Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   10   11   12   13   14   15   16   17   ...   95

50 
 
Bu qızın dalınnan getdilər. Gördülər bu getdi Ovçu Piri-
min  darvazasınnan  içəri  girdi.  Munnan  sonra  bular  da  getdi, 
atdarı eşikdə tutdular, qapıyı vəzir döydü.  
– Salamməlöyküm.  
– Salamməlöyküm.  
Kişi qapıya çıxdı.  
–  Qardaş,  şah  oğlu  Şah  Abbasdı,  başının  dəstəsinnən 
çöldən gəler, yorulmuşux. Bizə bir samavar çayı verərsənmi?  
Dedi: 
–  Verərəm,  xoş  gəlifsiniz,  şaha  da  qurvan  olum,  qona-
ğına da. Gəlin, buyurun içəri.  
Cərgeynən  buların  atdarı  bağlandı,  qavağına  hamısının 
arpa töküldü. Bular gəldilər otdular. Arvad samavarı qaynatdı, 
amma  qız  daldada  idi,  çıxmadı.  Qız  samavarı  qaynatdı,  çay-
ları,  istəkənnəri  yüdü,  süzdü.  Anası  gətdi  verdi,  atası  buların 
qavağına  düzəndə  Vəzir  Allahverdi  xan  dedi  ki,  sənin  qızın, 
arvadın  hardadı  ki,  şaha,  bizə  qulluğ  eləmer?  Şahdan  artıx 
qonağınız gələjəh sizin? Deyəndə dedi ki, şah sağ olsun, qadan 
alem, qadın xaylağıdı, qavağa çıxmağa utaner. Dedi: 
– Yox, utanmasın, qulluğu qızın eləsin. Arvadın süzsün, 
qızın da çayları versin.  
Bu getdi arvada dedi, gəldi arvad çayları süzdü, qızı gət-
di  düzdü.  Gördü  bir  mərifətdi,  qabiliyətdi,  qanacaxlı  uşaxdı 
başıaşağı.  Qızı  bir  könüldən  min  könülə  sevdi.  Çaylar  gəldi, 
qavağa qoyulanda hamı çayı geri itələdi.  
– Ay qardaş, sən çay istiyifsən, biz də qaynatdıx, qadın-
nar da süzdü. Nooldu?  İstəkanmı kirridi, öymü kirridi, xoşu-
namı gəlmədi? 
Dedi: 
– Qanun-qaydadı, biz sənin qapına elçiliyə əlmişik. Qızı 
versən, çayını içif çörəyini yijeyik. Qızı verməsən, yimijeyik.  
– Nə qız?  


51 
 
Dedi: 
– Bu qızını şah oğlu Şah Abbasa isteerik.  
Ovçu  Pirim  bircə  dəfə  içinnən  belə  elədi:  “Həə”.  Daa 
sözünün  dalını  qorxusunnan  gətirəmmədi  ki,  şah  başını  vur-
durar bunun. Dedi: 
– Şaha da qurvan olum, şahın qonağına da qurvan olum. 
İncimiyin  mənnən.  İcazə  verin  mən  yoldaşımnan,  qızımnan 
məsləhət eliyim, görüm nə deyillər.  
Qızını, yoldaşını aanki
21
 öyə çağırdı. Arvad dedi: 
– Ay kişi, qızı verməsən, sənin də boynunu vurdurajax, 
mənim də. Üç adam üş çivinik
22
 onun yanında, – deyəndə dedi 
ki, qoy qızdan soruşum. Qızına dedi: 
– Qızım, səni şah isteer.  
Dedi: 
– Ateyi-mehribanım, kimə məsləhət görsən, mən ona ge-
dəjəm.  
Gəldi dedi: 
– Bəli, biz razıyıx. Şaha da qurvan olum, qonağına da. 
Verirəm qızı, qız sizindi.  
Dedi: 
– Yaxşı.  
Dedi: 
– Hazır ol, heç nəyə sən əlini vurma. Savah camaat gə-
ləjək,  hər  şeyi  gətirəjək.  Qapıda  çadırlar  qurulsun,  yeddi  gün 
yeddi gejə toy vurduruf qızı aparajeyih.  
Nolojax, Ovçu Pirimin əli belində. Şahın adamları savah 
töküldü  gəldi,  yeddi  gün  yeddi  gejə  toy  vurdurdu,  qızı  gəlin 
apardılar. Qız gəlin köşdü getdi. Şah oğlu Şah Abbasın  qapı-
sında  neçə gün  toy  oldu  onu özü  bilər. İndi  bu, şahın  otağına 
                                                
21
 Aanki – o biri 
22
 Çivin – milçək 


52 
 
getdi. Şah da təntənəynən qəbul oldu munun otağına. Qıza əmr 
elədi  ki,  soyun  əynini.  Qız  əynini  soyunanda  gördü  kü,  qızın 
boğazının  burasınnan  ta  qarnının  aşağısınatan  tikiş  yeridi  – 
yara yeri, qılınc yarası. Qılıncı çəkdi ki, öldöröjəm səni. Dedi: 
– Məni niyə öldörörsən, günahım nədi?  
Dedi: 
– Sən bəni-insan üzü görüfsən, sənin qarnını kim yarıfdı? 
Dedi: 
–  Mənim  ağlım  kəsənnən  mən  heç  kəsi  görməmişəm. 
Xayiş eliyirəm, mənim anamı çağır, mənim keşmişimi anam-
nan soruş.  
Adam göndərdilər, getdi arvadı gətdi. Arvada dedi: 
– Arvad.  
Dedi: 
– Bəli.  
Dedi: 
– Arvad, and olsun Allaha, səni qılışnan elə vurojam ki, 
başın  bədəninnən  yerə  tüşəndə  bir  damcı  qanın  yerə  dam-
mıjax.  Düzünü  mana  de  görüm  bu  qızın  kimnən  oluf,  hansı 
kişinin yanında oluf? Bu nə yarasıdı, nə qılış yeridi?  
Arvad dedi: 
– Şahım, düzünü  deejəm sana, and olsun bizi  yaradana 
və anamın döşünnən əmdiyim südə. Sən and işginən ki,  mən 
səni öldörmöjəm, bağışdıjam, mən sana düzünü söylüyüm.  
Dedi: 
– Düzünü desən, anamın döşünnən əmdiyim süd haqqı, 
səni bağışdıjam.  
Arvad başına nə gəlif hamısını şaha söylədi. Dedi: 
–  Mənim  uşağım  olmordu.  Pirimə  dedim.  Pirim  uşağı 
çöldən  tapıb  gətdi.  Onu  sağaltdıx,  baxdıx,  yekələndirdik,  – 
deyəndə Vəzir Allahverdi xan əlini əlinə vurdu, qəhqəhə çəkdi, 
güldü. Şah Abbas dedi: 


53 
 
– Niyə gülörsən? 
Dedi: 
–  Dejəm.  Bu  hansı  qızdı,  bilirsənmi?  –  deyəndə  yadına 
tüşdü. Əmr elədi, qırx günün müddətinə dəryanın üzündə yeddi 
mərtəbə bir ev tikildi polatdan, hər yeri bağlı. Bir iynənin ucu 
boyda eşikdən içəri işıx gəlmerdi. İçəriyə işıxlar çəkildi, buru-
ya bir illik, iki illik azuqə qoyuldu. Addı-sannı pəhlivannardan 
qapıda  gözətçilər  durdu.  Eşikdən  içəri,  içəridən  eşiyə  adam 
gəlmədi.  Uje  bunun  on  beş  yaşı  tamam  idi.  Vəzir  Allahverdi 
xan həmən günü işarə eliyif burda qoymuşdu. Oxudu, dedi: 
– Ay şah, bu gün qızın on beş yaşı tamamdı.  
Şah içəri girəndə, gəlif taxdın üstündə oturanda qız üşüdü, 
dedi:  
– Ay şahım, mən yaman titrəderəm.  
Bu da bunun başını sığalladı: 
–  Mənim  gözəlim,  mənim  mələyim,  mənim  fatiməm, 
mənim göyçəyim, üşümə, noluf.  
Belə-helə nə qədər bunun başını qatdısa, qız dedi: 
– Yox, mən üşüyürəm, mən titrəderəm.  
Başını şahın qoltuğun altına soxdu. Bu mametdə eşikdə 
bir  göy  gürüldədi,  bir  nərilti  qofdu,  bir  yağış  qofdu  ki,  gəl 
görəsən.  Göy  şakqıldıyanda  göyün  şakqıltısına  bir  ildırımın 
çıtqısı  munun  damının  üstünnən  aşağı  düşdü.  Ordan  gəldi 
munun taxtının qavağında  yerə düşdü, burda bir böcək əmələ 
gəldi.  Böcək  olduğunnan,  sıçrıyıf  qızın  barmağınnan  tişdədi-
yinnən qız bircə dəfə dedi: 
– Ah.  
Qız  getdi.  Vəzir  Allahverdi  xan  əlini  əlinə  vurdu,  bir 
möhkəm qəhqəhə çəkdi. Şah Abbas dedi: 
– Cəllad, Vəzir Allahverdi xanın boynunu vurun, mənim 
dar günümdə bu nədi güldüyü?  
Dedi: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə