Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,74 Mb.
səhifə2/28
tarix08.04.2018
ölçüsü2,74 Mb.
#36696
1   2   3   4   5   6   7   8   9   ...   28

3. NƏHƏNG İNSANLAR
Bizdə orda (Bəhrəmli kəndini nəzərdə tutur – top.) köhnə qə­bi­rsannığ olufdu. Adi bu qəbirsannıxlar kimi olmuyufdu. Ordakı qə­birlər üç metir, dört metir uzunnuğunda olufdu. Orda yaşıyan in­san­narın bu bazu sümüyü yoxdu? Onun uzunnuğu bir belə olufdu (əl­lərini geniş açır – top.). Ayaxları dizdən qartdanmırmış. Bədən uzun oluf də. Ceyran qaçağan heyvandı. Ceyranın dalınnan yüyürüf bax belə tutullar. Ceyran Allaha yalvarır ki, bu nə zulumdu düş­mü­şüh? İnsannar yüyürüf bizi tutuf, daa bizim kökümüz kəsildi. Allah-ta­ala tərəfdən oların dizinə kündə salınıf, diz qapağına. O insannar kün­də salınannan sora yüyürə bilmiyiflər. Kündə də sifdə deylənə gö­rə, arxada oluf. Diz qapağı geri qatdanırmış. Soradan Allah-taala təz­dənnən götürüf qavağa qoyuv o kündəni. Ona görə indi irəli qat­da­nır. Ona görə qaçışda böyük maneə yaranıf. Axı ceyranı da Allah de­er, mən yaratmışam. Camahat tökülüf qovalıyıf tutuf qırırmış cey­ranı.
4. İNSANLARIN MÜXTƏLİF DİNLƏRƏ AYRILMASI
Rəvayətə görə, bütün insannar bir ananın, bir atanın uşağı olul­lar. Bir törəmədən olullar. Yekələnənnən sora bıllar bir-birin qı­rıl­lar. Peyğəmbər öz yoluynan gedirmiş, görür kün bıllar bir-birin öl­dürüllər, qırıllar, batırıllar. Bir-birinin sözü bir-birinə xoş getmir. Nəy­sə, gediv aralıyıf, deyifdi ki, sizi aralıyram, sizin həraaz bir dinə qul­luğ eliyəssınız. Heş birıız bir-birıızın dilini bilmiyəsız. Başa dü­şüf bir-birızı qırmıyasıız. Rəvayətə görə, ona görə də bıllar hərəsi bir dinə, məssəvə qulluğ eliyiflər.
5-6. KARVANQIRAN ULDUZU
Karvanqıran ulduzu adamı alladır. Bilirsən, niyə? Dan yeri qı­za­randa bir dənə ildız çıxır. Həmən ildıza oxşar biri də axşamnan bir xeylax keşmiş çıxır. Bir karvan yola düşəcəymiş. Bıllar yat­mış­ı­mış­dar ki, dursunnar yola düşsünnər, getsinnər. Harasa köçüf ge­de­jey­mişdər dana. Karvandı. Görüllər ki, ildız çıxıf. Elə biliflər ki, hə­mən ildızdı. (O, dan yeri qızaranda çıxır e). Duruv axşamnan yola dü­şüflər. Gethaget, gethaget, gethaget, neynirsən elə, yol qutarmır. So­yux, qıyamat, maşakqat. Dövlət hamısı qırılır. Kim salamat qalır, bil­mirəm. Həmən ildız o karvanın gejə hamısın qırıf. Alladıf da. Ax­şamnan çıxan ona oxşuyur. Amma səhər tezdən dan yeri qı­za­ran­da çıxan ildız o yekə ildızdı. Helə ildız görühmür. Hamısınnan ye­kə o görükür.
6.

Deməli, karvan hazırraşıf ki, yola düşsün. Bıllar zada ge­dir­miş, alverə gedirmiş dana. Bınnan irəli dəveynən-zadnan gedil­lər­miş. Səki dan ulduzu doğanda gedejeymişdər. Göyün üzü ayazıyır. O dan ulduzunnan qavax biri doğur e, yekə. İki sahat-üş sahat qa­vax­ doğur, o, karvanqıran ulduzudu. Hələ də bax o göydə sifdə – qa­vaxcan gəlir. Doğur, qalxıllar. Biri görür: – Əyə, əyə, gör havağa qal­mışıx? Dan ulduzu doğuf hara qalxıv e? Yola düşüllər, irahlaşıf ge­dillər bir az. Gejənin yarısıdı. Gedillər, qar-çovğan tutur, yolda qı­rılan qırılır, qırılmıyan da nə günnərə qalır. Onnan sora qayıdıf gə­lillər. Ona deyillər, karvanqıran. O, dan ulduzunnan qabax doğur hə­mməşə. Çox qavağ e, iki sahat-üş sahat qavağ olur.


7. ÜLKƏR ULDUZU
Bilirsən, Ülkər ulduzu nədi? Bir şahın gözəl-göyçəh bir qızı va­rı­mış. Bir gavırın da ot tayası varımış. Bı gavır aşığ olur bının qı­zı­na. Ta bir qar qarrıyıf, bir qar qarrıyıf ki, da bu şahın dööləti qı­rı­lır. Gedif nakqədər yalvarıf gavıra ki, bı otdan ver, yazdı dana, bəl­kə hava açı­lar, heyvan qırılmaz. Deyif, qızı verməsən, vermərəm. Qı­zı ver, otu verim. Atası gəlif məl-müşgün. Qız deyiv, ay ata, niyə həy­lə? Deyiv, ay bala, vermədi. Bax maa da bir belə sual qoydu qa­ba­ğıma. Qız deyiv, ata, döölət qırılmaxdansa, məni ver, döölətını qır­ma. Yaqin ya­zı belədi. Kişi elə bına irazılaşıf ki, savax gedə qızı ve­rə, otu gətirə. Qız çıxıf görüf ki, bir yekə ulduz var, sarı ulduzdu. Ba­xıf deyif:

Ülkər yana sallandı,

Doğdu, yana sallandı.

Ya Rəbb, yaza nə qaldı?

Ülkər yana sallandı.

Gavır məni aparer.

O bir ulduzun yanında bir kopa2 ulduz əmələ gəlif. (Baxsan, sən də görərsən). Savağ ertə bir gün çıxır, bir gün çıxır, İlahinin işi­di ha. Qar lıkqıllıyır geder, gavır da qızı ala bilmer. Ot da gavırın elə qapısında qaler. İlahının işinə heş kəs əl aparmaz.
8. AYIN ÜZÜ NİYƏ LƏKƏLİDİR?
Onu Fatma ana eliyif, başına dönüm. Ay oğlandı, Gün qızdı. Ba­jı-qardaşdılar bular. O deyif, mən qəşəngəm, bu deyif, mən qə­şəngəm. Bıllar ikisi də qoşa qaçıf gəliflər analarının yanına. Deyif:

– Ana, hankimiz qəşəngih?

Fatma ana əlin belə vırıf gədənin üzünə. Həmən əlnən saj kül­lüyürmüş, əli küllü-küllü vırıv üzünə. Deyif:

– Ə, sən oğlansan, yeri işinə, o qızdı, o qəşəhdi.

Həmən ləkədi, onun üzündədi.
9. FATMA ANANIN HANASI
Günüsü varımış Fatma ananın. O, günüsüynən həməşə çə­ki­şər­­miş dana. Günüsü vejinə almır öyə nə lazımdı, nə zaddı. Elə tap­dı­ğın yığır, yığışdırır, tapbadı qalır həylə. Çox tənbəlimiş bının gü­nü­sü. Yağış yağır, ayazıyan təki Fatma ana tez durur, qurşax çəkir, üç irəh. Biz uşağ olanda soruşardığ, o nədi, nə irəhdi? Bınnan irə­li­ki ağsakqallar deyərdilər, Fatma ana hanasın qurdu. Hanasın qurdu, uje günüsünə görkəzir ki, mən qavaxcan durdum, hananı qurdum. Sən yatıf qalmısan.
10-20. QARAÇUXA
Xızıra Qaraçuxa deyirih. Həmşə də deyirih ki, heş kimin Qa­ra­çuxası yat­ma­­sın, oyağ olsun. Qaraçuxa evin bə­rə­kə­tidi, evin ur­zu­su­du, evin ən yaxşı qonağıdı. Bir şey olanda deyirsən kin, Qa­­ra­çu­xa­nın adına bir yaxşı şey bişirim. Bir fəsəli bişirim. (Köhnə ar­vat­dar fə­səli bi­şirərdi). Fəsəlinin xamırın yoğurursan yağnan, sajın üs­dün­də belə eliyif qo­yur­san, belə-belə də eliyif yağ tökörsən qəşəh, yağ­lı bişer, Qa­ra­çuxa­nın adı­na paylıyırsan. Deyirsən, onun eşqinə pay­lıyıram. Yuxuna girsə, gözəl­di. Bəzən görürsən ki, yuxuna gəlif gi­rif. Onda deyirsən ki, o­­nun eşqinə bişirirəm. Bir yaxşı şey olanda de­yirsən ki, maa büyün bir yaxşı şey oluf. Bax, Qaraçuxanın eşqinə bu­nu eleyim. Be­lə. Heş kimin Qaraçuxası yatmasın. Maa bax pisdih eli­yən adamınkı da yatmasın.
11.

Qaraçuxa həmeşə oyaxdı. İndi sən burda özün gəzersən, Qa­ra­çuxan sənin arxanda, sənin həndəvərində hərrəner. Bədbəx ha­di­sə-zad olanda eliyəndə deellər, hə, filənkəsin Qaraçuxası yatıfdı. Heş kimin Qaraçuxası yatmasın. Qaraçuxa həmməşə ayığ olur, am­ma­ day sən görmörsən. Heş kəs görmör e. Böyründə-başında hər­rə­nir.


12.

Deerəm, Allah heş kəsin Qaraçuxasını yatırtmasın. Elə vaxt oluf­du ku, yuxuda görmüşəm ki, deer, qorxma. Sən bala, özün ur­za­lı olajehsan, heş bir şey də dəymeyjəh. Görmüşəm ki, onnan sora maa deef ki, dur getginən, su axer. O sudan su içginən. Həh elə­mi­şəm, görmüşəm yuxudu, duruf su işmişəm.


13.

Bax, sənin də Qaraçuxan var, mənim də Qaraçuxam var, am­ma gözə görümmür. Bizim hər birimizin Qaraçuxası var. Ona görə də həmməşə deyir ki, salavat çəvirəndə bir dəfə də Qaraçuxa­la­rı­mı­zın ruhuna görə salavat çəvirəsən dana.


14.

Eşitmişəm kin, yəni kiməsə nəysə olsa, onun gözünə görükür. Şəx­sən mənim özümün gözümə görüküfdü. Bax, elə bil, qoyun va­rı­dı, gördüm ki, qoyun gejə çıxıf, aydınnıx gejədi e. Gördüm bir uzun, qara paltar adam qoyunu qaytarıf gətirir. Bax ona Qaraçuxa de­yillər, qızım. Mən şəxsən onu görmüşəm.



15.

Qaraçuxa, elə bilginən ki, yatersan, sana bir zaval gəler. (Sana de­miyim, özümə deyim). Qaraçuxa özü yunuldu3. Bir-birinə de­yil­lər ki, aaz, fılankəsin Qaraçuxası yatıfmış e, getdi bir belə qəziyə düş­dü. Qaraçuxa yunuldu. Elə bil, Qaraçuxan əgər oyaxdısa, Qa­ra­çu­xan sənnəndisə, Qaraçuxan ojağınnan küsmüyüfsə, işdərın yaxşı ge­der. Sana yuxunda, ola bilər ki, desin, büyünnəri bir belə xeyir ta­pajaxsan. Buyünnəri, məsələn, bı işin irasdadı. Uzağ olsun, bir za­val gələjəhsə, Qaraçuxan deer, buyün çıxmaginan. Məsələn, al­ve­rə­mi-nəyəmi çıxma. Buna deyillər, Qaraçuxan əyağ üsdəymiş. Yanı ki, bir iş olur, maşın gəlir, bax-bax belə tokqaşır, dəymədi, avarya ol­madı. Deyillər, aaz, aaz, Allah saxladı e, Qaraçuxası əyağ üs­dəy­miş.


16.

Hamının Qaraçuxası var. Sənin də, mənim də var. Hamının var. Canın üçün, bir dəfə mən Qaraçuxanı gözümnən gördüm. Bizə qo­nax gəldi. Böyrümüzdə də bir xəsdə kişi varıdı, onun öyüydü. Gət­dih bir quzu kəsdih. Quzunu kəsəndə mən olardan xəlvət qu­zu­nun budunun birin kəsdim verdim o xəsdə olan öyə kin, bişirə verə xəs­dəyə. Qaraçuxa uzun kişidi. Gejə gördüm kin, quzunun içinnən hə­mən qaraçuxalı kişi geder. O ət oosanata düşdü. Ona görə gör­düm, quzunun içinnən geder.


17.

Mən bir dəfə balaca olanda masqiletdə dayımnan gedəndə mas­qilet aşmışdı, qalmışdım altında. Sol tərəfim əzilmişdi burdan. Bir ayacan yerdə yatdım. Onda mana qurvan demişdilər. Qurvan, elə bil, bir az gej kəsildi. Mənim ikinci bajım (o biri qəsəbədə olur) yu­xuda nə görür, o da olur. Çıxıf çölə, gejeymiş. İçəri gələndə de­yir, gördüm kin, bosdannan evin arasındakı qapıda uzun, qara pal­tar­rı, bax saçı da bıra düşən uzun bir gəlin dayanıf. Əlin də qaldırıf qa­pının üsdünnən belə məfdil qayrılırdı e, onnan tutuf. Deyir, dedi ki, dediyınızı niyə eləmirsınız? Deyir, çöndüm, baxdım. Dedim, nə de­mişih? Deyir, dedi ki, evınızda uşax yıxılıf, ona qurvan demisız, o qurvanı kəs­məmisız. Gedin qurbanızı kəsin, ziyannıx ziyannıx gə­­tirir. Elə sə­hərsi gün durdu bajım danışdı, həmən qurbanı da get­dih kəsdih.

Anam xəsdələnəndə oturardı qohum varıdı, olarda. Qorxurdu xəs­dələmməhdən. Deyirdi ki, qorxuram, bı xəsdəlih məni öl­dü­rə­jəh. Gediv, elə bil, isdi təndir başında danışmışdı o sözü qohuma. Ağ­lıya-ağlıya, elə bil, gəlnimizin anasıynan… Ona danışmışdı. So­ra gejə ge­nə bajım yuxuda görmüşdü kü, həmin o qadın gejə çöldə da­yanıf deyir ki, anana denən ki, heş vaxdı isdi təndir qırağında ge­div ağ­la­ma­sın. O ağlıyanda göydə mələhlər də ağlıyır. Anan yaxşı ola­jax, ama çox qorxu çəkir. Ona denən ki, heç bir xəsdəliyi yox­du. Elə-belə xəs­dəlihdi, bekara şeydi. O ağladıxca göydə mələhləri ağ­lat­ma­sın o. Mənim yox, ama ikinci bajımın həmməşə gözünə gö­rü­kürdü. Öz də qorxmurdu e, duruv onnan söypət eliyirdi. Qa­ra­çu­xa­sıdı onun. Deyir, düm qara paltar geyinirdi, uzun gəliniydi. Saçı da, hörühləri bax bıra düşürdü (söyləyici əlini topuğuna apardı – top.).
18.

Deyillər, Qaraçuxa guya hənsi evin hayatında görühsə, o ev var­rı olur, yaxşı olur. Həylə deyillər. Qaraçuxa yatsa, deyillər ki, sə­nin Qaraçuxan yatıf a, gəlirin yoxdu. O gərəy özü oyana, onu mı­cıx­lıyıf qaldımağnan iş getmir haa. Gərəy onun özü qalxa ki, uje Qa­raçuxam qalxıf, əlim gətirir. Həə, yaşı keçmişdər həylə deyir.


19.

Allah hamınızın Qaraçuxasını ayığ eləsin həmişə. Kürəyinizin ara­sında dursun. O Qaraçuxa deer, insanın kürəyinin arasında duran bir qüvvədi. Heylə deellər.


20.

Qaraçuxanı eşitmişəm. İşə gedirdim, gəlirdim ki, çörəh yox­du. Səhər işdən qalmıyım. Xamırı qatırdım. Yatırdım. Ajıyan vax­dı görürdüm kü, Qaraçuxa gəldi, məni belə-belə oyatdı. Tez qalx­­dım. Gör­düm, xamır ajıyıfdı. Həə. Qayıtdım baxdım ki, qapıda bax belə əl­lərini qoyuf, uzun, qara kişidi. Bax belə tamaşa eleer. Çıx­dı getdi. Onu mən görmüşəm. Qaraçuxa elə üsdümcən hərrənir.


21-29. QARA ÇOBAN
Onun qəbri Nərgiztəpədədi. Çox hündür adamımış. Onun bir sa­pant daşı var, deməh, Qaraçuxdan nətəər atıfsa, gəlif düşüf No­o­ruz dərəsinə. Sahiyə düşüfdü. Savet devrində nəkqədər texnika va­rı­dı, onu o sahədən çıxarda bilmədi, güjü çatmadı çıxartmağa. Hey­lə bö­yüh qayaydı. İndi orda yatax yeri var. Qara Çoban çox qüvvəli ada­m­ımış. Orda bir bulax var. Orda kəhriz də var. Orda yatax yeri var. Elə bilginən ki, hexdar yarım yerdi. Qoyunnan ötrü ağıl çəkif. Elə bi­zim kətdən də baxanda aralıdan görükür. Hər tərəf koldu, ora açıx­­dı. Qa­ratikanı kökünnən yoluf, ağıl çəkif qoyununa. Deməh, or­da onun yatax yeri olufdu. Onnan xeylağ aşağı gəlirsən, bulax yeri var. Orda daşın için oyufdu, durba qayırıf, apa­rıf qo­yuf bulağın gözünə, ordan daşın içiynən su gəlif tökülür. Uşax vaxdı girirdiy onun içinə. De­məh, son zamannarda onun ölən vaxdıymış, köçən vaxdıymış, nə­yi­mişsə, o dur­banın ağ­zına bir dənə daş qoyuf, yumruğuynan nə­tə­ər belə vu­ruf­sa, su kəsilif. Daş elə həmən yerindədi. Elə onnan da bu­lax qu­ruyufdu.
22.

Qaraçux elə bizim yerdi. Qaraca Çovan yaşıyıv orda tarixən. Da­ğın döşünə gedirsən, orda qaratikənə belə baxırsan, meşədi da. Bir addım yer yoxdu. O, o qədər güjdüymüş kü, o qaratikənin bo­ğa­zınnan belə tutuf, qoparıf atırmış. Onun kökü çıxası döyül e. Bax or­dan qaratikəni yoluf tulluyuf. Bu sahatdarı da orda qaratikən bit­mir. Özünün döylətin-varın orya yığıf. Ora dağ yeridi, daşdıxdı. Aşa­­ğı Nərgiztəpə var ha, ordan buna hücum eliyəndə həmən o daşı sa­p­andına qoyuv üsdünə gələnnərə atıf. Qaraca Çoban bizim yurtda ya­şıyıf. Hardasa, bir on kilometir yol var. Ordan daşıyır, o qoşunun qa­vağına atıf qırırmış.

Həmən Nərgiztəpədə onun qavırrarı var. Yeddi qavrı var. Ye­ri də məlumdu e. O qədər böyühdü ki, bir yerə sığmıyıf. Bölüf gə­ti­rif­lər, deyilənə görə. Qolun bir yerə basdırıflar, qılçasın bir yerə bas­­dırıflar, üsdün qara daşnan götürüflər. Bizim də uşax vax­dı­mız­dı. Oranı bizə gösdəriflər (ağsakqallar göstərif) ki, bax bu Qara Ço­ba­nın yurdudu, onnan sora qəbridi.
23.

Deyillər ki, orda Qara Çoban olufdu. Mən gözümnən gör­mü­şəm o yeri. Qaraçuxdan əyilif, deyir, Xonaşennən su içirmiş. Onnan onun məsafası azı bir on kilometir olar. Dağın tikannarın yoluf. Tə­rə­kəmə vaxdı, elat dağdan gələndə qoyun arxaşdan qaçırmış. O qa­ra­tikannarı yoluv əliynən, qopardıf kökünnən çıxardıf, qoyunnara qə­həl4 çəkirmiş. Həmən o qəhəlin də yeri bı sahatdarı Qaraçuxda məh­limdi.


24.

Qaraçuxda ağıl yeri var. Deməynən da, gözümüznən gör­mə­mi­şih ha. Qaratikan kolun kökünnən çıxardıf, belə hesav elə, bir ağıl fasonda yer düzəldif. Bir beş yüz-altı yüz qoyun girən yerdi. Or­da kol bitmir, ama qırağında belə çəpər kimi yer var. Qara Çoban or­dan gətirip Xonaşin çayında heyvanı suarıp qaytarırmış. Sora or­da kəhriz yaradıb o. Qaraçuğun ətəyində kəhriz düzəldip. Onun mey­din öləndə gətirip Nərgiztəpədə sıreynan bölüp basdırıplar. Uzu­nu­muş e, yekeymiş. Üşdü-dörtdü, bölüp basdırıflar Nərgiz­tə­pə­də. Deyilməyinə görə, guya Qaraçuxdan uzanıf Xonaşin çayınnan su içirmiş. Heylə deyillər. Onnan sora Qara Çoban çıxdı getdi, er­mə­ni gəldi ora yelihləndi.


25.

Vaxdiynən elatın dediyinə görə, Qaraçux dağı Qara Çobanın ye­­ri­di. Qaraca Çoban orda təsərfatına, qoyununa yer qayırıf. O qə­dər qüvvəli adam oluf ki, onu baltaynan, dəhrəynən kəsmiyif, kö­tü­yü əliynən çəkib çıxardıb. Həmən yer helə də qalıf. Amba neçənci il­lərə gedir, onu bilmirəm. Qara Çoban orda yaşadığı müddətdə, heç bir işğalçının, qoşunun ona gücü çatmıyıfdı. İkinci, deyilənə gö­­rə, Qaraca Çobanı Nərgiztəpədə basdırıflar. Daşdarı var, sal daş­dar. Ora da köhnə, qədimi Ağcabədi rayonunun Ofşar kəndinin qəb­ristannığıdı. Qaraçuğ, həmən Qaraca Çobanın adıynan addanır. O Nərgiztəpədəki daşdar elə daşdardı ki, dağ daşdarı döyül, çaydan çıx­ma daşdı, sal daşdı, götüməy olmur, ağırdı.


26.

Bəhrəmni kəndi Qaraçux zonasında olub. Qaraçuğ da qədim əra­zidi. Orda Qaraca Çobanın arxac5 yeri varıdı. Onu Nərgiztəpədə ma­na atam gösdərifdi. Deyirdi ki, bax bu Qaraca Çobanın qəbridi. So­ra ermənilər onları məhv elədi. O Qaraçuğun döşündə Qaraca Ço­banın arxacı vardı. (Həmin o qoyun saxladığı yeri sonralar, de­yə­sən, əkdilər ermənilər. Amma son vaxlara kimi dururdu). O qədər güj­dü adam oluf ku, kol deyillər, qaratikan kolu, onu çəkif kö­kün­nən çıxardıf. Orda heylə özünə arxaç yeri düzəltmişdi. Atın bağ­la­dı­ğı kolun dibi, onnan sora itdəri bağladıxları kolların dibi, hamısı ay­­dın görünürdü. Deyirdilər ki, Qaraca Çobanın arxacıdı ora. Uşax vax­­dı bizə deyirdilər ki, bu daş parçaların guya o sapanda qoyuv atıf. Deyirdilər ki, Qaraca Çobanı yeddi yerə bölüf bas­dı­rıf­lar. Yed­di dənə belə-belə uzun qəbir varıdı. Soradan ermənilər or­da bağ sal­dı, olları məyf elədilər.


27.

Qaraçux dağıdı. Babalarımızın dediyinə görə, Qara Çoban bu dağ­­­larda yerrəşif. Aşağıda da avşar qəbirsannığıdı. Bu avşarrar da öl­ünü çox ağlıyandı. Deyir, avşar camahatı gəlif ölülərini ağlıyanda Qa­­ra Çoban Qaraçuxda duruf sapantnan qəbirsannığın sağına-so­lu­na daş atırmış. Camahatı qəbirsannıxdan qovurmuş ki, bəsdi ağ­la­dınız. Nər­giztəpədəki o yekə, qara daşdar həmin daşdardı, qalıf or­da.



28.

Qaraca Çoban çox qüvvəli çoban oluf. Bölgüyə-zada ge­dən­də, camahat torpax payı böləndə deyirmiş ki, maa daş verin. Daşı atır­mış, hara qədər gessə daşı, deyirmiş, bıra qədər mənim yatax yer­rə­rim­di. Daa onun o atdığı daş hara düşürmüşsə, ordan oyana ikinci bir adam onun ərazisinə gəlmirmiş. Qaraca Çoban bizim re­gi­onda do­ğulup. Onun bizim bı hissədə yeri var, arxaş yeri. Mən özüm gö­züm­nən görmüşəm. Orda yaşdı kişilər də söypət eliyir ki, Qa­raca Çoban alət-zad olmuyan vaxdı çuxasın soyunuv, ona büküf ti­kanı, ağaşdarı kötüyünnən çıxardıf. Bu günə kimi ollar bitmirdi, qı­raxları da ti­ka­nıydı. Yanı ora Qaraca Çobanın arxacıydı. Qaraçuğ de­yilən yer var, Qa­raca Çobanın arxacı həmin ərazidə yerrəşir. Onun məzarrığı var. O öləndə çoxlu daşdar gətirif qoyuflar. De­mə­li, o vaxdı kim gəlifsə, bir qara daş gətirif, onun məzarına qoyuf. Onun məzarının uzunnuğu, hardasa, bəlkə də iki yüz metir, üş yüz me­tirdi. Hər gələn bir qara daş gətirif qoyuv onun üzərinə, dəfnə gə­ldihləri bilinsin deyə. O vax­dı yazı-pozu yoxumuş, çovannar sa­vassız olarmışdar. Onnan biliflər ki, hamı munun dəfnində gəlif iş­ti­rak eliyif. Məsəlçün, iki yüz çoban varsa, iki yüz də daş gətirilif ora. O vaxdı da yazmax-pozmax olmur­muş də. Daşdarnan bi­lir­miş­dər kim gəlif deyə.


29.

Onun bir bulağı varımış. O, işdiyi bulağın içərisi çox dərin idi. Mən görmüşdüm o bulağı. Yanı heş kim əyilif su götürə bilməzdi or­dan. O, Qaraca Çovanın bulağı oluf. İt-pişih girməməhdən ötrü onu də­rinnəşdiripbiş özü. Ancağ özü uzanıv ordan içirmiş. Qeyri bir in­san, bizi kimi insan uzansa, başı o bulağa çatası deyil. Mütləq biz ora nə­ysə sallamalıyıx, götürməliyih. Ona görə də rəvayətdə de­yir ki, an­cax Qaraca Çovan ordan uzanıf su içirmiş. Bayavoy adam oluf.


30. KAFTAR
Kaftar insan şəklində olur. Bu, bilirsən harda oluf? Ağ­ca­bə­di­nin Hind arxınnan Mardagertin arasında. Əmim deer, yatmışdım. Qar­­daşım da orda oluf, amma o da deer, yatmışdım. Əmim görüf kü, maşının qavağında be­lə hündür bi şey, adam dayanıf. Düz ma­şı­nın qavağında. Əl atıf ki, tuta. Ma­şını deer, belə üsdünə elədim. Ele­yəndə deer, arxasıüsdə yıxıldı. Yı­xıldı deer, getdi. Düşdüm, çay­dan üzümə su vurdum, deer. Ax­lım başıma gəldi. Amba onu tək o görməmişdi. Onu neçə sürücü gör­müşdü helə, bax həmən yerdə. De­erdi, hündür, qılçaları nəzih, əl­ləri bax belə tühlü. Kişi pal­ta­rın­deydi, deer. Deer, maşının qa­pı­la­rı­nın hamsını bağladım. Knop­ka­la­rın ikisin də vurdum. Deməh, əl atıf tullanıf deer. O vaxdı da da­yım kiçih oluf, balaca oluf. Deer, elə on­da qorxdum ki, birdən oya­nar, qorxar. Onun dərdinnən deer dim­mə­dim. Elə bu başdadı ma­şı­nın qabağında oynamağa. Tullanır de­er, kabinkıya, isdiir ki, qapını aça. Qapının da deer, knopkaların vur­muşam. Deer, o yolnan deer, qu­tardıx.
31-32. ƏZRAYIL
Bajımın qaynənəsi xəsdeydi. Gejə ona qaroul çəkirdih. Otur­muş­dux hammız. Da bilirih ki, gedəsidi. Anamnan otumuşdum. Ba­jım­ıdı, məndim, anamıydı. Anam dedi ki, odey, Azreel gəldi, bala, gəl­­­di. Dedim, nə gəldi? Dedi, Azreel gəldi. O sahat itdər hürüşdü. Az­­reelin gəlişini, deməli, itdər bilir. Elə anamın deməyinən, it­də­rin sə­si kəsilməynən arvadın canı çıxdı.
32.

Getmişdih ölü yeri vardı, ora. Kişi də xəsdələnifdi. Nəysə. Çö­rəh yedih, elədih. Qayıtdı ki, bə beyjə Azrayıl darvazanın ağ­zın­day­­dı. Nizami zarafatnan dedi ki, yox, ə, gəlmişdi səni öldürməyə. Bur­­da elə-belə zarafatdaşdıx. Dedi, ə, Vallah, bala, beyjə qapının ağ­­zındaydı, durmuşdu qapının ağzında. Biz çıxdıx gəldih bəri. Hay çıx­dı ki, kişi ölüf.


33. QILLICA
Qıllıca da qıllı şey olormuş dana. Pis şey olormuş e. Adamı-za­dı yeyermiş. Bir xalam oğlu varıdı, Hüsöön addı. Deyer, bir dəfə gəl­dih, bıralar hamısı yeyəsizdiyimiş dana. Gəlif qohum öyünə, qa­yı­dıf gedəndə deer, bir az aralanannan sora gördüm, bir ağ dəvə düş­­dü dalıma. And içirdi anası ki, deyirdi, at çapıf gedif çıxıf ferma va­rımış yalda, orya. Ta utandığınnan demiyif ki, belə bir şey var. De­ellər, qorxorsan, düş qal burda dana. Sora görüfdü kü, ferma bu­du, bıların da ferması bınnan belədi dana. Ta orya çıxanda tanıyıf ki, hə, bizim ferma belədədi. Deyer, elə fermadan bir az aralananda bir də düşüf dalına. At özün çatdırıf öyə. İt hürüşəndə yoxa çıxıf. Də­və yoxa çıxıf. Deyerdi, neçə ay yatdı bı Hüsöön. Qorxusunnan da­­na. Deer, gedif baxdırıflar, deyif kin, onu at qutarıf. At qu­tar­ma­sa, onu öldürəjəhdi. Qıllıca dəvə təki şeyimiş.
34. KAFTARKUS
Biri olurdu e, dolanır ata-zada, uzanır. Kafdarkus deyillər e. Bı qavrısdannıxlarda olormuş. Qavaxcan qavrısdannıxda goreşən de­erdilər. Mənim bir qohumumun dəvəsi ova qayıdıf dağdan gə­lən­də yoxa çıxır. Gedif dəvəni gəzməyə. Ova aralanıfmış dana qa­vır­san­nıxdan. Dəvəni gəzif qayıdanda görüf kin, qavırsannıxda bir ke­çi var. Keçini götürüf qucağına. Ta deyif, keçidi dana, aparıf. Bı da go­­reşənimiş. Keçini alıf qucağına, atı sürüf. Bir zaman baxıf kin, bı ke­çinin dal əyağı yernən sürünür. Axı bı balacadı. İndi ata dolaşa, atı yıxa, qayıda adamı yeyə. Bu elə qorxmuyuf dana. Qavaxdan qal­xızıf çırpıf yerə. Deyif, get, get, anan namaz üsdündeydi, qaç. Hə, bax o da oluf. Olmuş şeylərdi ollar.
35-41. HAL
Kadının uşağı olanda onu Hal aparırmış. Nənəmgil deyirdi da (mən onu görməmişəm). Onda qapıda keçi çığırdırmışdar, güllə atıl­larmış. Onnan sora kadın özünə gəlirmiş. O güllənin səsinə guya qa­çırmış. Nənəm deyirdi ki, onu bizim ulu babamız tutub. O da nə­tə­ər tutub? Xana toxuyullarmış, gəvə. Toxuyub, bular yatışırmış. Sə­hər durullarmış ki, düyün-düyündü. Kişi yatıb ojağın yanında. Be­lə də şiş qoyub ojağa. Şişin uju qızarıb. Bular gəlib gəvəni rah­lı­yıl­larmış da. Kişi şişi götürüp qılçasının burasınnan (söyləyici əlini aya­ğına toxundurur – top.) yandıranda bu özünü itirib. Olar iy­nə­dən, sancaxdan qorxullar. Çığıranda kişi tutub. Tez üsdünə iynə ta­xıb. Onda nənəm deyirdi ki, (nənəmin də anası danışırmış ona) ye­kə bir arvadıydı. Onu göndərillərmiş suya. Deyirmişdər, “get, gej gə”. Ge­dif beşcə dəyqədə suyu doldurub gəlirmiş. Deyirmişdər, “get, tez gəl”. Gediv otururmuş, axşam gəlirmiş. Bax belə iş tutur­muş. Bular gə­rəh ona tova dedirdeydi ki, nəslinə, kökünə, uluvau­luna, nəvlem eee, yeddi arxa dönəninə mən dəymeyjəm. Gediv uşaxlar su gə­ti­rer­miş. Deyif, bunu çıxart. Çıxardıf. Gəlif deyif ki, Ojaxqulu baba, Ojax­qulu baba (Ojaxquluymuş kişinin adı). Çıxıf, deyif nədi? De­yif, bir belə qaldım evində, məni incitmədiz, ona görə çox sağ olun. Dəy­meyjəm, sana heş bir ziyannıx vermeyjəm. Mana gərəh tova de­dirdeydin. Mənnən mal isdeydin, pul isdeydin, nəvlim, nəysə is­dey­din dana. Bunu da eləmədin. Mənnən istifadə eləmədin. Ancax sa­na bircə onu deyirəm ki, gəlinnərniz, qızdarnız ev süpürsün, da­lın­cax zivil gəlsin. Təmizdiyniz olmasın.
36.

Deməli, bizim tayfada bir nəfər oluf, bunun atı olufdu. Bu, hər gün gedir görür kü, at örühdədi, qan-tərin içərsində, yalı da hö­rü­lü­dü. Bir gün belə, iki gün belə... Deyir ki, bəs gecə səhərə kimi bu Hal ata dinşdih vermir. Neynəməh lazımdı? Qırı əridir, bezin üzə­rin­də atın belinə çəkir. Səhərə yaxın gəlir, ata yaxınnaşanda görür kü, atın üzə­rin­də bir məxluq var. Bir kadın xeylağıdı. Haldı da. De­mə­li, bu da bi­lir ki, Halın yaxasına tez iynə, yaxut da san­cax sanşsan, onda bu gözdən itmir, qalır. Və nə qədər ki bu san­cax, bu iynə onun yaxa­sın­da­dı, bu itayət eliyir onu tutan adama. Bu da bu minvalnan bu Halı tutur, yanı qırdan aralana bilmir və san­ca­ğı da yaxasına sancır. Atın belində Halı tutur, gətirir evə. Hal bur­da bu adamlarnan bir yerdə qalır, yaşıyır, işdiyir. Günnərin bir gü­nündə bu Hal axı getməy is­di­yir. Bu gəlir, yaxınnaşır bir kadına, de­yir ki, bəs əlimə tikan batdı, bu iyneynən bunu çıxart. Hal üs­dün­də­ki iynəni gösdərir. Özü onu götürə bilmir. Bu da sancağı çıxardan ki­mi Hal artıx qayıdır ilkin formasına də. Ama gedərkən bir söz de­­yir. Deyir, siz mənnən sarımsağın neçə dərdə dərman olduğun so­ruşmadınız. Ama məni burda işdətdiniz, mən də sizə qarqış eli­yi­rəm ki, yurdunuz avand olsun, ama həmişə zi­billi, tör-töküntülü ol­sun. Bu, belə qarqış eliyir, və gözdən itir gedir. Anam deyirdi ki, buna görə də bizim öyləri həmişə nə qədər yı­ğıf-yı­ğışdırsalar da, elə tör-töküntü olur. Və bu, həmin o Halın qar­­ğı­şıdı.


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə