Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan şİfahi xalq əDƏBİyyatina daiR



Yüklə 1,23 Mb.
səhifə5/14
tarix30.12.2017
ölçüsü1,23 Mb.
#18828
1   2   3   4   5   6   7   8   9   ...   14

Türkman. Qəmbər, padşahın xəstəliyini bilincə, yanına əsgər verilərək mükafatlandırılır.

Q.111.7  Jewels as reward (cəvahirat verərək mükafatlandırma)



Əlyaz.2. Qarı, əsgərlərlə birlikdə gələn Qəmbəri geri qaytarınca Bəyəfəndidən qızıl alır

Q211 Murder punished (öldürülərək cəzalandırma)



Əlyaz.1.Əlyaz.2. Rum.1. İki aşiqi ayıran qarını öldürürlər.

R. CAPTIVES AND FUGITIVES (əsirlər və qaçaqlar)

R40. Places of captivity (əsirlik)

R41. Captivity in tower (castle, prison) (qala, hasar və zindana həbs etmə)

Türk.3. Arzu, bilərziyini itirincə, anası hirslənərək zindana qapadar

R169.1. Hero in disguise of foolish knight, then of black knight, rescues lady (Sevgilisini qurtarmaq üçün paltar dəyişdirərək gəzən kimsə)



Türk.2. Əlyaz.1. Əlyaz.2. Türk.2. Türk.3. Rum.1. Qəmbər “dərviş”, “ərəb”, “kəl”, “çoban”, “aşbaz” qılığında Arzunun oyuna gedər.

S. UNNATURAL CRUELTY (anormal zülmlər)

S12 Cruel mother (zalım ana)



Daşb. Əlyaz.2. Türk.2. Türk.2. Türk. 3. Türkman. Tobol. Rum.1. Özbək. Qaq. Karaim. Urum. Azərb. Arzunun anası, iki aşiqi bir-birindən ayırmaq üçün müxtəlif yollara baş vurur.

T. SEX (cinsiyyət)

T10. Falling in love (aşiq olma)

(M/M) T11.8. Bir yerdə məktəbə gedən gənclər, bir-birlərinə aşiq olurlar.

Daşb. Əlyaz.1. Əlyaz.2. Türk.2. Türk.3. Rum.1. Azərb. Arzu ilə Qəmbər, məktəbə gedərkən bir-birlərini sevməyə başlarlar.

T15. Love at first sight (ilk görüşdə aşiq olma)



Daşb.Türk.2. Qəhrəmanlar ilk görüşdə bir-birinə aşiq olurlar

T61.5.3. Unborn children promised in marriage to each other (Beşikkərtmə)



Daşb. Əlyaz.2. Türkmən. Qəhrəmanlar, doğulacaq uşaqlarını beşikkərtmə edirlər.

T80. Tragic love (Faciəvi məhəbbət)

T86.2. Lovers die at the same time (aşiqlərin eyni anda ölmələri)

Daşb. Əlyaz.1. Əlyaz.2. Türk.3. Türkman. Rum.1. İki aşiq, bir-birinə qovuşduqdan sonra, eyni anda ölürlər.

T130.Marriage customs (evlənmə adətləri)



Əlyaz.1. Əlyaz.2. Azərb. Müxtəlif nigah adətləri vardır.

(M/M) T131.13 Xına yaxaraq evlənmə



Əlyaz.2. Toyda Arzunun əlinə xına yaxılır.

T268. Beautiful woman married to hideous man: he is thankful, she patient (Sevgililərin bir-birinə qovuşması)



Əlyaz.1._Əlyaz.2._Türk.1._Türk.2'>Daşb. Əlyaz.1. Əlyaz.2. Türk.1. Türk.2. Qəhrəmanlar bir-birinə qovuşur

T511. Conception from eating (yeməklə hamilə qalma)

T511.1.1. Conception from eating a fruit (alma yeyərək hamilə qalma)

Türk.2. Rum.1. Azərb. Dərvişin verdiyi almaları yeyən qəhrəmanların uşaqları olur.

T589. Childbirth--miscellaneous motifs (uşaq doğumu ilə ilgili müxtəlif motivlər)

T589.7.1. Simultaneous birth of (domestic) animal and child (Heyvan və uşağın eyni anda doğumu)

Rum.1. Noğ. Azərb. Alma yeyən ana ilə qabığını yeyən atın eyni zamanda övladı dünyaya gəlir.

