Azərbaycan miLLİ elmlər akademiyasi fiZİka-riyaziyyat və texniKA elmləRİ BÖLMƏSİ



Yüklə 280,91 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix07.04.2018
ölçüsü280,91 Kb.
#36421
  1   2   3   4   5   6   7   8


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

 

FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNUN 

 

2014-cü ildə  

 

ELMİ VƏ ELMİ-TƏŞKİLATI FƏALİYYƏTİ HAQQINDA 

 

 

H  E  S  A  B  A  T  

 

 

 

 

 

 

B A K I – 2014 


 

 

 





MÜNDƏRİCAT 

 

I.       Elmi tədqiqat işləri planlarinin yerinə yetirilməsi haqqinda 

ümumi  məlumat və alinmiş mühüm nəticələr. 



 



II.    Tətbiq olunmuş elmi nəticələr. 



III.   Elmi təşkilati fəaliyyətinin xarakteristikasi 



1.     Elmi tədqiqat proqramlarının müsabiqəsində iştirak. 



2.     Beynəlxalq elmi əlaqələr. 

10 

3.     Qrantlar. 

15 

4.     Fundamental elmlər təhsilin qarışılıqlı əlaqəsi. 

18 

5.     Keçirilmiş konfranslar, seminarlar və yubileylər.  

19 

6.     Elmi Şuranın fəaliyyəti 

21 

7.     Nəşriyyat fəaliyyəti. 

23 

8.     Kitabxana. 

25 

9.     Elmi kadrların hazırlanması. 

26 

10.   Maddi-texniki təchizat və maliyyə məsələləri. 

28 

11.   Çatışmazlıqlar və təkliflər 

29 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 

 





I.   ELMI TƏDQIQAT IŞLƏRI PLANLARININ YERINƏ 

 YETIRILMƏSI HAQQINDA ÜMUMI MƏLUMAT VƏ  

ALINMIŞ MÜHÜM NƏTICƏLƏR 

 

2014-cü  ildə  AMEA  Riyaziyyat  və  Mexanika  İnstitutunda  elmi-



tədqiqat işləri 2 istiqamət üzrə yerinə yetirilmişdir: riyaziyyat və mexanika. 

Bu  istiqamətlər  üzrə  aparılan  tədqiqatlar  8  problemi  əhatə  edir. 

Problemlərdən 5-i riyaziyyat, 2-si mexanika, 1-i isə elm və texnikanın tarixi 

sahəsində  yerinə  yetirilən  elmi-tədqiqat  işlərinə  aiddir.  Riyaziyyat 

sahəsində yerinə yetirilən problemlər aşağıdakılardır: 

 



Operatorların  spektral  nəzəriyyəsi  və  operator  cəbrlərinin 

nəzəriyyəsi. 

Funksional  fəzalar  və  müntəzəm  cəbrlərdə  çəkili  kompozisiya 

operatorlarının;  operator  cəbrində  operatorun  invariant  alt  fəzalarının; 

Banax  fəzalarında  bir  sinif  operatorların  spektral  xassələrinin  öyrənilməsi. 

Bəzi təsadüfi proseslərin riyazi modelinin qurulması; spektral nəzəriyyənin 

düz və tərs səpilmə məsələlərinin tədqiqi. 

(problem rəhbəri: prof. Həmdulla Aslanov) 

 



 

Funksional  fəzalar  nəzəriyyəsi  və  çoxobrazlılarda  harmonik 

analizin problemləri. 

Müxtəlif funksional fəzalarda çoxdəyişənli funksiyaların dəyişənlərinin 

sayı  az  olan  funksiyaların  kompozisiyaları  vasitəsilə  yaxınlaşması;  Bessel 

operatorunun  doğurduğu  sürüşmə  operatorlarının  çəkili  fəzalarda  (



q

n,

)  – 


tipliyi; potensial tipli inteqral operatorların müxtəlif fəzalarda məhdudluğu-

nun öyrənilməsi. 

(problem rəhbərləri: akademik Akif Hacıyev, AMEA-nin müxbir üzvləri:       

                            Bilal Bilalov, Vaqif Quliyev, r.e.d. Vüqar İsmayılov) 

 



 



Diferensial  və  diferensial  operator  tənliklərin  ümumi  və  keyfiyyət 

nəzəriyyəsi. 

Diferensial  və  diferensial-operator  tənliklər  üçün  sərhəd  məsələlərinin 

həll  edilməsi;  həllərin  keyfiyyət  xassələrinin  öyrənilməsi;  sərhəd 

məsələlərinin  spektral  xassələrinin  tədqiqi;  diskret  sistemlərdə  optimal 

idarəetmə məsələləri. 

(problem  rəhbərləri: AMEA-nin müxbir üzvü Rauf Hüseynov,  

professorlar: Misir Mərdanov, Əkbər Əliyev) 



 

 

 



 



Cəbr və riyazi məntiqin problemləri. 

Diskret riyyaziyyat və nəzəri fizikada cəbrin və məntiqin üsulları.  

(problem rəhbərləri: r.e.d. Yuriy Turovskiy, dos. Əli Babayev) 

 



 

Fənnlər  arası  riyazi  məsələlərin  həllinin  hesablama-informasiya 

texnologiyaları. 

Qapalı oblastda özlü, sıxılmayan maye axını üçün sərhəd məsələlərinin  

diferensial  tənliklər,  modelləşdirmə,  hesablama  riyaziyyatı  üsullarının 

tətbiqi ilə analiz edilməsi və əldə olunmuş nəticələr əsasında riyazi proqram 

paketinin  hazırlanması;    parametrli  dinamik  sistemlərin  optimal  idarə 

edilməsi üçün ədədi üsul və alqoritmlərin hazırlanması; azərbaycan  dilinin 

kompyüterlərdə 

işlənilməsi 

məsələlərinin 

riyazi-informasiya 

texnologiyaları  əsasında  araşdırılaraq  müvafiq  kompleks  proqram 

təminatının yaradılması.  

(problem rəhbəri:  dos. Fariz İmranov) 

 

Mexanika  sahəsində  yerinə  yetirilmiş  elmi-tədqiqat  işləri  2  problemə 



daxildirlər: 

 



Deformasiya olunan bərk cism mexanikası. 

Müxtəlif  fiziki-mexaniki  xassələrə  malik  cisimlərin  təyinedici 

tənliklərinin  qurulması;  tədqiq  olunan  cisimlər  üçün  statik  və  dinamik 

məsələlərin həll üsullarının hazırlanması; konstruksiya elementlərinin ilkin 

və  təkrarlanan  yüklənmələr  nəticəsində  dağılma  yerini,  vaxtını  və 

təkrarlanan yüklənmələrin sayını müəyyən edən riyazi üsulun hazırlanması; 

konstruksiyalarda  xarici  təsirlər  (qüvvə,  temperatur,  radiasiya,  korroziya) 

altında yaranan gərginlik– deformasiya vəziyyətinin və dağılma zamanının 

təyin edilməsi, dayanıqlıq və rəqs hərəkətinin tədqiqi. 

(problem rəhbərləri: professorlar: Cəfər Ağalarov, Vaqif Hacıyev, Qabil   

                                                                                 Əliyev, Lətif  Talıblı) 

 



Maye və qaz mexanikası. 

Heterogen sistemlər, qazlı maye, dispers məhlul, kompozit qarışıq, axın 

və  süzülmələrdə  yaranan  qeyri  tarazlıq,  qeyri  stasionar  və  qeyri 

dayanıqlıqların  eksperimental  və  nəzəri  tədqiqatlarının  aparılması;  onların 

lazımi  istiqamətlərdə  tənzimlənməsinitəmin  edən  şərt  və  təkliflər  daxil 

etməklə müxtəlif texnoloji proseslər üçün həllərin  tapılması. 

                    (problem rəhbəri: AMEA-nın müxbür üzvü Qeylani Pənahov) 



Yüklə 280,91 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə