Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,74 Mb.
səhifə8/28
tarix08.04.2018
ölçüsü2,74 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

132-135. DAŞNAK VƏHŞİLİKLƏRİ
Tevan varıdı, erməni. Domulu26 Tevan. Musurmannarı er­mə­ni­dən bir yol o ayırdı. Tevan musurmannarı qırırmış. Musurmannar qa­çıflar Fizuliyə, səngiyənnən sora genə qayıdıflar dala. Dəmir qab­ları, mis qabları yığdılar teşdə, nə bilim, boşquya, nəyə, bas­dı­dı­lar torpağa. Mən heç onu görməmişəm e. Savetdən qavaxkı vaxtda olup o. Mənim atam söypət eliyif. Sora o Tevan qavıf bunnarı çı­xar­dannan türk gəlif, Tevan qaçıf. Qaçannan sora bizim kəndin camahatı bir də qayıdıf gəlif.
133.

Martuni dediyimiz yerdə ermənilər olmuyuf, soradan gəlif. Hə­mən orda polis şöbəsinin binası olufdu. Polis şöbəsinin binasın da azərbaycannı tikif. Bir də vayenkamatın binası varıydı, o da azər­baycannının olufdu. Ermənilər məlumat eliyir bizim camahata kin, bı gejə sizin kəndə hucum olajax. Camahat çıxıf kətdən. Hə­mən o vayenkamatın binasında yaşıyan bir yaşdı qadınnan kişi de­yif­lər kin, bı yaşda biz necə çıxax? Ermənilər onnarı orda, həmin va­yenkamatın binasında öldümüşdülər, başdarın kəsmişdilər. O ha­di­sə olufdu 1905-ci ildə.


134.

Düz həşdat dokquzuncu ilin sentiyabr ayının irmi beşinə qə­dər klubda işdəmişəm, yanı kino gösdərmişəm. İrmi beşi günü bi­zim məhtəpdən azarbaycannıları çıxardanda orda möykəm ya­ra­lan­dım, uzun müddət yatdım. Özü də çörəh kəsdiyim, tanıdığım er­mə­ni­lər mənə əl qaldırmışdı. Mən gedirdim ora işdəməyə. Erməni tə­rəf­də işdiyirdim də. Gecə sahad ikiyə qədər, on ikiyə qədər otu­rur­dum orda təhcə. Heş kəs kluba, zala girmirdi. İki seriyalı filmi orda nü­­mayiş elətdirirdim. Yanı ki, qorxmurux da sizdən, acığa gös­də­rir­dim, çıxıf gəlirdim. Deyirdilər, ə, heş kəs yoxdu da. Qocalar de­yir­di, orda nağayrırsan? Deyirdim, sizin nə dərdınıza qalıf? İşimə gəl­mişəm, gedəjəm da. Bu dövlətin planıdı, mən verməliyəm. Bıllar da deyirdi, getmə. Deyirdim, mən getməsəm, deyəjəhlər ki, qor­xul­lar, ta gəlmillər biz tərəfə. Gecə gedip gəlirdim təh başına. Bizdə qo­ca bir erməni varıdı, bizim kinoteyatrın direktırıydı. Edilli kən­din­nən olan Slavik dedi ki, bəs bizim Melkumyan Lenturuşu infak vu­ruf. Uje ölümcül haldadı, gedəy onu görəh. Hadrutun mər­kə­zin­də­di bu. Durdux getdih Fizuliyə. Getməh mümkün dəyildi, nümayiş ge­dir orda. Getdih bınnan qoşalaşdıx çıxdıx Hadruta. Getdih bının ev­inə. Getdim ki, tuman-köynəhdə bı içərdə oturuf, o qədər də da­va-dərman yığıf ki böyrünə. Getdih bınnan oturdux belə. Qayıtdı de­di, Slavik, sən yen aşağı, (bağ yeri varıdı) orda donquzdan ka­bap-zad bişimişəm, onu götü gə bıra, Namiknən söypət eliyirəm. Sla­vik getdi. Nümayiş gəldi onun evinin yanınnan keçəndə dedi, Na­mik, elə bilirsən, xəsdəyəm? Xəsdə deyiləm. Mən özümü xəs­də­li­yə vurmuşam. Məni məjbur eliyillər ki, Lenturuş Melkumyan, iş­çi­lərini götür, al bayrağı əlına, (Ermənisdanın bayrağın) çıx nü­ma­yi­şə. Fizulidə, Ağdamda, nə bilim, harda çörəh kəsmişəm azər­bay­can­nılarnan. Mən əgər nümayişə çıxsam, səhər ara düzəlsə, mən ora getsəm, deyəjəhlər ki, sən niyə belə elədin? Məni söyüşnən qə­bul eliyəjəhlər. Mən ölüf gedəcəm, siz qalassınız. Bunun axırı mu­ha­ribədi. O qoca kişinin dediyin deyirəm ha. Dedi, indidən bunun qa­bağın almasınız, (həmən o erməninin dediyin deyirəm) sizin baş­bi­lənnərınız bunun qabağın almasa, gələcəyi bının pis olacax. Elə be­lə də oldu.

Rəhmətdih qoca nənəm doxsan beş yaşında rəhmətə getdi. Ba­kıda qaçaqaşda rəhmətə getdi. Ermənilərin elədiyin mənə da­nı­şır­dı. Ermənilər nə qədər işgəncələr verip, onun hamısın qorxa-qor­xa danışırdı. Özünə eləməsələr də, yanı eliyənnəri görüf də. Bizdə Qır­qın dərə varıdı. Orda ermənilər bizimkiləri qırmışdı. Ona görə ora­nın adı Qırqın dərə qalmışdı. Bizdə Osmannıların top qurduğu də­rə varıdı. Deyir, burda bir top qurmuşdular erməniyə tərəf. Os­man­nı o vaxdı gəlif bılları xilas eli­yən vaxların danışırdı.

Deməli, həşdat yeddinci ildə bı məsələ qalxmamışdan qabax klub­da oturmuşdum. Gecə vaxdı gəldilər, iki nəfəridi. Biri bir sarı­şın qızıdı, biri də Edillidə Asdan kişi varıdı, onun oğlu Arturudu, aç­qili. Ona anası balaca Lenin deyirdi. Yanı bı işdəri qarış­dı­ran­na­rın başın­da o dururdu. Onu Xankəndində seşdilər oranın böyüyü. Or­da da öl­düdülər, elə iş yerinin qabağında həmən vaxdı – qa­rı­şıx­lıx­da. Dağları gəzə-gəzə gəldilər.

Biz də ermənicən bilirdih də. Er­mə­nicən salam ver­di, görüşdüh, girdi oturdu içərdə. Hələ ara qa­rış­mı­yıfdı. Böyrüm­də klubun müdürü oturufdu, Avon adında kadınıdı. De­dim, bıllar nə gəzir? Dedi, geoloqdu e, elə-belə dağlarda gəzillər. Nə­sə torpax gö­türüllər. Geoloq deyildilər. Bullar harda top qu­ru­la­jax, harda pulam­yot qurulajax, harda nəysə olacağ, onun yerrərin də­qiqləşdirirdilər ki, səhərisi gün iş görsünnər. Həşdat səkgizinci il fev­ral ayının om birin­də qalxdı da bu məsələ, Dağlıx Qarabağın Er­mə­nisdana birləşdiril­məsi məsələsi. Olların gəzdiyi yerrərdə bizə qar­şı uje başdadılar pu­lamyot quraşdırdılar, ya top quraşdırdılar. Baş­dadılar kəndi oda tut­mağa. O yaşdı ermənilər isdəmirdi belə ol­sun. Yeniyetmələr, cavan­nar amma tamam azğınnaşmışdılar. Hətda get­dim kluba, gördüm qapını sındırıflar. Qapı açıxdı, heş nə tər­pət­mi­yiflər. Girdim içəri, yavaşca lenta götdüm, aparata belə eliyəndə nə­təər tok məni vurdusa, qollarım bax belə keyidi. Belənçinə qal­dım ki, bu nolan şeydi? Aparatı ordan çıxartdım, baxdım, gördüm ki, qanadının bir dənəsin gətirip dəmirə birrəşdiriflər ki, içəri gi­rən­də tok məni öldürsün. Onu kim eliyir? Yerri ermənilər elədi. Onu ya­vaşca beləsinə araladım, baxdım, düzəltdim. Dedim, hə, bıllar uje is­diyillər ki, məni öldürələr. Mən əl çəhmirəm axı, gedif-gəlirəm. İs­diyillər ki, bı yolnan məni bırdan uzaxlaşdırsınnar. Helə şeylər də va­rıdı.

Bizim məhtəpdə qarışığıdığ erməni-azarbaycannı. Bir yerdə oxu­yurdular. Ermənilər ordan töküldü – həşdat-doxsan nəfər er­mə­ni məhtəfdən azərbaycannıları çıxardanda iki nəfər onun qabağın al­dıx. Biri şəhid oldu, İsa adında oğlanıdı. O, şəhid olufdu. Mən də uzun müddət qaldım yataxda yaralanıf. Bütün qanımı itimişdim, qan-zad köçüdülər. Sinəm xırıldıya-xırıldıya aparmışdılar. Sağ ol­sun həkimnəri. Ollar məni qaldırdı əyağa. Heylə günnərimiz oluf. Mə­nə əl qaldıran bir yerdə çörəh kəsdiyimiz ermənidi. Ağbulaxlı Za­vonun oğludu, Edo adında erməniydi.

Tay onnarnan barışmax-fılan mümkün dəyil. Belə mümkün də­yil ki, yanı onnarın hamısı uje azqınnaşıfdı. Qocalar da gedif, ye­ni nəsildi. Edilli kəndində Əhbər kişi varıdı, azərbaycannıdı o. Am­ma erməni almışdı, Edillidə yaşıyırdı. Onun uşaxları az qalırdı ki, bi­zim musurmannarı öldürə. Öz qanımızdandı e. Hal-hazırda da oğ­lu Xankəndində generaldı. Musurman öldürdüyünə görə general rüt­­bəsi alıf. Özü də bütün o zonada hər şeyi özü əlinə alıfdı da. Ka­mo­­du adı. İndi həmən o qanı bizdən olan erməni Kamo opşi Xan­kən­­dinin yiyəsidi.
135.

Kətdə axrıncı vaxlarıydı. Hələ döyüş yoxudu. Ancağ elə-belə ağaş davası varıdı. Nəysə, nümayiş gedir. İdarə də bizim evin ya­nın­­daydı. Topalaşıf ağsakqallar (bizimkilər) idarəyə. Bizim evin be­lə qapısınacan ermənidi. Ortada bir belə acca yer var. Bu tərəfi də bizim camahatdı. Elə bil, idarə qalıv ortada. Burdan də gəliflər, bur­dan da. (Allah rəhmət eləsin) Ramizin atası gəlif, bu da bizdədi. Qa­yıtdım ki, Sərdar dayı, axşam gəlsin, neyniyəjiyih bularnan? Bu­lar bizi qırıf batırıf. Dedi, bala, oları bircə ağaşnan qaldırıf qoyjam Ha­tautun27 başında. Dedi, aparıv oracan qoluuf gələjiyih. Evin böy­rü­nə hərrəndim. Cavannar (bizim kəndin cavannarı) belə yekə-yekə pa­yaları yığıflar bizim evin arxasına. (Bizim ev sentirdədi). Allah, ağa­cı görəndə ağlım başımnan çıxdı. Axşam düşdü. Axşam düşən­də uşaxlar payaları götürdü, düşdü erməninin canına. Ermənini şil-küt eliyiv aparıf çıxartdılar Hatauta. Daldan bu urus gəldi. Nə elədi, urus elədi. Erməninin güjü dünyada çatma­zıydı bizə. Hələ özü də bi­­zim kənt bax belə erməninin içindeydi. Yazıx kişi qayıtdı, bax gör­dün? O da bir ağaş götürüf gəlif. Dedi, gördün, ağaşnan apar­dıx. Hamsının başını-gözünü yarmışdılar.



Yerdə atışma başdıyıf. Deellər kin, künşdərə güllə batmır. Ye­­məyimizi bax belə qoymuşux sdolda, o künşdərdə durmuşux, be­lə bax. Ta kin gejə üçə, dördə kimi. Onnan da sora geyindiymiz nə oluf? Hamı paltarrı, adama bir cüt təzə qaloş (qaloş axı yün­gül­dü), elə-belə pükülüf yatmışıx ki, qaçaqaç düşsə əgər, qaloş əya­ğ­mız­da olsun, yüngül qaçax. Helə gunnər görmüşüh neçə il. Allah o gü­nü bir də görkəzməsin.
136-137. QARADAĞLI FACİƏSİ
Doxsan ikinci ildə, noyabrın on yeddisində Qaradağlını er­mə­ni­lər mühasiriyə alıflar, kəndi yandırıf, dağıdıfdılar. Sora saysız miq­darda əhalini əsir götürüfdülər, öldürüfdülər. Öldürdühləri əha­li­ni silos quyusuna töküv üsdün basdırıfdılar. Çoxların aparıflar. So­radan bəzilərini qaytarıfdılar, olların da çoxu uzun yaşıya bil­mi­yif­di. Yetmiş-həşdat nəfərə qədər adam orda qırılıfdı. Ona görə də biz hər il onu qeyd eliyirih. Qaradağlı soyqırımdı. Çox dəhşətli, ta­rix­də görümməmiş şəkildə işgəncə verdilər camahata ermənilər. Baş­­darın kəsməh, ciyərin çıxartmax, nə bilim, uşaxların gözün çı­xar­tmax. Hamilə kadınnarın qarnın cırıv uşağı çıxartmax. Bıllar o qə­dər dəhşətlidi ki, heç danışmax mümkün döyül kü, belə hərəkəti han­sı millət eliyər? Almannar da belə eliyə bilməzdilər.
137.

Qaradağlı faciyəsi vaxdı arvatdarı-zaddarı çıxartdılar, gəldih. Mən dekabır ayında ordan çıxmışam. Qalırdım, gedirdim dayna. Yol­daşım da, oğlum da Qaradağlıda qalmışdı. Gedirdim ollara çö­rəh pişirirdim, paltarrarın dəyişdirif qayıdıf gəlirdim. Vertalyotnan. Ca­mahat söyüş qoymuşdu ki, kətdən çıxmıyax. Hara gedirih qə­vir­sannığımızı qoyuf? Dedilər ki, ə, Muğannıda ratsiya var, danı­şıf­lar. Deyir ki, kəndi akrujeniyaya alıflar. Dokquz nəfər ölüf, qalanı da əsir götürüllər. Durdum elə ağlıya-ağlıya yüyürdüm, getdim ora-bı­ra. Bir oğlan gəldi qavağıma. Dedi ki, xala, hələ almıyıflar, amba elə muhasirədədi kənd. Amba arxayın ol, oğlun, yoldaşın salamatdı, yı­ğıflar idariyə. Oğlum nağıl eliyir ki, dolduğ ora. Gəldilər. Bir ar­vat da ratsiyaynan ermənicən, uruscan xəbər verir İrəvana ki, gəl­mi­şiy, almışıx. Ollar da, deyir, o qədər atdılar, idarələrin şüşəsi da­ğıl­dı, abışqalar dağıldı. Neçə nəfər orda öldü. Patronumuz qu­tar­mış­dı. Yendidilər aşağı, bizim silahlarımızı aldılar. Afdamatdarı va­rı­­dı, onu alıflar. Cavannarı bir yığıflar, qojaları da bir. Bıları da apa­rıllar o Bəylih bağı deyilən yerdə, (oğlum nağıl eliyir e mana) de­yir, orda maşınnarı saxladılar. Yolda da iki nəfəri gülləynən öl­dü­rüv atdılar. Sora da ağacınan birinin başına vırıv öldürüflər. Biri (başı qara lentdi) de­yir, əmr elədi ki, on nəfər düşsün. Mametcan de­yirdilər ona. Kim düşər? Kimin ürəyi gələr? İki dəfə deyir, af­da­ma­tı maşının içinə belə atdılar. İki nəfər yaralandı, deyir, qalanı da ora yıxıldı, bıra yıxıldı, töküldüh maşınnan. Telman adında oğlan var­dı, kişinin əmisi oğlunun oğludu. O deyir, qoynunnan bir qranat çı­xardıv atdı, neçə nəfər erməni öldü. Onnan sora başdadılar bıl­la­rı qırdılar. Deyir, qalanımız maşındadı. Bir on-om beş nəfər ma­şın­da­dı. Gəldi, deyir, maşınnan məni götdü erməni, gətdi tulladı bı me­yitdərin üsdünə av­da­ma­tı belə zarajit elədi ki, məni vıra. O dediyim erməni, o Mametcan gəl­di məni tokqam qarışıx götdü atdı maşına, vırmadı. Aradan biraz keş­di, böyühləri gəldi, yerdə adamı sanadı, meyidi sanadı, maşının da­lın bağladı, dedi, xvatit. Amba üç uşağı deyir, düşürdülər, körpə uşax­ları – on dörd, om beş yaşında. Ollara dedi ki, biz sizi Vilisinən apa­rejeyix. Olları qoydular Vilisə. Biri də vardı deyir, Ağ­dam­na­nı­dı. Bizim kətdən evləmmişdi. Ona da deyflər ki, qaç, qaç, səni vır­mı­yejeyıx. Elə qaça-qaça deyir, vırdılar, qaldı o ağacın divində. Hə­mən ölən oğlanın qardaşın düşürtdülər, mindirdilər Vilisə, apar­dı­lar. Deyir, Qalaxan kəndinə apardılar. Bizi də apardılar orda töh­dü­lər. Hamı baxdı gördü, adam qalmıyıf. Qırılan qırılıf, qalan da nə­yə lazımdı. Elə deyir, bizi böldülər. Dədəm, deyir, mənim əlim­nən tutdu. Tutanda biri deyir, oyannan gəldi ki, yox, o cahılların içi­nə gedejeh. Bizi apardılar bir binanın qabağında deyir (daşdı-zad­dı, çınqıllı, o pis çınqıllar olur e, onun üsdünə), bizi üzüquylu uzan­dırdılar. Uzandırdılar, əllərində afdamat tık eliyə-eliyə, başı­mı­za vıra-vıra gedillər o başa, gəlillər bı başa. Hasarın da başı deyir, ha­mısı erməni. Daş atan kim, çınqıl atan kim. Nə bilim e, olmazın iş­gəncələr. Axşam deyir, gəldilər bizi yığdılar apardılar böldülər, sal­dılar türmələrə. Mənnən deyir, dört nəfərih kamerada. Qalanı da pay­ladılar. Biz də qırılıf batırıx kin, hamını qırıflar.

Oları maşınnan töküf qıranda ordan bir oğlan nətər olufsa, yu­ma­lanıf gedif düşüf bir kolun içinə. Onu görmüyüflər. O da adam-zad çəkilənnən sora duruf dəmir yolu var da, onnan gedif çıxıf Gü­laf­lıya. Səhər olanda Gülaflıdan yenif gəlif. Getdilər gətdilər. O de­yif ki, çox adamı qırdılar, qalanı da yığdılar maşına, apardılar. Üş gün­nən sora sağların siyahısı gəldi. Ta biz də bir az arxayınnadıx da. Dedi, kişi də sağdı, gədə də sağdı. Qalanı da qırıflar, çox adam qı­rıf­lar. Ordan da yığışdıx maşına, gəldih bax bı Beyləqana.

Arvatdarı tez dəyişdilər. On günə arvatdarı dəyişdilər. Bir on nə­fər də arvat tutmuşdular. Oları dəyişdilər, amba bıllar qaldı.

Oları gətiriflər Əsgərana, Əsgəranda saxlıyıflar. Deyirdi yol­da­şım ki, gejə gördüh zınqazırıx qapı açıldı, bir erməni girdi, əlində du­­binka. Girdi, deyir, çəhdi məni qabağa, başdadı məni döyməyə. Döy­dü məni, təpiynən yıxdı, yıxanda gədə qışqırıf: “Ay qar­daş­da­rım, gəlin, dədəmi öldüdülər”. Məni durquzdular, gədəni tutdular. Gə­dəni də, deyir, orasına-bırasına döydülər, getdilər. Ermənilər is­men­­nən qalırmışdar keşihdə. Bıları döyən erməninin uşağı varımış bir dənə – oğlu. Səhər evə gedəndə anası deyir ki, bala, sən nə iş gör­müsən ki, uşağ oyanıf deyir ki, ilan məni yedi. Deyir ki, ana, bir də­dəni, bir balanı döymüşəm. Deyir, çox səf eləmisən. Niyə döy­mü­sən? Onçun uşağın yata bilmir. Tez ol, dur get, olardan üzür is­də. O biri günün gejəsi deyir, sahat dördüdü. (Yoldaşım nağıl eliyir bı­nı). Bir də gördüh, zınqazırıx qapı açıldı. Həmən oğlan gəldi, de­yir, məni çəhdi qapının ağzına. Dedi, səni o Allaha ant verirəm, Al­la­hı çağır, yalvar, mənim uşağımı ilan yeməsin. Ta deyir, nə deyə bi­lərəm. Elə ürəyimdə dedim, sənin uşağını ilan lap elə çoxdan ye­sin. Bına dedim ki, həə, dedim. Ta danışıf dana ürəyində. Getdi de­yir, bir çörəh gətdi, üş yumuru qət gətdi, bir quruşqa çay gətdi, bir də bir palton gətdi. (Bılların paltarın-zaddarın alıflar e hamısını). Gət­di, dedi ki, ama özün ye, ollara vermə. Deyir, dedim, yox, ollar mə­nim yoldaşımdı.

Mamet varıdı, kətdənidi. O, Allahverdiynən danışıf, girovları də­yişifdilər. Gəldi bizə dedi ki, oğluma dedi ki, adamların on nə­fə­rin dəyişəjiyih. Oğlum da bir başqa pul verdi. Deyif ki, kişi qalajax, am­ba gədəni dəyişəjiyih. Deyiv, ə, dədəmi də yaz. Dedif, yox, iki nə­fəri olmaz bir öydən. Aprel ayının biriydi, oğlum gəldi. Üsdən xey­li keçənnən sora kişini ala bildih.

ETNOQRAFİK MДTNLДR
TƏRƏKƏMƏ HƏYATI
138. EL YOLU
Eli yola salanda o zaman El yolu deyilən yolla gedərmişdər. Sa­rı Yerdən, Həkəridən, aşağı Akaradan keçif gedirdih. Hajı Qasım ki­şi rəhmətdik köçə xəbərdarrığ eliyir ki, Sarı Yerdən gedejiyih. O Sa­rı Yer də haradı? Burdan gedersən Cəbrayıl rayonuna. Cəbrayıl ra­yonunnan gedirsən Həkəriyə çıxırsan. Qubatdının Xannıx kəndi var. Bunun yanınnan çay yuxarı gedirsən, Sarı Yatax deyilən yerə ça­tırsan. O zaman körpü-zad olmazdı. Bizim yaxşı at sürən adam­na­rmız oluf, cəlt. Atdar düşürdü çaya, şıdırğı axan çaydı, özü də göy­nən gedir, dalğa vurur. Sürünü vurursan, tutax ki, burdan çaya (qo­yunu). Birini atırsan, qalanı özü hoppanır da. Elə bil, burdan sa­lır­san, bir-iki kilometrə qədər atdılar heyvanı tutmaxçün, çaydan ke­çirməyçün ağzı aşağı düzülür. Elə atdar vardı ki, heyvanı ağ­zıy­nan tuturdu. Bax belə vəziyətdə oranı keçirdih oana. Sora Hajı Qa­sım deerdi ki, Laçınnan gedejiyih. Laçınnan gedəndə Zabuğun də­rə­sində bir körpü var. O körpünü keşməmiş, bəri tərəfdə Minkənt, Qa­ra keşiş deyilən kəndləri var Laçının. Elə ordan aşırdıx Qı­zıl­bo­ğa­za, ordan gedirih Çöplü gölə. Qara göl deerdilər, orda köhnə Ha­jı­lı kəndi vardı, elatın yeridi. Ordan keçirdih Çaldağa. Toppuş bu­la­ğı, Çaldağ – ora bizim yerrərdi.

Biz dağa gedəndə farmaşın ikisin yühlüyürdüh ata, ya balağa. Yol­da gedəndə görürdün kü, bir tərəfi əyildi getdi. Da onu açıf ye­rə qoymurdux, nə də içini dəyişdirmirdih. Bir yekə daş ordan gö­tü­rür­düh onun çəkisində. Onun üsdünnən gedən (sijim deerdih, örkən de­erdih) o ipin arasına qoyurdux. Tarazdığı alırdıx, gedirdih. Ona yük əyir deyirdih. Bir də vardı ki, çatığ alma deerdih. Din­cəl­məy­çün dayanırdıx ha. Bax ona çatığ alma deerdih.

Biz elat tayfasıyıx da. Yerimiz Çaldağ, Qızıl qaya, Çöplu göl­dü. (Sisyan rayonuna yaxındı). Oralar elatın yaylağı oluf. Rusdar yer­rəşdirdi ermənini ora. Bizim Səfolu İsdisuyu varıdı, biz orda çi­mirdih. İndi erməni ora Çermuk deyir. Kəlbəcərin başının üs­dün­də­ki indiki Vardanes rayonu deellər e, Basarkeçər rayonudu əslin­də. Stalin Qara arxaşdan, Murad təpədən sərhəd qoydu, dedi, siz oa­na keşmiyin. Ora olsun ermənilərin.
139. TƏRƏKƏMƏ KÖÇÜ
Dağa yaz vaxdı gedillər dana, mayda. Köşnən gedəndə əli­mi­zə nə düşsə, onnan yığıf qayırerdıx. Evdən yorğan-döşəh, palaz, hər şey götürördüh. Yeməyimiz, nəyimiz var, hamısın yühlüyürdüy o də­viyə. Farmaş deerdih, qavımızı-qaşığımızı yorğan-döşəyin arası­na yığerdıx, qavleerdıx, yühlüyürdüh dəviyə. Axşamnan düşürdüh yo­la, gedirdih. İşıxlananda düşürdüh bir yerdə. Öküzdərin birinə, ya da ata, eşşəyə yühlərmizi yühlüyürdüh. Düşürdüh yola. Bir xeylax ge­­dənnən sora düşürdüh bir yerdə. Çatığ alma deyirdilər bına. Gejə hey­van otduyurdu. Dincəlməh lazımdı.

Bir köşdə elə adam varıdı, üş dəvəsi, dört dəvəsi olordu. Xu­su­su vaxdı çox olordu, amba soradan bı qalxoz vaxdı, qalxoz ve­rer­di. Elə bil, hərədə biri, ikisi olordu.

At da iki dənə, üş dənə olordu. Dəvəni yühlöördülər, ortasın da qəşəh, düz qayırerdılar. Özümüz minirdiy, uşağı da yığerdıx də­və­nin üsdünə. Yıxılmax-zad yoxudu.

May ayında gederdih dağa. Elə vaxd olordu ku, may ayının ya­rısında həmən o Murat təpəsi dediyimiz yer var ha, orya ge­der­dih. Gederdih ki, qar tar bağlıyıf duruf. Qarın altınnan çay axerdı. Üs­dü də bax belə buz bağlamış olordu dana. Dəvəni, atı, eşşəyi, qo­yu­nu, malı, hamısını onun üsdünnən keçirderdih. Ta demirdiy e, bı yır­tıldı, töküldüy elə bı suyun içinə, qırılejeyıx.

Dağdan yay çıxanda qayıderdıx. Yaylaxdan gələndə hər şey gə­­tirerdih, bala. Ərih alerdıx. Bir qoyuna yüz klo ərih vererdilər. O da belə-belə ərih e, yekə-yekə. Bal alerdıx yaylaxdan. Qoyun ve­rer­di­lər, bal alerdılar.

Hərənin beş-altı motalı olordu. Yağı da çalxıyıf, duzduyuf yı­ğer­dıx dəriyə. Ən aşağa gətirən beşin-altısın gətirerdı. Onu da gə­ti­rer­dih dana, bırda qohuma-zada vererdih. Kimin aranda qalanı va­rıy­dı, ona da vererdih. Nəvlim, kimin bajılığı olordu, qardaşdıx tu­tor­dux kətdərdən gedəndə, olara gətirerdih. Qava yığıv evlərinə ge­der­dih. Ollar da bizə təndir çörəyi qoyordu. Qapı-qapı paylıyerdıx hə­riyə ki, təndir çörəyidi.


140-144. DAĞDA
Yaylağa gedəndə həməşə biz gedərdih hara irahatdı və suya ya­xın yerdi, ora düşərdih. Qoyunun suarmasıynan əlaqədar da. Hə­mə­şə də gedəndə dağa, ilkin görərdin ki, alaçıx tikərdilər. Alaçıx ti­kən­də yan-yörə eliyərdilər, qurtdan-quşdan mövqeyi seçərdilər ki, hə, bırda yaxşı yaşamağ olar, heyvanı bırda bejərməy olar. Üç ay müd­dətinə dağda qalardıx. Elat yoluynan gedif gələrdih. O dağa apa­ran yollar maşın yolu dəyildi, dəvə yoluydu, at yoluydu. Dağda qo­yunnar seçilərdi. Quzu ayrı otduyardı, sağmal qoyun ayrı ot­du­yar­dı.Yavaş-yavaş başdıyırdı heyvannar doğmağa. Səhər tezdən du­rur­­dux, qoyunu aparırdığ otdamağa. Gül kimi yamaşdar, çiçəhlər... Ax­şam da çıxıf gələrdih evə, olannan-olmazdan yeyif yatardıx. Ye­mə­yi də ki havıya, şərayitə uyğun bişirərdilər. Qaymax sərərdilər, üzün yığıf yeərdih. Üsdünnən də buz təki bulax suyunnan içirdih. Üs­dünnən də ətotunnan, kəkotunnan, dağ çiçəyinnən də çaya tö­kür­dün, içirdin. İndi bu aran yerində olar nə gəzir? Çay çiçəyi bitirdi, nə­zih. Bıde, bax bı qəlinnihdə, topa-topa bitirdi. Burun qanı kimi olur­du o. Ətotu bırda yoxdu. Təkcə Şvartıda, o da üş sot yerdədi. Bi­zim yolun üsdündədi. Qış möv­sümü də olanda gəlirdih bu aran yerrərinə.
141.

Dağda aş bişirerdilər. Süzmə xəngəl bişirerdilər. Kavaf çə­ker­dilər. Soyutma olordu ətdən – quzu əmliyinnən. Onnan lilpar olor­du bulaxlarda – sarı çiçəh. Onun yarpağın yığerdıx, gətirerdih da­şa (əl daşıynan döyürdülər, duz daşı varıydı). Əti döyördülər, lil­pa­rın yarpağına dolma büküf yeerdih. Əvəlih yığerdıx. Əvəliyə bü­kör­dülər. Onnan ələyəz yığerdıh, qurudordux. Sarı çiçəyi qu­ru­dor­dux. Onnan sora qırxbuğumu qurudordux. Yemliyi qurudordux. Qu­zu­qu­lağının belə özəyi olordu, anam belə-belə qom bağlıyıf mo­ta­lın bir g..ünə qoyordu bir qomu. Bir qomu ortasına qoyordu, bir qo­mu ba­şına qoyuf çilihleyirdi. (Çilihləməh ağzına tənəh budağı qo­yup be­lə bağleersan, çilih deyellər ona). Onnan sora quzuqulağı, ye­mliy ye­erdih. Keçi əmcəyi olordu, onu yeerdih. Dağlarda nə şey yo­xuydu yeməmiş, bala? Quzuqulağını daşnan döyördüh belə. Dö­yör­düh, ovcumuzda sıxıf suyun içerdih.


142.

Dağlar qarrı olanda anam deyerdi, gedin ode Murat təpəsinə o buz­dan gətirin, doğruyax. Qovurmanı verejem, yeyin, üsdünnən udun. Onda uşax bərk olur da, çox yaşıyır. Qar buz tutor, dağ qoy­nun­da oğurroyur. Anam oğurrux deerdi. Deerdi, gedin görün Murat tə­­pə­sinin başında, qar, buz oğurranıp qalıp? Gedip görördüh ki, buz be­lə oğurranıp. Böyüh bajımnan gedirdih görördüh, qar buzu oğur­ro­yuf. Yığerdıx mis sərnişə. Tozdu-torpaxlı olurdu o buz. Gəlerdih bu­laxda buzu yuyordux belə. Yığerdıx mis sərnicə. Gətirerdih.

Anam deerdi ki, bala, çəkişi götürün, (qənt çəkişi varıydı) doğ­­royun, yığın nimçiyə, kasıya. Hamısı misidi. Onda boşqaf yo­xu­du ha. Yığerdıx, qovurmanı qovuruf tökerdıx teşdə. Biz yeerdih. De­­erdi, bala, götürün onu, dişınıza salmıyın, bir-bir udun getsin. Bir-bir qənt təki doğroordux bax həylə, canın üçün. Doğroordux, ud­or­­­dux. Udordux, udordux, elə bil, buz yapışerdı. Onçun yüz otuz, yüz qırx yaşıyan olordu, bala.
143.

Motal pendirini də yığırdıx bir qava. Qav olmuyanda bir də­ri­ni təmiz yuyurdux, qurudurdux, ya içinə bir ağ salırdıx, ya cuna qo­yur­dular. Dilim-dilim qəşəh dorğuyurdux, bərkiyirdi. Onnan sora mo­talı yuyurdux, arxasını da bağlıyırdıx, küncün də bağlıyırdıx, yı­ğır­dığ onun içinə. Gedirdih dağlardan da quzuqulax yığırdığ. Dəs­də-dəsdə bağlıyırdıx, qoyurdux həmən motalın üsdünə. Həmən o qu­zuqulağını yığırdıx dəriyə, iki ay, üç ay orda qalırdı. Gətirirdiy ara­na. Qışda açıb yeyirdih bal kimi.

Ələzi qurudurdux, qırxbığımı qurudurdux, onnan sora qırmızı pen­cəri qurudurdux. Cürbəcür çiçəhlər olurdu, onu yığıf kəkotunun içi­nə qatırdıx. Mən dağa gedəndə gündə kəkotu yığıf gətirirdim. Dağ­larda qantəpər olurdu, semişqanın kökəsi yekəlihdə. İçinə gi­rir­din, and olsun Allaha, elə bilirdin, ətir iyi gəlir.
144.

Qoyunumuz oluf minnərnən, malımız oluf, yaxşı güzaranımız oluf də. Yaylaxlarda otduyurdu heyvan ala çiçəyi. Sağırdıx bunu, bi­şirirdih. Çətən deyirdih də (belə qarğıdan nəzih-nəzih çətən hö­rür­düh) hərriyirdih. Nəmi deyirdih, bir üç metir yeri belə hərriyir­dih­, onun içinə dört dənə teş qoyurdux, südü bişirif tökürdüh onun içi­nə. Deməli, büyün tökürdüh, bir sutqa qalırdı, səəri onun üzün yı­ğır­dıx yeməyə. Gələn qonağa da verirdih, özümüz də belə ye­yir­dih yax­şı. Səhər də onu götürürdüh, yerinə ayrısını tökürdüh. Ağac neh­rəmiz olurdu. Yağı çalxıyıf, teştdərdə onu duzduyurdux. Sora da yağları yığırdıx qoyunun dərisinə. Qoyunun dərisini nətəər ha­zır­rıyırdıx? Qoyunun yunun alırdıx. Sonra onu üş gün də qo­yur­dux ar­pa ununun içinə. Onu keçirirdiy ağaca belə, sürtürdüh. Belə-belə oxa­tan sürtürdüh kü, o dəri ağarırdı. Onnan sora, deməli, qatığı çü­rü­dürdüh, tökürdüh onun içinə. Dərinin tamın alırdıx. Tamın alan­nan sora bir də o dərini yuyurdux, duzduyurdux, qurudurdux. Bir­dən əlli kilo, altmış kilo yağı yığırdıx o dərinin içinə. Yaylaxdan ara­na qayıdanda heyvan qurudurdu. Heyvan qurudan zamanı o yağ­la­rı götürüv işdədirdih. O yağın da tamına tam çatmazdı. Bir qaşıx o yağdan atırdıx, bişirilən xörəyin iyi kəndin o başına gedərdi. Hey­lə yax­şı olardı. Pendiri də yaxşı mayalıyıf baş-baş qayırırdıx, doğ­ru­yuf yığırdıx motallara. Heyvan qurudanda yeyilirdi.

Dərələyəzdilər nağayrırdı ama? Olar bir yaşında heyvanı, cön­­gəni kəsirdilər, doğruyurdular, duzduyuf sırpaların üsdə sə­rir­di­lər. Onnan sora onu oxatan bişirirdilər, qıfqırmızı olurdu. Onu yı­ğır­dılar saxsı küpələrin içinə, basdırırdılar yerə. Onsuz da dağ so­yux olur də. (O vaxdı belə xaladennik, soyuducu-zad, heş bir şey yox idi. Elə nə eliyirdilər, quy qazırdılar, quyuda saxlıyırdılar. Də­ri­ni boğazınnan bağlıyırdılar, motalı, yağı suya sallıyırdılar, g..ü dəy­mirdi. Yiyən vaxdı çıxarırdılar). Onu indi hər gün heylə çıxardıf ye­yirsən. İsdiyirsən heylə gəti, qoormadı ye, isdiyirsən sooz elə ye, tam­nı olurdu.

Malı kəsirdilər, basdırma eliyirdilər. Dağların kəkotusunnan, dağ­otunnan, kəklikotusunan, otdardan hamısınnan yığıf doğruyuf onun içinə vururdular. Soğan da doğruyurdular. Hər cörəh yeyəndə ka­vavı cəkif yeyərdilər. Ta bir kilo, iki kilo ət alım, yanı durum ye­mək bişirim, sup eliyim, o vaxdı heylə şeylər yox udu.

Biz nə bişirsəydih, çöl ojağında bişirirdih. Qazda bişən biş­mi­şi mən yeyə bilmirəm. Elə bil ki, manıa bir tam vermir də, ağzım o tam­­nara axı örgənib. İndi bu ayamın adamnarı hamısı xəsdə düşür. Ha­mısı torpaxdan, yeməhdən asılıdı. Hamma o vaxdı yeyirlər dağ­la­rın qaymağın, yağın, gülün, çiçəyin, pencərin, gicitgənin, bal­dır­qa­nın, qanqalın. Onu görə də sağlamıydı hamı.




Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə