Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,74 Mb.
səhifə5/28
tarix08.04.2018
ölçüsü2,74 Mb.
#36696
1   2   3   4   5   6   7   8   9   ...   28

77. SIRĞA OCAĞI
Sifətdə yara olanda o ojağın torpağınnan götürüf bir damcı bax belə çəh, onnan gedir (üzdəki yara, səpişih). Ora Sırğa deyillər, Sır­ğa ojağı. Ya tüpürüllər həmən yerə, sağalır. Üzdə yara varsa, Nad­­ya (ocağın nümayəndələrindən biridir – top.) tüpürəndə onnan gör­­dün o yara itdi.

Niyə ona Sırğa ocağı deyillər? Yara olur belə, sırğadı yaranın adı. Həmən o sarı, sulu yaranın adı sırğadı. Ona görə.


78.

Mənim hər iki tərəfim də, dədə-babam da Sırğa ojağıdı. Kim ya­ra töhsə, eləsinə mən tüpürsəm, onnan gedejeh. İndi, bala, mənim də­də tərəfim də sırğa ojağıdı. Mən hər tərəfdə varam. Qavar-qavar ya­ra töküllər, bax belə damcı-damcı, iki dəfə tüpürcəyimi atem, ya­ra sağaler. Həkimlər qavağın almer, mən aleram.



YER ADLARI İLƏ BAĞLI XATİRƏLƏR
79. QANLI DƏRƏ
Qannı dərə varıdı. Ora uşax vaxdı atamnan gedirdih. O vaxdı or­da lager varıdı, piyaner lageri. Məni aparırdı piyaner lagerinə qoy­mağa. Orda da hamısı erməniydi. Ordan keçəndə dedi ki, bala, bu­ra Qannı dərədi. Dedim ki, niyə Qannı dərə deyillər, ata? Sual ver­­dim da. Dedi ki, burda azı min nəfər azərbaycannını qırıflar. Dağ­dan gələndə burda pusqu eliyiflər. Dərin dərədi. Burda pusqu eli­yiflər. O pusquda azərbaycannılar hamısı düşüv o erməninin ara­sı­na. Burda gülləliyif qırıflar. Mana bir ağaş gösdərdi. (Böyüy ağa­cı­dı). Dedi ki, bax bu ağacın dibində azərbaycannıların birinin be­li­nə qaynammış samavarı bağlıyıf, belində qaynadıflar.

Sajayax deyillər, qoyurdular ojağa, qalıyırdılar, qızırdı möy­kəm. Bax o spiral kimi qızaranda deyir, götürüv taxırdılar mü­səl­man­narın başına. Çılpaxlıyırdılar, lütdüyürdülər, deyir, taxır­dılar be­lə onun boynuna ki, bunnara zulum eliyəh. 1905-ci ildə, 1912-ci il­də, 1914-cü ildə, 1918-ci ildə, sora Savetin vaxdında da onnar mü­səl­manı qırıflar.


80. SOYUQ BULAQ
Edilli kəndi varıdı bizim böyrümüzdə. O kəndin meşədə So­yux bulax deyilən bir bılağı varıdı. Suyunnan bir stəkan işməh müm­kün dəyildi. Gərəh yarıyatan içeydin, bir nəfəsını dəreydin, bir də yarısın içeydin. O qədər soyuğudu. İki daşın arasınnan bax belə fan­tan verif çıxırdı. Oralar vaxdıynan Bəhrəm bəyin torpaxlarıymış. O suyun aşağasında Bəhrəm bəy bir böyüy armıt – qış armıdı, daş armıt deyillər e, onnan calax salmışdı. Belə onu elə düzəltmişdi kin, get otur onun içində ye, iç. O bılaxdan da su gəlsin, iç, qəşəy or­da kef elə. Həmən Bəhrəm bəy də oranı qoydu getdi Şuşuya. Mil­lətimiz ha­mısı dağıldı getdi Şuşuya. Bütün o başbilənnərimiz. Yox­sam orda qal­seydılar, heç erməni bəlkə də oraların həndəvərinə gəl­məzdi.

81. ƏRGÜNƏŞ DAĞI
Bizim öz dağımız Ərgünəş dağıdı. Səhər-səhər Günəş belədən çı­xırdı. Çıxanda gedirdi həmən o dağın üsdünnən batırdı. Yanı ər, gü­nəş, ərnən Günəşin qovuşduğu. Yanı getdilər orda qaldılar. Gü­nün çıxan yeri – Ərgünəş.

Birinci günün şafası oranı vırırdı. Batanda da genə ora... Tu­tu­landa görürdün hər yer qarannıxladı. Elə batanda da oranı gö­rür­dü, çıxanda da.


82-84. MƏNGƏLƏNATA DAĞI
Bir də Məngələnata deyilən dağ varıdı. Biz orda post da qur­dux. Yanı döyüş vaxdı mən orda oldum. O albannardan qalmış bö­yüh bir məbədiydi. Amma elə möykəmidi ki, orda erməni o tə­rəf­dən atanda o binaya dəyəndə uçuf dağılmırdı. Möykəmidi. Biz orda ne­çə vax posda durdux. Ordan üzü erməniyə tərəf hər yan gö­rü­kür­dü. Biz ora çıxıncan alayı-dolayı çıxırdıx. Yanı yorulmamağ üçün. Nə­­fəsimizi dərirdih. Adam yorulurdu o təpiyə qalxıncan. Çox pis di­kidi, hamısı da qaratikan kolları. Onun arasıy­nan cığır salmışdıx. Ara­da bir-iki dəfə dincəlirdih, yorulur­dux, çox qəlbiydi yanı. Orda daş çıxırdı. Hörgü-zad hörməyə. Ağ lay-lay daşdarıdı. Camahat qa­zır­dı, çıxarırdı, gətirib özünə ev tikirdi.
83.

Tuğda Məngələnata vardı, yekə dağdı. Onun başında pir var­dı. Ora mən də getmişəm, ora nəzir demişəm, aparmışam. Addarı Azər­baycan adıydı, yadımnan indi çıxıf. Orda ojaxda qəbirrər va­rıy­dı. Onnarın adı müsəlman adıydı. Amba ora ziyarətə biz də ge­dir­dih, ermənilər də gedirdi. Kəndin yap17 yuxarsında bir dənə kilsə va­rıydı. O da alban kilsəsiydi. Olar amba öz adına çıxır da o kil­sə­ni. Məngələnata dağında alban kilsəsiydi. İçində iki dənə qəbir va­rıy­dı, bir də yenirdin biraz o üzə – aşağı, orda iki dənə vardı. İkisi abi­dənin içindeydi, ikisi amba aşağdeydı. Aşağıdakı deyirdilər, qar­daş-bajıdı. Amba o yuxardakı, o içindəki arvatnan kişi oluf. O vax­dı rəhmətdih Şəfiqa, Makko, mən, Safura, uşaxlarnan getmişdih ora zi­yarata. Onda görmüşdüh.

Hətda o vaxdı onu deyir, o dağlarda göyərçinin əyağna kağız ya­zıf bağlıyırmışdar, bəylih vaxdında, xannıxların vaxdında. Bax apa­rıv orda elə bil birinə verirmiş, örgənmiş göyərçinnər dana. Sora o göyərçini aparıv o biri dağda birinə verirmiş. Bax helə-helə. Adam­­nar gedirmiş, orda dururmuş dana, bax o dağın üsdə, deyir­miş­dər, ora göyərçin gətirəcəh onu. Onu götürüllərmiş. Məngələn­ata­da, o biri dağlarda, bax Şuşoynan həylə əlaqə saxlıyıllarmış, o bəy­­lih-xannıxda.
84.

Rəvayətə görə, yer üzünü su alanda Məngələnata dağı (hün­dür­dü də) quru qalıf. Bu biri dağdan o biri dağa gəmiynən gedəndə so­ruşuflar, hardan gəlirsiz? Filan yerdən. Məngələn­adadan. Mən­gə­lən­atanın əvvəlki adı ata yox, ada olub. Məngələn­ada. Sora ada əvə­zi­nə ata çağrılıf. Rəvayətdi də. Bizim kəndin girişində bir pavarot var­dı. O pavarotda əhəng daşdarı vardı da. Elə bil, bulduzer yeri qa­zıf, yol düzəldif. O əhəng daşdarında balıxqulağı izdəri görükürdü. Hə­min yerrər su altında oluf vaxtiylə. Balıxqulağı daşdaşmış haldadı or­da.

Qəbirrər-zaddar var, ziyarətgahıydı. Erməni də ziyarata ge­dir­di­ ora, azərbaycannılar da. Ümumi ziyarətgahıydı. Mən dəqiq de­yəm­mərəm, neçə qəbir varıydı.
85-86. QIZLAR GÖLÜ, SEYİD GÖLÜ
Bizdə Qızdar gölü var. Öz də çaylağın içində daşıdı belə. Elə bil ki, addelni özünnən düzəlmə bir daşıdı. O daş elə bir şeyidi ki, özün­nən düzəlmə hamam vannası formasında. Axulludaydı o göl. Sa­rı qayadan bəri gəlirdiy e, orda. Soltanın qozdarınnan aşağıdakı də­rədə. Biz gedirdiy eyzan ora uşaxlarnan. Qızdar-zaddar orda çi­mir­di, nəydisə, Qızdar gölü deyirdilər.
86.

Ora Seyit gölü deyirdilər (Qızlar gölünü nəzərdə tutur – top.). Ora vaxdıynan həddinnən artıx daşdığ oluf. İldırım çaxanda ora il­dı­rım parçası düşüp. O daşı oymalıyıf pramoy götürüf tulluyuf aşa­ğa. Ortası qalıp çala. O su gəlif ora tökülürdü, oranın adın elə Seyit gö­lü qoymuşdular. Uşax-muşax gedif hamısı orda çimirdi. Daşın için­də.


87. OSMAN BULAĞI
Osman bılağı, belə deyim ki, orda Osman adında bir oğlan oluf­du. Gəliv elə oluf ku, Cermuğun başının üsdə onu vuruflar, özü də erməni vurufdu. Balığ ovuna gəlillərmiş köhnə vax. Osman bı­la­ğı da elə onun olufdu. Orda da qavırsannıx salıflar. Bizim dağ ətə­yin­də ölən gəlirdi Sədir Məmmədə, bir də Osman bılağına. Osman bı­lağı Cermuğun üst tərəfində Atdar bağlanannan üş klometir qəl­bi­də­di.
88. SAFOLU İSTİSUYU
Safo döyüşdərin hamısında qalif gəlif. Xannarnan, bəylərnən vu­ruşuf, o qoruğu alıf, gəlif bir dəriyə düşüf. Dəriyə düşəndə görüf bur­da bir bılax pıkqıllıyır. Bulax pıkqıllıyanda əlin suya saler, bu­la­ğın suyuna. Geder bir çayın qırağına. Çayın yuxarısı meşə oluf, qa­ya­lıx. Aşağası da çay oluf. Geder qoşunnarın tökör ki, burya gəlin. Bu deyif, niyə, Safo kişi? Deyif, qazın, görün burdan nə çıxejax? Qa­zellar, göröllər əllərin yandırer. Deyer ki, bu dərman isdisuyudu. Dağ­dadı e. Yuxarısı meşədi, aşağısı dağdı ey. Bir dərədə duror o su­yu qazer, göl olor. Göl olanda deyer ki, bu, Safo isdisuyudu. Qa­ler Safolu isdisuyu. Ermənini yansın, sora da erməni gəler ki, bu, Cır­mıxdı18. Döndərellər Safonun isdisuyun Cırmıx qayırellar.

89. XANLIQLAR
Ermənilər son vaxlar gəlif yerrəşmişdilər Qarabağda. Onda ki türk­lərnən onnarın arası dəydi, onda rusdar qəsdən onnarı köçürdüf gə­tidilər bura. Gətirif yerrəşdirdilər. İrannan da gətirdilər bir azını. Türk­mənçay sülh müqaviləsinnən sora gəldilər hamsı.

Martuninin əvvəlki adına Xonaşin də deyirdilər. Xonaşin o ça­yın adıydı, çayın adıynan deyirdilər. Orda bəylər oluf, Qarabağ bəy­ləri. Orda torpaxları oluf, indi Qarakətdə bı sahat da ora Xannıx de­yillər. Xannıxlar oluf Qarakəntdə. İndi o xannıxların yerin məhv eli­yiflər. Mən bir erməniynən görüşdüm, Qarakənd ermənisiynən. Qo­ca erməniydi. Söypət elədih. Dedim ki, yaxşı, burda xannıxlar va­rıdı, bu xannıx nağayrırdı ki burda? Nə iş görürdülər xannar? De­di, hes zad, torpağ ollarınıdı, biz də onu icraya görürüf bırda əkir­dih, becərirdih, ollar da çiynində qızılquş, ov eliyirdilər bu dağ­lar­da. Kəhliy ovuna, sora turac ovuna, onnan sora meşə xoruzu ovuna çı­xır­dılar. Ancax ildə bir dəfə gəlif vergiləri yığıf qayıdıf gedirdilər. Biz, deyir, olların əlinin altında işdiyən adamlarıdıx. Məsələn, kö­çür­mə vaxdı deyillər ki, mubahisə yarammır ki? O vaxdı o kö­çü­rən­nərdən biri deyir ki, hələlih mubahisə yoxdu. Amma xalq, yerri ca­mahat hamısı dağdadı. Tərəkəməydilər də, dağa-arana gedirdilər. İn­di ollar qayıdannan sora yəqin ki, mubahisə yaranajax. Sora da mübahisə yaradannarı qırdılar, töhdülər, köçürdülər. O vaxdı hö­ku­mət məjbur eliyif.


90. CUMA BAZARI
Ermənilər soradan gəlif Qarabağa. Olar – köhnə adamlar bı­la­rın nə vaxdı gəldiyini yox, gördühlərini deyirdilər. Cuma bazarına ge­dərmiş mənim atam, sora babam. Cuma bazarı indiki Xo­ja­vən­din, köhnə Martuninin ortasında balaja bir-iki sahatdıx bazarımış. Ama orda tükannar var, şirniyat satılan tükannar olufdu o Cuma ba­za­rında. Oranın əslində əksəriyəti azərbaycannı oluf. Olardan kəllə qənt­dər alıf gətiriflər. Deməli, mənim anamın danışdığına görə, (ata­mın üzün görməmişəm, bilmirəm, yadıma yaxşı gəlmir) deməli, ora ermənilər də gəlirmiş. Olar əvvəlcə gəlif dağlığ yerrərdə yer­rə­şif­lər – çox uzaxlarda yaşıyırmışdar. Ollar, əsasən, siyasətnən hə­rə­kət eliyiflər. Dağlıx yerrəri tutuflar, sulu yerrəri tutuflar. Bi­zim­ki­lə­ri yavaş-yavaş düzəngahlara doğru sıxışdıflar rusdarın köməyiynən. Er­məni də Cuma bazarına gələrmiş təh-təh. Amma tükannar azər­bay­cannıların tükanı olufdu. Hələ bildiyimə görə, anamın da­nış­dı­ğı­na görə, ollardan bir neçəsi şuşalı oluflar. Şuşada qohumları olar­dı, firqunnan Şuşadan o tükançıların evlərinə adamnar gəlirmiş. Bu Mar­tuni də “uni” ermənicə “var” deməhdi elə bil. “Mart” – adam. De­məli, səhər kimin nəyi varımışsa, bazara çıxararmış. Ermənilərdən də təh-təh gələrmişdər ulaxnan. Ollar ən çox ulaxnan məyyən mal gə­tirərmişdər ora satmağa. Dəhrə sapı, balta sapı, yaba, nə bilim. Ol­lar həylə şeylər düzəldərmişdər. Gətiriv orda satıf məyyən tükannan alıv apararmışdar. Deməli, bir-biriynən qarşılaşanda kim gejikirsə, al­ver eliyif qayıdanda o birilər, elə bil, gəlir, sahat səkgizdə biri gə­lir, o birsi də onda-zadda. O deyir ki, “ende mart uni?”. “ Orda adam var – bazarda?” Mart adam deməhdi, uni var. Mənim bildiyimə görə, öy­rəndiyimə görə... Mən də çox maraxlammışam. Martuni adı on­nan orda qalıf. Sora ollar çoxalıv-eliyif, gəliflər. Sorakı illərdə.
91. QAYTANLI KİTAB
Bizim kəndin camahatı ermənilərnən qonşuydu. İyirmi dənə kənt bizim əhatəmizdəydi. Deməli, aramızdan bir çay gedir. Çayın bu tərəfində ermənilər yaşıyırdı. Bizim ora toyuğmuz, cücəmiz, mal-qaramız çıxanda ermənilər onu aparıf pəyiyə salırdılar ki, bəs bu gəlif torpağmıza keçif. Təsəvvür elə ki, kəndin içində erməni tor­pağı var. Bizim camahatımız, bizim ağsakqallarrımız deyərdilər ki, bir qaytannı kitaf var. Qojalar deyərdi ki, o qaytannı kitafda bu kənt­dərin torpağının yarısın ermənilər alıflar. Yanı erməniyə hansı tor­paxlar ki verilifdi, o qaytannı kitafda yazılmışdı onun hamısı. Mə­sələn, bizim kəndin qabağna Bəylih bağı deyirdilər. Bəylih bağı bi­zim kəndin torpağı oluf. Sora Pişihli dərəsi (orda çoxlu vəhşi pi­şih olardı) deyirdilər, o, bizim kəndin oluf, amma sora ermənilər alıf. Şindi bulağı deyirdilər sora. Sora Kar daş deyirdih biz, er­mə­ni­lər ona ayrı ad deyirdilər. Kar daş kəndimizdən bir altı kilometr aşa­ğıda bir yerdi, bulaxdı. Yerdən qaynıyan sudu. Bulağın səsi yo­xuy­du də. Bu­lax sakitcə axırdı deyin, camahatımız ona Lal bulax, Kar bulax, Kar daş sözü deyirdih. Helə bir mənada. Ama Bəylih ba­ğı dediyim yer, mə­nim nənəmin dediynə görə, orda bir bəy oluf. O bə­yin bağı oluf də, yaylax bağı oluf. Sora o bəyləri ki, 30-cu illərdə kal­xoz qu­ru­cu­lu­ğunda sürgün elədilər, qulak elədilər, o həmin yer o ada­mın adıynan qalıf. Artığ o yer erməni­lərin yaşadığı kəndə çev­ril­mişdi. Bax olar hamsı bizim ərazimiz oluf, biz ora tut ye­mə­yə gedirdih də. Gəlirdi ermənilər bizi qoalıyırdı ki, siz bu tutdan ni­yə yeirsiz? Mən özüm onun cannı şahidiyəm ha. Gedirdih, Allah hak­qı, düşürdülər dalımıza ki, bizim tut bağlarına niyə girirsiz? Da­la­şırdılar.

Qaytannı kitaf elə bil ərazi hakqında məlumatıydı. Guya kimə han­sı ərazi düşür, o kitafda onu qeyd eliyirmişdər. 30-cu illərdən da­nışırdılar. Deyirdilər ki, 30-cu illərdə kətdəri birrəşdirdilər, kal­xoz quruculuğu elədilər, onda azərbaycannılara ayid olan tor­pax­la­rın yarsını ermənilərə kəsif veriflər. O kitaf da o sənədiydi. Mə­sə­lən, biz gedif ərazidə isdiyəndə o kitabı açıf deyirmişdər ki, bax bur­­dan bura qədər Bəylih bağınındı, burdan bura qədər Müş­ga­ba­dın­dı, burdan bura qədər Kəntxorundu. Təsəvvür elə, Qaradağlının hən­dəvərinin hamsı ermənilərə verilmişdi uje.


92-93. BƏHRƏMLİ KƏNDİ
Bəhrəmli kəndi hökumətə-zada tabe olan kənt dəyildi. Kəntdə Nər­man bəy vardı, Nəsir bəy vardı, onnan sora ayrı bəylər varıdı. On­nar da heş biri hökümətə tabe olan adamnar dəyildilər. Ona görə də o kəndi köçürtdülər. Ərazisini də ermənilər yaşayan kətdər ara­sın­da bölüşdürdülər. Ermənilər də həmin kəntlərə də soradan gəl­miş­dilər ha. Gəlməydilər. Erməni kalxozdarına verdilər Bəhrəm­ni­nin ərazisin. Camahatı da köçürdülər Əmrallara. Kənt köçürü­ləndə bir­cə Nərman bəy qalmışdı. Qalan ya qulağ olunmuşdu, ya da gül­lə­lənmişdi. Nərman bəy anamın əmisidi. Qaçaxlara köməy eliyirdi özü də.

Bəhrəmnini əllinci ildə köçürtdülər. Bir olları köçürtdülər, bir də Vərəndəlini. Ollar tabe olan adamnar döyüldülər, ona görə olları kö­çürtdülər, uzaxlaşdırdılar. Bəhrəmni Bəhrəmni tayfasınnan olan­dı. Ora qədim köçərilərin payız-yaz düşərgəsi olufdu – tərəkə­mə­lə­rin. Məsələn, Beyləqanda olan Alnazarrı kəndi var, orda olların bu­la­ğı var. Alnazarrı bulağı. Deməy, o vaxdı qəşəh bulax tikdiriflər on­­nar, qoyunnarı, malları suarmağ üçün. Tərəkəmə oluflar da. Bu tay­falar hamısı tərəkəmə olufdu. Buralar hamısı (Beyləqan ra­yo­nu­nu nəzərdə tutur – top.) muharbədən sora kənt olufdu. Bax bu Bey­lə­qan beşinci paraxdı. Sürgün elənənnəri bura göndəriflər. Sora da sür­gün olunannarın üsdünə köçürtdülər dağ əhalisini – bizim tə­rə­kə­mələri. Əhali də dağ əhalisi. Dağlardan köçürdüf gətirif aranda yer­rəşdirirdilər. O vaxdı guya Leninin gösdərişiynən burda təsərfatı in­kişaf elətdiməy üçün. Ama əslində sürgün düşərgələri oluf bıra. Mə­sələn, o vaxdı o sürgünə göndərilənnər əsas gəlif bırda, bı pa­rax­larda yerrəşdirildilər. Paraxlar deyirdilər bıllara. Məsələn, Ağ­ca­bə­dinin ərazisində də varıdı. Burda da varıdı. Beşinci, dördüncü... Nöm­­reynən paraxlarıdı. Görürdün, bizim kətdərdən gətirillər bırda pam­bıx yığdırıllar, arx çəhdirillər. Onnan sora müfdə işdədip apa­rır­dılar. Sora da əhali məsgunnaşannan sora belə kətdər əmələ gəl­di. Yoxsa bırda heş bir təsərfat sahəsi olmuyuf.


93.

Tirəmizin adı Bərrəmlidi. Bəhrəmli kəndini əlinnən alanda Nər­man bəy deyif ki, axı yer mənimdi. Ermənilər deef ki, Nərman bəy, sənə nə verillərsə, sən ona yaxın dur. Səni elə yerə göndərərih ki, sən bu yeri bir də görməzsən. Həə. O bizim ərazini, Bəhrəmli əra­zisinin hamsını götürüb Çartaza veriflər, Ağkəndə veriflər, Sosa ve­riflər (erməni kətdərinə). Bizim Bəhrəmlinin ərazisini bölüşdürüf ve­riflər ermənilərə. Baxış kişinin dediyinə görə, Bəhrəmliyə girməh müm­kün döyülmüş da. O qəddər palıd ağacı varmış ki, ora ancax bir cığırnan getməh mümkünmüş. Deməh, yeddi il oranı qəsdən od­du­yuflar. Yeddi il dalbadal odduyuflar, onnan sora dağlar da elə çıl­pax qalıf. Orda bulaxlarmız olufdu. Məsələn, Ballı bulağ olufdu, Kor bu­lağ olufdu, Kənt bulağı olufdu, Atakişi bulağı olufdu, onnan mə­nim ana­mın atasının orda kəhrizi olufdu. Həmidin quyusu de­el­lər də.

Deməh, Nikalayın əsgəri xəsdələnir. Nəsə, hara aparıllar, müm­kün olmur. Həmən xəsdəni gətirillər bizim Bəhrəmli kəndinə. Gə­ti­rillər orda buna xeylax da gümüş pul verillər. Deellər, ölərsə, bu pulnan onu dəfn eliyin, olmazsa da, bu pulnan onu malicə eliyin. De­­məh, o sağalmaz insan (bilmirəm də nə dərdi oluf) orda bir həf­də­nin içində sağalıf. Pulu da qoyuv orda, deef camahata ki, mən get­­dim. Bizim zonada xəsdə adam olmuyuf.
94. XANLIQ, BƏHRƏMLİ, VƏRƏNDƏLİ VƏ

DÜDÜKÇÜ KƏNDLƏRİ
Xannıx kəndi Martunidən yuxarda olup da – Xocavəntdən. Deməli, kən­­din orda uçuntuları var, dağıntıları var. Orda bulaxlar, kəhrizdər var. Camahat gedib o kəhrizdəri ziyarət eliyirmişdər. Ora­­nı yox eli­yip­­lər. Xannıx kəndi yəqin ki, İbrahim xanın kəndi-za­dı olup. Bö­yüy abad bir kənd olup. Əhalisi durur, kəndi dağıdıplar.

Bi­zim rayonda Bəhrəmli kəndi olup. Bəhrəmli kəndini gətirip bir­rəş­diriplər Əmrallara, kənd orda ləğv olup çıxıp gedipdi. Kənd orda qal­­saydı, o daha çox inkişaf eliyəcəydi, böyüyəcəydi, məytəbi ola­­cağ­­dı, savetdiyi olacağdı. Vərəndəlini aparıp Qaradağlıynan bir­ləş­di­riplər, bu kəndi yox eliyiplər. Guya kalxozdarı birrəşdirillər, tə­sər­fatları birrəşdirillər. Halbuki ermənilərin otuz evi olan kənd­lə­rin­də bir icra nümayndəliyi varıydı, Savetdih varıydı, kalxozu varıydı.

Bi­zim rayonun adı olup Vərəndə rayonu. Sora Dağlıx Qara­bağ Mux­dar Vilayəti yaradılannan sonra bizə yazıplar Martuni. Mar­tuni ad­­lı yer yoxdu. Myasnikyan var, onun təxəllüsü, ləqəbi Mar­tunidi. Myas­nikyan ermənidi, inqilabçı olupdu. Martunini də o in­qi­lab­çı­nın adıynan qoyuplar. Əvvəlcə bu olup Çartas kəndində. İndiki Mar­tuninin olduğu yerdə bir nəfər erməni yaşamıyıp. Orda irmi yed­di bəy olup. Hamısının siyahısı var bizdə. Biz onu adamları da­nış­dırıp götümüşüh, ədəbiyatda yoxdu bullar. Orda olup bəylih­lər, or­da uzax məsafədən – irmi-otuz klometirdən kəhriz çəkiplər. Hajı Kə­rimin kəhrizi, nə bilim, kimin kəhrizi. Orda olan bəylər öz­dəri kəh­rizdər çəkiplər. Olların mülkü olupdu. Məsələn, bizim bu ha­di­sə­lər başdamamışdan öncə burda – İmişdidə olan adamlar ge­dib or­da mülklərinə iddia eliyiplər. Gedip məsələ qaldırmışdılar ki, mə­səl­çün, orda polisin binası mənim babamındı, o birsi mənim ba­ba­mın­dı, qaytarılsın. Bu aşgarrıx-zad başdıyannan sora bax belə bir şey eləmişdilər. Bu tərəflərdə çox ciddi hadisələr olup, çox güjdü in­­sannar olup. Məsələn, Vəzirov19 yoxdu? Vəzirovun tayfasını qı­rıf­lar vafşe. Ermənilərə qarşı ən ciddi mübarizə aparannarın biri də Və­zirovun ata-babası olub. Düdühçünün hamısı bulların oluf, qı­rıf­lar, erməni gəlif yaşıyır Düdühçüdə. Hamısı da ermənilərə qarşı cid­di dayanan insannar olup ha, imkanlı adamlar. Vuruşuplar ha­mı­sı ermənilərə qarşı, bulların nəslini kəsiplər. Vəzirov da gəldi dedi ki, erməni qardaşımızdı bizim. Yanı gəldi əlinə imkan düşdü, ama ba­balarının qisasını ala bilmədi. Yurdunun qisasın ala bilmədi.

Bu mətni Muğanlı kənd sakinindən qeydə almışıq. Söyləyici adı­nın qeyd olunmasını istəmədi – top.
95. TUĞ KƏNDİ
Tuğ Azərbaycanda ən qədim kətdərdən biri olup. Ona kənt de­­məh də bir az günah olar. Böyüh bir yerdi, qəsəbədi. Kənt kimi de­yildi. Özündə də yeddi özünnən başqa kənt birrəşirdi, ora mərkəz he­sab olunurdu. Susalıx varıydı, Əhənkli varıydı, Əzgilli (Əzgilli kən­dini Zıqorru eləmişdi ermənilər. Tərcümə eləmişdilər) kəndi, Çər­houz (Bunu da Çıraquz eləmişdi ermənilər), yəni dört dənə ho­vuz. Onnan sora Məmmədəzor, yəni zor ermənicə dərə deməhdi. Məm­məd dərəsi. Ermənilər öz dillərinə tərcümə eləmişdilər.

Tuğ bəylihlərdən ibarət oluf. Azərbaycannılardan olufdu o bəy­lər. Böyüh bəylih nəsli olufdu. Orda oluv Astan bəy. Böyüh məy­­təf binası varıydı, üç mərtəbə binaydı. Orda əllidən çox otax va­rıydı. Deyirdilər ki, o, Astan bəyin evidi. Sora deyirdilər, Astan bə­yin qardaşı oluv Aslan bəy. Sora deyirdilər, Sadıx bəy olufdu. (Bi­zim orta məytəf məllimimiz rəhmətdih çox tarixə müraciyət eli­yir­di, bizə söypət eliyirdi eşitdihlərinnən). Nə bilim, Rza bəy oluf. Ha­mısı azər­baycannılar olufdu. O yerrər azərbaycannıların olufdu. Ev­mizin qar­şı­sındakı məytəf də Meyti bəyin eviydi. O boyda ev bir bə­yinidi. Bazar deyilən yerə yenən yol varıydı. Orda deyirdilər ki, onun aş­xa­na­sıymış. Orda yaşdı ki­şi varıydı, rəhmətdih Gülbahar mamama söy­pət eliyirdi. Deyirdi ki, Gülbahar bacı, mən uşağıydım bax bı məy­təp, bı bina tikiləndə. Atam­­nan ge­dip arabaynan Xankəndinin üs­dün­də, deyir, meşə var e, or­dan ma­tiryalı – milləri yığıv arabıya, ordan gə­tirirdih. O me­şələrdə də palıd ağaşdarı çoxuydu. Palıd ağacı da çox ey­tibarrı ma­tir­yaldı. Ona görə də bax dediyim o üçmərtəbə bina varıydı, böyüh bal­konnar varıydı orda. Sora otaxlar varıydı, ha­m­sı­nın polu pa­lıt­da­nıy­dı.



Meyti bəyin hakqında da çox gözəl danışırdı o kişi. Deyirdi, o qədər çörəhli, o qədər yaxşı, ağıllı adamıydı. O qədər insan­pər­və­riy­miş o bəy. O bəyin özünün Fizuli tərəfdə də torpağı olufdu. Orda da balaca kənt salıf, onu da onun özünün adıynan ad­dan­­dırırdılar.
96-97. MUĞANLI KƏNDİ
Beyləqanın Aşıxlısıdı, sora Eyvazalılardı, Alnazarrıdı – bullar ha­mısı bizim rayonda yaşıyıflar vaxdıynan. Ordan gəliflər bura. Ya­nı bulların bu gün həmin ərazidə qəbirsannıxları var. Yanı bir gün gəldin düşdün, qəbirsannıx salımmır. Qəbirsannıx, orda deyəh ki, otuz il, qırx il, əlli il, altmış i, yetmiş il oturursan, sora başdı­yıl­lar qə­bir­sannıx salmağa. Özü də ki tərəkəmə camahatı. Bulların ha­mı­sının yer­rəşdiyi yer oluf. Məsələn, Martuninin düz mərkəzində bö­yüh bir qəbirsannıx varıdı. Qədim qəbirsannıx, Aşıxlı qə­bir­san­nı­ğı deyillər. Orda da iki dənə kümbəz varıydı, ollar Mədəniyət Na­zir­riyinnən qeydiyatdan keçmiş abidəydilər. Aşıxlı kümbəzi de­yir­di­­­lər. Ermə­nilər onu səhsən dokquzuncu ildə bir gecənin içində sil­di­lər-süpür­dülər, götürdülər – kümbəzdəri. Bir dənə qəbirsannıx qal­mışdı. Bu kətdər soradan köçüf gəliflər bura. Burda kənd ol­mu­yuf ku. Bulların nə tarixi var ki? Sadəcə, həmin dövürdə ermənilər ol­ları sıxışdıra-sıxışdıra ordan çıxardıflar. Bizim kəndin öz bəyliyi oluf­­du, Muğan­nının bəylihləri olufdu. Bizim kəndin yeri beş-altı də­fə dəyişə-dəyişə gəlifdi indiki yerə çıxıfdı. Həmin Muğannı kən­di indi yerində qal­saydı, orda om beş min nəfər əhalisi varıydı. Onun qabağında erməni dayana bilərdimi? Çox böyüh bir ərazisi va­rıy­dı, torpağı varıydı. İndi İmişdinin kətdəri var, Cəfərri kəndidi, Te­­lişdidi, Məmmətdidi, beş-altı kəntdi, bunnar hamısı Muğannıdan gə­lənnərdi. Binnətdidə mu­ğannılar var, ama hamısı Muğannı deyil. Am­ma get Cəfərriyə, de­nən, sən haralısan, deyəjəh, muğannıyam. Uşa­ğınnan tutmuş ağsak­qa­lına kimi hamısı deyəjəh ki, mu­ğan­nı­yam. Məsələn, get Məm­mətdi kəndinə, hamısı deyəjəh ki, mu­ğan­nı­yam. Hansı kəndə ge­dir­sən, hamısı deyir, muğannıyam. Məsələn, Ağ­cabədidə bir kənt var, Töörə kəndi, Şənnih deyillər. Hamısı mu­ğan­nıdı, bizim kənin adam­larıdı, bizdən gəliflər. Bulları hissə-hissə təy­ziq eliyiflər, incidiflər, yavaş-yavaş bulları ordan köçürüflər. Bi­zim kəndimizi ötən əsrin əv­vəllərində də, 1905-1907-də bir dəfə çı­xar­dıflar, 1918-ci ildə də bir dəfə çıxardıflar. Kənt çıxıv ordan. O kəndin bir hissəsi gəlif gedip İmişdiyə. Bey­lə­qa­­nın yarısı elə muğannıdı. Bizim kətdən gəliflər o vaxdı. Bir his­sə­si o vaxt gəlif Ağcabədidə, orda-burda yerrəşifdi, bir əlli-atmış ay­lə qayıdıb ora. Özdəri qayıdıf. Yanı ollar ora qayıt­ma­say­dı, Dağ­lıx Qarabağda Muğanlı kəndi olmuya­cağdı. Bu depar­ta­si­ya, kö­çür­mə min səkgiz yüzüncü ildə başdıyan­nan burda olan insannarı his­sə-hissə çıxardıflar.

Bu mətni Muğanlı kənd sakinindən qeydə almışıq. Söyləyici adı­nın qeyd olunmasını istəmədi. Xatırladaq ki, yuxarıda verilmiş “Xan­lıq, Bəhrəmli, Vərəndəli və Düdükçü kəndləri” haqqında xa­ti­rə­ni də bu söyləyici danışıb – top.

97.

Muğannı böyüy oba oluf vaxdıynan. Bizim Muğannı kəndi Dağ­lıx Qarabağın yamaç yerindəydi. Nə dağlıx döyül, nə aran, yax­şı bir səfalı yerdi. Gəlif mal-qara saxlamaxdan ötürü binə tutuflar. Əv­vəl iki nəfər oluf. Biri bildiyimə görə, Qara Hüseyin deyirdilər (Qa­ra Hüseyin adında kişi) gəliv orda binə tutuf. Belə yerdən qaz­max, sora çiy kərpic, nə bilim nə, belə. Görüflər ki, qohum-əq­rə­bə­lə­ri də doğuf-törüyüflər, aylə-zad qurannan sora görüflər ki, artıx bu­ra sərbəs yerdi, böyüh yerdi, camahat yavaş-yavaş toplaşır. Ollar əv­vəl həmin bizim bu Muğannı kəndində olmuyuflar. Bu Çirişdi dağının Şərq tərəfində yaxşı su olufdu. Qəhrəman adın­da imkannı kişi kəhriz qurduruf. Adına Qəhrəman kəhrizi deyiflər, o vaxdı bı camahat toplaşıv ora. Həm də ora daha yaxşı yerdi. Üş tə­rəfi dağdı. Əlverişli bir yerdi, orda yaşıyıflar. Qoyun sürüləri oluf­du, malları olufdu, yaşıyıflar orda. Orda Qarakənd deyilən bir kənd oluf, erməniləri yerrəşdirmişdilər sonralar o kəndə. Ermənilər Qara­kənt­dən bizimkiləri çıxarıf orda yaşıyıllar. Qəhrəman kəhrizi gö­zəl yer­di, meşəynən əlaqəlidi, çay axır, onnan sora mal saxlamağ üçün yax­­şı yerdi, əkin üçün də əlverişlidi. Ermənilər mane oluflar bi­zim camahatımıza. Qoyunnarı oğurruyuflar, basqın eliyiflər, hey­van­narı tələf eliyiflər, sora təh-təh üsdə düşdühcən bizim ca­ma­ha­tı­mı­zı qorxuzuflar. Atışma da olufdu. Atışma zamanı ölənnər də oluf. Ora böyüh dağdı, Çirişdi dağı deyirih. Bıllar keçiflər dağın bəri üzü­nə, Muğannı tərəfə. Dağın bəri üzündə bir dənə bulağ aşgar olu­nuf­du. Soradan öz-özünə çıxıv o bulax. Görüflər ki, nar ağacıdı, in­di mənim xa­tirimə gəlir ki, belə qayanın dibində bulax zəyif gəlir. So­ra eşə­li­yif­lər oyana-buyana, bulax güjdənif. Hətda sənəh, bardax-zad gö­tü­rüf gediv ordan su dolduruf gətiriflər. Adı Muğannı bu­la­ğıy­dı.


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə