93
poemalarının sifarişçiləri, ithaf obyektləri haqqında araşdırıcılar arasında bəzi
mübahisələr mövcuddur. Məsələn, son poemanın Əhər hakimi Nüsrətəddin Piş-
Təkin ibn Məhəmmədə (1155-1210) ithaf olunduğu fikri də elmi ədəbiyyatda
göstərilir.
107
Lakin kimlərə həsr olunduğundan, hansı hökmdara ithaf olunmasından
asılı olmayaraq həmin poemalar şair-mütəfəkkir Nizami Gəncəvinin bədii, elmi,
fəlsəfi baxışlarının dərinliyindən xəbər verir. “Onun mənəvi varlığından bəhs
edərkən demək lazımdır ki, yazdığı dilin farsca olmasına baxmayaraq şairin
daşıdığı hissiyyatı ilə işlədiyi mövzular onun Azərbaycan duyğularından doymuş
bir zövqə sahib olduğunu göstərmişdir… Ədəbi bir əsərin milli olması üçün yalnız
onun formaca milli olması kafidirmi? Yoxsa bir əsəri milliləşdirən ruh, məna və
məzmundur? Bizimqənaətimizcə, yalnız forma kafi deyil və formanın böyük
əhəmiyyətinə baxmayaraq, o, zəruri də deyildir. Hər bir əsəri milliləşdirən onun
məzmunu və daxili varlığının milli olmasıdır… Əsəri milliləşdirən amil formadan
çox məzmun və özlüyü, başqa ifadə ilə desək, dildən çox məna və məzmundur”.
108
Nizami Gəncəvinin “yaradıcılığı forma baxımından Azərbaycana nisbətdə milli
deyilsə də, hissiyat, duyğu, düşüncə, şüur və şüuraltı ilə öz yetişdiyi mühitə
dərindən bağlıdır… Bu bağlılıq onu bizim gözümüzdə azərbaycanlı bir şair
olmaqdan başqa, bir Azərbaycan şairi də etmişdir”.
109
Dünya şöhrətli Azərbaycan
şairinin ləqəbi “Nizaməddin”, künyəsi “Əbu Məhəmməd”dir; Nizaminin “anası,
özünün qeyd etdiyi kimi, “Rəiseyi-kürd” olub Gəncədə yaşamış Azərbaycan
kürdlərindən olan bir ailənin qızı olmuşdur”.
110
Dərin biliklər sahibi olduğuna görə
Nizami Gəncəviyə “Həkim” (böyük bilici, müdrik) ləqəbi də verilmişdi. “Ömrünün
idrak və cismani hisslər haqqında təlimi əsasında, şair T.Kampanella, Tomas Mor,
A.Sen-Simon və s. kimi görkəmli sosialistlərin fikrini bir neçə əsr qabaqlayaraq
son dərəcə kamil bir nəzəriyyə yaratmışdır”.
111
Nizaminin öz əsərlərinə yazdığı
müqəddimələrdən belə bir nəticə hasil etmək mümkündür ki, o, pəhləvi, nəsturi və
yəhudi dillərini də bilirmiş. Nizami dindar şəxs idi. Şair din sahəsində göstərdiyi
müvazinəti fikir sahəsində də nümayiş etdirmişdir. O, “bir sufi sifətiylə sufiliyə
çox yabancı olmadığı kimi, tərkidünyalıq istəyən dərvişlərə də özünü
bağlamamışdı. İsrafdan və dünya nemətlərindən sui-istifadədən, bəd əməllərdən və
hər cürə düşkünlüklərdən özünü qorumaqla bərabər, o, həyatı sevirdi və həyat
sevgisində özünə məxsus bir gözəllik tapırdı, gözəl yaşamağı ürəkdən diləyirdi”.
112
Tədqiqatçıların bir qismi Nizaminin sufi
olduğunu qəbul etmir, lakin onun sufiyanə
həyat tərzi keçirməsi haqqında bütün araşdırıcılar həmrəydirlər. Müxtəlif
hökmdarlardan xeyli ənamlar almasına baxmayaraq, şair həyatını sadə və
təvazökarlıqla keçirmiş, “az yemək, çox bağışlamaq” prinsipinə uyğun surətdə
yaşamışdır. “Sirlər xəzinəsi” poemasını yazanadək Nizaminin keçirdiyi həyat
tərzinə dair səhih məlumatlar yoxdur. Lakin sonralar şair həyatının sonunadək
abidliyə üstünlük vermiş, təam məhdudluğu prinsipinə əməl etmiş, həyat
nemətlərinin bir çoxundan özünü məhrum etmişdir. Lakin əsərlərindən məlum olur
ki, Nizami dövrünün görkəmli dövlət xadimlərinin ödənişli sifarişlərini də yüksək