Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə14/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   10   11   12   13   14   15   16   17   ...   61

34
2013/
I
2. “Dədə Qorqud kitabı” özündə böyük elmi, mədəni, mənəvi fikirləri
cəmləşdirən abidədir.
3.  “Dədə  Qorqud  kitabı”  qəhrəmanlıq  dastanıdır.  Bir  cəngavər  igid
haqqında yox, bütöv xalqın qəhrəmanlığını özündə cəmləşdirən eposdur.
4. “Dədə Qorqud kitabı” sülh carçısıdır.
5. “Dədə Qorqud kitabı” birliyə çağırış sədasıdır.
6. Etnik yaddaşın, arxaik təfəkkürün güzgüsüdür. 
7. Nitqimizin, dilimizin, mənəviyyatımızın, ruhumuzun nəğməsidir.
8. Milli estetikamızın qaynağıdır.
9. Etika kitabımız, əxlaq kodeksimizdir.
10. “Dədə Qorqud kitabı” epik təfəkkürün başlağıcıdır.
11. “Dədə Qorqud kitabı” bizim tarix kitabımızdır.
12. “Dədə Qorqud kitabı” bizim azadlıq kitabımızdır.
Bu yanaşmalar təsadüfi xarakter daşımır. 12 boydan ibarət olan dasta -
na  12  cür  yanaşma  metodu  yalnız  Heydər  Əliyev  təfəkkürünə  xas  ola
bilərdi. “Dədə Qorqud kitabı” bizim ana kitabımızdır, əcdadımızdır - ifa -
dəsi  tarixi  köklərimizin,  xalqımızın  genetik  mənsubluğuna  xidmət  edir.
Özündə  mədəni,  elmi  və  mənəvi  fikirləri  cəmləşdirdiyinə  görə  “Dədə
Qorqud kitabı” tarixilik, millilik və dünyəvilik baxımından araşdırılma lı -
dır. Dahi öndər öz çıxış və nitqlərində bu dastanın müxtəlif araşdırma yol-
larını müəyyənləşdirmişdir:
Rus-Sovet imperiyası dövründə müştərək türk abidəsi kimi öyrənilən
“Dədə Qorqud kitabı” məhz Azərbaycan xalqına məsub olan abidə kimi
öyrənilməlidir. Xalqın formalaşma taixini əks etdirən abidə kimi araşdırıl-
malı, dastanın milli mənsubiyyəti qabardılmalıdır.
“Dədə Qorqud  kitabı”nın türkləri birləşdirən  cəhətləri aşkara  çıxarıl-
malıdır.
“Dədə Qorqud kitabı” dilçilik baxımından araşdırılmalı, nitq hadisələri
öyrənilməli, dastanın dərin qatlarında yaşayan, bu gün də dilimizdə, məi -
şətimizdə işlədilən ifadələr tapılmalı, dilimizə xas olan lakoniklik, melo -
dika, şeiriyyət dastan materialları əsasında təhlilə cəlb olunmalıdır.
Gözəllik və hikmət, gözəllik və qeyrət, gözəllik və sədaqətin qırılmaz
daxili harmoniyasının dastanın əsas fəlsəfi qayəsi olması ümummilli lid-
erin  diqqətindən  yayınmamışdır.  Milli  estetik  dəyərlərin  əks  olunduğu
dastan gözəlliyə yazılmış bir himn xarakeri ilə öyrənilməlidir. Bəşəriyyəti
müşayiət edən bir ikilik – xeyir və şər, gözəllik və eybəcərlik, komiklik
və  faciəvilik,  məhəbbət  və  nifrət  kimi  dastanın  mahiyyətini  əks  etdirən
kateqoriyalar aşılanmalıdır.
Milli mentalitet fəlsəfəsinin əsasını təşkil edən milli və bəşəri dəyər-
lərin yeri “Dədə Qorqud kitabı”nın etik prinsiplərindən çıxış etməklə mü -
əy yənləşdirilməlidir. Gəncliyin bu dəyərlər ruhunda tərbiyə edilməsi əsas
qayə olmalıdır.


35
2013/
I
Xalqın epik təfəkkürünün yaranması və formalaşması tarixinin “Dədə
Qorqud kitabı”nın tarixinə əsaslanaraq daha dərin qatlarda araşdırılmalı -
dır. Belə ki “Dədə Qorqud kitabı” Azərbaycan ədəbiyyatında ilk epik əsər
sayılmalıdır. “Dədə Qorqud kitabı”nın 1300 illik tarixinin qəbul edil məsi
ilə bu tarix daha da qədimdən hesablanmalıdır. 1997-ci il 20 aprel tarixli
fərmanı ilə Kitabi-Dədə Qorqud dastanlarının 1300 illik yubileyinin həm
respublika, həm də YUNESKO səviyyəsində keçiril məsi Azərbaycan epik
təfəkkürünün formalaşma tarixini bir neçə əsr əvvələ apardı. Bu zamana
qədər Azərbaycan dilli ədəbiyyatımızda ilk epik əsər XIII əsrdə yazılan
anonim “Dastani-Əhməd Hərami” məsnəvisi sayılırdı. Lakin dahi liderin
fə aliyyəti nəticəsində bu tarix bir qədər də qədimləşdi, həmçinin bu fikir-
lər dünya ictimaiyyətinə qəbul etdirildi.
Xalqımızın zəngin tarixi, qədim mədəniyyəti bu eposda öz əksini tap -
mış dır.  Etnik  xarakterimizdəki,  mentalitetimizdəki  azadlıq  əzmi,  iradəsi
dastanda əks olunmuş, məhz başdan-başa azadlıq ruhunda köklənmişdir.
Tədqiqatlar zamanı bu cəhət mütləq nəzərə alınmalıdır.
Ümummilli lider “Dədə Qorqud kitabı” dastanının xalqın həyatında və
tarixindəki rolunu  qabardır, əhəmiyyətini, təsir gücünü  yüksək dəyərlən -
dirirdi. 2003-cü ildə keçirilən Dünya azərbaycanlılarının I qurultayındakı
nitqini  də  məhz  Dədə  Qorqudsayağı  yekunlaşdırırdı:  “Qoy,  çayları mız
qurumasın! Qoy ağaclarımız kəsilməsin! Qoy çırağınız sönməsin! (3, 438)
Dahi öndər “Dədə Qorqud kitabı”nın keçdiyi yola nəzər salaraq onun
1300 il ərzində xalqımızın yaşamasında, öz milli mənliyini dərk etməsi və
qoruması  yolunda  mübarizədə  mənəvi  qida  mənbəyi  ol masını  vurğu-
layırdı. Çox maraqlıdır ki, ümummilli lider “Dədə Qor qud kitabı”nın təd -
qiq tarixini də açıqlayır, ən görkəmli tədqiqatçıların adlarını hörmətlə çə -
kirdi. 1950-ci ildə dastanın xalqa zidd əsər kimi qadağan edilməsinin sə -
bəb və nəticələri – 1951-ci ildə Yazıçılar İttifaqının iclasında Mirzə İbra -
himov, Səməd Vurğun, Mikayıl Rəfili, Mikayıl Rzaquluzadənin öz tarixi
səhvlərinin “etirafı” kimi hadisələrin xatırlaması bu dahi şəxsiy yətin das-
tanın tədqiq tarixinə də bələd olmasının göstəricisidir. Bütün bunlar dahi
öndərin ədəbi biliklərinin nə qədər dərin və əhatəli olduğunu göstərir. 
Bu  dastanı  xalqın  qədim  tarixinin  daşıyıcısı  kimi  qiymətləndirirdi:
“Azərbaycan  xalqının,  bütün  türkdilli  xalqların  böyük  tarixi  abidəsi  olan
“Dədə Qorqud kitabı” 1300 ildir ki, yaşayır. Əgər 1300 ildən öncə “Dədə
Qorqud kitabı”nın yaranması üçün xalqlarımızın nə qədər səylər qoydu ğu -
nu və nəhayət, bu tarixi abidəni yaratdıqlarını nəzərə alsaq, onda tə səvvür
edə bilərik ki, bizim xalqlarımızın nə qədər dərin kökləri və nə qədər zən-
gin mədəniyyəti vardır (4, 319).
Bu  fikirlərin  tarixi-siyasi və  ədəbi  əhəmiyyəti  göz  qabağındadır.  Qə -
dim və zəngin tarixə malik türk xalqları həm də zəngin ədəbi təfəkkürə,


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə