Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,74 Mb.
səhifə4/28
tarix08.04.2018
ölçüsü2,74 Mb.
#36696
1   2   3   4   5   6   7   8   9   ...   28

58. DƏNİZİN SUYU NİYƏ ACIDI?
Bakıdan əənə Beşbarmax var, onu görmüsən? Ordadı Xızır Pey­ğənbər. Mən ora getdim, orda o nəzir yığannar yaylıx sərif da­şın üsdünə ki, guya Xızır Peyğənbərdi, yatıf. Gərəh nəzir qoyasan ora. Ollar söypət eliyir, deyir ki, bunnan qavax dənizin suyu şirin oluf. Xızır peyğənbər adam göndərif ki, get o sudan gəti, ciyarım ya­­nır. Deyir, gedir su gətiməyə, suyu gətimir dana. Bu susuzunnan ölür­­müş daa. Axır nəfəsində deyir ki, sənin gətdiyin su zəhərə dön­sün, sən də daşa dönginən, ay bala, gəlif çıxmadın. O, daş olur, qa­lır də­nizin içində, dəniz də onnan sora ajı olur, içməli olmur. Or­dan ba­­xanda dənizin içində topa daş görükür. Onun adıynan həylə de­­yil­lər dana indi.
59. İNSAF, SU, OD
Üçü yoldaş oluf. Dünya binnət olanı hələ bıllardı ha. İnsafdı, su­du, bir də oddu. Bıllar yola çıxıllar. Dünyanı gəzəndə su deyir ki, mən bırda qallam. Üş yoldaşdılar axı. Deyir:

– Ə, bıra mənim xoşuma gəl­di. Mən bırda qalıram.

Deyillər:

– Qal.


Odunan insaf gedir. Bıllar ge­dəndə o daldan çağırır ki, bəs siz nə billəssiz ki, mən hardayam? De­yir ki, harda ki göyərti olsa, ya­şıllığ olsa, bilejiyih ki, orda su var, sən ordasan. Bir xeylax ge­dən­nən sora od qalır. Deyir:

– Bıra da mə­nim xoşuma gəlir, mən də bırda qallam.

Deyir:

– Hə, qal, neynəh.



İn­di bı yola çıxıf gedəndə od deyir:

– Bəs sən nə biləssən, mən har­da­yam?

Deyir ki, mən biləjəm. Harda ki yalav oldu, tüsdü oldu, işığ ol­­du, biləjəm ki, sən ordasan.

Sora özü deyir:

– Bəs biz nə bilejiyih, sən hardasan?

Deyir:


– Havax kin imanı-dini yadınnan çıxartsan, bil­gi­nən kin, orda də­­yiləm. İmannan din yadında olsa, bilginən ki, mən sənin ya­nın­da­yam.

Bunu anamın anası danışardı. Rəhmətdih biraz loğman ar­va­dıy­dı, hər şeyi bilirdi da. Adı Sarayıdı. Həşdat üç yaşında rəhmətə get­di.
60. BAYQUŞ
Bayquş ən pis heyvandı. Deməli, biz gəlif qaşqın düşmüşüh. Ən sifdə Qarabağ müharbəsi başdamamış bizim kəndimizə bayquş gəl­di. Evimizin arxasında yekə işıx stolbası varıdı. Bayquş orda gə­lir­di uluyurdu, uluyurdu, çıxırdı gedirdi. Bir insan başa düşmürdü. Elə gedif daş atırdığ ona, qavalıyırdıx. Sora qaşqın düşəndə Ağ­ca­bə­diyə gəldih. Gəldi qapımızın ağzında başdadı bir də ulamağa. Nəy­­sə, bu qonşu yerridi. Buna dedim:

– Nərgiz, bu bayquş gəlif bi­zim qapıda uluyur, daşdıyırıx, çı­xır gedir. Xeyri yoxdu. Nağayrax, nə­təər eliyəh? Daa biz qaşqınıx, bur­­dan belə harya gedejiyih biz?

De­di:

– Aaz, sən onu daşdamaginən. Bayquş bir də gələndə get ev­dən duz da gətir, çörəh də gətir. Götür gəl. Dur denən ki, ay bayquş, sə­­ni ant verirəm bax bu duza, bu çörəyə, bir də mənim qapımda gə­lif ula­ma. Çıx get.



Həqiqətən, mən onu elədim. O arvat dediyini gətdim elə­dim. Bayquş onnan uşdu getdi. Ta bir də bizim qapıya gəlmədi. Bax bayquşdan da bunu bilirəm.
61. KİM GECƏ QƏBİRİSTANLIĞA GEDƏR?
Köhnə vaxdı kişilər bir-biriynən spor eliyif ki, kim gejə gedər qə­virsannığa dəyər, gələr. Həə. Bu deef ki, mən gedərəm. O deef, yox, orda bir nişana qoyuf gəlməh lazımdı. Deer:

– Nədi?


Deer:

– Bu şi­şi apargınan, qəbirsannığa tax, gəl.

Bu da deer, şinel geyinifmiş. Qa­vax geyirdilər, uzun ətəyi var­dı. Bu da oana-buana baxıf. Qorxa-qor­xa aparıf taxanda sən de­mə, şinel düşüf qəbirin üsdünə. Şinelin üs­dünə taxır. Qayıdıf get­məh isdiyəndə bu elə bilir bunu tutuflar. Ürə­yi partdıyır, orda ölür (söy­ləyici gülür – top.).
62. EHSAN
Hüzür yerinnən gərəh heç kəs aj getməsin. Aj gedəndə ölünün ru­hu narahat olur. Verilən eysan yeyilməlidi. Deyir kin, kim ki ey­san­nan yemir, vaxdı gələndə onun da eysanı qazanda qalır, ye­yil­mir. Mənim bir əmim arvadı varıdı, üçüncü Ovşarda, rəhmətə getdi. O, bir yol nağıl elədi ki, anam ölmüşdü, biz ona ehsan verirdih. De­yir, adı­na günü olanda yeməh pişirirdih, duz tökürdüh anamın ru­fu­na. Bir gejə, deyir, gəldi anam yuxuma girdi. Deyir, dedi, bala, ajın­nan ürə­yim sıxılır e. Deyir, dedim, ay ana, niyə ajınnan ürəyin sı­xı­lır, bir belə yeməh pişirirəm, heş yemirsən sən? Deyir, dedi, ay ba­la, yeməyi pi­şirirsən e sən, süfrəyə düzülür, əlimi uzada bilmirəm axı.

– Ay ana, niyə?

Deyir, dedi, sən o duzu tulluyanda ancax mənim adımı çə­kir­sən. Peyğəmbərrərin, imamnarımızın, övlüyaların adın çəhmirsən axı sən. Deyir kin, bala, mən o yeməyə əlimi uzada bilirəm. Ye­ri­miz yaxşıdı, yaxşı yerdeyih. (Yaqın cənnətdiy oluf də). Amma sən mə­nim adıma atmısan duzu. Ollara təhliv eləmirsən ha, maa təhliv eli­yirsən. Ollar da heş birisi yeməyə əlin uzatmır. Yeməyə hamı bir yer­­də oturur. Mən də olların dərdinnən əlimi uzada bilmirəm, aj qa­lı­ram. Birinci ollara təhliv elə, sora maa təhliv elə. Onnan sorasına de­yir, yeməyə duz atanda dedim kin, bı, imamnarımızın, bı, pey­ğəm­bərrərimizin, bu, övliyalarımızın. Onnan sora deyir, aradan xey­lax keçənnən sora anam yenə yuxuma girdi. Dedi ki, Allah da­daa yetsin, bala, indi yeyirəm, qarnım doyur.
DİNİ ŞƏXSİYYƏTLƏR, PİRLƏR VƏ

OCAQLAR HAQQINDA
63. ƏLİNİN ZƏHMİ
Həzrət Əlidən qüvvəli heş kim ola bilməz. O qədərə qüvvəli adam oluf ha. Bir həmli qadın varımış. Həmişə Əli gələndə ayağa qal­xarmış. Bilmirəm, qadınnardan hansıdı, Zəhradı, Fatmadı, hənsi­di­sə, deyirmiş ki, sən niyə helə eliyirsən, bir belə peyğəm­bərrər gə­lir, heş birində əyağa durmursan, Əli gələndə durursan. Həmi­lisan da, sən niyə durursan əyağa? Əli gəlir, gəlir. Deyifdi ki, mənnih dö­yül. Məni durquzan durquzur da. Onun zəhmi durquzur. Deyifdi ki, onun zəhmi ağırdı, ona görə. İki dənə pəhlivan belə duruf başının üs­dündə, əlləriynən də çiyninnən basıflar. Gənə xeyri olmuyuf, pəh­­livannan bir yerdə Əli gələndə qalxıv əyağa. Əlinin qüvvəsi çox­du.

Həzrət Əlinin qılıncının uju belə haça olur. Onnan qüvvəli adam yoxdu. Əlinin başının üsdündə bulut hərrənirmiş həməşə.



64. İMAM HÜSEYN VƏ YEZİD
Deyir, İmam Hüseynin təbabətdiyi olub. İmamnar da həməşə sö­zün düzün dəyən adamlar oluplar da. Yezidin gözü tutulur. Ana­sı­na deyir ki, nə qədər təbib, loğman gətirdin, mənim dərdimə çarə elə­mədi. Get İmam Hüseynin yanına, onun təbabətdiyi var, mənim gö­­zümə əncam çəhsin. Amma yadında saxla ki, imamnar sözün dü­zün deyən adamnardı, sifdə nə sözü desə, onu yadında saxla. Deyir:

– Yaxşı.


Bı gedir. İmam Hüseyn də bilir ki, axı bılar düşməndilər. De­yir:

– Bacı, gəl içəri, gəl.

Noolsun ki, düşməndi. Bı imamdı, qəbul eləməlidi bını. De­yir:

– Eşidirəm.

Deyir:

– Bəs oğlumun gözü tutulub.



Deyir:

– Əl aman. İsdootnan duzu qarışdırsın bir-birinə, töhsün gö­zü­nə.

Qarı sevinə-sevinə qayıdır gedir. Qayıdır gəlir. Deyir:

– Ana, nə dedi?

Deyir:

– İsdootnan duzu qarışdırsın, töhsün gözünə.



Deyir:

– Zalımın qızı, gözümü kor eləməy isdiyir. Bə saa demədim, bir onun sifdə dediyi sözü yadında saxla?

Xeylax fikirrəşir. Deyir:

– Vallah, bala, belə dedi. “Əl aman” dedi.

Deyir:

– Mənim əlimi daldan bağlıyın ağaca, mənim gözümü kor eli­yən əlimdi.



Düz deyir da, ağrıyır, oxalıyır.
65-68. SEYİD MUSA
Mənim babam – Seyit Musa 1918-ci ildə İrəvannan gəlif. İrə­va­nın Kiçih Vedi rayonu deyillər, ordan – Şirazdı kəndinnən. Biz ora­lıyıx. Mən orda doğulmuşam, gəliv Ağcabədi rayonuna, (dəvə yo­lu deyirdilər e o vaxdı, bu zonadadı dəvə yolu) orda bölünüflər da o vaxdı – 1918-də, erməni qırğın törədəndə. Elə bil, bayısın, qar­da­şın, atasın, hamısın itirif. Sora atası gəlif tapıf. Onda maşın-zad yo­xumuş ha. Orda bölünüflər seyitdər. Bavam da cavan oğlanıymış on­da. 1918-də hardasa irmi iki yaşı olarmış. Ermənilər hücum eli­yən­də atasın itirif. Soradan Ağcabədinin Ofşar kəndinnən atasını ta­pıf­dı – Seyid İsmayılı. 1946-da rəhmətə gedif (Allah ölənnəra rəh­mət elə­sin). Vərəndəli kəndi var. Vərəndəlidə yaşıyan adam oluf ba­bam. Ora xoşuna gəlif, qalıv orda. Bırda gəliv aylə quruf. Onda Və­rəndəli Azər­baycan kəndi oluf, azərbaycannılar oluf, addelni kənd oluf.

Gejə gedirmişdər Qaradağlıya. O vaxdı atnan gedirmişdər. Elə bil, gejiyə düşüflər, deyiflər, bizi Allah qonağı eliyin. O qapıya dö­nəndə də nəysə bir nəfər pis cavaf verif bıllara. Bılar da gedif. Ge­dif qa­vaxda bir qadın, cavan gəlin çıxıf. Sora həmən gəlini ba­vam özünə bajı götürüf. İndi heylə şeylər yoxdu ha. O vaxdı köy­nəh­dən ke­çi­rir­mişdər. Bavam özünə bajı götürüv onu. Heş kimi yo­xu­muş bavamın, er­məni qıranda hərəsi bir dərədə qalıf. Elə bil öv­lat­darı olduxca, ba­jı­sının, qardaşının, atasının adın qoyurmuşdar uşax­larına. Hə, bax o hə­mən evə düşüflər, gəlin deyif ki, Allaha qur­ban olum, qonağına da, gəlin bəri. Gedillər orda beş-on dəyqə otu­maxnan o həmən kişi var ha, ollardan bir az oyana, o cavaf ve­rə­nin ağzı gəlif duruf bırda – boy­nunun dalında. Orda biliflər ki, bıl­lar kimdi. Ata-baleymışdar. Deyiflər ki, bı döndü fılankəsgilə da (ba­laca kətdəri­miş). O adamnar da gəliflər yalvarıflar, bavamın ata­sı deyif kin, mən getmərəm heş vaxdı. Bavam da çox ürəyi yumşağ ada­mımış. Deyif, yox e, adamdı da, gedim. O qadın yalvarıf ki, bəs ya­zıxdı da o. Gedif bir dənə şa­pa­lax vırıf. (Həmən o qadının oğlu söy­pət eliyir). Bir dənə şapalax vı­rıf, şapalax vırmağnan ağzı gəlif ye­rində durur. Gör onun hökmü nə qə­dərdi. Şapalağı vuruf, qaytarır ye­rinə.

O vaxdı Qaradağlıda oğurrux-zad çoxumuş da. Atam söypət eli­yirdi. Deyir, gejə gəlif fərmaşımızın içinnən çuxanı oğurruyuf apa­rıflar. Deməli, onu oğurruyuv ordan çıxartmaxnan həmən adam­la­rın evi od tutuv orda yanıf. Heş bavam bilmiyiv e, aparıflar onu. Bir də gejeynən gediflər ki, ev yanır, qaytarıf dana. Bir də qaytarıf gə­­tirif qoyuflar yerinə xəlvəçcə, çıxıf gediflər ki, dəyməy olmaz bı ada­ma. Biri gətirirmiş, elə bil, nəzir verirmiş, nəzir deyirmiş, nəysə ha­sil olurmuş. Gətiriv inəyi bağlıyırmış qapısına. Deyirmiş, yox, bı­nı mən götürə bilmərəm, qaytar, apar. Deyirmiş ki, apar, maa bir qo­yun budunnan-zaddan gətirərsən. Tamah yoxumuş, heş pul-zad yığ­mırmış. Götümürmüş onu. Elə bil, nəyisə niyət eləmisən, de­yir­sən, hə, fılan seyi də verim. Qəbul olur, gətirif verirsən, deyir kin, na­rahat olma. Ya əsgərriyə gedənnər pul verirmiş ollara, gedirmiş sağ-salamat gəlirmiş, bı pulu da gətirirmişdər. Deyir ki, yox, onu mən saa vermişəm, qoy qalsın özündə. O pul civində gedir əs­gər­ri­yə, üç il-dörd il əsgərrih çəkif, gəlirmişdər. Əsgərə gedəndə gəlif de­­yirmişdər, maa bir şey ver. O da çıxardıf pul verirmiş ki, qorxma, heş nə olmaz saa. Get, sağ-salamat qayıdıf gələrsən. Belə şeylər olur­muş.

Rəhmətə gedənnən sora orda qoymuyuv onu dəfn eləməyə. Özü deyifdi ki, aparın məni Ağcabədidə Ooşar qəbirsannığına. Hə­mən Nərgiztəpiyə Ooşar qəbirsannığı deyillər. Orda ooşar camahatı ya­şıyıv. O qəbirsannığ ollarındı, orda qalıf. Sifdə gələndə ooşar ca­ma­hatının içinə düşüf, hamısı da hörmət eliyirmiş ona. O kişini gö­rən­də özdərin öldürürmüşdər də. Bı (yoldaşına işarə edir – top.) da oo­şardı. Bının qoja nənəsi Nərgiztəpədə yaşıyırmış o vaxd. Bının qo­ja nənəsi görüf kü, adna günnəri axşamnar orda şam yanırmış. Be­lə qəvri götürüflər, betonnuyuflar, onnan sora olmuyufdu. Hər ge­jələr yanırmış. Belə möcüzəymiş da. Gedirmişdər ki, daşın qırağı his­di səhər-səhər. Daş yoxumuş e, elə-belə... Daş qoyuflar, daş eli­yən­nən sora olmuyuf. Elə bil, neçə ildi, ora gedilmir da, muharbə zo­na­sı­dı. Dörd il bunnan qabax mən getdim, elə bil, bir-iki adam dedi. Qa­radağlılardan da çox inanıllar ona. Dedilər ki, getmişih ki, ilan qa­bığınnan gediv orda çıxır. Mən getdim, özüm gördüm.

Onun oçağına ceyran gəlirmiş. Elə bil, balasın itirif, gəlif qəv­rin başına belə-belə fırranır ki, balasın tafsın də.

Deyirmiş ki, vax gələjəh, bir qutu olajax, orda adam gös­də­rə­jəh­lər. O vaxdı deyirmiş e onu. Yanı tilvizer yaranıf da sora. Onu gö­rürmüş o.

Bir dəfə təzə getmişimiş ora. Orda bir nəfər gamışın itirif. Bı da təzə getmiş adamdı da, bilmir axı ki, seyit nədi, nətəərdi, nətəər olur, nejə olur. Nətəər olufsa, kimsə bir mərdimazar deyif ki, bı kişi ya­qın aparıfdı gamışı. Gəlif kişini aparıflar hökumətə. Onu atam da­­nışırdı. Hökümətə aparıflar, salıflar içəri, orda danışdırıflar, ora-bı­ra, deyiflər ki, get çöldə gözdə. Çıxıf çöldə oturuf, əlində də təs­beh. Oturuf söypət eliyif, sora içərdəki adamnar çıxıf, nə qədər eli­yif­lər, qapı açılmıyıf. Uje qapını kilitdiyif ki, məni gör siz hara gə­tir­misız? Axırı, pəncərədən deyiflər ki, görün o kişidə nə var ki, bı qa­pını kilitdiyiv oturuv orda. Gəliflər ki, heş nə əlində təsbeh, elə təs­be­hi oynadır. Onnan sora gedif kişi, nağarıf-neyniyif, qapı açılıf. De­yiflər ki, a kişi, saa yaxşı yol.

Ooşar kəndində bir törəmədə nəysə var helə. Uşağ oluv, ölür­müş. Elə bavam nağarırmışsa, heylə o uşaxlar qalırmış.


66.

Rəhmətdih Seyit Musa Ooşara gedir. Gejeymiş, oğlu da ya­nın­daymış. Bir qapını döyüflər. Qapını aşmıyıf yiyəsi. Deyif ki, ge­jə biz qonax qəbul eləmirih. Kişi qayıdıf. Sora gedif Məhəddin var e, onun anasının qapısın döyüf. O da cavan gəlinimiş, yoldaşı evdə yo­xumuş. Çöldeymiş, elə orda görüf, deyif:

– A bajı, evdə kişi xey­la­ğı var?

Deyif:


– Hə, var. Qonağa da qurban olum, Allaha da qur­ban olum, qar­daş, gə bəri, bı saatı yoldaşım gələjəh.

Elə gejə ol­lar­da qalıf, yeməh-zad verif. Sora dalıncan axdarıflar ki, bəs o adam hara gedif? O seyidimiş. Həmən adamın ağzı əyilif. Sora gə­liv axdarıf Məhəddinin anasıgildə tapıflar. Sora da gəliflər ki, bəs o ada­mın ağzı əyilif dana. Əyağına düşüflər ki, ge­dəh. O da getmiyif, so­ra oğlun göndərif dəysən. Oğlu gediv elə bir şillə vırıf. Bizim eşit­dihlərimiz helədi də. Seyid İsmayıl get­mi­yif, Seyit Musa gedif da. Deyir, o gedif bir şillə vırıf, agzı düzəlif. Biraz əyri kimi qalıf he­lə. Hələ də deyir, yaşıyır o adam.


67.

Seyid Musa bizim Qarabağda ən sınammış seyitdi. Qaradağlı kən­dində rəhmətə gedif. Mənim qaynənəmin atası oluv o. Mənim qay­nənəm Seyit Musanın qızıdı. O Seyit Musanı gətirif Nər­giz­tə­pə­də dəfn eliyiflər. Kümbəz tikdirmişiy üsdündə.

O rəhmətə gedəndə deyif ki, məni aparın Ovşar qə­bir­san­nı­ğın­da dəfn eliyin. Biz Ovşarıx, Ovşar nəslinnənih da biz. Həmin o ki­şi ama Qaradağlıdan olufdu. Bı sahat hal-hazırda onun oğlunun bi­ri du­rur, qızının biri durur – Seyit Musanın. Onu dəfn eliyəndə də­­veynən gətiriflər Nərgiztəpiyə onun cənazəsin o vaxdı. Hardasa, 56­-cı ildə rəh­mətə gedib. Onu gətirəndə o dəvə ağlıyıf. (Onu mən so­ralar eşit­mişəm. Elə bil, dəfn olunan vaxdı onun yanında olan adam danışıf maa kı, Seyit Musanın cənazəsi qaldırılanda, dəviyə yüh­lənəndə də­və ağlıyıf). Şəxsən bizim özümüzün ən inandığımız se­yitdi.
68.

Seyid Musa Yağlıvəntdədi. Hökümlü seyitdi. Cəddi var. Get­mə­mişəm, gəlməmişəm, ama cəddinə nəzir vermişəm, quzu ver­mi­şih, qoyun vermişih, pul vermişih, qonax çağırmışıx. Gödəy, alçax ki­şiydi. O da biznən dağa gedirdi, arana gəlirdi. Həmən o seyidin ma­­lı çoxudu. Onun malının birin gəlif bir adam oğurruyuv aparıf da­na. (Bildih də, kimdi). Üş gün o kişi, arvat gəldi dedi ki, mal bır­ya gəlif. Mal da təzə doğmuşdu ey, heç aylıx da döyüldü. Gəldi, ba­la, elə oldu ku, dedilər, heş bırya nə mal gəlif, nə bir şey. Ta bıllar əli­ni üzdülər, yühləndilər, getdilər. Arvad əmr verdi ki, bıraynan get­mi­ye­je­yih, kəndin üsdünnən gedejiyih. Kişi də kəndin üsdəki yol­nan gəl­di. Arvat gəldi o kəndin qulağında durdu, mələdi mal tə­ki. Dedi:

– Qaraöz, sənin balanı mən anasız apareram. Səni aparanın ba­­­lası anasız-atasız mələsin.

Bu Quran hakqı, heç arası bir gün çəh­mə­di, avaryıya düşdü, odun bax bırdan girdi, hesav elə mi­şar kimi kəsdi. Seyidin cəddinə qurvan olum, seyit hamısı hö­kümlüdü, cəddinə qurvan olum. Se­yi­din hökmün Allah-taala verir.


69. ERMƏNİLƏRİN SEYİDDƏN DİLƏK İSTƏMƏSİ
Matrisyan Joranın bir oğlu vardı. Adı da Sarıbek. Ama Sa­rı­bek erməni olsa da, yaxşı Azərbaycan mahnıları oxuyurdu. Bir gün at­çot apardım balnisiyə verməyə. Neçə uşağ anadan oluf, neçəsin pey­vənd eləmişih, neynəmişih. Maa dedi ki, səni Matrisyan gəzir. De­dim:

– Ə, mən seyid oğluyam, Matrisyan məni neynir?

Dedi:

– Yox e, lazımsan.



Getdim atçotu verdim, qayıtdım. Balnisənin qavağna çı­xanda maşın gəldi ki, səni gözdüyürəm. Öz-özümə çox fi­kir­rəş­dim ki, mən neynəmişəm, dalaşmamışam, vuruşmamışam, oğurruğ elə­mə­mi­şəm. Nəsə, getdih. Dedi ki, üç ildi, dörd ildi Sarıbeki ev­lən­dir­mi­şəm, uşağ ol­mur. Mənə deyillər, apar Seyidin ojağna. Bu bə­rəkət hak­qı. Dedim:

– Gətir.


Getdik. Nəsə, atam rəhmətə getmişdi, anam dururdu. Gətdih. Bizim qapıda belə yekə qarağaş vardı. Qa­ra­ğa­şın divində oturdu. Qız­dardan biri ona bir isdikan çay gətdi. Anam dedi:

– Sarıbek, bura nə niyətə gəlmisənsə, o qəbul olub.

Gün xo­şudu, elə qapıda otudux. Bilmirəm, neçə ay keşdisə, Matrisyan mə­nə zəng vurdu:

– Gəl, sənnən işim var.

Dedim:

– Yoldaş Matrisyan, noo­luf?



Dedi ki, maşın göndərirəm, gəl. Dedim:

– Mənim maşınım var, özüm gəlləm.

Getdim. Qapıda, rəyisin qapısında dururdular axı. Mən get­dim. Nə demişdisə, hamsı mən gedəndə çəkildi qırağa. Mat­risyan çıx­dı qavağa:

– Ayə, sənin, ağanın cəddinə qurban olum. Ə, Sarıbekin uşağı var.

Çıxartdı mənim civimə iki dənə yüzdük qoy­du. Birin çıxart­dım onun civinə qoydum, birin öz civimə. Dedim:

– Bi­ri bəsdi. Yarsını götürəllər, hamısını götüməzdər.

Məni apardı uni­vermağa. Kariçni kastumu soyunuram, geyi­ni­rəm. Deer:

– Yox, mən alım.

Əyakqavı-zad hamsı. Dedim:

– Yoldaş Matrisyan, mən ge­dim.

Dedi:

– Yox e. Səni aparjaxlar.



Amma bir arvat var, səni görməh is­diyir. Dedim:

– Kimdi?

Dedi:

– Bazarkom Roza.



Dedim:

– O neynir mə­ni? Mən bazarda şey-zad satmıram.

Dedi:

– Yox e. O da nəysə deer də.



Getdim. O dedi ki, bəs mənim də bir niyətim var. Dedim:

– Nə ni­yət­di?

Dedi:

– Qızım var.



Nə bilim nə, nə. Dedim ki, Roza, gələrsən ana­mın yanına. Anam nə deyər, onu eliyərsən. Onunku da düzəldi. Qı­zın isdiyən var­mış, nə varmış, bilmirəm.

Atamın qəbri orda qalıf. Kampüterdə baxsanız, ermənilər o qəb­­rə dəymiyiblər. Nətəər hördürmüşəm, helə də durur. Dəmir qa­pı qoymuşam, kubiknən hörmüşəm belə. Özü də dərə yerdə deyil e. Düz yalın üsdündədi. Bizim atamızın qəbrinə gediplər. İlannar qoy­mu­yup girə.

Seyit Rzanın atasının adı Seyit Sadıxdı. Anamın atasının adı Se­yit Hüseyndi. Anam da seyit qızı oluf.
70. ƏLİYİN QURBAN KƏSİLMƏYƏ GƏLMƏSİ
Bizim mal-qoyun çox oluf. Bular hamsı bilillər. O vaxdı kal­xoz ki dağ-arana gedirdi. Orda bilmirəm nə lazım olufsa, qurban kəs­məh lazım oluf, nə lazım olufsa, qoyun yiəsi razı olmuyuf. Atam deef ki, dayanın, gələr indi. Gəlif çayın qırağında iki rükət na­maz qı­lıf, əlik gəlif. Hamı məhətdəl qalıf. Əliyin başını sığallıyıf. De­ef, Al­la­hın heyvanı, get. Çıxıf gedif. Atam qoymuyuv onu kə­sə­lər.
71. SEYİD AĞA
Seyid Ağa varıydı, Allah rəhmət eləsin. Onu tutuflar, min­di­rif­lər poyuza, nə qəddən eliyiflər, poyuz tərpəmmiyif. Deyiflər:

– Ba­la, bu poyuz niyə tərpəmmir dana, buna nooldu?

Kimsə deyir:

– Əyə, burya bir seyit tutuf qoyuflar. Ona gora bəlkə də tər­pəm­mir.

Se­yidi düşürdüflər, poyuz tərpənif. Bax o həylə möcüzəli se­yi­­didi. Oja­ğına kim gedeydi, topal gedeerdi, xəsdə gedeerdi, sa­ğa­lıf qa­­yı­der­dı. Onu görmüşdüm həylə.
72. SEYİD SƏCCAH
Öy ilanı ojaxda olur, hər öydə olmaz. Məyyən ojaxlarda olar. Biz­­dərdə Seyid Əligil varıdı. Allah rəhmət eləsin, dədəsi hökümlü se­yidiydi e. Elə-belə seyit dəyildi. İki aylığ uşax yüyrühdəymiş. Ki­şi aparıf şallağı qoyuv uşağın yüyrüyünün başına, qayıdıf ki, şal­la­ğın sapı şallaxdı, qabağı ilandı. Bax o Seyit Səccahın şallağı ilan oluf­­du. Oğlannarının adı Mirələmidi, Mir Ağaydı, Seyid Əliydi, Se­yid Əziziydi, qızı Seyid Səkineydi. O qədər hökümlüydü kü, Kü­rə deyif, Kür, bölün, o Kür bölünüf, quru qalıf.

Ağzı əyilən gedərdi, ağzı düz qayıdardı. Nə işə gedirdin, ni­yə­tin qəbul olardı. Məsələn, Seyit Səccah bax bir ağacı belə basdırerdı da­­ğa gedəndə, kimin nəyi olsa, pitonu15, qabı-qaşığı yığerdılar orya, heş kəs ona yaxın gedə bilməzdi. Möcüzə seyididi. Elə belə seyit də­­yildi. Ojağına da maral gəlif sağılmağa. Əlin, bax-bax belə belinə çə­­kif deyif, mən südunu halal eliyirəm balana. Get, balan əmsin. Se­yit Səccah Laçının o tayında Kosalı kəndi deyillər, ordanıdı. Uşax­ları hamısı bırdadı. Hamısı kəramətdidilər. Ağlı qaçan, helə şey olan ancax seyitdərin ojağına gedərdi.


73. SEYİD MİRZƏ
Qonşu kəntdə seyit vardı. Seyit Mirzəydi adı. Qonum-qonşu da­nışırdı ki, Allaha and olsun, o seyit rəhmətə gedəndə onun çə­pə­ri­nin divinnən kol götürməyə ilan imkan vermirdi. Sora deer evin uşağı gəlif deef ki, kolu kişinin qəbrinin üsdə aparıllar. (Qavaxda, qə­dimdə qəbrin üsdə kol qoyurdular ki, məsələn, nəysə gəlif buna to­xunmasın). Hə. Bax onda ilana deeflər, çəkilif qırağa. Bax həmən o seyitgilin evində dayim ilan olur.

Böyüy oğlum su içəndə əyağı sürüşüf yıxılar hovuza, başı üs­də. Həm də nəzər dəymişdi ona. Üş gün keçmədi aradan, uşax düş­dü ürəhgetmiyə. Üş dəfə gədə öldü, əlmizdən getdi, ağzına köpüh daş­dandı, gözdər böyüdü, ta ölüm vəziyətində. Apardıx həmən Se­yit Mirzənin ojağına. Qələm çalmağıynan elə orda da onun ürəh­get­mə­si dayandı.


74. MİR HƏŞİM
Bizim kəntdə Mir Həşim olub. Keçən il rəhmətə getdi. Allah rəh­mət eləsin. Onun cəddi yaxşıydı. Dərələyəzdənidilər. Elə o za­man­narı uşax vaxdı, bizim tərəkəmə vaxdında qoşuluf bizim ca­ma­ha­ta. Bırdan qız almışdı, elə olmuşdu buralı. Onun da bavasının oja­ğına ceyran, maral, ilan yığışer. Savax qalxer deer, Allahın hey­va­nı, qalxın, çıxın gedin. Qalxıf dağılıf, çıxıf gedillər. O da bax ­ möcüzəli seyididi. Mir Həşim tərəkəmə vaxdı vuruluf Sarıya. (Bi­zim ovadan bir qıza). Onu alıf, qoşuluv olmuşdu bıralı. Onda tə­rə­kəməçiliyidi e, kənt-mənt yoxudu ha. Kənt tanıyırdıx? Onda vu­ru­luf qıza, onu alıv, elə onnan qaldı bırda. Dağdanıdılar e, Cer­mux­dan oyana, oralardan. Havağ onun cəddin çağırırdım, yerdə qa­l­ma­zı­dı. “Ay Mir Həşimin cəddi, belə olsun”, nə deyirdim, gərəy o oloy­du. Allah ona irəhmət eləsin.
75. CƏRCİZ PEYĞƏMBƏR
Peyğəmbərə atam, anam qurban. Onun adı Cərciz peyğəm­bər­di. Elə oldu ku, bı erməni-musulman davasınnan bir il qavax Bey­lə­qa­nın İcra başçısı əmir verdi ki, aparın orya arpa tökün. Pey­ğəm­bə­rin içinə arpa tökün. Yekə binadı da, qəlbi. Bı səfərnə, savaxları əmir verilif, bir smen aparıflar. Bir oğlan deyif, məni öldür, get­me­rəm. Mən aparıv orya arpa töhmerəm. İcra başcısı deyif ki, bunu tez tu­tun, aparın salın türmüyə. Bı səfərincə, bala, oğlanıca aparıf sa­lel­lar türmüyə. Savağ ertə əmir verir ki, qamboylular töhsün aparsın. Ge­dif görüllər ki, əsdafrullah, torpağın sanı var, ilanın sanı yoxdu. (Pey­ğəmbərə getsən, deyəjəh). Hər yan ilandı. Gəliv əmir veriflər ki, getməyə təhər yoxdu, ilan nətəərdi, Allah bilir. Höküm verifdi şo­firə, məni apar orya. Kişinin adı yadımnan çıxdı ey. O böyüyün. Qə­şəhcə gedər orya. Elə bir az gedər, kişinin ağzı əyilər, gələr durar kü­rəyində. O kişi onnan öldü. Savağ ertə də qəşəhcənə getdilər ora­la­rı sildilər, süpürdülər. Beyləqan camahatı, tatallar gəvə apardılar, ki­lim apardılar, döşəhcə apardılar, kimin qülvünnən nə çıxdısa, apar­dılar. Peyğəmbərin için bəzədilər. Peyğəmbər hökümlüdü, qı­zım. Seyid Əmnə dedi ki, erməni davası da olsa, Peyğəmbərdən aşa­ğı addıya bilməz heş vaxd. Peyğəmbər neçə ilin peyğəmbəridi, ta­rixi yoxdu.

76. PİR AĞACI
Bizim kətdə bir Pir ağacı olub. Eyzan kimsə deyirdi, ora xo­ruz deyirəm, ya toyux deyirəm. Aparıv orda kəsməliyih də. Həmən o Pir ağacının üsdündə kəsirdilər. Ermənilər də orda gedif nəysə kə­sirdilər. O Pir ağacı palıd ağacıydı. Böyüh bir ağacıdı, dağın ba­şın­daydı. Orda mən də aparıf kəsmişəm xoruz. Mişa adında erməni va­rıdı. Onun bir qanadın16 kəsif aparıf yandırmışdı, səhər ağzı əyil­miş­di. Ağzı əyilif gedif harda durmuşdu ha. Yanı onun ağzı heç vax da düzəlmədi. Elə helə də qaldı, ağzı əyri. Dedilər ki, o Piri kəsiv on­nan yandırıv, ona görə ağzı əyilif.
Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə