Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   2   3   4   5   6   7   8   9   10   ...   95

22 
 
kişi  xaylağıdı,  burda  yater”.  Özü  düşör  gəler.  Gəlib  baxanda 
örör bu munun əri. Arvad tanıyır, kişi tanımer.  
– Ay kişi, ay kişi, dur görüm.  
Bu qalxer, deyir: 
–  Xanım,  başına  dönüm,  məni  öldürmüyün,  bir  qələtdi 
eləmişəm. Nolar,  yol adamıyam, burdan keçirdim,  yorulmuş-
dum, burda kölgədə bir az dincəldim. Nəyinizi  oğurramışam, 
neynəmişəm?  Məni öldürmüyün, sizi  and  verirəm bu anda,  o 
anda.  
Deyir: 
– Ay kişi, öldürmək nədi? Sən bu evin yiyəsisən, mənim 
yoldaşımsan. Belə, filan.  
Deyir: 
– Xanım, başına dönüm, məni al dilə tutma. Qadan alem, 
dərdin alem, mən çıxıf gederəm, məni burax.  
Bu, nökərrərinə, qullarına deyir ki, tez olun munu hama-
ma  aparın.  Munu  hamama  aparıf  çimizdirellər,  əyninə  paltar 
geyindirellər, gətirer otaxda oturdollar. Munun qavağına çörək 
qoyollar, bu bir-iki kısmat  yiyir, axlı başına  əler, gözünə işığ 
gələndə görör kü, bu munun arvadı, uşağıdı.  
– Arvad, bu nə sirdi? 
Deyir: 
– Özün göndərdiyin qızıllarnan tikdirif başa gətirmişəm. 
A kişi, göndərdiyini bilmersənmi? Yeddi dəvə bir, yeddi dəvə 
bir  dolu  qızıl  göndərifsən.  Hələ  onun  heç  üçdə  birini  işdət-
məmişəm mən. Göndərdiyinin xeyli hissəsini saxlamışam.  
Deyir: 
– Beləmi?  
Deyir: 
– Belə.  
Barmağını dişdeer, deyir:  


23 
 
–  Haa,  ay  mənim  halal  bir  abbasım,  halal  pulum.  Gör 
başıma nələr gəlif.  
Yaxşı, bu, öyündə-eşiyində... Xəlvətcə zirzəmiyə düşör. 
Zirzəminin ora-burasını düzəlder, qara  torpax  tökör, bu narın 
çöpünü  gətirer  burda  basırer.  Divinə  su  tökör,  muna  qulluğ 
eliyir  oğruncax,  arvad-uşağ,  heş  kəs  bilmer.  Büyün  keçer, 
savah  baxanda  örör  çiçəkliyif.  Bürsüyün  baxer  ki,  başında 
nar.  Üçüncü  günü  geder  narları  dərer.  Yeddi  dənə  nar  dərer. 
Narı dərer, qoyor bir səvətin içinə, aler əlinə, çıxer bazara.  
– Ay gülöyşə narı alan?  
Bu  bazarın  da  böyüyü,  bazarkomu  bir  cuhud  imiş.  Bu 
cuhud  baxer  ki,  bir  kişi  buruya  gülöyşə  narı  gətirif.  Deyir: 
“Ayə, o tərəfə üç ay yol gedəsən, bu tərəfə üç ay yol gələsən, 
bu  gülöyşə  narını  gətirəmməzsən.  Bu  kişi  nə  canı  cinnidi, 
bunu hardan alıf?”  
Deyir: 
– A qardaş, narı neçəyə satersan?  
Deyir: 
– Birini yüz manata.  
Yeddi yüz manatı verer, bu yeddi narı aler da, qavqarer
10
 
qavına.  Kişi  gəler.  Cuhudun  da  şəhərində  patcahın  oğlu  ağır 
xəsteymiş. Şəhər qara geyinif, oğlan ölüm ayağındadı. Deyiflər 
buna  gülöyşə  narı  çatdırın,  onnan  bir  qurtum  muna  içirtsən 
oğlun  sağalajax,  yoxsa  büyün,  ya  savah  oğlun  getdi.  Cuhud 
deyir:  “Allahım  verif,  gedif  mən  də  ordan  var-döölət  qazanıf 
yığajam”.  Gətirer  bu  narın  birini  bulara  verer.  Bu  narı  kəser, 
narın  bir-iki  dənəsini  yidirdellər,  suyunnan  sıxer  bu  oğlana 
içirdellər. Oğlan axsırer, öhsürör, götü üstə qalxer oturor, deyir: 
– Mana çay verin, çörək verin, mən nə  yaman çox  yat-
mışam.  
                                                
10
 Qavqarer – yığır, qablaşdırır 


24 
 
Deyir ki, yaxşı. Muna çay verellər, çörək verellər, yiyir. 
Daa  bu  nar  məşhur  olor.  Cuhud  da  deyir,  mənim  Allahım 
verif,  elə  bu  narı  alıf  həmişə  satajam.  Aradan  üş  gün  keçer. 
Göröllər, həmin kişi yenə yeddi dənə narı gətdi, gəldi bazara. 
Bu cuhud deyir: “Vallah, burda bir sirr  var, bu sirri mən ör-
gənməliyəm”. Bu kişiyi yanına çağırer, deyir: 
– Ay qardaş, sən gəl bu sirri mana de, görüm bu narı sən 
hardan alıfsan? Munun ağacının kökünün yerini bizə də de.  
Deyir:  
– Mənim vəzirgan dostum var, o gətirer mana verer, mən 
də sateram. Mənim narım-zadım yoxdu.  
Deyir: 
– Yaxşı.  
Cuhud gəler evinə. Çox fikirdən sonra bir küpəgirən qa-
rı  taper.  –  O  qarının  imanı  heç  kamil  olmasın.  –  Qarıyı  taper, 
deyir: 
– Qarı nənə, səni dünya malınnan qəni elijəm, sən gərək 
bu sirri örgənif mana deyəsən.  
Deyir: 
– O məndə.  
Qarı  “tfu”  deyif  davanına,  tumanın  balağını  əlinə  aler, 
gəler bu kişinin evinə.  
– Salaməlöyküm.  
– Əlöyküməsalam.  
Deyir: 
– Ay gəlin, ay arvad, sən  yaxşı arvad döyülsən. Yalan-
nan deyirsən ərim məni çox istiyir, belə eliyir, elə eliyir. Ərin 
səni  çox  istəsə,  sana  sirrini  verər.  Bu  ərin  nətəər  adamdı  kı, 
sirrini sana demir?  
Deyir: 
–  Aaz,  noluf  mənim  ərimə?  Yaxşı-yaman  danışma,  çıx 
burdan cəhənnəm ol.  


25 
 
Deyir: 
– Yox, qızım, mən sana bir sirr açajam. Mən sənin qoja 
nənənəm.  Səni  istiyif  gəlmişəm,  istəməsəm  gəlmərəm.  İndi 
gör sənin ərin nələr eliyif.  
Deyir: 
– Neyliyif?  
Deyir: 
– Sənin ərin üş günnən bir bazara yeddi gülöyşə narı aparer.  
Deyir: 
– Nə? Elə şey olmaz.  
Deyir: 
–  Bəli.  İnanmersan  savah  vaxtıdı,  savah  gənə  narları 
aparajax. Özün bazara çıx, ərini müşayət elə, gör. Munu örgən, 
görək bu harda bitif, hardan aler, harda sater.  
Deyir: 
– Yaxşı. 
Arvatdarın  başına  daş  düşsün  içi  də  mən  qarışıx.  Başı 
milcəh olsa da, divi qılcaxdı.  Arvad gəler qaşını-qavağını  tö-
kör,  irəngini  turşalder-pursalder,  hıkqıldeer-zıkqıldeer.  Kişi 
öyə əler. 
– Arvad, niyə elə eliyirsən? 
Deyir: 
–  Niyə  eləmiyim?  Sən  mənim  nəyimsən?  Mənim  ərim 
olsan,  mən  sənin  arvadın  olsam,  biz  halal  olsax,  bir  öydə 
olsax,  məni  çox  istəsən  mana  da  deyərsən.  Sənin  sirrin  var, 
mana demiyifsən.  
– Arvad, nə sirrim var, nağayrmışam, neynəmişəm?  
Deyir: 
–  Sən  o  gülöyşə  narlarını  hardan  alıfsan,  yerini  mana 
demersən,  örgətmersən,  bildirmersən.  Elə  də  şey  olarmı  bir 
ərin, bir arvadın arasında sirr ola?  
Kişi görör bu xına o xınadan döy. Naəlaş qalıf deyir: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə