Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə1/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
  1   2   3   4   5   6   7   8   9   ...   61


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FOLKLOR
İNSTİTUTU
DƏDƏ QORQUD
Elmi-ədəbi toplu
İldə 4 sayı buraxılır
I (46)
BAKI - 2013


Toplu Azərbaycan Milli Elmlər Akademiyası 
Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunur.
Baş redaktor: Tofiq HACIYEV
Redaksiya heyəti:
,  Kamal  Abdulla,  Anar,  Şükrü  Haluk  Akalın
(Türkiyə),  Amanmırat  Baymıradov  (Türkmənistan),  Ni zami
Cəfərov,  Paşa  Əfəndiyev,  Əfzələddin  Əsgərov,  İsa  Həbib bəyli,
Muxtar  İmanov,  Kamran  Əliyev,  Hüseyn  İsmayılov,  Tofiq
Məlikov  (Rusiya),  Elxan  Məmmədli,  Törə  Mirzəyev  (Özbə -
kistan),  Qara  Namazov,  Oljas  Süleymenov  (Qazaxıstan),
Osman Fikri Sərtqaya (Türkiyə), Sadık Tural (Türkiyə), Fikrət
Türkmən (Türkiyə)
Baş redaktorun müavini:
Seyfəddin Rzasoy
Məsul katib:
Tahir Orucov
İngiliscəsinə məsul:
Seyran Əliyev
Ruscasına məsul:
Aslan Məmmədli
Nəşrinə məsul:
Əziz ƏLƏKBƏRLİ
“Dədə  Qorqud”.  Elmi-ədəbi  toplu,  I.  Bakı,  “Nurlan”  nəşriyyatı,
2013
ISBN 5-86874-062-7
© Folklor İnstitutu, 2013
İsrafil Abbaslı


3
2013/
I
Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar
Filologiya üzrə elmlər doktoru, dosent
Azərbaycan Müəllimlər İnstitutu
“Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası” 
kafedrasının müdiri 
e-mail: RAMILL.ALIYEV @ gmail.com
«DƏDƏ QORQUD KİTABI»NIN ÖYRƏNİLMƏSİNDƏ 
YENİ TƏHLİL ÜSULLARI
XÜLASƏ
«Dədə Qorqud kitabı» Azərbaycan epik folklorunun dastan janrında yaradılmış qiy -
mətli sənət incisidir. Ulu əcdadlarımız olan oğuzların ailə-məişət həyatı, adət-ənənə ləri,
milli düşüncə və psixologiya, vətən duyğuları, humanist dünyagörüşü ayrı-ayrı boylarda
sənətkarlıqla əks olunmuşdur. Qəhrəmanlıq dastanlarına məxsus başlıca əlamətlər – və -
tənpərvərlik, vətənin azadlığı və müstəqilliyi uğrunda mübarizə, igidlik, mərdlik, qəh rə -
manlıq, daxili və xarici düşmənlərə qarşı amansız mübarizə «Dədə Qor qud kitabı» epo-
sunun ideya-məzmun özəlliklərini açıqlayır. Uzun illərdən bəri orta və ali məktəb lərdə
təlimin  ənənəvi  metodları  əsasında  öyrədilən  bu  monumental  ədəbi  abidə Azər bay can
xalqının milli azadlıq mübarizəsinin canlı salnaməsi olub, şagird və tələbələrin milli-mə -
nəvi dəyərlər ruhunda tərbiyəsində aktuallığını bu gün də saxlayır. «Dədə Qorqud ki ta -
bı» eposunun ali məktəblərin filologiya fakültələrində tədrisin keyfiyyətini yüksəltmək
üçün məntiqi-psixoloji və riyazi-morfoloji təhlil metodlarına üstünlük  verilməlidir. Bu
metodlar dastan poetikasının məntiqi özəlliklərinin öyrədilməsində, tələbə lərin məntiqi
və yaradıcı təfəkkürünün inkişafında olduqca önəmlidir. 
Açar sözlər: Dastan, məntiq, riyazi, morfoloji, struktur
NEW METHODS OF THE ANALIYSIS IN  “THE BOOK OF 
DEDE GORGUD”
SUMMARY
“The book of Dede Gorgud” is a valuable art work created in the epos genre of the
Azerbaijani  epic folklore. The household living, traditions, national thoughts and psy-
chology,  patriotic  senses  and  humanistic  worldview  of  our  ancient  ancestors,  Oghuz
turks, are skillfully described in separate chapters of this epos. This epos, which has been
taught for a long period at schools based on traditional educational methods, is the liv-
ing  chronicle  of  the  national  liberation  struggle  of  the Azerbaijani  nation,  and  in  this
regard, it keeps its actual role in the education of the pupils at schools. In order to in -
crease  the  quality  of  the  education  of  the  “The  book  of  Dede  Gorgud”  epos  at  high
schools,  the  logical-psichological  and  mathematical-morphological  analysis  methods
should  be preferred. These methods  are very  important for the  teaching of the  logical
specifications of the epos poetry and development of the logical and creative thingking
of the students. 
Keywords: epos, logic, mathematical, morphological, structure


4
2013/
I
НОВЫЕ МЕТОДЫ АНАЛИЗА В ИЗУЧЕНИИ “КНИГИ ДЕДЕ ГОРГУДА”
РЕЗЮМЕ
«Книга моего Деда Горгуда» является жемчужиной искусства созданной в эпи-
ческом жанре азербайджанского эпического фольклора. Бытоваая жизнь, традиции,
национальное  сознание  и  психология,  патриотические  чувства,  гуманистические
взгляды  наших  древних  предков  огузов  мастерски  изображены  в  разных  главах
этого эпоса. Этот монументальный эпос, преподaяющийся в течение долгих лет в
школах и университетах, представляет собой живую хронику национально-освобо-
дительной борьбы азербайджанского народа, и в этой связи по сей день сох раняет
свою актуальность в воспитании учеников и студентов в духе национально-духов-
ных ценностей. Чтобы увеличить качество преподавания этого эпоса в учебно-об -
разовательных  учреждениях,  необходимо  уделять  внимание  методам  логически-
пси хо логического  и  математическо-морфологического  анализа.  Данные  методы
очень существенны для преподавания логических особенностей эпической поэти-
ки и развития логической и созидательной мысли у студентов.
Ключевые слова: эпос, логика, математический, морфологический, структура
Məsələnin qoyuluşu. «Dədə Qorqud» dastanının öyrənilməsində çox -
lu metodlardan istifadə olunur. Bu vaxta qədər qorqudşünaslıqda dastanın
riyazi-morfoloji  strukturunun  araşdırılması  heç  kimin  diqqətini  cəlb  et -
məmişdir.  Halbuki  dastanın  təkcə  riyazi  strukturunu  öyrənməklə  bütöv
tarixi sivilizasiyanın ibtidai riyazi biliklərini öyrənmək olar.
İşin məqsədi «Dədə Qorqud kitabı»ndakı boyların riyazi strukturunu,
morfoloji xüsusiyyətlərini araşdırmaqdır.
Mif – epos münasibətlərinin «Dədə Qorqud kitabı» boylarındakı ri ya zi-
morfoloji  strukturunun  aşağıdakı  səviyyələri  diqqət  çəkir:  Dastanın  mü -
qəddiməsinin  morfoloji  səciyyəsi,  «Buğac  boyu»nun  riyazi-morfoloji
struktur  modeli,  «Dəli  Domrul»  boyunun  riyazi-morfoloji  struktur  mo-
deli, «Qazan xanın evinin yağmalanması boyu»nun riyazi-morfoloji struk-
tur modeli, «Qazan xanın oğlu Uruzun dustaq olduğu boy»un riyazi-mor-
foloji  struktur  modeli,  «Salur  Qazanın  dustaq  olub  oğlu  Uruz  çı xardığı
boy»un riyazi-morfoloji struktur modeli, «Bəkil oğlu Əmranın bo  yu»nun
riyazi-morfoloji  struktur  modeli,  «Uşun  Qoca  oğlu  Səgrək  bo yu»nun  ri -
yazi-morfoloji struktur modeli, «Basatın Təpəgözü öldürdüyü boy»un ri -
yazi-morfoloji struktur modeli…
«Dədə  Qorqud  kitabı»  boylarının  hər  birinin  özünəməxsus  morfoloji
strukturundan əlavə, riyazi strukturu da vardır. 
«Dəli Domrul» boyunun riyazi-morfoloji təhlili:
Struktur:  «Dəli  Domrul»  boyunun  riyazi-morfoloji  tərkib  hissələri,
zid  diyyət, situasiya və funksiyaları, bir-biri ilə əlaqəsi və hadisələrin bo -
yun ümumi məzmununda birləşməsi.
Boyun morfologiyası:
1. Dəli Domrulun körpüsü, körpünün xərci – 33 və 40 ağça
2. Dəli Domrul və xəstə cavan – birinci və ikinci fəaliyyət sferası ara -


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə