Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə129/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   125   126   127   128   129   130   131   132   ...   138

276 
 
də Azərbaycan mədəniyyətinin inkişafına mühüm təsir göstərmişdi. Azərbaycanın 
mədəni  potensialının  /ədib,  rəssam,  xəttat,  memar  və  s./  Yaxın  və  Orta  Şərq 
regionuna  səpələnməsi  bilavasitə  Osmanlı-Səfəvi  qarşıdurmasının  labüd  nəticəsi 
idi. Lakin neqativ proseslər məcmusunun nəzərəçarpacaq təsiri labüd olaraq güclü 
Azərbaycan  mədəniyyətinin təşəkkülünə  səbəb oldu. Güclü potensiala  malik olan 
Azərbaycan  ədəbiyyatı,  incəsənəti,  elmi,  fəlsəfəsi  Yaxın  və  Orta  Şərq 
mədəniyyətinin  inkaşafına  da  mühüm  təsir  göstərmişdir.  XVI  əsrin  Azərbaycan 
mədəniyyəti  dünya  mədəni  sisteminə  Şah  İsmayıl  Xətai,  Məhəmməd  Füzuli, 
Məhəmməd  Əmani  kimi  ədibləri,  əzəmətli  və  mükəmməl  Təbriz  miniatür 
məktəbini,  memarlığın,  musiqinin,  folklorun,  xəttatlığın  və  s.  mühüm  uğurlarını 
əlavə etdi. 
XVII  yüzillik  Azərbaycan  mədəniyyətinin inkişafı  üçün əlverişli deyildi. 
XVI  əsrin  sonlarından  etibarən  mədəniyyətin  inkişafı  prosesində  Səfəvilər 
dövlətinin rolu azaldı. Obyektiv (hərbi-siyasi) səbəblər üzündən dövlət paytaxtının 
1598-ci  ildə  İsfahana  köçürülməsi,  başlıca  Azərbaycan  vilayətlərinin  Səfəvilərin 
nəzarətindən  çıxması  bu  neqativ  halın  əsasında  dayanırdı.  Azərbaycan 
mədəniyyətinin inkişafı zərurət və tələbat üzündən daha demokratik zəminə keçdi 
(yəni xalqın təşəbbüsünə arxalanırdı). Folklorun, dekorativ-tətbiqi sənət növlərinin 
xüsusilə  güclü  tərəqqisi,  Azərbaycan  ədəbi  dilində  ərəb-fars  tərkiblərinin  xeyli 
azalması,  memarların,  kalliqrafların,  miniatür  rəssamlarının,  əsərlərini  klassik, 
mühafizəkar üslubda yazmaqda davam edən şairlərin, bir çox alimlərin əsasən ölkə 
xaricində  fəaliyyət  göstərməsi  bu  dövrün  mədəniyyəti  üçün  səciyyəvi  olmuşdur. 
Tarix elmində yeni uğurlar qazanılmışdı. 
Mədəniyyətin  inkişafı  üçün  şəraitin  müxtəlifliyi  baxımından  fərqlənən 
XVI və XVII  yüzilliklər  xalqımızın  mədəni-tarixi təkamülündə  vahid, ziddiyyətli 
İntibah  mərhələsinin  xronoloji  hüdudları  hesab  oluna  bilər.  İntibahın  ən  başlıca 
əlaməti  uzun,  fasiləsiz,  zəngin  tarixə  və  mədəniyyətə  malik  olan  xalqın  mədəni-
tarixi  təkamül  prosesində  özünün  antik  /qədim/  irsinə  “qayıdışıdır”,  etnogenetik 
inkişaf  prosesində  xalqın  yeniləşməsidir,  qədim  irsin  mühüm  əlamətlərinin 
“oyanışıdır”.  İntibahın  digər  əlamətləri  /mədəniyyət  faktlarının  dünyəvi  səciyyə 
daşıması,  humanizm  və  s./  də  bu  mədəni-tarixi  hadisə  üçün  səciyyəvidir.  İntibah 
ziddiyyətli  prosesdir.  Azərbaycan  xalqının  etnogenetik  təkamülündə  aparıcı  rol 
oynamış türklərin qədim irsi  XV  əsrin  sonları  -  XVI əsrin əvvəllərindən etibarən 
yenidən  dirçəlməyə  başladı.  Halbuki  bu  dövrə  qədər  türk  irsi  /dili,  ədəbiyyat 
faktları, folklor və s./ potensial imkanlarını tam şəkildə gerçəkləşdirməmişdi. Əgər 
XVI əsrə qədərki tarixi mərhələdə Azərbaycan mədəniyyəti özünü Şərq, müsəlman 
kontekstində  təzahür  etdirmişdisə,  XVI-XVII  əsrlərin  Azərbaycan  İntibahı 
ümumtürk  kontekstinə  qayıdışla  səciyyəvi  olmuşdur.  Ümumtürk  İntibahının 
mühüm  xüsusiyyətlərindən  biri  Yaxın  və  Orta  Şərqdə  XVI-XVII  əsrlərdə  hakim 
mövqelər  tutaraq,  uzunmüddətli  qarşıdurma  şəraitində  olmuş  Osmanlı  və  Səfəvi 
dövlətlərinin  timsalında  türk  siyasi  birliklərinin  sabitləşməsi  prosesi  idi  (türk 


277 
 
mənşəli Şeybanilər və Moğollar dövlətləri də dövrün önəmli siyasi qurumlarından 
olmuşdur). 
XVI  əsrdə  iqtisadi  sahədə  baş  vermiş  yüksəliş  prosesi  Azərbaycan 
İntibahının möhkəm maddi əsası olmuşdur. İqtisadi yüksəlişə xeyli mənada şimali 
və  cənubi  Azərbaycan  vilayətlərinin  vahid,  mərkəzləşmiş  Səfəvilər  dövləti 
hüdüdlarında  birləşdirilməsi  təkan  vermişdi.  İqtisadi  inteqrasiya  prosesinin 
güclənməsi  Azərbaycan  mədəniyyətinin  vahid  bir  sistem  kimi  inkişafını  təmin 
edirdi. 
XVI-XVII əsrlərdə Azərbaycan İntibahı Səfəvilər imperiyası hüdudlarında 
türk dilinin hakim rol oynaması ilə səciyyəvi olmuşdur. Bu dövrdə Azərbaycan dili 
və  ədəbi  dilinin  inkişafında  dönüş  yarandı,  yeni  dövr  başlandı,  XVI  əsrin 
sonlarından başlayaraq türk dillərində differensiasiya prosesi aydınlaşmağa başladı. 
Ədəbiyyat sahəsində bu İntibah türk dilində yazılmış bədii əsərlərin xeyli 
artması  ilə  səciyyəvidir.  Şah  İsmayıl  Xətai,  Məhəmməd  Füzuli,  Fədai  Təbrizi, 
Məhəmməd Əmani, Nemətullah Kişvəri, Həqiri Təbrizi kimi şairlərin Azərbaycan 
/türk/ ədəbi dilinin inkişafında rolu mühüm olmuşdur. 
XVI-XVII  əsrlərdə  incəsənətin  bir  çox  sahələrində  /miniatür  rəssamlığı, 
dekorativ  və  tətbiqi  sənət,  plastika,  memarlıq,  musiqi  və  s./  islamaqədərki 
inamların,  qədim  türk  irsinə,  dünyagörüşünə  “müraciətin”  səciyyəvi  olduğu 
obyektiv fakt idi. 
Azərbaycan  İntibahının  mühüm  təzahürlərindən  biri  folklorun  güclü 
tərəqqisi  və  onun  klassik,  rəsmi  üslublara  mühüm  təsiri  olmuşdur.  Azərbaycan 
eposunun  çoxşaxəli  qaynaqlarına  və  əsrlərin  dərinliyinə  gedən,  qədim  kökə  bağlı 
olan  “Şah  İsmayıl”,  “Koroğlu”,  “Aşıq  Qərib”,  “Abbas  və  Gülgəz”,  “Əsli  və 
Kərəm” dastanları XVI-XVII əsrlərin “məhsuldar dövrünün” folklor faktlarıdır. 
XVI-XVII  əsrlərdə  vahid,  qanunauyğun  proses  olan  Azərbaycan 
mədəniyyətinin  təkamülündə  yeni  dövr  başlandı.  Həmin  dövrdən  etibarən 
yeniləşən Azərbaycan mədəniyyət sistemi XVI əsrə qədərki bütün tarixi dövrlərin 
mədəni dəyərlərinə istinadlanmışdı. 
XVIII  yüzillikdə  Azərbaycan  mədəni  həyatının  bütün  sahələri  qeyri-
qənaətbəxş  inkişaf  zəminində  olmuşdur.  Lakin  XVIII  əsr  Azərbaycan 
mədəniyyətinin təkamülü prosesində bənzərsizliyi ilə seçilən mərhələdir. Artıq bu 
mərhələdə  aydınlaşdı  ki,  mədəniyyətimizin  əski  zəmində  (feodal  münasibətləri 
şəraitində),  qapalı  şəraitdə  inkişaf  imkanları  tükənmişdir.  Azərbaycan 
cəmiyyətinin,  mühitinin,  mədəniyyətinin  normal  inkişafı  üçün  yeni  zamanın 
tələbatlarına  uyğunlaşmaq zərurəti  yetişmişdir.  Artıq  XVIII əsrin sonlarına doğru 
Osmanlı  dövləti  əski  əzəmətini  itirmişdi,  yeni  inkişaf  yoluna  qədəm  qoymuş) 
Avropa dövlətləri və Rusiya yeni xammal mənbələri və satış bazarları əldə etmək 
uğrunda kəskin mücadiləyə başlamışdılar. Rusiya və Avropa dövlətləri tarixin orta 
çağlar  mərhələsində  qapılıb  qalmış,  başlıca  olaraq  siyasi  pərakəndəlikdən  əziyyət 
çəkən  Şərq  ölkələrini  (eləcə  də  Azərbaycanı)  iqtisadi  və  hərbi-siyasi  təcavüz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə