74
Deyləm hakimi Salar Mərzban ibn Məhəmməd (941-957) qoymuşdu. Yüksəliş
dövründə bu dövlətin ərazisi Qafqaz sıra dağlarından İraq və Mesopotamiya, Xəzər
dənizindən Göyçə gölünədək böyük ərazini öz sərhədləri daxilində ehtiva edirdi.
Bu dövrdə də Azərbaycanın cənub və şimal vilayətləri vahid dövlət tərkibində
birləşmişdi. Şirvanşahlar və Dərbənd əmirləri də Salarilərdən asılı vəziyyətə
düşmüşdülər. X əsrin sonlarına doğru zəifləmiş bu dövlətin varlığına Rəvvadilər
nəslindən olan Təbriz və Əhər hakimi Əbul-Hica son qoydu. Salarilər dövründə
Azərbaycanın iqtisadi həyatında nisbi dirçəliş nəzərə çarpırdı. Bu dövrdə ölkədə
memarlıq, sənətkarlıq, elm və mədəniyyətin digər sahələri nisbətən inkişaf
etmişdir.
27
Hələ VIII əsrdən Azərbaycanda məskunlaşmış Rəvvadilər Salarilərin
tabeliyində olan Əhər və Qaradağda müstəqillik uğrunda mübarizə aparırdılar. X
əsrin sonundan etibarən təqribən bir əsr ərzində Rəvvadilər dövləti Azərbaycanın
siyasi tarixində çox mühüm rol oynamışdır. Bu dövlət X əsrin I yarısından
1116/17-ci ilədək mövcud olmuşdur. Paytaxtı Təbriz şəhəri olan bu dövlətin
əsasını Vəcnə ibn ər-Rəvvad qoymuşdu. Rəvvadilər mənşəcə Əzdi ərəb nəslinə
mənsub idilər. Rəvvadilər Salarilər dövlətinin varlığına son qoyaraq Azərbaycanın
cənub və cənub-qərb ərazilərində hakimiyyəti ələ keçirmişdilər. 1070/71-ci ildə
Rəvvadilərin hakimiyyəti səlcuqilərin zərbələri altında müvəqqəti olaraq süqut
etmiş, 1108-ci ildə isə sülalə siyasi müstəqilliyini bərpa etmişdir. Baş vermiş
feodal müharibələrinə baxmayaraq, Rəvvadilər dövründə Azərbaycanın iqtisadi və
mədəni həyatı nisbətən inkişaf etmişdir. Bu dövrdə Təbriz abadlaşdırılmış, şəhərin
ətrafına qala divarları çəkilmiş, elm və memarlıq, mədəniyyətin digər sahələri
inkişaf imkanları qazanmışdı. Mədəniyyətin inkişafına qayğı göstərmiş Rəvvadi
hökmdarlarına şair Qətran Təbrizi bir neçə qəsidə həsr etmişdir. 1071-ci ildə
təqribən bir əsr hakimiyyətdə olmuş “Rəvvadilər sülaləsi Səlcuqların əli ilə siyasi
fəaliyyətlərinə uzun müddət ara verdilər. Bütün Cənubi Qafqaz bölgəsi Orta
Asiyadan Aralıq dənizinə, Qafqazdan İran körfəzinədək geniş ərazini tutan qüdrətli
Səlcuq dövlətinin tərkibinə daxil olur”.
28
1117-ci ildən sonra Rəvvadilərin qulamı
olmuş Ağsunqur və onun varisləri “atabəy” titulu ilə öz mülklərini monqol
işğallarınadək qoruya bildilər.
X-XII əsrlərdə mövcud olmuş Şəddadilər dövləti 3 əmirliyin (Gəncə, Ani
və Dvin) federasiyasından ibarət idi. Şəddadi sülaləsi Bizans imperiyasına,
Sacilərə, Rəvvadilərə, Şirvanşahlara və gürcülərə qarşı mübarizə aparmışdır.
Şəddadilər dövləti Səlcuqilərin Cənubi Qafqazdakı siyasətini dəstəkləmiş yeganə
müttəfiqi idi. Məhz buna görə də Səlcuq sultanları bu sülaləni özlərinin Cənubi
Qafqazdakı valiləri təyin etmiş və Şəddadi hökmdarlarının öz ərazilərini
genişləndirmək siyasətinə mane olmamışlar. Şəddadi əmirləri Səlcuqlarla
müttəfiqlik sayəsində XI əsrdə Cənubi Qafqaz bölgəsinin ən qüdrətli dövlət
başçıları kimi tanınmışlar. Arran-Naxçıvan-Gəncə əmirliyi (971-1075), Dvin
əmirliyi (951-1130), Ani əmirliyi (1072-1199) bu federativ orta əsr dövlətinin
75
tərkib hissələri idi. Səlcuqlar Şəddadilərə müvəqqəti müttəfiq kimi yanaşırdılar.
Onlar Cənubi Qafqazda mövqelərini möhkəmləndirdikdən sonra 1075-ci ildə 3
Şəddadi əmirliyi arasında daha güclüsü olan Gəncə əmirliyinin varlığına son
qoydular. Şəddadilər sülaləsinin banisi Məhəmməd ibn Şəddad ibn Qurtaq
olmuşdur. Ani və Dvində Şəddadilər nəslindən olan əmirlər Səlcuqilərin vassalı
kimi fəaliyyət göstərmişlər. 1199-cu ildə Ani gürcülər tərəfindən ələ keçirildi. Dvin
Şəddadiləri isə 1130-cu ildə Səlcuqilərin əsaslı zərbələri nəticəsində siyasi
hakmiyyətdən məhrum olunmuşdular.
Səlcuqi fəthləri, siyasi nüfuzu Azərbaycanın mədəni təkamülü prosesində
mühüm rol oynamışdır. 1040-cı ilin 24 mayında Dəndənəkan (Mərv yaxınlığında)
döyüşündə səlcuqların Qəznəvi qoşunları üzərindəki qələbəsindən sonra oğuzların
tarixində, Orta və Ön Asiyanın, habelə orta əsr Avropasının taleyində əsaslı
dəyişiklik baş verdi. Oğuzların işğalçılıq yürüşləri və miqrasiyaları bir neçə
istiqamətdə baş vermişdir. Oğuzların Cənubi Qafqaz ərazisində görünməsi XI əsrin
ilk rübünə təsadüf edir: 1018-1021-ci illərdə onlar Araz çayını keçərək cənub
istiqamətindən Arrana daxil olmuşdular. Səlcuqilər dövləti (1038-1157) oğuzların
siyasi fəaliyyətinin nəticəsi idi. Sülalənin adı tayfa başçısı Səlcuqun adı ilə
bağlıdır. Səlcuqilərin ilk sultani Səlcuqun nəvəsi Toğrul bəy (1038-1063)
olmuşdur. 1055-ci ildə Toğrul bəy Bağdadı ələ keçirərək Abbasi xəlifəsinin xeyir-
duası ilə “İslam aləminin ali dünyəvi hökmdarı” oldu. Dövlətin ərazisi
Türküstandan Aralıq dənizinə, Cənubi Qafqazdan Fars körfəzinədək uzanırdı. Bu
imperiyanın çiçəklənmə dövrü XI əsrin II yarısına təsadüf etmişdir. “Səlcuq
dövlətinin tənəzzülünün başlanğıc anı”
29
Sultan Məlikşahın 1092-ci ildə
ölümündən sonra 10 ildən artıq sürmüş ara müharibələri dövrü olmuşdur. Sultan
Səncərin zamanında (1118-1157) imperiyanın varlığı artıq nominal səciyyə
daşıyırdı. Xorasan və bir sıra başqa qonşu vilayətlər istisna olunmaqla böyük
dövlətin ərazisi müstəqil siyasi qurumlara parçalandı. İraq Səlcuq sultanlığından
“yaxa qurtarmış”, əslində bu sultanlığı da idarə etmiş Azərbaycan Atabəyləri
dövləti (1136 - 1225) həmin siyasi qurumlar arasında xüsusilə fərqlənirdi. Bir sıra
türk xalqlarının təşəkkülü, türk dilinin geniş yayılması, elm və ədəbiyyatın,
memarlığın, incəsənətin digər sahələrinin çiçəklənməsi Səlcuqilərin hakimiyyəti
dövrünün əlamətdar cəhətlərindən idi. Səlcuqilər imperiyasında inzibati idarəçilik
işi tamamilə yerli məmurların üzərinə qoyulmuşdu. Məlikşahın dövründə (1072-
1092) “Oğuz imperiyasının hərbi-siyasi qüdrəti ən yüksək zirvəyə çatdı”.
30
XI
əsrin 70-ci illərinin sonundan bu imperiyanın tərkibində olmuş Azərbaycan
nəzərdən keçirilən dövrün passiv obyekti deyildi: Azərbaycanda siyasi
hakimiyyətdə olan şəxslərin nüfuzu və təsiri XII əsrin 30-cu illərindən imperiya
miqyasında nəzərə çarpırdı. 1160-cı ilin sonlarından etibarən yeni - Azərbaycan
Atabəyləri (Eldənizlər) dövlətinin banisi Şəmsəddin Eldəniz İraq Səlcuq
Sultanlığının real hökmdarına çevrilmişdi.
31
Azərbaycan Atabəyləri dövlətinin
paytaxtı müxtəlif vaxtlarda Naxçıvan, Həmədan və Təbriz olmuşdur. Bu dövlətin
Dostları ilə paylaş: |