Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,74 Mb.
səhifə16/28
tarix08.04.2018
ölçüsü2,74 Mb.
#36696
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

289. PEYĞƏMBƏRLƏ OĞRU
Deyir, bir gün peyğəmbərimiz harasa səfərə gedirmiş. Bir də­nə də kişi qıraxdan çıxır, deyir ki, hara gedirsən, ya peyğəmbər. Deyir:

– Harasa uzax səfərim var də.

Deyir:

– Məni də özunnən apararsanmı?



Deyir:

– Uzax gedirəm, sən gələmməzsən.

Deyir:

– Yox, mən də sənnən gedejəm.



Deyir:

– Yaxşı.


Bu peyğəmbər özü ilə yol çörəyi götürmüşmüş. Çörəh, su gö­tür­müşmüş. Xeylax gedillər, yolda bu yorulanda deyir:

– Bala, həybədə çörəh də var, su da var, gətir, yeyəh. Hələ yo­lumuz çox uzaxdı.

Gətirillər, birəz kəsillər, çörəhdən yeyillər, birəz sudan içillər. Qa­lanını gənə qoyullar sumkuya ki, ajanda bir də yeyərih. Yolumuz uzax­dı. Xeylax gedillər. Yolda qoşulan adam gənə acır. Girəvəliyir, bu çörəyi qəşəh götürür, yeyir. Bir xeylax gedənnən sora bu, pey­ğəm­bərə agah olur. Peyğəmbər gənə deyir:

– Bala, yorulmuşux, gətir çörəyi, yeyəh.

Gedir, həybəni gətirir, deyir:

– Çörəh yoxdu.

Deyir:

– Hanı bə çörəh?



Deyir:

– Nə bilim, kimsə yeyif.

Deyir:

– Bə kim gəlmişdi?



Deyir:

– Bilmədim, görmədim, kimsə oğurruyuf yeyif.

Deyir:

– Hə, neynəh, oğurruyuf yeyif, yeyif.



Nəysə, suyu da içillər, bılar gedillər. Bir yerdə durullar bullar. Pey­ğəmbər hökmün bına göstərməy isdiyir.

Deyir:


– Düş atdan.

Bı da düşür. Deyir:

– Üş dənə torpax topala.

Birin birəz balaca topalıyır, birin birəz onnan böyüh, birin də lap böyüh. Deyir:

– Ya peyğəmbər, bı nəydi, topalatdın bı yolun içində?

Deyir:


– Bax indi öyrənəjəhsən.

Peyğəmbərdən səda gəlir. Bu topalar hamısı qızıl olur. Bu çox olur, bu birəz bınnan az olur, bu da bunnan birəz az olur. Deyir:

– Bu nədi belə? Doğurdan da, mən sənin höhmaa indi bələd ol­dum.

Deyir:


– Bax bu topanı görürsən? Bu olsun sənin. İkincini göstərir ki, bu da mənim. Bax bu çox da o çörəy oğurruyanın. Ona görə ki, ya­zıx­dı. Onun imkanı olmuyuf, yaqın gəliv o çörəyi oğurruyufdu, ye­yif­di. Bu da qoy onun olsun ki, getsin dolansın.

Bı qırıla-qırıla qalır ki, bı nədi ki, azdı. Gör orda bir topa qı­zıl var. Çoxdu. Dözə bilmiyif deyifdi ki, ya peyğəmbər, bəs o çö­rə­yi mən oğurruyuf yemişdim axı. Elə o qızıl mənim olsun. Onnan so­rasına peyğəmbər deyifdi kin, mənnən gizdin nə iş görürsən, yer­də də, göydə də – harda görürsən gör, maa agahdı. İsdiirsən qırx ər­şin quyunun dibində gör, o maa agahdı. Amma adam oğurradığın, gö­rürsən, belə boynuna qoyullar. Peyğəmbərdən üzr isdiir ki, mən çö­rəyi yemişəm, qızılı mən götürüm.


290. ADAMYEYƏN QIZ
Bir arvadın uşağı olur, qız uşağı. Nəysə, bu, xamırı bişirir, kün­dəliyəndə gedir çölə, gəlir görür kü, kündəni tez yeyir bu. Uşax ye­yir, böləhdə yeyir. Hannan-hana, hannan-hana uje munun sirrini bil­dirmir də heş kimə. (Yadımnan çıxıv e, çoxdanın söybətidi). Bu, yol­daşına deyir ki, bu uşax başa bəla olajax. Düzgün uşax döyül, bu­nu nətəərsə eləməh lazımdı. Nəysə. Bunun, deyir ki, başın əkməh la­zımdı dana. Bunu aparır qoyur bir yiyəsizdih yerə. Nəysə, burda bu yekələnir, yekə qız olur. Bir günnəri oğluna deyir ki, ay bala, atı min, bir dənə uşax qoymuşux fılan yerdə, get gör, nətəərdi. Nəysə, qar­daşı da tərəkəmə işində işdiyirmiş, yaxşı üzdən irağ itdəri var­mış. Nəysə, atı minir, gedir. Bu gedəndə ərih töhmüşümüş cibinə. Əri­yi yeyə-yeyə gedir. Çərdəhlərin tulluyur getdiyi yolun qırağına. Bu gedir, bir müddət qalır orda. Hah eliyincən bu əriyin tumu burda ye­­kələnir, yekə ağac olur. Nəysə, gedir çatır bayısını görür. Atı bağ­­lıyır çölə, girir içəri. Nəysə, bu çıxdıxcan atın bir qolun yeyir. De­­yir:

– Qardaş, atın üç əyaxlı gəlmişdi?

Qorxusunnan deyir kin, hə, bajı. Nəysə, çıxır, girir içəri, o biri qo­lu yeyir. Nəysə, atı təmiz yeyif qutarannan sora qardaşı görür kü, no­obət buna gəlif. Bunu da yiyəjəh. Durur qəşəh qoyur, qaçır. Ba­yı­­sı duyux düşür kü, qardaşı qaçır uje. Orda qoyma, burda qoyma, özün çatdırır əriy ağaşdarına. Həmən o yeyif tumun tulladığı dana. (Rə­­vayətdi dana). Əriyin dibiynən gəldihcən bu ərihdən o əriyə, o ərih­­dən bu əriyə axırıncı üş dənə əriy ağacı qalanda:

– Dartan hay, Yırtan hay! Dartan hay, Yırtan hay! – itdəri ça­ğı­rır.

İtdər çatırır. Çatdırır özün. Bayısına çatdıran kimi deyir:

– Dartan, elə dartarsan ki, bir dənə dərisi də qalmasın! Yırtan, sən elə yırtarsan kı, bir damcı qanı düşmüyə yerə!

Nəysə, bunu parçalıyıllar. Təh ərih yarpağının üsdünə bir dam­cı qanı düşür. İtdər bunu təmiz yeyir. Bu qanı da qoyur qol­tu­ğu­­na ki, gətirə nənəsinə gösdərə ki, nənə, bax, qız belə-belə, atımı da yedi, məni də yeməy isdiyirdi, bax qanıdı bu da. Qoyur qol­tu­ğu­na. Bu xeylax gəldihcən görür, qoltuğunu yeyir nəysə. Qan yeyir. Ayə, gətirir evə, çatdıra bilmir. Nəysə, gəlir, deyir ki, nənə, saa nə­tə­ər deyim ki, helə uşax doğduğun yerdə... Allah sana insaf versin. Mə­ni də yemişdi, atımı da yedi. Bir damcı qan bax budey, buramı nə­qədri yeyif, uje sümüyə dirənif. Onnan da deyif ki, bala, yaxşı ki, sa­lamat qutarmısan sən. Heylə də qutardı getdi.
291. OVÇU PİRİM
(Qaytaran kişi –) Ovçu Pirim gəzə-gəzə gedir bir fermıya. Fer­­mıya çatır, fermada oturullar buna yaxşı yeməh-zad irahlıyıllar. Otu­­ruf çörək yeyəndə görür kü, itinən canavar danışır. Deyir ki, sən öl, beyjə burda bir dənə dördəyaxlı heyvan qoymuyajam. Axı Ov­çu Pirim bını eşidir. Hər bir heyvanın, itdərin dilin bilir. Deyir:

– Əgər Ovçu Pirimin qavağına verdihləri yeməyi mana ver­sə­lər, sana bir quzu da vermiyəjəm.

Tez boşqavın götürür, deyir ki, ala bunu, apar ver o itə.

– Ə, qardaş, eləməginən. Nətəər, xoşuna gəlmir, bə­yəm­mir­sən?

Deyir:

– Sən apar qoy o itin qabağına, qoy yesin, mən şordan-pen­dir­dən yeyəjəm, bu yeməhdən yemeyəjəm.



Hamsı protif gedir da, pis olullar. Nəysə, deyir:

– Yaxşı.


Gedir. Aparıllar qoyullar itin qavağına. Gejə olur. Bu Ovçu Pi­rim görür kü, yox e, itdər yatmır. Gah bu tərəfə hürüllər, gah bu tə­rəfə. Deyif:

– Ə, qardaş, dimməz durun, gəlin, yıxılın yatın. Əgər sizin hey­vanınızdan bir quzu əysiy olsa, mən verəjəm.

Bullar da arxayın yatıllar, səhər duruf görüllər, ə, qapıda bir də­nə quzu qalmıyıf. Dördəyaxlı heş-zad qalmıyıf. İt də qalmıyıv e, ge­diflər.

– Ə, bının Allah evin yıxsın! Bizim başımıza nə oyun açdı? Qo­yun gedif, yoxdu.

Bu da durur deyir ki, ə, nədi? Deyir ki, ə, narahat olma, hey­va­nın hardadısa, topadı. Gedillər görüllər ki, canavar ora yıxılıv, it bu­ra. O qədər boğuşuflar, dalaşıflar ki, day ikisi də heydən düşüf. Qo­yunu-quzuyu yığıllar gətirillər qapıya. Deyir:

– Sana.


Sanıyıllar, gö­rüllər, hamısı düzdü. Deyir ki, qardaş, sana indi biz nə verəh?

Deyif:


– Vallah, heç-zad verməən, nə versəniz, burda qalajax. Hələ apar­­mıyajam, sora gəliv aparajam.

Hə, nəysə, bir müddət qalır. Xeylax bunun heyvannarı, bir beş dənə, on dənə heyvan verillər, qalır. İki il, üç il qalannan sora gə­­lir bu. Bu gəlir ki, qoyunun apara. Çobana deyir ki, ə, mənim hey­­vannarımı gətiginən, aparım. Elə-belə seçəndə görüv, ə, qoynun bi­­ri məliyir. Deyiv:

– Ə, qardaş, onu da at yeşiyə.

Deyif:


– Bəs görmürsən, məliyir. Bunu ayırırsan, nənəsinnən ayı­rır­san, xalasınnan ayırırsan.

Axı bu it agah eliyir. Deyəndə deyifdi ki, ə, qardaş, ta bizdə hey­van qalmadı ha. Ordan heyvanı yığıf götürüf gəlir.

(Çərkəz kişi –) Gedir iki qayanın arasında gejəliyir, qalır. Gö­rür kü, bərk çovğun tutdu bunu. Deyir:

– Evin yıxılsın, fələh. Mən o çobannara pay vermədim, mən al­tın çəhməliyəm.

Nəysə, yatır, səhərertə durur görür kü, qoyun təmiz qırılıf, ha­mısın çovğun qırıfdı. Qoynun, sürünün qırağında duruf, quz­qun­nar gəlif yeyir. Quzqunnar yeyəndə... (Bunun dilin bilir dana). Qa­yı­­dır ki, orda bir yaşdı quzqun var, bizim babamızdı dana, nə­nə­miz­di. Ona da gedəh dəyəh, gəlsin bu leşdən yesin dana. Bu Ovçu Pi­rim eşidir bunu. Nəysə, gedillər, bunu da gətirillər. Yeyillər, ye­yən­nən sora deyillər ki, heç belə rəhimdar, yaxşı adam görmüsünüz? Be­lə kef görmüsünüz? Həmən o qoja quzqun deyif ki, hə, neçə il bun­nan qavax, yüz il, yüz irmi il bunnan qavax filan dağda, filan pat­­şah qızıl basıranda bizdə belə bir kef idi. Filan qayanın arasında qı­­zıl var, qızıl mədəni var. Bəs bir-birinə qırtdaşıllar, danışıllar. Bu Ov­çu Pirim barmağın dişdiyir ki, gedim o çobannarı gətirim mən, apa­­rım ötürüm o qızılın içinə. Mən namartdığ elədim, onnar bir he­lə əziyət çəkib saxlamışdı, ollara mən pay vermədim. Gedir ço­ban­na­rı yığır. Gətirir ötürür o kahanın içinə.

Həə... Birtəhər düzəltdiy dedih (gülür – top.). Eyy, yadımda na­ğıl qalmıyıf ha. O qədir kök nağıllar bilirdim. Allah rəhmət elə­sin ölənnərına, qoja nənəm nağıl eliyirdi. Qoja nənəm yüz om beş ya­şında öldü. Adı Gülgəzidi. Ağdamın Mərzili kəndinnəniydi.


292. HALALLIQ
Bir orta yaşdı kişi varımış. Bı varrı döyül də, ama tükanı-zadı va­rı­mış. Bu gə­lir fəhlə tutur. Fəhləni gətirir qapıda iş vardı da, gör­dü­rür. Görür kü, yox, günorta tamam oldu, bu, işi qutarmadı. Gedir, ay­rı bir fəhlə tapır. Bullar axşama kimi işi qutarıllar. Bular işi qu­ta­ran­da bu gətirir fəhliyə – günortadan sora gələnə də bir manat verir, bu səhərdən gələnə də bir manat verir. Bu səhərdən gələn pulu gö­tü­mür, amma günortadan sora gələn götürür, çıxır gedir. Bu da çıxıf ge­dir. Bu deyir ki, ə, bala, niyə götümürsən? Deyif ki, yox, la­zım döyül. Bu çıxıv uzaxlaşıf gedənnən sora deyiv:

– Ə, elə düz elədi. Səhərdən bu işdiyir, buna da bir manat ver­dim. Buna da bir manat verdim. Bu götüdü, bu götümədi. Onçun elə düz elədi, götümədi.

Səhər bu, manatı götürür, çıxır bazara ki, üsdünə də bir manat qo­ya, verə bu səhərdən gələn fəhliyə. Nəqədər gəzir, tapmır. Elə ba­zardan bəri çıxanda görür kü, bir nəfər adamın qucağında bir qu­zu var.

– Salaməleyküm.

– Əleyküməsalam.

– Ay bala, bu quzu neçəyədi?

Deyif:

– Bir manata.



Deyir:

– Ala.


Həmən bu manatı verir buna, quzunu götürür, gedir. Quzunu gö­türür gətirir evə. Çobana deyir ki, bu quzunu elə eliyirsən ki, bu­nun dölün itirməginən, balaların elə eləginən, qarışdırma. Deyir:

– Yaxşı.


Vax gəlir, üş-dörd il keçir. Günnərin bir günü kişi tükanda ol­du­ğu yerdə həmən o bir manatı götümüyən oğlan gəlir bunun tü­ka­nına:

– Dayı, salaməleyküm!

– Əleykümsalam!

– Dayı, sən mana bir manat pul boşdusan, onun əllisi sənin ol­sun, əllisin ver maa. Deyəndə deyiv:

– Ə, bala, yekə adamsan, qanacağın-mərfətin olsun. Mən tü­kan­çı adamam, mən heş kimə pul boşdu döyüləm, bu, nə deməhdi. Hə­lə camahat maa pul boşdu olur, mən camahata pul boşdu dö­yü­ləm.

Deyəndə deyir:

– Dayı, fikirrəş, əllisi sənin, əllisi mənim. Bı dedihcən deyir, əl­lisi sənin, əllisi mənim.

Olmurol. Deyir:

– Dayı, filan vaxdı sənin qapında fəhlə işdəmişəm. Günor­ta­dan­ sora da bir fəhlə gətdin. O günortadan sora gələnə də bir manat ver­din, mana bir manat verdin. O götdü getdi, mən götümədim. Hə­mən manatı deyirəm, onun əlli köpüyün ver, əllisi sənindi.

Deyif:


– Bala, indiki belə oldu, gedirih bizə.

Durur, tükanın qapısın bağlıyır, gəlillər evə. Gətirir bına yax­şı çay-çörəh verir. Çay-çörəh verənnən sora adam göndərir, çobana de­nən qoyunu yığsın gətisin bura. Hə, çay-çörəh yeyir, qoyun gəlir, qa­pıda mələyəndə bu ev yiyəsi də çıxır, oğlan da çıxır. Deyir:

– Dayı, çox sağ ol, elə mən əlli köpüyü alıv aparıf çörəyə ve­rə­jeydim, qarın dolusu yeyəjəydim. Ta qarnı dolusu yemişəm, çox sağ ol, mən gedim.

Deyəndə deyif:

– Ə, bala, yox.

Çobana deyir ki, o vaxdı saa bir quzu vermişdim haa. Quzu, de­məli, ildə iki bala verirmiş. Quzu, quzunun quzusu, helə-helə qo­yu­nun yarısı. Deyifdi ki, seş gör belə... Deyir:

– Bala, götü get.

Deyif:


– Yox, dayı, bını əənə gedən kimi mənim əlimnən alajaxlar. Mən sənin malını niyə haram eliyim axı? Maa lazım deyil, elə bir qa­rın yemişəm, bəsimdi dana, çıxım gedim.

Deyif:


– Yox, bala.

Axırı, gətirir mına beş dənəmi, on dənəmi heyvan verir. De­yir:

– Götü, get, bala, halal xoşun olsun. Mən o vaxdı səf eləmişəm.
293. BÖHTANA DÜŞMÜŞ QIZ
Kasıf kişi-arvad varımış. Günnərin bir günü arvat kişiyə deyir ki, əşi, sən də otumusan evdə, mən də otumuşam evdə. İmkanın var­sa, get bazara, şəhərə, bir az pul qazan, uşaxlarımızı dolandırax. De­yiv:

– Ay arvat, (ta indi bağışda, bala) mən gedərəm, birdən sən pis yola qulluğ eliyərsən.

Deyifdi ki, get, arxayın ol. Bunu məjbur inandırır, bı gedir. Ge­dir, bir gün, iki gün, ta evdə də olan şeyi yeyiflər, hes-zad yox­du, ajdıxdı. İki uşaxdı, bir də özü. Günnərin bir günü Allah tə­rə­fin­nən bunun yanına bir nəfər adam göndərir, get bunu imtahan elə, gör bu dediyinnən dönür, yoxsa yox. Ta vəzyəti pisdi uşağının da, özü­nün də. Kişi də çıxıf gedif. Gəlir. Qapı həməşə bağlı olurmuş. Qa­pını döyür kimsə. Deyir:

– Kimsən?

Deyir ki, mənəm e, sizə çörəh gətimişəm. Deyir:

– Ay qardaş, əgər ürəyində Allah xofu varsa, çörəyi qoy ora, get. Yox, yoxdusa, çörəyi də götü, get. Mən arvat xeylağı, sən də ki­şi xeylağı, evə girərsən, fikrini dəyişərsən, qəlbini dolandırarsan.

Deyif:

– Yox.


Amma tapşırıx var ki, qapını aşmasa, vermə, götü gəl. Bu, elə-belə də gedir. Gedircə qapını döyür, razılıx vermir, çörəyi də or­da qoymur, çıxır gəlir. Aradan birəz keçir. Bir üş gün keçənnən so­ra deyir, bir də get. Bir də gedir, bu fason olanda deyir, vermə, qa­yıt gəl. (Həmən sözü bir də deyir haa. Təkrar eləmirəm də). Bir həf­­də tamam olur, bir də gedir, deyir, bu səfər ver. Bu səfər ama bi­rəz qapıya-bajıya zorruğ elə, takqıldat. O ikisinnən bunu bi­rəz fərk­li elə. Höölə yatmır. Genə aşmır. Deyir:

– Ay qardaş, nə sənin çörəyini isdiyirəm, nə suyunu isdi­yi­rəm, Allah bilər, sən bilərsən, yeri get. Mən evimə adam burax­mı­ram. Mən ərimə demişəm ki, mən sənin namu­suna heş vax­dı xələl gətimiyəjəm, yeri get.

Deyir:

– Allah üzuna qara çəhsin, aşmadın, aşmadın, çörəyi qoydum bu­ra.



Qoyur, çıxır gedir. Bir xeylax qalır, bir xeylax keçir dana. Pən­cərədən baxır, hardan baxır. Nəysə, görür, yox e, heş kəs yoxdu, tak­qıltı yoxdu, it-pişih də yoxdu. Dururca qəşəh qapını açır, çörəyi gö­türüllər, yeyillər. Axşam düşür, tay toxduyuf. Balaları da tox­du­yuf, özü də toxduyuf. Yeri salır, səhər duruf yeri yığışdıranda baxır gö­­rür kü, bu qızıl ayrıdı e, (heş mən də görmə­mişəm, heş sən də gör­­məmisən) belə olur ləl, bu yekəliyində qızıl var mütəkgəsinin alt­­da. Götürür belə baxır, belə baxır, deyir:

– Ay Allah, mənim evimə kim girdi, nətəər elədi? Bura kim gir­di ki, bunu qoyuf mənim yasdığım altda?

Çox təəcüb eliyir, çox dilxor olur. Qapıya baxır, pəncəriyə ba­xır. Hər tərəf bağlıdı. Görüm, bura kim girmişimiş. Axırı ləli də qoyur evə, axşam yatır. Sayqılı yatır. Qapıya, pən­cəriyə safdan tor vurur. Belə eliyir ki, görüm, bura kim gəlir nə­tə­ər girir, hardandı? Səhəri də görür hes-zad yoxdu. Hər gejə bir ləl. Axı­rı əlacı kəsilir, qaynı varmış, yaxındeymiş. Qaynın çağırır, de­yir ki, bəs belə-belə, bura gəl. Deyir:

– Nədi?


Deyir:

– Ala bunu. Get bazardan ayn-oyun al gətir, həm bizə, həm öz uşax­larına.

Bu götürürcə qəşəh gedir, bazarrığ eliyir. Yekə ləldi bu, bir dünya ayn-oyun eliyir. Hər gejə də bir ləli var. Beş gün, on gün. Nəy­sə, hər gejə bir ləl. Bir gün bu arvat qayıdır ki, ay filankəs!

Deyir:


– Hə.

Deyir ki, gəlsənə gedəh, qardaşını tapax gətirəh. Ta maa eh­ti­yac döyül axı. Bu da gördü kü, bunda ləl var. Bu ləli verdi buna, va­rıdı ki, verdi da. Deyəndə deyir ki, nə deyirəm, gedisən, gedəh. Du­rurca qəşəh bu, qaynıynan gedir bazara. Bazarda elə-belə hər­rə­nəndə görür kü, bude, əri gəldi. Xoş-beş, om beş, nədi, xeyirdimi, nə gəzirsən? Deyir ki, bəs gəldim ki, gedəy evə, lazım döyül.

– Ə, mən nə qazammışam, neyləmişəm? Bir ay döyül, para ay dö­yül.

Deyir:


– Yox e, gedəh.

Nəysə, çox iri-xırda. Deyir ki, gedim ayn-oyumu gətirim. Mi­ti­li varmış, hardasa qoymuşumuş. Əyninin paltarın. (Yorğan-döşəh de­yil ha, mitildi). Gedir götürür gəlir, bu iki qardaş, bir də bu burda du­randa deyir ki, birəz burda durun, bir balaca bazarlığ eliyim uşax­lara, gedəh. Bu əyənə gedən kimi bu açılır:

– Ayə, qardaş, nədi bu, noolar?

Deyir:


– Ə, sənin başına daş düşsün. Sənin arvadın ləlnən oynuyur uje. Ta uje qəflə-qatır, okqəddər adamnar gəlir, uje ləlnən məş­qul­du.­

Deyir:


– Yaxşı.

Gəlir. Bu da bazarrığ eliyir, gəlillər bir xeylax. İndi bu qaynı­gil qavaxcan gedillər, ər-arvat daldan gəlillər. Gedillər, bir dərəyə ça­tır. Meşə, meşənin içində də bir dərə. Burdaca əri bu arvadın ba­şın kəsir, əlindəki ayn-oyunu da götürür, çıxır, gedir. Arvat qaldı bır­da, öldü. Çıxır gedir. Gedənnən sora bir gün, beş gün, on gün, nəy­sə, bir gün tacirrər alverə gedirmişdər. Bu tacirin bir böyüyü, baş­cısı belə gəlir, gəlir görür kü, hə, sızqı su axır. Deyir, ə, bunun mən­niyi53 var dana. Ha, ha, gəlir görür kü, bir dənə qadın. Bir gözəl qa­dındı, boğazı kəsih. Munnan axan qan döyül, sudu. Hama bunun böy­ründə də bir də­nə sərçə ölüf. Elə-belə əlin vurur (söyləyici əli­ni yuyurmuş kimi ovuşdurur – top.), əlin isdadır suda, elə belə is­di­yir ki, dəsmalı çı­xar­da, əlin silə. Bu əlindəki suyun bir damcısı dü­şür bı sərçənin üsdünə, sər­çə uçuf gedir. Sərçə uçuf gedən kimi su­yu əlinə alır, çəkir bunun bo­ğazına (bu qadının). Qadın dirilir. De­yir:

– Hə, Allah mənimkin yetidi. Elə ayləmin uşağı-zadı var, özüm­nən hərriyə bilmirəm də, elə səni özümnən hərriyəjəm.

Deyif:


– Yox, mən heç vaxdı ayləmin namusuna toxundumaram. Ol­maz. Qırxdı, biri əysih döyül.

Qırx arşın quyu qazıv atıllar quyuya, çıxıf gedillər. Aradan bir-iki gün keçəndə genə bir ayrı tacir gəlir burdan keçəndə görür, ə, orda bir torpax görükür. Təzə torpaxdı, burda helə şey yoxudu. Qu­­yudu, nədi? Ayə, sürür atı görür kü, bir quyudu, amma burda hə­nir­ti var.

– Ay aman, ay camahat, ay Allah xofu olan, maa köməh.

Kəndir sallıyıllar. Heyvannarın yükünün kəndirin açıllar, bu qa­dın belinə bağlıyır, bunu dartıf çıxardıllar. Tacir deyir:

– Həə, yaxşı oldu. Mənim arvadım ölüfdü, səni özümə aylə gö­türəjəm.

Deyir:


– Yox. İkinci quyudu bu. Birinnən belə olmuşam, birinnən be­lə. Mən halal mala haramlıx qatmaram.

Deyir:


– Yaxşı.

Təzədənnən taxdadan, meşənin ağaşdarınnan belə yekə lötgə qa­yırıllar, bunu atıllar lötgənin üsdünə, deyillər, get. Dənizdə bir müd­dət gedənnən sora bir balıxçıya rast gəlir. Ba­lıx­çı deyir:

– Allah mənimkin yetirdi. Mənim bajım yoxdu. Elə bu mənim ba­jımdı.

Götürürcə qəşəh balıxnan bir yerdə faytonuna qoyur, apa­rır. Arvada deyir ki, arvat! Deyir:

– Hə.

Deyir:


– Bəs Allah mənimkin yetirif. Bajı tapmışam.

Deyir:


– Bajı kimdi?

Deyif ki, Vallah, bıde bajı. Bajı-qardaş bıllar yaşıyır bir müd­dət elə-belə. Bu, hər gejə bunun axı başının altında ləl gəlirdi. Genə gəl­di bı ləl. Genə gəldihcən bu qardaşına deyir ki, (bu balıxçıya) qar­daş! Deyir:

– Hə.

Deyif:


– Burda bir böyüy anbar tik.

Böyüy anbar tikir. Bazara çıxan taxılı vurur anbara. Yeddi il­dən sora ajdığ olajax, buna ayandı. Yeddi il tamam olur, ajdığ olan­da elan verir ki, hər tərəfdə, filan yerdə belə bir adam taxıl paylıyır. Ha­mı gəlir. Həmən əri də gəlir, qaynı da gəlir həmən o quyuya atan da gəlir, quyudan çıxardan da gəlir. Buların hamısın topalıyır, yığır. Bul­lar uje gəlifdi, bilir. Bu balıxçı yoxdu? Bu qardaşı? Buları qo­nax saxlıyır. Deyir:

– Buların yükun vermə. Buları axşam danışdıracam.

Axşam gəlir, oturullar çay-çörəh yeyəndə arvat qayıdır ki, bu­la­rı bir söhbətə tutginən ki, dünyagörmüş adamsan, gördüyünüz­dən, götüdüyünüzdən söhbət elə dana. Deyəndə biri başdıyır deyir:

– Ə, qardaş, sizə bir sirri açım.

Deyir:


– Nə sirri, ə?

Deyir:


– Vallah, tacir adamıdım. Alverə gedirdim. Belə bir hak-he­sav oldu. Gəldim bir qadın tapdım, ölü, boğazı kəsih qadınıdı, bo­ğa­zınnan axan qan döyüldü, suyudu, çəhdim boğazına, dirildi. Nə­qə­dər elədim, maa “hə” demədi.

Əri eşitdi axı. O biri də qayıdır ki, razılıx vermədi, qazdım, at­dım quyuya. Deyəndə deyiv:

– Ə, elə o qadını quyudan mən çıxartdım. Nə qədər elədim, maa razılıx vermədi. Lötgə qayırıv, atdım dənizə.

Deyəndə deyif ki, ə, nə danışırsan? Deyif ki, yaxşı, indi de­yin gö­rüm, o qadın bura gəlsə, tanıyarsınız? Axı bular ikisi də – bu qu­yu­ya atan da, bu boğazın açan da, əri də bildi ki, bu qardaşının fırıl­da­ğıdı. Deyif:

– Yaxşı, indi o gəlsə bura, tanıyarsınız?

Deyif:


– Hə.

Həmən paltarı da saxlıyır axı. Elə-belə içəri girəndə qayıdır, ə, sən öl, odu. Bu deyif, sən öl, odu, o da deyif, sən öl, odu. Buların yü­kün tutur, ərinnən də soruşur ku, eşitdinmi ki, mən sana söz ver­dim ki, heş vaxdı bu işi eləmiyejem. Eləməmişəm ki?

Dedi:

– Yox.


Deyir:

– Uşaxlar neynir?

Deyəndə dedi ki, uşaxlar durur. Dedi ki, get onda uşaxlarına bax. Fayton verir buna, evə qayıtmağa. Olur buranın taciri (həmən qa­dın). Yaşıyır orda.
294. HƏCC ZİYARƏTİ
Birinin də qaynatası gənə Məkgiyə gedirmiş. Hər bir şey dü­zə­lif, gedir qonşudan, bilmirəm, duzmu, nəmi almağa. Gedir, görür bir zənən həmlidi. Bir balaca küçüyü tutuf gətirif.

– Aaz, bunu neynirsən?

Deyif ki, pişirəjəm. Deyiv:

– Aaz, az danışginən, nə pişireysən? Adam küçüyü pişirər?

Deyifdi ki, Vallah, nağayrım? Ət yoxdu. Konlum ət isdiyir. Kon­lum ət isdiyir deyəndə deyif:

– Aş, burax onu. Burax gessin. Ge­di­rəm kişinin torbasınnan, gö­rüm, imkan olsa, birəz ət oğurruyuf gə­ti­rə­jəm sana.

Qaynənəsi sapdımı, duzdumu, verir, bu gətirir qoyur ki­şi­nin xurcununa. Qoyanda ehmalca belə eliyir, burasına biraz ət bü­kür, gətirir, verir buna.

Kişi gedir ça­tır ziyarata. Gedir görür kü, ə, gəlini burdadı. Hərə bir söz deyir. Nə ta­nıyıllar bının gəlinidi? Öz-özünə təəccüb eli­yir ki, mənim gəlinim bır­da nə gəzir? Bunu kim gətirdi? Nətəər ol­du? Nooldu?

Ziyaratını eliyir qutarır kişi, qayıdıf gəlir. Gəlir çatır evə. Evə ça­­tanda hamı kişiynən görüşəndə deyif:


  • Maa sarı gəlmə, maa sarı gəlmə. Gəlinnən görüşün, onnan so­ra. Gedin gəlini ziyarat eləyin, onnan sora.

Bıllar deyir:

– O nə deməhdi? Gəlini ziyarat eləyin nədi?

Axırı deyir:

– Qızım!

Deyir:

– Hə.


Deyir:

– Ay bala, düzün de görüm, sən neyləmişdin ki, mənnən qa­bax sən ordeydın?

Deyir ki, dayı, bəs hal-qazıya beleydi. Getdim gördüm, qon­şu­ küçüyü basır qazana, qaynada, yeyə, nəfsi qayıda. Mən də sə­nin­ xurcununnan biraz ət oğurradım, apardım verdim ona.

Deyif:


– Halal olsun, bala, sən ziyaratı mənnən yaxşı eləmisən.
295. HATƏMİN NAĞILI
Keçmişdə Hətəm adında bir kişi olur. Bu Hətəm varrı kişi olur. Gedir dört yol ayrıcında bir stalova tikir, gələnə-gedənə pul­suz yeməh verir. Eysan kimi də. Bir günüsü bunun yanına iki dərviş gə­lir. Deməli, bu yolnan keçəndə dərvişdəri döndərir, gəlin, çörəh ye­­yin. Bular çörəh yiyif qutarannan sonra deyir:

  • Ağa dərviş, heş mənim kimi səxavətdi bir adam görmüsüz? Gə­zirsınız, görmüsən ki, belə eysan verə dörd yol ayrıcında?

Deyir:

– Sənnən səxavətdi birin görmüşüh.

Deyir:

– O harda verir? Hardadı?



Deyir:

– Səninki dörd yol ayrıcındadı, onunku yeddi yol ayrıcındadı. Özü də o qızıl boşqafda yeməh verir, qızıl isdəkan-nəlbəkidə çay ve­rir. Qutaranda da istəkan-nəlbəkini, boşqavı, qaşığı, çən­gə­li yu­yuf xurcununa qoyullar ki, götü get.

Deyir:

– Ağa dərviş, yalan deyirsən, ona heş patşah da dözməz.



Deyir ki, həylədi. Gedif yoxlaya bilərsən. Fılan yerdədi. Hə­təm savax açılan kimi xurcununa bir-iki çörəh qoyur, düşür yola. Ge­dir həmən o yeddi yol ayrıcına çatır. Bunu elə aralıdan gedəndə ge­dif tutuf gətirillər ki, gə çörəh ye. Gəlir çörəh yeyir. Görür, həq­qə­tən də, həmən qızıl boşqafdı, qızıl isdəkan-nəlbəkidi, qaşıxdı, çən­­gəldi. Verillər buna, qoyur xurcununa, gedir bir xeylağ ağzı be­lə. Bir də ordan qayıdır, gənə ağzı bəri. Qayıdanda gənə bunu tutuv otuz­­­du­rul­lar. Hə, indi bu yeməyi gətirəndə deyir:

– Yemirəm.

Deyir:

– Niyə?


Deyir:

– Bu ehsanın sahibini maa gösdərin.

Bir xeylaxdan biri gəlir ki, dur gəl, gösdərəh. Durur, gedir, gö­rür kü, bir qara pərdə çəkilidi, qara pərdənin dalınnan kimsə da­nı­şır. Bir qadındı bu ehsan sahibi. Deyir ki, ay bajı, olmaz ki, bir ba­xım görüm sən nətəər adamsan? Patşahın bir belə qızılı olmaz, on­nan sora heç hökümətin də bir belə qızılı olmaz. Bunu sən hardan alıf bir belə xarşdıyırsan? Deyir ki, mənim qurşaxdan aşağım daş­dı. Daşa dön­müşəm. Filan yerdə bir həkim var, ona gedif mənim dər­manımı gəti­sən, mənim qılçamı sağaltsan, mən həm sana ərə ge­də­rəm, həmi də nətəər qazanmışam qızılı, saa deyərəm. Bu yola dü­şür. Çox əzi­yət­dən sora, çox zulumnan sora gedir bu həkimi tapır. Deyir:

– Mənim kitabımı cinnər oğruyuf, öz arvadımın başını da ap­ra­­sya eləmişəm, başının qapağın götümüşəm, indi kitav əlimdə yox­­du ki, onu sağaldım. Elə dərman vururam ki, ölməsin. Günü-gün­­­nən qalır. Gedif flan yerdə mənim kitabımı cinnərdən ala bilsən, dər­­manı da verərəm saa, saa da bir təşəkgür eləyərəm ki, mən yol­da­­şımı sağaltdım.

Bu, çox əziyətdən sora gedir, kitavı gətirir, verir hə­kimə. (Söy­ləyici bizim xahişimizdən sonra Hatəmin kitabı necə gə­tir­mə­si­ni danışmağa başladı – top.). Gedir görür kü, meşənin içində bir dev anqırır, ağlıyır, qışqırır. Gedir, yaxınnaşır buna, görür, bir qə­ləm batıv əyağına, bunu çıxarda bilmir. Qor­xu­sunnan yıxılıv ora, an­qırır. Gedir ağacın dalıynan, qələmi birdən tu­tur, çəkir. Çəkənnən sora bunnan çirk, qan-zad gedir-eliyir, bunun əya­ğı sağalır. Yaxşı olmamışdan deyir ki, əlimə düşəydin, səni par­ça-parça eliyeydim kimsənsə. Yaxşı olannan sora, ağrı kəsənnən so­ra deyir ki, əlimə dü­şeydin, səni dünya malına qane eliyeydim. Çı­xır ordan, deyir ki, mən çıxartdım. Deyir:

– Nə isdəyirsən, mənnən isdə.

Deyir:

– Məni apararsan cinnər məkanına. Cinnər kitabımızı oğ­ur­ru­yuf, gediv o kitavı alam gətirəm gərəh.



Deyir:

– Onun yerini mən bilmirəm, mənnən böyüh qardaşım var, ge­dəy onun yanına.

Gedir o böyüh qardaşının yanına, görür kü, and olsun Allaha, bu o qədər qojalıv, o qədər qojalıv ki, belə üfürsən, yıxılar. Bunu elə pambığa büküf zulumnan saxlıyıllar. Buna deyəndə bu deyir ki, mən də bilmirəm, amma mənnən böyüh qardaşım bilir, apar onun ya­nına. Deyir:

– Vay, dədə, vay, bu belə olan yerdə bunun qardaşı heç danışa bil­məz.

Bu onnan böyüh qardaşının yanına gedir, görür, bir cavan oğ­lan­dı. Deyir ki, nətəər sən onnan böyühsən? Onu pambığa büküflər, ölür. Elə üfürsən, yıxılar. Sən niyə belə cavansan bəə, əgər onnan bö­yühsənsə? Deyir:

– Onu arvad o günə qoyuf. Məni də arvat bu gündə saxlıyıf.

Deyir ki, fılan yerdədi cinnər. Bu qardaşı bunu şəlləyir dalına, apa­rır həmən cinnərin patşahının yanına. Cinin patşahına danışır, nə­­təər var. Bu hökm eliyir, cinnərin hamısın yığır. O kitabı oğruyan cin də gəlir. Deyir:

– Mənim kürəyimin arasının dərisin soy, o kitaf dərinin al­tın­da­dı. Onu (kitavı) ordan çıxardır, verir. Kitabı gətirir, verir həmən hə­kimə. Həkim bunu yola salır, arvadını sağaldır. Bir şüşə su da ve­rir buna. Deyir ki, apar, iki damcı onu qılçının üsdünə tökəndə sa­ğa­la­jax. Duruv o suyu götürür, gəlir. Gətirir bunu, görür qılçadan aşa­ğı hamısı qızıldı, daş döyül, qızıldı. Gətirir o sudan iki damcı tökür bu­nun üsdünə, deyir:

– İndi bu nə sirridi, maa de görüm sənin kim yarını qızıl eli­yib belə?

Deyir ki, gəl dalımcax bəri. Götürür bunu, gedir. Bir sklat var, heç olmasa, bir yüz metr, iki yüz metr uzunnuğu var. Bu sk­la­tın qəlivliyi də nətəər... Gedir ki, bunun içində dəvə, qızıldı, at qı­zıl­dı, eşşəh qızıldı, qatır qızıldı, inəh qızıldı, gamış qızıldı, adam qı­zıl­dı, hər nə var, hamısı burda qızıldandı. O qadın gətirir nə qədər adam varsa, adama o sudan töhdükcən sağalır. O adam­narı yola salır, ama heyvannarı sağaltmır, qalır. Deyir ki, mən qız idim evimizdə. Mənim bir boynu sımmış, deyir, atam varıdı, mol­ladan, seyitdən qorxardı. Bir dərviş gəldi, deyir, bizə. Ara­na getdiy, biznən arana getdi, dağa getdih, dağa getdi. Bu dərviş biz­dən əl çəkmədi. Sora atama dedi ki, gərəh qızı maa verəsən. Ağ­la­dım, dedim, ay ata, bu qoja kişidi, mən buna nəyə gedim? Deyir, de­di ki, yox, qorxuram, dərvişdi, ah-nalası bizi öldürər, getginən. Atam məni zornan verdi buna (bu dərvişə). Dərviş, deyir, məni göt­dü getdi, gətidi həmən bu yeddi yol ayrıcına. Burda, deyir, bir ba­la­ca ev kimi şey vardı. Elə dəyə qayırıf qamışdan, qarğıdan. Sıvıyıf, qa­yırıf. Gətdi bura. Gördüm bunun içinə bir meymin bağlıdı. Bir mey­mini bağlıyıf küncə. Gətirdi məni, çö­rəh­dən-su­dan yediy-elədih, sonra, deyir, maa dedi ki, gərəh bu meyminnən əl­bir olasan, mey­minnən yaşıyasan. Deyir, dedim, nə danışırsan? Ağ­ladım. Dedi, sən mənim sevimli yoldaşımsan, ar­va­dım­san, am­ma gərəh sifdəsin mey­minnən yaşıyasan. Nəkqədər elə­dim­sə, de­yir, bu, maa baxma­dı, mə­ni zornan yıxdı meyminin qa­ba­ğına. Mey­min məni mayaladı, – de­yir. Meyminnən gəldi mənim bir oğlum ol­du. O oğlum o qədər gözəl oldu, o qədər gözəl oldu, deyir, bir ta­ma­şa. Ona o qədər bağlanmış­dım ki, isdəmirdim qucağımnan yerə qo­yam.

Bir yaşınatan saxladım uşağı, – deyir. Bir yaşında uşağı mə­nim əlimnən aldı, – deyir, kəsdi. Kəsdi, qanı töhdü bir böyüh qava, teş qoydu altına, bunun qanı hamısı töküldü ora. O qanı yığdı şü­şə­lə­rə. Bu yeddi yol ayrıcında hansı karvan gəldisə, o qannan töhdü, qı­zıl elədi. O qanı hər kəsə vurdusa, qızıl oldu. Axırda şüşənin di­vin­də az qalmışdı, gördüm, o məni də qızıl eləməy isdiyir. Onnan qa­bağa düşdüm, mən götdüm onun üsdünə belə çiliyəndə özümün qı­l­camın üsdünə də bir damcı düşdü, qılçalarım qızıl oldu, amma o bü­­töy qızıl oldu. Onu qavaxcan döydürdüm, boşqaf qayırdım, ver­dim camahata, çıxdı getdi. Onnan sora Hətəm onu da götürür, o qı­zı­­la da yiyə durur, başdıyıllar orda yaşamağa.


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə