41
Renessans haqqında bütün istiqamətlərdən olan bütün tarixçilər danışırlar.
“Onları birləşdirən ümumi cəhət həmin mərhələnin ilk növbədə mədəni
məzmununu nəzərdə tutmalarıdır. Fərqlər isə bundan ibarətdir ki, bəziləri
Renessansda mədəniyyət tarixinin yalnız bir mərhələsini görür, digərləri isə onun
mədəni-tarixi məzmununu ictimai-iqtisadi məzmunu ilə əlaqələndirirlər, yəni
Renessansı ümumtarix prosesinin xüsusi vəsiləsi kimi nəzərdən keçirirlər”.
154
Tədqiqatçılar İntibaha müxtəlif meyarlarla yanaşmaqla “İtalyan İntibahı”, “Qərb
Renessansı”, “Şərq Renessansı”, “Müsəlman Renessansı”, “Azərbaycan İntibahı”
kimi anlayışlar irəli sürmüş, həmin mərhələnin başlıca cəhətlərini göstərməyə cəhd
etmişlər. Avropa xalqlarının mədəni-tarixi inkişaf prosesini izləsək, onlarda
İntibahın yeniləşmə, özgünləşmə şəraitində, bir-birindən keyfiyyətcə ayrılıb
müstəqil millətlərə (xalqlara) çevrilməsi prosesinin başlanğıcında olduğunu
görərik. İntibah (Renessans) universal, qanunauyğun, xalqların inkişafında labüd
olanmərhələdir. Vaxtaşırı yeniləşməyən, “özünəqayıtmayan”, “oyanış” mərhələsi
keçirməyən xalqın mədəniyyət faktları regional, ümumdünya mədəni sistemlərinin
içərisində itib-batır, “İntibah mərhələsi hər halda ilk növbədə, uzun, fasiləsiz
inkişaf edən tarixi həyata və mədəniyyətə malik olan xalqlarda meydana gəlir”.
155
Tədqiqatçıların əksəriyyəti Renessansı feodalizmdən kapitalizmə keçid dövrünün
mədəni-tarixi prosesi kimi təqdim edir.
156
Renessansın yalnız kapitalist
münasibətlərinin təşəkkülü ilə əlaqələndirilməsi problemə bəsit yanaşmanın
nəticəsidir və habelə “avropasentrizm”in təzahürüdür. İntibah dövrü hələ də feodal
erasına məxsusdur. “Hər halda bu, feodal cəmiyyəti tarixinin xüsusi
mərhələsidir”.
157
İntibahın (Renessansın) başlıca əlaməti nədir? Uzun, fasiləsiz,
zəngin mədəniyyətə və tarixə malik olan xalqın mədəni-tarixi inkişaf prosesində
daha yüksək mərhələdə, yeni tarixi şəraitin tələbatlarına uyğun şəkildə özünün
qədim (antik) irsinə “qayıdışıdır”, bu “qayıdış” əsasında yeniləşməsidir,
“oyanmasıdır”. Digər əlamətlərin (mədəniyyətin dünyəvi səciyyə daşıması,
humanizm və s.) əhəmiyyətini mütləqləşdirməklə problemin həllinə nail olmaq
mümkün deyildir. Mövcud olan tarixi material təsdiq edir ki, “Renessans hər yerdə,
müxtəlif mərhələlərdə, müxtəlif məzmunda baş vermişdir”.
158
Müxtəlif ölkələrdə,
müxtəlif tarixi mərhələlərdə və müxtəlif məzmunda baş vermiş İntibah
mədəniyyətini İtalyan Renessans mədəniyyəti ilə müqayisə etmək də düzgün
deyildir. “Əgər Renessansın tarixi təsadüf deyil, tarixi qanunauyğunluq olduğu
məlum olarsa, onda bu qanunauyğunluğu öz keçmişində Qədim dövrü və orta
əsrləri yaşamış xalqlara aid etmək olar”.
159
Müxtəlif xalqlarda mədəni-tarixi inkişaf prosesi ərzində bir neçə İntibahın
mümkünlüyü fikri də maraqlıdır. Hindistan elmi ədəbiyyatında bu problem daha
intensiv surətdə nəzərdən keçirilir.
160
İntibah probleminə bu yöndən yanaşmada da
rasional və maraqlı cəhətlər vardır. Etnoslar uzun tarixi dövr ərzində qarşılıqlı təsir
prosesindədirlər. Onlar qarşılıqlı mədəni təsir prosesində daim “yeniləşirlər”, yeni
keyfiyyət mərhələlərini yaşayırlar.
42
Azərbaycan İntibahı problemi yeni deyildir. Hələ XX əsrin 40-cı illərində
M.Rəfili, M.İbrahimov monqol istilalarına qədərki dövrdə (XII-XIII əsrlərdə)
Azərbaycanda İntibah (Renessans) elementlərinin olduğunu əsaslandırmağa
çalışırdılar. M.Rəfili yazırdı: “Elm indiyədək “Renessans” anlayışını digərlərindən
üstün hesab edir. Azərbaycan Renessansı gerçək ictimai-mədəni hadisədir… Bu,
ilk növbədə iri milli monarxiyaların yaranması, şəhərlərin və demokratiyanın
inkişafı, burjua münasibətlərinin artımı ilə şərtlənmiş mütərəqqi çevriliş idi”.
161
Problemə yanaşmada mövcud meyarlardan hansının üstün olmasının qeyri-
müəyyənliyi, avropasentrist düşüncə tərzi, XII-XIII əsrlərin ictimai-iqtisadi inkişaf
səviyyəsi haqqındakı təsəvvürün tarixi gerçəkliklərə uyğun olmaması M.Rəfilinin
bu fikri üçün səciyyəvi idi. Bu, ilk növbədə həmin dövrdə Azərbaycan tarix
elminin lazımi səviyyədə inkişaf etməməsinin təzahürü kimi qiymətləndirilə bilər.
1550-ci ildə italyan rəssamı, memarı və incəsənət tarixçisi Corco
Vazarinin “Rəssamların həyatı haqqında hekayələr”də ilk dəfə işlətdiyi
“Renessans” istilahı,
162
bu tarixi mərhələ, Azərbaycan Renessansı problemı
ətrafında mübahisələr son 40 ildə daha da intensivləşmişdir. “Azərbaycan
Renessansı tarixi gerçəklikdir və bu haqda ehtiyatla danışmaq olmaz”.
163
Son
dövrün tədqiqatçıları (Ə.Ağayev, Y.Qarayev, A.Hacıyev, A.Rüstəmova,
Z.Quluzadə, D.Əliyeva) “XII-XIII əsrlərdə Azərbaycan İntibahı” ideyasını inkişaf
etdirmiş, əsərlərində həmin dövrün mədəniyyətinin Renessans səciyyəsi daşıdığını
göstərmişlər. Lakin həmin ideyaya avropasentrist meyarlarla yanaşma tərzi hal-
hazırda da aparıcı mövqe tutmaqdadır. Azərbaycan Renessansı probleminin həllinə
“Şərqin tarixi inkişaf prosesinin kifayət qədər öyrənilməməsi və düşüncə tərzinin
“avropasentrizmi”
164
mane olur. Azərbaycan tarix elminin son 50 ildə
Azərbaycanın ictimai-iqtisadi və siyasi inkişaf problemlərinin həlli sahəsindəki
uğurları şəraitində bu, xüsusilə təəssüf olunası faktdır. Bəzi tədqiqatçılar “Şərq
sentrizmi” (əslində “avropasentrizm”in astar üzü) mövqeyindən çıxış edərək XII-
XIII əsrlərdə Azərbaycanda Renessansın mümkünlüyünü sübut etməyə çalışırlar.
R.Əliyev Nizami Gəncəvinin yaşadığı dövrü belə təsvir edir: “Sosial tərəqqinin
başqa bir göstəricisi feodalların “burjualaşması” idi… Monqolların hücumundan
qabaq Azərbaycanda və qonşu ölkələrdə feodal ictimai münasibətləri elə bir
səviyyəyə çatmışdı ki, yeni, daha yüksək sosial-iqtisadi formasiyanın meydana
gəlməsi üçün zəmin yaranmışdı…Şərqdən gətirilmiş mədəniyyət Avropanın
ümumi tarixi inkişaf prosesini xeyli sürətləndirdi. Sonralar Avropada İntibah
dövrünü (Renessansı) doğuran bütün ilkin şərtlərin hamısı bu dövrdə
yaranmışdı”.
165
XII-XIII əsrlərdə feodalların “burjualaşması” prosesinin baş
verdiyini sübut edən tarixi faktlar yoxdur. Şəhər həyatının çiçəklənməsi və pul
tədavülünün artımı, sənətkarlığın inkişafı isə o dövrün bütün Şərq aləmi üçün
səciyyəvi idi. R.Əliyev “yeni, daha yüksək sosial-iqtisadi formasiya” ifadəsi ilə
məhz kapitalizmi nəzərdə tutur. Hər hansı bir xalqın İntibahında kapitalist
elementlərinin təşəkkülünün həlledici olduğunu sübut etməyə çalışmaq
Dostları ilə paylaş: |