Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu axisqali



Yüklə 1,23 Mb.
səhifə9/12
tarix11.07.2018
ölçüsü1,23 Mb.
#55062
1   ...   4   5   6   7   8   9   10   11   12

Aldı Qaranı:

Ey könül, oyan qəflətən o dəm bu dövrana bax.

Hər savax tezdən ərşə çəkilən ol karvana bax.

Dəryada mah, yerdə murğu, hamı onun əmrindədi.

Dünya heç kəsə qalmadı, hanı Süleymana bax.
Aldı Xəstə Hasan:

Bizi yoxdan var eyləyən ol tanrı, sübhana bax.

Abı, ataş, xaki, baddan xəlq olunan insana bax.

İnsan üçün layiq bildi cənnəti rizvanını.

Onlarla qəsdi-qərəzi olan ol məlun şeytana bax.

Aldı Qaranı:

İbrahim ki, İsmayılı apardı Ərəfətə

Dedi: Ata, qolum bağla, sənə verrəm əziyyətə

Xışmla bıçağı çəkdi ol Həcər-ül Əsfətə

Kim gətirdi, kim götürdü ol qoçu qurbana bax!
Aldı Xəstə Hasan:

Hax taladan nida gəldi, «İncil» endi İsaya,

«Zabur» Davuda verildi, «Abu Tövrat» Musaya.

Məhəməd durdu qıvlaya, Məryəm girdi kilisaya.

Məhəmmədin hümmətinə oxunan Qurana bax!
Aldı Qaranı:

Otuz iki fərz içində oxunanı bilməli,

Sayı minə səcdə et, həm salavat qılmalı. Min dəfə səcdə et

Qaranı, yüz yaşasan da axır bir gün ölməli,

Bizi yoxdan var edənin yazdığı fərmana bax!
Aldı Xəstə Hasan:

Hasan deyər qiyamatda suru çalan kimi idi?

Əzrayıl ki,can alandı onun canın kim aldı?

Gələndə ölüm bazarı tarıxlar tamam oldu.

Xudam qismət eyləsə, beş əşrə Qurana bax!

Qaranı öz-özünə dedi ki, gəl bu uşağı cığalı təcnisnən sına.


Aldı Qaranı:

Əlif-bey içində, hərif arasında,

O nədir ki, yazılıbdı qara hey?!

Eləmi arasında,

Mən aşığam arasında,

Ölsəm, məzarım qazın

O ağ məmən arasında.

Seyraquvu gördüm dostun bağında,

Sifəti ilə, qismət ilə, qara hey!
Aldı Xasta Hasan:

Mən deyirəm bu dünya da beş gündü,

Mən bilirəm beşini də qara hey!

Mən aşığam qara hey!

Oxu dərsin qara hey!

Seyraquvu görmüşəm

Xufat ilə qamətin qara hey!

Sağlıx xəvərimi yara versələr,

Dost söyünər, düşmən geyər qara hey!
Aldı Qaranı:

İnsan odur qiymət qoya, bir dürə,

Hörmət etdim izzət ilə bir dürə.

Mən aşığam bir dura,

Bir yeriyə, bir dura,

Sərraf ona deyərəm,

Qiymət qoya bir dürə.

Əliyi mindirdilər Düldülə,

Qavağında sarvanıydı Qara hey!
Aldı Xəstə Hasan:

Xəstə düşdüm döşək üstə dər saldım,

Cəfa çəkdim dünya üçün dərs aldım,

Eyləmi dərs aldım,

Eşiyinə dər saldım,

Eşitdim seyraquv gəlir,

Onun üçün dərs aldım.

Ağlı kamil bir ustadan dərs aldım,

Oxumuşam əlif, əbcət, qara hey.
Aldı Qaranı:

Qaranıyam, heç bilmirəm çarasın,

Əyyub sağlığında gördü yarasın.

Aşıx deyər yarısın,

Yarı mimdi, yarı sın

Cəsəd od alıb yandı,

Ətrafında gəl isin.

On bir övladıyla Şahi Mərdan,

İmdad eylə heç olmasın qara hey!
Aldı Xəstə Hasan:

Bayqu məskən salıb, yara deməzdər,

Leylidən Məjlumdur yara deməzdər,

Aşıx, yara deməzdər,

Sirri yara deməzdər,

Sizlərdə necə qaydadı,

Dərdə çara deməzdər.

Xastanin öldüyünü yara deməzdər,

Baxarsan ki, məzarımdı qara hey!

Qaranı gördü cığalı təcnisə də Hasan cavab verdi, öz-özünə dedi ki, gəl buna bir qıfılbənd de, məclisi qoyub qaçsın.


Aldı Qaranı:

Səndən xəbər alım, ay cavan oğlan,

Ol rizvanından ver mənə xəbər.

Sevimlidi səkkiz cənnət əzizi.

O bir candan ver mənə xəbər.

On iki yaşında oldu cənnətdə,

Doqquz bağa su verdi

O gözəl bağbandan indi ver xəbər.


Aldı Xəstə Hasan:

Al cavabın deyim, ay kamil usdad,

O rizvandan al xəbər

Sevimlidi səkkiz cənnət əzizi,

O bir candan al xəbər.

İdris peyğəmbər oldu cənnətdə

Doqquz ay olubdu ana qarnında

Gözəl bağbandan indi al xəbər.


Aldı Qaranı:

Dinlərdən hansı din ucadı ki, sən tutasan o dini.

Bu dünyada əvvəla kimlər gördü Əzrayılın cəngini.

Kəndi sarı, səlvi qara, o da kimin dəvəsiydi onunu.

De görək nədən xəlq olundu, bir o candan verginən xəbər.
Aldı Xəstə Hasan:

Əvvəl Allahdı, dində Məhəmməd mən də tutaram o dini.

(Lentdə pozuqluq olduğunda deyişmənin son misralarını köçürə bilməmişəm– Ə.Ş.)

Nağı bəy deyir: - Xəstə Hasan, halal olsun ananın verdiyi süd sənə. Sən deyilənlərin hamısına çavaf verdin. Ərşdən-gürşdən çox dediniz. İndi elə bir şey oxu ki, hamımızın könlü şad olsun.

Aldı Xasta Hasan sazı bir duvaqqappa-gözəlləməsi dedi:

Gözəldə cilvə çox olar, qüsuruna qalmayasan.

Xəlvətdə dşsə əlinə, döşün altda almayasan?!

Öpəsən, qucasan, götürəsən xəlvət yerə.

………………………………..sarıla bir yatasan.
Qolun salasan boynuna, danışdırasan, söylədəsən,

Güldürəsən, gülməyəsən, düşərsən nəzərdən

Çox yuxucul olmayasan……………………….

Gördün ki, çox hicab edir, vəcehinə bir hicab atasan.


Eylə ki, gətirdin mərhəmətə, qail ol şirin söhbətə.

Daha baxma demiyəsən çox qəm-xəm eləməyinə.

Yavaş-yavaş əl atasan hüsnün bağın açasan.

Birdən əl atasan göbəyinə, sarılasan bir yatasan.


Xəstə Hasan mən ölüm, bu sözlər dəyməzmi dünya malına,

Yetik olasan yaram halına, altın üzük düzdürəsən barmağına,

Toy tədarükün gördürəsən, hər əskikliyinə baxasan,

Müşkül halda köçməyəsən, mərhəmətlə ……………..,

On iki batman cəmdəyini şarp üstünə salmayasan.
(Lentdə pozuqluq olduğundan arada bir boşluq yaranır. Sonda aşağıdakı şeiri deyir– Ə.Ş.)
Həm kərimsən, həm alimsən, həm qüvvətli, həm də uca

Gecə-gündüz könlüm istər, dilim eylər iltica,

Qapında bir ac doydurasan, elə bir getdin Haca,

Cəbrayıl ki vəhy gətirdi, ay Rəsul, gəlsən Mehraca.

Xətəbin nişan verdi, Allahın astanına.
Cim-cimədən yol eyləyib, Qəhqaha kəmənd atan

Məhəmməd, Əli Mürsəlin Abu Talıbdır atan,

Gecə-gündüz cəng eyləyib qolunda qana batan,

Sayılı borşdan qurtarıb, başın nəffara satan

Yoxdur ki, sənin kimi ər, ərənlər meydanında.
Aşıq oldum, dünya gəzdim, doymadım dünyadan hələ,

Onun tərcümasında cənnətdən alma gələ.

Almanın çarpa qılasan, əlində üzüm qala.

Bü dünya belə yaranıb, çoxların yola sala

Gəl ey Xəstə Hasan, üz vurmaginan, çıx sofu damanına.
(Lent pozulduğundan sonunu köçürə bilmədim– Ə.Ş.)

Söylədi: Aşıq İsgəndər Ağbabalı(Gülməmmədov),

Naxçıvan şəhəri, 24 mart 1983-cü il
S.Peterburqda yaşayan araşdırıcı Faiq Çələbinin aşıq İlyas Dadaşovdan lentindən aldığı variant Aşıq İsgəndər Ağbaba­lının söylədiyi variantla oxşardır. Fərqləri qeyd edirik: Das­tan-rəva­yətdə də hadisələr Xavet kəndində cəryan edir. Bura­da İskəndər Ağbabalının söylədiyi variantda olmayan Xəstə Hasanın «Kim­də var», «…Üz açar indi», Qaranının «Gülgəz» şeriləri var.

Rəvayətdə Xəstə Hasanı Hasanın 12-13 yaşı olduğu söy­lənilir və Nağı bəyin yanına gətirməyə gedən Qarapapax Ağ­yol Söyün uşağa–yəni Xəstə Hasana deyir: “Nədən çəkinir­sən. Sən mənim öz bajımın oğlusan”.

Xəstə Hasan çöldə yatanda danalar taxılı yediyinə görə sahibinə16 put arpa borclu qalır.

Rəvayətdə Hasan Qaranının üstünə gələndə deyilir: Xası gəlir aşığın havarına.


Söyləyəni: Aşıq İlyas Dadaşov. Alma atı.

Aşıq İsgəndər Ağbabalının söylədiyi bu variant, Mur­taza Tursunovun söylədiyi ilə müqaisəli verilmişdir.

XƏSTƏ HASANNAN ASIQ POLADIN DEYİSMƏSİ
Aşıx Poladın Gürcüstanın Daşdıqullar kəndində bir toy işi vardı. Toy yeddi gün, yeddi gecə davam edəcəkdi. Toy sahibi də bir az Aşıx Polada yaxın adamıydı. Aşıx Poladı çağırmışdı məclisini aparmağa. Aşığın maması qızı Salatın oğlan yengəsiydi. Qız yengəsi isə Hürü adlı birisiydi.

İndi deyək Xəstə Hasannan. Xəstə Hasan Axırkələyin Levis kəndində yaşayırdı. Ora da dağ yeridi. Havası gözəl, suları bal kimi olsa da yaylax yeridi, gah yaz gej gələr, gah dolu yağar əkin-biçini koriyardı. Bura əkin-piçin yeri olmasa da çörəklərini çıxarmax üçün dağı-daşı əkirdilər. O il də qıt gəlmişdi. Dolu düşmüşdü, çörək qıtlığı yaranmışdı. Kəndin sayılan-seçilən adamlarından Pıçan adlı bir kişi vardı. Onun da iki boyun öküzü, bir həmir mazı vardı. Həmin kənddən beş kişi hazırlaşdı ki, Pıçanın aravasıyla gedif arannan arpadan, buğdadan, qarğıdalıdan alıf gətirsinnər. Pıçanın Gorarxdan bir tanışı varıydı, umudu ona gəlirdi.

Xəstə Hasanın atası İskəndər də oğlunu onnara qoşdu. Oldular altı nəfər. Hərəsi də bir çuval aparırdı ki, on put taxıl tutardı. Onnar yola düşüf gəlif çatdılar Daşdıqullar kəndinə. Gördülər toy səsi gəlir. Kəndin qırağında haravanı əylətdilər. Beş kişi kəndə yetik olmağa getdi. Dedilər, bəlkə elə burdan aldıx. Görarxa getməyə ehtiyacı qalmadı. Xəstə Hasanı da qoydular haravanın yanında.

Gejə yol gəldiklərindən Xəstə Hasan heç yatmamışdı. Tək qalan kimi başdadı əsnəməyə. Gördü ki, yuxu onu aparır, öküzdər də yorulub yatır. Haravanın içində çuvalın 2-3-nü altına sərdi, 1-2-də başının üstünə kögəliy eləyib yatdı. Öküzdər qalxıf otdaya-otdaya gəlib bir kişinin əkininə düşdü. Yediklərini yedilər, yemədiklərini də ayaxlarının, haravanın təkərlərinin altında qalıf çığnandı.

Sən demə bu zəminin sahıvının da aman-zaman bir qızı vardı, özgə uşağı yoxdu deyə çox ərkəsöyündü. Ata-anası həyət-bacaya göz-qulaq olmağı qıza tafşırıf getmişdilər toya. Qızın da başı qarışmışdı qonşunun qızdarınnan oynamağa. Qızdar bir də onda xəvər tuturlar ki, harava zəmidə tutar qoymuyuf. Qızdar başı alovlu qaçıllar haravanın üstünə. Əllə­rinə keçən daş-kəsəklə öküzdəri vurub zəmidən çıxarmağa çalışırlar. Səs-küyə Hasan yuxdan oyanır. Qızdar onu da daş-kəsəyə tutuflar ki, niyə zəmini korluyuf. Xəstə Hasan görür qızdar onu daşa basdıqca biri o birinə deyir:

– Az, bəlkə sünnüdü, yazıxdı vurma.

O birisi deyir:

– Sünnü olsa belə iş tutmaz, yəqin şiyədi.

Xəstə Hasan görür yox, belə getsə qızdar daş-kəsəklə onun əhədini kəsəcəklər, alır görək nə deyir:

Bir cüt gözələ rast gəldim aranda,

Qadir Allah, saxla necə cannıdı.

Hər biri də bir-birinə oxşuyur,

Bilmirəm şiyədir, yoxsa sünnüdü?

Qızdar görür, Xəstə Hasan oxuyur özdərini yığışdırırlar. Daş-kəsək atmağı da yaddan çıxarıf qaş-gözdərinə sığal verir­lər. Zəmi sahıvının qızının isə hirsi soyumuyubbuş. Kəsəyin ikisini öküzdərə vuranda birini də Hasana vururmuş. Aldı gö­rək bunnara Hasan nə deyir:

Birisi bəzənif ala-qumaşa,

Birisi vəsmə yaxıb qələm qaşa,

Birisi əyilir kəsəyə-daşa,

Birisinin səri çox dumannıdı.

Qızdarın birisi dedi:

– Xəbər alın görək, bu oğlan haralıdı. Belə söz qoşur.

O birisi dedi:

– Mən tanıyıram, imirhasannıdı. Elə bunnarın peşəsi ax­şam-savah bizim yerləri otarmaxdı. Qızdar yerə əyildilər ki, daş-kəsək götürüf atsınnar. Aldı Xəstə Hasan görək nə dedi:

Biri çalmasını əyri çalayır,

Biri yavaş-yavaş yaxın gəleyir,

Birisi birindən xəbər alayır,

Birisi-birindən yek kamallıdı.


Biri deyir: Bu Xəstəyi vurayım,

Biri deyir: Qol-qənətin qırayım,

Biri deyir: Nəslini sorayım,

Biri cavab verir: «İmirhasannıdı».

Qızdar yenə əl atırlar daş-kəsəyə. Toya sonradan gələnlər zəmi sahıvına deyillər:

– Ay Məhəmməd kişi, sənin o qızının 14-15 yaşı var. Bə ayıf döyülmü yoldan keçəni daşa tutur.

Məhəmməd kişi deyir:

– Gərək o qız ki, hayasızdıx etdi, onu öldürəsən.

Məhəmməd kişi hirsdi-hirsdi gələndə qızı qaçır qabağına kövrələ-kövrələ taxılı göstərib deyir:

– Ata, hələ gör bu oğlan bizim yeri nə günə salıf?!

Məhəmməd kişi belə baxdı, gördü zəmidə heç idarə qal­mı­yıf. Hirsinnən sifəti dümmağ ağardı. İstədi Hasanı döysün, gör­dü o da bərk peşmançılıq çəkir. Yazığı gəldi döymədi. Ha­ravalı-zaddı həyətinə gətirdi. Gördü Hasan da dümappağ ağa­rıb dedi:

– A bala, heç qorxma, oldu keşdi. Bir istəkan çay iç. Bir de görüm hardan gəlif-hara gedirsən?

Xəstə Hasan başına gələnnəri danışdı. Məhəmməd kişi dedi:

– A bala, qorxma. Qəza adam başına gələr. İndi deyərik yoldaşdarın da çağırallar.

Pıçangil qarğıdalı alıb gəlirlər. Görüllər harava qoyduxları yerdə yoxdu. Ora harava, bura harava, görüllər harava bir həyətdədi. Gəlillər ora. Məhəmməd kişi onnarı da öyə gətirir. Pıçan görür Hasan ədəb-ərkanla oturuf çay içir. Bərk acığı tutur. Deyir:

– Yaxşı, bəs sənin bu kəndə belə yaxın tanışın varıydı, onu niyə bizə demirdin. Bizi salırdın dağa-daşa.

Xəstə Hasan başına gələni bir-iki kəlməynən onnara deyir. Yoldaşdarı istiyir pul yığıv Məhəmməd kişiyə vesinnər, zi­yan­nığı ödəsinnər. Məhəmməd kişi pulu almır. Əmbə, Hasa­nın adını eşidəndə deyir:

– A bala, sən aşıq Xəstə Hasan döysən ki?

Yoldaşdarı işarə edir ki, düz tapıfsan. Məhəmməd kişi çay-çörək yeyənnən sonra qonaqları da götürüb gəlir toya. Toyda­kılar biləndə ki, Xəstə Hasan da burdadı Aşıq Poladdan xahiş eyliyirlər icazə versin Xəstə Hasan da bir-iki ağız oxu­sun. Aşıq Polad Xəstə Hasan adını eşidən kimi yerindən dik sıçrıf deyir:

– Onu mən göydə axtarırdım, yerdə əlimə düşdü. Ya Al­lah ona verə, ya mənə. Gərək deyişək.

Aşıq Polad üzünü Levisdən gələnnərə tutuf xəvər alır:

– O, Xəstə Hasan deyilən aşıq hansınızsınız?

Xəstə Hasan dinmir. Hamı elə bilir Xəstə Hasan Aşıx Po­ladın qorxusunnan özünü danır. Onun susmasının səvəvini Pıçan kişi başa düşüf, dedi:

– Aşıx Polad, biz burya məslis aparmağa, aşıxlığ eləməyə gəlməmişik ki, sənnən də deyişək. Biz buruya taxıl almağa gəlmişik. Öy sahibi də bizi burya aşıx yox, qonax gətirif.

Bu sözü eşidəndə Aşıx Poladın ayağı yer aldı. Pıçanın təhə-töyrünə baxdı, gözü onu yedi. Dedi:

– Nəyə gəlifsiniz, nədən ötrü gəlifsiniz onu bilmirəm, gə­rək deyişək.

Pıçan gördü Aşıx Polad əl çəkənə oxşamır, bir bəhanə gətirif, dedi:

– Hasanın sazı burda yoxdu. Sən ki, onnan deyişməyi belə çox istiyirsən sazını vur qoltuğuna, gəl Levisə. Gəl mənim qonağım ol, həm o yaylaxların gözəl vaxtındı, oranı bir gəz, həm də deyiş.

Aşıx Polad əl çəkmiyif dedi:

– Mənim iki sazım var. Birini qoymuşam o küncə götür düş meydana.

Pıçan gördü Aşıx Polad əl çəkmir. İstədi onu qorxuza. Dedi:

– Aşıx Polad, Hasan mən döyləm, hamımızdan arxada gələndi. Xəstə Hasana vergi veriflər. Bağlıya bilməzsən məc­lisdə, elin-günün içində xar olarsan!

Aşıx Polad dedi:

– Aşıx ki, aşıxdan icazəsiz onun məclisinə gəldi, gərək deyişə. Deyişməsəm deyəllər Aşıx Polad qorxusundan özünü görməməzdiyə vurdu. Onnan sonra mən elin içinə çıxıv aşıx­lıx eliyə bilmərəm.

Pıçan gördü bu xına, o xınadan döy. Döndü Hasana baxdı. Hasan da döndü onnarı toya gətirən Məhəmməd kişinin üzünə baxdı. Pıçan Hasanın baxmağını o dəqiqə tutdu.Üzünü toyun ağsaqqallarına tutuf dedi:

– Biz bura özümüz gəlməmişik. Məhəmmədin qonağıyıx. O, bizi gətirif.

Toydakılar elə ki, eşitdilər Xəstə Hasana vergi verilif, onun oxumağına həvəsdəri daha da artdı. Ağsaqqal-qarasaq­qal Məhəmməd kişiyə üz oldu ki, Xəstə Hasanın Aşıx Polad­nan oxumasına icazə versin. Məhəmməd kişi də halına yaxşı bələd olmadığı qonağının çətinə düşsə özünün də məclisdə pərt olacağından çəkinərək dedi:

– Mənim qonağımı heş kim güjnən nə oxuda, nə də deyişməyə çağıra bilər. Onnarın başbiləni Pıçan kişidi. O, nə desə elə də eliyəjəm.

Məhəmməd kişinin də belə deməyi Hasanı lap həvəsdən­dir­di. Pıçana da elə bir güj verdi. Üzünü Xəstə Hasana tutuf dedi:

– Oğul, qorxma, gir meydana. Ölməy ölməydi, xırıldamax nə deməydi. Baxma gəlməyik. Gücün var, deyiş.

Xəstə Hasan deyir:

– Aşıx Polad, o əli çıraxlı axtardığın Xəstə Hasan mənəm. Mən buruya deyişməyə yox, qarğıdalı almağa gəlmişdim.

Aşıx Polad gördü Xəstə Hasan deyişmək istəmir, ayağı bir az da yer aldı. Dedi:

– Qarğıdalı almağa gələndə sözünü də öyünüzdə qoyuf gəlifsən?

Aşıx Poladın bu sözünə məclisdəkilər bərk gülüşdü. Bu gülüş Hasanın yeddi qatınnan keşdi. Dedi:

– Aşıx Polad, mən burada məclis aparmağa, deyişməyə gəlməmişəm. Gəl lənət şeytana de. Bu sövdadan əl çək.

Aşıx Polad bərkdən güldü. Xəstə Hasan gördü yox, belə getsə özü də, yoldaşdarı da alt olacax. Odur ki, dedi:

– Aşıx, deyişməyə mən hazır!

Aşıx Polad dedi:

– Mən neçə gündü toy aparıram. Xeyli nəmər yığmışam. Malım-mülküm də var. Sən məni bağlasan, nə istəsən verə­jəm. Əmbə, sən yol adamısan, heş sazın da yoxdu ki, əlindən alam. Mən səni bağlasam nə alajam? Heç nəyin yoxdu.

Xəstə Hasan bir yerə baxdı, bir göyə baxdı, bir yoldaş­darının üzünə. Kasıblıq ona yaman yer elədi. Qərib yerdə kasıb olmaq ürəyini sızlatdı. Gözdəri doldu, az qaldı ağlasın. Onu bu gündə görən Pıçan kişi dözməyib irəli çıxdı. Dedi:

– Aşıx Polad, sən də Hasanı bağlasan, o haravanı öküzləri ilə verəjəm sənə.

Geri qayıdanda da yavaşdan Xəstə Hasana dedi:

– Aşıx Poladı bağlasan haravanı öküzdəriynən verəjəm sənə, bizi alt eləsən, yoxsa səni öldürəjəm.

Xəstə Hasanın ürəyi açıldı, gözdəri güldü. Elə bildi arxa­sını dağa söykədi. İki aşığın deyişəcəyindən xəbər tutan məc­lis də qızışdı. Oğlan yengəsi ilə qız yengəsi də ortaya çıxıb məclisi daha da qızışdırdılar. Belə olanda Aşıq Polad sazı si­nəsinə basıb meydanı fırlandı, məclisdəkiləri gözdən keçir­di, oynayan yengələrə işarəylə dedi:

– Xəstə Hasan, «Oynasın» qafiyəsiylə sözə başdıyıram. Hünərin var, gəl dalımnan.

Ey mələk paltarı geyən yengələr,

Gətirin əyaxda gəzən oynasın.

Kərəm kimi məni saldı odlara,

Dərdimə bir dərman yazan oynasın.

Aşıq Polad oxuyanda Xəstə Hasan da toyxanada bir alt­dan-altdan göz gəzdirdi. Gördü ki, gəlin də daldadan oğrun-oğrun toyxananı yox, bəyi süzür. Bəylə nəzərləri toqquşanda gözdəri gülür. Məclis, aşıxların deyişməsi onun heç vecinə döyül. Bar­mağını dişdədi. Tapdım dedi. Mən də buna söz qoşaram.

Aşıx Hasan görək nə dedi:

Ey mələk paltarı geyən yengələr,

Gətirin daldadan baxan oynasın.

Yanağı gülüstan, özü bəyistan,

Qoynu müşkü-əmbər qoxan oynasın.


Aldı Aşıx Polad:

Əyninə geyifdi zər mintənəni,

Daha bəyəmiyir heç kimsənəni,

Döşürüb dəstinə, altın tənəni

Ağ buxağ altından düzən oynasın.
Aldı Xəstə Hasan:

Pəri tək geyinib, huri tək gəzər,

Aşnasın görəndə gözlərin süzər,

Sona tək ötüşər, tərlan tək süzər,

Ağ əllərə xına yaxan oynasın.
Aldı Aşıx Polad:

Könlüm quşu heç enmədi havadan,

Mən Poladı unutmayın duvadan,

Şux məmələr baş veribdir yaxadan,

Ömrümün binasın pozan oynasın.
Aldı Xəstə Hasan:

Öldürün Xastayi, verin yarını,

Almayın ahını, intizarını,

Alın əlindən küllü varını,

Ömrümün binasın pozan oynasın.

Aşıx Poladın Pəriyə ajığı tutdu. Dedi:

– Yəqin sən üzün açıb, adını dedin. Yoxsa Hasan sizi nə tanıyırdı.

Pəri çox and-aman etdi. Dedi ki, o, heç nə demiyif. Hasan haqq aşığıdı. Onda Aşıq Polad Pəriyə hirslənif dedi:

– Get kənddəki yetim qız Sərvinazı bəzə-düzə gətir toya. Hasan tanısa, onda bilərəm ki, haqq aşığıdı.

Sərvinaz nə Sərvinaz! Gözəllikdə tayı-bərabəri yoxdu. Əm­­bə, geyməyə paltarı olmadığınnan bayır-bacaya, kənd için­nə də çıxmırdı. Ona görə də gözəlliyinnən heç kimin xə­vəri yox idi. Pəri gedib Sərvinazı bəzəyif-düzüyüf gətirir toya. Xəstə Hasanın gözü haman dəqiqə toya təzə gələni alır. Sazı sinəsinə basıb görək nə deyir:

Təzədən bir gözəl çıxdı aləmə,

Al yanağa, gül buxağa maşallah.

Onun gözəlliyin aldım qələmə,

Bədir sifət, ay camala maşallah.


İsmin Mələkdir, yoxsa Salatın,

Xətəmin zərnişan, sarması altın,

Qaldır niqabını, aç güləbatın,

Dal gərdəndə sarı teli, maşallah.


Xəstə pir əlindən içifdi bada,

Gözəllər əlinnən gedərəm dada.

Daha tərif olmaz bundan ziyadə,

İndi baxdı gülə-gülə maşallah.

Polad hirsə gəlib dedi:

– Ay Xəstə Hasan, indi də sənə üç kəlmə qıfılbənd deyəcəm. Açdın bəxtin gətirdi, açmadın vay halına.

Aldı Aşıx Polad:

Eşid sözlərimi, ay cavan aşıx,

Bu məclisə gələn başı-can verər.

İfdida eyləyf sən verərsən cavaf,

Məclis əhli sənə xoş nişan verər.
Aldı Xəstə Hasan:

Al cavavın deyim, ay kamil usdad,

Mənə dərsi ol Şahi Mərdan verər.

Bir zərbə göstərəm ürüzgarına,

Gözlərin yaş yerinə qan verər.
Aldı Aşıx Polad:

O nədir ki, gedər, gəzər izi yox,

O nədir ki, söhbəti var, sözü yox,

O nədir ki, cəsədi var, gözü yox,

Nəyi gələr ölkəmizə san verər.
Aldı Xəstə Hasan:

O balıxdı, gedər, gəzər izi yox,

O yalandı, söhbəti var, sözü yox,

Oruc, namaz cəsədi var, gözü yox,

Adı gələr ölkəmizə şan verər.
Aldı Aşıx Polad:

O kimdir ki, ilqarında durmadı,

O kimdir ki, zövqü-səfa sürmədi,

O kimdi ki, üç ay ömrə varmadı,

Öz kəfənin özgələrə don verər.
Aldı Xəstə Hasan:

Harın, Qorun ilqarında durmadı,

O, qatırdı zövqü-səfa sürmədi,

İpək qurdu üç ay ömrə varmadı,

Öz kəfənin özgələrə don verər.
Aldı Aşıx Polad:

Aşıx Polad bu sözlərə usdadı,

Həm ustadı, zarıncıdı, xəstədi,

Yerin altda sular nəyin üstədi,

Nəyin üstə durar, nəyə san verər.
Aldı Xəstə Hasan:

Xəstə Hasan bu sözlərə ustadı,

Həm ustadı, zarıncıdı, xəstədi,

Yerin altı sudur, hava üstədi,

Hava üstə durub haqqa san verər.

Söz bu yerə çatanda Pıçan kişi dözmədi, yeridi irəli, dedi:

– Nolar biz qəriv olanda. Bu haxsızdıxdı. Savaxdan Aşıq Po­lad deyir Hasan cavaf verir. İndi də qoyun birini də Hasan desin.

Yeri-yerdən hamı dedi hax sözdü. Xəstə Hasana rüsxət verdilər ki, bu dəfə də o desin. Aldı Xəstə Hasan:

Başına mən dönüm, ay kamil ustad,

Canım usta, səndən bir söz istərəm.

Nə belə durubsan o qəmli yasda,

Canım usta, səndən bir söz istərəm.


Aşıx Polad güldü, dedi:

Al cavabın deyim, ay cavan oğlan,

İstəsən sözünə cavab verərəm.

Nə bir qəmdəyəm, nə də bir yasda,

İstəsən, sözünə cavab verərəm.
Aldı Xəstə Hasan:

Kimin hümmətisən, kimin qulusan,

Xeyrini, şərini kimdən bilisən,

Kimin məssəvində namaz qılısan,

Canım usta, səndən bir söz istərəm.
Aldı Aşıx Polad:

Məhəmməd hümməti, Haqqın quluyam,

Xeyrimi, şərimi ondan bilirəm,

İslam məssəvində namaz qılıram,

İstəsən, sözünə cavab verərəm.
Aldı Xəstə Hasan:

Bir ilin namazı neçə ürkətdi,

Neçəsi fəzldi, neçə sünnətdi,

Neçə iddahədi, neçə camaatdı,

Canım usta, səndən bir söz istərəm.

Aşıx Polad deyir:

– Sən o birisi sözdərini də de, mən hamısına bir yerdə cavaf verəjəm.

Aldı Xəstə Hasan:

Xəstə deyər bu sözləri açasan,

Ağıllısan, ya dəlisən, necəsən,

Yol gəzirsən bu məclisdən qaçasan,

Canım usta, səndən bir söz istərəm.

Aşıx Polad, cavab verə bilmir. Sazını qoyur Xəstə Hasa­nın qabağına. Xəstə Hasan deyir:

– Aşıx Polad indiyədək dediklərim üzdən idi. İndi qulaq as birini də deyim.

Səndən xəbər alım, ey kamil usta,

Cənnətin çırağı nə içindədi.

Kim piltə saldı, kim çəkdi yağın,

Kim aldı dəstinə, nə içindədi.

(Lentdə pozuqluq olduğundan burdakı bəndi yaza bilmə­dim– Ə.Ş.)

Xəstə bu sözləri bilməsə deməz,

Eşqin dəryasına dalmasa deməz,

Pirlərdən dərsini almasa deməz,

Dünyanın ətrafı nə içindədi?

Amma Polad buna cavab verə bilmir. 7 gündə toydan nə nə­mər yığıvsa qoyur Xəstə Hasanın qavağına. Pıçan kişi də deyir:

– A Xəstə Hasan, harava da, öküzdər də bu günnən oldu sənin. Mənim bir çuval qarğıdalımı aparsan da özün bilərsən, apamasan da. Sən ki, başımızı uca elədin, ananın südü kimi halal xoşun olsun.

Xəstə Hasan Aşıx Poladın sazını da, nəmərini də özünə qaytarır. Pıçan kişiyə də deyir ki, sən mənə dar gündə arxa du­ruf, var-yoxun olan haravanı ortaya qoydun. Sənin kişi­li­yin, qeyrətin mənə bəsdi. Harava da sənin özünündü.

Onun bu sözünü el yaxşı qarşlayır. Ağsaqqal-qarasaqqal ondan xahiş edir ki, yeddi gün davam edən toyu da o ta­mam­lasın. Daha Aşıx Poladda çalıb-oxumağa həvəs qalmıyıf. Xəs­tə Hasan buna razılaşır. Məclisi yola verir. Axırda da bir du­vaqqappa oxuyur:

Ay ağalar, fani dünya, dövr edib dolana gələr,

Dolanarkən ay ilə gün, o axır zamana gələr,

Axır zaman bilsəydi iyidin o zaman saralar suçun,

Həzrəti İsmayıl üçün, qoç quzu qurvana gələr.

(Lentdəlki pozuqluqdan bu bəndi yaza bilməmişəm– Ə.Ş.)

Dörd kitaba qələm çalax, bu sözdən nəsihət alax,

………………………….. axırda imana gələk,

İmanı hər yetən bilməz, səbəbin hər yetən bilməz,

Xəstə, günün belə getməz, bir gün sıra sana gələr.

El Xasta Hasana çoxlu nəmər yığır. Toydan sonra onnarı hörmətnən yola salırlar. Levisə gələndən sonra da Pıçan kişi bir erkək kəsib qonaxlıx verir. Başdarına gələni danışır.


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə