Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,74 Mb.
səhifə17/28
tarix08.04.2018
ölçüsü2,74 Mb.
#36696
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

296. NUŞİRƏVAN ŞAHLA İSGƏNDƏR
Bir günü Nüşüravan şahnan İsgəndər gedirmiş. Görür kü, bir bay­quş uluyur. Bayquş uluyur, o yannan da bir bayquş ulu­yur. Bu İs­gəndər gülür. Patşah deyir ki, niyə güldün? Deyir ki, heş-zad, pat­şah, sən bilən döyül. Deyir:

– Yox, gərəh deyəsən.

Deyir:

– Əşi, qorxuram qəzəvinə keçəm, sən Allah, mənnən əl çəh.



Deyir:

– Qorxma, de.

Deyir:

– Ordan uluyan o birinə deyir ki, qızını mənim oğluma ver. O da uluyur, deyir ki, yeddi xarava kət ver, verim. Bu biri də de­yir ki, Nüşüravan şah patşah qalsa, yeddi deyirsən, saa qırx dənə xa­rava kət verərəm.



Nüşüravan şah deyir ki, yani mən bir həylə əzab-əziyət ve­rə­nəm? Deyir ki, nə bilim, Vallah, quş həylə deyir dana, indi mən sən­nən nə pisdih görməmişəm, nə zad görməmişəm. Yanında iş­di­yi­rəm, amma quş heylə deyir. Deyir:

– Dərviş paltarı geyin, gedəh bir yerə.

Gedillər bir yerdə. O qədər gedillər, hansı kəndə dönüllər, gö­rül­lər, hamısı qan ağlıyır. Dindirən qan ağlayır. Gedir bir ayrı kət­də, görür toyu­muş. Gedir toya, görür kü, bir adamdı, bir qolu yox­du. Bu qoluna saman dolduruf, paltarının içinə saman dolduruf. Sən öl, bun­da bir şaddıx var, bir oynamax var. Arada bir qoluna vurur, sa­man qalxır göyə, düşür yerə. Deyir ki, bax onun öyünə gedəjiyih. Mə­nim yaxşılığı-pisdiyimi, bax o bilir. Gedəy onun evinə. Gedillər, ax­şam toy dağılanda düşüllər bunun dalına. Gedillər buna ki:


  • Qardaş, bizi qonax saxla.

Deyir:

– Yaxşı.


Gedir, oturullar. Biraz oturannan sonra bu patşah deyir ki, o qo­lun niyə düşüf, bajoğlu? Deyir ki, patşahın qələmi sınsın, patşah vur­duruf, saldırıf qolumu heylə. Deyir:

– Əşi, patşaha nağarmısan ki, qolunu heylə eliyif?

Deyir ki, patşaha qılınc qayırdım. Patşah, deyir, vəziri gön­dər­di ki, maa bir qılınc qayırsın. Mən də, – deyir, – patşaha ləyax bir qılınc qayırdım. Deyir, qoşun böyüyü gəldi ki, qılıncı verginən, pat­şah isdiyir. Mən verdim, qoşun böyüyü apardı. Deyir, aparır, qı­lınc yaxşı olduğuna qılıncı özü götürür, özünün köhnə qılıncını apa­rır verir patşaha. Patşah da deyir ki, bunnan gedin o qılınc qa­yı­ranın qolun vurun salın. Gəldilər, deyir, vurdular, qolumu saldılar. De­yir:


  • Patşahın nə günahı var? Qoşun böyüyü eliyif dana – kö­pəy­oğ­lu.

Deyir:

  • Köpəyoğlu elə patşahdı eyy! Günah patşahındı. Patşah niyə de­mədi ki, gedin o qılınc qayıran köpəyoğlunu gətirin bura, həmən o qılıncnan onun qolun özüm vuracam. Məni danışdırsın, mən də de­yim ki, mən qayıran bu döyül, mən qayıranı o götürüf.

Baxır görür kü, düz deyir. Vəzir deyir ki, görürsən ki, ay pat­şah? Görürsən, sənin zulumun belədi. Onnan sora gedir, deyir:

– İndi mən nətəər qoşun böyüyünü bilim ki, qılınc ondadı.

Deyir:

– Sən belə bir car çəhginən ki, savax hamı atı minsin, qılıncı gö­tüsün. Kimin qılıncı yaxşı kəssə, atı ötsə, ona ənam verəjəm.



Gedir heylə bir car çəkir. Hamı atın minir, qılıncın götürür – o bö­yüh adamnar dana. Başdıyır ötüşməyə, onnan qılınç vurmağa. Gö­rür, sən öl, qoşun böyündəki qılınc par-par yanır göydə. Deyir, hə, həmən qılınç bax budu. Çağırır qoşun böyüyün. Qoşun bö­yü­yü­nə deyir ki, nə qədər varın var, çıxartginan. Deməli, o kişini ay­lə­siy­nən bir yerdə ölüncəh onun çörəyin sən verehsən. Qılıncı da əlin­nən alır. O patşah onu, deməli, öldürmür kü dana, bu ölsə, onun çö­rəyinə köməy eləmiyəjəh. İndi bunu sağ saxlıyır ki, bunun ölüncə çö­rəyin sən verehsən. Onu da çağırır, deyir ki, əlini heç zada vur­ma, ailəlihcən otur, yeməyını hamısın bu verejehdi. O da həylə oluf.
297. MƏLİKMƏHƏMMƏD
Bir patşahın üç oğlu olur. Yekə oğlu deyir ki, ay ata, mən evlənməy isdiyirəm. Deyir:

– Bala, üçünüzü də birdən evləndirəjəm.

Gətirir hərəsinə bir yay verir, bir ox verir. Deyir:

– Hənsiniz hənsi qızı sevirsinizsə, bu oxu onun evinin üsdə atın.

Bu böyüy oğlan oxu vəzirin evinin üsdünə atır. Vəzirin qızını bu alır. Ortancıl oğlan vəkilin evinin üsdə atır. Bu da vəkilin qızını alır. Bu kiçiy oğlan oxu atır, ox şəhərdən başın götürür, uçur, çıxır ge­dir qırağa. Dalıncax getməy isdiyir, atası deyir ki, birin də at­gi­nan, bala. Bir ox da atır, bu da onun dalıncax gedir. Üçüncünü ve­rir, bu da onun dalıncax gedir. Bu deyir ki, yox, oxumun dalıncax ge­­dəjəm. Bu oxun dalıncax gedir. Gedir, görür kü, oxun üçü də bir qa­ra daşa sancılıf. Deyir:

– Həə, mənim qismətim qara daşdı yəqin.

Bu oxları çəkir, gəlməy isdəyəndə bu daşdan səs çıxır kı, mə­ni də aparginan. Məlikməhəmməd olur oğlanın adı. Qayıdır bu səs gə­lən tərəfə bir xeylax gedir, durur baxır, bir şey annıya bilmir. Bir də gələndə, deyir:


  • Məni qoyuf harya gedirsən? Məni də apar.

Bu gedir, daşı itəliyir, daş qalxır, görür qapı var. Belə görür ev kimi şey­di, oranı açır, görür kü, bura bir meymin bağlıdı. Bu meymini açır, götürür, gəlir. Deyir:

– Sən idin məni çağıran?

Bu da deyir:

– Hə.


Bu, meymini götürür, gəlir. Gətirir, saxlıyır. Bu atası deyir ki, ay bala, bu meymini saxlama, patşah oğlusan sən, ayıfdı, bunu ötür­ginən, çıxsın getsin. Meymini neynirsən? Deyir ki, ata, mənim oxum buna gedif sancılıf. Mənim baxdıma bu çıxıf də. Mən öz bax­dı­mı niyə kor eliyim? Budu mənimki, budu. Deyir:

– Bala, yox, o ləyax döyül.

Nəkqədənə gədiyə dirənirsə bu patşah, gədə deyir, yox, mə­nim baxdıma o çıxıb, o da qalajax. Bir günüsü patşah bu oğlunun üçün də çağırır. Deyir, arvatdarınız maa elə tuman-köynəh tikif gə­ti­rsin ki, qayçı kəsiv, iynə tihməmiş olsun, ləyaxlı şey olsun. Bu, be­lə-belə utandırmağ isdiyir bu gədəni. Gədə gəlir evə, bekaf gəlir. Bu meymin deyir ki, niyə bekafsan? Deyir ki, bəs belə dana... Deyir ki, tuman-köynəh gətirin qayçı kəsiv, iynə tihməmiş. Mən onu har­dan alım? Paltar tikənsən sən? Deyir:

– Vejina da alma. Getginən həmən daşın yanına. Denən, “Səl­mi həkim, Səlmi həkim”, – deyəndə ordan bir qadın çıxajax. Denən ki, Hürü xanım dedi ki, atamın ən kiçih hamamın versin maa. O sa­na gətirif bir qoz verejəh. O qozu sən gətirəndə dalda aşıx çalajax, oy­nuyajaxlar, səni çağırajaxlar, geri baxma. O qozu gətir maa.

Bu gedir, deyir, həmən qozu verillər. Qozu gətirir verir bu mey­­minə. Meymin afsun oxuyur, bu qoz fırranır, fırranır, böyüyür, açı­­lır, ordan tuman-köynəh çıxır, nə qayçı kəsif, nə iynə tikif, hazır. Bu­nu xonçuya qoyur, aparır atasına. Ollar da gətirir, bu da. Padşah ba­xır ki, buna, doğrudan da, nə qayçı dəyif, nə iynə dəyif, elə ya­rananda adam üçün yaranıf bu köynəh. Padşah buna məhətdəl qa­lır, yaxşı, meymin bunu nətəər elədi? Bu qarannıxlı qalır burda. Bir ne­çə vax qalannan sonra bu deyir ki, savaxları oğlannarım da, gə­lin­nə­rim də maa qonaxdı. Maa qonax gəleysınız. Çağırır gə­də­lə­ri, deyir:


  • Savax hamınız arvadınızı götürün, maa qonax gəlin. Üçü­nüz də.

Bu gədə gənə bekəf-bekəf gəlir. Deyir:

– İndi nədi? İndi niyə bekafsan?

Deyir ki, bəs belə-belə də, gərəy arvadımızı da götürüf qonax ge­dəh padşaha. İndi mən səni nətəər aparım ora? Zincirinnən tutum sə­ni nətəər hərriyim? Deyir:

– Arxeyin ol, düzələr. Gənə getginən həmən Səlmi həkimi ça­ğır, deynən, Hürü xanım deyir, mənim hamamı versin maa. O sa­na gənə bir qoz verəjəh, gənə onu götürüf gələrsən. Gənə geri bax­ma.

Bu gedir gənə bu qozu götürür, gəlir verir buna. Bu qozu hər­ri­yir-fırrıyır, badnusda qoz fırranır, fırranır, (üş qoz veriv özü də), bu üş qozun biri açılır. Buna paltar çıxır, belə heç patşah belə paltarı gör­müyüf. Bu, cildin soyunur – bu meymin. Bu elə bir qız olur, ba­xır­san ki, alışıf-yanır. Qoyur palazın altına cilitin. O iki qoz­dan da iki qız əmələ gəlir, çıxır. Ollar da bu qızın kənizidi. Bul­lar üçü də baxırsan ki, Xudavəndi-aləm, hesav elə, göyərçindilər. Bu­nu götürür gedir patşahın yanına. Padşah qonaxlığı verəndə bu, xəl­vətcə gədəyə də tapşırır kı, birdən mənim cildimi yandırarsan haa. Onu yandırsan, dəmir çarıx geyinif, dəmir hasa götüsən, məni ta­pa bilmiyessən. Bu, buna baxmır, elə burda qonaxlıxda qoyur, gə­lir bu meymin paltarını çıxardır, odu vurur. Odu vurur, meymin pal­tarı tüsdülüyüf yananda içinnən üş dənə göyərçin qalxır. Gö­yər­çin qalxır, deyir ki, Məlihməhəmməd, dəmir çarıx geysən də, gənə mə­ni tapa bilməssən. Gəzmə. Bu uçuf, çıxıf gedir, başına-gö­zü­nə döyür, nağarır ki, ə, mən bunu nətər eliyim, nağarım, neyliyim? Bu gedir, dəmir çarıx düzətdirir dəmirçidə. Bir də bir dəmir hasa əlin­də düşür yola. Kişininkin gərəy Allah verə, Allah düzəldə işin. Ge­dir görür kü, üş dənə devdi. Bu devlər dalaşıllar. Bu deyir, nədi, ni­yə qırırsınız bir-birinizi? Deyir:

– Bizim atamızdan üş dənə şey qalıf. Bir xalça qalıf, bir sırfa qa­lıf, bir də bir papax qalıf. İndi onun üsdə dalaşırığ, olları bölə bil­mi­rih.

Deyir:

– Buların vəzifəsi nədi?



Deyir:

– Xalçıya minirsən, “Süleyman peyğənbərin eşqinə, məni qal­dır Allahın yanına”, – səni qaldırır Ayın üsdünə. Onnan, sırfada “Sü­leyman peyğənbərin eşqinə, yeməh gəlsin”, – dünyada nə is­də­sən, yeməh gəlir. Papağı başına qoanda, get laf qoşunun içinə gir, sə­ni görmür. Sən olları görürsən, ollar səni görmür.

Deyir, sən öl, bunun üçü də maa lazımdı (söyləyici gülür – top.). Gətirir deyir:

– Mən daş atajam, üş dənə daş. Kim qavaxcan gəldi, xalça onun­du, kim onnan sora gəldi, sırfa onundu, kim axırda gəldi, pa­pax da onundu.

Deyir:

– Bu musurman nə yaxşı böldü ey bunu. Daşı at, gedəh.



Bullar bu daşı atannan sora papağı qoyur başına, sırfanı vurur qol­tuğuna, oturur xalçanın üsdə.

– Süleyman peyğənbərin eşqinə, məni Hürü xanımın yanında elə!

Bunu göyə qaldırır, yerə endirir, hara aparır, bilmirəm, gedir gö­rür, Hürü bir otağın içində yatıf. Qaravatın üsdə yatılıdı. İndi bu aya­ğının birini o yüzə qoyur, birin bu yüzə, bunun üzünnən öpür. Üzün­nən öpür, bu qayıdır bir də papağı qoyur başına, gedir künşdə otu­rur. Bu qalxır, güzgülüyə gedir, əl-yüzün yuyanda görür kü, üzü­nə xal düşüf. Deyir:

– Ay balam, bura adam gəlif, nətəər? Mənim üzümə niyə xal düş­sün?

Bu, çox fikirrəşir, axırda buna yeməh gəlir. Yeməh gəlif qo­yan­da bu başdıyır ordan az-az dindələməyə. Görür o tərəfi boşqavın bo­şalıf gedir. Bu araşqın başındadı, bunu görən yoxdu (papax). Bu­nu görmür, deyir:

Ay bəni-adam, çıx, səni and verirəm Allaha, görüm sən kim­sən?

Papağı başınnan götürür. Görür Məlihməhəmmətdi.

– Bura nətəər gəlmisən, nağarmısan?

Deyir:

– Dəmir çarıx geyindim, dəmir də hasa götdüm. Çarıx dağıldı, gəl­dim çıxdım bura.



Deyir:

– Səni atam görsə, para-para eliyəjəh. Burdan qaç. Bura nəyə gəl­misən? Saa demədimmi mənim cildimi oddama. Havağ isdi­yir­sən, soyunum, bir yerdə yaşıyax. Lazım olan vax onu geyməliyəm. Sən niyə onu oddadın?

Deyir:

– Bir səfdi eləmişəm, keçif, bir təhər elə.



Bu, anasına deyir ki, ana, bəs bu gəlif çıxıf. Anası deyir ki, bu­nu atana deməsəm, əmələ gəlmiyəjəh, qoy atana deyim. Atasına de­yir. Atası deyir ki, getginən Gülnən Simavarın nağılın maa gəti, on­nan sora qızı verim, götü get. Bu bilir ki, öz əliynən öldüməy is­də­mir bunu. Gülnən Simavarın nağılın heş kəs gətirə bilməz. Bu ge­dif bunu örgənəndə burda ördürejehlər orda. Bu gedir Gülnən Si­ma­varı... Xalçasın minir, deyir, məni apar ora. Gətirir xalça ora. Ge­dir görür kü, bir oğlandı, oturuf, bir də bir it bağlıdı küncə. Bu itin də qavağında çoxlu yeməh var, yemir. İrgəniv it ölür. Deyir:

– Qardaş, mən gəlmişəm Gülnən Simavarın nağılın aparam.

Deyir:

– Qardaş, yaxşı eliyif gəlmisən, amma əvvəldən mən saa de­yim ki, Gülnən Simavarın nağılı qırağa çıxmamalıdı. Onu saa de­səm, səni öldürməliyəm, gərəy öldürəm.



Deyir:

– Niyə öldürürsən ki? Nağıldı dayna, deynən, mən də bilim.

– Gərəh mənim əmim qızının sirri qırağa çıxmasın. Gül mə­nim əmim qızıdı. Simavar da mənəm.

– İndi ki deyirsən, məni öldür, deynən.

– Deyirəm, amma öldürejəm səni. Deyir, mən əmim qızıynan ni­şannandım, əmim qızın aldım. Vax gəldi, gejə durdum gördüm əmim qızı yanımda yoxdu. Bir neçə gejə nə qədər elədim, yuxu mə­ni tutanda bu duruf çıxıf gedif. Yoxdu mənim yanımda. Tapba­dım. Mən sora bunu busdum. Busdum, gördüm, əmim qızı mən ya­tan­nan sora durdu, ən yaxşı paltarrarın geyindi, düşdü yola. Mən də dur­dum qarabaqara bunun dalıncax. Mən o qədər getdim ki... Bu get­di qavırsannığa. Kətdən çıxdı, getdi qavırsannığa. Qavırsannıxda bir qapını döydü, qapını aşdılar. Mən baxdım ki, burda qırx haramı var. Bu haramının biri qıza bir şillə vurdu (mənim əmim qızına). De­di ki, niyə indiyənətən qalmısan? Deyir:

– Əmim oğlu yatmırdı, ona görə.

Deyir:

– Savaxları əmin oğlunun başın gətirərsən maa.



Bu deyir:

– Yaxşı.


Qız bullarnan kef eliyir, bu qayıdır gedir. Qız gələndə deyir:

– Hardıydın?

Deyir:

– Heç hara, çölə çıxmışdım.



Boynuna almır. Deyir ki, çölə getməmişdin, getdiyin yeri gör­düm. Bir də sən ora getsən, sənin başını kəsəjəm. Deyir:

– Ay eşşəh, saa kim dedi ki, ora get.

Eş­şəh deyən kimi mən oldum bir eşşəh. Deyir, bu kəndin erkəy eş­şəh­ləri darışdı canıma, məni deyir, qovdular çıxartdılar kət­dən. Uzax bir biyabanda bir ev var, getdim gir­dim onun çəpərinə ki, bu erkəy eşşəhlər mənnən əl çəhsin dana, döy­məsinnər məni. Getdim girdim ora, orda bir qız çölə çıxdı, məni gö­rəndə qayıtdı girdi içəri. Atası dedi:

– Nədi, aaz, eşşəhdən də utanırsan?

Deyir, dedi ki, ata, eşşəh döyül, o Simavardı, Gül onu eşşəy eli­yif. Deyir:

– Ay bala, ona əncam var?

Deyif:

– Həə, mən adam eliyərəm onu.



Bu qız gətirir bunun üsdə biraz su tökür – oxummuş su. Qa­yı­dır deyir ki, öz cildini alginan. Bu insan cildi alır, həmən oğlan olur. Deyir ki, getginən bu suyu tök Gülün üsdünə, hansı heyvana is­diyirsən, ona çöndər. Həylə eləməsən, birdə gənə səni həylə eli­yə­jəh. Getdim, deyir, mənim ürəyim gəlmədi əmim qızını heylə cildə sa­lam. O, deyir, məni görəndə dedi ki, a it, genə sən düzəldin gəl­din? Səni kim düzəltdi belə? Kim adam elədi? İt deyən kimi indi də it oldum, deyir. İndi də deyir, başdadı itdər məni boğmağa. Qaşdım de­yir, gənə həmən çəpərə getdim ki, bəlkə qız gənə irəhm eylədi maa. Qız gənə gördü məni, girdi içəri. Atam dedi ki, bəs həmən Si­ma­vardı gənə. İndi də əmisi qızı it eliyif. Bala, ona əncəm.. Gəlir gə­nə su tökür, deyir, öz cildini alginan. Bu suyu verir buna, deyir, onu nə isdiyirsən, elə. Yoxsa səni bu səfər eləsə, daha mənim gü­jüm çatan döyül. Elə həylə də qalehsan. Deyir, apardım mən suyu töh­düm onun üsdünə, onu it elədim. İndi həmən itdi elə ora bağlı. Nə­k­qədər yeməh verirəm, yemir, xorəh pişirirəm, yemir, pilov bi­şi­ri­rəm, yemir. Ət kəsif tökürəm yanına, yemir. Gərəh həmən gedəm o quldurrarın sümüyünnən yığam gətirəm, onu gəmirə yeyə. İndi dur gedəh, bajıoğlu, səni öldürəjəm. Deyir:

– Gedəh.

Bu düşür qavağa, bu da bunun dalıncax. Dalda papağı qoyur ba­şına, minir xalçanın üsdə, deyir:


  • Məni Süleyman peyğənbərin eşqinə, Hürü xanımın yanında elə.

Bu qayıdır baxır ki, gədə yoxdu.

Deyir:


– Vay, öyü yıxılan fələh, mənim əmim qızının sirri dağıldı.

Çox vaysınır, daha haray hara çıxajax. Gedir Hürü xanımın ya­nına. Gedir bunun atasına deyir ki, bu, gənə gəldi. Atası deyir, Si­mavarın nağılın gətdin? Deyir:

– Bəli, gətimişəm.

Deyir:


– Danış görüm.

Bu, nətər oluf, heylə də danışır. Baxır kı, sən öl, toşnu gedif, da­nışıf. Deyir:

– Nə yaxşı səni öldürmədi bə?

Deyir:


– Qaçdım, öldürə bilmədi. Hürü xanımın eşqinnən mən özü­mü qoruyuram hələlih.

Kişi görür kü, təhər yoxdu, gətirir qızı verir buna. Qızı verir bu­na, götürüf gəlir başdıyır ömür sürüf, gün keçirtməyə. Səni də xoş­baxd ol.


298. İMAM EHSANI
İmam Hüseynlə İmam Həsən qardaşdılar. Bullar qapıda oyna­şıl­larmış dana. Bu Musa peyğənbər Allahın yanına söz aparmağa ge­dir. Gedəndə bir kişi bunun qavağın kəsir, deyir ki, sən Allah, mən əvəzdən gedirsən. Allaha denən, mənim züryətim yoxdu, maa zür­yət versin də, nolar. Deyir:

– Yaxşı, deyərəm.

Gedir o, öz sözün deyif qutarannan sora Allaha deyir ki, belə bir adam yolun qırağın kəsmişdi, dedi ki, denən bəs mənim uşa­ğım olmur. Havax maa bir züryət verəjəh ki, mənim çırağımı yan­dır­sın? Deyir:

– Onun safsem uşağı olmuyajax, ona uşax vermiyejəm.

Kişi qavağını kəsir. Deyir ki, bəs belə-belə dana. Dedi ki, onun uşağı olmuyajax. Bizə yalan danışmağ olmaz. Nə deyiv, onu de­yirəm saa. Bu kişi ağlıya-ağlıya gedirmiş. Bu İmam Hüseyn buna de­yir ki, əşi, niyə ağlıyırsan? Deyir ki, neynirsən? Başına dönüm, heş bişey. Qırsakqız olur, deyir ki, yox e, bir denən görüm niyə ağ­lı­yırsan? Deyir ki, bəs belə-belə, Musa peyğənbər Allahın yanına ge­dəndə dedim, bəs mana bir züryət versin. O da deyif, ver­mi­ye­jəm. Deyir ki, əşi, mən xahiş də eliyərəm, saa bir züryət verər. Ge­dir cənabi Əliyə deyir ki (Əli bulların atasıdı dana), bəs, ata, o ki­şi­yə Allah uşax vermir. O da ağlıya-ağlıya getdi. Mən də söz verdim ki, gedif atamnan xahiş eliyəjəm, o da Allaha yalvarsın. Sən Allah, bəs Allaha denən, ona bir uşax versin, yazıxdı. Cənab Əli deyir ki, Xu­davənd-aləm, özünə agahdı İmam Həsənnən İmam Hüseynin söh­bəti. Mən saa nə deyim? Bullar xahiş eliyir ki, o kişiyə bir zür­yət versin. Allah deyir:

– Yaxşı, oların xətrəsi üçün verərəm.

Kişinin bir oğlu olur. Bu imamnar qırılannan sora arvadına de­yir ki, hər ima­mın müsübətində ollara eysan verejəm. İmam Həsənnən İmam Hü­seynə eysan verəjəm. Hər imamın müsübətində eysan verir. Bir ili­si, deməli, gənə imamnarın qırılmax vaxdı gələndə, qətl gələndə bu­nun ehsan verməyə pulu olmur. Deyir:

– Ay arvad, aparıram gədəni qul bazarında satam. Ollar verib bu­nu maa, elə bilirəm, heç vermiyif də. Aparıram satam, ehsan ve­rəm.

Aparır bazarda:

Ay qul alan, ay qul alan!

Bir nurru kişi çıxır. Deyir ki, neçəyə verirsən onu?

Deyir:


– Min manata.

Deyir:


– Bu uşax yaxşı qula oxşuyur. Mən on min verirəm buna.

Gətirir on min manat verir, bu uşağı alır. Bu gəliv həmən imam eysanın verir. Qayıdıv onnan sora bekaf öydə arvatnan otu­rul­lar. Axşamımış. Uşax da yoxdu. Arvat da bekaf oturuf, bu da. Otu­ruf görür kü, uşağı həmən alan kişi budu gətirir. Deyir, sən öl, qay­tarır uşağı. Mən də pulu xaşdadım. Nətəər verəjəm? Na­ğay­ra­jam?­ Gətirir uşağı, deyir ki, uşağını götür, saxla. Deyir:

– Əşi, pulu xaşdamışam.

Deyir:


– O pulu özüm vermişəm saa.

Deyir:


– Sən kimsən?

Deyir:


– Mən İmam Həsənnən İmam Hüseynin atasıyam (Əli). İndi­yə­nətən nə ehsan vermisən, Allah qəbul eliyiv onu. İnnən belə Al­lah deyir, daa verməsin, bəsdi. Ehsan vermə, uşağını da satma. Bu uşa­ğın, bu da sən. O pulu da mən özüm bağışdamışam saa.

Onnan sora saxlıyır həylə.


299. ALLAHA PƏNAH
Bir kişi Allahın yanına gedir. Bu, Allahın elçisidi (xəbər apa­rıb, xəbər gətirən). Bu gedir, bir müddət gedənnən sora yolda görür kü, dərədə bir sürü ceyran otduyur. Çox fikirrəşir, yaxınnaşır, bul­la­rın böyrünnən keçəndə, bular Allah tərəfinnən dil açır. Deer ki, ha­ra gedirsən? Deer ki, bəs belə-belə. Gedirəm Allahın yanına. De­yiv:­

– Olar saa bir xayiş eliyəh?

Deyif:

– Nədi?


Deyifdi ki, biz susunnan qırılırıx, yeddi ildi su üzü görmürüh. Be­lə sabaertə tezdənnən nə otun üsdündə şeh olur, onu görürüh, on­nan sora ta biz su görmürüh. Xayiş eliyirəm, halı ol görəh, bizə ha­vax bir yağış yağajax, doyuncan su içəjiy? Dəəndə deer ki, baş üs­də. Bu gedir.

Özü də ceyrannar da deyifdi ki, əgər desə ki, yağajax, yalın ba­şına çıxanda oynaginan, bizim yanımıza çatmamış ha. Bular də­rə­dədi, bu yalın başındadı. Deyiv:

– Orda oynaginan. Biləjiyih ki, ya­ğış yağajax.

Gəlif görür kü, Vallah, ceyrannar bulanır, susunnan be­­lə keçillər, belə bulanıllar, gah yatıllar, gah durullar, gah ayağ­la­rıy­nan qulağın qaşıyıllar, nəysə. Fikirrəşir, fikirrəşir, deyir ki, ə, Al­la­ha pə­nah. Noolar, olar. Buların qəlbin niyə sındırım? Burda hah eli­yiv ora gedincə qolumu qaldırıv oynamasam, əvləri yıxılajax. Elə bı ya­lın başında “Allaha pənah” eliyif belə, oynuyur. Oynuyanda gö­rür bi qara bulut çöhdü, nətəər. Ha eliyif (bu kişi) ceyrannarın ya­nına çatmamış, sel, su götürür buranı. Sel gəlir. Kişi təəcüb eli­yir:­

– Ə, bu, nə deməhdi? Allahda da yalançılığ olar? Maa deyif yed­di ildən sora yağajax, heş yeddi dəyqə çəhmədi. Bu nətəər oldu?

Dəəndə, deyifdi ki, eybi yoxdı. Deer ki, bilirsınız nə var? De­er, nə var? Deer ki, mən heş-zaddan şüpələnmirəm, elə Allahı ça­ğır­dım, o yalda oynadım, o elədi. Deyir:

– Nədi?

Deyifdi ki, Allah mana dedi ki, yeddi il bunnan sora yağajax. Yed­di il yeddi ildi, heş yeddi dəyqə çəhmədi. Razılaşıllar. Nəysə, bu­lar gedir. Vax gəlir, vədə gəlir, ay keçir, il dolanır, günnərin bir gü­nü bu bir də gedir. Deyir ki, Allah, saa fəda olum, sizdə də ya­lan­çı­lığ olur? Deyif:



– Yox, nədi ki?

Deyir:


– Bəs o vaxdı mən belə bir söz dedim.

Dedi:


– Axı sən Allahı çağırdın, Allaha pənah elədin. Sən maa pə­nah­ gətidin, ona görə.

Yağdırır, olar da ordan suyu içir, yaşıyıllar.


300. GET, QOVAQ AĞACINDAN SORUŞ
Bir dənə kişi (bir oğlan) bir bəyə nökər gedir. Buların şərti be­lə olur: Bir il qoynuma gedeyssən, bir il tamam olanda girəssən ağı­la.­ Mən burdan qapını açajam çıxsın, sən ordan, hasarın başınnan (ağı­lın başınnan) neçə qoyun atsan, sənindi. Deyir:

– Yaxşı.


Razılaşıllar. Bu da babat oğlandı. Olmırol. Bir il bına ço­ban­çı­lığ eliyir. Bir ildə bına verdiyi olır qatığ – axşam, sabah, günorta. Gün­də üş dəfə qatıx verir bına. Ayrı şey vermir. Vax gəlir, ili ta­mam olanda bu oğlan deyir ki, ta vaxdım tamamdı dana. Gedir ço­ban arxadan girir, bı da qapını açır, qoyunu bəri kisiyir. İndi bı or­dan təh bir toğlu atır. On beş, iyirmi kiloluğ bir heyvan atır. Çoban çox kor-peşman olur ki, bir ilin çobançılığı bir quzuya dəydi. Gedir bir çoban var, çobanın yanına.

– Ə, qardaş, nooldu?

– Nətəər oldu?

Deyifdi ki, bəs belə-belə.

– Ə, bıdee, bı toxluyu atmışam.

Deyif:


– Ə, nə danışırsan, bir toxlu nədi? O canın, cəsədin yiyəsinə bir toğlu nədi ki?

Deyifdi ki, Vallah.

Deyif:

– Ə, yediyin nə oluv? – dəəndə deyifdi ki, yediyim, qatığ olıf – axşam, sabah, gü­nor­ta.­



Deyif:

– Allah eviyi... Qatıx səni belə quruduf dana. Sən qatığı yemə.

Deyif:

– Nağayrım?



Deyif:

– Qatığı götdünsə, gəti çölə, apar tök ode, o yalın başındakı qo­vağ ağacına. Ağacın dibinə tök. Ode, bax o qara qoyun var e.

Deyib:

– Hə.


Deyib:

– Bir kasa götü, çörəh götü dana. O qara qoyunun südünnən sağ, ye.

Deyir ki, yaxşı. Bu, bu fason eliyir bir il. Genə bir il qalır axı. Bic­cə quzusu var, biccə toxlusu var. Bir il tamam olannan sora özü də görür kü, uje qolunda güc var. Hərdən-birdən o toxlunu götürür be­lə atır, gah belə atır, idman eliyir. Vax gəlir, ili tamam olur. İli ta­mam olanda genə burdan bu qoyunu açır, o ordan girir. Qoyunun ya­­rısın tulluyur çölə. Padşahdı, bəydi, nədi (qoyunun sahibi) deyir ki, bu işdən məni agah eləginən. Bu, nə deməhdi? Deyif:

– Ay qardaş, keçən il bir qoyun atdım. Protif getmədin, mən də get­mədim. Elə bir toxluydu, qismətim oydu. İndi də bir belə qo­yu­­nu atmışam, niyə protif gedirsən? Ona da şükür, buna da.

Dəəndə deyifdi ki, yaxşı, halalın olsun, hamma sirri aş. De­yiv:­

– Get, qovağ ağacınnan soruş.

Gedif görüllər ki, qovağ ağacı quruyuf.

301. QONAQ QAÇIRAN KİŞİ
Bir kişi pastayannı burdan gəlif gedirmiş Beylaqana. Bey­la­qan­nan da qayıdırmış burdan gedirmiş. Bizim qapının böörünnən ke­çir. Ev yiyəsi fikirrəşir ki, bu, axşam-sabah elə mənim əvimdədi. Mən bu­nu nağayrım? Bunu nətəər eliyim? Nəysə, olmurol. Bir gün ar­va­da deyir ki, arvat. Deyir:

– Hə.


Deyir ki, arvat, o isdootun yekəsin bir qaba yığ, balacasın da bir qaba yığ.

Deyif:


– Yaxşı.

Gətirir isdootu iki qab eliyir. O balaca isdootdarı mənim ya­nı­ma qoy deyir, yekə isdootdarı onun qabağına qoyginan kı, desin ki, ə, məni nə çox isdiyillər e. Maa yekə isdoot qoyuflar, buna balaja is­doot qoyub. Deyir:

– Yaxşı.

Gəlircə qəşəg isdotu başdıyır kişi yeməyə. Bı da oturuf, səər tez­dənnəndi e, hələ işə gedir e. Elə belə isdootu götürür bu fason (əv­ yiəsi), belə tutur saflarınnan, gəmirir. Birəz çiyniyir, yeyir. Ye­yən­nən sora birin də götürür çiyniyir. Hərəsinin də yanına qu­ruş­qa­da su qoyur. Su da alışdıran şeydi. İkinci isdootu yeəndə sudan içir. Axı bunun da isdootdarı yekədi. Görür kü, kişinin gözü yaşarır (qo­na­ğın gözü yaşarır). Gördü, yox, yiə bilmir.

– Ə, qardaş, niyə otumadın?

Deyif:


– Yox, qardaş, çox sağ ol, evdə də yemişdim, bəsdi. Allah var elə­sin.

Deyif:


– Yox, bunun dalınca gedəjəm.

Görüv əyənnən bəri bir atdı gəlir.

– Ə, qardaş, bırdan belə bir adam keşdi. Gördün onu?

Deyif:


– Hə, keşdi.

Deyif:


– Nədi?

Deyifdi ki, Vallah, qardaş, amma dəyəsən, qudurmuşdu, ulu­yur­du.


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə