Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012


Bir çörəh bir çörəyin söykəyidi. 4



Yüklə 2,74 Mb.
səhifə26/28
tarix08.04.2018
ölçüsü2,74 Mb.
#36696
1   ...   20   21   22   23   24   25   26   27   28

3. Bir çörəh bir çörəyin söykəyidi.
4. Bir yumurta bir dağ aşırar.


  1. Damda dirək, pəyədə kürək.




  1. Qazan deer, dibim qızıldı, çömçə deer, bulanıf çıxmışam.


7. Arvad, it, at. (Tərəkəmələr arasında onnara qarşı artıx hə­rə­kət olsa, qan düşər).


  1. Usdanın bərəkəti çox olar, pulu az olar.



ALQIŞLAR


  1. Allah axırını xeyirri eləsin!

  2. Allah balanı saxlasın!

  3. Allah canını sağ eləsin!

  4. Allah insana yaxşı taleh versin, bala!

  5. Allah nəvələrmin canın sağ eləsin!

  6. Allah nəzərin üsdünnən kəsməsin!

  7. Allah ölənnərına rəhmət eləsin!

  8. Allah ömrünü uzun eləsin!

  9. Allah saa yaxşı bir qapı aşsın, əgər açılmıyıfsa!

  10. Allah sana köməy olsun!

  11. Allah səni balalarıın üsdə salamat eləsin!

  12. Allah səni xoşbaxd eləsin, bala!

  13. Allah sənin balalarını saxlasın!

  14. Allah yerdə qalanıın canın sağ eləsin!

  15. Baxtəvər olasan!

  16. Balalarını firavan böyüdəsən!

  17. Böyüh toyuna gələh!

  18. Dünyada ürəyin nətəəri isdiyir, qəlbi düz, ürəyi açığ, tə­miz ürəynən yaşıyasan!

  19. Dünyada ürəyində gizdin, qəlbində gizdin sözdərina nail ola­san!

  20. Əlimi üsdünə qoyuram ki, tez ərə gedəsən!

  21. Gülər üznən xeyir işdər görəsən!

  22. Həməşə açıq ürəynən, təmiz qəlbnən irəliyə təkan ve­rə­sən!

  23. Həməşə Allah səni dəfdərinin o xeyirxah yerinə yazsın! Xoş­baxt yazsın!

  24. Həməşə getdiyin yerdə xeyir tapasan!

  25. Həməşə irəli vurasan!

  26. Həməşə işdədiyin işdərdə də xeyrin görəsən!

  27. Həməşə qədəmlərın uruzalı olsun!

  28. Həmməşə qədəmlərın xoş açılsın!

  29. Xoş günnər keçirsin, xoş günnərə çıxsınnar!

  30. Xoşbaxt yaşıyasan!

  31. Kiçih toyuna gələh!

  32. Mənim balam qəşəh qız alsın özü təkin, özünə yaraşan!

  33. Nə qədir qol-qanadın var, onnarın canın sağ eləsin!

  34. Nəvən yekə qız olsun!

  35. Oğullu-qızdı olsun!

  36. Saa mən yaxşı, ürəyin isdiyən ər, bir cüt də oğul arzu­lu­yu­ram! Amin!

  37. Sənın günün ağ olsun!

  38. Yarıyasan!

  39. Yeddi oğul anası olasan!

  40. Yüz irmi dört min peyğəmbər yeəsi kişi, bala, sizə köməh dur­sun!

  41. Yüz yaşasın!


OYUNLAR
1. TOQQA-TOQQA
Tokqa-tokqa oynuyurdux. Mətə çəkirdih. Bax belə, dayrə. Üş də­nə tokqa qoyurdux. Belə də qoyurdux, belə də qoyurdux, belə də. Üş nəfər də girirdih bunun içinə, üş nəfər də qıraxda dururdu, hər­rə­nirdi də. O tokqanı kim çəkif götürsə, başdıyıf səni dö­yür­dü. Qılçana-qılçana nə qətərnə bajarır, vururdu. Əyağmızı vururdux onun əya­ğna çöldən. Olar da əlləriynən vururdu. Elə bilginən ki, bax bur­da bir tokqadı, burda bir tokqadı, burda bir tokqadı. Bir nəfər bunu göz­düyür kü, sən çəkif apara bilməyəsən. Üş nəfər də çöldədi. Hərə bir tokqanı isdiyir çəhsin, çıxartsın. Əyər hənsi çıxartdı, başdıyır bu üçü­nü də vurmağa. İndi əyər ki, sən bajarırsan, o tokqanı tutdun, əlin­də tutdun vuranda. Çəkib içəri salanda olar uduzurdu. Təzədən ol­lar girirdi içəri, biz çıxırdıx çölə.
2. ÇİLİNGAĞAC
Bunnan qabax balaca belə top olurdu. Bax belə qara toplar. O qa­ra topları ağacnan vırırdıx, belə selbə kimi, vırırdıx e, gedirdi ha­ra­tan. Yerdə oynuyurdux. Əlnən oynuyurdux. Ağaşnan oy­nu­yur­dux. Bizdə iki cürə var. Çilingağacı var, bir də topnan oynaması var. Gedirdih yaxşı ağaşdar qırırdıx, gödəh-gödəh. Belə balaca da ona ayid bir ağaş qırırdıx. Bölüşürdüh. Yəni üçü bir, üçü bir, yenə. Yed­disi ola bilər, səkgizi ola bilər, ikisi ola bilər. Yəni cüt ol­ma­lıy­dı. Yoldaş arasında bölüşürdüh. İşdədirdih. İşdətmə deerdih. Püşk atır­dıx qəpihnən. Onda pul esseri (SSRİ-ni nəzərdə tutur – top.) pu­luy­du. Esseri isdiyirsən, ya on qəpih isdiyirsən? Yəni o vaxdı qə­pih­lərin üsdündə esseri varıydı. Atırdın. Məsələn, mən deerdim es­se­ri isdiyirəm. Atırdıx, on qəpih düşürdüsə, yanı biz keçirih qabağa. Yə­ni Veysəl məllimgil bizi işdədirdi. Torpaxdan balaca mətə qa­zır­dıx. Ağacı çəpinə qoyurdux mətiyə. Qarşı kamanda vırırdı. Qolu nə qə­dər çəkirsə, vıra bilər. Sora üş dəfə belə vırırdı. Çevirirdi uje əlini tu­turdu belə. Atırdı göyə, vırırdı. Bəlkəm də sizə deyim ki, yüz me­tir gedirdi. Get gətir. Deməli, üş nəfər atandı, üş nəfər daşıyan. İş­də­dirdi. O vax o qədərə kin, həmin o çilih deerdih də, yanı o balaca ağa­cı biz o mətiyə atana qədər. O yerdəki çala var e, o çalıya atana qə­dər. Elə bil burdan atdı deyəh bir əlli metir. Yüyürə-yüyürə ge­dir­dih. Əgər onu göydə tuta bilsəydih, uduzdular. Yox, yerə düşsə, hə­min əlli metirdən atmalıydıx düz o mətiyə.


  1. MƏRƏ-MƏRƏ

Bir oyunumuz da vardı mərə-mərə. Qoznan oynuyurdux. Mə­rə-mərə deyirdih. Mərə-mərə də nətəəriydi? Əlimizdə olan qozdarı bö­lüşürdüh, dört dənə, ya altı dənə olurdu həriyə. Əvvəl varıydı de­yəh cüt oyun, amma indi varıydı tək-tək. Məsələn, burda beş nə­fər­di­sə, hərə özünə oynuyurdu. Mərə-mərə oyunu qozuydu, qozdan atır­dıx. Yeri varıydı. Düşürdü. Cüt düşürdüsə, mərəbaşı sən sa­yı­lır­dın. Mərəbaşı oturuf mərənin başında. Bur­dan kim atırsa, əgər qoz o çalıya təh düşürdüsə, tək götürülürdü. Cüt düşürdüsə, mərəbaşı həmin cütü deyəh dört dənə düşürdüsə, dör­dün qoyur, çıxırdı. Uje mərəbaşı o olurdu. Yanı dört dənəsinnən söh­bət getmirdi. Hardasa Vahid varıydı bizdə, qaxı deyirdih. Əlinə yı­ğırdı deyərdim saa qırxın. Qırxın atırdı.




  1. DİRƏDÖYMƏ

Sora dirədöymə oyunu varıdı. Ən çox məşur olan oyun oyu­du. Görürdün ki, tokqaları açıx qoyullar. Belə cız çəkirdilər. Tok­qa­la­rı açıx qoyurdular ora. İki dəsdə olurdu. Bölüşürdülər də. Bir dəs­də, məsələn, içəri girirdi o cızığın içinə. Cızıxdan kənara çıxmağ ol­mazdı. Tokqaları götürürdülər, götürənnən sora vırırdılar. İçər­də­ki­lərin hamısın isdiyirdilər vıralar. Olları da yatırtmağ üçün gərəh cız­­dan çıxmamax şərtiynən əyağınnan onun əyağına toxuneydin. Be­lə əyağını atırdın. Çöldəkilərə dəyənnən sora ollar girirdi cızığın içi­nə, ordakılar çıxırdı qırağa. Bax bına da dirədöymə oyunu de­yir­di­lər.



5. EVCİK-EVCİK
Qızdarnan evcih qururdux. Evdən yağ aparırdıx, düyü apa­rır­dıx, ət aparırdıx. Nə lazımdı, ta evdə nə yeyilirsə, o. Qazan, qav, qa­şıx götürüf gedirdih tay-tuşdarnan, qızdarnan. Gedirdiy orda öy­cüh qururdux belə, böyrünnən də guya orda yeməh-zadı qururdux. Or­da da yeməyi bişirirdih. Böyüh sırfa götürürdüh, salırdıx yerə, çö­rəyi doğruyur­dux, tökürdüh. Öycüyün qavağında göy çiməndə qə­şəh bılağın suyunnan da gedirdih qavı dolduruf gətirif qoyurdux böy­rümüzə. Qəşəh yeyirdih, onnan sorasına qayıdıf sudan da içir­dih buz təki, onnan sora da duruf dingildiyif oynaşırdıx.
6. GƏLİNCİK
Gəlincəh bəziyirdih. Onda bir qoja arvat vardı. Həmmeşə qız­da­ra gəlincəh çiliyirdi, bəzeerdi. Tuman tikerdi, qəşəh sufat qo­yur­du, qəşəh dodax qayırerdı. Saş qoyurdu, paltar geyindirerdi. Ağ ele­er­dilər bu düymüyə. Ağı belə eleerdilər, qaş qoyurdular, göz qo­or­du­lar, ağız qoordular. Bunu da qoordux bir çöpün üsdünə, bağleerdıx. Əyninə də paltar ge­yin­di­rer­di­lər, olordu gəlincih. Biz gəlincih oynaderdıx. Hərəmizin özünün gə­linciyi olardı. Gederdih yaylaxlarda daşdan öycük qurordux. Orda is­tikan qayırerdıx, çay qaynaderdıx, yiməh qayırer­dıx. Bir-birimizi qo­nax çağırerdıx. Qonşumuzu qonax çağırerdıx. Bir qız olmordu. İyir­mi-otuz qız olordu. Bir dəfə də oynuyurux yenə. İki yoldaşıx da­na. Onun anası çileerdi həmeşə də o gəlinçəyi­mizi. Bir pişiyimiz də vardı. Oynoorux dana. Dedim ki, Nərgiz, gəlsənə gəlinçəni min­di­rəh pişiyə. Görəh haana aparer. Gətdih bunu qəşəh, tumanı-zadı var. Geyindirdih. Oturtdux pişiyə, bağladıx. Pişiyi buraxdıx. Pişiyi bu­raxanda itdərə hay düşdü. İndi biz qışqırerıx, it yüyürör. İtdər gə­lin­ciyi cırıx-cırıx elədi. Allah, bu yoldaşım başını yolor, özünü öl­dü­rör. Gəlinciyi dağılıb axı.
MƏTNLƏRİN SÖYLƏYİCİLƏRİ
Mifoloji mətnlər, əfsanələr, rəvayətlər və xatirələr

1. Yerlə göyün aralanması. Zeynalov Cavanşir, Salakətin kəndi

2. Hüseynova Gülsarə, Muğanlı kəndi

3. Nəhəng insanlar. Balakişiyev Ramiz (Paşa), Əmirallar kəndi

4. İnsanların müxtəlif dinlərə ayrılması. Sultanova Mirvari, Xo­ca­vənd kəndi

5. Karvanqıran ulduzu. Zeynalov Cavanşir, Salakətin kəndi

6. Hüseynova Gülsarə, Muğanlı kəndi

7. Ülkər ulduzu. Mustafayeva Rasta, Axullu kəndi

8. Ayın üzü niyə ləkəlidir? Hüseynova Gülsarə, Muğanlı kəndi

9. Fatma ananın hanası. Hüseynova Gülsarə, Muğanlı kəndi

10. Qaraçuxa. Tanrıverdiyeva Zemfira, Tuğ kəndi

11. Mehrəliyeva Göyçək, Tuğ kəndi

12. Göyüşova Həyat, Tuğ kəndi

13. Qarayeva Sona, Axullu kəndi

14. Hüseynova Gülbəs, Axullu kəndi

15. Mustafayeva Rasta, Axullu kəndi

16. Nəcəfova Zöhrə, Tuğ kəndi

17. Yusifova Tahirə, Kuropatkin kəndi

18. Mehdiyev Həsən, Muğanlı kəndi

19. Rüstəmova Əsmət, Muğanlı kəndi

20. Aslanova Şəkil, Axullu kəndi

21. Qara Çoban. İmanov Çərkəz, Muğanlı kəndi

22. Balakişiyev Ramiz (Paşa), Əmirallar kəndi

23. Sərdarov Rəxşan, Xocavənd kəndi

24. Quliyev Qaytaran, Kuropatkin kəndi

25. Cəfərov Məhyəddin, Əmirallar kəndi

26. Tahirov Həsrət, Muğanlı kəndi

27. Hüseynov Əbülfət, Muğanlı kəndi

28. Mustafayev Mamed, Qaradağlı kəndi

29. Mustafayev Mamed, Qaradağlı kəndi

30. Kaftar. Tanrıverdiyeva Zemfira, Tuğ kəndi

31. Əzrayıl. Balakişiyeva Sevil (Bilqeyis), Muğanlı kəndi

32. Balakişiyev Ramiz (Paşa), Əmirallar kəndi

33. Qıllıca. Nəcəfova Zöhrə, Tuğ kəndi

34. Kaftarkus. Nəcəfova Zöhrə, Tuğ kəndi

35. Hal. Tanrıverdiyeva Zemfira, Tuğ kəndi

36. Aslanov Şaiq, Axullu kəndi

37. Mustafayeva Rasta, Axullu kəndi

38. Qurbanova Nadya, Tuğ kəndi

39. Balakişiyeva Sevil (Bilqeyis), Muğanlı kəndi

40. Hüseynova Gülsarə, Muğanlı kəndi

41. Hüseynova Gülsarə, Muğanlı kəndi

42. Cin. Balakişiyeva Sevil (Bilqeyis), Muğanlı kəndi

43. Göyüşova Həyat, Tuğ kəndi

44. Hüseynov Məyiş, Axullu kəndi

45. Nəcəfova Zöhrə, Tuğ kəndi

46. İbrahimova Paket, Əmirallar kəndi

47. Quliyev Qaytaran, Kuropatkin kəndi

48. Hüseynova Gülsarə, Muğanlı kəndi

49. Əliyeva Paket, Qaradağlı kəndi

50. Ev ilanı. Balakişiyeva Sevil (Bilqeyis), Muğanlı kəndi

51. Mehrəliyeva Göyçək, Tuğ kəndi

52. İlanların qızlara vurulması. Balakişiyeva Sevil (Bilqeyis), Mu­ğan­­lı kəndi

53. Quliyeva Sürəyya, Kuropatkin kəndi

54. Aşiq olmuş ilanlar. Göyüşova Həyat, Tuğ kəndi

55. Quliyeva Sürəyya, Kuropatkin kəndi

56. Yeddi qardaş ilan. Hüseynov Məyiş, Axullu kəndi

57. İsgəndərin dirilik suyu içməyə getməsi. Mehdiyev Həsən, Mu­ğan­lı kəndi

58. Dənizin suyu niyə acıdır? Mehdiyev Həsən, Muğanlı kəndi

59. İnsaf, su, od. Zeynalov Cavanşir, Salakətin kəndi

60. Bayquş. Quliyeva Sürəyya, Kuropatkin kəndi

61. Kim gecə qəbiristanlığa gedər? Balakişiyev Ramiz (Paşa), Əmir­­­allar kəndi

62. Ehsan. Sultanova Mirvari, Xocavənd kəndi

63. Əlinin zəhmi. Quliyev Qaytaran, Kuropatkin kəndi

64. İmam Hüseyn və Yezid. Cəfərov Məhyəddin, Əmirallar kəndi

65. Seyid Musa. Yusifov Nəbi, Kuropatkin kəndi

66. Yusifova Tahirə, Kuropatkin kəndi

67. Alışova Təranə, Kuropatkin kəndi

68. Mustafayeva Rasta, Axullu kəndi

69. Ermənilərin seyiddən dilək istəməsi. Sadıqov İbrahim, Muğanlı kən­di

70. Əliyin qurban kəsilməyə gəlməsi. Sadıqov İbrahim, Muğanlı kən­di

71. Seyid Ağa. Nəcəfova Zöhrə, Tuğ kəndi

72. Seyid Səccah. Mustafayeva Rasta, Axullu kəndi

73. Seyid Mirzə. Quliyeva Sürəyya, Kuropatkin kəndi

74. Mir Həşim. Nəcəfova Zöhrə, Tuğ kəndi

75. Cərciz peyğəmbər. Mustafayeva Rasta, Axullu kəndi

76. Pir ağacı. Hüseynov Namiq, Axullu kəndi

77. Sırğa ocağı. Tanrıverdiyeva Zemfira, Tuğ kəndi

78. Qurbanova Nadya, Tuğ kəndi

79. Qanlı dərə. Tahirov Həsrət, Muğanlı kəndi

80. Soyuq bulaq. Hüseynov Məyiş, Axullu kəndi

81. Ərgünəş dağı. Hüseynov Namiq, Axullu kəndi

82. Məngələnata dağı. Hüseynov Namiq, Axullu kəndi

83. Tanrıverdiyeva Zemfira, Tuğ kəndi

84. Göyüşov Ramiz, Tuğ kəndi

85. Qızlar gölü, Seyid gölü. Hüseynov Namiq, Axullu kəndi

86. Hüseynov Məyiş, Axullu kəndi

87. Osman bulağı. Mustafayeva Rasta, Axullu kəndi

88. Safolu İstisuyu. Qurbanova Nadya, Tuğ kəndi

89. Xanlıqlar. Tahirov Həsrət, Muğanlı kəndi

90. Cuma bazarı. Nəsirov Məhərrəm, Muğanlı kəndi

91. Qaytanlı kitab. Alıyeva Telli, Qaradağlı kəndi

92. Bəhrəmli kəndi. Tahirov Həsrət, Muğanlı kəndi

93. Balakişiyev Ramiz (Paşa), Əmir­allar kəndi

94. Xanlıq, Bəhrəmli, Vərəndəli və Düdükçü kəndləri. Söyləyici adı­nın qeyd olunmasını istəmədi.

95. Tuğ kəndi. Qaraşova Küşvər, Tuğ kəndi

96. Muğanlı kəndi. Söyləyici adının qeyd olunmasını istəmədi.

97. Nəsirov Məhərrəm, Muğanlı kəndi

98. Salakətin kəndi. Zeynalov Cavanşir, Salakətin kəndi

99. Hüseynov Veysəl, Salakətin kəndi

100. Mamedov Yaşar, Salakətin kəndi

101. Şeyx Sədi. İbrahimov İltifat, Xocavənd kəndi

102. Mir Mehdi Xəzani. Göyüşov Ramiz, Tuğ kəndi

103. Söyləyici adının qeyd olunmasını istəmədi.

104. Hacı Baba. Nəcəfova Zöhrə, Tuğ kəndi

105. Nəcəfova Zöhrə, Tuğ kəndi

106. Cəfərova Nigar, Tuğ kəndi

107. Hacı Qasım. Mustafayeva Rasta, Axullu kəndi

108. Mehdiyev İnqilab, Beyləqan rayonu Daşburun qəsəbəsi

109. Tanrıverdiyev Raquf, Beyləqan şəhəri

110. Mehdiyev İnqilab, Beyləqan rayonu Daşburun qəsəbəsi

111. Əliyev Vahid (İlqar), Axullu kəndi

112. Əliyev Qasım, Axullu kəndi

113. Əliyev Vahid (İlqar), Axullu kəndi

114. Molla Məhərrəm. Tanrıverdiyev Raquf, Beyləqan şəhəri

115. Məşədi Bayaz. Əliyev Qasım, Axullu kəndi

116. Heydər kişi. Hüseynov Namiq, Axullu kəndi

117. Sadıq və o taylı pəhləvan. Aslanov Şaiq, Axullu kəndi

118. Sadığın öküz oğurluğu. Aslanov Şaiq, Axullu kəndi

119. Hökmalı kişi. İmanov Çərkəz, Muğanlı kəndi

120. Aşıq Əhmədin quzunu dağdan endirməsi. Qurbanova Nadya, Tuğ kəndi

121. Nəriman bəy. Həsənova Suqra, Əmirallar kəndi

122. Rüstəmova Əsmət, Muğanlı kəndi

123. Rüstəmova Əsmət, Muğanlı kəndi

124. Daşdəmir bəy. Cəfərov Məhyəddin, Əmirallar kəndi

125. Hüseynov Cavay, Qaradağlı kəndi

126. İsfəndiyar bəy. Mehdiyev Həsən, Muğanlı kəndi

127. Qaçaq Əsədulla. Mehdiyev Həsən, Muğanlı kəndi

128. Qaçaq Qardaşxan. Mehdiyev İnqilab, Beyləqan rayonu Daş­bu­run qəsəbəsi

129. Tanrıverdiyev Raquf, Beyləqan şəhəri


Qarabağ müharibəsi xatirələrdə

130. Köçürmə siyasəti. Tahirov Həsrət, Muğanlı kəndi

131. Nəsirov Məhərrəm, Muğanlı kəndi

132. Daşnak vəhşilikləri. Hüseynov Məyiş, Axullu kəndi

133. İbrahimov İltifat, Xocavənd kəndi

134. Hüseynov Namiq, Axullu kəndi

135. Tanrıverdiyeva Zemfira, Tuğ kəndi

136. Qaradağlı faciəsi. Nəsirov Məhərrəm, Muğanlı kəndi

137. Şirinova Göysübəyim, Qaradağlı kəndi
Etnoqrafik mətnlər

138. El yolu. Mehdiyev İnqilab, Beyləqan rayonu Daşburun qə­sə­bə­si

139. Tərəkəmə köçü. Nəcəfova Zöhrə, Tuğ kəndi

140. Dağda. Əliyev Vahid (İlqar), Axullu kəndi

141. Qurbanova Nadya, Tuğ kəndi

142. Qurbanova Nadya, Tuğ kəndi

143. Əliyeva Ümmü, Tuğ kəndi

144. Əliyeva Paket, Qaradağlı kəndi

145. At boyda canavarlar. Tanrıverdiyeva Zemfira, Tuğ kəndi

146. Tərəkəmə alaçığı. Əliyeva Paket, Qaradağlı kəndi

147. Mehdiyev İnqilab, Beyləqan rayonu Daşburun qəsəbəsi və Tan­rıver­di­yev Raquf, Beyləqan şəhəri

148. Qoyunçuluq. Qarayev Adışirin, Axullu kəndi

149. Mehdiyev İnqilab, Beyləqan rayonu, Daşburun qəsəbəsi

150. Aslanov Şaiq, Axullu kəndi

151. Tanrıver­di­yev Raquf, Beyləqan şəhəri

152. Dölburnu. Aslanov Şaiq, Axullu kəndi

153. Əliyev Qasım, Axullu kəndi

154. Bijvər. Aslanov Şaiq, Axullu kəndi

155. Quzular potraxlayır. Aslanov Şaiq, Axullu kəndi

156. Gəvəl quzu. Aslanov Şaiq, Axullu kəndi

157. Təlimək. Aslanov Şaiq, Axullu kəndi

158. Oğursax qoyun. Aslanov Şaiq, Axullu kəndi

159. Tanrıverdiyeva Zemfira, Tuğ kəndi

160. Əliyev Vahid (İlqar), Axullu kəndi

161. Gər qoyun. Əliyev Vahid (İlqar), Axullu kəndi

162. Kəmsiy. Aslanov Şaiq, Axullu kəndi

163. Qancığabağı. Şükürov Elçin, Tuğ kəndi

164. Küz. Aslanov Şaiq, Axullu kəndi

165. Dəlmə. Aslanov Şaiq, Axullu kəndi

166. Külfə. Şükürov Elçin, Tuğ kəndi

167. Günəbaxan. Əliyev Vahid (İlqar), Axullu kəndi

168. Tərəkəmə itləri. Aslanov Şaiq, Axullu kəndi

169. Aslanov Şaiq, Axullu kəndi

170. Yusifov Əhməd, Tuğ kəndi

171. Tanrıver­di­yev Raquf, Beyləqan şəhəri

172. Mehdiyev İnqilab, Beyləqan rayonu Daşburun qəsəbəsi

173. Atlar haqqında. Mehdiyev İnqilab, Beyləqan rayonu Daşburun qə­­sə­bəsi

174. Dəvələr haqqında. Qurbanova Nadya, Tuğ kəndi

175. Mehdiyev İnqilab, Beyləqan rayonu Daşburun qəsəbəsi

176. Adamcıl nərlər. Hüseynov Namiq, Axullu kəndi

177. Mustafayeva Rasta, Axullu kəndi

178. Ceyranlar haqqında. Göyüşova Həyat, Tuğ kəndi

179. Qızartma. Nəcəfova Zöhrə, Tuğ kəndi

180. Qatmalı. Qurbanova Nadya, Tuğ kəndi

181. Bağır-beyin. Qurbanova Nadya, Tuğ kəndi

182. Canaçəkmə. Qurbanova Nadya, Tuğ kəndi

183. İbrahimova Paket, Əmirallar kəndi

184. Şampur. Qurbanova Nadya, Tuğ kəndi

185. Qovurma. İbrahimova Paket, Əmirallar kəndi

186. Buğlama. Əliyeva Paket, Qaradağlı kəndi

187. Yuxa. Əliyeva Paket, Qaradağlı kəndi

188. Təndir kababı. İbrahimova Paket, Əmirallar kəndi

189. Fəsəli. İbrahimova Paket, Əmirallar kəndi

190. Kömbə. İbrahimova Paket, Əmirallar kəndi

191. Motal. Qurbanova Nadya, Tuğ kəndi

192. Eymə. Qurbanova Nadya, Tuğ kəndi

193. Tərəkəmə papaqları. Aslanova Şaiq, Axullu kəndi

194. Sən öl, sanamaram. Hüseynov Cavay, Qaradağlı kəndi

195. Ağaclı kişilər. Hüseynov Əbülfət, Muğanlı kəndi

196. Hüseynov Cavay, Qaradağlı kəndi

197. Tərəkəmə oğurluqları. Tanrıverdiyeva Zemfira, Tuğ kəndi

198. Göyüşova Həyat, Tuğ kəndi

199. Tərəkəmənin andı. Əliyeva Paket, Qaradağlı kəndi

200. Toy adətləri. Səfərova Göyçək, Kuropatkin kəndi

201. Rüstəmova Əsmət, Muğanlı kəndi

202. Qurbanova Nadya, Tuğ kəndi

203. Nəcəfova Zöhrə, Tuğ kəndi

204. Həsənov Ağamirzə, Əmirallar kəndi

205. Sadıqov İbrahim, Muğanlı kəndi

206. Mamedov Yaşar, Salakətin kəndi

207. Xıdır Nəbi. Hüseynov Məyiş, Axullu kəndi

208. Novruz adətləri. Nəcəfova Zöhrə, Tuğ kəndi

209. Balakişiyeva Sevil (Bilqeyis), Muğanlı kəndi

210. Cəfərova Nigar, Tuğ kəndi

211. Rüstəmova Əsmət, Muğanlı kəndi

212. Tanrıverdiyeva Zemfira, Tuğ kəndi

213. Hadıxlar. Əliyeva Paket, Qaradağlı kəndi

214. Qırx tükü. Mehdiyeva Qumnaz, Muğanlı kəndi

215. Mustafayeva Rasta, Axullu kəndi

216. Rüstəmova Əsmət, Muğanlı kəndi

217. Göbək kəsmə. Mustafayeva Rasta, Axullu kəndi

218. Quliyeva Sürəyya, Kuropatkin kəndi

219. Nəcəfova Zöhrə, Tuğ kəndi

220. Tanrıverdiyeva Zemfira, Tuğ kəndi

221. Aslanova Şəkil, Axullu kəndi

222. Sünnət. Tanrıverdiyeva Zemfira, Tuğ kəndi

223. Qırx tökmə. Həsənova Suqra, Əmirallar kəndi

224. Quliyeva Sürəyya, Kuropatkin kəndi

225. Rüstəmova Əsmət, Muğanlı kəndi

226. Tanrıverdiyeva Zemfira, Tuğ kəndi

227. Hüseynova Gülbəs, Axullu kəndi

228. Diş hədiyi. Aslanova Şəkil, Axullu kəndi

229. Rüstəmova Əsmət, Muğanlı kəndi

230. Tanrıverdiyeva Zemfira, Tuğ kəndi

231. Hüseynova Telli, Salakətin kəndi

232. Dırnaq kəsmə. Əliyeva Paket, Qaradağlı kəndi

233. Aslanova Şəkil, Axullu kəndi

234. Həmzad. Əliyeva Paket, Qaradağlı kəndi

235. Göyüşova Həyat, Tuğ kəndi

236. Mustafayeva Rasta, Axullu kəndi

237. Hüseynova Telli, Salakətin kəndi

238. Sultanova Mirvari, Xocavənd kəndi

239. Çiləyə düşmə. Əliyeva Paket, Qaradağlı kəndi

240. Quliyeva Sürəyya, Kuropatkin kəndi

241. Vurğun vurma. Balakişiyeva Sevil (Bilqeyis), Muğanlı kəndi

242. Quliyeva Sürəyya, Kuropatkin kəndi

243. Göyüşova Həyat, Tuğ kəndi

244. Çətik alma. Nəcəfova Zöhrə, Tuğ kəndi

245. Tas qurma. Göyüşova Həyat, Tuğ kəndi

246. Rüstəmova Əsmət, Muğanlı kəndi

247. Verginin verilməsi. İmanov Çərkəz, Muğanlı kəndi

248. Sultanova Mirvari, Xocavənd kəndi

249. Gülləbatmaz duası. Quliyeva Sürəyya, Kuropatkin kəndi

250. Cadu. Quliyev Qaytaran, Kuropatkin kəndi

251. Yağış yağdırma. Rüstəmova Əsmət, Muğanlı kəndi

252. Yusifov Əhməd, Tuğ kəndi

253. Tanrıverdiyeva Zemfira, Tuğ kəndi

254. Yağış kəsmə. Hüseynov Namiq, Axullu kəndi

255. Göyüşov Vahid, Tuğ kəndi

256. Hacıyeva Əcəb, Kuropatkin kəndi

257. Mustafayeva Rasta, Axullu kəndi

258. Həsənova Fatimə (Lyüdmila), Qaradağlı kəndi

259. Quliyeva Sürəyya, Kuropatkin kəndi

260. Dolu kəsmə. Məmmədova İradə, Vedibasar mahalı Qara­bağ­lar kəndi

261. Quliyeva Sürəyya, Kuropatkin kəndi

262. Duman qovma. Mamedov Yaşar, Salakətin kəndi

263. Qodu-qodu. Mehdiyev Həsən, Muğanlı kəndi

264. Aşura mərasimi. Tanrıverdiyeva Zemfira, Tuğ kəndi

265. Göyüşov Vahid, Tuğ kəndi

266. İmam ehsanı. Mustafayeva Rasta, Axullu kəndi

267. Ofsunçular. Mustafayeva Rasta, Axullu kəndi

268. Rüstəmova Əsmət, Muğanlı kəndi

269. Zeynalov Cavanşir, Salakətin kəndi

270. Bədnəzər. Mustafayeva Rasta, Axullu kəndi

271. Göyüşova Həyat, Tuğ kəndi

272. Sultanova Mirvari, Xocavənd kəndi


Nağıllar

273. Qurbağa gəlin. İmanov Çərkəz, Muğanlı kəndi

274. Padşah oğlu. Quliyev Qaytaran, Kuropatkin kəndi

275. Halal süd əmmiş gəlin. Quliyev Qaytaran, Kuropatkin kəndi

276. Əzrayılın kirvəliyi. Quliyev Qaytaran, Kuropatkin kəndi

277. Əzrayıldan qaçan ər-arvad. Quliyev Qaytaran, Kuropatkin kəndi

278. Əzrayıl və çoban. Balakişiyev Ramiz (Paşa), Əmirallar kəndi

279. Ölümdən qorxan arvad. Hüseynova Gülsarə, Muğanlı kəndi

280. Keçəlin nağılı. Quliyev Qaytaran, Kuropatkin kəndi

281. Allahı qonaq çağıran tacir. İmanov Çərkəz, Muğanlı kəndi

282. Bir il çoban olan kişi. Quliyev Qaytaran, Kuropatkin kəndi

283. Ofsanata düşən tikə. İmanov Çərkəz, Muğanlı kəndi

284. Qəbul olunmuş ehsan. Quliyev Qaytaran, Kuropatkin kəndi

285. Üç bacı. Quliyev Qaytaran, Kuropatkin kəndi

286. Yazıya pozu yoxdur. Quliyev Qaytaran, Kuropatkin kəndi

287. Sultanova Mirvari, Xocavənd kəndi

288. Peyğəmbərin nağılı. Sultanova Mirvari, Xocavənd kəndi

289. Peyğəmbərlə oğru. Sultanova Mirvari, Xocavənd kəndi

290. Adamyeyən qız. İmanov Çərkəz, Muğanlı kəndi

291. Ovçu Pirim. Quliyev Qaytaran, Kuropatkin kəndi və İmanov Çər­­­kəz, Muğanlı kəndi

292. Halallıq. Quliyev Qaytaran, Kuropatkin kəndi

293. Böhtana düşmüş qız. Quliyev Qaytaran, Kuropatkin kəndi

294. Həcc ziyarəti. Quliyev Qaytaran, Kuropatkin kəndi

295. Hatəmin nağılı. Mehdiyev Həsən, Muğanlı kəndi

296. Nuşirəvan şahla İsgəndər. Mehdiyev Həsən, Muğanlı kəndi

297. Məlikməhəmməd. Mehdiyev Həsən, Muğanlı kəndi

298. İmam ehsanı. Mehdiyev Həsən, Muğanlı kəndi

299. Allaha pənah. Quliyev Qaytaran, Kuropatkin kəndi

300. Get, qovaq ağacından soruş. Quliyev Qaytaran, Kuropatkin kən­­di

301. Qonaq qaçıran kişi. Quliyev Qaytaran, Kuropatkin kəndi

302. Şah Abbasın qızı. Əliyev Mədət, Tuğ kəndi

303. Yeddi qardaş devin nağılı. Əliyev Mədət, Tuğ kəndi

304. Şah Abbas və qardaşlığı. Cəfərov Məhyəddin, Əmirallar kəndi

305. Bəhlul Danəndə. Hüseynova Gülsarə, Muğanlı kəndi

306. Şeytan iki dostun arasını vurur. Quliyev Qaytaran, Kuropatkin kəndi

307. Biləndər. Quliyev Qaytaran, Kuropatkin kəndi

308. Tənbəl qız. Quliyev Qaytaran, Kuropatkin kəndi

309. Axmaq kişinin nağılı. Quliyev Qaytaran, Kuropatkin kəndi

310. Molla Nəsrəddin, Bəhlulu-Danəndə, Bağdadi-Xəlifə. Cəfərov Məh­yəddin, Əmirallar kəndi

311. Yalançı molla. Hüseynov Namiq, Axullu kəndi

312. Mollanın kələyi. Mehdiyev Həsən, Muğanlı kəndi

313. Molla Nəsrəddinin ölməyi. Hüseynov Məyiş, Axullu kəndi

314. Molla və qırx lotubaşı. Hüseynov Məyiş, Axullu kəndi

315. Musa peyğəmbər. Hüseynov Məyiş, Axullu kəndi

316. Qaraçuxanın nağılı. Mehdiyev İnqilab, Beyləqan rayonu Daşburun qəsəbəsi

317. Tülkü və ilan. Hüseynov Veysəl, Salakətin kəndi

318. Tülkü və qarğa. Hüseynov Məyiş, Axullu kəndi

319. Qozun nağılı. Hüseynova Telli, Salakətin kəndi

320. Əsli ho. İbrahimov İltifat, Xocavənd kəndi

321. Hər yerdə bir ev tik. Əliyeva Paket, Qaradağlı kəndi

322. Altı ayda bir qarış, bir ayda altı qarış. Hüseynova Gülsarə, Muğanlı kəndi

323. Sünbüllərin söhbəti. Hüseynova Gülsarə, Muğanlı kəndi

324. Yalanlama. Hüseynov Veysəl, Salakətin kəndi


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə