Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,74 Mb.
səhifə13/28
tarix08.04.2018
ölçüsü2,74 Mb.
#36696
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

265.

Aşura keçirməyi qadağan eləmişdilər, qoymurdular ha. Ama ge­dif Fizulidə keçirdirdih. Biz uşax vaxdı anamıznan gəlirdih Fi­zu­li­yə. Qojalar bizi gətirirdi ora. Deməh, elə olurdu ki, birdən yeddi ki­lometir, səkgiz kilometir yolu piyada gedirdilər, aşurada iştirak elə­məhçün. Gəlirdih ki, orda ağaş basdırıflar, başında qara bayrax. De­erdih ki, bu, Ələm ağacıdı. Bir dəfə də bizimkilər gələndə Tuğda er­mənilər qabağın kəsif qoymadı. Rəhmətdih Şirin (Molla Şirin var­dı) keçirirdi. Onun qapısında getdilər, keçirdilər. Deerdilər ki, uşa­ğı ağ köynəh eləməh lazımdı. Ağ köynəh nəydi? Belə ağ pras­ti­na bağlı­yır­dılar uşağın boğazına, balaja uşaxların e. Deməh, qılış­nan belə-belə eleerdilər qan çıxsın, birdən belə vururdular, ordan qan çıxsın. Qan çı­xanda deməli, bu olur peyğəmbərin övladı. Mə­nim bir qardaşım var, Bakıdadı. Bax onun nişanın nətəər dərinnən gö­türmüşdüsə, sora onun qanın kəsə bilmirdilər. Guya qanı dəvə yu­nu kəsir. Dəvə yunun yandırırsan. Onun həm tüsdüsü, həm də onun külü qan axmanı kəsir. Adamın burnu qanıyanda görürsən ki, də­vənin yunun yandırıllar, onun tüsdüsün buruna tutullar, elə onnan da qan kəsir.


266. İMAM EHSANI
Aşurada halva çalerdıx, aş bişirerdih. Deyirsən ki, mını imam ey­sanı verirəm. Məsələn, mən cöngə demişəm oğluma, kəsmişəm imam ehsanı, oturuf yeyiv-içif duruflar əyağa. Hamıya paylamışam, bir bişmiş də özümə götümüşəm. Da qonşudan artığ ola bilməz. İmam eysanında bişirdiyim aşnan adi vaxdı bişirdiyim aşın heş bir fər­qi yoxdu. Eyni bişirirsən. İmamnarımızın eysanında aşında amba nə olsa, olmasa, xurma olmalıdı. Bir fərk ondadı ki, gərəh imam aşı bi­şirən adam təmiz ola, çimə.
267-269. OFSUNÇULAR
Ofsunçu çox görmüşəm. Çağırıfdı ilanı, ilan da gəlirdi yanına. Əlin­də kitabı. Oxuyur, o da ordan çıxır. Hər adam oxumaxnan gəl­mir ha. Onun da özünün ojağı var, onun da özünün adamı var. Elə olur ku, ollar ilanı qəşəh götürür, saler boynuna. Elə olur, ordan gö­tü­rür oosunçu, mənim boynuma saler. İlan gəler, bıralarnan gəzer, ya­lıya-yalıya gəler (söyləyici boğazını göstərir – top.), düşör yerə, sa­na dəymir.
268.

Evimizdə ilan oluf. Evmiz də torpax evidi. O vaxdan da­nı­şı­ram ha. Elə bil ki, mən səkgiz yaşında, altı, ya yeddi yaşında bax be­lə olardım. 37-ci ildən, 36-cı ildən danışıram. Anam paltar yuyur çöl­də. Balaja bojqa vardı helə. Paltar dəyişiləndə çirklilərini yı­ğır­dıx o bojquya. Dedi kin, Əsmət, get, bojqadakı paltarı götü gəti maa, yu­yum. Getdim, paltarı qujağıma götdüm, elə qapıdan (ara qa­pı vardı) çıxaçıxda gördüm nəsə şart elədi, bir şey düşdü yerə. Ba­xam görəm ilan. Paltarın arasındeymış. Elə paltarı da tulladım üs­dü­nə:

– Ay ana, ilan, ay ana, ilan.

– Aaz, nejoldu, aaz, nejoldu?

Dedim:

– Odey paltarın altında.



Arvad ağacın ujuynan paltarı belə-belə elədi. İlan getdi girdi di­varın divinnən odey həşyə qoyullar indi, ora. Onda həşyə-məşyə yo­xudu. Bir həftə, on gün qorxumuzdan evə girə bilmədih. Dədəm gə­lincən gözdüyürdüh. Dədəm gələndə girirdih evə. Dədəm gə­lin­cən elə qorxa-qorxa girif çörəhdən, sudan götürüf çıxırdıx çölə. Çöl­­də nə yeyirdih, oydu. Nəsə, bir gün uşaxlar gəldi ki, ovsunçu gəlif. İlan­tutan. Anam dedi ki, ə, o hardadı? Onu gedin gətirin bura. Bir də gördüh, iki cavan oğlandı. Nəzih, arıx oğlannardı. Olar bir iyirmi ya­şında, on səkgiz yaşında. Gəldilər. Dedilər:

– Xala, bizi sən çağırtdırmısan?

Dedi:

– Mən çağırtdırmışam. Mənim evimdə bir ilan var. İlanı da ta­nı­yıram. İlan da qara ilandı. Üsdü qara, çil-çilli. Başı belə enni ilan­dı. (Mən də görmüşəm bu ilanı. Mən də tanıyıram, elə anam da ta­nı­yır). Əgər həmən ilanı tutdun, verdin, sana bir vedrə taxıl ve­rə­jəm. (Onda da taxıl-zad qıtıdı, ajdığıdı). Yox, ayrı ilan görkəzsən, o yığ­dığını da tutuf əlinnən alajam, deyjəm, di yeri get.



Bax and olsun Allaha. Olduğu kimi söylüyürəm ha. Nəysə.

Dedi:


– Nolar, xala.

Dedi:


– Maa bir aftafa gətirin.

Aftafanı gətdim verdi. Qapıdan belə enni cız çəhdi.

Dedi:

– Burdan içəri girənniz olmasın. Amma qıraxda durun tamaşa eli­yin. Xala, mana bir də prastina gəti. Nəsə elə bir şey gəti, bürü­nüm.



Əynində bir alt paltarı qaldı. Ağa belə büründü, girdi içəri. Biz də qapının ağzınnan, o çəhdiyi cı­zın qırağınnan duruf tamaşa eliyirih içəri.

– Ey kafır, ağzımı zəhər kəsdi, gəl. Səni ant verirəm Sü­ley­man peyğəmbərin eşqinə, ağzımı zəhər kəsdi, gəl. İnnabı binnab, in­­natı künnət. İnnəti künnət, innabı binnab.

Belə-belə sözdər deer. Öz dillərində. İndi ilanın dilidi bu, bil­mi­rəm, özünün dilidi, bilmirəm. Səni ant verirəm Süleyman pey­ğəm­bərin eşqinə, ağzımı zəhər kəsdi, gəl. Bax Allaha and olsun, ba­la­larımın canıçün, birin alt, birin üst demrəm ha. Onda gördüh kü, or­tadan, indi patalok var e, onda elə-belə mili belə döşüyüflər, vəs­sa­lam. Milin üsdüynən həmən ilan bax belə sürüçə-sürüçə, sürüçə-sü­rüçə gəlir. Dedi:

– Xala, bura gəl. Həmən ilandımı?

Dedi:

– Oy, başına dönüm, həmən ilandı. Başına dönüm, həmən ilan­dı. (Başımın tükü qavardı).



Gəldi, gəldi. Ortadan şappıltıynan düşdü yerə. Bax and olsun Al­laha. Bunu bax-bax bu gözdərimnən görmüşəm ha. Çığırışdıx, hə­rəmiz bir yana qaşdıx. Dedi:

– Qorxmuyun.

İlanın bax-bax beləcə boğazınnan tutdu. Bax Allaha and ol­sun. İlanın boğazının divinnən bərh-bərh tutdu. İlanın başını saldı ağ­zına. Dedi:

– Maa bir kasa qatıx gətirin.

İlanın başını saldı ağzına, sordu, qatıxdan işdi, çürütdü, töhdü. Qa­tıxdan işdi, çürütdü töhdü. Qayıtdı ilanıja belə qoluna doladı, qoy­du torvasına. Götdü, çıxdı, getdi. Bax helə o ilanı tutduğun gö­züm­nən gördüm.

Bir də dedi ki, Kəmər Qayada bir ilan var. Dədəm görmüşdü o ilanı. Dədəm rəhmətdih söylüyürdü kü, gördüm qoyun otduyur. Qo­yun ürkəndə deer, gördüm qoyunun biri ağzı geri gedir. O birilər irə­li qaçır. Bu ağzı geri gedir. Dedim, bu dəli oluf, bu qoyun. Bu nə­di? Qoyun nəsə getdi, getdi, girdi qayanın arasına, qoyun orda yo­xa çıx­dı. Sümürüf e. Nə ilan deellər ona bilmirəm. Belə eliyif çə­kif. Get­dim, deyir, nə qədər o qayanın o üzünnən baxdım, bu üzün­nən bax­dım. Heç elə bil o qoyun ora girməmişdi. Gələndə də sayıb. Gö­rüp qoyunun biri yoxdu. Bax başına belə bir ağivət gəldi. Nəsə, hə­mən oosunçu dedi ki, Kəmər Qayada bir ilan var. Gedim onu tu­tum. Ama hər öyə bir put buğda yığın, verin, o ilanı mən tutum. Qa­pana qoyun, çəkin. Bilmirəm, Vallah, neçə kilomu, neçə putmu. Özüm də əlim­nən onu tükün qayçılıyım, verim, bir səhəng çatısı hö­rün. Hə. İndi o nə ilanıydı. Heylə şey varıdımı, yoxudumu. Ora­sı­nı deyə bil­mə­rəm. Onun dediyni deyirəm. Biri dedi, mən verirəm, bi­ri dedi, mə­nim yoxdu, hardan alım, verim. Biri dedi, mən on kilo ve­rirəm. Dedi:

– Yox e, mən o formu dəyşətdi işə baş qoşuram. Bəlkə o ilan mə­ni sordu, götdü getdi, heç sağ çıxmadım. Amba sağ çıxsam, hər öyə bir put buğda veressiniz.

Razı olan olmadı. Bax o oosunçular helə çıxdı getdi. Yığıf ver­səydilər, bəlkə də tutardı.


269.

Bizim əvdə bir dənə ilan oluf. Mən uşağıdım. Hələ oxu­mur­dum. Təxminən beş-altı yaşım olardı. Afsınçı gəlirdi evlərdən ilan yığ­mağa. Quran oxuyurdular, nə oxuyurdular, neyliyirdilər, ilan ya­vaş­cana, dimməz-söyləməz gəlif görükürdü. Amma bizim evdəki ila­nı ollar nəkqədər elədilər, çıxarda bilmədilər. Axı biz bilirih. De­di ki, yalannan deyirsız. Dedih, yox var. Sora aşdılar kitaba bax­dı­lar, bir-birinə him-cim elədilər, nə cür danışdılar, neylədilər, dedi­lər, hə, uje bildih. Nədi? Gəlmiyəjəh. Dedi, bı evdə bir göygöz qa­dın var. O ilan onu hərriyir ki, o göygöz qadını vırsın. Qabaxda da qa­pı­ların başı belə beton dəyildi. Yoğun palıd ağacınnan belə dü­zür­düy, onnan sora üsdünə hörgü qoyurdular. Deyirdi, qapıdan çı­xan­da gözdüyür onu. Onnan başqa ayrı heş bir yerdə vıra bilməz. An­cax ode, bax o palıd ağaşdarının arasınnan bəlkə özünə yer tapa. O arvad (o göygöz arvat) da mənim anamıdı. Dedi, onu isdiyir vır­sın. O niyə vırsın, onu hələ demirdi. Bizə sirri demədi. Sora anam de­­di ki, hə, bir dəfə mən onu vırmışam. İlanı. Deyir, ta ollara mən de­mədim. Deyir, bir dəfə maşaynan vırmışam. Afsınçılar ilanı yığıv apa­rırdılar ki, camahata ziyan verməsin.


270-272. BƏDNƏZƏR
Bədnəzər dəyməsin deyə bir az üzərriyi, sarımsağın qabığıdı, so­ğan qabığını, duzu götürürsən başına hərriyirsən, atersan ojağa. De­yirsən:

Duzu əriyən havayam,

Hər dərtdərə davayam.

Özüm üçün yığmışam,

Özgələrin gözün alsın.

Pis gözü o alsın.

Tökürsən ojağa, ojax çırtdaşer. Deyirsən ki, hə, badnazarmış. O külnən də həmən uşağı qayıdıv oxaleersan.
271.

Bədnəzəri kəsdirerih dana. Mollalardan asılıdı o. Göz dəy­mə­sin deyin üzərrih yandırellar. Gözmuncuğu asellar. Üzərriyi yan­dı­rıf onun külüynən uşağın boğaznı oxaleellar, kürəyni oxaleellar. Na­zar yerin kəsersən. Nazar yeri iki damarın arasıdı. Boynuyun da­lın­dadı. Üzərrih yandırerıx, nazarrarı kəserih. Biz həylə eleerih.

Nazar gəldi, azar qaç. Gejə gəlmisən, gejə get, günüz gəl­mi­sən, günüz get. Yanı gejə göz dəyifsə, gejə çəkilsin, günüz göz də­yif­sə, günüz çəkilsin. Üzərriyi yandırellar. Onun tüsdüsün saa ve­rel­lər ki, nazar getsin. O gerçəhdi. Yekə adama da dəyer.

Dəvənin yununnan qatma toxuyuf uşağın bədəninə bağ­lı­yır­dı­lar ki, gözdən, bədnəzərdən qorusun.

Öyün də nazar duası var dana. Yazdırersan, onu qapıdan aser­san.

Mal-heyvana da nazar dəyəndə içində üzərriyin yandır, tüs­dü­sün verginən belə. Ürərriyi qapıdan-bajadan aserlar. Bəzisi görör­sən nal aser. Çöldən, görürsən, nal asellar. Qoç buynuzu asellar. Ya­nı kı öyümə nazar gələndə o buynuz batsın ona. İt p..unu da gö­rür­sən, düyünnüyüf asellar. Nazar getməhdən ötrü. Bij adam eleer onu. Bizdə elə şey yoxdu.


272.

Deyir, o vaxdı göyərti muncuğu varımış. (Mən görməmişəm). Be­lə basırmışsan, gömgöy göyərirmiş. Əlıı çəkəndə ağarırmış. On­nan birin bağlayırmışdar nehrənin üsdünə ki, göz dəyməsin. İnəyin buy­nuzuna da bağlayırmışdar.



NAĞILLAR
273. QURBAĞA GƏLİN
Bir patşahın üş dənə oğlu olur. Oğlannarı həddi-buluğa çatır, ev­­lən­dir­məy isdiyir dənə. Bunnan irəli qayda-qanun varımış, gedər­miş­dər, gölün qırağında ox atarmışdar. Ox atır, hənsi qapıya düşsə, onun qızın alırmışdar, isdiyir nə olur, olsun. Nəysə, sifdə oğlanın bö­­yü­yü atır, gedir bir naxırçının qapısına düşür. Bu heç. Bu mə­nim­sə­di, götdü, nişan verdilər buna. Ortancıl da atır, gedir düşür bir ay­rı ba­ba­nın qapısına. Balaca oxu çəkir, boşduyur, gedir, düşür düz bir qur­ba­ğanın41 üsdünə. Patşah çox pərt olur ku, bu nətəər ola, mən pat­şah olam, bu ox gedə qurbağanın üsdünə düşə. Deyir ki, dədə, bu, mə­nim qismətimdi, mən munu alajam. Allah-tala qismət verif bu­nu mana. Nəysə, bu iki dənə oğluna qırx gün, qırx gejə toy eli­yir, bulları evləndirir, hərəsin bir evə qoyur. O balaca oğlu da qur­ba­ğanı götürür qucağına, gətirir ayrı bi damxada olur. Nəysə, pat­şah çox pərt olur ku, bu oğlu qurbağaynan evlənməlidi. Nəysə, bu­na öz torpağınnan bir qırax yerdə, bir balaca çousdan42 tikir, deyir ki, gedin orda qur­ba­ğay­nan nətəər dolanırsız, dolanın. Burda do­la­nıl­lar, yaşamaxda olullar. Nəysə, bu oğlan gedirmiş cütə. Gəlir gö­rür kü, evi yığışdı­rıflar, cəhlü-cəlal. Ə, deyir, belə şey olar? Bir gün be­lə, beş gün belə. Yeməh-zad da hamısı sdolun üsdündə hazır. Bir gün­ləri, nəysə, deyir ki, bəs bu Xudavənd-aləmin nə sirridi? Mən nə­təəri eliyim ki, munu örgənəm? Nəysə. Tezdənnən də durur ku, ye­məh hazırdı. Bir gün belə, beş gün belə, bir gün tezdən gedəndə bu­sur.

Qapıda gizdənir, baxır ki, Xudavənd-aləm, bu tısbağadı, qur­ba­ğadı, nədi, bunun çanağınnan bir dənə qız xeylağı çıxdı, Günə de­yir, sən çıxma, mən çıxaram. Ay kimi işix verir. Həə... Başdadı evi süpürməyə, yığışdırmağa, əənə-bəənə. Gəliv elə qınıma girim de­­yəndə oğlan tutur. Deyir ki, tay-tüşün içində mən böyüzbü43 ol­mu­şam, dədəm də mənim üzümə baxmır. Bu göyçəhliyində ada­m­san sən. Nətəər danlancı44 olmuşam mən. Qını götürür kü, ojağa ata. Qız əlinnən tutur, deyir:

– Tullama! Qını ojağa tullamaginən, peşman olehsən.

Nəkqədər eliyir, deyir ki, tullama.

Deyir:

– Nə peşman? Peşman nədi?



Atır ojağa, yandırır. Nəysə, gedir tay.

Gəlillər burda bunnan aylə quruf, yaşıyıllar.

Bir günnəri patşah deyir ki, gedim görüm ora bir oğul tul­la­mı­şam, görüm o nətəərdi, nətəər döyül, nağayrır, nə iş görür. Elə ço­us­danın böyrünnən gedəndə görür, Xudavənd-aləm, gəlin xeylağı çıx­dı bura, belə nə bilim ey, ayrı curə. Padşahın da arvadı təzə öl­mü­şümüş. Deyir:

– Bu nətəər olan şeydi?

Əən-bəən. Nəysə, gəlir vəziri, vəkili yığır bura, məslahat eli­yir. Deyillər ki, munu elə bir yerə göndərəh ki, gedər-gəlməzə.

Vəzir deyir ki, bunu göndərəh getsin. Nəysə. (Çox şey elət­di­rir, körpü-zat düzəltdirir. Yadımda qalmıyıf hamsı. Yadımda qa­lan­nan deyəjəm). Deyir ki, get elə bir qazan gətiginən ki, mənim nək­qə­dər mal-döölətim var, hamısın yığım o qazana, qaynasın dana. Nəy­sə, oğlun çağırır, oğluna deyir munu. Oğlu gəlir, bekef ço­us­dan­­da oturur. Gəlin deyir ki, hə nooldu? Saa dedimmi, qını tul­la­ma­gi­nan. Deyir ki, elə sənin sözünə baxmadım, amma dəəsən, mə­nim ba­şım ağrıyajax. Dedi:

– Nə dedi dədən? Nə zakas verdi?

Deyir ki, belə-belə. Deyir:

– Getginən o məni götdüyün yer var e, gölmənin qırağı, orda dur­ginən, çağırginən gölməni “Hürü, Hürü!”. Gölmədən bir adam hay verəjəh. Denən, Pəri dedi ki, o balaca qazanı versin. Balaca qa­za­nı versin, gətiginən.

Nəysə, gedir o gölmənin qırağında durur, çağırır: “Hürü, Hü­rü!”­ Deyir kin, Pəri deyir kin45, balaca qazanı versin. Nəysə, qazanı sü­rüyüf gətirir. Patşah gəlir, baxır kin, ayə, bir mənim döölətim yox, hə­lə beş dənə mənim kimisiin döölətini də kəsif yığsan, bı dol­maz. Bu hələ heş yarısınnan da olmaz. Deyir ki, sən öl, bu əmələ gəl­mi­yə­jəh. Bunu nətəər eliyim? Nağayrım? Bir günnəri də oğlun ça­ğı­rır, de­yir:

– Bala, bura gəl, sana bir söz deyim. Get o sözü də yerinə ye­tig­inən, onnan sora da....

– Ay dədə, noolufdu?

Deyir:

– Getginən, nənən rəhmətə gedifdi, zirzəminin haçarı nənəndə qa­lıf. Aparıv o dünyuya. Get o haçarı gətiginən.



– Ay dədə, mən ora nətəər gedim? Ora mən gedə bilərəm? Mən nağarım?

Deyir:


– Bala, getməsən, boynunu vurajam sənin. Get haçarı gəti, zir­zəminin haçarı ananda qalıf.

Nəysə, gəlir. Gəlin görür kü, bikef gəlir.

– Həə, nooldu? Saa dedimmi, qınıma dəyməginən.

Nəysə, deyir ki, belə-belə. Deyir:

– Gedirsən həmən gölmənin qırağına, məni götdüyün yerə. Or­dan çağırırsan, “Hürü, Hürü!”. Hürü hey verəjəh. Denən, Pəri de­di ki, orda at var. Boz at var, onu göndərsin. At gələjəh, minərsən. At okqədər gedəjəh, çox gedəjəh, az gedəjəh, nə bilim ee, dərələri aşa­jax, bir dəfə sağ əyağın yerə vurajax, yer ayrılajax. Onda, tunel ay­­rılanda o tunelnən gedirsən.

Nəysə, bu, dediyin eliyir, gedir ora, Hürünü çağırır. Göl­mə­dən bir boz at çıxır. Atı minir, gedir. Az gedir, üz gedir, dərələri aşır, gedir, təpələri aşır. Gedir, nəysə, at sağ əyağın yerə vurur, yer ay­rılır belə. Bu yerə düşür, görür kü, bir dənə ağsakqal kişidi. De­yir:

– Ay bala, cavan oğlansan, hara gedirsən? Bu, gedər-gəlməz yol­du. Niyə gedirsən?

Deyir kin, ay dayı, Vallah, məni atam göndərif, anamın ya­nı­na gedirəm. Bəs belə-belə, haçar onda qalıf. Deyir:

– Ay bala, Vallah, gedə bilmeysən. Elə bir yoldu ku, bura ge­dən qayıtmır.

Deyir:


– Nə bilim, Allaha pənah, gedirəm dana.

Gedir, nəysə, gedir görür kü, bir dənə oğlan lüt, çılpağ uza­nıf­dı belə, arxın üsdündə. Bullar hamısı üsdünnən gedif, gəlir. De­yir ki, ay bala, belə durginan, mən addıyım dana. Deyir:

– Yox, mənim ejirimdi46, qoy çəkim.

Deyir:


– Niyə belə eliyirsən?

Deyir:


– Get, qayıdanda deyəjəm.

Elə bilir ki, gedif qayıtmıyajax dana. Nəysə, bir də gedir gö­rür kü, biri lüt, çılpax qaratikan kolunu şəllənif gedir. Deyir ki, ay ba­la, niyə belə eliyirsən? Deyir ki, get, qayıdanda deyəjəm. Gedir. Gö­rür kü, biri də yumurtanı yığıp kəndirin arasına, nə qədər eliyir, gö­türə bil­mir. Deyir ki, niyə belə eliyirsən? Deyir:



  • Get, qayıdanda deyəjəm.

Gedir, çıxır düz nənəsinin yanına.

– Ay bala, sən niyə gəlmisən bura? Sən gələn yol döyül bura, ba­şına dönüm. Səni kim göndərif bura?

Deyif ki, nənə, məni dədəm göndərif. Deyif ki, zirzəminin ha­çarı nənəndə gedif, get gətiginən. Deyiv:

– Ay bala, dədənin üzünə Allah-taala qara çəhsin. Ona siftə dey­nən ki, dədə, nənəm dedi ki, ağzınnan bir qığılcım od düş­sün əya­ğına, əyağınnan yana-yana başınatan getsin. Deynən, bax, nə­nəm heylə dedi. Haçarın yerin deyirəm saa, zirzəminin çər­çi­vəsinin ara­sındadı. Haçarı demə sifdə. Sifdə mən dediyimi denən. De­nən ki, nənəm dedi, Allah onun üzünə qara çəhsin! Ağzınnan bir qı­ğıl­cım od düşsün əyağına, əya­ğın­nan yana-yana düz başına getsin.

Nəysə, qayıdır oğlan gəlir. Yol­da gördüyü həmən o yumurtanı kəndirə yığanı görür yenə. De­yir ki, okqədir orda-burda hinə girif yumurta oğramışam, indi bu dün­yada əziyət verillər mana, zulum verillər. Sora gedir qaratikan ko­lun daşıyanı görür. Deyir:

– Niyə belə eliyirsən?

Deyir ki, yetirənin çə­pərinnən kolu çəhmişəm, indi bu dün­ya­da mənim ejirimi verillər, de­yillər ki, burda ejirini çəhməlisən.

Sora gəlir körpünün üsdə uzananın yanına. Deyir:

– Okqədir mən yolu qazmışam, körpünü uçurmuşam, indi məni əvəz eliyillər, de­yillər ki, burda körpü olginan, zulmunu çəhginən.

Nəysə, çıxır gə­lir. Görür kün, kişi ordadı. Deyir:

– Ay bala, bura hər adam gedif-gəlməz. Sən nətəər oldu qa­yıt­dın?

Dedi:


– Ay dayı, mənim məleykələrim var, o məleykələr məni apar­dı ora, gətdi. Hər adam gedif gələ bilməz ora.

Deyir:


– Mən də sirr qaldım ki, sən nətəər gedif gəlmisən ora?

Nəysə çıxır, görür, at ordadı. Atı minir, gəlir. Dərələri-təpələri aşır. Gəlir, dədəsinin sahəsinə çıxır. Görür, bir çoban qoyun otarır. Gö­rür kətdə toy səsi var. Çobannan soruşur ku, kimin toyudu? De­yir:

– Fılan bəyin toyudu.

Öz-özünə deyir ki, boy ə, dədəm evlənir, bəs görən kimi alır o? Nəysə, atı gölmənin yanında boşduyur, gəlir, özün çatdırır də­dəsinin yanına. Uje mınnar gediflər gətirməyə gəlini. Gəlinin də özü­nə hayandı kı, axı bu başa çatdıra bilməyəjəh, mütləx əri gə­lə­jəh. Nəysə, gəlir çatır.

– Boy, ay bala, gəldinmi?

Vəziri, vəkili çağırır kin, munun boynun vurdurmağa hazır ol­sun dana. Nəysə, deyir ki, dədə, qoy nənəmin dediyi sözdəri de­yim, onnan sora boynumu vurarsan. Deyir ki, nənəm lap yaxşıdı, kefi köhdü, vəziyəti də yaxşıdı. De­di ki, Allah-taala dədənin üzünə qara çəhsin, ağzınnan bir qı­ğıl­cım od düşsün əyağına, əyağınnan yana-yana düz başına getsin. Bu­nu deyən kimi ağzınnan bir qığılcım od düşür, əyağına kimi alı­şır, yanır, kül olur. Bir xısma kül olur. Hay düşür kü, ə, getməən e, pat­şah yandı kül oldu. Zirzə­mi­də­ki o haçarı da götürüllər. Ayləvi gə­lillər, o çousdannan gəlillər, həmən o döv­lə­tin yiyəsi olullar.


274. PADŞAH OĞLU
Bir patşahın oğlu ova çıxır. Bir dəsdə adamımış dənə. Qa­bax­la­rına bir ceyran çıxır. Bu düşür bu ceyranın dalına. Bir müddət qa­vır dana atınan. Qavır, qavır, ceyran gedir girir bir mağaraya, bir ka­hıya. Ha eliyiv atdan düşüf gedincə, gedif görür kü, ə, çənəsi bur­dan (söyləyici əlini sinəsinə aparır – top.) bir arvatdı. Deyir ki, a ba­la, kim­sən, nəçisən? Deyir ki, bəs bir ov varıdı, qavdım gəldi bu­ra. Mənim ovumu ver. Deyir ki, ay bala, bura ov-zad gəlmiyif. De­yir:

– Axı ovu mən gətirdim, bura girdi.

Deyir:

– Yox, bala, bura ov gəlmiyif.



Bu fikirrəşir, deyir ki, yox, mənim ovumu ver. Axırı, çox iri-xır­da, deyir ki, yox. Bu, demeynən sehirbaz arvatdı. Bu, hər fasona dü­şür. Çıxır gəlir, səhərisi bir də gedir. Bir də gedəndə deyir ki, sə­nin ovun filan yerdədi. Bu gedir. Ovunu gəldi fılankəs apardı. Bir patşah.

Gedir, gedir, çıxır bir düzü-biyabannığa, bir meşəliyə. Gedir gö­rür kü, bir kahadı. Girir ki, kahada bir arvat var. Bu, dev anasıdı. (Da, bala, sən də bağışda). Dev anasının döşü bude, burdadı, belə sal­lanır. Ayə, içəri girir, deyir ki:

Adam-badam iyisi gəlir,

Yağlı gödən iyisi gəlir.

Deyəndə bunu isdiyir yeyə. Deyir ki, ay bala, sən kimsən, har­dan gəlmisən? Nətəər olufdu ku, mənim oğlannarım səni tap­mı­yıf, sana ras gəlmiyif? Deyir ki, ana, bəs belə-belə. Deyir ki, onda gəl belə eləyəh. Mən səni yemirəm, oğlannarım gəlsə, səni par­ça­lı­ya­jaxlar. Gəl, səni qoyum sandığa, saa yazığım gəlir. Əyər razılıx ver­sələr, çıxartsalar, səni atıf-tutajaxlar. Belə göydə atıf-tutajaxlar. Çı­ğırma, qorxma, heş bişey eləmiyəjəhlər. Bunu götürür, qoyur san­dığa, sandıxda bir az qalır. Bu devin (arvadın) oğlannarı gəlir. Gö­rüşüllər, bunnar başdıyır ki, burda adam iyisi gəlir də, deyəndə de­yifdi ki, heş-zad yoxdu. Çöldə nə yemisınızsa, odu. Burda hes zad yoxdu.

Çox iri-xırdadan sora axrı qayıdır ki, and için ki, dəy­mi­ye­je­yih, adamı çıxardım. Bullar deyir ki, bəs belə-belə. Deyir ki, and için ki, anamın südü bizə qənim olsun, əgər ona dəysəh. Deyif:

– Bu, sizin qardaşınızdı, muşduluğumu verin.

Deyəndə hamsı deyir ki, and olsun, ana, sənin südünə, biz o qar­daşımıza dəymiyejeyih. Deyir ki, yaxşı. Sandığı açır, oğ­la­nı çıxardır. Bullar oğlanı belə tulluyur, belə tulluyur, axrı, dev ana­sı qayıdır ki, da bəsdi, ay bala, bunu qoyun yerə. Buraxıllar, so­ru­şullar ki, bəs nədi, nə döyül? Deyir ki, bəs mən ovumun dalınca gəl­mişəm. Həmən ceyranın dalınca. Bu deyir ki, sənin ovun gediv ay­rı yerə. Gedir çıxır, burdan bunun biri bunu aparır bir başqa öl­kü­yə. Başqa ölkədə də bir ev var ki, deməli, böyüy imarətdi. Hər cürə hak-hesaf, nə desən, var. Bu da bir ayrı devin evidi. Deyif ki, bura sən çətin girəjehsən. Elə bir yerdə gizdənginən ki, içəri girəndə bu qa­pının ağzında səni görməsin. O, içəri girəndə sən qapının dalında dur. O qapını açıf örtəndə sən qalajehsan içərdə. Deyir:



  • Yaxşı.

Bu­lar qayıdır gəlir, oğlan qalır burda. Bu oğlan qalır burda, görür kü, budu dev gəlir. Devin atının tüsdüsü, yolun tozu dünyanı gö­tü­rür. Bu fikirrəşir, fikirrəşir, nəysə, gəlir. Qapını açır, girir içəri bu. Hes-zad hiss eləmir. Girir içəri. Bu dev içəri girəndə bu da ehmalca ad­dıyır qapının dalına, qapını kilitdiyir, bu qalır. Səhər duruf dev ge­dəndə bu oğlan qalır bunun baxcasının içində. Bu çıxıf gedif da, Al­lah bilir. Yavaşca-yavaşca girir içəri. Girir içəri, görür atın qa­ba­ğın­da ət var, itin qabağında ot var, hamsı əksinədi. Hahah, gedir. Gö­rür kü, bir dənə qız saçınnan asılıf göydə. Oğlan xançalın çı­xar­dır, bu qızın kəndirin kəsir, bunu azad eliyir. Deyir:

– Nədi bu, nədi?

Deyir ki, məni dev gətiriv özünə aylə qurmağa. Mən də ra­zı­lıx vermirəm. Ona görə məni dar ağacınnan asıf. Deyəndə deyif ki, yax­şı, nağarax, nətəər eliyəh, biz burdan çıxax? Deyir ki, get pə­yi­yə. Pəyədə at var, o pəyədən atı çıxart, yəhərrə, gətiginən. Bizi o at çı­xardar. Hasarın üsdünnən keçəjiyih. Gedir pəyədən atı çıxardır, tay bullar da... İt də qoymaz bunu apara haa. At da qoymaz, o biri şey­lər də qoymaz. İlan da var. Yırtıcı heyvannar çoxdu. İndi bul­la­rın hamsın... Atın qabağına otu qoyur, itin qabağına əti qoyur. Ta bı bı­na dəyər? Hamısın əksinə qoyuf, indi bı hamısın düzəldir. Sora ge­dir qızı da qolunnan tutur gətirir, qapıda ata minir, qızı da alır tər­ki­nə, tərpənillər. Bir müddət gəldihcən deyir ki, dala bax görginən, bir şey görühmür kü? Deyif:

– Yaman duman gəlif.

Deyif ki, heş bişey, sür! Bir müddət gəlir, deyir, yox, duman dö­yül, tozdu. Haha. Deyir:

– Yox, Vallah, nəysə, qarannıx çöhdü.

Deyəndə deyif ki, uje qarannıx çöhdüsə, yavaş sür. Uje bu­nun kələfi qarışıf. Deyir, bulların dalıncan gəlif, bilif bunun da­lın­can gəlir ki, bunu bir təhər eliyə. Deyir:

– Onda yavaş-yavaş sür.

Ha-ha, ha-ha, gəlir. Qızı da götürür, çıxır gedir.

(Çərkəz baba –) Göydən üç alma düşdü...

(Qaytaran baba –) Ə, yox, almanı neynirsən?


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə