37
arasında V.İ.Qeryenin yetirməsi olmuş M.S.Korelin (1855-1899) xüsusilə seçilirdi.
M.S.Korelin Rusiyada İtalyan İntibahı problemini tədqiq etmiş ilk araşdırıcı idi.
M.S.Korelin “İtalyan İntibahının oçerkləri” adlı əsəri (1896) ilə Rusiyada bu
problemin tədqiqinin əsasını qoymuşdur. Qeyd etmək lazımdır ki, rus tarixçiləri
əlverişli obyektiv və subyektiv səbəblərə görə öz milli mədəniyyətinin
araşdırılması sahəsində keçmiş SSRİ-nin başqa milli tarixçilərinə nisbətən xeyli
irəli getmişlər.
Azərbaycan tarixşünaslığında da mədəniyyət tarixinin inkişafına güclü,
həyati ehtiyac və obyektiv zərurət hiss olunmaqdadır. Azərbaycanda mədəniyyət
problemlərinin tədqiqi istiqamətində ilk təşəbbüs Heydər Hüseynova (1908-1950)
məxsusdur. İxtisasca filosof olmuş H.Hüseynov Azərbaycan mədəniyyətinin
məşhur nümayəndələrinin fəlsəfi irsini tədqiq etməyə xüsusi fikir vermişdir. O,
çoxəsrlik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin (Nizaminin,
Xaqaninin, Nəsiminin, Füzulinin) eyni zamanda böyük mütəfəkkir, filosof
olduqlarını sübut etmişdir. Heydər Hüseynov “Azərbaycan fəlsəfəsi tarixində ilk
dəfə olaraq göstərdi ki, Azərbaycan fəlsəfəsi əsrlər ərzində ədəbiyyatla sıx əlaqə
şəraitində inkişaf etmişdir. Azərbaycan xalqının fəlsəfi fikri çoxəsrlik tarixi inkişaf
ərzində yalnız xüsusi fəlsəfi traktatlarda deyil, habelə ədəbi əsərlərdə izhar
olunmuşdur”.
131
Lakin onun başladığı mühüm işin yerinə yetirilməsində
uzunmüddətli fasilə yarandı. Son dövrdə Azərbaycan mədəniyyəti nəzəriyyəsi ilə
məşğul olan ən məhsuldar tədqiqatçı Z.Ə.Quluzadədir. Onun tədqiqat əsərləri
132
mədəniyyət nəzəriyyəsinin və mədəniyyət tarixinin nəzəri problemlərinin
tədqiqində mühüm nailiyyətdir. Z.Quluzadə problemləri fəlsəfi baxımdan nəzərdən
keçirmişdir. Onun əsərlərində Şərq regionunun, Azərbaycanın mədəniyyəti (orta
əsrlər dövrü) fəlsəfi ümumiləşdirmələr səviyyəsində tədqiq olunmuşdur.
Kulturoloji ədəbiyyatda “mədəniyyət” anlayışı, bu anlayışın mahiyyəti,
məzmunu, başlıca elementləri, tarixi tipləri haqqındakı fikirlər müxtəlifdir. Müasir
kulturoloji tədqiqatlarda bu anlayışın 250-dən artıq tərifi vardır.
133
Son zamanlar
həminanlayışa verilmiş təriflərin sayı daha da artmışdır. Anlayışa verilmiş təriflərin
çoxluğu, tərif vermiş müəlliflərin sayı və təriflərin artım dinamikası problemə olan
sonsuz marağın göstəricisidir. “Mədəniyyət” qədər çoxmənalı və geniş yayılmış
digər bir anlayışı təsəvvür etmək çətindir.
134
Mədəniyyət insanın, cəmiyyətin,
bəşəriyyətin ictimai-mütərəqqi fəaliyyətidir. Bu fəaliyyət gerçəkliyin və şüurun
bütün sahələrində vardır. Həmin fəaliyyət maddi, mənəvi dəyərlərin yaradılmasının
və “istehlakının” dialektik vəhdəti formasında gedən ziddiyyətli prosesdir. “Çox
məhdud mənada maddi və mənəvi mədəniyyəti nəzərdə tuturlar”.
135
“Mədəniyyət”
tarixi kateqoriyadır: Onun inkişafı tarixi şəraitin dəyişməsindən asılıdır.
Mədəniyyət nəzəriyyəsi sahəsində mübahisələr son 20 ildə daha da
canlanmışdır. Tədqiqatçıların əksəriyyəti mənəvi mədəniyyəti ümumiyyətlə
mədəniyyətin sinonimi kimi başa düşür. Mədəniyyət ictimai prosesdir. O, insanın
meydana gəlməsi ilə yaranır, uzun inkişaf prosesində cəmiyyəti “müşayiət edir” və
38
öz inkişafında müxtəlif mərhələlərə malikdir. Tədqiqatlardan birinin müəllifləri
qeyd edirlər ki, “mədəniyyət” və “incəsənət” kimi mürəkkəb, çox mənalı anlayışlar
ümumiyyətlə konkret tərifə sığmır. Bu anlayışların mənasının tam şəkildə açılması
ehtimalı çox azdır
136
. Maddi və mənəvi ədəniyyət bütöv, “mədəniyyət” adlanan
sistemin iki tərəfidir. Onları nə bir-birinə qarşı qoymaq, nə də eyniləşdirmək
mümkün deyildir. İnsan mədəni fəaliyyətin subyekti, mədəni dəyərlərin yaradıcısı,
aparıcısı və eyni zamanda istehlakçısıdır. Hər hansı bir mədəni fəaliyyət ictimai
səciyyə daşıyır. Lakin hər ictimai fəaliyyət mədəni səciyyəyə malik deyildir.
Mədəniyyətin inkişaf qanunauyğunluqlarından biri varislik əlaqəsidir.
Mədəniyyətin tərəqqisində, müxtəlif tarixi mərhələlərin arasında varislik əlaqəsi
olmadan bu prosesin tamlığı mümkün deyildir. “Varislik sayəsində yeni nəsillərə
məlum olanları axtarmaq, kəşf olunmuşları yenidən aşkar etmək…, yenidən
yaratmaq lazım gəlmir”.
137
Varislik prosesləri bir xalqın mədəniyyətinin inkişafı
çərçivəsi ilə məhdudlaşmır. Əgər dil və ənənə kimi sahələrdə varislik prosesləri
müəyyən bir xalqın mədəni-tarixi çərçivəsində daha tam şəkildə baş verirsə,
mədəniyyətin digər sahələrində (elmdə, incəsənətdə) bir xalqın mədəni irsi digər
xalqların da mədəni potensialına, irsinə daxil olur. Bəzən bir xalqın mədəni irsi
digər bir xalq tərəfindən daha artıq dərəcədə inkişaf etdirilir. Lakin bu və ya digər
xalqların mədəniyyətindəki inkişaf xüsusiyyətləri hətta kənar mədəniyyətin güclü
təsiri şəraitində də məhv olmur. “Əsil mədəniyyət öz ilhamını dünyanın müxtəlif
guşələrindən alır. Lakin bu mədəniyyət doğma zəmində yetişir və geniş xalq
kütlələrinə dayaqlanır”.
138
Milli mədəniyyətin inkişafı prosesində hər bir yeni
mərhələ keçmiş mərhələ olmadan mümkün deyildir və eyni zamanda bu mərhələni
inkar edir. Hər bir mərhələ keçmişdən özünə lazım olanları alır
139
, inkişaf etdirir.
Müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqəsi və təsirinin labüd nəticəsi milli
mədəniyyətlərin əksəriyyətinin sinkretik səciyyə daşımasıdır. Mədəniyyətlərin
qarşılıqlı əlaqəsi və təsiri prosesi də obyektiv qanunauyğunluqdur. “Mədəni sintez
müxtəlif və bəzən bir-birinə əks olan mədəniyyətlərin qarşılıqlı təsirinin
nəticəsidir. Bu, tanışlıqdan qavrayışa və mənimsəməyə gedən prosesdir”.
140
Bu
proses sayəsində mədəniyyətin inkişafında varislik əlaqəsi nəinki bilavasitə, habelə
vasitəli şəkildə də ola bilər.
141
Mədəniyyətin tipləri haqqında mübahisələr müxtəlif elmi fikirlərin irəli
sürülməsi, əsaslandırılması ilə müşayiət olunur. Fikir ayrılıqlarının başlıca səbəbi
mədəniyyət nəzəriyyəsinin və tarixi problemlərin obyektiv mürəkkəbliyidir. ABŞ
tədqiqatçısı F.Nortrop belə hesab edir ki, indiyədək mövcud olmuş mədəniyyətləri
iki böyük qismə - Şərq və Qərb mədəniyyəti tiplərinə ayırmaq lazımdır.
142
O, Şərq
mədəniyyət tipinə dünyanın bilavasitə qavranılması prosesində intuitivlik,
emosionallıq cəhətlərinin xas olduğunu göstərir. Tədqiqatçı Qərb mədəniyyəti
üçün isə nəzəri konsepsiyalar şəklində dərketmənin səciyyəvi olduğunu qeyd
edirdi. F.Nortrop belə hesab edir ki, Şərq mədəniyyəti yalnız qeyri-texniki
sivilizasiya, təsvir səciyyəli elmlər və impressionist incəsənət yaratmağa qabildir.
Dostları ilə paylaş: |