Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu axisqali



Yüklə 1,23 Mb.
səhifə5/12
tarix11.07.2018
ölçüsü1,23 Mb.
#55062
1   2   3   4   5   6   7   8   9   ...   12

(M.T., səh. 2)

BİLMERƏM
Cavannıx dövranı yaxşı keçirdim,

İndi qocalığa dözə bilmerəm.

Yadıma çox düşör gəzdigim yerlər,

Tüşülmüş qılçalar, gəzə bilmerəm.


Sən mənim rühümsan, ay mina gərdən,

Oynadıb axlımı aparma sərdən,

Demə qocalıbsan, dolan gəl hərdən,

Əlim ətəyinnən üzə bilmerəm.


Xasta diyər yaşım səksəni geşdi,

Günbəgün əsməgə başladı başım,

Tor gördü gözdərim, töküldü dişim

Bir az öykələrəm, əzə bilmerəm.



(M.T., səh. 22)

BİR GÜNƏŞ
Yetişdi hesablar, doldu mətləbə,

Şükür üstümüzə çaldı bir günəş.

Cılpaqdı cəsədim, zəifdi atım,

Genə derlər, min, dağları bir gün aş.


Nə oğuldu, nə uşaxdı, nə bala,

Nə xətadı, nə qəzadı, nə bəla.

Könlüm yoxdu nə şəkərə, nə bala,

İstədilər içirələr bir gün aş.


Baxtı siyah taleyimdə oldugün,

Açammazdar bağladığım ol dügün,

Eşitsələr Xəstə Hasan öldüğun,

Çağırallar, gəl, məzarı bir gün aş.



(V. H., səh. 46)
Ş.M. şeirin son bəndindən istifadə edib. O da V.H. nəşriylə eynidir (səh. 155)

BU GECƏ
Üzün boyli, mina gərdan, sultanın,

Gəlib ta qoynuma girsən, bu gecə.

Aylar, günnər həsrətini çəkərəm,

O sinən sinəmə vursan bu gecə.

Gəl səninən qurax xəlvət otağı,

Doldursun badyanı, dolansın sağı,

Naşı xoryat neyçün dərər bu bağı,

Bir bağmançı gətir dərsin, bu gecə.


Xasta Hasan yara verdi sələmi,

Sağ olsun cananım, cümlə ələmi,

Qadir Mövləm belə çəvir qələmi,

Səvəni səvənə versən, bu gecə. (M. T., səh. 20)


Ş.M. nəşrində şeir belədir: 1 misra “Başına döndüyüm səlmi-salatın”, 2-də “Gəlib ta”- “Soyunub “, 3-də “Aylar, günnər”-“İllərilən”, 4-də “O sinən sinəmə vursan”- “Sinəni sinəmə sarasan”, 5-də “Gəl səninən qurax xəlvət”-“Nazlı dilbər, xəlvət edək”, 6-da “Doldur piyaləni, qoy dursun sağı”, 7-də “Naşı bağban dərə bilməz bu tağı”, 8-də “Bircə qədəm basıb dərsən bu gecə”, 9-da “Hüsnü mat eylədi cümlə aləmi”, 10-da “Qadir Allah böylə çalsın qələmi” . (səh.147-148)

BU SARAYLARI
Leylü-nahar gəzər aləmi aşkar,

Qara bulut kimi bu sarayları.

O şah ilə şahmarının əlinnən

Əcəb kim becərib bu sarayları ?!


Eşqin ürüzgarı bu canda əsər,

Qazı yoxdu, şəriəti kim kəsər ?!

Nə usda var, nə balta var, nə kəsər,

Əcəb kim becərib bu sarayları ?!


Xasta Hasan dərsin alı gündə beş,

Dost bağına dolanıram gündə beş.

İldə iki, ayda dörddü, gündə beş,

Kim başa gətirdi bu sarayları ?! (İ. Ə., səh. 1)


İ.A.variantında misra fərqləri belədir:1-də “Leyli pünhan gəzər, xeyir əşkara“, 3-də “Ya dağının, ya şahının əlindən”, 4 və 8-də “Ya Rəbb, kim becərdi bu sarayları?! ”, 5, 6-da “Eşqin yeli bu sinəmdə nə əsər, Molla yoxdur, bə şəriyəti kim kəsər?”, 9, 10-da “ Xəstə deyər: dərsim aldım gündə beş, Dolandım dost bağın gündə beş”, 12-də “Bəs kimlər dolandı bu sarayları?!”

M.T. variantında İ.A. variantı kimidir. Aradakı fərqlər belədir : 1-də “xeyir“ - “səhər“, 9-da “Xasta Hasan dərsin aldı gündə beş“, 12-də “Əcəb kim becərib bu sarayları“ kimidir.

V.H. nəşrindəki misra fərqləri belədir :1-də “Leyli-pünhan gəzər, aləm aşkarə“, 3-də “O şahin şahmarın əlindən çarə”, 4, 8 və 12-də “Kim bacara bildi bu sarayları ?! ”, 6-da “Qazı yoxdu” -”Molla yox ki”, 10-da “Dost bağına dolanıram“ - “Dolanıram dost bağını“, 11-də “Həftədə bir, ildə iki, gündə beş” (səh.31.)

DADIMA MƏNİM
Çox şükürlər olsun şahlar şahına,

Yetişti bu halda dadıma mənim.

Göndərdi, üstümə gəldi ərənnər,

Bir sevgi saldılar yadıma mənim.


Toprax verdi mənə, bir gözəl yeyim,

Yoxdu simli sazım mən sizə deyim,

Əynimə geydirdi qəm paltar-geyim,

“Xasta”yı artırdı adıma mənim.


Pirlər mənnən qat-qat dəri soydular,

Söylətdilər söhbətimnən doydular.

Mənim adım Xasta Hasan qoydular,

Dedim ki, yetişsin dadıma mənim.



(M. T., səh.3)

DEDİ
Ərkinən daş atdım o nazlı yara,

Ajıxlanıf mana “dəlisən?!” – dedi.

Dedim: bir busə ver, o gül üzünnən

“Ajalın yetəməmiş, ölüsən! ” –dedi.


Dedim: Qurban olum sənin eyninə,

Üzüm sürtüm buxağına, əyninə.

İzin ver əl aparım qoynuna,

Dirsəyin göstərif: “Alısan?!” –dedi.


Xəstə deyər: Bu qız dağ ceyranıdı,

Doqqazdan gələndə məni tanıdı.

Əl köksünə çəkif məni yanıdı,

“Bir bizim məhliyə gəlisən”–dedi. (İ.Ə., səh. 2)


A.İ. variantında misra fərqləri belədir:4-cü misrayla 8-ci misraların yerləri dəyişikdir. 6, 7-də “Üzüm sürtdüm köynə­yinin əyninə, Bir rusxat ver əl aparım qoynuna”.(səh.26)

T.Q. nəşrindəki misra fərqləri belədir: 1-də “Ərih çiyidini atdım bu yara”, 3-də “Dedim: bir busə ver, o gül yanaxdan”, 7-də “Rusğat ver də, əl aparım qoynuna”, 10-da “Əlini köh­sü­nə çəkif yanıdı”. 4- lə 8-ci və 10-la 11-ci misranın yeri də­yişikdir. (səh. 344)

V.H. nəşrində 1, 3, 7, 10, 11-ci misralar T.Q. nəşrində olduğu kimidir. (səh.36)

M.T. variantında şeir belədir:

Bir fiskeynən nazlı yara daş atdım,

Qayıtdı geriyə “dəlisən?” – dedi.

Bir busa istədim al yanağınnan,

Çəvirdi dirsəyin “alısan!” –dedi.
Bu nə sevdaydı, sınadı məni?!

El- ulus içində qınadı məni.

Əl dögdü sinəyə, yanıdı məni,

“Bir bizim məhləyə gəlisən“,– dedi.


Xasta Hasan der: ayırdılar gülümnən,

Gözüm açdım qurtulmadım zülümnən,

Ölənəçən kimsə almaz əlimnən,

“Qapımda babamın qulusan” –dedi. (səh.28)



ƏFƏNDİM
Aləm bilir eşq atəşi məndədi,

Bilmiyənnər xilaf sanar, əfəndim.

Bir yar ki, yarınan ilqar eylədi,

İlqarınnan necə dönər, əfəndim.

Aləm bilir sənin adın Dədə bəy,

Nəslin olub əvvəlindən zadə bəy.

Öldür məni, verməynən yada bəy,

Hər görənnər əhsan sanar, əfəndim.


Mən Xəstəyəm bağda bostan əkərəm,

Dırqınada2 bir gözələ nökərəm.

İndi canü-dildən bir ah çəkərəm,

Tamam çarşı-bazar yanar, əfəndim.



(İ.A., səh. 30)

M.T. variantında misra fərqləri belədir:1-də “Aləm bilir”- “Mən bilerəm”, 3-də “Bir can kı bir cana, ixrar verəndə”, 5-də “Aləm bilir sənin”- “Özün bir ağasan”, 6-da “Nəslin olub əvvəlindən”- “Aləm biler sənin əslin”, 7, 8-də “Özün öldür, məni vermə yada, bəy, Görən səni kimlər qınar, əfəndim”, 11-də “İndi canı-dildən“- “Şimdi dərinimnən”, 12-də “Çarçı bazar bütün yana, əfəndim”(səh. 32)

T.Q. nəşri İ.A. variantıyla eynidir.(səh. 345-346.)

V.H. nəşrində misra fərqləri belədir: 5-də “nəslin” - “əs­lin”, 8-də “əhsən” - “ehsan”, 11-də “bir ah” - “nara” .(səh. 33)

GETDİ
Şükür, ayax qoydu yar bizim yerə,

Kirpikləri oxdu, qanım da getdi.

Camalın şöyləsi yaxıf aləmi,

Sanasan məleykə donunda getdi.


Eldə belə gözəl olmaz həmişə,

Hüsnün şöləsindən gözdər qamaşa.

Küllü Alosmana saldı tamaşa,

Üçgüllü vəzirin yanında getdi.


Xəstənin yarısın ay gözəl Fədi,

Artırdın dərdimi eylədin dəli.

Göylərin ülkəri, elin sərdəri,

Sən getdin, cəsətdə canım da getdi.



(İ.A., səh. 61.)

M.T. variantında misra fərqləri belədir: 2-də „oxdu“- „neşdər“, 3-də „camalın“- „üzünün“, 4-də „Üç tüğlü vəzirin yanında“, 5-də „olmaz“- „çıxmaz“, 6-da -„şöləsinnən“-„xalın­nan“, 8-də „Sanki bir məleykə donunda getdi“, 11-də „Alə­min ülkəri, elin sultanı“, 12-də „Çürüdü cəsətim, canım da getdi“.(səh. 28)

T.Q. nəşrində misra fərqləri belədir: 10-da „Öldürməhdi məni, xəyalın nədi“, 10-cu misra 11-in yerində olduğundan 11-ci misra yoxdur.(səh. 345)

V.H. nəşrində misra fərqləri belədir: 3-də „yaxıf“- „yıxıf“, 6-da „şöləsindən“ -„işığından“, 10 və 11-də „Öldürməhdi mə­ni, xəyalın nədi, Artırdın dərdimi dəli eylədin“ .(səh. 34)

GƏRƏK
Bizdən salam olsun ustad olana,

Haqqın divanında nə demək gərək?

Orucu tutmağa, namaz qılmağa

Yarın məşhər günü nə demək gərək?


Məhərrəm ayı da denməz hər aya,

Cəbrə düşər imdad gələr araya.

Səhrada bir meyit düşsə araya,

Molla bulunmasa nə demək gərək?


Xəstə Hasan dəryalara dalanda,

Təbib sənsin yaralarım saranda.

Əzrayıl göz önən mehman olanda,

Dilim bəndə düşər, nə demək gərək.



(V.H., səh. 30)

GƏLDİ
Dərya qırağında durub gəzərkən,

Əlimə bir alma dalı ras gəldi.

Can qurban eylərəm ay alma dalı,

Könlül istədigi yara ras gəldi.


Əlində tutordu altınnan tası,

Silindi köylümün qalmadı pası,

Ağ sinən üstüdü Bulqur yaylası3,

O sinən sinəmə düz iras gəldi.


Xastıya dönübən nazar eylədi,

Xastayı canınnan bezar eylədi,

Səksənnən, doxsannan bazar eylədi,

Yanıldı sayısı yüz iras gəldi. (M.T., səh. 4)


İ.A. variantında misra fərqləri belədir: 1-də “Dərya kə­narını güzar eylədim“, 3-də „İstədim almasın dərəm, döşü­rəm“, 4-də „yar ras gəldi”-“nar ras gəldi“, 7-də „Qoynunu yoxladım əşkar libası”, 8-də “Sinəsi sinəmə kar ras gəldi”, 3-cü bənd isə belədir: Xəstə deyər müştah oldum telinə, Şəkər əzib dəhanına, dilinə, İstədim ki, dəvam edəm yoluma, Gör­düm ki, qarşıdan yar ras gəldi.(səh. 4)

F.Ç. Aşıq İlyas Dadaşovdan topladığı variant belədir:

Dərya kənarında sənəy avlernən,

Əl atdım, əlimə alma dalı ras gəldi.
Sənə qurban olum, ay alma dalı,

Gönül ey sevdiceyi yarı ras gəldi.


Əlində hey tuturdu altunnan tası,

Silinsin, köylümün qalmasın pası,

Ağ sinən üstü, ay gözəl, Bulqar yaylası,

Sinən bu sinəmə düz ras gəldi.


Baxıb belə ey mənə nazar eylədi,

Xəstəyi canınnan bezar eylədi,

Doxsan doqquzundan diyer belə bazar eylədi,

Yanıldı sayısı yüz rast gəldi. (səh.2)



GƏLİYER
Könül, səni müjdəliyim savaxdan,

Budur üzü xallı yarım gəliyer.

Əzələri, məzələri, ləbləri,

Dili şəkər-ballı yarım gəliyer.

Ay qız,əbruların gərdənnən aşar,

Bad əsəndə incə belə sarmaşar,

Alların o xala nə xub yaraşar,

Boyu səlvi boylu, yarım gəliyer.

Xasta Hasan der: nə tərs baxdın üzümə?

Malım yoxdur özüm qurvan özünə.

Hərcayısan, inanmaram sözünə,

Qaşı fitnə, telli yarım gəliyer. (M.T., səh. 27)


İ.A. variantında misra fərqləri belədir: 3, 4-də “Alı al ya­naxdı, qaymax dodaxdı, Dodaxları ballı yarın gələyur”, 2-ci bənd “Gözəllik dünyada sənə yaraşır, Zülflərin qaldırıf gər­dənə aşır,Yel dəyəndə incə belə dolaşır, Ağ buxağı xallı yarın gələyur”, 9-da “Xəstə deyər, niyə baxdın üzümə”, 11, 12-də “Bivəfasan, inanmıram sözünə, Yüz min fitnə-felli yarın gə­ləyur”. (səh. 25)

T.Q. nəşrindəki misra fərqləri belədir: 3-də “Yanaxlar qır­mızı, Xırtız alması”, 4-də İ.A. variantındakı kimidi. 7-də “o xala”- “xalına”, 8-də “səlvi boylu”-“çinar dallı”, 3-cü bənd isə yoxdur.(səh. 344)

V.H. nəşri T.Q. nəşrindəki kimidir.(səh.79)

GƏRƏK
Ey ağalar, sizə nəyi söyləyim,

Bu yeyib içməyə işləmək gərək.

Yuxu gəlməz yar sevənin gözünə,

Hərdən bir hekayə başlamax gərək.


Şən olsun dostumun bağçası, bağı,

Dərəydim gülünü keçməsin çağı.

Qızıl alma olub yarın yanağı

Hərdən bir, hərdən bir dişləmək gərək.


Xəstə deyər, ördək ilə qaz gəlir,

Qış ayları gedir yenə yaz gəlir.

İgid necə sevdiyindən vaz gəlir,

Hərdən bir könlünü xoşlamax gərək.



(İ.A., səh. 55)

GƏTİRƏR
Səhərdən uğradım dostun bağına,

Bülbül avazını gülə gətirmiş,

İyit odur sirrın verməz ellərə,

Qəlbində xayını dilə gətirməz.


Bir cavana öyüt versən heç almaz,

Çox insan da kəndi qədrini bilməz,

Elə bir dilim var yerində durmaz,

Aqibət başıma bəla gətirər.


Xasta Hasan qalıb müşgüllü halda,

Eşq olmasa bülbül ötərmi dalda,

Bilmerem ki, nə var bu şirin dildə,

Havada uçanı yola gətirər. (M.T., səh.36)



GİZLƏNƏR
O hansı quşdur ki, yaz gələr bağa,

Onun hörmətindən nur yağar dağa.

Bir süsən, bir sümbül, bir də ki,cığa,

Üçü də bir olsa teldə gizlənər.


O hansı quşdur ki, anasın əmər,

Bizə də göstərər şəmsinən, qəmər.

Bir şalı, bir çuxa, bir də ki, kəmər.

Üçü də bir olsa, beldə gizlənər.


Xasta Hasan tərif eylər ağca qız,

Ağzı şəkər, dodaxları balca qız.

Bir davat, bir qələm, bir də ki, kağız.

Üçü də bir olsa əldə gizlənər. (M.T., səh. 41)


İ.A. variantında „hansı“-„necə“ ilə əvəzlənib. (səh. 55)
GÖZƏL

Ömrü bada verdin, günü talana,

İndi sən ömrümün ayağı, gözəl.

Sənnən qeyri mənim yeyib-içdigim,

Tamam mənə oldu ay ağı, gözəl.
Get bazara, gəl qəbrimi qazana,

İyit odur malı özü qazana.

Qurtarubdu su tökgünən qazana,

Otur, biç kəfinim, o ağı, gözəl.


Xasta Hasan diyər: Xasta sinnidi,

Gey-qurşan əyninə, xasta sinnidi,

Ölüm haxdan gələr xasta sinnidi,

Gəl kəsmə üsdümnən ayağı, gözəl.



(M.T., səh. 21)

GÖZƏLLƏR
Gözəllərin dərgahına uğradım,

Birər-birər bəri varın, gözəllər.

Bəriyə varanda can təzələnir,

Haq veribdi bu güzarı, gözəllər.


Kiminiz xınalar əzdirin üzə,

Kiminiz şəkərlər qatdırın sözə,

Üz tutub nəzərlər çevirin bizə,

Sevindirin dostu-yarı, gözəllər.


Xəstə Hasan deyər dürdür sözümüz,

Gözəllərdə qaldı iki gözümüz,

Baxa-baxa bir aşığa üzümüz,

Yetirməyin zəhrimara, gözəllər.



(V. H., səh. 28)

Ş.M. nəşrində 3-çü bənd verilib. Onunda ikinci misrasın­dakı „Gözəllərdə“-„çəmənlərdə“ kimidir.(səh. 147)

GÜRCÜ QIZI
Təprətdin yaramı, artırdın dərdimi,

Nə gündə yarandın, ay gürcü qızı.

Ömür binəsisən, könül dirəgi,

Sənə qurban olsun can, gürcü qızı.


Artırdın sinəmdə hicranı, dağı,

Yığılmış mələklər, dolanar sağı,

Qoynun içi səkkiz cənnətin bağı,

Sənə qurban olsun can, gürcü qızı.


Xastasan4 der : sən yanıma gəlməsən,

Ağlayaram, göz yaşımı silməsən,

Əgərki dərdimə illac bulmasan,

Səni məhşərəcən yan, gürcü qızı.



(M.T., səh. 36)
QALDI
Mənim özüm öz özümə eylədim,

Külü alıb öz gözümə teylədim.

Pirlərin önündə mən tərs söylədim,

Onunçün yığvalım tərsinə gəldi.


Qısmat verdi, onu bütün yemədim,

O diyən sözlərə mən “hə” dimədim.

Sonra durub öz-özümü qınadım,

Pirimin dedigi gerçəgə gəldi.

Hasanam, yanerəm əlimə gəlməz,

Bedasıl olannar nəsihət almaz.

Bu fani dünyadi, heç kəsə qalmaz

Onunçün görüşmək mənşərə qaldı.



(M.T., səh. 4)
QƏDƏRİM MƏNİM
Ay ağalar, sınıx könül alandım,

On səkkizdə eşq oduna qalandım.

Haqqın hikmətiylə səhrə dolandım,

Olmadı heç şeydən kədərim mənim.


Naxış vurub bəzətsinnər xanamı,

Çifdər oğlum qoy şennəltsin binamı,

Xavar alan olsa doğma atamı,

Ovannı İsgəndər pədərim mənim.


Xasta Hasan qəmli-qəmli söylərəm,

Qara xançal vurub bağrım teylərəm.

Səksən üçdə ömür tamam eylərəm,

Oxunmaz tarıxı qədərim mənim.



(M. T., səh.23)
Ş.M. kitabında bu şeirini üçüncü bəndini çap edib. Onun da 1-ci misrası “Xasta Hasan“-“Mən Xastayəm“ kimidir. (səh.133)

QIZDARIN
Fəsli bahar, yaz ayları gələndə,

Açılar qoynunda gülü qızdarın.

Dumurçux-dumurçux tər buxağınnan,

Axar ləblərinnən balı qızdarın.


Hürülərin, pərilərin eşisiz,

Bu qərib gönlümün qəm yoldaşısız.

Əlli qızın, yüz gəlinin başısız,

Qucmağa yaraşar beli qızdarın.


Xasta Hasan öldügümü bilsələr,

Səlib verib səlatımı qırsalar.

Məzarimi yol üstündə qursalar,

Gələndə uğrasın yolu qızdarın. (M.T., səh.18)






İÇİNDƏ
Əvvəl dörd kitabdan, hər bir hesabdan,

Yigrimi min nə var Quran içində?

Neçə min əlifdi, edəllər izhar,

Neçə min ayatdı, Quran içində?


Neçə min əlifdi, neçə mindi zal?

Neçə min qaf-kafdı, neçə mindi dal?

Neçə min kənzdi, neçə min dəlal?

Neçə min maddədi „Fürqan“ içində?


Neçə min surədi, becər onu yaz,

Neçə min hərifdi, neçə mindi söz?

Əgər becərməsən istərəm bir saz,

Neçə min nöqtəsi Quran içində?


Neçə min əlifin birdi nişanı?

Neçə min Rusdamı, rəsmi-zamanı?

Neçə min Zülfüqar münkir divanı?

Neçə min sərdarı meydan içində?


Neçə min yaxında əhli-bafadar?

Neçə min cannara yetişər səmər?

Kənzin-künzün əhvalınnan xavar al,

Xasta kimdi kövnü məkan içində?



(M. T., səh.15)

İÇİNDƏDİ5
Səndən xəbər alım, ey kamil usta

Cənnətin çırağı nə içindədi?

Kim piltəsin saldı, kim çəkdi yağın,

Kim aldı dəstinə, nə içindədi?


…………………………….

…………………………….

…………………………….

…………………………….


Xəstə bu sözləri bilməsə deməz,

Eşqin dəryasına dalmasa deməz,

Pirlərdən dərsini almasa deməz,

Dünyanın ətrafı nə içindədi? (İ.A., səh. 22)


T.Q. (səh. 357) və V.H. nəşrləri İ.A. variantıyla eynidir. (səh.80.)
KAMALLIDI
Bir cüt gözələ rast gəldim aranda,

Qadir Allah saxla, necə cannıdı.

Hər biri də bir-birinə oxşuyur,

Bilmirəm şiyədi, yoxsa sünnüdü?


Birisi bəzənif ala,qumaşa,

Biri vəsmə yaxıf o qələm qaşa,

Birisi əyilir kəsəyə, daşa,

Birinin səri çox dumannıdı.


Biri çalmasını əyri çalayır,

Bir yavaş-yavaş yaxın gələyir,

Birisi birinnən xəvər alayır,

O da cavab verir: “İmirhasannıdı.”


Biri deyir: bu Xəstəyi vurayım,

Biri deyir: qol-qanadın qırayım,

Biri deyir: nəslini sorayım,

Birisi birindən yek kamallıdır. (İ.A., səh.15)


T.Q. nəşrindəki misralar arasında fərq belədir: 1-də “Bir cüt“-„üç-dörd“, 3-də „Hər biri də”- „Canı yanmış“.(səh. 351)

V.H. şeirə “Daşqullar gözəlləri” adını qoyub, mətn isə T.Q. nəşriylə eynidir. (səh. 35)

M.T. variantında şeir belədir:

Bir çüt gözəl rast oldu aranda,

Qadir Mövlam qıyma neçə cannıdı.

İkisi də bənzər biri birinə,

Bilməm qızılbaş, yoxsa sünnüdü

Biri bizə yaxın gəliyer,

Biri çalmasını əyri çaliyer,

Birisi birindən xəvər alıyer,

Biri cavaf verir: İmirhasannıdı

Biri al geyinif, ayaxdan başa,

Biri sürmə çəkif kipriğə, qaşa,

Birisi əyiler kəsəgə, daşa,

Birisi birindən yek kamallıdı.

Biri çox gəzifdi aranı, dağı,

Biri çox yeyifdi qaymağı, yağı,

Birinin qolunda qızıl qolbağı,

Biri dal durmağa çox gümannıdı.

Biri deyir: Bu Xastayı vurayım,

Biri deyir: Qol-qıçını qırayım,

Biri deyir: Sadağını qurayım,

Birisinin səri çox dumannıdı.(səh. 39)

KİM İDİ?
Adəmnən əvvəl bu fani dünyaya,

O zaman Süleyman olan kim idi?

Hökmətdə əyləşən, höküm eyləyən,

Hatifdən nidası gələn kim idi?


O zaman şəriəti kimlər oxudu,

Kaç millətdə can var, cəsəd yoxudu,

Adəmnən əvvəldə siğə yoxudu,

Oruc tutub, namaz qılan kim idi?


O kim idi çıxdı Turun dağına?

Kim Həzrət Məhəmmədi aldı qucağına?

O kim idi girdi cənnət bağına?

Cənnətin açarın verən kim idi?


Xəstə Hasan sığınıbdı o Haqqa,

Haqq divanda haqqı verməz nahaqqa,

Üç min, üç yüz əlli dəyqəlik vaxtda,

Söylə, mağallaqda qalan kim idi?



(V.H., səh. 42)

MAŞALLAH

Təzədən bir gözəl çıxdı aləmə,

Al yanağa, gül buxağa maşallah!

Onun gözəlliyin aldım qələmə,

Bədir sifət, ay camala maşallah!
İsmin Mələkdir, yoxsa Salatın,

Xətəmin zərnişan, sırması altın,

Qaldır niqabını aç, Güləbatın,

Dal gərdəndə, sarı teli, maşallah!


Xəstə pir əlindən içifdi bada,

Gözəllər əlinnən gedərəm dada.

Daha tərif olmaz bundan ziyada,

İndi baxdı gülə-gülə maşallah. (İ.A., səh.20)


M.T. variantındakı misra fərqləri belədir: 2, 3-də “Belə axıl, ol kamala maşallah, Gərək hüsnün dəftər ala qələmə“ (səh. 41)

T.Q. (səh. 353-354) V.H. (səh. 39) nəşirləri İ.A. va­rian­tıy­la təxminən eynidir.
MƏNASI NƏDİ?
Sabah səhər vaxtı bir yıldız atdı,

Ay sihab edibən gün yerə batdı.

Əzrayıl Məkkədə səcdəyə getdi,

Səcdəyə getmənin mənası nədi?!


O kim idi mindi eşqin atını,

Söylə mənə onun əsil zatını.

Kim ağzına aldı kəndi ətini,

Ağzına almanın mənası nədi?!


Xastasan xarmana endürən sapdı,

Kim idi sifdəsi cənnəti çapdı,

Kim idi ifdidən zülmatı tapdı,

Zülmat bulmanın mənası nədi?! (M.T., səh. 35)



MƏNİM
Ay ağalar, sizə tərif eyləyim,

Nədəndir çəkilməz bu nazım mənim?

Təmizdi əlfamız, pakdır sözümüz,

Hayıf ki, görməyir bu gözüm mənim.


Dəryada işləməz yelkənsiz gəmi,

Ürəkdə olmasın dərd ilə qəmi,

Ulu məclislərdə yapaydım dəmi,

Əlimdə olaydı bu sazım mənim.


Mən Xəstəyəm, oxuyardım, yazardım,

Qəvvas olub dəryalarda üzərdim,

Çarx misali bu dünyanı gəzərdim,

Neyləyim, tutmayır bu dizim mənim!



(V.H., səh. 26)
Ş.M. nəşri (səh 133) V.H. nəşrilə eynidir.

MUYLARIN
Mənim sonam cilvə verib özünə,

Darayıb gərdana tökər muyların.

Görən həsrət, görməyənnər qiyamət,

Bu qədər sitəmə yetər muyların.


Şan verib şanədən, cığalı başdan,

Yan verib yanınnan, tökülüb döşdən,

Müjgan kirpiklərin o qələm qaşdan,

Enər dal gərdəndə yatar muyların.


Xəstənin sevdiyi növbahar fəsli,

Binədən gözəldi onnarın nəsli,

Necə yaxtı xan Kərəmi xan Əsli,

Məni də yandırar betər muyların.

(İ.Ə., səh. 2, səh. 18)
İ. A.variantı İ.Ə. variantı ilə eyni olsa da İ.A.da “muy­la­rın” əvəzində “tellərin”dir.(səh. 46)

V.H. nəşrində 11-ci misra “Necə Xan Kərəmi yıxdı Xan Əsli” kimidir.(səh. 32)

E.A. nəşrindəki şeir İ.Ə. nəşrilə eynidir. Yalnız 10-cu misrada “Binədən”-“Əzəldən” sözü ilə əvəzlənib.(səh.76)

Ş.M. nəşrində də şerin son bəndi verilib. Orada“Binədən”-“Əzəldən” kimidir. (səh. 147

NEYLƏSİN?
Səhərdən uğradım mən bir gözələ,

Dedin: ay qız, götür suyun təzələ.

Saraldı gül rəngi, döndü xəzələ,

Düşdü əldən, sındı qalyan neyləsin?


Bizim yerlər çayır-çəmən, meşədi,

Al yanağa qızılgülü döşədi,

Altun döyül, gümüş döyül, şişədi,

Düşdü əldən, sındı qalyan, neyləsin?


Xəstə Hasan, nə istərsən bu qızdan?

Tər tökülür al yanaxdan, gül üzdən,

Kəs qiymətin, pulun alyınan bizdən,

Düşdü əldən, sındı qalyan neyləsin?



(D.D., səh.2)
İ.A. variantındakı misra fərqləri belədir: Bəndlərini sonu “Əldən düşdü, qəlyan sındı, neynəsin ?!“ kimidir. 2, 3-cü “Sa­raldı irəngi, döndü xəzələ, Özün dedin: “Götür suyun təzələ“, 10-da “o üzdən“- “gül üzdən“, 11-də “pulunu“- “indi“.(səh. 38)

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə