Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,74 Mb.
səhifə23/28
tarix08.04.2018
ölçüsü2,74 Mb.
#36696
1   ...   20   21   22   23   24   25   26   27   28

BAYATILAR, AĞILAR, VДSFİ-HALLAR


1. Qardaş kişmiş kimidi,

Civə düşmüş kimidi.

Qardaş ölənnən sora

Bajı gözdən düşmüş kimidi.


2. Qardaş, qardaş, quş qardaş,

Qanadı gümüş qardaş.

Bajın qəriv eldədi,

Gəl atdan düş, qardaş.


3. Arazı ayırdılar,

Kümnən62 qayırdılar.

Bajı qardaşdan ayrılmazdı

Zülümnən ayırdılar.

= Arazı ayırdılar,

Qumnan qayırdılar.

Bizi öz elimizdən

Zülmnən ayırdılar.

= Arazı ayırdılar

Qum ilə doyurdular.

Dünya hamısı atadan, anadan doy­­sa da, atam-anam bizə doy­maz

Ata­mı, anamı da bizdən zülm ilə ayırdılar.


4. Dağda quzu məliyər,

Quzu əmər, məliyər.

Balası itən ana,

Quzu deyin məliyər.



5. Dağları gəzdim, gəldim,

Güllərin üzdüm, gəldim.

Üzüm tutdum Vətən sarı,

Vətənnən əlimi üzdüm, gəldim.

= Dağları gəzdim gəldim,

Daşdarın düzdüm gəldim,

Əyax qoydum, əl çəhdim,

Sənnən əlimi üzdüm gəldim.


6. Ay doğdu, sənnən oldu,

Gün doğdu, sənnən oldu.



Bala, mən sənnən ayrıl­maz­dım,

Ayrılıx sənnən oldu.


7. Qardaşın adı gəlsin,

Saralsın, adı gəlsin.

Nə qədər qərivlih çəksəm,

Bircə öyladım gəlsin.


8. Dağların dumanı var,

Çisgini, dumanı var.

Nə qədər ömür sürsəm,

Bir gün birinə gümanım var.
9. Fələyin lili yansın,

Dindirsin, lili yansın.

Mən balamnan ayrılmazdım,

Fələyin ağzında dili yansın.


10. Axşamüsdü dan üzü,

Şamlar yanar dan üzü.

Konluma qardaş düşsə,

O da gələr dan üzü.



11. Boz at gəlir yenişdən,

Sinəbəndi gümüşdən.

Yeddi il namuraz gəlmisən,

Bala, Allah murazını versin tər­kindəki yemişdən.
12. Bala, səni görüm xoş yaşa63,

Götürgünən xoş yaşa.

Fələyə yalvarıram

Sana bir gün, taleh yazsın,



On­da ömrünün sonunacan

xoş yaşa.


13. Bu dağdan

Çisgin, gəl get bu dağdan.

Bir quzu itirmişəm,

O da oluf bu dağdan.


14. Anam, otu yanımda,

Bajım, otu yanımda.

Birin sən de, birin mən,

Dərt qalmasın canımda.


15. Dağdan aşdı, dedilər,

Tora düşdü, dedilər.

O, fələyin toruna

Yamanca duşdü, dedilər.



16. Fələh, mana baxdılar,

Qan ağladı, baxdılar.

Baxlılar baxdın götürdü,

Fələh yazdı, baxd olar.


17. Gəlinə bax, gəlinə,

Əlin vuruf belinə.

Gəlinə bir şey deməmiş

Gedif çıxer evinə.


18. Dağda duman yeri var,

Duman, güman yeri var.

Bajı qardaşdan küsüf,

Qardaş, onda onun güman

yeri var.


19. Qızılgül vağam oldu64,

Dərmədim, vağam oldu.

Təbiyətim elə gətirdi

Çovanım ağam oldu.


20. Gəlin gedəh Daşbulağa,

Daş götürəh Daşbulağa.

= İkimiz yoldaş bulağa.

= Suyu sərxoş bulağa.

Birin sən de, birin mən,

Qoy qalsın daş bulağa.

= Tökək qan-yaş bulağa.

21. Qəmli qəmin ağlıyar,

Qəmsiz özün dağlıyar.

Qəmli nə qədər xoşbax olsa,

Öz qəmini ağlıyar.


22. Dağlardan aşdım, gəldim,

Çölləri dolaşdım, gəldim.

Dəryam elə qarğ oluf,

Fikrim çaşdı, gəldim.


23. Mən əzizim, ağlamazdım,

Gülərdim, ağlamazdım.

Bilseydim vəfan budu,

Heş sana bel bağlamazdım.
24. Qardaş, gəl qonağım ol,

Döndər gəl, qonağım ol.

Əgər gəlif arzılasan,

Yeddi il gəl, qonağım ol.


25. Qardaş hayandadı?

Dilim ayandadı.

Boyana əhdim, bitmədi.

Qardaşım hayandadı?


26. Axşamüsdü, dan üzü,

Quşdar uçar dan üzü.

Sana bir səda göndərrəm

O da çatar dan üzü.


27. Getdi, yarısı qaldı.

Gün getdi, yarısı qaldı.

Elə qəhri-qəza oluf

Günümün yarısı qaldı.



28. Ömür sənnən, gün sənnən,

Gəl, keçməz gün sənnən.

Ömrüm gedif, günüm gedif,

Günüm keçif gün sənnən.


29. Dağlardan aşdı, dedi,

Dilə dolaşdı, dedi.

Dilim sərfəsiz oldu,

Əlimnən qaşdı, dedi.


30. Boz atı bağlamışdım,

Yağlıyıf, bağlamışdım.

Qardaş gedənnən sora

Ürəymi dağlamışdım.


31. Əzizim, olmıyeydı,

Saralıf solmıyeydı.

Ölüm Allahın əmridi,

Bu qojalıx olmıyeydı.

=Dağlar olmıyeydı,

Açılan gül solmıyeydı.

Bir ölüm, bir ayrılıx,

Heş biri olmıyeydı.



İkisi də yaman dərtdi.

= Deer, bu dağlar olmuyoydu,

Saralıf, qardaş, solmuyoydu.

Ölüm Allah əmridi.

Ayrılıx heç olmuyoydu.

=Dağlar olmıyeydi,

Saralıf solmıyeydi.

Bir ayrılıx, bir ölüm,

Zülümnən olmıyeydi.



32. Dünyam, sənnən kim keşdi?

Kim qarğ oldu, kim keşdi?

Nə qədər fikirri gəzdim,

Öz qəlbimnən gör kim keşdi?
33. Mən əzizim, gülöyşə dərdi,

Yüklənif lökə65 dərdi.

Nər çəhməz, maya çəhməz

Bu yetimin yekə dərdin66.


34. Məni anam ağlasın,

Cannan yannan ağlasın.



Can balalarım, nə verməsin bajıma, nə verməsin qohuma,

Təhcə anam ağlasın.


35. Dağlarda maral azdı,

Ovçu çox, maral azdı,

Ağlama, ay ana, ağlama,

Ölmərəm, yaram azdı.


36. Apardı çaylar məni,

Həfdələr, aylar məni.

Yüküm qurğuşun yükü,

Bala, yordu bu taylar məni.


37. Ay doğdu axdalandı,

Doğduxca axdalandı.



Ay bala, gözdədim, gözdə­dim,

gəlmədin,



Axırı qəvrim üsdü taxdalandı.
38. Bu yol gəlir Çaxmaxdan,

Su yorulmaz axmaxdan.



Vallah, ta gözdərim tu­tul­du,

gözümdə qara qalma­dı,

Yollarına baxmaxdan.
39. Gəncədən gəl, Gəncədən,

Atın yesin yoncadan.



Ana, məni vuran elə vurdu,

Belim sındı incədən (söyləyici

ağlayır – top.)
40. Ana, məni az ağla,

Çox bilirsən, az ağla.

Al əlinə qələm, dəfdərini,

Mən deyim, sən yaz, ağla.


41. Göynən gedən sonalar,

Biri-birini yan alar.



Hər ağlaşmada deerəm.

Dursun gəlsin yanıma

Oğlu ölən analar.
42. Başında ağ şalı var,

Ağ şalın göy xalı var.

Elə analar ağlıyır ki,

Onun dərdinin mənim dərdimə

oxşarı var.




43. Dərədə mal mələdi.

Yalqızdı, mal mələdi.



Ay ellər, ay ovalar, mənim

dərdim yaman çoxdu,

Mana bir yol bələdi.
44. Mən aşiq, dəvə damı,

Tikdirdim dəvə damı.

Nə çöldə səyyar oldum,

Nə evdə ev adamı.



Hamsınnan sərgərdan oldum.

Nə arvat oldum, arvatdıxda adım

axı­ratan çıxmadı. Nə də­li oluf

çöl­lərə düşmədim ki, de­yələr ki,

həə, dəli oldu, çölə düş­dü. Dərt

çəhməhdən bu gü­nə qaldım.
45. Gedərəm, gedən olsa,

Zülfünü hörən olsa.



Göz yaşımnan bir ərzəm var, ba­la,

Onu apar sana verən olsa.


46. Dağlar, ulu dağlar,

Çeşməli, sulu dağlar.

Əllərim ərzə yazır, bala,

Gözdərim də qan ağlar.


47. Maral o yüzdə varmı?

Otdar, o yüzdə varmı?

Yaman oğlannar itirmişəm, bala,

Burda yox, görün o yüzdə varmı?
48. Mən aşıq, o güneylər,

O quzeylər, o güneylər,



Yaralı analara bayram təsir

eləmir, bala, ana balasıynan öpü­şüf, görüşüf, qucax­laşan­da,­

Bayramın o gün eylər.


49. El getdi, binə qaldı,

Binə nə günə qaldı?

Mənim balalarımnan görüş­mə­­yim, irax yerdə qalannarın

canınnan,

Qiyamat günə qaldı.


50. Bir ev tikdim dəyirmi,

Çuvuxları iyirmi.



Dedim, ay bala, yoldaşını da

alıp yanına, hara gedirsən be­lə,

nə uzax səfərə gedirsən,

Bəs bu ev sənin döyülmü?

51. Göydə buludam səni,

Sərəm, qurudam səni.

Öləm, bəlkə qəbrə girəm

Ay balalarım, onda unudaram səni.
52. Bu yola yolmu gedər?

Karvanı bolmu gedər?

Kəsər o duşmannar yolu

Bala, görən yanına yolmu gedər?
53. Göydə göyərçin ağlar,

Yuvada laçın ağlar.

Balalarım yadıma düşəndə, bala,

Başımda saçım ağlar.



54. Gedirdim o düzdərnən,

tez kəsdin salamı bizdərnən?

Bilseydim ki, belə ayrılıx olajax



Bala, öpərdim gözdərinnən.

55. Gözdərim gözdərinə,

Qurvanam sözdərinə.



Heç olmasa, gedim yalvarım

ilannara,

Dəyməsin o gözdərinə.
56. Mən öldüm ağlamaxdan,

Ağa göy bağlamaxdan.

Gözümdə yaş qalmadı, qora

qal­madı

Bu qədər ağlamaxdan.


57. Mən aşıx, gündə mənim.

Boynumda var kündə mənim.



Fələh bir işdədi, burnum­nan

gəl­di, töküldü

Gördüyüm gün də mənim.
58. Mən aşıx, yaza nə qaldı?

Qış keşdi, yaza nə qaldı?

Bala, taxsır qələmdə döyül,

Mürvət yazana qaldı.


59. Dağdan aşıf gedənə,

Qanı coşuf gedənə.

Bu dünyanın baxtəvəridi

Ateynan, aneynan halallaşıf

gedənə.


= Gələnə bax, gələnə,

Dağdan aşıf gələnə.

Elə xoşum gəlir ki,

Halallaşıv ölənə.

= Dağdan aşıf gələnin

Qanı coşuf gələnin (kövrəlir – top.).

Xoş halına o bəndənin

Anasıynan, bayısıynan halal­la­şıf ölənin.


60. Yerim uja saldılar,

Aparıf uja saldılar.



Vallah, ölməyə gonlum yo­xu­du, ay ana,

Məni güjə saldılar.


61. Anam, anam, öz anam,

Qoynu dolu köz anam.

Bir günümə, bir ayıma döz­mür­­dün,

İndi illər boyu döz, anam.


62. Bu yol Cavada gedər,

Aşar, Cavada gedər.

Uçuf könlümün quşu,

Gör nə havada gedər.


63. Mən aşıx, el kəsənnən

Kəsə gəl, elkəsənnən.

Vətən yaman yadıma düşüf,

İsdiyirəm gedəm, qorxuram yol­kəsənnən.




64. Mən aşıx, vətən sarı,

Geyməyə kətan sarı.

O qədər ölümüyeydim,

Yönüm düşeydi vətən sarı.


65. Mən öldüm, anam qaldı.

Oduma yanan qaldı.

Nə bu dünyadan kam aldım,

Nə bir nişanam qaldı.


66. Qan olar,

Eləsən, füqan olar.

Balalarım gələn yola

Anası qurvan olar.


67. Xoruz ban verəndə gəl,

ay bala,

Yaram qan verəndə gəl, ay bala,

Mən səni çox arzuladım, gəlmə­din,

Barı can verəndə gəl, ay bala.


68. Mən aşıx, yermi ola?

Qaşın üsdə telmi ola?



Bala, qəriflikdən yaman bez­mi­şəm, bir ağır köç eləmişəm,

Gör yanında yermi ola?


69. Qurvan olom boyuna,

Ellər gəlsin toyuna.

Bir hava çaldırgınan,

Anan girsin oyuna.


70. Samalyot göydədi,

Qanatdarı yerdədi.

Ay Xudavəndi Hak Allah,

= Balalarıma qurvan olum,



Mənim balalarım qərif yerdə­di.
71. Bulax bulağa gəlsin,

Çay da bulağa gəlsin.

Çıx o qəlbi dağ başına,

Səsin qulağa gəlsin.


72. Bulağın başı sənsən,

Dibinin daşı sənsən.

Dünya gözələ dönsə,

Hamsının başı sənsən.


73. Bu dərədən yol düşdü,

Budax sındı, qol düşdü.

Kəsildi bizim yollar,

Qeyri yerdən yol düşdü.


74. Bağca məndə, bar məndə ey,

Heyva məndə, nar məndə ey,

Qoynum ətdar tükanıdı ey,

Hər nə desən, var məndə ey.


75. Köynəyin gülü yansın ey,

Od tutsun, gülü yansın ey,



Belə deyir, səni mənnən

ayıranın ey,

Ağzındakı dili yansın ey.
76. Dağlarda qar səsi var.

Yağıfdı, qar səsi var.

Atdar ifcin67 nallanıv ey,

Veranada gənə səfər səsi var.


77. A dağlar, qoşa dağlar.

verifsən baş-başa, dağlar?

Səni görüm, min il yaşa, dağlar ey,

Min il yaşa, dağlar.
78. Gəlin, gəlin, saşdı gəlin ey,

Gədihdən aşdı gəlin ey.

Gəlinin yığdığı düyünü,

Kimlər aşdı, gəlin?


79. Savalanı buz bağlar,

Belə dört yanı yarpız bağlar.

Sonsuz öyünə qonax gəlif,

Onun atın qız bağlar.

Nətəəridi, a bala? Bayatıdı.
80. Öylərim Maşatdadı,

Tikilmiş Maşatdadı.



Belə isdərəm, ana, duram yanına gələm,

Qollarım daş altdadı.


81. Dağda dolu durufdu,

Belə dolu boynun burufdu.

Deyir, mən o doludan qorxuram,

Dolu məni vurufdu.


82. Qəribəm, ağrılı başım,

Yasdığa damer qannı yaşım.

Çıxallar boylanallar,

Deyər, qərip, gəler qardaşın.68

Qərivin sözü çoxdu e. Buların hamsı bayatıdı.
83. Dağların lalasıynan,

Gül əhdim piyalasıynan.

Denən, məni niyə atdın getdin

Yanımın iki balasıynan?



Bullar ölülərin bayatısıdı ha. Dirilərinki də var.
84. Oğlan, adın Alıdı,

Gün dağları dalıdı.

Verdiyin qızıl üzüh

Barmağımın malıdı.



Bu mahnıdı, toyda deyirih.
85. Dağlar, qoşa dağlar,

Nə verifsən baş-başa, dağlar?

Səni qoydux yendih,

Min il, yüz il yaşa, dağlar!


86. Bu gələn haralıdı?

Hansı dağın maralıdı?

Əyil, üzünnən öpüm ey,

Ürəyim yaralıdı.



87. Əli, Vəli eşqına,

Murtuza Əli eşqına.

Buna bir məmə verin,

Buna bir haray verin.

İmam Hüsöyün eşqına.
88. Hey, mən aşıx, Haramı dağlar.

Məryam69 yaramı bağlar,

Burdan bir cavan gəlin = iyid gedip,

Göylər kişnər, bulud ağlar.


89. Mən aşıx, dağda nə var?

El getmiş (=köşmüş), dağda

nə var?

Kül başına, dəli konlum ey (= ey Məcnun),



Leylisiz dağda nə var?
90. Deyir, ağlaram ağlar kimi ey,

Dərdim var dağlar kimi.



Belə xəzəl ollam tökülləm ey,

Veran qalmış bağlar kimi.


91. Gəlin gəlin olmadı.

Al-yaşılı solmadı.



Vallah, gəlinə kimnər

qarğı­yıb ey?

İli tamam olmadı.
92. Belə bulağın başı sənsən.

Dibinin daşı sənsən.

Ələm ələmə dönsə,

Hamsının başı sənsən.


93. Ölləm Diri dağı,

Duman, gəl, bürü dağı.

Ölüm Allah əmridi,

Yamandı diri dağı.


94. Dağ başını qar alanda.

Gül divini xar alanda.

Yar özgüyə yar olanda

Dön, bağrı daş olan konlum!


95. Deyir, bu xavar nə xavardı?

Genə yaram qabar-qabardı,

Bir yanı köçüp gedip,

Bir yanı bexavardı.


96. Xavarı qarğadan al.

Qırıldar, qarğadan al.

Qarğadan da almasan,

Bir atı yorğadan al70.


97. Mən aşıx, hər aylar,

Hər ulduzdar, hər aylar.

Başım cəllət əlindədi,

Dilim qardaş haraylar.




98. Ay gəlin, çaya gəl,

Çaya, çimənə gəl.

Məndə bir din-iman qoymadın,

Sən də bir din-imana gəl.



O da mahnıdı.
99. Bağçalar olmasın barsız,

Heyvalar olmasın narsız.



Denən, belə mən təki gözəl

Olmasın yarsız.


100. Qavrımı qazallar qatı,

Üsdündə bəzəllər atı.

Axır mənşər qiyamatı

Ölüncə (=ölsəm də,) döm­mə­rəm sənnən.


101. Qavrımı qazallar ası,

Üsdümdə tutallar yası.

Ömrümün ey qan piyalası,

Ölüncə (= ölsəm də,) döm­mə­rəm sənnən.


102. Mən aşığ, ay Mədət,

İlkar Mədət, Ay Mədət,

Dan ulduzu baş verdi,

Ayrılıxdı, ay Mədət!


103. Başında ağ şalı var.

Ağ şalın göy xalı var.

Belə bu gedən qızın ey,

Yarıma oxşarı var

= Bu yatışınnan, bu duru­şun­nan

Mana oxşarın var.



104. Göynən gedən qu məni ey,

Belə nineer çağırıf bu məni ey,

Nineer71 çağırıf bu məni.

Əl dəsmalını kəfən eylə ey,

Göz yaşınnan yu məni.
105. Qızıl üzüh firuzə,

Gedin deyin xoruza.

Bı gejə bannamasın,

Yar gələjəhdi bizə.


106. Bu gələn haralıdı?

Dağların maralıdı.

Əyil, üzünnan öpüm,

Ürəyim yaralıdı.


107. Araza isdi deyəllər.

Suyuna tüsdü deyəllər.

Aranda qalana

Sarfa uddu deyəllər.


108. Arğalı72 harda mələr?

Urumda, Şamda mələr.

Ayə, mana bir yaxasız köynəh geydiriblər,

Bir bajasız damda mələr.


109. Dağlar marala qaldı,

Otu sarala qaldı.

Yaşıl yaylax, göy çəmən,

O da verana qaldı.



110. Gederdih, bala, Cermux­dan

yuxarı Murat təpəsi deyir­dih –

orya. Dağın dö­şün­nən qırx bulağ

axerdı. Ge­der­diy or­da qəşəh-

qəşəh toylar eli­­yer­di­lər e, yaxşı.

Onda indi­ki­n­nən şur­ru olurdu,

qəşəng olur­du. İn­di deyirəm ki:

Dağlar, qoşa dağlar,

Verifdi baş-başa dağlar.

Hanı səndə gəzən qız-gəlin,



At minif, cığıra çıxan oğlannar?

Səni görüm yüz yaşa, dağlar!


111. Gedərəm, ölkə, sənnən,

Qorxuram yol kəsənnən.

Azreyil yaman kəmfürsətdi,

ay bala,


Dəymişi qoyuf, kal kəsəndi.
112. Öyün ağzı hayana?

Bağın ağzı bayana, ay bala.



Dedim, bala, sən eşqə düşüfsən,

Çıxma çölə, Əzrayıl ova çıxıf,

Səni vurar, gəl buyana.
113. Ay kəkilli bəsər oğlan,

Yel vurar, əsər, oğlan.

Qız eşqına düşmə,

Bədnazar səni kəsər, oğlan.


114. Bağa girdim əzəldən,

Dəsdə tutdum xəzəldən.

Bilseydim bı yer, bı yurt be­lə­di,

Tutmazdım, bala, əzəldən.



115. Ağ dəvə düzdə qaldı,

Yükü Tərbizdə qaldı.

Maa üç ildi dərman tapılmadı,

Dərmanım kimdə qaldı?



Bunu da özümə deyirəm.
116. Vallah, o kətdən ki çıxdıx, yö­­nümü çöürdüm kəndə, de­dim:

Qalasız, ay qalasız,

Tikilmisiz, qalasız.

Biz ki gedərgi oldux,

Sağlığınan qalasız.
117. Bağın virana qalsın,

Gülün dərənə qalsın.

Biz ki xeyrin görmədih,

Xeyrin görənə qalsın73.


118. Bu dağlar marala qaldı,

Otdarı sarala qaldı.

Sərin bulax, göy çəmən,

O da marala qaldı.


119. Mən aşıx, qorsalama,

Oxuyuf dərs alana.

Özüm qurban, atım peşkaş

O balqonda yer salana.


120. Qarabağda talan var,

Zilfin üzə salan var.

Getdin, nə çox ləngidin,

= Nə gedən var, nə gələn

Gözü yolda qalan var.

121. Dağlarda lala yalqız,

Gül qoşa, lala yalqız,

Qorxuram, cavan öləm,

Cinazam qala yalqız.


122. Dağların qarı mənəm,

Gün vursa, ərimərəm,

Qavrımı qazdır quzoydan,

Cavanam, çürümərəm.


123. Əziziyəm, keşdi mənnən,

Ox dəydi, keşdi mənnən.

Mərtdərə körpü oldum,

Namərtdər keşdi mənnən.


124. Ağlama, naçar, ağlama,

Gündü, keçər, ağlama.

Qapını bağlıyan Allah

Bir gün açar, ağlama.


125. Deyir, Qarabağda bağ ol­maz,

Qara salxım ağ olmaz.

Kimin cavan balası gedif,

Onun ürəyində yağ olmaz.

= Haramıda bağ olmaz,

Qara salxım ağ olmaz.

Qəriplihdə ölənin

Ürəyində yağ olmaz.


126. Əziziyəm, Qarabağda,

Mən dağda, qız aranda,

Qalsa da, oğlan qalsın,

Qalmasın qız aranda.



127. Qalyanı bəyax çəhdim,

Bəyax doldurdum, bəyax

çəh­dim,

Bu dünyanı elə-belə, beyvafa

gör­düm,

Əl qoydum, əyax çəkdim.


128. Qalyanı çəkənə ver,

Doldur, çəkənə ver,

Bu dərdi mən çəkə bilmirəm,

Dərdini çəkənə ver.


129. Öyümüzün dalında

bel duruf,

Bel söykənif, bel duruf.

Qırmızı buxağ içində

Bir qırmızı tel duruf.
130. Məni apar bazara,

Saldın məni azara.

Aç belinin qurşağın,

Salla məni məzara.


131. Apardı boz at məni,

Saxladı sayat məni.

Bir elim, obam olseydı,

Axdarıb tapar məni.


132. Dağlarda əkin olmaz

Əhməsəm, əkin olmaz.

Ana balasın görməsə,

Ürəyi səkin olmaz.



133. Ay layla, belə layla,

Layla, belə layla.

Heş bəndələr çalmasın,

Mən Asifə74 çaldım belə layla.



Ermənilər bizi yaman zuluma sal­dı, bala. Evlərimizdən çı­xart­dı.

Ca­van­narımız dağ­lar­da qal­dı. Cə­mil addı oğlan qal­dı. Şah­mar addı oğlan qal­dı. Asif addı oğ­­lan qaldı. Va­qif75 addı oğlan qal­dı. Heç bi­ri­nə qəvir qa­zıl­ma­dı. Hamsı dağ­lar­da qal­dı. Belə lay­la ça­lı­ram mən.
134. Ölü yerinə mən gedəndə

manıa deellər:

Sən gözümün birisən.

Arazısan, Kürüsən.

İyirmi iki ildə “Asif”, deef lay­la çalıfsan,

Yorulmusan, kiri sən.

Asif özü getdi, məni də xəsdə elə­di. Kamaz maşını gedirmiş. Er­məni silahlılarının da ham­sı ma­şında. Bir mağazin pat­ro­nu atıf olara,

hamsın biçif. Nə qə­dər erməni

ölüf. Elə özü də orda öl­dü.

135. Bağda üzüm ağacı,

Üzüm, düzüm ağacı.

Bağa baltalı girdi, bala,

Kəsdi bizim ağacı.


136. Deerəm, bu dərdin

əlli­sin­nən,

Yüzünnən, əllisinnən.

Bu dərdə, Asif, çara yoxdu,

gəzirəm e, soraxleeram,

Soruşdum əllisinnən.


137. Arxalığın qola sal,

Qoldan götü, qola sal.

Atan-anan yaman qojalıf, Asif,

Gəl özün yola sal.


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə