Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   2   3   4   5   6   7   8   9   ...   95

18 
 
Deyir: 
–  Ay  bajı,  mən  çuxamı  soyunuf  sənin  qapıyın  ağzına 
qoyoram, özüm də öydən bir az aralaneram. O çuxoyu geyin, 
lijbi
8
 sana əmanəti özüm verməliyəm əlimnən.  
Deyir: 
– Yaxşı.  
Bu,  çuxoyu  soyunor  qoyor,  burdan  aralaner.  Arvad  bu 
çuxoyu geyiner bürünör, eşiyə çıxer. Deyir: 
– Nədi, qadan alem?  
Deyir: 
– Bax, bu yeddi dəvə yükü ərin göndərif sana.  
Deyir: 
– Allah sənin köməyin olsun.  
Dəvələri aparer arvad içəriyə. Yükü düşürör, bu arvadın 
gözü kəlləsinə çıxer. Baxır ki, qızıldı hamısı. Buları tez gizdə-
dir, üstünə cırdan-cırıxdan, öydəki çuldan-kilimdən tökör. Birini 
çıxarder uşağın əlinə verer ki, get filan maqazinə. Maqazinçiyə 
denən  ki,  bizə  çörək  versin,  bir  də  çitdən-bezdən  bizə  versin, 
əynimizə bir fitə tikək. Bu çuxoyu da qıza geyindirif göndərer.  
Qız  geder  bu  arvadın  dediyi  kimi  maqazinçiyə  deyir. 
Maqazinçi  baxır  ki,  vallah,  bu  bir  qızıldı,  heç  maqazinin 
hamısını versə də, qutarmaz. Deyir, əşi, zərəl yox. Yeməhdən, 
işməhdən  xurcuna  dolduror,  üstünə  də  paltardan-palazdan, 
çitdən-mitdən, iynədən-sapdan qoyor, deyir: 
– Apar get.  
Qız  söyünə-söyünə  gəler,  verer  anasına.  Anası  yemək-
dən-zaddan  pişirer-düşürör,  uşağının  qarnını  doyduror.  Bu 
çitdən-zaddan,  pardan-paltardan  uşağın  əyninə-başına  taxer, 
qızılın bir-ikisin də civinə qoyor, çıxer bazara: – “Ay bənna”. 
Bənnalar, ustalar başına tökülör. Deyir: “Sizdən xayiş eliyirəm, 
                                                
8
 Lijbi – şəxsən 


19 
 
şahın  sarayınnan  gözəl  bir  saray  mənim  qapımda  qurmalısı-
nız”. Bir-ikisi lağ eliyəndə deyir: “Ay qardaş, hər şey pulnan 
başa əlmermi? Sənin nəyinə lazımdı? Gəl gedək işini gör”.  
Beş-on  nəfər  bənna  burdan  yığıler,  gəlellər  arvadın  qa-
pısına. Arvad deyir: 
– Şahın sarayınnan gözəl mənim qapımda saray tikilmə-
lidi.  
Arvad qızıldan verer, daş gəler, ağac gəler, usta gəler, işçi 
gəler, kəntçi gəler, qum gəler. Bir il munun qapısında işdiyil-
lər. Arvad da bulara yimək, işmək, qulluğ eləmək.  
Burda  dam  tikilif  hazırranmaxda  olsun,  sana  söylüyüm 
kişidən. Kişi gənə xazeynin qapısında nökər işdiyir. İli tamam 
olanda deyir: 
–  Başına  dönüm,  mənim  bir  abbası  halal  pulumu  ver, 
mən bazara çıxajam.  
Bir  abbası  halal  pul  aler,  civinə  qoyor,  çıxer  bazara. 
Bazarın bu başınnan o başına, o başınnan bu başına hərrənəndə 
görör bir uşaq qavağına qoyuf üş dənə gülöyşə narı, sater.  
– A bala, bu narı neçəyə verersən? 
Deyir: 
– Əmi, bir abbasıya vererəm.  
Deyir: 
– Bir abbasım var, elə bunu mana ver.  
Abbasıyı  verer,  narları  aler.  Bir  yaşikə  qoyor,  ağzını 
gülmuxluyur
9
. Deyir: “Mənim bir balaca qızım  var – o pişik 
göndərdiyim qız, yaman nar yiyəndi. Elə bu narı da ona gön-
dərerəm.  Aylədə  onu  çox  isteerəm”.  Gəler  həmən  vəzirganı 
taper. Deyir: 
– Sana canım qurvan olsun, vəzirgan! Bunu gənə bizim 
öyün yanınnan keçəndə verərsən mənim qızıma.  
                                                
9
 Gülmux – mismar 


20 
 
Deyir: 
– Yaxşı.  
Kişi yaşiki götürör, gəler. Bir ölkəyə çatanda karvansaraya 
düşöllər.  Göröllər  ki,  şəhər  qara  geyinif.  Soruşanda  deyillər 
ki, patcahın gözünün ağı-qarası bir oğlu var. O, uzun zamandı 
xəstədi. Həkim deyif ki, əgər üç günə kimi buna gülöyşə narı 
gətirməsələr  oğlan  öləjək.  Vəzirgan  bunu  eşidəndə  fikirrəşer 
ki, kişinin öz uşaxlarına göndərdiyi gülöyşə narını bu oğlana 
verim,  əvəzində  də  verilən  bəxşeyişi  aparım  onun  uşaxlarına 
verim.  Patcah  yeddi  dəvə  yükü  qızılı  verif  narı  aler,  oğlu 
suyunu içif sağaler.  
Vəzirgan öyün yanınnan keçəndə görör kü, ay Allah, bu 
uçux binanın yerində bir imarət var, bir dam var, bir gəlin-qız 
var, bir cah-cəlal var, gəl görəsən. Tərəddüd eliyir ki, görəsən, 
düz  gəlif,  ya  yox.  Deyir,  yox,  çağırajam  soruşajam,  görüm 
budumu.  Xanım  bu  vəzirganı  görən  kimi  tanıyır,  tez  munun 
qavağına  gəler.  Salam  verer.  Deyir  ki,  məni  olmuya  tanı-
madın? Deyir ki, sən filan kişinin arvadı döyülsənmi?  
Deyir: 
– Bəli.  
Deyir: 
– Bu yeddi dəveyi gənə yoldaşın göndərif.  
Uşaxlarını  çağırer,  qulluxçusunu  çağırer,  yeddi  dəvəni 
aparıf  yerbəyer  eliyir.  Bu  kişi  də  karvanını  aparer  geder  öz 
işində, öz bazarında olor.  
Aradan  yenə  bir  il  keçer.  İki  ili keşdi,  indi  üçüncü  ilidi. 
Üçüncü  ili  gənə  xazeyinnən  bir  abbası  halal  pul  aler,  bazara 
çıxer. Bazara çıxanda örör, bir balaca uşax var yeddi yaşında, 
əlində bir nar çöpüdü. – “Ay nar çöpü alan, ay nar çöpü alan, 
ay gülöyşə narının çöpünü alan” – deyir.  
Bu kişi deyir: 
– A bala, çöpü neçəyə verersən?  


21 
 
Deyir: 
– Bir abbasıya.  
Deyir: 
– Onu mana ver.  
Gətirer, deyir: 
–  Əmi,  sana  bir  söz  deyim.  Bu  gülöyşə  narı  üç  günün, 
beş  günün  içində  açer,  çiçəkleer,  narı  yekələndirer,  böyüdör. 
Ölümcül  xəstə  munun  suyunnan  bir  qurtum  ağzına  alıf  içən 
kimi  dirilif  sağalmalıdı.  Gərək  munu  elə  yerdə  gizdin  sax-
lıyasan, bejərəsən, munu heç kəs bilmiyə.  
Deyir: 
– Eləmi?  
Deyir: 
– Elə.  
Deyir: 
– Yaxşı.  
Bu  narın  çöpünü  aler,  bir  yaşikin  içinə  qoyor.  Gəler 
öyündə  nökər  olduğu  şəxsnən  də  halallaşer,  “tfu”  deyir  da-
vanına, çıxer gəler öyünə. Kəndinə gəlir, evinə gəlif baxanda 
görör  kü,  ay  Allah,  munun  evinin  yerində  başqa  imarət  var, 
gəlin var, qız var, qoşun var, dəvə var. Bu deyir ki, haa, mənim 
öyüm  yıxıldı. Kim bilir qızdarım, arvadım harda öldü, harda 
itdi-batdı,  yurduma  da  kimlər  yiyə  durdu.  Bir  az  hərrəner 
oanda-buanda,  geder  damın  bir  kölgəsində  bürüşör.  Deyir, 
acca burda dincəlim, sonra duruf gedərəm. Burda bürüşüf din-
cəlməkdə olsun, bu kişinin gözünə yuxu geder.  
Yuxunun  içində  yatmaxda  olsun,  sana  söylüyüm  arvat-
dan.  Arvad  hayatdan  baxerdı.  Küləfirəngidən  çıxıf  baxanda 
görör  kü,  birinci  mərtəbənin  qapısında  bir  qaraltı  var.  Buna 
dikqətnən  baxer,  baxer,  baxer.  Görör  bu  bəni-insandı.  Tez 
nökərin birini göndərer. Nökər gəler baxer, deyir: “Xanım, bir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə