Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   2   3   4   5   6   7   8   9   ...   95

11 
 
inisial formullar funksiyasından asılı olaraq dörd qrupa ayrılır: 
qəhrəmanın mövcudluğunu bildirən formullar, zaman formulu, 
məkan  formulu  və  inamsızlıq  formulu.  Mövcudluq  bildirən 
formullar müstəqil şəkildə çıxış edə bildiyi halda, digər formul-
lar bir-biri ilə əlaqəli şəkildə işlənirlər.  
Bölgədən  toplanmış  mətnlərdə  mövcudluq  formulunun 
əsas konstruktiv elementi “var” xəbər formasından təşkil olu-
nur: var imiş, var idi. Bəzən bu mövqedə mövcudluq bildirən 
başqa bir leksik vahid – olmaq feili də işlədilir. Əksər hallar-
da var təsdiqdə, bəzən isə inkar şəkli ilə yanaşı işlədilir: “Biri 
var idi, biri yox idi, Allahın bəndəsi çoxuydu”. “Biri varmış, 
biri yoxmuş, bir patcah varmış”. Məkan formullarına  gəldik-
də, onlara çox nadir hallarda rast gəlinir. Tovuzdan toplanmış 
nağıllarda  hadisələr  irreal  deyil,  real  məkanda  cərəyan  edir. 
Ona görə də məkan çox vaxt bir kənddə, bir vilayətdə formul-
ları ilə ifadə olunur. Məkan formullarından fərqli olaraq, zaman 
formulları  daha  geniş  yayılmışdır  və  söyləyicilər  hadisələrin 
başlandığı  zamanı  ifadə  etmək  üçün  müxtəlif  leksik  vahid-
lərdən istifadə edirlər: keşmiş zamanlarda, günnərin bir günü, 
bir gün, keşmiş əyamda.  Nağıllarda hadisələr çox vaxt qeyri-
müəyyən  zamana  bağlanır,  yalnız  bir  nümunədə  hadisələrin 
konkret bir zamana – Nuşirəvan padşahın dövrünə bağlandığı 
müşahidə  olunur.  Bəzi  söyləyicilər  zaman  formulunu  işlət-
məklə  kifayətlənmir,  həmin  zamanın  təsviri  ilə  nağılı  başla-
yırlar:  Keşmişdə  insannar  bir-birinə  çox  mehriban  oluflar, 
etibarrı  oluflar,  bir-birini  çox  isdiyən  oluflar.  Kişi  arvadın, 
arvad  kişinin  qədrini  bilif.  O  qədər  mehriban  oluflar  ki,  kişi 
evdən  qalxıf  gedəndə  arvadına  o  qədər  arxeyindi,  o  qədər 
sevirdi arvadını, arvadın eşqinnən nə desən eləməyə qadir idi.  
 “Göydən  üç  alma  düşdü”,  “Onlar  yedi  yerə  keçdi,  biz 
də  yeyək  dövrə  keçək”  kimi  ənənəvi  final  formullarına  böl-
gədə  çox  az  rast  gəlinir.  Yalnız  Mehparə  İsmayılovanın  söy-


12 
 
lədiyi nağıllarda bu formullar işlənir. Bunun əksinə, ibrətamiz 
məzmunlu  formullar  daha  geniş  yayılmışdır.  Bölgə  nağılla-
rından seçərək təhlilə cəlb etdiymiz 30 fina formulunun 17-si 
məhz  ibrətamiz  məzmun  kəsb  edir.  Söyləyici  nağılları  çox 
vaxt onların məzmunundan çıxartdığı əxlaqi nəticə və ona uy-
ğun atalar sözləri ilə tamamlayır.  
Maraqlıdır  ki,  söyləyicilər  ənənədən  mənimsədiyi  for-
mulları işlətməklə kifayətlənmir, eyni zamanda yaradıcı yana-
şaraq  vəziyyətə,  stiuasiyaya  görə  onları  dəyişdirir,  nəticədə 
klassik formulların maraqlı variantları yaranır. Məsələn,  klas-
sik nağıllar çox vaxt göydən üç almanın düşməsi və söyləyici-
nin  bu  almaları  ya  özünə  götürməsi,  ya  da  onu  paylaması  ilə 
tamamlanır.  Bu  formulun  bölgədən  toplanmış  variantında  al-
ma  veriləcək  adamların  sayı  çox  olduğu  üçün,  söyləyici  ənə-
nəvi  formulu  dəyişdirir:  Nağılımız  burda  bitdi.  Göydən  yeddi 
alma  düşdü.  Yeddi  almanın  biri  mənim,  biri  sənin,  biri  nağıl 
danışanın,  biri  qulax asannarın,  üç-dördü də  sənin  iş yoldaş-
darıyin,  onlara  apar.  Siz  sağ,  mən  salamat.  Siz  yüz  yaşıyın, 
mən iki əlli. Hansı çoxdu, siz götürün, hansı azdı mənim olsun. 
Ya  da  ənənəvi  formullara  müəyyən  əlavələr  etməklə  onları 
daha da genişləndirirlər: Əyağına geyinir bir dəmir çarıx, əlinə 
alır bir polad hasa, yola rəvan olor. Az gedif çox dayanır, çox 
gedif  az  dayanır.  Həkdən  düşör,  haldan  düşör,  geder  bir  ca-
zeyranın düzündə bir abidə rast gəler. 
Dediklərimizi ümumiləşdirərək deyə bilərik ki, inisial for-
mullar arasında mövcudluq bildirən formullar bölgədə daha ge-
niş yayılmışdır. Bu formulun hadisələrin gedişi ilə birbaşa bağ-
lantısı olmasa da, ikinci dərəcəli personajların nağıl strukturuna 
daxil  olmasında  həmin  formul  mühüm  rol  oynayır.  Final  for-
mullarına gəldikdə, klassik final formulları yalnız usta söyləyi-
cilərin  repertuarında  qalmaqdadır,  digər  söyləyicilər  isə  daha 
çox əxlaqi formullarla nağılları tamamlamağa üstünlük verirlər.  


13 
 
Mətnlərin tərtib xüsusiyyəti. Kitabda, əsasən, Səyyarə 
Qasımovanın,  qismən  də  Nigar  Həsənova  və  Zəfər  Fərhado-
vun bölgədən topladığı materiallardan istifadə olunmuşdur. Böl-
gədən  müxtəlif  janrlara  dair  nümunələr  qeydə  alınsa  da,    top-
luda ancaq nağıl və lətifələr verilmiş, digər janrların isə növbəti 
cilddə  çapı  nəzərdə  tutulmuşdur.  Topluda  eyni  süjet  əsasında 
qurulan  nağıllar  vahid  ad  altında  verilmişdir.  Mətnlər  artan 
sıra ilə nömrələnmişdir və onların  nömrəsinə istinad etməklə 
toplunun  sonundakı  “Mətnlərin  söyləyiciləri  haqqında”  böl-
məsində onun söyləyicisi və haradan toplanması haqqında mə-
lumat əldə etmək mümkündür.  
Mətnlərin dilinə gəldikdə, onlar vacib ləhcə xüsusiyyətləri 
gözlənilməklə  verilmişdir.  Mətnlər  üzərində  müşahidələr  gös-
tərir  ki,  insanların  təhsili,  savad  dairəsi  onların  dilinə  təsirsiz 
ötüşməmişdir. Yaşlı nəsilin dilində dialekt faktlarına daha çox, 
cavan,  təhsilli,  savadlı  nəslin  dilində  isə  az  rast  gəlinir.  Bəzən 
söyləyici  bir  mətndə  eyni  sözün  həm  ədəbi,  həm  də  dialekt 
variantını işlədir. Məsələn, bir nağılda yenə sözünün həm ədəbi 
dildən gələn şəkli, həm də dialekt variantı işlədilir. Söyləyici bir 
mətndə oyçu kimi tələffüz etdiyi sözü başqa mətndə ovçu kimi 
tələffüz  edir.  Ona  görə  də  mətnlərdə  eyni  sözün  fərqli  şəkildə 
tələffüzünə rast gəlinsə, bunun redaktə səhvi deyil, söyləyicinin 
öz dilindən qaynaqlandığını nəzərə almaq lazımdır.   
Söyləyicilərlə  görüşlərin  təşkilində  bizə  göstərdikləri  kö-
məyə görə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zey-
nalova, icra başçısının mavini, İctimai-Siyasi və Humanitar Mə-
sələlər şöbəsinin müdiri Təranə Bayramovaya, şöbənin əməkda-
şı Bəhruzər Rüstəmova dərin minnətdarlığımızı bildiririk. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə