47
göstərildi. Bu baxımdan M.Ə.Rəsulzadənin fəaliyyəti və irsi daha
diqqətəlayiqdir.
179
Siyasi müstəqillik qazanmış Azərbaycan xalqının öz tarixi, mədəni irsinə
doğma münasibətinin formalaşmasına xeyli yardım edəcək M.Ə.Rəsulzadə irsi
daha diqqətlə, dərindən öyrənilməyə möhtacdır.
XX əsrin 20-ci ilində Azərbaycan yenicə yaranmış Sovet imperiyasının
tərkibinə daxil olunduqdan sonra vətən tarixi “yeni təlimatlar”, “tələblər” əsasında
araşdırılmağa başlandı. Lakin etiraf etmək lazımdır ki, əsrin 20-30-cu illərində
Rusiya tədqiqatçılarının, xüsusilə mənşəcə suriyalı xristian ərəb olan, gənc ikən
Rusiyaya gəlmiş, ötən əsrin 20-40-cı illərində Azərbaycan elmi mühitində çalışmış
Panteleymon Krestoviç Juzenin - Bəndəli bin Səliba əl-Cəuzinin (1871-1942) fəal
yardımı şəraitində Azərbaycan tarixinin mədəni irsinin öyrənilməsi sahəsində xeyli
iş görüldü. Arxeoloji, etnoqrafik tədqiqatlar, bir sıra ərəb və fars dilli mənbələrin
yeni nəslə anlaşıqlı olan rus və Azərbaycan dillərinə tərcümə olunması orta
çağların Azərbaycan mədəniyyətinin öyrənilməsi işini müəyyən dərəcədə
asanlaşdırdı.
180
Həmin dövrdə sayca az olan milli tarixçilərimiz arasında
V.Xuluflu, Ə.Salamzadə, A.Məmmədov, R.İsmayılov, Ə.Ələkbərov, D.Şərifov,
M.Mirbağırzadə
xüsusilə
seçilirdilər.
Azərbaycan
tarixçisi
Cahangir
Zeynaloğlunun 1924-cü ildə İstanbulda nəşr olunmuş “Müxtəsər Azərbaycan
tarixi” əsəri Sovet Azərbaycanında nəşr olunmuş, bu qəbildən olan əsərlərdən xeyli
fərqlənirdi.181 1923-cü ildə R.İsmayılovun “Azərbaycan tarixi”, həmin ildə
Y.Paxomovun “Azərbaycan tarixinin qısa kursu”, 1925-ci ildə isə V.Sısoyevin
“Azərbaycan (Şimal) tarixinin qısa oçerki” kitabı nəşr edilmişdi. R.İsmayılov
A.Bakıxanovun “Gülüstani-İrəmi”nin prinsipinə istinad etmiş, V.Sısoyev yadelli
əsarətini əsas götürmüş, C.Zeynaloğlu isə Azərbaycan istiqlaliyyəti tarixini başlıca
prinsip kimi istifadə etmişdir. Türkçülük və islamçılıq prinsiplərinə əsaslanan bu
əsərdə nəzərdən keçirilən hər bir tarixi dövr mədəniyyətə aid olan məlumatla
yekunlaşdırılır. Ümumiyyətlə, təxminən XIX əsrin ortalarından XX əsrin 40-cı
illərinədək olan dövrdə Azərbaycan tarixşünaslığının ləng inkişafı nəticəsində
tariximizin bir çox ümdə problemləri tədqiq olunmamış qalmışdı. Azərbaycan
tarixinin, mədəniyyətinin mühüm məsələlərinin həlli vəzifəsi, ağırlığı keçən əsrin
40-cı illərindən sonra yetişmiş milli tarixçi kadrların üzərinə düşdü. Bu dövrdə
Azərbaycantarixçilərinin
yüksək
elmi
səviyyədə
yetişməsi
sahəsində
İ.P.Petruşevskinin xidməti xüsusilə nəzərəçarpandır. İ.Hüseynov, Z.Yampolski,
Z.İbrahimov keçən əsrin 40-cı illərinin əvvəllərində sosial sifarişə uyğun olaraq
Azərbaycan tarixinin orta çağlarına dair bir sıra əsərlər çap etdirdilər. XX əsrin 40-
cı illərinin sonlarında nəşr olunmuş əsərlər arasında İ.P.Petruşevskinin əsərləri
xüsusilə diqqəti cəlb edir.
182
Ümumiyyətlə, Azərbaycan mədəniyyətinin orta
çağlarda təkamülü problemləri öyrənilərkən bu tarixçinin fəaliyyəti xüsusilə qeyd
olunmalıdır. O, XX əsrin 40-60-cı illərində Azərbaycan tarixşünaslığında əsas
simalardan biri olmuşdur. Azərbaycan tarixinin bir sıra problemlərinin həllində
48
onun rolu böyükdür. İ.P.Petruşevski (1898-1977) Azərbaycan tarixşünaslığında
Səfəvilər dövlətinin yaranması, təşəkkülü və inkişafında Azərbaycan xalqının
aparıcı, həlledici rola malik olduğunu sübut edənlərdən biridir (ona qədər bu işi
V.V.Bartold, A.E. Krımski və İ.A.Hüseynov görmüşlər). İ.P.Petruşevskinin VII-
XV əsrlərdə islam dininin Azərbaycan mədəniyyətinin inkişafına təsiri haqqında
dəyərli fikirləri vardır.
Azərbaycan tarixinə həsr olunmuş “Sbornik statey”dəki 310 səhifəlik
materialdan 170 səhifəsi bilavasitə İ.P.Petruşevskiyə məxsusdur. Bu məcmuədə
İ.P.Petruşevski ilk dəfə olaraq Azərbaycan tarixinin 3 əsrinin (XV-XVII) sistemli
tarixini ardıcıl şəkildə şərh etmişdir. Bu dövrdə tariximizin Səfəvilər dövrünə dair
cürətli mülahizələri ilə İ.Hüseynov fərqlənirdi. Hələ 1943-cü ildə o, Azərbaycan
tarixşünaslığında ilk dəfə olaraq Səfəvilər dövlətini Azərbaycan dövləti kimi
təqdim etmişdi. Əsrin 50-ci illərində Azərbaycan tarixşünaslığında milli tarixçi
kadrın - Ə.Əlizadənin ilk böyük monoqrafiyası nəşr olundu.
183
1958-1963-cü illər ərzində 3 cildlik “Azərbaycan tarixi” 4 kitab halında
nəşr olundu. Azərbaycan tarixinin orta çağlar dövrü kitabın I cildində öz əksini
tapmışdır. Bu cilddə Azərbaycanın orta çağ mədəniyyəti hər fəslin sonunda,
xronoloji ardıcıllıqla nəzərdən keçirilmişdir. Əsrin 60-cı illərindən sonra xüsusilə
intensivləşmiş arxeoloji araşdırmalar orta çağlarda Azərbaycan mədəniyyətinin də
təkamül prosesini aydınlaşdırmağa xeyli yardım etdi.
XX əsrin 60-cı illərindən etibarən Azərbaycan tarixinin orta çağlarının
tədqiqi ilə məşğul olan tarixçilərin bir çoxu problemlərin daha dərindən
araşdırılması mövqeyinə keçdi. Qafqaz Albaniyası, onun ictimai-iqtisadi, siyasi,
dini-ideoloji, mədəni inkişafının bir sıra məsələləri K.V.Treverin, K.Əliyevin,
Z.Bünyadovun əsərlərində işıqlandırıldı. VII əsrin ilk onilliklərindən ərəb işğalları
nəticəsində yeni inkişaf mühitinə düşmüş Azərbaycanın Xilafət tərkibində olduğu
tarixi dövr ilk dəfə olaraq Z.M.Bünyadovun monoqrafiyasında
184
elmi əksini
tapmışdır. Əsərdə Azərbaycanın islamlaşması, islamaqədərki baxışların
(atəşpərəstlik-zərdüştilik, xristianlıq, bütpərəstlik və s.) ölkənin həyatında təsir
dairəsinin tədricən azalması, dövrün Azərbaycan şəhərləri, ərəb işğalından sonra
ölkədə baş vermiş etnik proseslər kimi mədəni səciyyəli məsələlər də
araşdırılmışdır. XX əsrin 60-cı illərində M.X.Şəriflinin Şirvanşahlar dövlətinə həsr
olunmuş bir sıra məqalələrində Azərbaycan tarixinin zəif öyrənilmiş dövrünə (IX-
XI əsrin I yarısı) nəzər salınmışdır. V.F.Minorskinin monoqrafiyası da
185
zəngin
mənbə materialına və məzmunlu şərhlərə malikdir və Azərbaycan tarixinin az
öyrənilmiş dövrünə - IX əsrin II yarısı - XI əsrin əvvəllərinə həsr olunmuşdur.
O.Ə.Əfəndiyevin 60-cı illərin əvvəlində nəşr olunmuş monoqrafiyasında
Azərbaycan tarixşünaslığında İ.P.Petruşevskidən sonra ilk dəfə olaraq Səfəvilər
dövləti xüsusi tədqiqat obyektinə çevrildi və bu dövlət Azərbaycan dövlətçiliyinin
mühüm faktı kimi qiymətləndirildi.
186
F.M.Əliyevin Şimali Azərbaycan şəhərlərinə
həsr olunmuş əsərində
187
XVIII əsrin II yarısında şəhər həyatının mühüm
Dostları ilə paylaş: |