U. THE NATURE OF LIFE (həyatın təbiəti)

(“Arzu-Qəmbər”də örnəklərinə hələlik rast gəlinməyib)



V. RELIGION (din)

V30. Sacrament (dini ayinlər)

(M/M)V36 Namaz

(M/M)V36.4. Sübh namazı



Əlyaz.1. Əlyaz.2. Qəmbər namazını qılır.

(M/M)V37 Həccə getmə



Əlyaz.1. Rum.1. Qəmbər, balaca olanda atası ilə Həccə gedərken yolda quldurların basqınına məruz qalırlar. Aşiqlərin məzarından çıxan yaşıl və sarı güllər qovuşunca, Allah onları Həcc yoluna atır. Arzunun atasının Həccdə aldığı hədiyyələrin hamısında “Arızla Kamber” yazılır.

(M/M)V38. Taleyə inanmaq



Daş. Türk.2. Arzu, başqasına verilincə, Qəmbər də taleyinə razı olub geri çəkilir.

V50. Prayer (Dua)



Daş. Əlyaz.2. Türk.2. Türk.3. Türkman. Rum.1. Azərb. Qəhrəmanlar tərəfin­dən müxtəlif dualar edilir

V60. Funeral rites (yas mərasimləri)



Daş. Əlyaz.1. Azərb. Qarı, Arzunun öldüyünü söyləyincə, Qəmbər, gedib məzarında Yasin-i Ş

Şərif oxumaq istər.

V150. Sacred objects—miscellaneous (müqəddəs nəsnələr).

V151. Sacred writings (müqəddəs yazılar).

(M/M) V151.2 Qurani-Kərim

Tobol. Özbək. Qəmbərin əlində Quran vardır.

V200.Sacred persons (Müqəddəs yardımçılar)

(M/M)V206.1. Xızır

Əlyaz.1. Türkman. Tobol. Hz.Xızır darda qalan qəhrəmanlara yardım edər.

V290.Other sacred persons (digər müqəddəslər)

(M/M)V290.1.Həzrət Əli

Türkmən. Həzrət Əli darda qalan qəhrəmanlara yardım edər

V300.Religious beliefs (dini inanışlar)



Əlyaz.1. Burgaib Sipahinin qızı (Arzu) dünyaya gəlincə, qurbanlar kəsərək, kasıblara paylayır.

(M/M)V305. Qəbirsanlığı ziyarət etmə



Əlyaz.1. Türk.2. Qəmbər Arzunun məzarına gedərək, onu ziyarət edər.

W. TRAITS OF CHARACTER (xarakter xüsusiyyətləri)

(“Arzu-Qəmbər”də örnəklərinə hələlik rast gəlinməyib)



X. HUMOR (yumor)

(“Arzu-Qəmbər”də örnəklərinə hələlik rast gəlinməyib)



Z. MISCELLANEOUS GROUPS OF MOTIFS (müxtəlif motiv qrupları)

Z60. Other formulistic motifs

Z.71.1 Formulistic number: three (formulistik sayı: 3)

Əlyaz.1. Əlyaz.2. Türk.1. Türk.3. Türkman. Üç qız, üç gün, üç alma şəklində mövcuddur

Z71.11. Formulistic number: thirty  (formulistik sayı: 30)



Əlyaz.2. - Arzu, Qəmbərə gedib yardım gətirməsi üçün otuz il möhlət verir.

Z71.12. Formulistic number: forty (formulistik sayı: 40)



Daşb. Əlyaz.1. Əlyaz.2. Türk.3. Rum.1. Qırx qapıçı, qırx qız, qırx göyərçin, qırx igid, qırx dost, qırx gün, qırx vəzir, qırx cariyə və s. şəklində mövcuddur.

(M/M) Z71.12.0.1 Qırx gün qırx gecə toy



Əlyaz.1.Türk.2. Rüstəm Şahın kiçik qızı ilə Qəmbərin, digər variantda Arzunun qırx gün qırx gecə toyu keçirilir

Z71.16. Formulistic number: 300 (formulistik sayı: 300)



Əlyaz.1. Üç yüz dəyənək, üç yüz atlı şəklində mövcuddur
Nəticə. “Arzu-Qəmbər” üzərində aparılan bu çalışmanın məqsədi sözü­ge­­dən dastanın motiv göstəricisinin tam mənzərəsini yaratmaqdır. Üzərində dur­du­­ğumuz dastan Azərbaycanla və ya Türkiyə ilə məhdudlaşdırılmamış, Bal­kan­lar­­dakı türk örnəkləri və digər türk toplumlarındakı mətnlər də buraya daxil edil­miş­dir.

“Arzu-Qəmbər” dastanının varianları və fərqli mətnlərinin motivləri içə­ri­sin­də bir neçə motiv əldə olan dastan mətnlərinin hamısında vardır. Sıx-sıx rast­la­nan motivlər J155.4. Wife as adviser (qadının nəsihəti), C423. Tabu: revealing the marvelous (qeyri-adiliklərin ifşa edilməsi), D1074. Magic bracelet (sehrli bilərzik) ki­mi müəyyən edilə bilər.

Tədqiqata cəlb etdiyimiz variant və versiyalardakı motiv eyniliyi və ya ox­şar­lığı əslində bütün türk xalqlarında bu dastanın eyni mənbədən qay­naq­lan­dı­ğı­nı təsdiq edir.
QAYNAQLAR

1. Thompson S. Motif-index of folk-literature: a classification of narrative elements in folktales, ballads, myths, fables, medieval romances, exempla, fabuliaux, jest-books and local legends” (Revised and enlarged edition. Bloomington: Indiana University Press, 1955-1958)

2. Мелетинский Е.М. О литературных архетипах. М., 1994. 134 с 3500 экз.

3. Alptekin A.B. Halk Hikâyelerinin Motif Yapısı. Ankara, Akçağ yayınları, 2002

4. Arzu ile Kamber hikayesi üzerinde mukayeseli bir araştırma. Elazığ: T.C. Fırat Universitesi, 1987, 341 s.


Şakir ALBALIYEV

Filologiya üzrə fəlsəfə doktoru, dosent,

AMEA Folklor İnstitutu,

albaliyevshakir@rambler.ru

NOVRUZ: ADİLİKDƏ QEYRİ-ADİLİKLƏRİN REALLAŞMASI
Xülasə

Novruz bayramında, ilaxır çərşənbə gecəsində buta ala bilməyin müm­kün­lü­yü folkloristik yöndəm araşdırılır. Papaqatdı adətinə fərqli baxış ifadə olunur. Bir sıra adətlərin icrasında daşınan simvolik məzmun yükünə aydınlıq gətirilir.



Açar sözlər: Novruz, buta, Xızır, adət, mif, mərasim
NOVRUZ: THE REALİZATİON OF UNUSUALNESS İN COMMONNESS

Summary

In Novruz holiday, last Tuesday’s eve the possibility of obtaining buta (almond-shaped pattern) is investigated from the folkloristic point of view. A different view to the tradition of papagatdi (to throw a cap) is expressed. Here is given clearness to the symbolical content charge of tradition.



Key words: Novruz, buta (almond-shaped pattern), Khizir, tradition, myth, ceremony
НОВРУЗ: ОСУЩЕСТВЛЕНИЕ НЕОБЫКНОВЕННЫХ

ЯВЛЕНИЙ В ОБЫЧНОМ

Резюме

В статье исследуется способ завоевания любви /бута/, перед празд­ником Новруз в последний вторник старого /уходящего/ года по лунному календарю. Своеобразно рассмотривается традиционная игра папагатды. В данной работе ясно выражается символическое содержание ряда действующих обычий.



Ключевые слова: Новруз, любовь, бута, Хызыр, обычай, миф, обряд
Novruz bayramı və buta. El arasında yazın gəlişinə qanın qaynayan vaxtı ifa­dəsini nahaq yerə demirlər. Təbiət təzədən qış sükutundan oyanıb cana gəl­məklə bərabər, öz enerjisini təbiətin bir parçası olan insanın da qanına-ruhuna ye­ridir. İnsanda fiziki baxımdan da bir qaynama hissi baş qaldırır, ehtiras coşur, ru­hunda – mənəvi dünyasında da bir təzəlik ab-havası yaranır. Beləliklə, mənəvi və cismani-fiziki baxımdan bütöv olaraq insanda dirçəlmə, yenilənmə əhval-ru­hiy­yəsi özünü göstərir. Bu, təbiətdə tumurcuqlanma, çiçəkaçma, nəhayətdə bar­ver­mə funksiyası ilə reallaşdığı kimi, insan dünyasında da butaalma, adaxlanma və toy mərhələlərindən keçməklə gələcəkdə nəsil artımı – övlad dünyaya gətir­məklə nəticələnir. Beləliklə, təbiətin ilk butası tumurcuqlama, ləçəkləmə – çi­çək­ləmədirsə, insanın da butası məhz təbiətin bu ünsürlərini əks etdirən buta na­xışlarında ilkin rəmzlərini tapır. Ona görə də buta mifologemi ilə yaz fəsli, həm­çinin yazın gəlişinin sosioloji ifadəsi olan Novruz (habelə Novruzun tərkib his­səsi olan ilaxır çərşənbəsi) bayramı arasında sırf bağlılığın mövcudluğu təbi­i­dir.

Görkəmli mifoloq Mirəli Seyidov məhz bu məsələ ilə bağlı yazır: «Do­ğ­ru­dan da, zaman keçdikcə su – yaşıllıq ilahəsi olan Öləng toyla, ailə qurmaqla əla­qədar xatırlanmışdır. Bu da təbii bir haldır. Axı yaşıllıqla, gəncliklə ailə qurmaq arasında təbii yaxınlıq vardır. Yaşıllıq təbiətin təzəlik çağıdır. Gənc­lik də in­sa­nın təzə-tər dövrüdür. Yaşıllıqla əlaqədar olaraq meyvə (toxum) əmələ gəlir. Bu isə artımdır. Gəncliyin toy mərasimi də gələcək övladların doğulması üçün zə­min yaradır. Övlad da artımdır. Məhz buna görə də yaşıllıq ilahəsi Öləng son­ra­lar gənclik, ailə qurmaq ilahəsinə çevrilmişdir. Öləng toyla-gəncliklə əla­qə­dar­dır. Bu cəhət Xızır\\Xıdır-İlyasın mifik təbiətini xatırladır və bir daha sübut edir ki, Öləng sonralar Xızır-İlyasla çarpazlaşmışdır. Ancaq biz bununla demək is­tə­mirik ki, Xızır-İlyasın bütün mifik səciyyələri onlara Öləngdən keçmişdir. Xeyr, çarpazlaşmadan əvvəl hərə öz növbəsində eyni mifik anlayışı bu və ya di­gər də­rəcədə təmsil etmişdir» (1, 70).

Göründüyü kimi, burada yaşıllıq ilahəsi Öləngin həm də ailə qurmaq ila­həsi olmasının təbiiliyi əsaslandırılır. Deməli, bu minvalla yanaşdıqda yaşıl­lı­ğın özlü­yündə həm də bahar fəslini – Bahar bayramını, Novruzu təcəssüm et­dir­diyi aydın məsələdir. Belə olduğu təqdirdə isə Novruz bayramıyla buta mo­ti­vi­nin bir məcra­ya sığdığı, onların bir-biriləri ilə qırılmaz üzvi bağlılığı qanuna­uy­ğun tə­biiliklə qarşılanmalıdır. Bunu söyləyəcəyimiz misallar əsasında sübuta ye­ti­rə­cə­yik. Nov­ruz xonçasını təşkil edən atributları, adətləri, Novruz şirniy­ya­tı­nı nə­zər­dən keçi­rəndə buradakı buta elementlərinin özünə geniş yer alması ay­dınlığı ilə üzə çıxır.

Novruz bayramı ərəfəsində nişanlı qıza gətirilən bayram şirniyyatından (mə­sələn, şəkərburadan, ya şokoladdan və s.) birini bir subay qız, ya subay oğ­lan götürüb bayram gecəsi yarısını yesə, yarısını isə niyyət tutub yastığının al­tı­na qoyub yatsa, gecə yuxusunda gələcək qismətini (butasını) görəcəkdir. (bu inamı mənə 1974-ci ildə Saatlı rayonu, Azadkənd kəndində anadan olmuş, orta təhsilli Albalıyeva (Hacıyeva) Aləmzər Ataman qızı danışdı). Deməli, bu inam nümunəsində Novruz bayramı ilə yuxuda butaalma mifinin real dünyamızda bu gün də yaşadığı göz önündədir. Burada Novruz bayramında nişanlı qızgilə gedil­məsi ilk növbədə açıqdan-açığa xalq adət-ənənəsində bayramla ailəqurma mə­ra­simi arasında genetik bağlılığı göstərir. O ki qaldı qız evinə gətirilən nişan şir­niyyatından birinin, məsələn, şəkərburanın yarısının yeyilib, yarısının da yastıq altına qoyularaq, niyyət tutulub yatmaqla yuxuda gələcək nişanlını – sevgilini görmək inancına, bu niyyət isə ancaq bu müqəddəs bayram gecəsində icra oluna bilər. Adi günlərdə gətirilən elçilik, ya nişan, ya toy şirniyyatından yox, məhz il­axır çərşənbəsi, ya Novruz bayramı vaxtı gətirilən xonçadakı şirniyyatdan bu məqsədlə istifadə etmək olar. Bu, həm də birbaşa onu işarələyir ki, bizim nağıl və dastanlarımızda mifik donda oxuyub-eşitdiyimiz butaverilmə motivinin real həyatdakı təzahürünü məhz bu bayram vaxtlarında görə bilərik. Bu da Novruz bayramı və butaalmanın bir-biri ilə sıx bağlığının əyani təsdiqidir.

Bir məqamın da üstündən keçmək olmaz. Novruz şirniyyatlarından olan şəkərbura (həmçinin paxlava) formaca aypara şəklindədir və üstündə də na­xış­­lar olur. Aypara formasının özü həm də ürək şəklini – ciyərparəni (ürəyin, ci­yə­­rin yarısını) işarələyir. Ciyərparə şəkli isə hər kəsin ciyərparəsini, sevgilisini sim­vo­lizə edir, üstəgəl bu aypara – ciyərpara şəkilli şəkərburanın üstündəki na­xış­ların olması da mahiyyətcə butanın birbaşa özünü (buta naxışını) işarələyir. Ye­nə üs­təgəl, şəkərburanın tərkibinin şirin-şəkər olması, dadının, tamının ləziz­liyi, şi­rin­liyi də eşqin, sevginin şirinliyini ifadə edir. «Mənə derlər yardan keç, yar şirindi, keçilməz» bayatısında vurğulandığı kimi yarın, sevgilinin (butanın) şi­rinliyi fi­zi­ki olaraq dadbilmə vasitəsilə şəkərburanın şirin-şəkər dadında özünü gös­tərir.

Eləcə də paxlavanın bal şərbətilə, yaxud yağla, şəkər tozu ilə hazır­lan­ma­sı da beləcə mənaya – məntiqə söykənməklə bir Novruz şirniyyatı kimi paxlava­nın da buta rəmzi olduğunu göstərir. Eyni zamanda, paxlavanın xüsusi formada ol­ması, qoz ləpəsindən olan köbəsi – naxışı da bir tərəfdən onun şirinliyinə xü­susi ləzzət əlavə olunmasını işarələyirsə, həm də digər tərəfdən də bu naxış kö­bə­si­nin özünün də buta naxış-ornamentinin bir təzahürü olmasını reallaşdırır. Bu məntiq­dən çıxış edəndə bir daha Novruz şirniyyatlarının xüsusi zövq ilə bə­zə­dil­məsi amili ona xidmət edir ki, bu bəzək-naxışlar özlüyündə həm də buta na­xış­la­rını simvolizə edir ki, bu fakt özü də Novruz və buta amilinin qovuşuq vəhdətdə oldu­ğundan xəbər verir. «Yurdumuza yaz gəlir, qoy barışsın küsənlər, taleh sizə yar olsun, sevilənlər-sevənlər» mahnısının bu sözləri də görünür təh­təlşüurdakı bu ide­yanın mahnının sözlərindəki təzahürüdür. Yəni yazın gəlişi – Novruz kü­sülü­lə­rin barışığı, sevgililərə taleyin yar olması bayramı kimi anılır və tərənnüm olunur.

Novruz bayramında hər qız özü üçün bir yumurta aparıb təmiz axar suyun (bulağın) başına qoyarmış, əgər səhər tezdən gəlib görürmüşsə ki, yumur­tanın üzərinə otdan, şehdən, ya nədənsə qırmızı xallar düşərmişsə, onda o qızın niy­yə­ti yerinə yetərmiş, nişanlanarmış, gəlin köçərmiş. Yox, əgər Allah elə­mə­miş, yu­murtanın üstünə qara xal düşürmüşsə, onda o yumurta sahibinin niyyəti həyata keçməzmiş, bədbəxtliklə üzləşərmiş. Bu inancı mənə Kəlbəcər ra­yo­nu­nun Zül­füqarlı inzibati-ərazi dairəsinin Qaragüney kəndindən olan, 1982-ci il təvəllüdlü, orta təhsilli Aslanova Rəqsanə Hüseyn qızı söylədi. Bu inanc nü­mu­nəsində də Novruz bayramında icra edilən adətlə qızın nişanlanacağı, ərə ge­də­cəyi (butasını tapacağı, butasına qovuşacağı) faktı aşkar görünür. Deməli, mi­fo­loji butaalma motivinin gerçəklikdə reallaşacağı an, zaman məhz müqəddəs Novruz bayramı ənənəsində sınanılır və baş tutur.

Novruzun atributlarından olan səməninin belinə qırmızı kəmər bağlan­ması və onun incəbel gəlinə təşbeh edilməsi də toy mərasimi ilə – sevgili ilə qo­şa müqayisəsini göstərən bir əlamətdir. Bir sözlə, şəkərburanın aypara forması və naxışlı olması, paxlavanın rombşəkilli və ortası naxışlı olması buta orna­ment­ləri ilə uyğunluq yaratdığı kimi, Novruz şirniyyatları isə yenə də dadına, tamına görə şirinliyin – məhəbbətin şirinliyinin ifadəsidir.

Eləcə də yuxuda butaalma mifinin müasir dünyamızda birbaşa, əyani ifa­dəsi də ilaxır çərşənbəsi, ya Novruz gecəsində reallaşır. Belə ki, duzlu kökə ye­yib, niyyət edib yatsan, yuxunda gələcək sevgilini (butanı) görərsən. Qeyd edim ki, istisna hallarda əməli-saleh adamlara bu mübarək gecələrdə hatifdən (qeybdən) gələn səs sahibi tərəfindən gələcək nişanlısının – butasının kim ol­ma­sı barədə is­marış da verilə bilir. Və bu kimi hallar birbaşa Novruz (eləcə də Novruzun tərkib hissəsi olan ilaxır çərşənbəsi) bayramı ilə butaalma mifi ara­sın­da çox sıx əlaqənin olmasından, bir-biri ilə bağlılığından xəbər verir. Ən başlı­ca­sı isə unut­maq olmaz ki, buta təsvirlərinin – naxışlarının özü birbaşa Novruzun gəlişi olan yaz fəsli ilə birbaşa bağlıdır. Görkəmli mifoloq M.Seyidovun yazdığı kimi, «Butanın «qönçə», «şüvül», «şaxələnmə» mənaları onu istər-istəməz ağac, bitki mifi ilə bağlayır» (1, 130). Yəni bu həm də o deməkdir ki, buta yaşıllığın simvoludur. Deməli, yazın gəlişi – Novruz birbaşa yaşıllıqla bağlıdır. Buta na­xışları da ağacın yarpağı, təzə açılan güllərin ləçəkləri, habelə gül-çiçək təs­vir­lə­ri ilə ifadəsini – rəsmini tapır. Novruzda kol dibindən boylanan novruzgülü – utancaq bənövşə özü bakirə qız timsallı buta deyilmi? Bu məqamda novruzgülü elə butanın özü deyilmi? Bu mənada Novruzda – yazda açan güllər obrazlı ola­raq bir sevgili buta simvolunu əks etdirmirmi? Bağrıyanıq al-qırmızı lalələr sev­gi hicrətindən alışıb sinəsi qapqara yanan fədakar aşiq obrazını (butanı) ifadə et­mirmi? Yaxud ətrindən-rayihəsindən bihuş olduğumuz sonsuz sayda buta naxış­larını özündə birləşdirən qızılgül yarın (butanın) gülətirli nəfəsini xarakterizə et­mirmi? Yar qoynu cənnət bağçasını xatırladan ətirli, səfalı məkana bənzə­dil­mir­mi, yar nəfəsi cənnətin bihuşedici havası ilə müqayisə olunmurmu və təbii qızıl­gül ətrinin məstedici qoxusu bunu əks etdirmirmi? Yaxud adına havayı yerəmi «qızıl» epiteti artırılıb qızılgül deyilir ona? Yəni qızıl gül, güllərin qızılı, əvəz­olunmazı! Yar, sevgili (buta) də insana əvəzolunmaz gül – qızıl gül (qızılgül) deyilmi, bəs nədir?! Əbəs yerəmi xalqımız qızılgülü bu qədər öyüb vəsf edir, vəsfü-sənalar söyləyir:

Qızılgül oyum-oyum,

Oyum qoynuma qoyum.

Yağış yağar, yer doymaz,

Mən səndən necə doyum?

Necə də ilahi bir hikmət işığında, samit və sait səslərin növbəli şəkildə bir-birilərini izləməsi və rəvan, axıcıl təb üslubunda deyilmişdir. Misra-misra təhlilə keçək.

Qızılgül oyum-oyum – yəni qızılgülün təbii düzümü – quruluşu nəzərdə tutulub, «oyum-oyum» - buta-buta, naxış-naxış, ləçək-ləçək, çiçək-çiçək...

Oyum qoynuma qoyum – görürsənmi, «dərim» əvəzinə «oyum» ifadəsi iş­lənib ki, bunun özəl mənası var; yəni ləçək-ləçək (buta-buta) olan qızılgülü əl ilə oyma-oyma oyub qoyuna yığmaq, qızılgülün ləçəklərini – buta rəmzini qoyuna qoymaq – ürəyə sıxıb əzizləmək (sevgili kimi);

Yağış yağar, yer doymaz – yağışdan ötrü yer (torpaq) eşq-hicran odunda yanıb-qovrulan aşiq obrazıdır. Yer yağışdan doymadığı kimi, aşiq də mə­şu­qə­sin­dən doymaz.

Mən səndən necə doyum? – yəni yağış – yer (torpaq) qarşıdurması sev­gi­li­lər nisbəti kimi götürülmüş və «mən səndən – sevgilimdən (butamdan – burada qızılgüldən, buta-buta, ləçək-ləçək olan qızılgüldən) necə doyum», – deyə ri­to­rik sual qoyulur.

Bir sözlə, burada yağış (su) kişi, yer (torpaq) isə qadın (ana) timsalında əks cinsliyi – cütlüyü təmsil edir. Qərənfil gülü kimi qızılgül gülü də təbiiliklə butalı ləçəklərdən xəlq olunub, özlüyündə buta rəmzini səciyyələndirir. Ona gö­rə də qızılgülə qızıl təşbehi – epiteti artırılmaqla qızılgül – güllərin (butaların) qızılı adlandırılıb. Buta isə əslində gülü simvolizə edir, gülün təravətliliyi, zərif­liyi, saflığı aşiq-məşuq obrazına bərabər tutulur və bu baxımdan da qızlarımıza qoyulan Buta adının əvvəlinə bəzən gül epitetinin də artırılması – Gülbuta ad­lanması da təbii səslənir. Hətta Buta-Gülbuta-Güləbətin variantları da möv­cud­dur ki, bu zaman güləbətinin də funksiyasının butaya transformasiya olun­du­ğu məqamlar üzə çıxır. Güləbətin – gülbuta-buta paralellərinin aparılması başqa bir yazının mövzusu olduğundan, hələlik bu barədə danışmıram.

Qızılgül, ümumiyyətlə, güllər, çiçəklər yaz fəslində, Novruzda torpaqdan boy göstərib cücərdiyindən, çiçək açdığından, buta rəmzi olan güllərin Novruzla bağlılığının olması da təbiət qanunauyğunluğu ilə bir sıraya düşür. Bu mənada Novruz bayramı və buta mövzusunun vəhdətdə götürülməsi, öyrənilməsi də təbii-normal haldır.

Eyni zamanda Novruz fallarının, inanclarının, qulaq falına çıxmaq üçün qapı pusulmasının və s.nin mayasında – cövhərində xoş niyyətlərin tutulması amili dayanır və etiraf edək ki, bu niyyətlərin demək olar ki, hamısı gənc qız­la­rın, oğlanların niyyəti kimi öz sevgililərini (butalarını) tapması – araması, qo­vuşması məsələsinə bağlanır. Başqa cür desək, Novruz adət-ənənəsi, məra­sim­lə­ri, falları içərisində gənclərin öz gələcək sevgililəri – butaları haqqında əv­vəl­cə­dən hər hansı bir informasiya almaq şansları, cəhdləri bir silsilə, bir sistem təşkil edir ki, bu fakt özü Novruz və buta mifinin gerçəkləşməsi arasında sıx, qırılmaz rabitənin olmasını şərtləndirir. Əgər nağıl, dastanlarımızda, yuxuda mifik donda butaalma, butavermə amilini eşitmişiksə, bu butaalma məsələsi özünün mifdən gerçəkliyə çevrilmə inikasını məhz Novruzda (çərşənbədə) tapır. Qulaq falından eşidəcəyi sözün məzmununa uyğun olaraq, yaxud yuxuda eşidəcəyi, görəcəyi teoinformativ səs-görüntü birbaşa buta ilə bağlıdır və nağılın, dastanın, yuxunun fonunda eşit­diyimiz butanın həyatda gerçəkliyə çevrilməsi məqamı məhz bu müqəddəs bay­ramda gerçəkləşir ki, elə Novruzun, çərşənbənin bir ilahi mö­cü­zə­si də – açıq görüntüsü də bundadır. Bəli, Novruzda insan ekstrakt halına gələ bi­lir, istər açıq­dan-açığa ayıq vaxtı niyyət tutub eşitdiyi söz vasitəsilə, istərsə də yuxulu vaxtı yuxuda eşitdiyi səs, gördüyü yuxu hesabına teoinformativ xarak­ter­li məlumatla öz butasının kimliyi haqda, ya butasına qovuşacağı barədə bilgi – xəbər tutur.

Yazın istisi ilə butaalma arasında mifik əlaqədən söz açan professor M.Seyidov yazır: «Folklorçu Məhəmməd Təhməzov yazır ki, «aşıq» «yaşıq» sö­zündəndir. Deməli, «yaşıq»la – «günəş»lə eyni kökdən olan «aşıq» öz yaranışı ilə istiliklə bağlı olmuşdur. Elə buna görə də Xızırdan – yazın istiliyini gəti­rən­dən və yazın istisinin – odunun insaniləşmiş obrazından buta alan gənclərin de­mək olar ki, hamısı öncə elə bil od tutub yanırlar, onları birdən-birə isti, xız ba­sır. Çoxsaylı örnəklərdən birini yada salaq. «Novruz və Qəndab» dastanının qəhrəmanı «Novruz badəni dərvişdən (Xızırdan – M.S.) alıb nuş eylədi. O saat sinəsi dəmirçi kürəsi kimi yanmağa başladı. Bərkdən qışqırdı: -Ağa dərviş, yan­dım, mənə əlac» (2, 176).



Qan qaynayır, insan cismani-fiziki hal olaraq sevib-sevilmək həvəsinə dü­şür və bu zaman buta (sevgili) sorağına düşür. Deməli, Xızır peyğəmbər yazın istiliyini gətirən müqəddəs, mifik obraz olmaqla, həm də bu istiliyi sevgi odu – sevgi, eşq atəşi formasında gənclərin ruhuna da yeritməklə onlara buta verir. Bu, o məqama – o zaman kəsiyinə təsadüf edir ki, həmin vaxt təbiətin gecə-gün­dü­zünün tən ortadan bərabərləşdiyi və insanların Novruz bayramı şəklində təntənə ilə keçirdikləri müqəddəs bayrama gəlib düşür. Bu məqamda istilik – yazın nə­fəsi, Novruz bayramı və butaalma mərhələləri bir ortaq məxrəcdə birləş­dik­lə­rin­dən, təbiətin özü kimi saflaşa bilən, ekstrakt halına düşə bilən gənclərə də mü­qəddəs kimsələr tərəfindən, Xızır, ya Həzrəti Əli vasitəsilə buta verilir. Deməli, buta elə bir müqəddəs vergidir ki, o müqəddəslik teoinformativ şəkildə ancaq il­in-ayın mübarək vədəsində verilə bilir. O müqəddəs vergi ancaq xilqətən saf­la­şa bilən kəslərə yuxuda müqəddəs kimsənələr vasitəsilə verilir, o müqəddəs buta insana təmiz, saf aurası olan mühitdə və məkanda verilir. Belə bir saflıq halına isə Novruz kimi müqəddəs bayram ab-havasında gəlib yetişmək mümkün olur ki, məhz reallıqda butaalma məsələsinin də bu vaxtlara düşdüyü bu baxımdan təbiiliklə öz yerini alır.

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə