ərzində  Təbriz  “İslam  şəhərləri  içərisində  tayı-bərabəri  olmayan”abad  şəhərdən 
mahiyyətcə  yarıdağıdılmış,  əhali  tərəfindən  tərk  olunmuş  ölü  şəhərə  çevrildi. 
Məlumat  var  ki,  Təbriz  müdafiənin  ilk  3  günü  ərzində  özünün  300  illik  keçmiş 
tarixi ərzindəkindən daha çox zərər çəkmişdi”.
21
 Lakin bütün hərbi-siyasi səciyyəli 
əngəllərə  baxmayaraq,  Təbriz,  habelə  digər  Azərbaycan  şəhərləri  mədəni-tarixi 
prosesinin mənbələri kimi daim yenidən dirçəldilirdi. 
XVI  əsrdə  Azərbaycan  mədəniyyətinin  müxtəlif  sahələrinin  tərəqqisinə 
ideoloji  amillərin  də  güclü  təsiri  olmuşdur.  Orta  əsrlər  dinin  aparıcı  ictimai  şüur 
forması  olması  faktı  ilə  səciyyəvidir.  Azərbaycanda  Səfəvilər  sülaləsinin 
hakimiyyətə gəlməsində din amilinin rolu mühüm olmuşdur. “Səfəvilərin başçıları 
ruhani feodalları olduğundan, əhali kütlələri içərisində onların nüfuzu başqa feodal 
hakimlərinin  nüfuzundan  həmişə  yüksək  olmuş,  bu  isə  Səfəvilərə  daim  bu  və  ya 
başqa  hərəkatın  başçısı  kimi  çıxış  etmək  imkanı  vermişdir.  İstər  Qaraqoyunlu, 
istərsə  Ağqoyunlu  hakimiyyəti  öz  ərazisində  Səfəvilərin  müstəqilliyinə  dözməli 
olurdular.  Bu  vəziyyət  Səfəvilərin  getdikcə  güclənməsinə  kömək  etmiş  və  onlar 
xüsusilə  Ağqoyunlular  və  Şirvanşahlar  hakimiyyətinə  qarşı  durmuşlar”.
22 
Orta 
əsrlərdə din amilinə biganə olmuş dövlətlər daim böhran keçirmiş, bir çoxları isə 
iflasa  uğramışlar.  Ağqoyunlu  və  Şirvanşahlar  dövlətləri  də  bu  biganəliyin 
“qurbanı”  oldular.  “Dövlətə  və  cəmiyyətə  münasibətdə  din  möhkəmləndirici  əsas 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə