Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   4   5   6   7   8   9   10   11   ...   95

26 
 
– Arvad, gəl.  
Arvadı aparer saler zirzəmiyə, narları göstərer, deyir: 
– Amma bu şərtə ki, qapıyı sən açma, nara baxma, yoxsa 
qeyb oluf uçajax.  
Deyir: 
– Yaxşı. 
Kişi gənə narları dərif bazara aparanda arvad bunun da-
lınnan geder. Arvad görör kişi o qaydada apardı narları yeddi 
yüz manata verdi, çıxdı gəldi. Kişi deyir: 
– Arvad, pisdikmi eliyirəm? Pulumuzun üstünə pul gəler, 
varımıza var gəler. Daa da yaxşı.  
Deyir: 
– Yaxşı.  
Arvad öydə şam kimi oturordu, bir də gördü qarı gəler, 
şıllaxlanmış. 
– A qızım, nooldu? 
Deyir: 
–  Örgəndim.  Sən  deyirsən  ərin  səni  çox  istəmer.  Ərim 
məni çox isteer, hələ varınnan, hər şeydən üstün məni isteer.  
Deyir: 
– Nədi? 
Deyir: 
– Belə-belə. Narın yerini örgəndim.  
Deyir: 
– Hardadı?  
Deyir  ki,  bizim  öyümüzün  padvalında  narı  özü  yetiş-
dirir. Üç günə narımız yetişer. Deyir: 
– Eləmi?  
Deyir: 
– Elə.  
Arvad burdan “tfu” deyir, davanına tüpürmüş düz bazara 
– cuhudun yanına. Deyir: 


27 
 
– Ay cuhud, ay bazarkom, bax, bunun belə bir sirri var. 
Sirrini örgəndim, indi sən bilersən.  
Bu cuhud munu çağırer, deyir: 
–  A  kişi,  bu  nar  səndədi,  özün  bitirersən,  özün  yetişdi-
rersən.  Munun  çöpünnən  bizə  də  ver,  yerini  bizə  də  de.  Ya 
məni özünə yoldaş elə, yoldaş olax, filan-bəsməkan.  
Deyir: 
– Yox.  
Bu deyir, o deyir, axırı cuhud deyir ki, gəl mərcə girək. 
Əgər bu narın kökü səndə olsa, ağacı səndə olsa, səndə bitsə, 
mən  deyən  olajax.  Yox,  olmasa,  onda  sən  deyən  olajax.  Kişi 
bununla razılaşır. Cuhud deyir: 
–  Gedək  sənin  öyünü  axtarax.  Sənin  öyündə  tapıldı, 
onda sənin öyün, varın-döylətin, arvadın-uşağın – hamısı mə-
nimdi.  Sən  əlini  üzünə  tutuf,  bircə  kastyumunu  çiyninə  salıf 
öydən  çıxmalısan.  Arvadın,  uşağın  da  mənim  qulum,  kəni-
zimdi.  Yox,  olmadı,  onda  mənim  bu  bazarım,  bazarrığım, 
bütün varım-döylətim, arvadım, uşağım – hər şeyim sənindi.  
Camaat  tamaşa  eliyirdi.  Müqavileyi  yazellar,  qol  çəkel-
lər, əllərini basellar, hərəsi birini civinə qoyor. Beş-on nəfər də 
munun başına yığışıf, gəlellər. Gəlellər kişinin öyünə. Girellər 
zirzəmiyə,  baxanda  öröllər  narın  ağacı  zirzəmidədi.  Kişi  nə 
desin? Daa müqaviləyə qol çəkif, başınnan cavabdehdi. Deyir: 
– Qardaş, sənindi hər şey.  
Hər  şeyi  əlinnən  çıxannan  sonra  bu  ağlıyır,  gözünün 
yaşın tökör. Deyir: “Ay Allah, mən sana neyləmişdim mənim 
başıma  bu  işi  gətdin?  Mən  bu  ölkədən  çıxıf  gederəm  Allah-
taaleyi gəzməyə”.  
Əyağına  geyiner  bir  dəmir  çarıx,  əlinə  aler  bir  polad 
hasa,  yola  rəvan  olor.  Az  gedif  çox  dayaner,  çox  gedif  az 
dayaner. Həkdən düşör, haldan düşör, bir cazeyranın düzündə 
bir abidə rast gəler.  


28 
 
– Salaməlöyküm. 
– Əleyküməsalam. 
– Abid qardaş, məni beyjə qonaq eliyərsənmi?  
Deyir: 
– Qonağ Allah qonağıdı.  
Munun yanında əyləşer.  
– Oturmağ olarmı?  
Deyir: 
– Olar.  
Abidin  yanında  oturor.  Axşam  yemək  vaxtıydı.  Bunun 
yanında  oturuf  bir  az  söhbət  eləmişdi  ki,  Allah-taaladan  iki 
qav  xörək  gəler.  Sürfə  açıler,  xörək  gəler,  çörək  gəler.  Usto-
lun  üstünə  qoyulanda  abid  deyir  ki,  fidah  olduğumun  harasa 
səfəri  var,  savah  məni  görəmmijək,  indidən  mənim  xörəyimi 
göndərif  iki qav. Birinin ağzını örtör anrı qoyor, birini qava-
ğına  çəker  yiyir.  Bu  kişiyə  nə  vermer,  nə  təklif  eləmer.  Bu 
yazıx  da  köksünü  ötürör,  aj-susuz  qarnını  qucaxlıyır,  burda 
bir  təhər  quru  yerdə  oturor.  Bir  az  keçənnən  sonra  iki  dəst 
yaxşı  palaz  gəler,  yorğan-döşək.  Abid  deyir:  “Allaha  qurvan 
olom, beyjə donatdıx
11
 olajax, külək, tufan olajax. Yəqin mən 
soyuxdan donajam deyə iki dəst göndərif”. Palazdarı üst-üstə 
saler,  əynini  soyunor,  qu  tükü  yorğan-döşəyin  içinə  girer, 
mışırhamışır  başdıyır  burda  yatmağa  yuxusu  şirin  olmamış. 
Bu yazıq kişi qaler düzün düzəngahında. Abid savah deyir: 
– İndi yola irəvan oluf gedersənmi?  
Deyir: 
– Gederəm.  
Deyir ki, Allah-taalayı tapsan denən ey Allah-taala, filan 
yerdə – cazeyrənin düzündə bir abid var. Deyir  alnımı möhür 
                                                
11
 Donatdıx – şaxta, donuşluq 


29 
 
aparıf, dizimi  yer aparıf, qırx ildi ona qulluğ eliyirəm. Soruş 
görək mən cənnətin hansı küncündə yatajam.  
Deyir: 
– Yaxşı.  
Bu,  yola  rəvan  oluf  geder.  Az  geder  çox  dayaner,  çox 
geder  az  dayaner,  taqətdən  düşör.  Əlini  gözünün  üstə  qoyuf 
belə  boylananda  görör  kü,  bir  qalın  meşənin  ortasınnan  tüstü 
çıxer. Deyir, Allah haqqı, ölsəm də, ölüm-zülüm özümü oruya 
salajam, orda bəni-insan var ki, ordan tüstü çıxer. Ojağı insan 
qalıyar, heyvannar ojax qalıyammaz.  
Az geder, çox geder, qalaçaya çatanda görör kü, burdan 
toy  səsi  gəler,  dəf,  zurna,  balaman  səsi  gəler.  Yavaş-yavaş, 
yavaş-yavaş gedib aynanın ağzınnan baxanda görör ki, içəridə 
qırx  lotu  yiyif  içer, çalıf çağırer, çapqıntıdan gəliflər. Birdən 
biri munu görör. Munu görəndə deyir: 
– Əyə, qoymuyun, tutun, bəni-insan gəlif. Aynadan bax-
dı, qayıtdı.  
Bulardan beş-onu eşiyə çıxer. Nolojax, hay-huy, qomar-
rer  bu  kişiyi  tutollar.  Kişinin  dodağı  quruyur,  çatdeer,  rəngi-
başı ağavazıyanda deyir: 
–  A  kişi,  qorxma.  Səni  nə  döymörük,  nə  söymörük,  nə 
öldürmörük. Səni aparıf qonağ elijeyik. Qonağ Allah qonağıdı. 
Niyə qaçersan?  
Munu  aparıf  bir  otağa  salellar,  otaxda  stolun  üstünə 
yiməklər  gəler.  Munun  qavağını  doldurollar,  qaynar  çaydan-
çörəkdən munu yidirdellər, içirdellər. Kişi neçə gündü aj, susuz, 
yornux. Bir-iki kısmat yiyir, deyir: 
– Başına dönüm, qadan alem, bəsdi.  
Kişi başdıyır mürgüləməyə. Deyir: 
– Ay kişi, mürgüləmə.  
Kişiyi salellar hamama. Hamamda çimizdirellər, əyninə 
paltar  geyindirellər,  bir  otaxda  bir  yer  açer.  Deyillər,  a  kişi, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə