Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,74 Mb.
səhifə11/28
tarix08.04.2018
ölçüsü2,74 Mb.
#36696
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

199. TƏRƏKƏMƏNİN ANDI
Tərəkəmənin andı var də. Sırfanı salırdılar, duzu qoyullar, çö­rə­yi qoyullar. Duzu qoyullar çörəyin üsdünə. İndi sən maa qonax gəl­misan, sənin qoyununu mən oğurramışam. Sən mənnən şüpə­lən­mi­sən. Mənim də qonağımsan. Axır dağda olan da saldat kimidi, bi­ri-birinə yalan deməməlidi. Düz deməlidi. Ürəyinnən keçib ki, bu­nu bu oğuruyufdu, amma deyə bilmirsən. Deyisən, bəs mənim bir belə itiyim var. And işdirəcəm hamıya. Onda sənin əgər ürəyin tə­mizdisə, əlin təmizdisə, oğurruğ eləməmisənsə, çörəyi qoyursan, du­zu da qoyursan deyisən: “Bu çörəh haqqı, bu duz haqqı, Həzrət Ab­basın qılıncı mənim boynumu vursun, əgər sənin heyvanınnan mə­nim xəbərim varsa.” Onda o, “Bisimillah, nəhlət şərə” deyif çə­ki­lərdi geri. Ta bir də o qapıya gəlməzdilər. Hamma eləsi də olurdu ki, oğurruyuf. Gedirdilər deyirdi: “Ayə, sən öl, mən ölüm, onnan mə­nim xəbərim yoxdu.” Bu, sən ölə heç kəs inanmırdı. Onda biri-bi­riynən qannı düşman olurdu. O, onu atırdı, o, onu atırdı. O, onu öl­dürürdü, o, onu öldürürdü. Ba belə qırğın çıxırdı. Hamma gə­ti­mi­sən­sə, gərəh deyərdin: “Hə, uşax qanmıyıb, görüf gətirif. Heyvanın mən­dədi, gəl, apar.” Buna da bir söz demirdilər. Buna heç pis də bax­mırdılar. Həə. Deyirdilər ki, qanmır də, cahıldı, qanmıyıf bu işi tu­tuf. Ona görə də o günahdan keçirdilər. Xəbərin yoxsa, bu andı içir­dın, dinməz gedirdilər.
200-206. TOY ADƏTLƏRİ
Gəlinə yannığ, babaxanı aparırdılar. Yannıx qızıldı. Belə ba­la­ca mirvarı kimi olur. Otuz dənə olur bi düzümündə. İpə keçirif ya­xıya taxırdılar. Babaxanı yekə olur, qabaxdan vururdun.
201.

Gəlinin qaynı gedif belin bağlıyırdı. Deerdi:

Anam, bajım, qız gəlin,

Əl-ayağı düz gəlin,

Yeddi oğul isdərəm,

Bircə dənə qız gəlin.

Deer, belin bağlıyırdı.

Toylarda da o vax yengələr vardı. Oğlan tərəfin yengəsi də, qız tərəfin yengəsi də hazırrıxlıdı. Bəyə də, yanındakılara da yengə sa­roşka, coraf, dəsmal (hərəsinə ayrı-ayrı) mütləq gətirməliydilər. De­erdi:

Toyunda kəsiliv inəh cöngəsi,

Bəyə xələt versin bəyin yengəsi.

Sağdışa xələt versin bəyin yengəsi,

Soldışə xələt versin bəyin yengəsi.

(Bax belə dedihcən o yengə də gətirif bir-bir qoyurdu).
Görüm ay bəy, toyun mübarək olsun,

Sağdışına, soldışına borc olsun.

Dəryada qarq oluf Nuhun gəmisi,

Aşığa xələt versin bəyin əmisi.

(Əmisi gətirirdi xələt verirdi).
Toyunda kəsiliv inəh danası,

Aşığa xələt versin bəyin anası.

Onnan gəlinin anası.

(Belə şeyləri çox deef pul yığırdılar. İndi helə şeylər yoxdu).

Görüm a bəy, toyun mübarək olsun,

Sağdışına, soldışına borc olsun.

Soradan-soruya bu şənnih evi, qapıda bərri-bəzəhli, yarrı-ya­ra­şıxlı mağarrar tikməyə başdadılar. Onda nə vardı? Elə bil, beş-on çu­vuğu baş-başa bağlıyıv üsdünə bir baş qəliv atırdılar. Onun altın­da toy olurdu. “Aman nənə”ni həmişə oxuyurdular:

Aman nənə, zalım nənə, qaynənə,

Səni görüm eşq oduna yan, nənə.

Qaynənəni dağda ilan vurufdu,

Baldızıma Quran qənim olufdu.
Aman nənə, zalım nənə, qaynənə.

(Belə-belə təh-təh şeylər yadımda qalıf).

Helə oxumaxlar varıdı. “Qaragilə” çox moddeydı soradan-so­ruya.
202.

Gəlini bəzeerdilər, atın başına çarşov salerdılar. Gərdəyin da­lın­da oturdordular. Bəy qaçerdı. Gedif gejə şamnan tapıf gətirerdılar. İn­dikilər oturor bir yerdə. Onda gəlin gələndə bəy qaçerdı. Gejə şa­mı alıf, əysini doleerdilər ağaca. Gederdilər orya-burya, gəlerdilər mə­nim öyümnən, ya çınqılın divinnən tapıv aparerdılar. Bəyi otur­dur­dolar, bəyi tərifleerdilər. Bir tərəfində biri oturordu, bir subay oğ­lan oturordu ha. Deyerdi:

Ay bəy, toyun mübarək olsun,

Sağdişına, soldişına borc olsun! – deyiv oynaşerdılar.

Gəlini atnan aparermışdar. Aşığa deerdilər, elə çal ki, gəlin dü­şüf bı atdan o ata minməlidi. Gəlin sağdan düş, soldan min, sol­dan düş, sağdan min... O gəlinə həylə deyerdilər dana. Gəlini sı­nı­yır­mışdar. Sağdan düş, soldan min, soldan düş, sağdan min. Görəy eli­yə bilir? Başında çarşov ata mindirerdilər. Atnan gedif gə­ti­rer­di­lər. Maşın yox, bir şey yox. Gəlin minerdi qajarılı ata. Atı qajar­rı­yer­dılar – iraxtılıyırdılar. Atın döşünnən başınatan iraxtı olordu gü­müş­dən. Teyxa gümüş olurdu atın sinəsində, başında. Qajarı keji­dən, parçadan olurdu. (Keji deerdilər e, yerdə toxunordu. Bax belə-belə ona saçax vurordular. Saçağın da üsdünə pul düzördülər. Gü­müş pul. İki cərgə: bir cərgə burdan düzördülər, bir cərgə burdan. Sa­ler­dilər atın arxasına. Buna qajarı deerdilər). Onun arxasına sa­çax düzördülər. Şal saçağı təki parçaya düzördülər. Onun arxasına pul da düzördülər. Vurordular atın g..ünə. Gəlini də qoyurdular atın be­­linə. Atın döşündə də, başında da iraxdı, teyxa gümüş. At bə­zi­yer­­dilər iraxdıynan. İraxdını da bəlkə on iki erkəyə, on üç erkəyə qo­­yollar. Teyxa gümüş. Mən həylə görmüşəm, bala.

Gəlinin başında da çarşov varıdı. Qanouzdan çarşoyu olordu. Mun­cux tökördülər gəlinin gərdəyinin başına bax belə-belə, salxım-sal­xım. Gəliv oturordu gərdəhdə üş gün. Üş gün qalerdı, üş günnən so­ra atası, anası, öyü gedif gərdəhdən çıxardıf, xələtin verif, gə­ler­di­lər. Bax belə. Atnan gətirerdilər gəlini.

Gəlinin yəhərqaş həybəsi olordu. Kejidən, yəhərdən ti­ker­di­lər. Gəlin ona yol çörəyin qoyordu, uzax yol gedəndə. Bir qum­qu­ma­sı olordu, su qumquması. Onun ağzın bağleerdı, doldurordu, qo­yor­­du yəhərqaş həybəsnə. Dəsdərxan çörəyi bağleerdı. Dəsdərxan çit­dən tikilerdi. Qoyordu yəhərqaş həybəsinə. Harda ajsa, gəlin çö­rə­yin yeerdi, qayıdıf sudan içif qoyordu genə yəhərqaş həybəsinə. Yə­hərin qaşını bax bir belə yarerdılar. O həybəni keçirderdilər yə­hə­rin qaşına. Onnan sora da gəlin gederdi yurtda çarşoyun açerdı, çay qoyordu, çörəh qoyordu, bir də ata minerdi. Bu yurtdan om beş gü­nə gedif çıxerdıx Murat təpəsinə.
203.

Papağatmeynan ərə verirmişdər. Papağ atırmışdar, qız yı­xıl­mır­mışsa, verillərmiş ərə.

Qız elçiliyinə üş-dörd ağsakqal gederdi. Deyirdim kin, mənim gö­züm tutuf dana, bunu aleram oğluma. Bir üş-dörd ağsakqalı gön­də­rerdih axşam. Hələ qavaxcan elə-belə gederdilər. Daldan da əlin­də bir şirinniy aparerdı, “hə”sin alannan sora... Şirinnih kimi ya qan­fet aparerdılar, kəllə qəntdər olordu, onnan aparerdılar. Onnan son­ra da nişan taxanda da qoyun aparerdılar, kəserdilər, yeerdilər-içer­dilər. Çox adam aşıxlı eliyerdi. Aşıx çaldırerdı. Çox adam da elə həylə nişan taxerdı. Camahat yığışerdı, nişanı taxerdılar.

Biri gərdəyi götürürdü qaçerdı, atdıların bir irmisi də düşürdü da­lına. Hər kəs qavaxcan gərdəyi gətiriv oğlan öyünə çatdıranda onun atının boğazına xələt bağlıyırdılar. İpəh parça bağlıyırdılar. On­nan pul vererdilər. Düşördü atdılar da onun dalına, qovalıyırdılar ki, atın əlinnən alıb onu ollara gətirə. O da çaperdı, gəlif çatanda xə­ləti ona vererdilər.




204.

O dövürçün qızın ixdiyarı özündə döydü kü, kiməsə getsin. Qız baxırdı öz atasına, əmisinə, dayısına. Razılığına baxannan sora de­erdilər, filankəsə gedəjəhsən sən. İndiki cavannar ayrıdı. O za­man ayrıdı. Keşmişdə çox yaxşı adətdərimiz oluf. Çox yaxşı iş­də­r­miz oluf. Yaxşı məjlisdərmiz oluf, tərəkəməyih. Götürüf qaşma olan­da barışığ olurdu. Gedirdi biraz qalannan sora ya çəkif gəti­rir­di­lər, ya barışığ eleyirdilər. Deerdilər ki, barışax. Onnan sora toy ele­yər­dilər. Gedirdilər. İrazılaşannan sora toy eliyirdi.

Kövəhkəsdi nətəərdi? Deməli, uşağ olanda, oğlan, qız olanda bir-birinə deyihli olurdu. Birinin oğlu olub, birinin də qızı olanda de­erdilər kin, bu kövəhkəsdidi. Bu, bunnan başqa heş kimə ve­ril­mey­jəh.

Elçiliyə qavaxcan qadın gedirdi. Qadın sözü gətirirdi kişilərə ki, razılıx var. Onnan sora kişilər gedirdi. Oturullar, deellər ki, biz gəl­mi­şih qohum olmağa. Olar əgər irazı olsa, bir az söybətdən sora de­ellər, şirin çay gəlsin, onnan sora danışax. Qavaxca şirin çayı için, sora.


205.

Çörəh yeyilən yerdə saz aşığı çalınmaz. Amma oynuyan­nar­çun böyük mağar vardı. Orda girib oynuyurdular.

Muğannıda bilmirəm kimin toyudu, Hamayıl xala “Be­şa­tı­la­nı”­ oynadı. Oyunun adı elədi. Özü də elə-belə ritm döyül də o. Zur­nay­nan çalınır. Nə rəqs görmüşdü, nə bir şey görmüşdü. Di gəl onun oyunu bax, bu sahat gözümün qavağındadı. Bir qırx il, əlli il ke­çib üsdünnən.

Yaxın adamnar, qonaxlar gələndə, toyun adamları də, götürüf xon­ça bəziyirdilər. Xoruzu soyutma eliyirdilər, taxırdılar yuxarı­sın­nan. Ağzına da bir siqaret qoyurdular. Uzax seyitdiyimnən, bir arax qo­yurdular, bir kanyak qoyurdular. Üsdünə də yazırdılar iyirmi beş ma­nat, əlli manat qiyməti. İndi orda hansı duxlu adamıydı, dururdu, oy­nuyurdu, pulun da verirdi, həmən məclisdə də oturuf yeyirdi.




206.

Bizim kətdə, o təpə dediymiz yerdə həmən o qara zırnanı ça­lan­da Fizuli camahatı onu eşidirdi. Fizulinin Qəjər kəndi var. Olara ge­dirdi səs. O vaxdı deerdilər kin, ə, bir “Tərəkəmə” çal, “Hey­va­gü­lü” çal. Ən çox belə oynax havalar çalardılar. Ən çox “Kəsmə” ça­lınardı. Elə bilginən kin, çalırdı, çalırdı, ortada kəsirdi. Kəsəndə gə­rəy otureydın yerə, bir də qalxeydın. Ona görə “Kəsmə” de­er­di­lər. Onu arvatdar da oynuyurdu, kişilər də oynuyurdu. Həsənqulu ba­bam çox oynağan kişiydi, mamam da çox oynağandı. Bizim kət­də İnci varıdı, İnciynən rəhmətdih Cavad babam oyuna girəndə adam mat qalırdı oların oynuna. Camahatda həvəs vardı, uruh var­dı.


207. XIDIR NƏBİ
Xıdır Nəbini biz həməşə keçirirdih. Birinci, yalançı ojağa Xı­dır Nəbi deyirdih. Xaşıl bişirərdilər. Xıdır Nəbi pişihlərin oynamax gü­nü­dü, pişihlərin bir-biriynən dalaşmax günüdü. O xaşıl bişirməh də həmən odu. Pişihlərə o xaşıldan atırdıx ki, Xıdır Nəbini elə siz icad eləmisız, a pişihlər! Özü də Xıdır Nəbidə canavar insanın ətinə həd­dinnən artıx yerihliyən vaxdıdı. Canavar o vaxdı insan ətin çox sə­vir.
208-212. NOVRUZ ADƏTLƏRİ
Bizim böyüh gədə Nooruz bayramında bəzənif. Qonşumuz va­rı­dı, öymüz laf yaxınıdı bir-birinə. Nizami gəldi dedi kin, aaz, Müs­lüm masqalanıf. Birdən gələr, qorxarsınız. Ta tanıyırıx kin, bı, Müs­lümdü dana. Qapıdan ki deyir, girdi ayı formasında. Deerəm, ə, bə demerdin, məni vuruv öldürəllər? Kim nə bilir sənsən.

Gedillər Surxayın qapısına Rööşənnən. İncavardan təh get­mi­yip­miş dana. Gediflər bir ağsakqal kişi vardı, onun qapısına. O da be­lə çox qoçax bir adam oluv e, vuruf tutan. Elə qırx il-əlli il ferma mü­düri işdiyif. “Bi, bi, bi, bi” eliyə-eliyə deyir, g..ün-g..ün çəkildi, özün çatırdı oduna kişi. Kösməçənin37 birin götdü ki, vıra. Deyir, bir­dən Rööşən çığırıf kin, ə, vırma Müslümdü. Nə bilsin indi. Dü­şüf­lər kəndin canına.



209.

İndi mən birin deem. İndiki ədətnən mən razılaşmıram. Bizim kənt­də öz dədə-bava adətimiz varıdı. Biz Şəkiyə gedəndə (qaş­qın­nıx­da bir müddət Şəkidə yaşamışığ) öz adətimiznən dana keçirirdih bay­ramı. Orda yoxmuş heylə ədətdər. Cavannarmız evdə tapılmırdı. Sır­fa bəzənirdi. Yumurtadan-zaddan boyanırdı. Paltarı dəyişif dü­şür­sən evlərə. Kətdə biz heylədih. Uşaxlar heylədi. Biz Şəkidə olan­da bayram gəldi yenə. Onda biraz aş bisirdih. İl təzələnsin de­yin paltarı dəyişif evdən çıxırdılar. Bu oldu (oğlunu göstərdi – top.), bir də xalası oldu. Fəyaz (oğlu – top.) elə bilginən ki, qadın li­bası geyindi, bajım da kişi. İndi biz də bilmirih buranın (Şəkini nə­zərdə tutur – top.) adətini. Bizim cavannar da bilmir ki, orda hey­lə şey yoxdu. Qonşuda ər-arvat oturupmuş. Kişi paltarı geyinif axı bacım. Gedif arvadı oğurruyuf götürüf gedip. Elə bilginən ki, Fə­yaz qadın paltarı geyinif. Gəlif arvadın yanında kişinin boynun qu­caxlıyıf öpür, ayləsinin yanında. Bajım da kişi paltarı geyinifdi. O da gəlif kadını götürüf aparıf, o tərəfdə öpür, oynadır. Nəsə, bur­da narazılıx düşür ki, arvadımı kişi hara aparır? Kişi çığıra-çığıra dü­şüf arxasınca ki, bunu sən hara aparırsan? İnammır ki, bizim ədə­ti­miz heylədi. Qazan vardı. Gedillər, qazanı da bu götürür (Fəyaz gö­türür). Simavarı biri götürür. O işə görə bizimkilər Şəkidə davıya düş­dülər. Nəysə, səhər açıldı. Deməli, Kəlbəcər camahatında da həy­lə ədət yoxmuş. Səhər bildih. Biz də elə bilirdih ki, bütün yer­rər­də var.

Öz kəndimizdə bayram günündə, İlaxır çərşənbədə axşam elə olur­du ki, səhərə kimi kansert olurdu. Cavan uşaxlar, qızdar oğlan pal­tarı geyinif düşürdülər evlərə. Bizim ədət orda olanda pozuldu. Bu ermənilər axı adam tuturdu. Onda kəndin cavannarı-zadı hamsı de­di ki, bu ədət götürülsün. Ola bilər ki, erməni elə libasda gələr, gi­rər, qızımızı, gəlnimizi oğurruyar. Onnan sora bizim o ədət yı­ğış­dı. Onu götüdülər. Da cavannar qoymadı həylə ola.

Bizdə Nooruzda, İlaxırda, axırıncı çərçənbə gejəsi qapı açıx qa­lar, sırfa açıx qalar. Gələn-gedən, papax sallıyan, papax tulluyan. Bəl­kə də iyirmisi, otuzu olurdu. Darvaza açıx qalmalıdı. Qızdı-oğ­lan­nı, yuxarı siniflər, aşağı siniflər hamsı həmən bayram günü (22-si bayram günü) nolur olsun, gedirdi dağlara. Evdən güjü çatannan, biş­mişinnən tutmuş nə vardı, götürüf gedirdilər. Düzdərdə uşax oy­nu­yurdu, gəlirdi.


210.

İlaxır çərşəmbiyə torba bayramı, Nooruza da aş bayramı de­ye­rih. İkinci gün olajax ha, o torva bayramıdı (mətni bayram ərə­fə­sin­də qeydə almışıq – top.). Gəler uşax-muşax qapıdan, avışqadan tor­va atellar. O birsi də aş bayramıdı.


211.

Yalançı çərçənbə birinci çərçənbeydi. Onu heş yandırmırdıx (söy­ləyici tonqal qalamağı nəzərdə tutur – top.). Üçün yandırırdılar, dör­düncü də qourqa axşamı olurdu. Ona qourqa axşamı deyirdilər. Bay­ramda hamı aş bişirirdi.

Qızdar iyniyə pambığı doluyurdu. Hərəsinin adına birin salır­dı­lar suya. Bu filankəsdi. Nişanalı qoyurdular da. Görəh hası tez ərə ge­dəjəh. Bu filankəsdi, bu da filankəsdi. Bu oğlandı, bu da qızdı. Gö­rəh biri-birinnən tutuşajax? Havax gəlif bir-birinə dəyəndə əl ça­lıf çı­ğırışırdılar ki, hə, filankəsnən filankəs evlənəjəh. Baş tutdu ola­rınkı.
212.

Axırıncı çərşəmbədən əvvəlki cumada, bir də adnada qəbir üs­də çıxırığ. Gedirsən, ziyarat eliyif, Quran oxutduruf gəlirsən. Am­ba ili çıx­mıyana yeməh verirsən. Gedirsən qəbir üsdə, qayıdıf ye­məh verir­sən – ehsan. Yeməh verəndə əgər cavandısa, ağı de­yil­lər, qoja olsa, yox. Ölən yaşdı olsa, elə gedillər qəbirüsdə, gəlillər. Eh­san verməy üçün heyvan kəsillər, aş dəmniyillər. Şir­ni­yat­darın hamısın bayramda qoyuruğ isdola, bax onun hamısınnan qo­yullar, gə­lən qonaxlar yeyir.


213. HADIXLAR
Mən hadıx olmuşam. Hamma indi həkimlərə mamaça de­yil­lər. Hamilə gəlini uşağı olana yaxın gəzdirirdim. Oları mən elə eli­yir­dim ki, o adama nə bir tikiş qoyulmurdu, nə o uşağı doğanda çə­tin­nih çəkmirdi. Mən onu oxatan saxlıyırdım, necə ki, pendiri dəridə ye­tişdirisən ha, mən o ağrını tam yetişdirirdim. Bişirirdim də ağrı­sın. Görüsan, ağaşda yarpax saralanda düşür bir-bir, amma göy yar­pax düşmür. Gərəy o uşax da yetişib düşə. Bu ağrı çəkəndə görür­sən sifdə bir az ağrıyır, əyənə-bəyənə, ağrı bir az yavaşıyır. Ağrı ya­va­şıyanda buna yuxu gəlir. Yuxu gəlirsə, deməli, doğmax vaxdı da uje yaxınnaşıf. İndi bunun ağrısı tutanda deyirəm saada ba­xır­dım. Görəh neçə dəyqə ağrı çəkir. Əyər ağrı tez keşsə bilirdim ki, ya­xınnaşıb. Yox ağrı çətindisə, hələ sürürsə, uşax hələ gej olajax. Hə... sora görürdüm yenə ağrısı tutuf. Yavaş-yavaş, yavaş-yavaş, gö­rürdüm bu ağrı qoşaladı, bir az kəsib, bir də başdıyır. Ona qoşa ağ­rı deyillər. Qoşa ağrı başdadı, kəsdi, uje bu yatırdı. Bir iyirmi dəy­qədən sora ayılırdı yenə. O tifara dəyirdi, bu difara dəyirdi. Əli­mi vururdum belə, görürdüm uje bu dərriyif. Dərriyəndə de­yir­dim, get çölə, gəl. Dərriyəndə bilirəm ki, açılış var bunda. Gedib çö­lə gəlirdi. Gəlini doğuzduranda bunun dizinin altına bax belə mü­tək­gə qoyurdum. İki dizdərini qoyurdu bunun üsdə. Arxasını mən sax­lıyıdım. Onun əyninə gen paltar geyindirirdim ki, ayıf da olma­sın, onun bir yeri görühməsin. Da bunu uje yetişdirmişəm də. Hə­kim­nər görürsən bir barmax açılış var, başdıyıllar işə. Mən onu elə­məz­dim.

Bircə dəfə qarnına baxanda bilirəm ki, hardadı uşax. Uşax nə­tə­­ridi. Mən sifdə baxırdım uşağa, doğuzdurmamış. Görürdüm qa­rın­da əyridi, hərriyib düzəldirdim. Yox, gücüm çatmırdısa, bunun ar­xa­sı­nı qoyurdum yerə, hər qıçasın verirdim gəlinin birinə. Bunu gö­tü­rüb möhkəm, üş dəfə silkəliyif qoyurdular yerə. Üş dəfə onu hey­lə eli­yirdim, o düzələ bilmədiyimi. Amma həkimlərin çoxu onu ba­şarmır.

Mən buna gen paltar geyindirirdim, özüm arxada otururdum, qa­bağına da mütəkgəni də qoyurdum. Deyirdim dizdərini qoy bura. Diz­dərini qoyurdu, çöməltmə otururdu. Ayıf da olmasın, necə ki, ba­yı­ra gedirsən ey helə. Mən də elə bil bax əsgilərim vardı də, bunu bu əli­min içində bax-bax-bax belə tuturdum. Bunu ayıvın ağzına qo­yurdum ha, çölə getdiyi yerə. İki əlimnən də bunun ayıvın geri çə­kirdim. Ba­yıra gedir ha, oranı tıxıyırdım ki, ordan bişey tö­kül­mə­sin də. Uşax gəlip, dirənirdi. Onda köməh lazımdı ki, uşağ çıxa. Ham­ma həkimnər belə arxası üsdə qoyur, belə deyir, güc ver. Bur­dan vurup basırlar, burdan basırlar, iynədən vururlar. İndi bunu da hə­kimnər heylə doğuz­duranda böyrü üsdə, ya belə bunun arxasını sax­lamırlar. Həm ayıf da olmasın, onda çölə çıxırlar, həm də uşax gə­lir pərçim olur g..ünün ağzına, cırılır. Cannan can ayrılır. Ta buna ti­kiş-zad qoymağa ehdiyaş yaranmır. Doğuzduran kimi uşağı bə­li­yif qoyurdum əyənə. Bunu yıxırdım yerə, bircə dəfə bax-bax-bax be­lə eliyirdim, göbəyinnən. Uşa­ğın sonu var axı, uşax balası var də qar­nında. O sonu bircə dəfə əlim­nən bururam bax belə (əli ilə gös­tə­rir – top.). Buran kimi gəlip düşürdü. Bunu irahlıyırdım, qo­yur­dum. Qanaxma-zad olar deyə hə­mişə yanımda bir nəlbəki qatıx sax­lıyırdım. Qan həddinnən artıq ge­dəndə bunnan üç qaşıx, dörd qa­şıx buna verirdim. Qatıx qanı kəsirdi. Qayıdıb onnan sorasına su­yu vannaya doldururdum. Uşağı təmiz yu­yurdum, çimizdirirdim, on­nan sora bəliyif qoyurdum anasının böy­rünə. Ta o uşax bədənnən dü­şəndə mən heylə əsgiyə büküp onun ya­nına qoymazdım. Onda gö­rüsən o üsdündəki kir yapışır canına, bər­kiyir, başı qərtməx bağ­lı­yır, pis olur, çirk eliyir.

Qabaqcadan bax ispirti tökürdüm isdəkana, onnan sapdan da eşir­dim, onu da salırdım ispirtin içinə, qəşəg dururdu orda. Uşağın gö­bəyin də kəsənnən sora elə bağlıyırdım o sapnan, üçcə gün qa­lırdı. Nə uşağın göbəyi qızarmazdı, nə nəbilim səpişiy eləməzdi, nə bir dərman vurmağa ehdiyaş qalmazdı. Üç gündə də göbəh dü­şür­dü, olurdu qəşəy. O düşən göbəyi də, oğlanınkını aparıf qıraxda bas­dırırdılar ki, oğlan gəzəyən olsun. Hamma qızın göbəyin hə­yət­də basdırırdılar ki, evdən çölə çıxmasın.

Bədəndə qan qalanda görürsən qarında şiş olurdu. Qarın yekə olur­du, eybəcər olurdu. O qarında uşağın nə zir-zibili var, tökül­mə­li­di. Həkimlər buz qoyur, o qan laxdalanıb qalır qarnında. Açılıf get­mir, hamma mən tutduğum təmiz açılıp gedirdi.

Uşağın bədənində səpişmə olanda Naxçıvan duzunu əzirdim, tö­kürdüm suyun içinə. O suynan uşağın hər yerin ovurdum. Ta o uşağ yekələnincən bir yerində bir qızartı, bir şey olmazdı.

Doğannan sora zahıya qəşəy quymax çalırdıx, üsdünə də bal tö­kürdüh. Balnan quymağı yeyirdi.

Uşağın başın qırxannan sora yumurtanın sarısın onun başına çə­kirdim. Başına çəkirdim ki, orda heç qov-zad əmələ gəlməsin, tü­kü yaxşı gəlsin, qalın gəlsin. Uşağın tükün satıllar. Dayısına sa­tıl­lar. Qoyurlar tərəziyə, çəkirlər, pul qoyub tükü götürürlər. Ana tü­kü atmır əyənə, tikir bir parçıya, qoyur yasdığının içinə.


214-216. QIRX TÜKÜ
Uşağın başının tükün qırxıf saxlıyıllar. Sora uşağa gösdərib de­­yillər ki, bı nə tüküdü? Uşağ əyər desə ki, qoyun tüküdü, döölətin çox olar. Bizim gədəən saxladım tükün. Yekə oğlan oldu. Dedim, Xos­rov, başına dönüm, bı nə tüküdü? Dedi, it tüküdü. İndi qa­pı­mız­da həməşə it olur.
215.

Uşağın birinci tükün yaşı tamam olanda qırxerıx. Onu da da­yı­sına saterıx. Onnan bir azca da götürüf tikerıx, qaler çiynində. Üş ya­şı, dört yaşı olanda, uşağın hağlı kəsəndə deerıx ki, bı sənin, mə­sə­lən, birinci yaşın tamam olanda qırxılıf, tihmişəm.


216.

Uşağın saçını qırxı çıxannan sora qırxardılar. O tükü büküf bə­zi adamnar saxlıyır, yasdığın içinə qoyur. Bəzi adam elə təmiz ye­rə qoyur, saxlıyır. Əyax altda-zada tullamıllar.


217-221. GÖBƏK KƏSMƏ
Uşağın göbəyini kəsəndə qız uşağınınkin öydə basdırellar ki, öy­dar olsun, öyə yapışsın. Oğlan uşağınınkin aparıf çöldə bas­dı­rıl­lar ki, qoy çöldar olsun, getsin-gəlsin.

218.

Uşağın göbəyi düşür. Başa düşən adam onu götürüf saxlıyır. Elə adam var, başa düşmür, tulluyur zivilliyə. Amba elə adam var, onu saxlıyır, aparır tulluyur məytəvin həyətinə. Onda o uşax sa­vad­dı olur, oxumağa meyilli olur. Zivilə atırsansa, uşax ancax zivilnən oy­namağnan maraxlanır. Məsələn, ağacın divinə atırsansa, ma­rax­la­nır ki, getsin dayima ağac əhsin, həyətdə belə işdərnən məşğul ol­sun. Bax bu cürədi.


219.

Oğlan uşağının gövəyin atırıx düzə kin, gəzən ol, yeriyən ol, yü­yürən ol. Qızınkin qızılgülün dibinə basdırmışıx. Nə bilim, de­yil­lər, ora yaxşıdı da. Qızılgülə basdıranda yaxşıdı. Bəzi adamnar məy­təvə basdırır, savatdı olsun. Ama bizdə ta məytəvə gedən ol­ma­dı, elə bırda qızılgülün divinə basırdıx.


220.

Uşağın göbəyni mama kəsir. Bəzən köhnə arvatdar evin üsdə atır­dı. Çardağa yox, budey taxdapuşa atırdılar. Taxtapuşa (dəmirin al­tına) ki, uşax evdən çox çölə getməsin, köhnə arvatdar helə de­yir­di. Ya da ki, görürdün evin küncündə basdırıllar. Mən deyirdim, onu niyə basdırırsan? Deyirdi, qoy evdar olsun.


221.

Uşağın başının tükünü bir yaşında qırxırdıx. Tükü dayısına sa­tırdıx. Dayısı da pul-zad vererdi. Onnan sora pükürdüm əysiyə, qo­yurdum çamadana. Göbəyni də qıfılın başına qoyurdux. Amba o gö­bəyin ki əvdə saxlıyırsan ha, həmən uşax çölə çıxmır. Elə bil kürt töyuxdu. Amba balnisədə birinin göbəyin belə tulladım. O uşax əv üzü görmürdü.


222. SÜNNƏT

Uşağ sünnət olunanda kəsiləni verirdilər anıya, ağaca taxılı. Sax­lıyırdı onu ana. O quruyurdu. Quruyannan sora da basdırırdı. O vax həyleydi. İndi bilmirəm.


223-227. QIRX TÖKMƏ
Bir qava təmiz su qoyurdux qıraxda. Uşağı çimizdirənnən qa­vax. Uşağı çimizdirənnən sora qırx buğda, ya qırx düyü sayıf tö­kür­düh, qırxın tökürdüh. Başınnan tökürdüh, çiyninnən tökür­düh. Gə­li­nin qırxında deerdin, cənabət qüslü verirəm, vacib qürbətən illəllah. Ona da helə tökürdüh.
224.

Uşağın qırxınacan onu olur. On gün olur. Onda əgər göbəyi düş­müyüfsə, uşağın başına klyonka salırsan. Suyu üsdünnən töküf on dənə ya düyünümü, ya arpanımı, ya buğdanımı tökürsən suyun içi­nə. Uşağı çimizdirif qutarannan sora də. O suyu başınnan töküf de­ersən ki, qırx onun töhdüm. Sora da gəlin özü də eliyir. O da de­yir, qırx onun töhdüm. Qırxı da çıxanda gənə qırx dənə ya buğda, ya düyü, ya arpa sanıyır, tökür təmiz bir qavın içində hazır, helə qa­vax­cadan. Sora çimif qutarannan sora həmin onu tökür sol çi­y­nin­nən, sağ çiyninnən, başınnan, qusul da verir ki, təmiz olsun da. Keş­miş adət-ənənələrə görə. Bir onun eliyillər, bir də qırxın eli­yil­lər.


225.

Vallah, mən bildiymə görə ya qırx dənə arpa sayırdıx, ya qırx də­nə buğda sayırdıx, ya qırx dənə balaca-balaca çöplər tökürdüh bir qa­va. Onu üş bölürdüy, elə bil ki, qırxı üç yerə böləndə neçəsi dü­şür, bilmirəm. Bu qava, o qava, o qava. Üş qava. Onun birin uşağa sax­lıyırdın, ikisin özün, birin sağ çiyninnən, birin sol çiyninnən tö­kür­dün. Var bədənim, təmiz olmaxçun qırx tökü­rəm.


226.

Uşağın qırxı çıxanda qırx dənə çöp atırsan bir qava. Təmiz çi­mən­nən sora qüsl verirsən uşağa. O çöp olan suyu başınnan tö­kür­sən, qırxın tökürsən. Ələyi təmiz yuyursan (un-zad olmasın dana). Da çimənnən sora ələyi qoyursan qavaxcan uşağın başının üsdən, so­ra anasının. O qırx çöpün suyun tökürsən üsdə. Ələyi tutursan, çöp getməsin dana (çöp başına getməsin). O çöplü suyu ələyin üs­dün­nən ötürürsən həm qırxlı gəlinin üsdünə, həm uşağın üsdünə. Cür­bəcür deyillər. Elə-belə deyirsən ki, qırx günümü töhməhçün, bə­dənim təmiz olmaxçün bu suyu tökürəm. O qüsulu verirəm ki, ca­nım təmiz olsun, canım pak olmaxdan ötrü bu suyu tökürəm. Kim suyu zahının başınnan tökürsə, o deyir. Uşağı olan özü deyə bil­məz onu. Elə bil mən deyirəm, sən deyirsən, bax belə. Deyif, su­yu tökürsən onun başınnan, bədəninnən. Uşağın da üsdünnən tö­kən­də deyillər: “Allahuməsəli ala Məhəmmədin və ali Məhəmməd, tö­kürəm ki, balam pak olsun, təmiz olsun”.


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə