Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,74 Mb.
səhifə9/28
tarix08.04.2018
ölçüsü2,74 Mb.
#36696
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

145. AT BOYDA CANAVARLAR
Əmimgil dağda görüflər ki, bir dəsdə at var. Əmim deev, ə, atım yoruluf, qoy bunun birin tutum. Demeynən, at döyül, ca­na­var­mış. Əlin belə atıf ki, tuta, qayıdıf buna belə tərs-tərs baxıf. Ba­xan­da bu qorxuf, atı çapıf aralanıf. Sora başa düşüflər ki, canavar dəs­də­si. O da dağda oluf. Yekeymişdər, at boydaymışdar.
146-147. TƏRƏKƏMƏ ALAÇIĞI
Alaçığı dağda qururdular. Uzun-uzun ağaşdar var ey, on­nar­dan. Zoğal ağacınan. Başqa meşə ağaşdarı da olsa, olur. Hansı əyi­lir­sə, onnan. Qırırdılar, çubuğu biləyim yoğunnuxda. Belə-belə mıx­­­la­rı sancırdılar, çubuğu qoyurdular onun yerinə. Ya yer boş olanda (tor­pağın yumşaq olmasını nəzərdə tutur – top.) elə-belə san­cır­dı­lar. Evin boyu on metir olanda ora yarım metirdən bir iyirmisin san­cırdın çubuğun. İyirmi o tərəfə, iyirmisin bu tərəfə, iyirmi ar­xa­ya, iyirmi qabağa. Düz hamısın, elə bil, ip tutufsan. Bunu elə bas­dı­ra­san gərəy, başdarı biri-birinə düz gəlsin, çubuğun üjdəri nəziy olur də. Bu üjdərin ağız-ağıza qoyurdux, bir neçə yerdən çubux ba­ğıy­nan bağlıyırdıx. Başdan iki tərəfdən bunu on metirrihdən, iyirmi me­tirrihdən belə bağlıyırdıx çubux bağıynan. Qəşəh qırmızı qat­ma­lar­dan bağlar qayırıdıx, belə sallanırdı hamısı dərə aşağı. Elə bil ki, qır­mızı güllərdi ey. Rəhbərəh kəndir (bağ) hörürdüh, hərəsinin də al­tında bir qotaz. Nə bilim, əlli dənə, atmış dənə kəndir hörürdüh da­na irəhbərəh ifdən. (Toxudumuz gəvələrin kəsiy iflərinnən). Onun kəndirin hörürdüy, onnan da belə qəşəh çubuğların arasın bağ­lıyırdıx ki, küləh vuranda qopmasın.

Boyu (uzunluğunu nəzərdə tutur – top.) on metirdisə, ona ala­çıx deyirih. Hamma iyirmi metir tikəndə muxuru deyirih. Muxuru bö­yüh olurdu. Alaçığı keçeynən bağlıyırdıx. Keçəni nətəəri eliyirih? Ke­çəni hazırrıyana atıcı28 deyirdih. Qoyunnar qırxılanda yunun yu­yurdux, çırpırdıx, gediv atıcı gətirirdih. Tökürdüh bu yunu xırmana. Atı­cı gəlirdi, yaynan partapart atırdı, yığırdı. Qazanı qay­na­dırdı suy­nan, atıcı yunnan götürüf bir parçanın arasına qoyurdu belə ye­kə. O suyu tökürdü o yunun üsdünə. Ox deyirdilər. Oxa do­lu­yurdu. Oxa doluyannan sora bir yer qayırırdı. O atıcının simi var, bir də be­lə ağacı var də, dəmiri var. Onnan bu yunu belə içində çır­pır­dı, çır­pırdı, açılırdı. Onu belə on metir, om beş metir (evin bo­yun­nan ası­lıdı o) salırdılar. Evdən də yarım metir bu yannan sal­lan­ma­lıdı. Onun ölçüsündə keçəni salırdılar. Düzürdülər yunu. Düzənnən so­ra­sına bunu bax-bax belə eşirdilər (göstərir – top.). İndi dört dənə, beş dənə kişi biri burdan, biri burdan təpiyiynən vururdu. Belə-belə, be­lə-belə, vura-vura, vura-vura çatdırırdılar o ba­şa. Bir də ordan vu­ra-vura, vura-vura qayıdırdılar bu başa. Yun bi­tir axı, yunu açıl­lar. Bu yun tamam bitiv olur belə ağapbax keçə. Dümağ. Sora ona qa­ra yunnan naxış qoyurdular, hərif yazırdılar, bu kimin alaçığıdı, bu kimin evidi. Bir də görürdün kü, yannara qırmızı da yazırdılar, on­nan qara yun da qoyurlar, bənöyüş də (hər cürə qoyun var də). On­un yunnarınnan da keçəni helə bəziyirdilər. Deməli, keçənin biri üs­dünündü, ikisi yannarı­nın­dı, biri arxasınındı, ikisi qapısınındı.

Qapıya da qapılıx deyirdih. Qapılığı hanada toxuyurdux qır­mı­zı ipdən, gəbə-zad toxunan ipdən toxuyurdux. Gəbə kimi to­xu­mur­duğ ha, elə-belə palaz kimi toxuyuv onu da qapıya asardılar. Ala­çığın qabağına da əvvəldən bir dəmir aşağıdan, bir dəmir yu­xa­rı­dan, birin ortadan vururdular. Heylə qoyuv alaçığı tikəndə onu da qa­pıya vururdular. Açanda açıf girirdilər, çıxanda da örtürdülər.

Keçə qoymurdu alaçığa yağış dama. Üsdünnən süzüf gedirdi. Qa­rım29 çəkirdih çöldən, keçənin ujun qoyurdux qarıma. Bu ke­çə­dən süzülən su tökülür qarıma. Qabağını açırsan, ağzıaşağı çıxır, ge­dir. Yerə də keçəni döşüyürdüh. Üsdünnən də gəbələri döşü­yür­düh. Yan döşəhləri qayırırdığ ey, bu qəlbilihdə. Enini elə eliyirdih ki, bir adam oturanda elə olsun ku, ayıf da olmasın, arxasın da tut­sun, qabağın da, soyux çəhməsin. Alaçığı heylə qəşəh tikirdilər, hey­­lə döşüyürdüh. Qapını açanda adamın üzünə gülürdü. Bu otax­lar nədi onun yanında. Bizim helə evlərimiz vardı.

Kim varrıdı, onun alaçığı da yaxşıydı. Məsəlçün, bu, filan yüz­başının evidi. Onnan tanınırdı ki, bunun evi muxurudu. Adi adam­narın alaçığı adi olardı. Amma böyüh adamların alaçığı muxu­ru olardı. Yan-yana üş-dörd muxurunu tikərdilər. Varrı adamdı də, bu­nun min qoyunu var. Qoyun yatanda bir uju burda, bir uju har­da.Yaylağın bir tərəfini götürürdü. Alaçığına da girəndə ləzət alır­dın, alışıf-yanırdı. Deməli, mitilə prasdoy parçadan üz çəkif evə qoy­mazdılar. Hamısı o vaxdın xar-xar parçaları olardı. İndiki ipəh­lər hamısı çürüh şeylərdi. O vaxdın paltarı indi yoxdu, parçası yox­du, yeməyi yoxdu, ləzəti yoxdu.
147.

Bizdə çadır-madır yoxuydu. Alaçığa qışda yer evi deerdih. Öy ye­­ri adı verirdih ona. Nəydi bu ev yeri? Torpağı qazırdıx bura qədər (si­nəyə qədər). Eni olurdu hardasa üş metir. Uzunu olurdu hardasa dörd metir. Dördün üçə. Təxmini deerəm, elə olardı da. Çünkü on iki qəlif gederdi. Qəlivin biri iki metir. Onun on ikisi tikilirdi bir-bi­ri­­nə, baş keçə deerdilər ona. Üş-dört adam götürürdü onu, o tərəfli, bu tərəfli. Qoyurdux çuvuxlar bərkidilən yerə. Otuz iki dənə çu­vux­nan­ tikilərdi alaçıx. Özü də fındığ ağacınnan olur bular. Başqa ağaş­­dan yox. Onun yoğunnuğu iyirmilih turba boyda olur. Özü də çox yüngül olur olar. Çubuxların addarı var: orta çuvux, baş çuvux, gə­də çuvux. O orta çuvuğun biri burdan sancılır, biri ordan. Ağız-ağı­za gəlillər, bir-birinə bağlanıllar. Gədə çuvuğu – ikisi oannan, iki­si buannan. O gədə çuvuxların hamsı o cür qabax-qabağa bağ­la­nar­dı, orta çubuxlar bağlanannan sora. Orta çubux iyirmi dört də­ney­di. Dört dənə gədə çubuğudu. Kənardan biri burdan, çuvuxların ar­xa­sınnan sancılır böyrünə. Biri də o biri tərəfinnən bağlanır qarşı-qar­şıya. O bağlanır o orta çuvuxlara. Gədə çuvux dörd küncün çu­vu­ğudu. Baş çubux ən uzunudu. İkisi də arxadan bağlanır. Olar da qa­vax-qavağa gəlir, bağlanır. Baş çubux qavaxdan, arxadan bağ­la­nır. İkisi gənə qavaxdan, (qapı deerih) o qapının yanınnan bağlanır. De­məh, otuz iki çuvuxdu, on altısı bu tərəfdə, on altısı o tərəfdə.

Səbəb nədi, niyə fındıx çubuğunnan? Həm əyilməyi rahatdı, həm də sınmır. Onu da yerə sancanda boş yer olanda heş-zad ol­mur, elə ujunu, türkün məsəli, sancırsan yerə. Qılçannan basırsan, güj­­nən girir yerə. Ama dağ daşdıxdı. Orda mıx deellər, ağaşdan qay­­rılma olur. Onu ağaşdan qayrılma toxmaxnan çalırdıx yerə. Təx­minən bir yeddi-səkgiz santı, on santı. Ora da su tökürdüh. Sora o mıxı çıxardanda orda deşik qalır axı. Ora çuvuğun ujunu qo­yan­nan sora bir də möykəm təkan verirdin ki, orda boşdux yaranmasın. He­lə sancıf qutarannan sora iki yüz iyirmi bir çubux bağı var, o şan­qalanqatar30 onun hər yeri bağlanır. Da bir də ip (bax budey bu uzun­nuğun­doy­du­) iki dəfə dolanır döşünə. Çəkirdin. İpin keşdiyi yer­rərin hamsı bağlanırdı. Alaçığın qapısını xanada toxuyardı ar­vat­dar. Toxuduxları qapı da bəzəhli olurdu. Kimi saya eliyirdi, kimi rəh­li eleerdi. Baxırdı qabiliyətə. Təxminən eni olurdu bir metir, uzu­nu olurdu üş metir. Onun bir baş tərəfinnən, bir ortadan, bir də əyax­dan – üç yerinnən taxdıya bərkidirdih. Keçə salınmamış qapı­nın əyağın tarazdıyırdıx ki, yerə dəyif palçığa, suya batmasın. Çə­kiv orta, uzun çubuxların ortasınnan bağlıyırdığ ipnən. Orda raz­me­ri tapannan sora keçəni aşırırdıx. Keçəni də qavaxcadan aşılıyırdıx. Al­tı dənə, yan qəlif deerdih. Olar bağlana-bağlana gedirdi gənə hə­min bağnan. Bağlanırdı, yannar düzəlirdi, orta qalırdı açıx. Orta açıx qalanda o keçəni qaldırıf yumruluyuf qoyurdux, ağaşnan hər tə­rəfdən itələnirdi. Aşıra-aşıra, aşıra-aşıra gedirdih. Onun ölçüsün bi­lirdih də. Harda nədi, razmerin hardan qoymax lazımdı, qo­yur­dux. Örtürdü təmiz ortanı. Onun da yannarınnan bağları vardı. Acca be­lə çuvuxlardan bağlıyırdılar. Onu da sancırdılar yerə, bağlandı. İçə­rini lampa işıxlandırırdı. Köməy olannan sora alaçığı qurardılar bir iyimi beş dəyqiyə, yarım sahata. Üş-dörd adam. Tək olsa, biraz gej olurdu.

Ortada ojax yanırdı bizdə. Peç qoyulmurdu. Arvatdar palçığı həll eliyirdilər. Onu belə-belə yumruluyurdu əlində, bu qoldan biraz yo­ğun. Bax belə bant qoyurdular. Burasınnan da çıxıntı qoyurdux. Biz burda gərmə yandırırdıx. O bantdarın ujdarı gəlirdi bir-birinə tə­rəf, amma birrəşdirmirdih. Biz burda gərmə yandırırdıx. Üst qə­li­bin o küncün də, bu küncün də bağlamırdıx, açıx qalırdı. Evdə gər­mə yananda tüsdü çıxır axı. Tüsdü ordan çıxsın deyin o qəlibin ora­sı da atılırdı, burası da. İçəridə bir dənə tüsdü olmazdı. Hamsı çı­xır­dı. Tərəkəmə camahatında gözü xəsdə adam olmuyuf. Gərmənin tüs­düsünün hesavına insannarın gözü sağlam oluf. Söz yox ki, içəri qu­rumlanırdı. Tüsdünün hesavına qaralırdı. Bağlar yu­yulurdu tə­miz. Keçə çırpılırdı, təmizdənirdi. Amma keçəni əvvəl­cədən rəh­li­yir­dih, olurdu qara keçə. Keçənin rəhlənməsində səbəb elə həmin o qu­rumun, kirin əmələ gəlməsi və görünməməsi idi.

Alaçığın növləri varıydı. Bizdə qonağ evi deerdih. Qonağ evi ay­rı tikilirdi. Təmiz ağ keçədən hazırranırdı. Boyax vurulmurdu ona. Üsdündə belə qara yunnardan naxış qoyurdular. Qonağ evinin çu­­buğu fərqliydi. Qonağ evinin çubuğu qalın soyulurdu. Amma adi ev­­lərin çubuxlarının qabığı üsdündə qalırdı.
148-151. QOYUNÇULUQ
Qoyunun balasına əvvəl quzu deyillər, sora əmlih. Əmlih, uşax nətəər totuxlanır e, bax elə totuxlanır. Ona görə əmlih deellər. Bi­raz böyüyür. Onnan sora quzu yekəlir. Yekələnnən sora toğlu de­er­dilər. Dişisinə də toğlu deyilir, erkəyinə də. Sora kərə olur. Qu­lax­sız qoyunnarın adı sarı kürə, qara kərə, ağ kürə, boz kərə. Rən­gi­nə baxıv ad qoyurdux də. Kərənin qulağı gödəy olur. Kürənin qu­la­ğı uzun olur. Qulağı gödəyə kərə, qulağı uzuna kürə deellər. Ağ qa­ra­öz varıdı, qumral varıdı. Ağ qaraöz üzü, gözü qara olurdu. Ağap­pağ olurdu qoyunun özü, cəmdəyi. Ona Ağ qaraöz deerdilər. Qum­ral da elə bax o rəngə (şabalıdı rəngi göstərir – top.) qumral de­er­di­lər. Bənöüş də ki teyxa bənöüş olurdu dana (tünd şabalıdı rəngi gös­tərir – top.). Buynuzduya buynuzdu qoç deyirdih. Dişi qoyunda buy­nuz olmur, bircə qoşdarda olur. Təsadüf halda olur buynuzdu qo­yun. Murcumnu (boğazın altından sallanan ət parçası – top.) var. Mur­cumnu qoyun – qotazdı qoyun.

Qoyun otaranda deellər, qoyun neçə baş otdadı? Deer, qoyun iki baş otduyur, bir kürə, bir kərə. Qavaxcan kərə otduyur, sora qa­yı­dan başı kürə otduyur, eyni yeri.


149.

Anadan doğulanda quzuydu. Altı aydan sora oldu toğlu. Toğlu bir ildən, səkgiz aydan sora qoça gəlir. Onda olur şişəh. O dişi qo­yun­du ki, ana qoyun deerih. Bir il ana qoyundu, doğdu, quzu verdi, ol­du şişəh. Erkəh də gənə toğlu var, şişəh var, azman var, dızman var. O da erkəhlərin adıdı. Quzudu əvvəl, sora toğlu olur. İkinci ilə ke­çən şişəy erkəhdi. Dişisi bala verir, bir il tamam olanda. Erkəy iki­yə keçir. İki yaşa keçir. Döl dəyişəndə ona deellər, şişəy erkəh. Er­kəh­dən sora artıx geder öəç. Öəç dörd yaşına keçir. Az­man, dızman dört yaş, dört yaş yarımında olannardı, beşə keçənnərdi.


150.

Qoyunnarı aprel ayında, ildə bir dəfə qırxırıx. Quzuya bir yaşı ta­mam olanda şişəh deyirih. Orda var (Güzün qarşısındakı hey­van­la­rı göstərərək sadalayır – top.) qumral quzu, orda var qumral kərə, qum­ral kürə, boz kərə, boz kürə. Orda alayöz var. Alayöz nadir şey­di. Xalları olan, rəngi olannara çal kərə deyillər. Bənöyüş olannar qum­ral kərədi. Alayöz ağ rəh olur, gözdəri,dizi, dırnağının ujdarı qa­ra olur.

Tərəkəmələr, əsasən, kərəni saxlıyıllar. Ətinə görə deyil. Elə kü­rə qoyunnar olur ki, iki qat kərədən ağır gəlir. Soyuğa davamsız ol­duğuna görə kürəni saxlamıllar. Qulax həssas olduğuna görə so­yux­lamanı götürür. Ona görə də tərəkəmə kürə saxlamaxdansa, kə­rə qoyunu saxlamağı daha məqsədəuyğun bilif həmişə.

Kəlim buynuzdu qoyuna deyilir. Doğar qoyuna sağmal qoyun de­yillər. Erkəy ayrı olur. Erkəh də bölünür toğlu, erkəh toğlu, so­ram erkəh. Erkəh toğlu ayrıdı, erkəy ayrıdı. Qaradiş öəç. O artıx şi­şəh­lihdən keçir. Üç il-dörd il keçir. Yaşı artdıxcan azman erkəh, dız­man erkəh deyillər. Deyillər, öəc erkəh də kəsdih, camahat yedi. Öəc erkəh deyəndə artıx qırx klo, otuz beş klo ət verən er­kəh­lər­dən gedir söypət. Dörd illih, beş illiy, üç illih erkəyə öəc erkəh de­yi­lir.

Çəpiş həmi kürədı, həm də kərədi. Kərə qulaxsızdı, kürə qu­lax­lıdı. Buynuzsuz çəpişə kola deyillər. İndi çəpişdi, bir az iri olsa, ona oylax deyəllər, ota çıxsa, oylağ olur. Sora böyüyür, yetginnih ya­şına çatanda erkəhlərə dıbır deyillər. Sora lap böyüyünə təkə de­yil­lər. Böyüyür, bir neçə illiy olur. Artığ ona status verilir, qoyunun qa­bağın çəhməyə. Erkəh, adətən, təh saxlanılır qoyunun içərsində.
151.

Yun qırxımı yazın 45-də, ildə bir dəfə olur. Savetin vaxdında iki dəfə qırxılırdı. Çünkü plan verməliydin. Ona görə heylə qırx­ı­lır­dı.­ O iki dəfə qırxanda budey belə-belə tük olurdu (barmağını gös­tə­rir – top.). Amba bir dəfə qırxırsan, bir qarış tükü olur. Onnan da qu­tarır. Quzunu da iyun ayında qırxırıx. O da ildə bir dəfə qırxılır.

Heyvanın yunu onun cinsinnən asılıdı. Yorğan-döşəhdə Qa­ra­bağ cinsinin yununnan isdifadə olunur. Heyvanın qarnının altında tüh­lər var, bax ona qlan tüh deellər. O bəzən heyvanın üsdündə də olur, onnan istifadə olunmur. Ama Qarabağın qoyun cinsi var ki, iki kiloya qədər yun verir, üç kiloya qədər yun verir. Yəni sax­lan­ma­sından asılıdı. Azərbaycanda qaradolax kimi cinsi ləğv eliyif, sa­vet cinsini gətirdilər, merinos cinsi. Bunun yunu səkgiz, on iki ki­lo­ya qədər gəldi çıxdı. Amba ildə bir dəfə qırxırdılar.
152-153. DÖLBURNU
Deməli, sürüdə ilk doğulan quzu, yanı ilin başlanğıcında ilk do­ğulan quzu dölburnu adlandırılırdı. Yanı həmən il üçün, həmən mö­ösüm üçün döl götürürdü da. Elə bil ki, təsərüfatda məhsul gö­tü­rü­lürdü, bunun birincisi – birinci doğulan quzu dölburnudu.
153.

Quzu döldən bir ay qabağ doğulanda ona dölburnu deyirih. Elə bil, məndə min beş yüz qalxoz qoyunu oluf. Bir gejədə, mə­sə­lən, yüz qoyun doğuf, yetmişi doğuf. Amba biri, ikisi payızdan do­ğu­lur, ona dölburnu deyillər.


154. BİJVƏR
Döl vermə vaxdınnan əvvəl doğulan quzuya bijvər deyillər. Bij­vər quzuynan o birisi quzunun inkişafında fərq olur. Çünkü bij­vər­ quzunun anası yaşca balaca olduğuna görə südü də az olurdu, yax­şı yarıda bilmir onu. Yetginnih dövrünə çatmıyıb axı bu qoyun. Bi­rinci balası bijvər olan şişəyin sorakı balaları normal olur. Çünki so­rakı quzular yetginnih yaşında doğulur.

155. QUZULAR POTRAXLAYIR
Məyyən korrux çəkən quzulara tərəkəmələr deyillər ki, qu­zu­lar potraxlıyır. Bu söz işdənəndə digər tərəkəmə bilirdi ki, quzu ar­tıx korrux çəkir. Yanı bunun, deyəh ki, ətində, çəkisində, eyni za­man­da sağlamlığında prablem var. Digər tərəkəmə bilirdi ki, bunun qu­zularında inkişaf yaxşı getmir. O, potraxlıyıf deyəndə onu başa dü­şürdülər ki, nədi. Da demirdi e, quzularım xəsdələnif. Deyirdi ki, bi­zim quzular potraxlıyıf. Uje bilirdi ki, nədənsə korrux çəkir, ya­xut da ki, hansısa bir qurt dərmanı və sayrə verməh lazımdı.
156. GƏVƏL QUZU
Anası ölürdü, yaxut da bir qoyunun balası ölürdü. Bu yetim qu­zuya ana, balalamış qoyuna da bala verməlidi ki çoban, nə o qu­zu tələf olmasın, nə də qoyun bekar qalmasın.

Anadan yetim qalan quzular inəh südüynən, qoyun südüynən bəs­lənirdi. Bu quzular böyüyəndə digər quzulardan fərqlənirdi. Çün­kü bu, normal qidalanmadığına görə, gözü orda-burda ol­du­ğu­na görə bunun görkəmi, forması digərrərinnən fərqlənirdi. Əgər El­çin­ həmən quzunu gətirif mənə verirdisə, mən o dəyqə bilirdim ki, El­çin mənə seşmə quzu gətirmiyif. Tutax ki, biri soruşurdu, dəəsən, sə­nə pay gətirmişdi. Mən də deyirəm ki, hə, sağ olsun, bir gəvəl qu­zu gətirmişdi. O gəvəl quzunu da Elçin mənə verməməliydi, çünkü bu quzunun qarnı-zadı yekə olurdu, damazdığa, nə də kəsif yeməyə bir o qədər uyğun gəlmirdi. Çünkü gözü orda-burda olduğuna görə, qar­nın şişirtməy üçün çalışır. Bizdə bir söz də var e, ə, o gəvəl qa­rı­nın biridi. Həmən o gəvəl sözü ordan gəlip. Tərəkəmə sözüdü o.


157. TƏLİMƏK
Deməli, quzu qalıv ortada, bu quzunun anası yoxdu. Ya da qo­yun ekiz balalıyıf, yarıda bilmir. Bir qoyunun da balası ölüp. Tə­sa­düfən ölüpdü balası. Yaxut da ölü bala verib. Çoban neyniyir? Bı gö­türürdü həmin quzunu – anası yarıtmıyan quzunu, yaxut da anası öl­müş quzunu, yaxut da məqsədli şəkildə tapdığı quzunu bı bekar qal­mış qoyuna gətirirdi. Təliməh deyilən bir şey varıdı – metod. Qu­zunu qoyuna təliyirdi. Yanı tanıdırdı bını. Qoyunu alladırdıllar. Qo­­yun elə bilirdi ki, özü doğufdu. Onu məjbur eliyirdi ki, o quzunu ya­lasın. Bəzən üzərinə duz səpirdilər, bəzən o qoyunu təh yerdə bir səs­nən-küynən aldadırdılar. Quzunu qoyunun arxa yannarına sür­tür­dülər, neyniyirdilər, artıx bu qoyun bunu öz balası kimi qəbul eli­yirdi. Artığ o iy varıdı ha, heyvannar balalarını iynən tanıyıllar. O iyi alannan sora onu öz balası kimi qəbul eliyirdi. Belə quzuya de­­yirdilər, təlih quzudu. Təlih toxumnux da ola bilərdi. Çünkü onun cinsi də varıdı, sadəcə, anası ölmüşdü. Ama yetim olan – gə­vəl artıx cırraşırdı. Çünkü inkişaf eliyə bilməmişdi vaxdında. El ara­sında bir təliməh sözü də var. Məsələn, gəlirəm, bının zəhləsin tö­kü­rəm həmişə. Bı da bir neçə adamnandı. Bu mənə acıxlanır: “Ə, bı da aralammır e, elə bil, bını maa təliyiflər.” Yanı mənim deyil, bı­nı mənə zornan təliyiplər, uyğunnaşdırıplar, ama əslində mənim de­yil.
158-160. OĞURSAX QOYUN
Balası ölən qoyuna oğursax deyirdilər. Oğursağa quzunu tə­li­yən­nən sora artığ oğursağ demirdilər.
159.

Oğursax qoyunun əmcəyinin biri kor olur. Oğursax odu.


160.

Oğursağı sürüdə saxlıyıllar ki, yetim quzuları əmizdirsinlər. Ba­lası ölən qoyunu sürünün içində saxlayıllar, qoymullar qurut­ma­ğa. Südünün kəsilməyinə imkan vermir çoban onun. Onu dayimi əmiz­dirir quzuya. Onu oğursax şəklində saxlıyır da. Sürüdə elə qo­yun­nar var ki, doğur, amma balasın yarıda bilmir, olları saxlamağ üçün­dü.


161. GƏR QOYUN
Gər qoyun gejə neçə dəfə sürüyə deyir ki, dur, qaçağ, gedəy ot­damağa. Duruf gəzsən, hər sürüdə bir gər qoyun tapa bilərsən. Bax o naxışdarınnan seçilir. Görürsən ki, qara zolax gedir bədə­nin­də. Məsəlçün, qırmızıdı, görürsən bırasıynan qara zolax gəlir. Yanı o gər seçilir. Tərəkəmə saxlamır onu.
162. KƏMSİY
Kəmsiy ilgəhnən bağlanır. Kəndirin hərəkət etməsi üçün hal­qa­ düzəldillər. Kəndirin əsas hissəsi həmin halqanın içərsiynən hə­rə­­kət eliyir. Kəmsiy kəndiri boğmax, sıxmağ üçün yararlı vəzyətə gə­tirir.
163. QANCIĞABAĞI
Hörüyü yəhərin qaşına, tərkinə bağlamağ üçün lazım olan kən­dirə qancığabağı deyillər. Deməli, heybəni, xurcunu yəhərə bər­kit­məy üçün, hörüh kəndirini bağlamağ üçün isdifadə olunan bağdı o.
TƏRƏKƏMƏ AĞILLARI
164. KÜZ
Küzə çətyan31 döşüyürdülər. Köhnə çətyanı çıxarırdılar, tə­zey­nən döşüyürdülər küzü. Quzu yığılırdı ora. Bir-iki günnən sora təz­dən bir də dəyişilirdi. Quzu süd əmdiyinə görə onun sidiyi də çox olur və o sidiy altında torpax nəmliyir, yaş olur. Quzu da nəm yer­də yatır deyən isdər-isdəməz soyux götürür ordan. Bir də küzün di­varlarına çətənə hörürdülər qarğudan, yaxut da qamışdan. Bu da on­nan irəli gəlirdi ki, quzu yan divarrardan soyux götüməsin. Bir də qu­zular divardan torpağı yeyillər və onnarın həzm orqannarı, ba­ğır­sax­ları xarab olur, qarınağrısı deyilən bir xəsdəliyə tutulur, bəzən küt­­ləvi ölüm də ola bilir. Ona görə də küzün kənarrarını çə­tə­ney­nən hörürdülər. İndi də hörüllər.
165. DƏLMƏ
Quzunu daş tikilidə bəsdəməh məqsədəuyğun deyil. Sərt ke­çən qışda körpə quzuları saxlamağ üçün neynirdilər? Torpağı qa­zır­dı­lar. Bir metr enində, bir metir dərinniyində torpağı qazırdılar, di­var­rarını yenə də samannan, yaxut da qarğuynan tuturdular. Onun ağ­­zına qapax düzəldirdilər. Dəlmə deyillər ona. Ora dört-beş qu­zu­nu­ atırdılar. Üsdünə də malın altınnan çıxan peyini yığırdılar.

Yerin quruluşunnan, eyni zamanda həmin adamın ənənəni ne­cə saxlamasınnan asılı olarax, ya dəlmə düzəldirdilər, ya da külfə. Mə­sələn, mənim əmilərim, babam dəlmə düzəldərdilər. Elçingil də, kül­fə qururdular.

Təzə doğulan quzunu küzə atsan, qoyunnarın ayağı altında qa­lıv əzilib ölər. Digər bir küz qurulsa, təzə doğulan quzuların da o qə­dər nəfəsi yoxdu ku, küzü isitsin. Ən salamatı onu dəlmiyə atır­dı­lar. Üsdünə də malın altınnan çıxmış samannı peyin atırdılar, qalax­lı­yırdılar. Malın altınnan çıxmış samannı peyin isdi olur axı, məy­yən qədər isdiliyi özündə saxlıyır. Gecədən sabaha qədər, yemlə­məy­ üçün də götürənə qədər, o yerin içindəki hava quzuya bəs eli­yir. Yanı kənardan hava girməsi lazım deyil. Bir az dırnağı bər­ki­yən­nən sora olar nisbətən böyüh quzuların içərsinə qatılır. Və ora döl­dən gələn başqa quzular salınır.

Həmin dəlmədə bəzən küçühləri də saxlıyırdılar. Əgər bərk şax­da olsa, seşmə, təmiz cins itin balaları soyuxdan tələf olmasın de­yin küçühləri də dəlməyə atırdılar. Quzuların yanına atmırdılar. Ay­rı­ca dəlmə olurdu. Kiçih çileynən bağlı bir deyim var. Deyir ki, öm­rüm gödəy olmaseydı, qabağım yaz olmaseydı, küçühləri dəl­mə­də, gəlinnəri gərdəhdə, qarıların əlin un çualında dondurardım. Ki­çih çilənin dediyi dəlmə budu.


166. KÜLFƏ
Külfə böyürə doğru qazılır. Onu yamac yerdən içəriyə doğru qa­zırdılar. Torpağı oyurdular belə, küyül kimi olurdu. Yenə də onun ağzı bağlanırdı və ora heç bir hava getmirdi. İçindəki qalan ha­va bəs eliyirdi. O da quzu yeridi, dəlmə də quzu yeridi. Bir gün­nüh, üş günnüh quzuları orda saxlıyırdılar. Quzu soyux görməsin de­yə, soyux onu vırmasın deyə qazılır külfə.
167. GÜNƏBAXAN
Qoyun saxlanılan yerə bizim bölgədə kuz də deyillər, vana da de­yillər. Vana da genə qoyun saxlanılan yerdi. Kərəsgə də deyillər, ağıl da deyillər. Onnan sora pəyə də deyillər. Quzuların saxlanası ye­rə boru deyillər, dəlmə deyillər, günəbaxan deyillər. Olların qu­ru­luşunnan asılıdı da ona görə. Günəbaxan yerdən təndir kimi qa­zıl­lar. Bir dənə ağızdıx qoyullar ki, günün şüası ora düşsün. Gü­nə­ba­xanda quzunu əmlihləmmə devranında, körpəlih devrində, xırda dev­rində saxlanılır.
168-172. TƏRƏKƏMƏ İTLƏRİ
İtdəri fərqləndirəndə qurdağzı deyillər, qurdgöz deyillər. Sora ko­sa deyillər. Yanı görünüşünə görə onu fərkləndirillər. Qurd­ağ­zı­nın ağzının cırımı böyüy olur. Qurtgözün gözdərinin üsdündə, elə bil ki, qaşı da olur. Qurt qəzəblənəndə alnının ortasında qırışdar əmə­lə gəlir. Həmən o qurtgözdər də acıxlananda, hansısa bir hücum olan­da onun sifəti həmən sifəti alır. Kosa tühsüz olur. Bir var qıllı it, bir də var, kosa. (Qoçun da kosası olur. Qoça qoyunu qatanda de­yillər ki, o qoç kosadı, onu qatma. Yanı yunu qısadı, barsız olur. Yu­nu qısa olana kosa deyilir). Deyillər, Elçinin kosa iti var e, bəs mə­nim canımı boğazıma yığdı, mən də ağacı çəhdim burnunun üs­dü­nə. O da onun xətrinə dəyif da. Nağayrım? Ta uje bilir ki, Elçinin han­sı itin ağaşnan vurmuşam. Yaxut da mənim yadımda qalır ki, bı ko­sa it adamcıldı. O birsinnən qorxmamağ olar, ama bınnan çə­kin­məy lazımdı. Adamcıl it adamı qapan, adamı gəmirənə deyilir. Tə­rə­kəmə itinin əksəriyəti yad adamı tutur.

Tərəkəmənin itin vurdun, atının quyruğun qırxdın, bir də ki, onun arvadına qarşı olunan hansısa bir saymamazdıx, ya nəsə olar­sa, da uje canını qurtara bilməzsən əlinnən. Bu, tərəkəmə üçün ən bö­yüh təhqirdi.


169.

Qızıl, Bozdar, bir də Qarabaş (söyləyici küzün qarşısındakı it­lə­ri göstərir – top.). O balaca itdərə hələ ad qoyulmuyuf. Onnar özü­nü gösdərənnən sora ad qoyulajax. Burdakılarnan ayax­laş­ma­lı­dı. Gecə onun hürməsi, adamcıl olması, canavara görə səyaxlığı-fla­nı yoxlanannan sora status veriləcəh ki, burda qalsın. Əgər on­na­ra uyğun gəlməsə, elə gəlip bükülüf bırda yatsa, günnərin birində Əm­rah (çoban – top.) onu maşına qoyuf, aparıf, ən azı Ağcabədidə az­­dırıf gələjəh.


170.

İtin təzə doğulan balasına küçüh deellər. Biraz yekələnəndə er­kəyinə ənih deellər, dişi olsa, qancıx. Biraz böyüyənnən sora olur it. Tərəkəmələr it xoşduyur. Çünkü it qoyunu, obanı qoruyub saxlı­yır. Məsələn, çoban çörəyə getmirdi? Qardaşımın bir iti vardı, əti kə­sif qoyurdu ora, it də qarool çəkirdi oturuf. İt qalırdı qoyunun ya­nın­da. Qoyunu da fırrıyır, hərriyir ki, oğru gəlməsin yanına. İtin qu­la­ğnı kəsirdilər ki, eşitmə qabiliyəti yaxşı olsun. Həm də guya qu­la­ğıy­nan oynuyur, eliyir. Ona görə də çoban itdərinin çoxusu qulağı, quy­ruğu kəsih olur. İtin qulağı, quyruğu varsa, tərəkəmə camahatı üçün bu, iti pinti saxlıyırsan deməhdi. İt yalnız qapı-bajanı yox, həm də heyvanı saxlamaxçündü əsas.


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə