Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,74 Mb.
səhifə7/28
tarix08.04.2018
ölçüsü2,74 Mb.
#36696
1   2   3   4   5   6   7   8   9   10   ...   28

115. MƏŞƏDİ BAYAZ
Məşədi Bayaz Hajı Qasımın birinci arvadı olufdu. Məşədi Ba­ya­zın tibbi savadı olmuyufdu. Allah vergisi olufdu, nə­tə­ər, nejə olurmuş. Fakt belədi ki, tutuv apresiya eliyirmiş Məşədi Ba­yaz. Ba­ğır­sağı gülleynən yaralananın bağırsağın kəsif belə. Bax he­lə cərrah ki­mi oluf.

O Dərgahın atası Qəhrəman oğlu Şavahıt deyirdilər. Gejə oğ­ru gəlir, atışma olur, atışma olanda bına güllə dəyir (qarnına). Bu Ma­­şad Bayaz da heş bir savat yox. Elə gedif Məkgiyə, uşağı ol­mur­muş dana. Bu Məkgədə İmam Hüsöynün qavrının üsdə başın qoyuf ya­tır. Bı İmam Hüsön deyir:

– Nə isdiirsən mənnən?

Deyir:


– Ca­r­rax­lıx.

Heş bir yer oxumuyuf. Bu ayn-oyunun otdardan düzəldir, dər­ma­nın-davasın. Hay düşür kü, Şavahıta güllə dəydi. Bu, Şavahıtı gö­türür apresə. Bu Maşadı Gülavatın mamam da bunun şəyir­diy­miş. Bunu yarır, bağarsığın tikir. Oxumuyasan, şey eləmiyəsən, bu, çə­tin işdi, bunu yarasan, tikəsən. Bu, harda görünüf? Onu həylə eli­yir. And olsun Allaha, Şavahıt həməşə ona irəhmət oxuyurdu, de­yir­di ki, mən onun səvəvinə yaşıyıram.

Sora gəlir ora, bu ahalini, Allah görsətməsin, şirin yara da­rı­yır. Bu bədbax oğlu bədbax şirin yara çıxardıf. Həmən bı Şavahıt. Üzü be­lə cırıx-cırığıdı, doğrax-doğrax. Onu Maşad Bayaz, bala, çərt­di, qa­yıtdı o yaranı iyneynən yandırdı apardı. O, məni həylə di­rilt­di, de­yirdi. Belə insannar varımış.
116. HEYDƏR KİŞİ
Bizim kətdə Heydər kişi olufdu. Gedif bizdən bir üş kilometir ara­lıda erməninin evində yeyiv-içiv oturufdu. Gecə duruv əyağa ki, çı­xa gedə evinə. Gedəndə deyiv, iki yüz klolux bir cöngə var, elə is­diyirəm bunu aparam. Həmən o iki yüz klolux cöngəni alır boy­nu­na, götürür gəlir. Üş klometir aralıda Daşbulax deyilən yer var. İs­diyir orda qoymuya yerə ki, iz bilimməsin də. Əyilir Daşbulaxdan su içir, cöngənin dırnaxları düşür qara. Cöngəni götürür gətirir, kə­sir, yeyir-eliyillər. Burda ermənilər duyux düşür ki, axşam kəndə bı gəlmişimiş də, həmən o Heydar kişi. İzə baxıllar, izinən gəlillər ki, heyvan sürülmüyüf, əyağının izi yoxdu. Gəlif görüllər ki, Daş­bu­laxda qarın üsdünə dırnağı düşüf. Deyiflər, hə, bunu gətirən adam boy­nunda gətirif bunu. Elə həmən onun evinə gedillər, gedif gö­rül­lər ki, uje kəsilif, pay-püş eliyif, yeyiflər. Oturuf həmən erməni onun evində yeyif-içif, onun ətinnən yeyif, milisə də demiyif. De­yif:

– Sənə halal olsun ku, sən bunu dalına alıf gətirmisən. Ona görə də halal eliyirəm saa.



117. SADIQ VƏ O TAYLI PƏHLƏVAN
Günnərin bir günündə Tuğ kəndinnən olan məhşur pəhləvan Sa­dıx bosdanda yer əkərkən İrannan bir pəhlivan gəlir. Bu deyir ki, Sa­dığı axdarıram. Buna gösdərillər ki, ged o kişinin yanına, sənə de­yəcəh. Bu da gəlir. Deyir ki, qonax, hardan gəlmisən? Deyir:

– Bəs o taydan gəlirəm, Arazın o tayınnan. Deyillər ki, bırda Sa­dığ adında bir pəhlivan var. Mən də pəhlivanam. Onnan güləşif mə­əyən­nəş­dir­məy isdiyirəm ki, kim daha güjdüdü?

Deyir:

– Yaxşı eləmisən.



Bu da be­li söykəyə verir, beli kifayət qədər torpağa sancır və tərpənəndə de­yir:

– Ay qonax, sən yaxşı eləmisən, səhərrəri səni Sadığın ya­nı­na apa­raram. İndi gejdi, gedəh bizdə bir tikə çörəh ye, ama bı bel, də­­əsən, çox dərinə düşdü, bını da çıxart.

O ha dar­tış­dı­rır, görür kü, bel çıxmır. Çəkir beli özü (Sadıx) çıxardır, gəlillər bının evinə. Gə­lil­­lər Allah verənnən yeyillər, gecə yatıllar. Sadığın da həyətində it­də­ri varıdı. Bu qonağın patavasın, çarığın itdər apar­ma­sın deyin da­mın tirini qaldırır, bı çarığı qoyur tirin altına. Tezdən qonax duruf yo­la düşməy isdiyəndə çarığın axdarır. Deyir:

– Ay qardaş, bəs mə­nim çarıxlarım, patavam hardadı?



Deyir:

– Mənim əlimdə iş var, elə damın üsdünə qoymuşam, tiri qaldır, onun altındadı. İtdər apar­ma­sın deyin ora qoymuşam, götür.



Bı da gedir baxır ki, bu damı bü­tövlühdə qaldırmalıdı ki, bu tir qalxsın yuxarı. Gözü yemir, qa­yı­dır gəlir. Artıx bilir ki, elə Sa­dıx deyilən budu. Deyir ki, sən elə deyilmişgən varsan. Ama bir şey xayiş eliyim də. Damı qaldır, mən patavalarımı götürüm, pa­tavasız getmiyim. O tayda deyəjəhlər kin, getmişdin Sadığı yıx­ma­ğa, ama patavalarını verdin gəldin. Sa­dıx qaldırır bını, damı qaldırır, bı da patavaların götürür və üzüsulu çı­xır gedir.
118. SADIĞIN ÖKÜZ OĞURLUĞU
Hoğa kəndinnən (İndi Fizuli rayonunun Üçbulax kəndidi) ge­dir bir öküz oğurruyur Sadıx. Qış ayı olur. Hoğadan götürür, har­da­sa bir irim beş-otuz kilometir məsafəni qət eliyir. Bizim kəndin aya­ğında Daşbulax deyilən bir bulax var, əyilir Daşbulaxdan su iş­mə­yə. Daşbulax da qayanın döşündə olduğuna görə qarşı tərəf hün­dür­dü. Yer də qardı. Bı da öküzü yerə qoya bilməzdi, yernən gətirə bil­məzdi ki, bının iziynən gələcəhlər. Gəlir. Bulağın başında aşağı əyi­lip su içəndə öküzün ayaxları qara dəyir özü də bilmədən. Və qal­xır, yoluna davam eliyir. Gətirir evə öküzü, kəsir. Hoğa cama­ha­tı durur ki, filankəsin öküzü yoxdu. Qarda irəddi götürüllər. Amma gö­rüllər ki, piyada gedir, amma mal rəddi yoxdu. Fikirrəşillər ki, bı, pi­yada adamdı. Öküz olsa, öküzün əyaxları olar. Gəlillər, həmin Daş­bulağa gəlip çatanda görüllər ki, bılağın qaşında öküzün əyax­la­rı­nın rəddi var. Deyillər kin, ya gedəyin öküzün ətinnən yeyəyin, ya da ki, bırdan qayıdıf gedəyin. Ağsakqalları deyir ki, əşi, nətəər ya­nı gedəh? Deyir, öküzü Sadıx gətirip, ordan bura boynunda gətirip. Bır­da su içəndə rəddi qalıp bırda. Öküzü də kəsip. İndi gedəh bı elin pəhlivanına deyəh ki, öküz oğurramısan? Eytiyacı varımış ki, gə­tirip. (Hoğa bizim kətdi, ermənilər də yaşıyırdı).
119. HÖKMALI KİŞİ
Muğannıda Hökmalı kişi oluf. Çox qüvvəli kişi olufdu. Pis aj­dığ ili olufdu. Gedir Qarakəndə, aşnası varımış. Yerdə də qar varı­mış, qışın günüymüş. Qarakətdə deyir, gedim aşnamnan ayn-oyun alım gətirim dana. Gedir pəyəni açır görür kü, üçillih bir dənə cön­gə var orda. Nəysə, erməniynən çörəh-zad yeyillər, yatır-durur, cön­gə­nin əl-əyağın bağlıyır. (Gör Xudavəndi-aləm o vaxdı insan­na­ra nək­qədərə qüvvə vermişmiş da). Hardasa, yüz əlli klo, iki yüz klo var e. Elə bir yerdi kin, ay bala, Cinhaz22 deyillər, Qarakəndin Cin­hazı. Orda piyada getməhdən ötərin yumalanırsan e, güjnən ge­dir­sən, daşdıx yer­di. Bax belə dih padyomdu. Bunu alır boynuna, or­dan aşırır gəlir. Narrıxdan addıyannan sora meşəlihdi. Dərriyir23 bı. Əyilir bulaxdan belə su içir. Cön­gəni də boy­nun­nan salmır ey yerə. İçəndə cöngənin iki ayaxları dü­şür qarın üsdünə. Nəysə, gəlir kəsir, doldurur qazana, qaynadır. Yol­daşın da durquzur, deyir ki, uşaxları durquz, ət yesinnər. Ölül­lər, qırılıllar ajınnan. İndi bıllar əti yeməhdə olsun, saa deyim ermə­ni­­dən. Erməni durur görür kü, Hökmalı yoxdu. Ə, bu, gejə havax dur­­du getdi? Gedir pəyiyə baxır. Görür cöngə də yoxdu. Durur bu­nun rəddinə düşür. Yekə ayaxları varmış dana. Deyir, ə, bəs bu Hök­malı gedir, bəs bu cöngə hanı? Cöngə yoxdu. (Heylə insannar var­mış e). Cinhazdan addıyır, gəlir. Gəlir, gəlir, gəlir, gəlir, bulağın üs­də duranda görür kü, ayə, cöngənin əyaxları qoşa düşüp bura. Əyi­lip suyu içəndə qarın üsdü əyaxları düşüp. Ordan yola düşür, gə­lir, gəlir düz Hökmalının evinin qabağına. Gün qalxmışımış. Sə­hər açılıp, qalxıp gün.

  • Salamməlöyküm, ə, Hökümalı, gejə nətəər gəldin bəs?

Deyir:

– Bəs uşaxlar burda ajınnan ölürdü. Həə, gejə durdum cön­gə­ni də götdüm çıxdım.

– Ə, cöngəni nəynən gətdin bəs? Bəs sənin irəddinə düşüf gə­li­rəm mən səhərdən, tapbıram mən.

Dedi:


– Ərtün kişi, boynumda gətimişəm ordan bura. Gəl ətinnən sən də yeginən.

Deyir ki, halal olsun, sənin ananın südü kimi halal eliyirəm. Sən ki o əziyətnən gətimisən, o cöngəni sana halal eliyirəm. Gəlir otu­rur orda, özü də bir porsiya yeyir. Heylə adamnar oluf qavaxlar.


120. AŞIQ ƏHMƏDİN QUZUNU DAĞDAN ENDİRMƏSİ
Çalerdılar, bala, camahat oynaşerdı. Surxay kişi toyda Aşıx Əh­mədə dedi:

– O qoyunu döşdən yendirə bilərsən?

Dedi:

– Hə.


Qoyun döşdə – Murat təpəsində yatmışdı.

Dedi:


– Nə verəjəhsən?

Dedi:


– İki erkəh, canım üçün. Gəlif bu mənzilə zad olsa, iki erkəh ve­rejəm.

Surxay kişi bilmir axı, Aşıx Əhməd duz havası çalır “düv-düv-düv”. Axı qoyuna duz verəndə “düv-düv-düv” eliyif töküllər. “Düv-düv” elədi, gəldi qoyun təpədən töküldü aşağa. Aşığ Əhməd de­di ki, baxın, oynaşerlər. İki erkəyi də Aşığ Əhməd apardı. Dedi:

– Surxay, bı da sənin “düv-düv”ün.

Dedi:


– O nə mahnısıdı?

Dedi:


– Surxay, mən “Qoyun hava”sı çaldım. Bir də havada “düv-düv” elə­dim, qoyun duza töküldü.

Dedi:


– Ə, sən məni allatdın.

Dedi:


– Allatmamışam. Kişi dediyin eylər.
121-123. NƏRİMAN BƏY
Mən Bəhrəmlidə Nəriman bəyin nəvəsiyəm. Nəriman bəy elə-be­lə bəy olmuyuf. Nəriman bəyi hamı tanıyır. Nəriman bəy öz qı­zı­lın, öz devlətin verif. Nə qulağa düşüf, nə səsi alınıf. Ona görə də qa­lıf. Çəyirtgə frondu varımış. O da dörd il çəyirtgə fronduna, ba­tal­yonuna çörəh verifdi. Özü o çəyirtgə frondun saxlıyan bəy oluf. Taxıllara çəyirtgə gəlir e. İndi samalyotnan dər­man səpillər, ama onda əlləriynən öldürüllərmiş. Ona görə çətin oluf. Çəyitgiyə qarşı müharbə oluf. O camahatı o saxlıyıf.

Camahatımız arana, dağa gedirmiş. Haraveynən gedif gəlil­lər­miş dana. Maşın yoxumuş, o qavaxkı maşın haraveymış. Əlsiz­dəri, əyax­sızdarı dağa aparıf gətirirmiş ki, aranda qalıv ölməsinnər. Bəh­rəm­li kəndini mənim babam saxlıyırdı. Babam camahatı başına yı­ğıf saxleef. Camahata arxa oluf, köməy oluf. Sora bizi köçürdülər Əmr­allara. Onda mən uşax olmuşam.


122.

Mir Cəfər Baqirov gəldi bəyləri yığan vaxdı. Mənim dayımın da adı (Nərman bəyin) onun siyahısındadı. Dedi:

– Niyə sana bəy de­yilir?

Deer:


– Bir belə varım var, ona görə maa bəy deyirlər.

De­er:


– Niyə hamınınkı yoxdu? Bircə səninki var?

Deer:


– Pis eləmişəm? İn­di get çiynində pencəyi olannardan hər­bi­çi­nə yem al. Mən sənnən öt­rü saxlamışam, sənin hərbiçinnən ötrü. Bax, bax bu şeylər sə­nin­ki­di.

Deer:


– Löyğa-löyğa danışırsan. İndi sana bir yüz hərbiçi versəm, ne­­­çə ay saxlıya bilərsən?

Deer:


– Neçə ay deersən? Həmeşə saxlıyım.

Gə­tirif yüz dənə hərbiçi verif. İşin qutarıf qayıdıf gələnnən so­ra de­er, hərbiçiləri belə sırıya düzür, qabağında gəzinir, soruşur. De­er:

– De­en görüm bu kişi sizə yeməh verif, yoxsa nətəər?

Hərbiçilərin ham­sı əlini qalxızır. Deer ki, Allah hakqı, Mir Cə­fər Baqirov, sən ge­dənnən budu iki aydı bizim yediymiz, iş­di­yi­miz hamsı kavafdı. Elə orda yazıf raspiskasın verif, deef ki, bir adam sana deyə bilməz ki, qaşın üsdə gözün var.



123.

Qaçaxlar Nərman bəyin qardaşını öldürmüşdülər. Bir gün gö­rər ki, bir atdı gəlir. Deer:

– Salamməlöyküm.


  • Əleykə­salam.

Adı da Kal­vayı İsmayıl oluf.

  • Bəs xeyirdimi?

  • Bir inəymiz qaçıfdı. Həvəsə gə­lirdi, qaçıfdı. İndi o inəyi tap­­bırıx.

Nəriman bəy bunu tanıyıf ki, bu filan qaçağın qo­hu­ma­tın­nan­dı. Qaçaxların da çoxunu tanıyıl­lar­mış dana. Deef:

  • Əşi, gə bəri. İnəhdi dana, tapılar, gə bəri, otur çay iç, çörəh ye. Tapılar, gə bəri.

Kişini dilə tutur. Oturdur. Him eliyir be­lə ki, yendirin bunu. Vu­run. Bu, həmən adamın adamlarınnandı. Ki­şini öldürüllər. Hə­qi­qə­tən, olmuş işdi. Həqiqi e, günün günorta ça­ğı kişini gülleynən vurullar. Həə. Kişini öldürüf deyillər:

– Bə nə­tə­ər eliyəh? Nağayrax? Neniyəh?

Deef:

– Qorxmuyun.



Kişini qəşəy ağa tu­tuf, qoyun aravıya (onda maşın yoxudu). Özüm atdı düşəjəm ara­va­nın qavağna. Bir dənə də aravaçı. Heş nə lazım döyül. Aparıf yi­ə­si­nə təhvil verif gələjəm. (Bax heylə ürəhli bəylər varımış). Qəşəy atı minər, düşər aravanın dalına. Aravaçı deər:

– Ay Nəriman bəy, axı mən qorxuram. Sən Allah, qoy mən burdan belə düşüm gedim.

De­ef:

– Qorxma. Heş qorxuv eləmə.



Aravanın qavağna çıxıllar.

  • Bu nə­di, bu nə aravadı?

Görüllər kin, meyitdi də bu. Başa düşüllər işi. Heş nə demillər. Nə yaxşı eləmisən, nə pis eləmisən. Özdəri axı iş­də­rin bilillər. Axı o vaxdı bunun qardaşını bular öldürüf, qaçaxlar. Özü toşnu bilif ki, filan qaçağın zavalna gəlif də qardaşı. Uzağ ol­sun. İrax qulağmızdan, meyidi götürüflər arvadan. Qəşəh buları da “sağ ol”nan yola salıflar ki, meyidi gətiriv özmüzə verdiniz. Çıxıf ge­dif. Bax helə adam oluf Nəriman bəy.
124-125. DAŞDƏMİR BƏY
Qaradağlı bəyliyinnən Daşdəmir kişiyə bu sahat da irəhmət oxu­yullar. Ona görə ki, xalqın əlinnən tutub o. 1967-ci ildə Xan­kən­dində üç dusdağı dusdax maşınında oddadılar, həmən Daş­də­mi­rin oğludu biri. Ərşad. Özü də məllimiydi.

Daşdəmir kişi çox varrı-dööləti adam olub. Qoyunu, sürüsü, ma­lı. Ancax təsərüfatnan məşğul olub. Bu kimsəsizə, başsız ka­dın­na­ra, kim zəyifdisə, ayləsinə heyvan verərmiş, olara pənah du­rar­mış. Böyründə-başında, ətrafında saxlıyarmış bu insannarı. Savet döv­ründə onu qulağ elədilər. Heyvanı-zadı çoxudu həddən artıx. Si­bi­rə sürgün elədilər. Sora da söhbət oldu ki, guya Türkiyəyə gəlib, ha axtardılar, tapa bilmədilər. O adam son beş-altı ilə qədər ya­şı­yır­mış. Camahat adamı olub.


125.

Muğannı bəylərinə aj bəylər deyirmişdər. Elə-belə eşitmişəm. Ba­ğırov o vaxdarı qılıncının dalı-qavağı kəsən bir insan olup. Mər­kə­zi Komitə katibi idi. Gəlip Ağbulax deyiriy e, Ağdamnan Xo­ca­vən­din arasıdı. Orda Bağırov Daşdəmir kişini tutub deyip:



  • Har­dan­san? Nəçisən? Nə gəzirsən?

Deyip:

  • Hal-qəziyə belə-belə. Martuni ra­yo­­nunun Qaradağlı kən­din­nən, Daşdəmir mənəm.

Burda bunnan yax­şı hal-xoş eliyir. Deyir:

– Adını eşitmişəm, sən yaxşı insansan.

Deyip:

– Bəs Mircəfər, hara gedirsiz?



Deyip:

– Bəs Muğannıda beş-altı bəy var, gediriy olları tutax.

Deyip:

– Ay qardaş, ollar bəy dəyil, adı bəydi, özü bəy dəyil. Ge­də­sən heç beş qonağı yola salan adam dəyillər.



İşi qoymuyup, deyif, gedif özunu əzyətə salma. Onun xe­yir­xah­lığı da. Düşünüp ki, niyə Muğannıya toxunsunnar? Niyə burdan iki adam tutulsun gessin? Qoymuyup Muğannıdan adam tutula. Daş­dəmir kişi heylə kişi oluf. Deyir, Mircəfər Bağırof Daşdəmir ki­şi­yə çıxardıp bir xısma24 kişmiş verip.

Daşdəmir kişi mehriban insan imiş, səmimi adam imiş. Çox da səsdi insan olup. Onun səsin irmi kilometrdən, əlli kilometrdən eşi­dilərmiş. Nərə çəkəndə dağ-daş tərpənər­miş.


126. İSFƏNDİYAR BƏY
Xasay bəyidi, Bəşir bəyidi, Səhliyalı bəyidi, İsfəndiyar bə­yi­di, Saday bəyidi, bunnar hamsı Muğannı bəyləridi.

Deməli, İsfəndiyar bəy bizim kəndin ağsakqalı oluf. Bi­zim kəndi o saxlıyıf. Deməli, balşevik gələndə tüfəhləri yığıllar. Mə­nim bir əmiliyim varıdı, ögey əmimdi. Qoja kişiydi, beşatılanı gö­türüf, girif çaya. Çay enni çaydı, Çaydağılan25 deyillər ora. Qıl­çın çirmiyif, girif suya. Elə bilir, balşeviklər suya girə bilmir. Beş­atı­lanı da dolduruf hazır saxlıyıf. İndi rusdar gülür, bına deyillər:

– Çıx bəri dana.

Qandırıllar ki, bəri çıx. Çıxmır, öz-özünə söylənir or­da ki, sizi qırajam. Bu rusdara da tafşırıflar dana, bını vırmağ is­də­mil­lər. İndi bu İsfəndiyar bəy gəlif görür kü, Yolçu kişi girif suyun içi­nə, bu rusdar da nəkqərtə eliyir, bu çıxmır. Yolçuya deyir:

– Ay Yol­çu, mən verən yerdə tüfəngi sən niyə vermirsən? Axı sən mə­nim əlimin altında buyruxçusan, səni mən saxlıyıram axı. Mə­nim fə­rəsətimi də bilirsən, özüünkün də bilirsən.

Deyir ki, İsfəndiyar qa­ğa, sən qaç ordan, Vallah, bılları bir-bir dənniyejəm. Deyir:

– Əşi, bullar dənnəməhnən qutaran döyül e, nə danışırsan? Bu, topdu, tüfəhdi. Bullardakı səninkinnən döyül e. Bullar başdasa, sə­ni suyun içinə yıxajax, gəti bıra tüfəngi maa ver.

– İsfəndiyar qağa, qurvan olsunnar sana, ala.

Gətirir tüfəngi verir, İsfəndiyar verir rusdara. Rusdar çıxır ge­dir.

Bəylər sora, bala, mənnən başdıyıf cüt əkirdilər. Uje mu­ha­ri­bə başdadı. Qoja-moja bəylər qaldı. O ayağı yer tutannar çıxdılar get­dilər. Məmmətdi, Telişdi, onnan Allahmədətdi – bu yerrər ha­mı­sı Muğannıdı. Vəlağa Muğannısı. Ollar, o bəylər ora getdilər. Bur­da qalan bəylər mənnən kotan əkirdi, cüt əkirdi.


127. QAÇAQ ƏSƏDULLA
Mən o biri bəyləri görmədim. Deməli, bırda İsfəndiyar bəy va­rı­dı, onnan sora Səhliyalı bəy varıdı, Bəşir bəy varıdı. Muharibə vax­dı Əsədulla varıdı, qaçağ Əsədulla. O da bəyidi. Hökümətin beş də­nə furqonu praduk aparır Fizuliyə. O vaxdı Qaryagin Malaqan de­yirdlər. Ora praduk aparır saldata. Praduk aparanda Əsədullah öz adam­­larıynan bunun üsdə düşür, firqonu soyullar. Bu, furqon sü­rən­nərin beşin də üsd-üsdə qoyur, bir güllə atır. Bu dördü ölür, bir al­tın­dakı salamat qalır. O da tərpəmmir. Bu çıxıf gedənnən sora o du­rur, qaçır. Durur, qaçır gedir Daşdəmir bəy varımış – Əmrallar kən­dində. Gedir Daşdəmir bəyin yanına, deyir ki, bəs belə-belə, Əsə­dullah bizi qırdı, fiqonnarı da dağıtdı. İndi xəvər vermişəm Ba­kı­ya. Bagirof gə­lə­jəh. Məni saxla onatan, salamat Bağırofa təfil ver. Ba­ğırov gəlir Mu­ğannı kəndinə, yığır camahatı. Nə qədə kişi varsa, yı­ğır pulam­toyun qabağına, sırıya düzür. Pulamyotu qurur ku, ha­mı­nızı qırajam, o furqonu kim qırıf, dağıdıf, deyin. Bullar da deyir ki, əşi, bizim xə­və­rimiz yoxdu, biz dağıtmamışıx. Bir yol çərtir bu, pu­lamyot açılmır. Elə o vaxdı, deməli, Daşdəmir bu kişini çatdırır. Bu deyir ki, əşşi, bulları niyə qırırsan? Bullar eləmədi ha. Əsə­dul­lah qırdı camahatı. Bi­zi Əsədullah öldürdü, firqonu da dağıdan o ol­du. Deyir:

– Əsədullah harda olur, nətəər olur?

Deyillər ki, Səhliyalı bə­yin evinə gəlif gedir. Bu Səhliyalı bə­yi çağırır, deyir ki, Əsə­dul­la­hı tutuf maa verə bilərsən? Deyir:

– Başına dönüm, onu tutmax hər ada­mın işi döyül. Həə. De­yir, o mənim işim döyül, mən tuta bil­mə­rəm onu.

Deyir:

– Onda evına qoyma.



Deyir:

– Yaxşı, qoymaram.

Bunu da kimsə mərdimazarçılığ eliyif, Əsədullahın gəldiyin bir də xəvər ve­rillər buna ki, gəldi yenə Səhliyalı bəyin evində çö­rəh-zad yedi, get­di. Bu, gejeynən gəlir. Gəlir Səhliyalı bəyi evdən gö­türür. Qa­ra­bu­lax deyillər, bu Muğannıdan bir beş klometir aşa­ğı­da­­dı, yeyəsiz yer­dədi. Öz-özünnən çıxır, axır. Aşağısında da qamış pi­tif dana. Bu gə­tirir o qamışın içində Səhliyalı bəyin ağzına pam­bıx doldurur. Qa­yıdıv ağzına belə məfdil salıf, daldan bağlıyır. Qol­ları da dalda məf­dilnən bağlı. Daa güllə vurmur dana. (O vaxdı pat­ro­na eka­no­m­ya eliyirdilər. Muharbə vaxdıydı, yoxudu dana, ta­pıl­mır­dı). Bağırof həy­lə eliyir. Sora gedif meyidin tapıllar orda. Na­xır­çı­lar tapır, xəvər ve­rir ki, Səhliyalı bəyin meyidi qamışdıxdadı. Ge­div ordan çı­xar­dıv, aparıllar.

Sora elan verdilər ki, kim qaçağ Əsədullahı tutsa, ona hö­kü­mət premiya verejəh, yuxarı qaldırejeh. Onu Şəfa öldürdü. O Şəfa onun yanında qaçağıdı. Deməli, Kürün qırağında atışma düşür, atı­şıl­lar səhrəddə. Ordan Kürün qırağınnan yola düşüf gəlillər, bil­mi­rəm, hardasa, Şəfa deyir ki, mənim gözümnən yuxu tökülür, Əsə­dul­lah. Deyir:

– Yat, mən gözdüyejem səni.

Şəfa yatır, yuxusun alır bir az. Onnan sora qaldırır, deyir:

– Sən qal, biraz da mən yatım. Bir sa­hat yatım, onnan sora mə­ni qaldır, gedəh.

Şəfa qalxır, Əsədullah ya­tır. Yatanda yatılı vurur Əsədullahı. Beşatıllan­nan vurur öldürür Əsə­dullahı, onnan sora özü gedir üzə çıxır dana. Qaçağ Əsədullah Ağ­dam qaçağıydı, Ağdamın Nooruzdu kəndin­nəniydi. Adam öl­dü­rüf qaşmışdı.



128-129. QAÇAQ QARDAŞXAN
Qaçax Qardaşxan Sisyan rayonnun Şəki kəndinnəndi. Dayım da onun dəsdəsində qulluğ eliyif, atam da. O Savet hökümətinnən ba­rışmırdı. Yaylım gülləsiynən ölüf. Dayımın yanında oluf. Mən or­ta məktəbdə oxuyurdum. Maa çox geniş danışırdı onu dayım. De­erdi, qıymalı oğlan döyüldü də. Gedif Sisyanın başının üsdə Qı­zıl­cıx kəndində, aşırımın başında, daşın üsdündə oturuf. O zaman si­qaret yoxuydu. Təmbəki varıydı. Amma qaçax Qardaşxan de­er, Təb­riz tütünü çəkirdi. (Saçaxlıydı, uzanırdı, belə gedirdi). De­er, onun da xüsusi kağızı varıdı, üsdü ağ rəhli. Dəmirdən qutusu var­dı de­er. Onu götürüf belə özü bükür. Bükənnən sora dayıma de­ef ki, ə, kağızım azdı, götür sən də qəzetə bük, çək. Dayım da gö­tü­rüf çəkif. Gözüynən görüv e. Yanında oluf dayımın. Deer, onda gör­düm kü, burdan (söyləyici əlini alnına aparır – top.) qan axdı, kişi uşdu. Deer, o dedi, bu dedi, burda gül­lə atılmıyıv axı. Hardasa, bir həştat nəfər var bunun başında ey. Qa­çağımız çoxdu deer. Kətdərə gön­dər­mişih, yerrərə göndərmişih. Ha­disələr oluf. Oların yanına gön­dər­mişih. Hardasa, bir dört yüz-beş yüz atdı oluf olar. Həə. Deer, on­da gördüm kişi aşdı. Çığırışdıx, yü­yürdüh elədih. Gəliflər, to­pa­la­şıflar. Deellər:

– Ə, burda güllə atan ol­madı axı.

Deellər:

– Bu, hardansa atılıf. Yaylım gülləsidi. Mərmi gəlif ke­çif mu­nun başına, öldürüf.


129.

Mən qaçax Qardaşxan hakqında belə eşitmişəm ki, o tabe ol­ma­dı Savet hökümətinə. 37-ə qədər tabe olmadı. Artıx qalxdı o Kəl­bəcərə, yaylağa. Kəlbəcər də elə bir yerdi kin, Tuneldən o yana ke­çənnən sora bir dənə keçidi var. Yəni tutmax çətinidi. Qoşun ye­rit­məh çətiniydi. Bular da çəkildi ora. Onu içəridən, öz adam­na­rın­nan birinə vurdurdular. Yəni adam göndərdilər onu vurmağa. Ona tə­­lə qurdular Kəlbəcərdə 36-cı ildə, 37-ci ildə. Adam göndərif vur­dur­dular.



QARABAĞ MÖHARİBДSİ XATİRДLДRDД
130-131. KÖÇÜRMƏ SİYASƏTİ
İndiki Fizuli qavax Qaryagin adlanırdı. Yanı 1905-ci ildəki o kö­çürmə siyasəti həyata keçirilir Rusiyada. O inqilapçı kətçiləri kö­çü­rüllər bizim torpaxlara. Azərbaycanı mənimsəməy üçün rusdarı sür­gün eliyillər Azərbaycana. Onda o Qızılqaya deyirdih, indi Qe­var­kavan deyillər. Qızılqayıya rusdar gəlif. Sora Kurapatkinin özü­nə rusdar gəlif. Yerri camahatı çıxardıflar, gətiriv o rusdarı yer­rəş­di­riflər. Həmin o vaxdı orda rus siyasətinə qarşı çıxannar da olufdu. Bax bir epizot danışım. Gəlif yol sa­lıf­lar. Kurapatkinnən Kar­ya­gi­nin arasında rusdar yol çəhdiriv o vaxd. Bullara çoxlu pul bıra­xıf­lar, kredit veriflər, yol çəhdiriflər. Yol­da firqonnan işdiyillərmiş, at ara­­ba­sıynan. Olların başcısı gəlif ge­dəndə kişi çıxır bunun qabağı­na, bunun qabağın kəsir. (O kişinin adı yadımnan çıxıf). Narazı adam­­­lardı da. Gəlif torpaxların-zadın alıllar. Deyir ki, düş! Atdar­dan düşür. Qəşəh bını döyənnən sora deyir:

– Məni dalına al, apar. Da­lına al, odee apar fılan yerə, bir də or­dan bıra gətir. On dəfə apar, gə­tir.

Bu da məjburdu, öldürəjəh də. Bunu aparır ora, gətirir, aparıf gə­tirir. Nəysə, bı sora şikayat eliyir. Kəndin camahatın düzüllər. De­­yir ki, tanıyarsammı onu? Deyir ki, mən onu ancağ ağırrığınnan ta­nı­yaram. Onu dalıma götürüv aparmışam. Bir-bir adamnarı gö­tü­rüf, de­yir ki, yox, bu o döyül, bu o döyül. O da gəlmiyifmiş o yı­ğın­ca­­ğa. Sora satan oluf dana. Bunu gətirəndə dalına alan kimi deyif, hə, bu adamdı, mənim belimdə apardığım adam odu. Onnan sora onu tu­tuf göndəriflər Sibirə. Elə o Sibirə gedən də gedifdi.
131.

Bizim Xojavənd camahatı ən çox mal-qara saxlamaxnan, mal­dar­rıxnan yaşıyıflar. Tərəkəmə oluflar. Yeniflər qışda qışlağa, yay­da, yazda dağlara gediflər. Laçına-zada tərəf yerrəşifdilər. Ama er­mə­­nilər çox bij tərpəniflər. Olları Gülüstan, Türkmənçaydan sora Azər­baycana yerrəşdiriflər, çoxalıf-eliyiflər. Oların beynində va­rı­mış da türkə qarşı belə siyasət. Dağlarda yerrəşiflər. Bulaxlar əl­lə­rin­də, dağlar, meşələr, hamısı. Mənim anamım danışdığına görə, bi­zim ordakı camahatnan ortağ oluflar, yanı şərik. Gətirif bizim ya­şa­dı­ğımız ərazidə əkin əkirmişdər. Ya toxum verirmiş, şərik olurmuş, so­ğan əkirmiş, şərik olurmuş. Çünkü özdərinin yaşadığı yer əkin­çi­liy üçün əlverişli yer döyüldü. Sora onu yarı bölüv aparırmışdar. So­radan ki bı hadisə baş verdi – Qarabağ hadisəsi, indi bıllar qəl­bi­lər­də yerrəşiflər. Hündürrühləri ələ keçirdiflər. Bizim kətdər də da­ğın yamacındaydı. Bircə Qaradağlıynan Xojavənd bir az dağların ara­sında oluf. Orası da aydındı ki, erməninin arxasında dayanannar va­rıdı. Bı hadisələri törədənnər varıdı.


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə