Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   2   3   4   5   6   7   8   9   ...   95


 
lilik o dəqiqə hiss olunur. Əvvəla, Saatlı rayonunda folklor ör-
nəklərinin əsas daşıyıcıları mollalar, ağıçılar, rövzəxanlar, onla-
rın məclisində iştirak etmiş şəxslərdir. Ona görə də bu bölgədə 
Məhəmməd peyğəmbər, Həzrət Əli və digər müqəddəslər haq-
qında dini məzmunlu mətnlər geniş yayılmışdır. Bu mətnlər di-
gər  qruplarla  müqayisədə  həm  yeniliyinə,  həm  də  bədii  geniş-
liyinə  görə  seçilir.  Ona  görə  də  “Saatlı  folklor  örnəkləri”  kita-
bının tərtibi zamanı ənənədən kənara çıxılaraq nağıllar bölməsi 
sehrli deyil, dini nağıllarla başlanılmışdır. Tovuz rayonunda isə 
şifahi  ənənənin  əsas  daşıyıcıları  aşıqlar,  bu  nəslin  davamçıları 
və yaxud aşıq məclisində iştirak etmiş, aşıqların sözünü-söhbə-
tini  mənimsəmiş  insanlardır.  Bu  da  bölgədən  toplanan  mətn-
lərin  xarakterinə  təsir  göstərmiş,  aşıq  repertuarında  özünəməx-
sus yeri olan qaravəlli janrının bölgədə geniş yayılmasına səbəb 
olmuşdur.  Kitaba  söyləyicilərin  qaravəlli  adlandırdığı  30-dan 
artıq mətn daxil edilmişdir (təsnifat zamanı həmin mətnlərin bir 
qismi nağıllar, digər qismi isə lətifələr bölməsində verilmişdir). 
Həmin mətnlərin bir çoxunun bölgədən bir neçə variantı qeydə 
alınmışdır. Bölgədən aşkar edilmiş 5 yeni nağıl süjetindən 2-nin 
qaravəlli  olması  əslində  bu  janrın  bölgədə  nə  qədər  populyar 
olduğunu  göstərir.  Digər  nağıl  qrupları  ilə  müqayisədə  qara-
vəllilər daha maraqlı təhkiyəyə malik olub, epik genişliyi, üslub 
vasitələrinin  zənginliyi  ilə  diqqəti  cəlb  edir.  Qaravəlli  üslubu 
bölgədə  o  qədər geniş  yayılmışdır ki,  bir  çox  bölgələrdə  ciddi 
tərzdə  verilən  bəzi  süjetlər  bu  bölgədə  qaravəlliyə  xas  yumo-
ristik  gülüşlə təqdim olunur.  TR 911  nömrəli  süjetin bölgədən 
yazıya alınmış variantında müşahidə olunan yumoristik cizgilər 
buna misal ola bilər. Arvadını döyməyə bəhanə axtaran kişinin 
onun  bişirdiyi  yeməyə  bir  ovuc  duz  tökməsini,  daha  sonra 
bişmiş ətin üstünə soyuq su əlavə etməsini söyləyici qaravəlliyə 
xas  elə  gülməli  tərzdə  çatdırır  ki,  dinləyicinin  bu  hadisəyə 
laqeyd qalması, gülməməsi mümkün deyil. Qaravəllilərə xas bu 



 
kimi  detallar  əslində  qaravəlli  janrının,  qaravəlli  üslubunun 
bölgədə nə qədər yayğın olduğunun bir göstəricisidir.  
Söyləyicilərin  dediyinə  görə,  aşıqlar  qaravəlliləri  ya 
dastan arasında, ya da dastana başlamazdan əvvəl auditoriyanı 
ələ  almaq,  dinləyiciləri  söyləniləcək  mətnə  kökləmək  üçün 
söyləyərdilər. 
Bir  qədər  əvvəl  qeyd  etdik  ki,  Tovuz  nağılları  regional 
özünəməxsusluğu ilə seçilir. Bu özünəməxsusluq, ilk növbədə, 
özünü nağılların süjet tərkibində göstərir. Bölgədən bahadırlıq 
və kumilyativ nağıllar  istisna olmaqla digər nağıl qruplarının 
hamısına  dair  nümunələr  qeydə  alınmışdır.  Amma  qeydə 
alınmış süjetlərin nisbətinə diqqət yetirsək, ən çox satirik, dini 
və  novellistik  nağıl  süjetlərinə  rast  gəlinir,  sehrli  nağıllar  və 
heyvanlar  haqqında  nağıllar  onlarla  müqayisədə  xeyli  azlıq 
təşkil  edir.  Bölgədən  cəmi  5  sehrli  nağıl,  4  heyvanlar  haq-
qında  nağıl  yazıya  alınmışdır.  Sehrli  nağılların  bu  qədər 
sürətlə dövriyyədən çıxmasını tədqiqatçılar onların məzmunu-
nun gerçəklikdən, reallıqdan uzaq olması ilə əlaqələndirirlər
4
.  
Bölgədə Azərbaycan nağılçılıq ənənəsi üçün xarakterik sü-
jetlərlə yanaşı, az yayılmış süjetlərin variantlarına da rast gəlinir. 
Məsələn,  bölgədən  şifahi  ənənədə  geniş  yayılmış  “Yaxşılığa 
yamanlıq” (TR 155), “Comərd Qəssab” (TR 750), “Xəncərin şa-
hidliyi” (TR 780D*), “Yazıya pozu yoxdur” (TR 930) kimi məş-
hur nağıl süjetləri ilə yanaşı, “Boyaq suyu ilə ehsan” (TR 760*), 
“Bacı  həsrəti”  (TR  777*),  “Naşı  biçinçi”  (TR  1202),  “Üzlü 
qonaq” (TR 1618*) kimi az rast gəlinən nağıl süjetləri də qeydə 
alınmışdır. Bir çox süjetlərin isə ənənəvi variantlardan fərqlənən 
yeni variantları yazıya alınmışdır. Həmin nağıllar onu təşkil edən 
motivlərə,  epizodların  ardıcıllığına,  maraqlı  söyləyici  təhkiyə-
                                                
4
 Р.Н.Матвеева,  Е.Л.Тихонова.  Русский  традиционный  фольклор  Бай-
кальского региона: жанровый состав, пробдемы выживания   / Сборники 
конференции НИЦ Сосиосфера, № 42, 2012 


10 
 
sinə,  bir  çox  nüanslarına  görə  digər  bölgələrdəki  variantlardan 
fərqlənir. “Elmin başı da səbirdir, sonu da” (TR 910B*), “İnsan 
nəslinə  çəkər”  (TR  997*),  “İnsanın  acgözlüyü”  (TR  831C), 
“Bütün qadınlar eynidir” (TR 983) nağllarını təşkil edən bir çox 
motivlərə həmin süjetlərin ənənəvi variantlarında rast gəlmirik.  
Nağıllar  maraqlı  kontaminasiya  tipləri  ilə  diqqəti  cəlb 
edir.  “Təyin  olunmuş  arvad”  (TR  930A)  +  “Canavarla  gələn 
əcəl” (TR 934B), “Əzrayıl hərənin canını bir üsulla alır” (TR 
811*) + “Sonsuz dua” (TR 1199), “Ramazan” (TR 1541) + “O 
dünyadan  gələn”  (TR  1540)  +  “Təqibdən  qaçan  keçəl”  (TR 
1542A*)  kimi  şifahi  ənənədə  geniş  yayılmış  kontaminasiya-
larla yanaşı, bölgə üçün xarakterik kontaminasiya nümunələri 
də  vardır.  Məsələn,  “Tənbəl  ər”  və  “İsgəndərin  ölümü” 
süjetlərinin  birləşməsinə  ancaq  bu  bölgədə  rast  gəlinir.  Söy-
ləyici  personaj  adlarının  oxşarlığından  çıxış  edərək  hər  iki 
süjeti birləşdirmiş, nəticədə maraqlı bir kontaminasiya nümu-
nəsi  ortaya  çıxmışdır.  “Kim  uzağa  tullanar”  (TR  1618*)  + 
“Ağa  nökəri  çaya  atmaq  istəyir”  (TR  1120),  “Naşı  biçinçi” 
(TR 1202) + “Çoban  və quldurlar”  (TR 958) süjetlərinin bir-
ləşməsinə də ancaq bu bölgədə rast gəlinir.  
Nağıllardan  bəhs  edərkən  onun  təşkilində  xüsusi  rolu 
olan  formullara  toxunmadan  keçmək  mümkün  deyildir.  For-
mullar arasında inisial formullar nağıl dünyasına açılan bir qapı 
olduğuna görə xüsusilə seçilir. Nadejda Korovinanın da yazdığı 
kimi,  inisial  formullar  təkcə  kompozisiya  elementi  kimi  çıxış 
etmirlər, həm də müəyyən məna yükünə malikdirlər. Hadisənin 
cərəyan etdiyi yer və zaman, əsas personajların təqdimatı, söy-
ləyicinin  nağılda  bəhs  olunan  hadisələrə  münasibəti  bu  for-
mullar  vasitəsi  ilə  ifadə  olunmaqdadır 
5
.  Məlum  olduğu  kimi, 
                                                
5
 Коровина  Н.С.  Инициальные  формулы  Коми  народных  сказок  / 
Филологические  науки.  Вопросы  теории  и  практика,  Тамбов:  Грамота, 
2013, №6, в 2-х ч. Ч. 2, с.107-110 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə