Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,74 Mb.
səhifə6/28
tarix08.04.2018
ölçüsü2,74 Mb.
#36696
1   2   3   4   5   6   7   8   9   ...   28

98-100. SALAKƏTİN KƏNDİ
Bizim o kənt çox dağılıf. Ermənilər dağıdıf. Amma axırıncı sə­fər o kəndi mənim babam Zeynal bəy təzədənnən bir də qurdu. Hə­­mən o kəndi yenidən salanda əlli-atmışacan əv gəldi ora. Sifdə ir­­mi ikiydi, artdı gəldi heylə oldu. Onun özü rəhmətə gedif, yoldaşı qa­­lıf. Adı Salatın oluf. Həmən Zeynal bəyin yoldaşı Salatının adıy­nan kəndin adını çöndərif qoyuflar Salakətin. Bizim kəndin tarixi bax bu­­du. Bizim kəndin böyründə bir torpax var, bir om beş hex­dar. O tor­pağın da adı Kət yeridi. Deməli, orda kət varımış. O kənt yer­nən yek­san oluv ermənilər tərəfinnən. Yerində əkin əkirdilər. Ta uje şum eliyirdih, buğda əkirdih, arpa əkirdih. Hər şey əkirdih.
99.

Deməh, bizim kəndin çox qədim tarixi var. O Azıx mağarası da bizim ərazimizdədi. İntaası o yazılanda səf saldılar. Onda biz mü­raciət elədih ki, niyə ancağ Azığın adını çəkirsiniz? Axı bu yer Azı­ğın ərazisi deyil. Dedilər ki, kitab buraxılıf, da dəyişə bilmərih. Elə Azıx adında da getdi. Salakətində qədim insannar kahalarda ya­şı­yırdılar. Bizim orda Kənt yeri vardı. O Kənt yerində yerrəri vardı qə­dim insannarın. Kəndin üsdündə iki qaya vardı. Qayanın biri sal daş­dı. Bir rəvayətə görə ki, guya ki, o kəndin adı sal qayıya uyğun oluf. Onun adınnan götürülüf. Sal daşa uyğun oluf. İkinci də ki, be­lə bir rəvayət var ki, guya ki, Salah adında bir nəfər oluf. Orda məs­kən salıf. Onun törəməsidi orda. Oların hamsı da, deməh, kahalarda ya­şıyıf. Kahaların da biz köçənə qədər yeri varıydı. Uzax mə­sa­fə­dən ora su çəkilmişdi. Belə saxsı su boruları vardı. Biz də ma­rax­la­nır­dıx, qazırdıx, görürdüh kün, saxsı su boruları çıxır. Əvvəl belə ol­du kun, kumalarda oldux. Onnan sora biraz təkmilləşdi. Belə qə­şəh daş ev tihdih. Onnan sora daha yaxşı oldu.


100.

Bizim kəndin adı Saleh kəndi olufdu. Kəndin yuxarı his­sə­sin­də sal daş vardı. Kəndin adı deerdilər, daşnan bağlıyıf. Sal daşnan bağ­lanıf. Saleh sal daş deməhdi. Onnan da sohrasına tay daş de­mi­yif­lər, Salakətin kəndi qoyuplar. Saleh kəndi. Salahkətin.


TARİXİ ŞƏXSİYYƏTLƏR, QAÇAQLAR, TANINMIŞ İNSANLAR VƏ PƏHLƏVANLAR HAQQINDA RƏVAYƏTLƏR
101. ŞEYX SƏDİ
Deməli, bir ağıllı adam çıxıf gəzməyə. Şeyx Sədi deyillər. De­yir, çıxıf gəzəjəm, görüm kimin dərdi-qəmi yoxdu. Qəmsiz in­san­dı. O kəndə, bı kəndə... Belə baxıf kin, Rəşxanın prablemi İl­ti­fa­tın­kınnan pisdi, İltifatınkı Sahibinkinnən pisdi. Yanı baxıf ki, elə bir adam yoxdu ki, bının prablemi olmasın, yanı qəm-qüssəsi ol­ma­sın. Təxminən, bir ay-iki ay belə gəzir, heylə adam tapmıyıf. Tə­sa­dü­fən baxıf ki, kətdə toy gedir. Deyir, gedim bı toya baxım, bəlkə taf­dım qəmsiz insan. Baxır ki, toyun başında bir dənə çox gözəl in­san əyləşif. Aşıxlar çaldıxcan bı başdıyır belə əl çalır, gülür. Adam­na­ra deyir ki, Vallah, bının dərdi-qəmi yoxdu, gör nə şadyanalığ eli­­yir? Gözdüyür, toy yekunnaşır. Bı, evinə gedəndə gedillər bının evi­nə. Qapını döyüllər, deyillər ki, Allah qonağı isdiirsən? Deyir:

– Al­laha da qurban olum, onun qonağına da, gəlsin.

Bı evin qadını ye­məh-zad hazırrıyır. Bı oturur, yeməh gəlir məclisə. Bı alim adam­dı axı. Bı ev yeəsi deyir kin, yeməh yeyin. Deyir:

– Əşi, evin sa­hi­bi sənsən, sən “Pissimillah” eləməsən, biz ne­cə yeyəh? Gərəh sən “Pis­simillh” eliyəsən, biz də baxax, yeməh ye­yəh.

Bı and-aman eli­yir ki, sən Allah, mən yemişəm, toyda olmuşam, mana baxmıyın, siz yeyin. Ev yeəsi nə qədər dil töhsə də, bı adam qəbul eləmir. De­yir:

– Sən bir tikə kəsməsən, mən kəsən deyiləm, yeməh yemi­ye­jəm.

Bı ev yeəsi əlacsız qalıf deyir ki, ay əzizim, ay Allahın qonağı, mə­nim bı iki qolumun heyi yoxdu. Bı iki qolum heysizdi. Məni həyat yol­daşım yedizdirir. Mən özüm bını boynuma almadım ki, siz ürə­yı­nızda qəm-qüssə eləmiyasınız, siz yeməyınızı yeəsınız. İndi siz məc­bur elədıız, mən bı sözü sizə dedim. O toyda əl çal­ma­ğım mən­nən asılı döyüldü. Mən gülən kimi bədənim başdıyır atıl­mağa. Bı alim deyip ki, hə, biz çıxmışdıx dünyanı gəzəh, görəh ki­min qəm-qüs­səsi yoxdu. Sənin qəm-qüssən bizimkinnən də çox­du.
102-103. MİR MEHDİ XƏZANİ
Mir Mehdi Xəzani Tuğda məytəvin bünövrəsin qoyan adam­dı. 1859-cu ildə Bərgüşad mahalının Məmirri kəndində anadan oluf. Sora gəlif Şuşuya, məytəfdarrıxnan məşğul oluf. Ordan gedif Gən­ciyə. Qavax Yelizavetpol deyirdilər. Gəncədən bir də təzə­dən­nən qayıdıf Şıxımlı kəndinə (Şıxımlı kəndi Qarabağın kəndidi. O kənt ləğv olunmuşdu. Savet dövründə yoxuydu. Amma yerin adı qa­­lırdı, bulağı-zadı ev yerrəri, ağaşdarı – ham­sı hamsı qalırdı. Müsəl­man kəndiydi). Orda məytəvdarrıxnan məşğul oluf. Bun­nan sora bu, qızını Tuğa ərə verir. Yeznəsi deyif ki, gəl­gi­nən Tuğda məllimliy elə də. O da gəlif Tuğda məllimliy eliyif. Ölənə kimi də qa­­lıv orda. 1900-cu ildə rəhmətə gedif. Mir Mehdi Xəzani özü də se­­yitdi. Məytəf varıdı, uju-qulağı yoxudu. Erməniynən musurman onun içində dərs keçirdi bizim dövrümüzdə.
103.

Mir Mehdi Xəzani seyitdi. Qəbrinin üsdündə balaca kümbəzi var. Tuğ məytəvinin bünövrəsini o adam qoyuf. Sora uje rusdar üş si­nifli rus-tatar məytəvi yaradıf. Onun hesavına da Tuğdan ziyalılar çox yetişif. Sorakı dönəmdə – Respublika yarananda nazirrərdən iki­si elə Tuğluydu. Xudadət bəy Məlikaslanov dəmiryol naziri oluf, tuğ­ludu. Cavad bəy Məlihyeqanov, Ağabəyoğlu Məlikaslanov. Mə­lik Yeqannar­dan­dı. Məlik Yeqan albandı. Babalarının familyasıdı. Mə­lik Yeqan babalarıdı. Yeqanın adını Nadir şah qoyuf. Nadir şaha gə­lif deyiflər ki, oğlun hakimiyyətə keşməy isdiyir. Oğlunu öl­dürtdürüf. Sora bunun təbəələri hamsı gedif başsağlığına. Məlik Ye­qan deyif ki, sən oğlunu gərəy öldürmüyəydin də. So­ra­dan bilif ki, bu, düşmən sözü oluf də. Heç oğlunun belə fik­ri yoxumuş. Orda qoyuf Məlik Yeqanın adını ki, sən yeganəsən. Təhcə ağıllı adamsan ki, sən mana düz söz demişdin o vaxt. Ordan qalıv onun adı.



Bu mətni Tuğ kəndinin sakinindən qeydə almışıq. Söyləyici xa­hiş etdi ki, onun adını qeyd etməyək. Xatırladaq ki, bu söyləyici bir neçə mətn danışsa da, heç birinin onun adına pas­port­laş­dı­rıl­ma­sını istəmədi – top.
104-106. HACI BABA

İrannı gəlermiş burda camahatın malın, qoyunun bölüf, çalıf-ça­­pıf, əlinnən alıf, götürüf gedermiş. Mənim bir bavam varıdı, gör­müş­­düm. Hajı bava. Bı Haramı deyiləndə su yoxuymuş dayna. Bir­cə Şıvartıdeymiş. Bir də Beyləqanın bərisində ki bir kanal var ha, or­­doymuş. Bavam gətiriv orda öəci suya töküf qaytarermış e. Ha­ra­mı­nın düzüydü. Qaytarıv ora gedəndə görüv İrannının atdarı ça­pı­şa­-çapışa gəler. Çovana deyif, qoyunu bəri al ki, görkəmə çıxsın, iran­nılar gəlsin. Atdığı da yerə düşmürmüş e. İrannılar gəlif, gö­rüf­lər ki, (dan üzüdü) bir qalın sürüdü dana. (Qoyunun bircə dokquz yüz öəci olormuş). Görüflər ki, bir sürü heyvan çıxdı görkəmə. At­dı­lar çapışıf. Atdılar çapışanda bavam deyif ki, indi sən o boz atı göz­də. Nətəər atıfsa boz atın alnınnan, at yıxılıf. Bavamın adını iran­nılar Qara Tarı qoyufmuş. Ta görüllərmiş, atdığı yerə düş­mür­müş deyən adın Qara Tarı qoyufmuşdar. Deyiflər:

– Ə, bı, sən öl, Qa­ra­ Tarının gülləsidi.

At yıxılıf, irannılar qayıdıf. Sonra bı irannının şa­hı gəlif. De­yif­lər kin irannılar, bir belə kişi var, ta onun teşdinə-to­rasına hərrənməh mümkün döyül. İrannının şahı gəlif beş-altı at­dıy­nan. Gəliflər düşüflər. Bavama adam gedif, bavam gəlif. İranın şa­hı deyif ki, gedim görüm, o Hajı Bava nətəər adamdı ki, bullar elə gəlellər kin, Hajı Bava belədi. Atdılar düşüflər, qapıda duruflar, söh­­bət eliyillərmiş. Görüflər, bir sürü ceyran çıxdı. (Onda da bu cey­ranı mən də görmüşdüm. Burda sürüynən olurdu dana. Onda ye­yə­sizdiyidi. Maşın-zad, adam-zad həylə yoxudu). Ceyran çıxanda bı irannılar. O götürüf tap bir güllə, bu götürüf, tap bir güllə, ceyran bir az aralanıf. Bavam deyif:

– Beşınız də atdanın.

Beşi atı minif. Ba­vam deyif:

– Təkədən dalı gözdüyün, beşin də yatırdejem.

Beş güllə atıf, beşi də yatıf. Ta onun atdığının biri yerə düş­mür­müş e.. Gəliv o şah bavamın kürəyinə vuruf, deyiv:

– Elə Hajı Bava ki Hajı Bava.

Son­ra bavama irannının şahı deyifmiş ki, sən öz tiratorana oyux qoy, sənin yaxınına gəlmiyəh dana.

Gədəsi gəlirmiş, deermiş:

– Ağa, maa güllə ver, gedim ceyran vur­mağa.

Deyirmiş:

– Bircə güllə verejem, bir ceyran vur.

Harya vu­rur o? Vura bilirdi? Canın üçün, onu mən gözümnən gördüm, so­ra­sın da qoja vaxdın gördüm. Sapant qayırırdı uşaxlar. Daşı qoyuv içi­nə, aterdılar. O daşnan aterdı, haranı gözdüyürdü, orıya dəyerdi. Ta yerə düşməzdi. Həylə bir kişiydi, qara kişiydi. Adı Hajıbavaydı. Ha­ja gediv, oluf Hajı Bava.
105.

Bavam bəy döyülüdü e. Bavamın tutduğu, vurduğu yerə düş­mör­dü dana, ona görə bavamın adı çıxmışdı. Bıde bı Haramı de­yi­rih, bax bı şəhərcih-zad düşüf, oraların hamısı bavamın yurdudu. Ge­dirdilər dağa, gələndə də qış yerimiz ta bıra olordu dana, ayrı ye­rə getmerdih ha. Gedirdih həmin o Murat təpəsi dediyim yerə, Cer­mu­­ğun başına e, Cermuxdan da addıyırdıx hələ aana. Qayıdanda da gə­lerdih burya. Bavamnan çox ad çıxardan olmoyuf. Bavam oluv elə o Haramıda. Bavam çox bilən kişi oluf.

Bıde bı şəhərcih var indi bırda, Qaradağlı deyillər, onnan bəri o dərədə Mərcannı olormuş. Onda xususuçuluğudu e, qalxoz yo­xu­muş.­ O Mərcannıda hökumət gəlif qalxoz qurmağ isdeermiş, O Mər­cannı hökümətə barışıxlıx vermermiş ki, hökümətə qarışalar. Ba­vam orya qonaxlığa gedifmiş. Axşam tərəfiymiş. Çağırıflarmış ba­vamı qonaxlığa. Duruv ordan çıxanda Mətləv addı da bir kişi va­rı­dı, yanındeymiş. Deyif:

– Mətləv, burdan rus iyi gəlir.

Rus da demə gə­lif dolufbuş səhrəddə kin, Mərcannını qıra. Ki­şi də deyif:

– Əşi, bur­da rus nəəzir?

Savaxları hay düşüf kü, Mərcannını rus qırıf. Ba­vam bax həy­lə bilən kişiymiş. Həmən o Mətləv özü danışerdı kin, sa­vahları gəldi ki, qoyun-mal bıde bı düzdərdə bölüh-bölüy oluf. Mər­cannını da rus qırıf. Onnan elə ora qalıf Mərcannı qırılan. İndi o Qa­radağlıdan bəri böyüh dərə var, oradı. Xocavənt Qaradağlısı var e, indi orya şəhərcih salıflar. Bıde bı şəhərcihdən aana. Ordadı. Ora­nın adı həylə Mərcannı qırılan qalıfdı. Mərcannını orda rus gəlif qı­rıf. Hökümətə tabe olmurmuş, ona görə.
106.

İrannılar gəlif bıraları talıyıv aparıllarmış dana. Yerdə dəvə le­şi varmış. Quzğun-zad yeyif də. Gedif dəvənin səvədinin20 içinə gi­rif. İrannı gəlirmiş axı. And içir ki, o dəvənin səvədinin içinnən gül­­­löynən oların hammısını oddadım. Deyif:



  • Ə, bı kopoolu, (irax Haj­bava bavamnan) harıya girif, hansı yerin altına girdi ki, bizi qır­dı?

Öəci töküf bırya suya. Sudan erkəyi qaytaranda görüf kün, iran­nının atdıları çıxıv oynaşer dana. Gözdüllər ki, harda heyvan var, gedəy əllərinnən alax. Hajıbava çovana deyif:

– Ə, Vəlcan, qoy qo­yun çıxsın görkəmə, irannılar gəler.

Çovan qoyunu alıv irəli, de­yif:

– İndi sən boz at oynadanı gözdə.

Tarap alnınnan. Orda deyellər kin, saa Qara Tarının gülləsi dəysin. Uşağa qarğıyanda. Deyif:

– Ə, gö­zün çıxsın, bı Qara Tarının gülləsidi.

O dəyğa meyidi də gö­tü­rüf­lər,­ ya Allah, ağzı geri. Bavam həy­lə bavıymış, yoxsa varrılıx va­rıy­mış. Elə doqkuz yüz qaradiş öə­ci varıymış. Öəc erkəyə deyerdih da biz. Qaradiş yaşdıya de­yer­di­lər. Elə bil, üç yaşında, dört yaşın­da­ya qaradiş öəç deyel­lər­miş.
107-113. HACI QASIM
Hajı Qasım mənim bajımın dos-doğma qaynatasıdı. Hajı Qa­sı­mın yaxşı qızılı oluf. Bunu bütün ahali bilir. Kasıflara əl tutuf. Elə-belə kişi olmuyuf. Həmən devirdə Hajı Qasımın özünün fay­to­nu olufdu. Onun ayləsi faytonnan gəzerdi. Dağ var, adı deyillər, Ha­jı Qasım dağıdı. O, elə bilginən ki, bir şiş dağdı, onun aşağısında Ha­jı Qasım bulağı deyillər. Qəşəh daşdan nohur var. Həmən o köh­nə vaxdı orda onun özünün bağı olufdu. Qəşəh bağı oluv orda. Də­yir­manı oluf Hajı Qasımın. Yaxşı tut ağaşdarı oluf. Maşadı Bayaz da onun arvadı olufdu. O kişinin yeddi arvadı olufdu. O yeddi ar­va­dın, deməli, gözəllərinnən heş bir şey götümədi, nə oğlu oldu, nə qı­­zı. Belə bir çirkin, gödəy arvad almışdı. Adı da Məsdanıdı. Kim de­yərdi kin, bınnan bının uşağı olar? Elə dedilər ki, kəvinin kəs­sin­nər, günahdı. Gəldi, bala, həmən o gödəhdən onun bir oğlu oldu, bir qızı oldu. Oğlunun adın qoydular Qulam, qızının adın qoydular Mi­nə. O Maşad Bayaz da havalıydı. Ovcunda daşı götürüf çovanın ba­şına vırırdı. Başı yarılanda deyirdi:

– Hajı Qasım, bı nə çovandı, alıf gətmisən? Bir yumruğa da dö­zə bilmir.

Qəşəhcə arvat havalı ol­du. Tutdu Məsdannan qızı da aldı, oğlanı da. Dedi:

– Mən səni üs­dü­mə gətiməsəydim, sən bını hardan doğardın?

Məsdan özü Budaxlı Al­qululardanıdı, özdərinin cama­ha­tın­na­nıdı. Bir gödəh, balaja, qara ar­vadıdı. Çirkin də arvadıdı e, Hajı Qasıma ləyax dəyildi. Gəldi Al­lah-taala onnan ona övlat verdi. O yeddi arvatdan yox, onnan götdü o iki uşağı. Hajı Qasımın elə ikicə uşağı olufdu. Allahın gözəl-gö­zəl işdəri var elə. Bir uşaxlı bir arvat da almışdı – dul gəlin. Onun da­lıncan gəlmişdi, onun da adı İvrahımıdı. Onu da saxlıyırdı. Məs­da­nı da saxladı yanında.

Maşad Bayaz Hajı Qasımın birinci arvadı oluf. Onun uşağı ol­mu­yuf. (Bağışdıyın). Qardaşı Avdılla Maşadı Xatını verif Hajı Qa­sı­ma qızdığa. Xatın soradan Maşada gedif Maşad Xatın ol­muş­du. Qar­daşı Baxış da Fərhad addı bir oğlun verir buna oğulluğa.


108.

Mən Hajı Qasım kişini özum görməmişəm. İndi telexranitel de­millər? Mənim atam onun telexraniteli oluf. Aynalı beşatılan əl­lə­rində kişi hara gedir, beş nəfər, altı nəfər müşayət eleerdi. Hajı Qa­sım belə adam oluf. Şəpələk deyilən kişi Hajı Qasımın qardaşı oğ­ludu. Bu da qızılquş çiynində, hər əməliyata hazır vəzyətdədi. Kür­kü də çiynində. (Kürk çobannarın geyimidi, qolsuzdu. Yundu, elə-belə atırsan çiyninə, çiyinnəri də qəşəh durur, burda bağları var, bağ­leersan, yapıncı kimi. İsdiyirsən qarın içinə uzan, üşüməzsən, yor­ğandı). Atın tərkində bağ deellər, tərkbağı. Onu belə yu­m­ru­lu­yuv­ ora iki tərəfnən də bağleellar, atın yəhərinin burasında durur. Ki­şi bunu açır. Atı verir buna. Deer ki, ə, yenişə yenəjiyih də. Hajı Qa­sım kişi ağır adam oluf. Hər at onu götürməzmiş. Həmişə də boz at minərmiş. Kürkü belə qatdeer, ingilis yəhəri deellər belə (əyri qaş), qoyur belə sinəsinin altına. Sinəsini söyküyür üsdünə. At ya­vaş­-yavaş gedir də yolnan. O zaman asfalt, filan orda yoxudu. Daş yol­du da. Deer, elə Zabuğun dərəsində elə bir sərt pavarot var. Bur­dan keçəndə bir Emadin keşdi. Emadin deellərmiş, Vilisdi. Emadin ke­çən kimi atam da Aynalını götürür əlinə. Deer, Emadini saxladı. De­er, maşınnan düşdülər. Kojunnu paltardadı. Layka deerih e, o pal­tardadı. Taxdalı onatılan deellərmiş. Düşən kimi əlin atır, taxdalı on­atılanı çıxardır bu Emadinnən düşən adam. Deer:

– Boz atın üs­dün­də­ki kişi, Hajı Qasım sənsən?

Deer:


– Bəli.

Deer:


– Düş aşağı.

Atam da Aynalını çevirir, şarak-şurak. Hajı Qasım çox dün­ya­­görüşdü adam oluv e. Deer, bircə dəfə dedi ki, “kiş” (Kiş tərəkəmə sözüdü. Yəni dimməz dur. Gejə oğurruğa gedəndə olar elə bir də­fə “kiş” deyəndə hamı ya­tırmış yerə. Yəni ki, burda nəsə var). Də­dəm tüfəngi dolduruf da, ki­şini vurmalıdı. Atam da quşu gö­zün­nən vuran ovçu oluf. Deer, o “kiş” sözüynən tüfəngi saxladım. Dedi, ə, bu, Hajı Qasımı tanımır. Ha­jı Qasım tanımadığı adamı öldürməz. Deer:

– Tanıdın mən ki­məm?

Hajı Qasım buna baxır. Deer:

– Vallah, Təhlədə cürət eliyif mə­nim üsdümə silah qaldıran olmaz. (Təhlə dediyim gör hara gedif çı­xır? Burda neçə rayon yerrəşir bu sahat. Ağcabədi, Beyləqan, İmiş­li, Saatdı içindədi Təh­lənin. Bunun hamsı Ağdamnan bəri Təh­lə qəzasıdı). Deer, Təhlə qəzasında cəsarət eliyif mənim üsdümə si­lah qaldıran olmaz. Olsa, olsa, bəlkə siz Baqirov yoldaş olarsız.

De­er, dedi ki, düz tapmısan. Dədəm deer ki, ayə, indi biləndə ki, bu Ba­ğırovdu, tüfəngi gizdəməyə yer tapbıram. Yəhərin qaşına ke­çir­mi­şəm. Atın bu qoluynan uzatmışam yerə. Baqirov dedi:

– Hajı, sən­nən şikayət var.

Hajı Qasım dedi ki, mənnən şikayəti yalnız kasıflar eli­yər. Deer, sərt döndü belə kişinin üzünə:

– Nədən bilirsən?

Dedi:


– Mən çar Nikalaya qulluğ eləmiş adamam. İndi sən Şura hö­kü­məti gəl­misən. Gənə məni yüz para kəndə başçı qoymusan. Ver­gi­lərin var. (Ət, yun, yumurta, filan, filan, o kətdən sora vergilərdi də. “Dim­mə, ver” addı bir vergi varıymış. O nəymişsə, da ona dim­mə­­yə ixdiyarı yoxdu. Nəyin oldusa, çıxardıf verməlisən. Adı “dimmə, ver”­iydi). Deer, onu hamıdan yığıram. Mənim narazılığım da yox­du, şikayətim də yoxdu. Ödüyürəm bunun hamsını, yığıram ca­ma­hat­dan, verirəm. Ama o kasıflar verə bilmir. Onu döyüv alı­ram. Dü­zü, döyməsəm, ala bilmirəm.

Deer, belə baxdı, baxdı kişiyə, dedi:

– Hajı, savadın var?

Dedi:


– Xeyir.

Çıxartdı kağızı, ruçkanı çıxartdı de­er, belə-belə yazdı. Dedi:

– Ala, bu sənin qanunun. Görürsən, çox əyax­yalın adamdı (gö­rürsən qançır əyaxlıdı, heş zadı yoxdu) onun­ku­nu bir az ba­bat­da­rdan al. Kağızı saa vermişəm. Heç kəs saa heç-zad de­yəm­məz. Qanun odu.

Hajı Qasım onnan sora çox lüt olan­nar­dan vergi almırmış, ortabablardan, yaxşılardan alıf verirmiş. Bax o pi­tik kağızı Qara Keşiş kəndinə qədər otuz neçə kənt var, onu içi­nə göndəriflər ki, görüm bura Baqirov nə yazıf. Savadsızdıxdı. Onu heş kəs oxuya bilmədi. Onun oxunmamağının səbəbi oydu ki, Mir Cəfər Bağırov rus dilliydi. O, rusca yazmışdı. Rus dilini də elat camahatında bilən yo­xuydu. Ona görə onu apardılar Basarkeçərin Kotannı kəndində bir məllimə oxutdular. Yazmışdı ki, Hajı devlət adamıdı, işiniz ol­ma­sın. Bax onnan sora Hajının işi getdi.


109.

Plov yeellərmiş. Deellər, bir çapar gəldi. Deeflər ki, Hajı bur­da­dısa, denən bir çölə çıxsın. Hajı Qasım çıxıf. Bilir ki, burda nəsə var ki, bunun dalıncan atdı gəlif. Hajı Qulu deef:

– Ə, otur, çörəyini ye, gedəh.

Deer:


– Yox.

Hajı Qulu da durur, atını minir, gedir. Bizdə Şi­rin qum deyilən yer var (İmişli rayonnun sərhədində). Orda bizim ela­tın yeri var, örüşü var. Çatır ora. İsdi haveymış. Görür ki, bütün o ərazinin nə qədər hajıları var, çinovnik yığıf, dizi üsdə, yönü Gü­nə­ oturduf. Vergi tənbehi verir bulara ki, vergiləri niyə yığma­mı­sız? Hər elatın için­də törəmə tayfalar var. O tayfaların da ağsak­qal­la­rı olur. Hajı­la­rı, Kərbəlayası, filanı. Buları vergi tənbehi edir ki, yığ­ma­mısız, ver­mə­misiz. Hamsına da Hajı Qasım başçılığ eliyir bu iş­in. Verif vermədiyini Hajı Qasıma tafşırıflar. Bu elatın ağsakqalı kim­disə, ona deer ki, verginizi üzün qutarın, yığın verin. Gəlir. Sor­ğu-sual­sız, buları niyə otuzduruv eliyifsən? O çinovnik də çaş-baş qa­lıf. Ha­jı Qasım şallağı şileer bunun başına, gözünə, harasına gəl­di. Hajı Qu­lu bunu tutur:

– Ə, nağarırsan sən? Dəlisən, nəsən?

Qa­yı­dır, hajılar oturuf yönü Günə. Hajı Qasım deer ki, kisəni çıxart. Çıxardıf. Deef:

– Tök yerə.

Tökür, qızıl dana. Şallağıynan belə-be­lə sayır.

– Nə qədər borcunuz var sizin?

Deer ki, bu qədər. Belə-be­lə sayır, sayır. Yarısını da aralıyır. Vergini ödüyür.



  • Ə, siznən işim so­radı. Hajılara deer e. O civinizdəki kisəni çıxartmağa, qızıl say­ma­ğa ərinirsiz? Gediv eldən, ovadan yığa­ja­x­sı­nız dana. Sanıyın, ve­rin. Niyə bu günə düşmüsüz?

Bax onda Hajı Qulu adam göndərir, Ha­jı Cəfəri gətirir. Apa­rıf­lar bulara qonaxlıx-zad verillər. Hajı çox əsə­bi adam oluf. Həmin şe­yi də götürmür. Mənim elimdə, ovamda bu hajıları niyə dizüsdə otuz­durursan?
110.

Hajı Qasım qan barışdırarmış. Öldürənin boynuna kəfən sal­dırırmış, gətirirmiş ölənin qapısına. Neçə də dəvə, neçə at, neçə qo­yun götürürmüş kü, bu qannıçılığ aradan götürülsün. Anasın ça­ğı­rırmış ölənin. Deermiş, apar o oğlanı (öldürəni) köynəyinnən ke­çirt. O ar­vad onu köynəyinnən keçirməmiş Hajı Qasım barışıx ver­məz­miş. Köynəyinnən keçirənnən sora deermiş ki, bu oldu sənin oğ­lun. Qo­humlux yaradırmış oların arasında. Deermiş ki, qaynasın, qa­rışsın.


111.

El arasında o vaxt belə bir söz varımış ki, Kür də Hajı Qa­sım­nan qorxur. Bı Kür o vaxdı da daşırmış axı. O vaxdı hələ qarşısı alım­mamışdı, eləməmişdi. Kür daşan vaxdı bı köməh eliyirmiş pul va­sdəsiynən.Bəntdər saldırırmış. Bir gün də Kür çox daşıfmış. Xəbər gəlif ki, Hajı, bəs Kür daşıfdı, ye­rə, yurda, camahata ziyannıx verir da. Məqam oluf da, elə bil, gü­nor­tadan axşama suyun əriməsi, yuxarılarda artımın azalması tə­sa­düf eliyif kişinin gedişinə. Bı kişi gedəndə arvatdar deyif:

– Pah ato­nan, kişi, Kür də Hajı Qasımnan qorxur e.

Yanı bını təsadüf saymıyıflar da.


112.

Hajı Qasımın rəsmi dörd arvadı olufdu. Qalannarı dini baxım­nan haram olduğu üçün məyyən bir səfərdə olanda siğə elədifdi. Ama evlatdarına da baxıfdı. Siğə arvatdardan evlatdarı olmuyuf. Elə bil ki, baxıf görüf kü, dört dənə uşağı var, saxlıya bilmir də, yax­şı da kadındı. Öz adına bağlıyannan sora o uşaxların yaşama­sı­na, durumuna köməh də eliyif. Özünün övlatdarı Qulam, Səbiqə, Mə­həmmədəli – bu evlatdar rəhmətdih Məsdannandı. Gülyaz Təh­məz­didi. Məhəmmədəliynən Səbiqə Gülyəzdəndi. Qulam da Məs­dan­nandı. Mənim anam da Məsdannandı, Hajı Qulunun bajısı qızı­dı. Böyüy arvadı Məşədi Bayaz oluf. Xanxanım – iki, Məsdan – üç, Gül­yaz – dört, Anaş – beş, Gilə – altı (Gilə Tanrıqululardan oluf), Ta­rel – yeddi (Bı rəhmətdih Pərinin adını o qoyuf). Biri Ərəsdunun ana­sıdı. Amma onun adını bilmirəm də.

Bu, qardaşdarının adın hamısın uşaxlarına qoyuf. Bının nə qə­dər qardaşdarı yoxdu, Səfəralı-zad... Elə bil ki, bu qardaşdarının adın qoyurmuş oğullarına. Bu, sıravi adam dəyildi ha. Elə bil ki, in­di­ki icra hakimyəti kimi da. Məsəlçün, iki min beş yüz ev o vaxdı bı­nın əlinin altında oluf. Azərbaycanın bir balaca vaxdıdı da. Mə­səl­çün, on dört dənə, o vaxtki dilnən desəh, savetdih baxırmış bına. Bu, qardaşı oğlunun toyun eliyəndə on dört gün toy vırdırıfdı. Qar­da­şı cavan rəhmətə getmişdi, qardaşı oğlun toyun bu elətdirirdi. O da dağda olufdu. Məsəlçün, büyünnəri Eyvazalılar deyirmiş ki, biz gə­ləjiyih, Hajı, toya. Sabah, məsələn, Tatallar deyirmiş, biz gələjiyih... On dört gün bu nəzər-nöktüynən gəlif alınırmış bı iş.

113.

Sarı xan21 gəlif bu Qərəndihlidə öy tikif. Hajı Qasımnan çox dö­yüşüflər. Sora bı bına tabeçiliy eləmiyifdi. Xan da balaca adam dö­yül e.

Bunnarın ərazi üsdə davaları düşür. O deyif, mənimdi, bı de­yif, mənimdi. Nəysə, bu da rus dilin yaxşı bildiyinə görə Hacı Cə­fə­ri (axı Hacı Cəfər Qori Seminariyasında oxuyuf) də götürür, qızılı da yığır, bullar bir paraxotda Hacı Cəfərnən gedillər. Torpax həll olu­nur bavamın xeyrinə. Onnan sora Sarı xan sitəşməhdənsə, bir yax­şı qonaxlıx təşgil eliyir Şirvanda, bu kişini qonax çağırır. Elə Şir­van da gedirdi Kürün sahili. Orda bir at da bağışdıyır bı kişiyə. Bı kişi də qonaxlıxdan qayıdanda qardaşı uşaxları yüyürür, qarşı­sı­na çıxır ki, dədəmiz gəlir. (Dədə deyirmişdər). Öz uşaxları da gəlir qa­ba­ğına. Uşax gələndə qavağına bu da atın da yedəyin verir bına, çı­xardır mauzeri də bağlıyır belinə ki, qardaşım oğludu. Bu, qu­ca­ğı­na almır öz oğlun. Bu uşax məyus olur, axşam deyir:

– Ata, bəs sən mə­ni niyə götümədin?

Deyif:

– Bəs o, mənim qardaşım oğlu­du, qar­da­şım da yoxdu. Bəs mən nətəər onu götümüyə bilərəm qucağıma?



Öz uşağın götümüyüf. Qardaşı oğlu sınmasın deyə onu götü­rüf.
114. MOLLA MƏHƏRRƏM
Molla Məhərrəm oluf bu Aşıxlı kəndinnən. O da rahat durmu­yuf da. Deer:

– Hajı, onsuz da bizi tutajaxlar e. Belə başımızı sı­ğal­la­dığına bax­ma­gınan, hökümət bizi tutajax. Gə keçəh İrana.

Deef:

– A ki­şi, mənim İranda işim yoxdu. Həm də mən yuxumu gör­mü­şəm. (Qa­baxgörən kişidi də, dindar adam oluf. Yəni mənə öldüyüm gün də məlumdu). Sən yaxşı eliyif gəlmisən. Gəlmisən, otur. Mə­nim axır gü­nümdü. Məni dəfn elə, get.



Kişi üzün qırxdırıf, su qoyduruf, ge­dif paltarın dəyişif, gəliv evə, yer saldırıf qibliyə. Uzanıf, kişi ke­çi­nif. O molla da onu götürüf, gəlillər Peyğəmbərə dəfn eləməyə. İn­di buları həmin ərəfədə axdarıllar ki, ku­lak eləsinnər bunu. Bular da uje tabutu gətirillər, Peyğəmbərə gə­lil­lər. Deellər ki, ə, rusdar gəlif. Kişinin (Ha­cı Qa­sımın – top.) bir bayısı düşüf Qərəndihliyə. Kişinin Qə­rən­dih­li­dən olan bajısı oğlu da gəlir. Qorxullar ki, Molla Məhərrəmi gö­türəjəhlər. Axı kişi dəfn eləməlidi. Vəsiyət eliyif ki, məni dəfn elə. Eləməmiş getmə. Bir nə­fər atdı çapdırıllar. Gedir. O həmən ada­­ma deer ki, dayın rəhmətə ge­dif, gətirillər, Molla Məhərrəm or­da­dı. Deyiflər:

– Molla Məhərrəm amanatı.

Deef:

– İşiniz yoxdu.



De­mə­li, Molla Məhərrəmi gəzən həmən rus Keqebeşnikləri də, bu özü də gə­lillər. Molla Məhərrəm mollalığ eliyir, kişini dəfn eliyir. Olar da bu­nu görüllər, amba heş nə demillər. Rus dillidilər, bil­­mil­lər. Molla Mə­hərrəm də dəfnnən sora Arazı addıyır, çıxır ge­dir. Bax kişinin axır aqibəti də belə olur.


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə