Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,74 Mb.
səhifə25/28
tarix08.04.2018
ölçüsü2,74 Mb.
#36696
1   ...   20   21   22   23   24   25   26   27   28

DƏLLƏK QIZI

Gödəh tuman bız-bızı,

Ölürəm, a dəlləh qızı.

Gəl başımın sərvəri,

Ölürəm, a dəlləh qızı.

Gə dərdimin dərmanı,

Ölürəm, a dəlləh qızı.


  1. GÖZƏL OĞLAN, VER YAYLIĞI 89

Qız:


Anam mənə yaylıq aldı,

Heş bimədim harda saldı.

Gözəl oğlan, ver yaylığı,

Yaylıq salar ayrılığı.

Oğlan:

Yaylıq məndədi, məndə,



Yaylığı saldın çəməndə.

Özün saldın kəməndə,

Yaylıq məndədi, məndə.
Qız:

Dağlardan lalə dər,

Ağı dər, sarısın dər.

Ay oğlan, anama xəbər göndər,

Ortalığa salma dava,

Gözəl oğlan, ver yaylığı.


Oğlan:

Yaylığını düz qoyginən,

Üz üstə üz qoyginən.

Gələcəyə söz qoyginən,

Yaylıx məndədi, məndə.
Qız:

Gözəl oğlan, ver yaylığı,

Yaylıq salar ayrılığı.

MДRSİYДLДR
1. SÜBHƏNALLAH DEYƏ-DEYƏ
Əvvəl söylə “Bismillah”ı,

Sidqinən çağır Allahı.

Odur bəndələr dayağı,

Sübhənəllah, – deyə-deyə.


Dadə yetən bir Allahdır,

Məkgə bizə qibləgahdır.

Səjdə yeri səjdəgahdır,

Sübhənəllah, – deyə-deyə.


Adəm yarandı torpaxdan,

Libası oldu yarpaxdan.

Həvva bir cüt qabırğadan,

Sübhənəllah, – deyə-deyə.


Zərbətdəndi Həzrət Əli,

Hər iki dünya rəhbəri.

Səsləyib o Peyğəmbəri,

Sübhənəllah, – deyə-deyə.


Üzünü tut qibləgaha,

Səjdə eylə bir Allaha,

Namazı qoyma sabaha,

Sübhənəllah, – deyə-deyə.


Xəlil Peyğəmbər duvası,

Məkgə onun nişanası.

Qurban verdi balasını

Sübhənəllah, – deyə-deyə.


Saleh Peyğəmbər dəvası,

Daşdan yaranıb əzası.

Yanında vardı balası,

Sübhənəllah, – deyə-deyə.


Musa Peyğəmbər çomağı,

Yaratdı neçə bulağı.

Nurdan yaratdı dəryanı,

Sübhənəllah, – deyə-deyə.


Öyrən Məhəmmət dilini,

Söylə Fatimə zikrini.

Gedəh əhli-beyit yolunu

Sübhənəllah, – deyə-deyə.


Oxu Quranda Yasini,

Uacadan de “Ərrəhman”ı.

Öldür qəlbində şeytanı

Sübhənəllah, – deyə-deyə.


2. BİLİN, MƏNƏM
Mən qardaşı itirmişəm,

Sinəmdə dağ bitirmişəm.

Belə bir bacı görsəniz,

Bilin, mənəm, bilin, mənəm.

Belə bir bacı görsəniz,

Bilin, mənəm, bilin, mənəm.


Gözlərinin nuru itən,

Ürəyində qüssə bitən,

Gözünün qarəsi itən,

Bacı görsən, bilin, mənəm.


Bilin, mənəm, bilin, mənəm.

Bacı görsən, bilin, mənəm.


Daymi qəlbi ağlar olan,

Nakam bəxdi, qəlbi talan.

Toysuz qardaşdarı ölən

Bacı görsən, bilin, mənəm.

Bilin, mənəm, bilin, mənəm,

Bacı görsən, bilin mənəm.


Ürəyinin qibləgahı

And yerinin səjdəgahı,

Son ümüdü, son pənahı

Bacı görsən, bilin, mənəm.

Bilin, mənəm, bilin, mənəm,

Bacı görsən, bilin, mənəm.


Fəryadınnan uçar dağlar,

Soyuq şəkli görüb ağlar.

Həmi başına qarə bağlar.

Bacı görsən, bilin, mənəm.

Bilin, mənəm, bilin, mənəm,

Bacı görsən, bilin, mənəm.


Belimizi qıran qardaş,

Ümdimizi kəsən qardaş,

Bunu həni eşitsəniz,

Bilin, mənəm, bilin, mənəm,

Bilin, mənəm, bilin, mənəm,

Qız görsəniz, bilin, mənəm.


Mən qardaşı itirmişəm,

Arxalı dağ itirmişəm,

El-obamı itirmişəm,

Qız görsəniz, bilin, mənəm!

Bilin, mənəm, bilin, mənəm,

Qız görsəniz, bilin, mənəm!


Ağrılar incidir səni,

Od tutub yandırır məni,

Sinəmdə ürəh deyir,

Daş olub öldürür məni,

Bunu deyən qız görsəniz,

Bilin, mənəm, bilin, mənəm!


3. YA HÜSEYN90
Nakam ölən oğlum, vay,

Ya Hüsen, ya Hüsen!

Vaxsız ölən qızım, vay!

Ya Hüsen, ya Hüsen!

Millətimin yolunda

Ya Hüsen, ya Hüsen!

Sönən ay-ulduzum, vay!

Ya Hüsen, ya Hüsen!


Ay şəhid ölən oğlum, vay,

Ya Hüsen, ya Hüsen!

Allah, bizə, rəhm eylə!

Ya Hüsen, ya Hüsen!

Hifz eylə bu bəladan,

Ya Hüsen, ya Hüsen!

Xalqımıza köməy ol!

Ya Hüsen, ya Hüsen!

Özün ərşi-əladan,

Ya Hüsen, ya Hüsen!

Bir kəsimiz qalmayıb,

Ya Hüsen, ya Hüsen!

Özgə Ali-Xudadan,

Ya Hüsen, ya Hüsen!

Bizə baxıb qan ağlar,

Ya Hüsen, ya Hüsen!


Hər çiçəyim, gülüm, vay!

Ya Hüsen, ya Hüsen!

Ay şəhid ölən balam, vay!

Ya Hüsen, ya Hüsen!

Torpağ üsdə töküldü,

Ya Hüsen, ya Hüsen!

Nəşi neçə nəfərin,

Ya Hüsen, ya Hüsen!


Yer ilə yesgan oldu,

Ya Hüsen, ya Hüsen!

Əllərində kafərin.

Ya Hüsen, ya Hüsen!

Səmaya baxdım, Ay olum,

Ya Hüsen, ya Hüsen!

Söndü neçə ulduzum.

Ya Hüsen, ya Hüsen!


Tanqın altında qaldı,

Ya Hüsen, ya Hüsen!

Səni yazan qolum, vay!

Ya Hüsen, ya Hüsen!

Ay şəhid ölən oğlum, vay!

Ya Hüsen, ya Hüsen!


Neçə ana göz yaşı,

Ya Hüsen, ya Hüsen!


Suvardı meydannarı qanı.

Ya Hüsen, ya Hüsen!

Sanki bir tufan qopdu,

Ya Hüsen, ya Hüsen!

Bürüdü insannarı.

Ya Hüsen, ya Hüsen!

Yığsan, bir göl olardı qanı,

Ya Hüsen, ya Hüsen!


Tökülən al qannarı.

Ya Hüsen, ya Hüsen!

Yaman oldu, bilirəm,

Ya Hüsen, ya Hüsen!

Sənin bu əhvalın, vay!

Ya Hüsen, ya Hüsen!

Ay şəhid ölən balam, vay!

Ya Hüsen, ya Hüsen!


Baxıb günahsızlara,

Ya Hüsen, ya Hüsen!

Göz yaşımız car oldu,

Ya Hüsen, ya Hüsen!

Bir günahı olmuyan

Ya Hüsen, ya Hüsen!

Gənclərimiz xar oldu.

Ya Hüsen, ya Hüsen!


Bu gün dünya bir anda

Ya Hüsen, ya Hüsen!

Başımıza dar oldu.

Ya Hüsen, ya Hüsen!

Heç zaman adın çıxmaz yadımnan,

Ya Hüsen, ya Hüsen!

Gülüm, qeylü-qalım, vay!

Ya Hüsen, ya Hüsen!


Ay şəhid ölən oğlum, vay!

Ya Hüsen, ya Hüsen!

Səhərin sərt ayazı,

Ya Hüsen, ya Hüsen!

Üzünüzü yaladı.

Ya Hüsen, ya Hüsen!

Düşmən aşdı qapını,

Ya Hüsen, ya Hüsen!


Bilmədih, nə bəladı.

Ya Hüsen, ya Hüsen!

Atılan odlu güllə

Ya Hüsen, ya Hüsen!

Sinəmizi dağladı.

Ya Hüsen, ya Hüsen!

Ömürrük ağlar qaldı

Ya Hüsen, ya Hüsen!


Hər bir obam, elim, vay!

Ya Hüsen, ya Hüsen!

Ay şəhid ölən balam, vay!

Ya Hüsen, ya Hüsen!

Xəzərə bir yol çəhdi

Ya Hüsen, ya Hüsen!

Anaların göz yaşı.

Ya Hüsen, ya Hüsen!


Al qırmızı bəzəndi,

Ya Hüsen, ya Hüsen!

Küçələrin ağ daşı

Ya Hüsen, ya Hüsen!

Yana-yana qoymuşdu

Ya Hüsen, ya Hüsen!

Neçə bacı-qardaşı.

Ya Hüsen, ya Hüsen!


Səni tapa bilmirəm,

Ya Hüsen, ya Hüsen!

Sındı belim, oğul, vay!

Ya Hüsen, ya Hüsen!

Ay şəhid ölən balam, vay!

Ya Hüsen, ya Hüsen!

Yanımızdan keçənnər

Ya Hüsen, ya Hüsen!


Söylədilər, balam, vay!

Ya Hüsen, ya Hüsen!

Daha dözmür ürəyim,

Ya Hüsen, ya Hüsen!

Oda yandı bu cahan,

Ya Hüsen, ya Hüsen!

Şəhər nalə içində

Ya Hüsen, ya Hüsen!


Ağlıyır Azərbaycan.

Ya Hüsen, ya Hüsen!

Günahsız şəhitlərdi,

Ya Hüsen, ya Hüsen!

Mənim sağım, solum, vay!

Ya Hüsen, ya Hüsen!

Ay şəhid ölən balam, vay!

Ya Hüsen, ya Hüsen!

Axtarmışam sizi mən,

Ya Hüsen, ya Hüsen!

Salıf hər yana nəzər,

Ya Hüsen, ya Hüsen!

Evladı ölən analar

Ya Hüsen, ya Hüsen!

Meyitdər içrə gəzər,

Ya Hüsen, ya Hüsen!


Belə dərdə, fəryada

Ya Hüsen, ya Hüsen!

Kim dözər, ay analar?

Ya Hüsen, ya Hüsen!

Şəhitdərin qəbrinə,

Ya Hüsen, ya Hüsen!

Mən qurban, ay analar,

Ya Hüsen, ya Hüsen!


Mən qurban, ay analar,

Ya Hüsen, ya Hüsen!


4. ANA91
Yat, mənim xanım anam,

Qoy mən sənə laylay deyim,

Qoy mən sənə laylay deyim.

Lay deyim, laylay deyim.

Ana, sənə laylay deyim,

Ana, sənə laylay deyim.

Dərdimə şərik olan

Bəlkə, bu gün anam gələr.

Yetimin göz yaşı ki,

İnamma kı, tamam olar.

Sən getdin, mən doyuncan

Qoy ağlıyım, laylay deyim,

Qoy ağlıyım, laylay deyim.

Lay deyim, laylay deyim,

Ana, sənə laylay deyim,

Ana, sənə laylay deyim.

Sən məni böyütdühcən,

Çox olubdu əzyətin.

Sən məni böyütdüycən,

Çox olubdu əzyətin.

Bəlkə də gizlin qalıb,

Çox olubdu müsibətin.

İndi bu son günündür,

Budu sənin bu qismətin.

Sən getdin mən doyuncan,

Qoy ağlıyım, laylay deyim,

Qoy ağlıyım, laylay deyim.

Lay deyim, laylay deyim.

Ana, sənə laylay deyim,

Ana, sənə laylay deyim.

Sənnən ötrü, ay ana,

Mən Allaha yalvarmışam.

Sənnən ötrü, ay ana,

Mən Allaha yalvarmışam.

Dərmanın tapılmadı,

Bax od tutub mən yammışam.

Bilsəydin, ana, sənsiz,

Mən nə günnərə qalmışam.

Sən getdin, mən doyuncan

Qoy ağlıyım, laylay deyim,

Qoy ağlıyım, laylay deyim.

Lay deyim, laylay deyim,

Ana, sənə laylay deyim,

Ana, sənə laylay deyim.

Gecəni süphə kimi

Sən mənə layla çalmısan.

Gecəni süphə kimi

Sən mənə layla çalmısan.

Başım ağrıyan zaman

Ürəyində sən yanmısan.

Uf deyəndə, ay ana,

Qurbanı cannan demisən.

Sən getdin, mən doyuncan

Qoy ağlıyım, laylay deyim,

Qoy ağlıyım, laylay deyim.

Lay deyim, laylay deyim,

Ana, sənə laylay deyim,

Ana, sənə laylay deyim.

Axdarır gözüm səni,

Ana, bu gün otağında.

Axdarır gözüm səni

Ana, bu gün otağında.

Boş qalıb neçə gündür

Xəsdə yatdığın otax da.

Axdarır, ana, səni,

Gəlib gedən qonağın da.

Sən getdin, mən doyuncan

Qoy ağlıyım, laylay deyim,

Qoy ağlıyım, laylay deyim.

Lay deyim, laylay deyim,

Ana, sənə laylay deyim,

Ana, sənə laylay deyim,

Bax bu gün, ana, mənim

Gözdən axan göz yaşıma,

Bax bu gün, ana, mənim,

Gözdən axan göz yaşıma.

Güllərin xəzan olub,

Nə bəla gəlib başına?

Mən necə ana olum

İndi bacı-qardaşıma?

Sən getdin, mən doyuncan

Qoy ağlıyım, laylay deyim,

Qoy ağlıyım, laylay deyim.

Lay deyim, laylay deyim,

Ana, sənə laylay deyim,

Ana, sənə laylay deyim.

Yuxuda görsəm səni,

Bil, ürəyim parə olar.

Yuxuda görsəm səni,

Bil, ürəyim parə olar.

Anasız olan günüm

Bundan sonra qarə olar.

Dərdim olarsa, ay ana,

De görüm, mənə kim ana olar?

Sən getdin, mən doyuncan

Qoy ağlıyım, laylay deyim,

Qoy ağlıyım, laylay deyim,

Lay deyim, laylay deyim,

Ana, sənə laylay deyim,

Ana, sənə laylay deyim.

Anası ölən qızdar,

Mən də ürəhdən ağlaram.

Anası ölən qızdar,

Mən də ürəhdən ağlaram.

Qəribəm, bil, anacan,

Ümdimi sənə bağlaram.

Yazdığım nohə ilə

Mən sənə rəhmət dilərəm.

Yat, mənim xanım anam,

Qoy mən sənə laylay deyim,

Qoy mən sənə laylay deyim.

Lay deyim, laylay deyim,

Ana, sənə laylay deyim,

Ana, sənə laylay deyim.

Anası ölən qızdar yaman bədbaxd olallar, ay laylay, ana, lay­lay. Deyirəm, oğul-qız böyüdən, zəhmət çəkif gejə yatmıyan, beşih ba­şında layla çalan ana, laylay, ana, laylay! Yemiyip yedizdirən, gey­miyip geyizdirən! Ay deyirəm, çox işdiyip, az yeyən! Tox öyün­nən aj qarınnan, gedən anam, ay laylay, ana, ay laylay, laylay! De­yir:

Mən bir ana isdərəm, ay fələh, vay!

Yana-yana isdərəm, ay fələh, vay!

Sir-sözünü deməyə, ay ellər,

Mən xəlvətxana isdərəm,

Ay laylay, ana laylay, laylay, ana, laylay!

Deyirəm, anasız qızdar, ay laylay,

Anası ölən qızdar, ay laylay, laylay, laylay!

La iləhə İlləllah!
5. QARDAŞ92
Eyləmə səfər sən, Kərbəlaya, qardaş,

Salma bacıvı möhnəti-bəlaya, qardaş!


Qoymaram səni iraqə,

Yoxdu taqətim fəraqə.

Qoymaram səni iraqə,

Yoxdu taqətim fəraqə.


Səndən özgə yox bir nəfərim, pənahım,

Getmə, getsən öc edər səmaya ahım.

Qıl tərəhim ey, mənim ümüdgahım.

Getmə gəl nəvayə, qardaş!

Qoymaram səni iraqə,

Yoxdu taqətim fəraqə.

Qoymaram səni iraqə,

Yoxdu taqətim fəraqə.


Dərd əlinnən qamətim dönüb hilalə,

Çün hilal mahi qəm batıbdı məlalə.

Qoyma həsrət bu məni zəni vüsalə.

Salma hicran təhrini araya, qardaş!


Qoymaram səni iraqə,

Yoxdu taqətim fəraqə.

Qoymaram səni iraqə,

Yoxdu taqətim fəraqə.


Sən gedərsən, neyləsin bu bəxdi qarə,

Mürğü ruhum çıxsa cismimdən kənarə.

Söylə, qardaş, kim qoyar məni məzarə,

Kim oxur qəbrim üsdə ayəni, qardaş?


Qoymaram səni iraqə,

Yoxdu taqətim fəraqə.

Qoymaram səni iraqə,

Yoxdu taqətim fəraqə.


Nə anam vardı, dərdimə müvazib olsun,

Nə bacım var, mənlə bir müsahib olsun.

Kimdi mən təki cami mərd talib olsun,

Müş qılsın, gəlməsin ki, ilayə, qardaş!


Qoymaram səni iraqə,

Yoxdu taqətim fəraqə.

Qoymaram səni iraqə,

Yoxdu taqətim fəraqə.

İndi buldum var Səkinənin anası,

O geyibdi əyninə səfər libası.

Mən yetiməm, qoy çəkim fələh cəfasın,

Həmdəm olsun hər ana balaya, qardaş!


Qoymaram səni iraqə,

Yoxdu taqətim fəraqə.

Qoymaram səni iraqə,

Yoxdu taqətim fəraqə.


Qıl nəzərə gül üzüm dərəngi zərdə,

Salma dərdi hicr ilən dübarə dərdə.

Qoy məni də salsın ey Əli səfərdə,

Sərvi-qəddin başım üsdə sayə, qardaş!


Qoymaram səni iraqə,

Yoxdu taqətim fəraqə.

Qoymaram səni iraqə,

Yoxdu taqətim fəraqə.


Sən gəlincə vermərəm qədarə qazə,

Geymərəm heç əynimə libası təzə,

Baxmaram nə bülbülə, nə sərvinaza.

Əl götürrəm ruzi şəb duaya, qardaş!


Qoymaram səni iraqə,

Yoxdu taqətim fəraqə.

Qoymaram səni iraqə,

Yoxdu taqətim fəraqə.


İndi ki yalqız məni qoyub gedirsən,

Canımı peykan içrə tuş edirsən.

Sən gəlincə ölsə əgər bacın nə edərsən?

Mayil olma bir belə cəfayə, qardaş!

Qoymaram səni iraqə,

Yoxdu taqətim fəraqə.

Qoymaram səni iraqə,

Yoxdu taqətim fəraqə.


Bu əzayı şahı Kəlbəlada esgər,

Ağlasa, laf eyləsə nale Səməndər,

Dəmdədəm Suğra dilincə qıl mükərrər,

Getmə gəlləmmiz liney nəvayə, qardaş!


Qoymaram səni iraqə,

Yoxdu taqətim fəraqə.

Qoymaram səni iraqə,

Yoxdu taqətim fəraqə.


İNДK ADLARI
Ağca

Ağgül


Alaöz (Alagöz)

Alaş


Alma

Bozgül


Ceyran

Cüyür


Darçın

Döölət (Dövlət)

Xına

Xumar


Qaraş

Qarayöz (Qaragöz)

Qızıl

Maral


Məxmər

Murğuz


Naxır

Naxış


Nərgiz

Pəhliqan


Sarğız (Sarıqız)

Sarıgül


Şaxda

Telli


Yadel


TAPMACALAR


1. Aşdım palıt,

Bitdi şabalıt.

Ortasınnan bir ox çıxdı,

Nə palıtdı, nə şabalıt.



(qatır)
2. Arava gəlir, irzi yox,

Qaylan yanır, közü yox.

Zirzəmidə işdəmiş,

Ağzı qara, gözü yox.



(zəli)
3. Kəsirəm, uzanır, yonuram, yoğnuyur.

(quyu)
4. Halalar, ay halalar,

Dağda dooşan balalar.

O nədi ki, əyağınnan sü içər,

Dimdiyinnən balalar.



(çəltik)
5. Bir atım var, mıx yühlü.

(kirpi)
6. Bir şeyim var, g.....nə bar­ma­­­ğı­nı soxanda ağzın ayırıf yumur.

(qayçı)
7. Quyum qırmızı, buğdam ağ.

(itburnu)
8. Bir quşum var, alaca,

Qaçar çıxar ağaca.

Özünə bir ev tikər,

Nə qapı qoyar, nə baca.



(baramaqurdu)
9. Qızıl kandar ət dartar.

(qulağla sırğa)
10. O nədi ki, qoltuğundadı ağı,

Gəlməmişdən xəbər verir

qonağı.

O nədi ki, dilindədi qulağı.



O nədi ki, günüz çölə çıx­ma­yır.

O nədi ki, heç Allahdan da

qorx­mayır.

O nədi ki, vara, yoxa baxmayır,

Hökm edəndə sanki paççahdı.

(sağsağan, ilan, yara­sa, şeytan, uşaq).
11. Əyağı yox, canı yox,

Başın kəsdim, qanı yox.



(xalı)
12. Taxçadan düşdü tap elədi,

Şahsənəm onu hap elədi.



(siçanla pişik)
13. Bir balaca boyu var,

Dam dolusu toyu var.



(çırax)

Söyləyici tapmacaları ata­sın­dan və babasından eşidib – top.
14. Taf tappaca,

Gül yappaca.

Məməli xatun

Bu boydaca = Dişdəri yox.



(toyuq)
15. Bir atım var, çulluyuram, çulun salır. Çullameram,

qulun saler.



(sac və yu­xa­)
16. Soada, ha soada,

Səksən quş bir yuvada.



(nar)
17. Hini-hini, kəhər at

Hini gözəl kəhər at.

Əyağında qıl sijim

Düyünü gözəl kəhər at.



(buxov)
18. Bir atım var, tək dirəhli.

(göbələk)
19. Boz at biyan içində,

Quyruğu qan içində.

Getdim qanın silməyə

Qaldım biyan içində.



(düyü)

20. Bir balaca boyu var,

Dam dolusu toyu var.



(çıraq)
21. Göydən gəlir hənir-hənir,

Yerə düşür halqa dəmir.

Vur başına otur gəmir.

(qoz)
22. Bizdə bir kişi var, iki dişi var.

(maşa)
23. Bizdə bir kişi var, xor-xor yatışı var.

(pişik)
24. Mən baxıram, o qaçır.

(qulaq)
25. Mən gedirəm, o qalır.

(ayaq izi)
26. Yol qırağında sarı paya.

(böyürtkən)
27. Qapı dalında kilkəli baş.

(süpürgə)
28. – Ay quş, hardan gəlirsən,

– Qannı qaya divinnən.

– Qanın niyə quruyuf?

– Allah belə buyuruf.



(qoyunun quyruğu)

29. O hənki quşdu, qənədi

var, dimdiyi yox?



(yarasa)
30. Hin-hin ici, burnu əyrici.

(noxud)
31. Dambır-dambır su keş­dim,

Dambırına batmadım.

Qızıldan köynəh geydim,

Qırığına batmadım.



(buğda)

32. Qara toyux qakqıldar,

Qanatdarı şakqıldar.



(göy)

33. Damda dana böyürər,

Qızdar ona yüyürər.



(toy)

34. Uzun qız uzanar,

Özünə köynəh qazanar.



(qarğıdalı)

35. Yeddi-yeddi sərrəcan,

Dört qumacan, iki mərcan.



(qoyun, keçi, it məməsi)
36. Yatanda yumru yatır, ətini dərmana satır.

(kirpi)

37. Qaradı, qarğa döyül,

qa­nat­­dı­dı, quş döyül.



(donzanqurdu)
38. Uçur, quş döyül, top

qayrır, usda döyül.



(cücü)
39. Yağış yağar, yer yaş olar,

Çatı qırılar, dört baş olar.

Dəvədən olan köşəy olar,

Onu tapmıyan eşşəy olar.



(Tapmacanın cavabı özündədir.)
40. İki haça,

İki haçanın üsdə bir küpə,

Küpənin üsdə bir meşə,

Meşəni də çakqal eşə.



(bədən, baş, saç, bit)
41. Çil toyux, çiləmə toyux,

Başın kəsdim qanı yox.



(gəbə)
42. İki çatal, dürt g..una.

(şalvar)
43. Tezdən durdum, anana

dirə­dim.



(göz)
44. Tezdən durdum, ananı min­dim.

(sənək)

45. Tezdən durdum, ağ oğlanı yerə vurdum.

(burun fırtığı)

46. Alçax dağdan (balaca damnan) qar yağar.

(ələk və un)

47. Yer altda yağlı qamçı.

(ilan)

48. Mən gedirəm, o da gedir.

(kölgə)

49. Əmraslan bəy xəsdədi,

Xəsdə rəvan üsdədi.

Nə yerdədi, nə göydə,

Ərşi-fələy üsdədi.



(Bulud)
50. Bizim bağ meşəlidi,

Gərməşovdan döşəlidi.

Ağamın qırx oğlu var,

Qırxı da bir peşəlidi.



(Quran)

Quranın qırx cüzbü var. Deyir, qırx oğlu var, qırxı da bir peşəlidi. Qırxı da bir peşədi dana, hamısı Qurandı.
51. Buxarı, hay, buxarı,

Tüsdü çıxar yuxarı.

Cənnətdən bir oğlan çıxdı

Çiyni yaşıl çuxalı.



(Əzrayıl)

52. Gəlirdim kətdən,

Səs verdi bərtdən.

Ağzı sümühdən,

Sakqalı ətdən.



(xoruz)
53. Yol üsdə qazan qaynar.

(qarışqa)
54. Bizdən sizə diri qoz.

(siçan)
55. Bizdə bir kişi var,

Anamnan işi var.



(cəhrə)
56. Bir şeyim var, suya gi­rən­də lillənir, sudan çıxanda dil­lə­nir.­

(buxov)
57. Bir şeyim var, suya gi­rən­də dağılır, sudan çıxanda yı­ğı­lır.

(atın quyruğu)
58. İlim-ilim düyməsi,

İlim xatın düyməsi.

Kim onu tapbasa,

Əlli manat cərməsi.



(üzərlik)


59. Dört döyrüş bir quyuya daş atır.

(inəh sağımı)
60. Burdan vurdum baltanı,

Ordan çıxdı qaltanı.

Anam bir oğlan doğdu,

Yerin-göyün soltanı.



(Ay və Gün)
61. Başı oxşuyur badama,

Qaçıf girir adama.



(qaşıq)


62. Sual: Deyir, suyun bu tayında bir canavar var, bir keçi var, bir şələ də ot var. İndi onu gəmiynən təh-təh elə addat ki, nə ca­navar keçini yeməsin, nə keçi otu yeməsin. Bir yerdə aparma e, təh-təh apar.

Cavab: Mən qavaxca keçini apararam qoyaram o tayda. Sora gə­liv otu apararam qoyaram ora, keçini qaytarıf gətirərəm bəri. Ca­na­varı aparıf qoyuv otun yanında, gəlif keçini apararam.


63. Sual: On kilo arpanı iki eşşəyə elə böl ki, biri o birsinnən bir kilo artıx yesin.

Cavab: Bir kilonu qoyursan qırağa. Dokquz kilonu yarı bö­lür­sən. Dört yarım, dört yarım. Təzdən birin gətirif verirsən birinə. Bi­ri­ninki olur dört yarım, birininki olur beş yarım.



ATALAR SЦZLДRİ VД MДSДLLДR



  1. Allah-taala deyir:

– Mənim iki şeyə gülməyim gəlir.

Deyillər:

– Nədi?

Deyir:


– Birinə mən vermirəm, el isdiyir onu varrandıra, əmələ gəlməz. Bi­rinə də mən verirəm, el isdiyir, onun əlinnən ala. Onu da ala bilməz. Onu mən verirəm.



  1. Bir ağacın kölgəsində min qoyun yatar.


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə