Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   5   6   7   8   9   10   11   12   ...   138

21 
 
məsələlərinə  xeyli  diqqət  yetirmişdir.  Əl-Ayni  inşaat  işlərində  insanın  iştirak 
etdiyini xüsusilə qeyd edir.
41
 Bu mənbə məlumatlarından “belə bir nəticəyə gəlmək 
olur  ki,  ilk  monqol  yürüşlərindən  sonra  potensialı  zəifləmiş  Azərbaycan 
mədəniyyəti  tezliklə  yeni  inkişaf  imkanları  qazanmışdı...  Əsrin  II  yarısından 
etibarən  yeni  qüdrətli  dövlətin  mərkəzinə  çevrilən  Azərbaycan  mədəni  inkişaf 
prosesində  əski  mövqeyini  bərpa  etdi.  Vaxtilə  Azərbaycanı  tərk  etmiş  alim  və 
mütəfəkkirlər,  mahir  sənətkarlar  vətənə  qayıtdılar,  hakim  sülalənin  himayəçiliyi 
şəraitində  fəaliyyətlərini  davam  etdirdilər”.
42
  Təbiidir  ki,  Bədrəddin  Mahmud  əl-
Ayni  müasiri  olmadığı  zamanların  tarixi  hadisələrini,  faktlarını  ərəbdilli,  farsdilli 
mənbələrdən  əxz  etmiş,  həmin  məlumatları  öz  əsərinə  əlavə  etmişdir.  Beləliklə, 
uzun müddət ərzində həyat və fəaliyyəti, başlıca əsəri xüsusi araşdırma obyektinə 
çevrilməmiş  Bədrəddin  Mahmud  əl-Ayninin  Azərbaycan  mədəni  mühiti  ilə  bağlı 
olan məlumatları bizim üçün çox mühümdür. 
İran  tarixçisi,  coğrafiyaşünası  Həmdullah  Mustovfi  əl-Qəzvininin 
(1281/82-1349/50)  “Tarixi-qozide”  (“Seçilmiş  tarix”),  “Nüzhət  əl-qülub” 
(“Qəlblərin  əyləncəsi”),  “Zəfərnamə”  əsərləri  vardır.  O,  vəzir  Fəzlullah 
Rəşidəddinin  yanında  maliyyə  məmuru  işləmişdir.  Onun  I  əsərində  xürrəmilər 
hərəkatı,  Şirvanşahlar  sülaləsi,  Səlcuq  sultanları,  Eldənizlər  sülaləsi,  II  əsərində 
Azərbaycanın  iqtisadi  vəziyyəti,  şəhərləri,  elm  və  mədəniyyət  xadimləri, 
monqolların  hücumu  haqqında  məlumatlar  verilir.
43
  Əsərlərini  farsca  yazmış  bu 
müəllifin “Zeyle-tarixe-qozide” əsəri də vardır.
44
 
Zəkəriyyə  ibn  Məhəmməd  ibn  Mahmud  əl-Qəzvini  (1203-1283)  ərəb 
tarixçisi  və  coğrafiyaşünasıdır.  Onun  “Asar  əl-bilad  və  əxbar  əl-ibad” 
(“Ölkələrdəki abidələr və allah bəndələri haqqında xəbərlər”) əsərində (1275-1276-
cı  ildə  tamamlanmışdır)  Azərbaycanın  şəhərləri,  Xətib  Təbrizi,  Nizami  Gəncəvi, 
Xaqani  Şirvaninin  həyat  və  fəaliyyətinə  dair  məlumatlar  da  vardır.  Azərbaycan 
alimi  Əbdürrəşid  Bakuvi  özünün  “Abidələrin”  xülasəsi  və  qüdrətli  hökmdarların 
möcüzələri” (“Kitab təlxis əl-asar va acayib əl-malik əl-qəhhar”) əsərini yazarkən 
Zəkəriyyə Qəzvininin bu coğrafi əsərinə istinad etmişdir.
45
 
Zeynəddin  bin  Həmdullah  əl-Qəzvini  XIV  əsrin  İran  tarixçisidir, 
Həmdullah  Qəzvininin  oğludur.  O,  atasının  “Tarixi-qozide”  əsərinə  1341-1392-ci 
illərdə  Azərbaycanda  və  İranda  baş  vermiş  tarixi  hadisələrin  təsvirini  artırmışdır. 
Əsərdə bu dövrün başlıca hərbi-siyasi hadisələrinin təsviri verilir və bu hadisələrin 
mədəni  mühitə  təsiri  dərəcəsini  öyrənmək  baxımından  o,  qiymətli  mənbələrdən 
biridir.  Ümumiyyətlə,  “XIII  –  XIV  əsrlərdə,  Şərq  ölkələrində,  o  cümlədən 
Azərbaycanda  və  İranda  tarix  elmi  nəzərəçarpacaq  dərəcədə  irəliləmişdi.  Akad. 
V.V.  Bartold  bu  dövrü  “Fars  (İran)  tarixşünaslığının  qızıl  əsrləri” 
adlandırmışdır”.
46
 
Əlaəddin  Əta  Məlik  ibn  Bəhaəddin  Məhəmməd  əl-Cüveyni  (1225/1226-
1283) İran tarixçisi, siyasi xadimi olmuşdur. 1259-cu ildə Hülakü xan onu Bağdad 
hakimi  (məlik)  təyin  etmişdi.  1281-ci  ildə  o,  vəzifəsindən  uzaqlaşdırıldı.  1282-ci 


22 
 
ildə Elxan Əhməd Tekudar onu dövlət vəzifəsinə qaytardı, lakin tezliklə o, əmlakı 
müsadirə olunaraq vəzifədən çıxarıldı. Cüveyni Arranda vəfat etmişdir. O, 1260-cı 
ildə  3  cildlik  “Tarixi-cahanguşay”  (“Dünya  fatehinin  tarixi”)  əsərini  (farsca) 
tamamlamışdır.  Əsərdə  monqolların  Azərbaycana  hücumları,  Xarəzmşah 
Cəlaləddinin  ölkəni  işğal  etməsi,  monqolların  vergi  siyasətinə  qarşı  Təbriz 
əhalisinin çıxışı barədə məlumatlar vardır. 
İran alimi, həkim və tarixçi, dövlət xadimi Rəşidəddin Fəzlullah Əbülxeyr 
Həmədani  (1247,  Həmədan  –  1318,  Təbriz)  “Cami  ət-təvarix”  (“Tarixlərin 
toplusu”)  əsərinin  (1300,  1301-ci  ildə  başlanmış,  1310-1311-ci  ildə 
tamamlanmışdır)  müəllifi  kimi  tanınır.  O,  Abaqa  xanın  (1265-1282)  dövründə 
dövlət  işinə  cəlb  olunmuş,  Qazan  xanın,  Olcaytunun  və  Əbusəidin  vəziri 
vəzifələrini  icra  etmişdir.  Rəşidəddin  mədəniyyətin  inkişafına  himayəçiliyi  ilə 
məşhurlaşmış, Olcaytunun ölümündə  günahlandırılıb edam edilmişdir. Onun əsas 
əsəri Azərbaycan tarixinin mühüm qaynaqlarındandır.
47
 
“Cami ət-təvarix” əsərində türk xalqlarının tarixinə xüsusi diqqət yetirilir. 
XI  əsrdən  etibarən  “türkman”  adını  daşıyan  oğuzların  arasından  Səlcuqilər  və 
Osmanlı  sülalələrinin  nümayəndələri  çıxmışlar.  Əsərdə  oğuzların  tarixi  ilk  dəfə 
olaraq  ümumdünya  tarixi  kontekstində  şərh  olunur.  “Oğuzların  tarixi”nin  (“Cami 
ət-təvarix”ə daxil olan hissədir) və ya “Oğuznamə”nin xüsusiyyəti ondan ibarətdir 
ki,  o,  yazılı  mənbələrə  deyil,  əfsanə  ilə  gerçəkliyin  çuğlaşdığı  şifahi  xalq 
yaradıcılığı əsasında yaradılmışdır. “Cami ət-təvarix” əsərinin 2 babdan (hissədən) 
ibarət olan xüsusi qismi türk və monqol tayfalarının tarixinə həsr olunmuşdur və bu 
qisim  əsərin  I  cildinə  daxildir.  Oğuzların  Şirvana,  Şamaxıya,  Arrana,  Muğana, 
Azərbaycana  yürüşlərinə  həsr  olunmuş  hissələr  “Oğuznamə”nin  maraqlı 
fraqmentlərindəndir.
48
 
Məhəmməd  bin  Hinduşah  Naxçıvani  (XIII  əsrin  sonu  –  XIV  əsrin  II 
yarısı)  bir  müddət  Elxanilərin  sarayında  maliyyə  işində  çalışmış,  Fəzlullah 
Rəşidəddinin oğlu vəzir Qiyasəddin Məhəmməd Rəşidi ilə dostluq etmiş və onun 
göstərişilə  fars  dilində  “Dəstur  əl-katib  fi  təyin  əl-məratib”  (“Dərəcələrin  təyin 
olunmasında  katiblər  üçün  göstəriş”)  əsərini  yazmışdır.  Əsərdə  iqtisadi-maliyyə 
məsələlərindən başqa, görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin həyatı və 
s. barədə məlumatlar verilir, buna görə də Azərbaycan mədəniyyət problemlərinin 
tədqiqi gedişində istifadəsi zəruri olan mənbələrdəndir.
49
 
XIV  əsrin  Azərbaycan  tarixçisi  Əbu  Bəkr  əl-Qütbi  əl-Əhərinin  “Tarixe-
Şeyx  Üveys”  ümumtarix  əsəri  Cəlairi  sultanı  Şeyx  Üveysə  (1356-1374)  həsr 
olunmuşdur.  Fars  dilində  yazılmış  bu  əsərin  1304-1359-cu  illərdə  baş  vermiş 
hadisələrə  həsr  olunmuş  qismi  Azərbaycan  tarixinin  öyrənilməsi  üçün  qiymətli 
mənbədir. Əsərdə Elxanilər dövlətinin tənəzzülü və Cəlairilər dövlətinin təşəkkülü 
prosesi işlənilir.
50
 
Haqqında  bəhs  olunmuş  farsdilli  “mənbələrin  hamısı  ümumi  monqol 
tarixi, daha doğrusu, Hülakülər dövlətinin tarixi nöqteyi-nəzərindən yazılmışdır və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə