Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   2   3   4   5   6   7   8   9   ...   95

14 
 
NAĞILLAR 
 
1. HALAL QAZANC 
 
Keşmiş zamanlarda bir kişi varmış. Çox kasıf, uçux bir 
daxmada  yaşıyırmış.  Bir  arvadı,  yeddi  qızı  varmış.  Bu  kişi 
gündə bir şələ qaratikan gətirif, satıf bir kısmat çörək almax-
dan  daa  bezer.  Bir  gün  Allaha,  bəndəyə  ajığ  eliyir,  başını 
götürüf eldən çıxer. Deyir, başımı götürüf gederəm, harda ta-
pajam, orda  yijəm. Bu qızdar, bu  arvad da harda öləllər öləl-
lər, qalallar qalallar.  
Bu,  az  geder,  çox  geder,  geder  bir  şəhərə  çıxer.  Şəhərə 
çıxanda  geder  bir  bazarın  qırağında,  –  o  vaxdı  qullar  du-
rormuş, – bu da o qulların yanında duruf burda gözdüyür. Bir 
kişi  gəler,  deyir  ki,  kim  nökər  işdəmək  istiyirsə,  mana  qul 
olmax istiyirsə, ortuya çıxsın. Bu kişi çıxer, deyir: 
– O mən.  
Deyir: 
–  De  görüm  mənnən  nə  alarsan?  Bir  ildə  min  manat 
haram pulamı nökər olarsan, bir ildə bir abbası halal pulamı?  
Bu fikirrəşmədən tez muna cavab verer ki, bir ildə mən 
bir abbası halal pula nökər olaram. Kişi deyir: 
– Gəl.  
Kişi  yanına  saler,  aparer  öyünə.  Arvadına,  ayləsinə  deyir 
ki, bu  adama  yemək  verin,  çörək  verin. Muna çay-çörək  verel-
lər, dincəler, savahdan başdıyır işə. Bir il sərasər munun qapısın-
da  qulluğ  eliyir,  nökərçiliy  eliyir,  işdiyir.  Bir  ili  tamam  olanda 
bu, xazeyninə deyir ki, başına dönüm, mənim bir abbasımı ver, 
mən bazara çıxajam, görüm bazardan nə aleram uşaxlarıma.  
Bazara  çıxanda  örör  kü,  bir  balaca  cavan  oğlan  uşağıdı. 
Əlində bir yaşik, yaşikin içində gözəl-göyçək, yaraşıxlı bir pişik. 
Deyir: “Pişik sateram, pişik sateram”. Bu oğlana yaxınnaşer: 


15 
 
– A bala, bu pişiyi neçəyə verersən?  
Deyir: 
– Əmi, bir abbasıya.  
Deyir: 
–  Mənim  kiçik  qızım  var,  yaman  pişik  sevəndi.  Pişik 
görəndə  ürəyi  geder,  az  qaler  ki,  üzünnən-gözünnən  öpsün. 
Elə bu pişiyi alıf ona göndərəjəm. Onsuz da mənim bir qazan-
cım yoxdu.  
Bir  abbasıyı  verer,  bu  pişiyi  aler.  Yaşikin  içinə  qoyor, 
bu pişiyin altına, üstünə, nəvilim, kağızdan-kuğuzdan, anrıdan-
bəridən tökör, ağzını mismarrıyır, gətirer bunu verer karvana. 
Bir karvan var imiş. Bu karvan həmişə buların yanınnan keçif 
gedermiş. Gəler karvanın yanına. Karvanbaşıyı taper. Deyir: 
– Karvanbaşı sağ olsun, mənim bir əmanətim var. Filan 
yerdən, filan kənddən, filan şəhərdən keçəndə onu verərsənmi?  
Deyir: 
– Nolar.  
Bu yaşiki verer, deyir: 
– Allah  amanatı, bizim öyün  yanında çağırarsan, bizim 
uşağa verərsən munu.  
Karvanbaşı karvanını götürör, gəler. Az gəler, çox gəler, 
bir  mənzil  gələnnən  sonra  bular  yorulor,  bir  yerdə  dincələsi 
olollar. Dincəldikləri  yerdə də həmişə bu şəhərin böyüyünə – 
patcahına bular xonça aparıf, muna ənam verif, munun yanına 
getməliymiş. Bular xonçanı götürör, munun yanına gedəndə – 
patcahnan bu dost imiş, – patcah deyir ki, yanındakı qulluxçu-
larınnan bir yerdə hamınız axşam mənim qonağımsınız.  
Deyir: 
– Yaxşı.  
Bular  dəvələrini,  yüklərini  yerrəşdirif  rahatdıyannan 
sonra  bu  kişinin  evinə  qonax  gəlellər.  Qonax  gələndə  patcah 
həyat  yoldaşına  deyir  ki,  arvad,  bir  puloy  pişir,  qonaxdı  də, 


16 
 
qoy  bir  bizim  puloyumuzu  yisin.  Arvad  deyir  ki,  ay  kişi, 
puloyu pişirəjəm, xəjalət qalajam. Deyir: 
– Yox, sən pişir.  
Arvad  gətirer  Əkülə  düyüsünnən,  Səbzə  kişmişinnən 
puloyu  pişirer,  dəmleer,  hazır  eliyəndə  gözü  kişinin  üzündə 
qaler.  Yanı  bu  xörəyi  necə  çəkmək  lazımdı.  Kişi  deyir  ki, 
başına dönüm, Allahdan gizdin olmuyan bəndədən nə gizdin. 
Sizə bir sirr açajam. Xörək çəkiləjək, hər küşdə
6
 məcməyisini 
götürüf öz sinəsinə sıxıf sinəsində yijək. Deyir: 
– O niyə helə olur?  
Deyir: 
–  Bizim  bu  ölkədə  bir  siçannar  diyarı  var.  Daa  siçanın 
əlinnən  biz  ojağa  xörək  asıf  ağzımıza  çörək  apara  bilmerik, 
əlaxüsus da düyü xörəyini görəndə bu siçannarın qoşunu gəler.  
Deyir ki, bir görək. Bu arvad xörəyi çəkəndə görör kü, 
ilahi,  bir  qavın  içinə  yüz  siçan  töküldü.  Bütün  düyünü  göyə 
çəkdilər, yeyif qutardılar. Kişi beləcə məhətdəl qaler.  
Deyir: 
– İndi bilersən nə var?  
Deyir: 
– Nə var?  
Deyir:  
– İndi bizim düyünən, bizim kişmişnən, bizim yağnan o 
puloyu təzdənnən pişirin. İndi mən bilerəm onun dərdini.  
Deyir: 
– Onsuz da siçannar qoymor, ayrı yimək hazırrıyax.  
Deyir: 
– Yox.  
Puloyu bir də gətirer, düyüyü,  yağı hazırrıyıllar,  pişirel-
lər. Məcməyilər, xörəhlər çəkilməyə az qalmış, yaşiki gətirer. 
                                                
6
 Hər küşdə – hər kəs 


17 
 
Yaşikin  ağzını  açer,  pişiyin  başını-gözünü  sığalleer,  birdən 
pişiyi  ortuya  tulloor.  Pişiyi  ortuya  tulluyanda  siçanın  birini 
burda, ikisini orda, beşini orda. Boğduğunu boğor, boğmadığı 
qorxusunnan  qaçer  gizdəner.  Bu  xörəklərin  heç  birinə  siçan 
girmer, xörəklər məcməyilərdə qaler. Bular oturor rahat xörə-
yini-çörəyini  yiyir.  Şah  muna  deyir  ki,  sana  qurvan  olsun  mə-
nim canım, ay qardaş. Nə istiyirsən verim, bu pişiyi mana ver.  
Deyir: 
– Yox, bu Allah amanatıdı, munu başqa adam göndərif 
evinə. Əmanətdi, mən munu verə bilmərəm.  
Deyir: 
– Ə, nə əmanət? Əmanət bir manatdıx, beş manatdıxsa, 
mən muna yeddi dəvə yükü qızıl verərəm. Bunu mana ver, bu 
pişik məndə qalsın.  
Karvanbaşı fikirrəşer, öz-özünə deyir: “Dediyinə görə, o 
da  kasıv  adamdı.  Bu  qızılı  alım  aparım,  öyünün  yanınnan 
keçəndə munun ayləsinə verim”. Yeddi dəveyi yüklöör, gəti-
rer  munun  karvanına  qoşollar.  Bu  yolu  gəler.  Az  gəler,  çox 
dayaner,  çox  gəler,  az  dayaner.  Gəler  həmən  kişinin  öyünün 
yanına  çater.  Çatanda  görör  bir  uçux  dam,  bir  qara  dam, 
xarabalıx yerdi. Çağırer: 
– Öy yiyəsi, öy yiyəsi.  
İçəridən bir qadın səsi gəler.  
Deyir: 
–  Ay  bajı,  eşiyə  çıx,  mən  vəzirganam,  yük  apareram. 
Sənin həyat yoldaşın – ərin əmanət göndərif, onu götürgünən.  
Deyir: 
– Qardaş, Allahdan gizdin olmuyan bəndədən nə gizdin. 
Mənim  əynim  çılpaxdı,  əynimdə  fitə
7
 yoxdu,  mən  eşiyə  çıxa 
bilmərəm.  
                                                
7
 Fitə – bürünmək üçün nazik mələfə və ya hamam dəsmalı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə