Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə92/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   88   89   90   91   92   93   94   95   ...   138

196 
 
məhdudlaşdırmışdı.  Avropa  şəhərlərindən  fərqli  olaraq,  Azərbaycan  şəhərlərində 
yeni müdafiə qurğuları tikilərkən köhnə müdafiə xətləri dağıdılmırdı. Azərbaycan 
şəhərlərinin  bir  neçə  müdafiə  xəttinə  malik  olması  da  bu  cəhətin  nəticəsi  idi. 
Müsəlman  aləmində  dini  mərkəzlər  kimi  meydana  gəlib  inkişaf  etmiş  şəhərlərin 
inkişafı  nisbətən  uğurlu  idi.  Belə  şəhərlərdən  ən  səciyyəvisi  Ərdəbildir. 
“Azərbaycan  şəhərlərindən  Ərdəbil  XIV-XVI    əsrlərdə  qala  divarları    ilə  əhatə 
olunmamışdır.  Nəticədə  o,  feodal  Şərqinin,  o  cümlədən  Azərbaycanın  bir  çox 
şəhərlərindən fərqli olaraq geniş ərazidə nisbətən azad planlaşma əsasında inkişaf 
etmişdir”.
148
  Azərbaycanın  orta  əsr  şəhərləri  abadlıq  baxımından  o  dövrdəki 
Avropa şəhərlərindən üstün idi. Avropa şəhərlərində su kəməri sistemi yalnız XII-
XIII əsrlərdə yaradılmışdı. Azərbaycan şəhərlərində isə artıq IX-XI əsrlərdə inkişaf 
etmiş  saxsı  su  kəməri  sistemi  fəaliyyət  göstərirdi.  Ümumiyyətlə,  orta  əsrlər 
Şərqində  şəhərlərin  siması  müvafiq  dövrdəki  Avropa  şəhərlərinin  simasından 
əhəmiyyətli surətdə fərqlənirdi. Şərq şəhərləri urbanizasiya səviyyəsinə, funksional 
zənginliyinə  memarlıq  həllinə  və  habelə  estetik  baxımına  görə  Avropa 
şəhərlərindən  üstün  idi.  Dinin  aparıcı  ictimai  şüur  forması  olması  Azərbaycan 
şəhərlərinin  memarlıq  həllində  də  öz  əksini  tapmışdır.  Şəhərlərin  əksəriyyətində 
dini  təyinatlı  binalar  izdihamlı  ticarət  küçələrində  yerləşirdi.  “Feodal  Şərqinin 
ictimai təyinatlı tikililərinin özünəməxsus növü olan karvansaralar
149
 Azərbaycanın 
daxili  və  xarici  ticarət  əlaqələrinin  inkişafı  tələbatından  doğmuş  memarlıq 
kompleksləri  idi.  Ticarət  kompleksinin  ən  gözəl  nümunələrindən  biri  Bakıda 
yaranmışdı.  6  binadan  ibarət  olan  bu  kompleks  tipik  Şərq  memarlıq  incisi  hesab 
edilir.
150
  Hamamlar  Azərbaycanda  ən  geniş  yayılmış  ictimai  tikililərdən  olub, 
yalnız təmizlik funksiyası ilə məhdudlaşmırdı. Bunlar müəyyən yaşayış yerlərinin 
(məhəllələrin) toplanış, qarşılıqlı informasiya obyektləri idilər. Saray kompleksləri, 
müdafiə  qurğuları  (qalalar,  şəhərətrafı  qala  divarları  və  s),  körpülər  də  orta  əsr 
Azərbaycan şəhərlərinin zəngin memarlıq sisteminə daxil idi. 
Azərbaycan  milli  memarlığının  aparıcı  istiqamətlərındən  biri  Şirvan-
Abşeron  məktəbi  idi.  Bu  memarlıq  məktəbi  XVI  əsrin  əvvəllərinədək 
Azərbaycanda  aparıcı  rol  oynamışdır.  Bu  məktəbin  uğurlarının  mənbəyi  ictimai-
siyasi  həyatın
 
sabitliyində  və  IX  əsrdən  etibarən  uğurla  yüksələn  Şirvanşahlar 
dövlətinin  mövcudluğunda  idi.
151
  Şirvan-Abşeron  memarlıq  abidələrinin  ən  gözəl 
nümunələri  bu  məktəbin  başlıca  mərkəzlərində  -  Bakıda,    Şamaxıda
152
  və 
Dərbənddə
153
  cəmləşmişdi.  Yaxın  və  Orta  şərq  regionunun  ən  nadir 
ansambllarından  biri  olan  Şirvanşahlar  saray  kompleksi  (Bakı)    Şirvan-Abşeron 
memarlıq  məktəbinin  tipik  nümunəsidir.  XV  əsrin  II  rübündə  yaradılmış  bu 
kompleks  saray,  divanxana,  Şirvanşahlar  türbəsi  (1435),  ovdan  (1436)  ,  hamam 
(1438),  Şah  məscidi  (1441),  Keyqubad  məscidi  və  Seyid  Yəhya  Bakuvinin 
türbəsindən  ibarətdir.
154
  XVI  əsrin  ortalarından  etibarən  ictimai-siyasi  fəallıq 
Azərbaycanın  cənub  vilayətlərinə  keçdi  və  Şirvanşahlar  dövlətinin  ərazilərinin 


197 
 
Səfəvilər  dövləti  ərazisinə  birləşdirilməsi  Şirvan-Abşeron  memarlığının  aparıcı 
roluna son qoydu. 
Azərbaycanda  mövcud  olan  Marağa,  Naxçıvan,  Ərdəbil  və  Təbriz 
memarlıq məktəbləri içərisində Təbrizin rolu getdikcə artmağa başladı. Memarlıq 
sahəsindəki  yüksəlişi  (paytaxta  çevrilməsi  ilə  əlaqədar  olaraq)    XII  əsrin  II 
yarısından başlamış Təbriz Yaxın və Orta Şərqin ən əhəmiyyətli şəhərlərindən idi. 
Müsəlman  Şərqində  özünün  qədim  tarixi,  nəfis  sənətkarlığı,  qüdrətli  memarlığı, 
zəngin  mədəniyyəti,  böyük  ticarəti  və  intensiv  şəhər  həyatına  görə  Təbrizlə 
müqayisə oluna biləcək çox az şəhər tapıla bilər. XIV-XVII əsrlərdə şəhərdə  yüz 
minlərlə  əhali  yaşayırdı.  Azərbaycan  memarları  Təbrizdə  20  min  otaqdan  ibarət 
olan  “Dövlətxana”  kompleksi  tikmişdilər.
155
  Təbriz  memarlıq  məktəbinə  mənsub 
olan  ustalar  Yaxın  və  Orta  Şərq  regionunun  bir  çox  ölkələrində  də  müxtəlif 
təyinatlı memarlıq abidələri tikirdilər. XVI əsrdə Azərbaycan memarlığının inkişafı 
prosesində bir sıra yeni cəhətlər meydana gəldi. Başlıca cəhət Azərbaycanın cənub 
vilayətlərində tikinti işlərinin daha intensiv olması idi. “XVI əsrdə bəzi şəhərsalma 
tədbirləri  əsasən  Cənubi  Azərbaycan  şəhərlərində  aparılmışdır.  Şəhərsalma 
strukturunda  mühüm  dəyişikliklər  baş  verməmişdir”.
156
  XVI  əsrdə  “ən  intensiv 
tikinti  işləri  Səfəvilərin  yeni  paytaxtı  Qəzvində  və  sülalə  ocağı  olan  Ərdəbildə 
aparılır.  Paytaxtın  1555-ci  ildə  Qəzvinə  köçməsi  ilə  bağlı  olaraq  Qəzvin  yenidən 
qurulur. Sahibabad meydanı kompleksinin təsiri ilə Qəzvində özəyi Şah Meydanı 
(uzunu  700,  eni  200  addım)  olan  şəhər  mərkəzi  tikilir.  Cəfərabad  adlı  saray 
şəhərciyi  Ali  Qapı  tikilisi
 
ilə  bu    meydana      birləşirdi.  Saray    şəhərciyinin   
tərkibində içində saray binaları olan 23 xüsusi bağ vardı. Onların arasında mərkəzi 
yeri  Şah Təhmasibin tikdirdiyi Səadətabad bağı tuturdu”.
157
 XVI əsrdən  etibarən 
müxtəlif  təyinatlı
 
tikililərin  əsasən  ölkənin  cənubunda  yaradılması  aşağıdakı 
səbəblərlə izah oluna bilər: 
1.
 
Ölkənin  şimal  vilayətlərinin  (xüsusilə  Şirvanın)  siyasi,  inzibati 
əhəmiyyətinin azalması; 
2.
 
Şirvan, əsasən hərbi-siyasi çəkişmələr meydanına çevrilmişdi; 
3.
 
XV  əsr  də  daxil  olmaqla  çoxəsrlik  tarixi  inkişaf  ərzində  Şirvanda 
müxtəlif  təyinatlı  memarlıq  kompleksləri,  xüsusilə  məscidlər  vardı  və  onların 
tikintisinə kəskin tələbat yox idi. 
Sonuncu  səbəb  daha  mühüm  hesab  oluna  bilər.  XVI  əsrin  Azərbaycan 
memarlığının  digər  bir  cəhəti  onun  bədii  yaradıcılığın  digər  sahələri  ilə  güclü  və 
sıx  əlaqəsi  idi.  “Bu  dövrdə  memar-xəttat,  şair-rəssam,  şair-musiqiçi  və  s.  kimi 
hallar  təsadüfi  deyildi”.
158
  Miniatürçü  rəssam,  nəqqaş,  həkkak,  xəttat,  memar  sıx 
əməkdaşlıq  şəraitində  çalışırdılar.  Bu  dövrün  memarlığının  inkişafı  üçün  dini 
təyinatlı binaların (türbə, məscid və s.) xüsusi intensivliklə tikilməsi də xas idi. Bu 
cəhət  “Səfəvilər  dövlətinin  teokratikliyi”  faktı  ilə  əlaqələndirilir.
159
  Memarlıq 
abidələrinin  tərtibatında  bu  dövrdə  bəzi  dəyişikliklər  baş  verdi.  “XV  əsrdən 
başlayaraq  memarlıq  abidələrimizin  bədii  tərtibatında  canlıları  təsvir  edən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə