Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə4/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   2   3   4   5   6   7   8   9   ...   61

(-1) – (-1) = 0
Beyrəklə Yalıncıq arasındakı ziddiyyət (+1) + (-1) = 0
Oğuzla Bayburd qalasının bəyi arasında ziddiyyət 
(+1) + (-1) = 0
Sıfırlarla müsbət işarələrin əmsalı bərabərdir (3 sıfır və 3 bir)
Beyrəyin boyunun riyazi düsturu: 
1 + 1 = (+1) + (+1) + (+1) 2 = 3
(+1) + (+1) + (+1) ≠ (0) + (0) + (0)
Boyda Beyrəyin həndəsi fiquru belə alınır: Beyrəyin doğulması üçün
bəylərin alqışı  ilə onun qəhrəmanlıq göstərməsinə qədərki dövrü (16 il)
başlanğıc A  nöqtəsi,  qəhrəmanlıq  göstərməsindən  toy  gərdəyinin  qurul-
masına qədərki dövrü B, Beyrəyin gərdəkdən qaçırılmasından dustaqlığa
qədərki dövrü (16 il) S ilə işarə etsək, 32 dərəcəli üçbucağın alınmasını
görərik. 32 dərəcənin riyazi qiymətinin 9 olduğunu bilsək və 9 rəqəminin
tanrı işarəsini təyin etdiyini düşünsək, boyda Beyrəyin qədim totem tan-
rının  qəhrəmanlaşmış  (antropomorflaşmış)  obrazını  təcəssüm  etdirməsi
qənaətinə gələ bilərik.  Üçbucağın A və S nöqtələrini yarımdairə  ilə bir-
ləşdirsək,  kosmos  və  xaosu  yaradan  göy  qübbəsinin  alındığını  görərik.
Beyrək  16  il  Xaosda  qalandan  sonra  Oğuzdakı  Kosmosu  bərpa  etməyə
gəlir. Beyrəyin Xaosdakı riyazi əmsalı sıfırdır (4 = 0), Kosmosdakı əmsalı
isə 1 ilə işarələnir (5 = 1).
«Qanlı Qoca oğlu Qanturalı boyu»nun riyazi-morfoloji təhlili:
Struktur:  «Qanlı Qoca  oğlu Qanturalı  boyu»nun  riyazi-morfoloji  tər-
kib  hissələri,  ziddiyyət,  situasiya  və  funksiyaları,  bir-biri  ilə  əlaqəsi  və
hadisələrin boyun ümumi məzmununda birləşməsi.
Boyun morfologiyası:
Qanturalı (+1)
Qanturalının qəhrəmanlığı – 3
Selcan xatun (+1)
Selcan xatunun qəhrəmanlığı – 1
1 + 1 = 2 (Qanturalı və Selcan)
1 : 1 = 1 (Sınaq)
3a = 1b (Qanturalının 3 qəhrəmanlığı (a) Selcanın bir qəhrəmanlığına
(b) bərabərdir)
3 + 1 = 4; 1 + 2 + 3 + 4 = 10. 4 rəqəminin daxili cəmlənməsinə uyğun
olaraq boydakı hissələrin düzümü də 10-dur. Onları belə düzmək olar:
1. Qanlı Qocanın oğlu Qanturalı ilə evlənmək haqqında söhbəti;
2. Atasının oğluna qız axtarması;
3. Qanturalıya qız tapıb Təkurun şərtini oğluna xəbər verməsi;
4. Qanturalının səfər etməsi;
5. Qanturalının qarşılanması;
6. Qanturalının heyvanlarla vuruşması;
7.  Selcan  xatunun  onu  bəyənməsi,  Qanturalının  qızı  götürüb  Oğuza
gəlməsi;
11
2013/
I


12
2013/
I
8. Təkurun onların ardınca gəlməsi;
9. Qanturalı və Selcanın onlarla vuruşması;
10. Qanturalının Selcan xatunu sınaması.
Göründüyü  kimi,  boyda  riyazi  düstur  olmasa  da,  oradakı  rəqəmlərin
daxili cəmlənməsi ilə hadisələrin düzümü bir-birinə bərabərdir.
«Qazılıq Qoca oğlu Yeynəyin boyu»nun riyazi-morfoloji təhlili:
Struktur: «Qazılıq Qoca oğlu Yeynəyin boyu»nun riyazi-morfoloji tər -
kib  hissələri,  ziddiyyət,  situasiya  və  funksiyaları,  bir-biri  ilə  əlaqəsi  və
hadisələrin boyun ümumi məzmununda birləşməsi.
Boyun morfologiyası:
A – Qanlı Qocanın diləyi və Düzmürd qalasına hücumu
B – Arşun oğlu Dirəyin ona qalib gəlməsi
A ≠ B
Dustaqlıq (situasiya)
A1 – Yeynəyin böyüməsi
A2 – Atasını xilas etməyə getməsi
Situasiya A1 – A2 funksiyasını törədir.
Yuxu (səbəb). Yuxu vuruşmanı stimullaşdırır.
Vuruşma (situasiya)
Yeynək – (+1)
Arşun oğlu Dirək – (-1)
Qanlı Qoca – (+1)
Oğuz igidləri – (+24)
Boyda Oğuzlarla Düzmürd qalası arasında ziddiyyət, qarşıdurma hiss
olunur. Boyda 24 Oğuz bəyinin qəhrəmanlığı sıfıra bərabərdir. Qanlı Qo -
canın  qiymətləndirilməsi  sıfır  olsa  da,  sonda  müsbət  1-ə  çevrilir.  Buna
görə də Yeynəyin müsbət işarəsi ilə Qanlı Qocanın müsbət işarəsi toplana
bilir, müsbət 2 olur. Boydan göründüyü kimi, Yeynəyin müsbət işarəsi ilə
Arşun  oğlu  Dirəyin  mənfi  işarəsi  toplana  bilmir,  onun  mənfi  1  işarəsi
sıfıra bərabər olur (1 – 1). 
NƏTİCƏ
«Dədə Qorqud kitabı» bu vaxtadək folklor informasiyaları baxımından
təhlil olunmuşdur. Son zamanlarda isə dastanın mifologiyası daha dərin -
dən öyrənilmişdir. Lakin bunlar «Dədə Qorqud kitabı» informasiyalarının
elmi təhlilində açar rolunu oynayır. Dastanın morfoloji, riyazi, psixoloji
və s. üsullarla təhlili oradakı boyların daxili inkişaf xəttini, riyazi struktu-
run morfoloji xüsusiyyətlərlə bağlılığını da öyrənməyə kömək edir. Boy -
larda riyazi kodlar çoxdur. Onların şifrələrinin açılması nə ti cəsində das -
tanın  yaranma  dövrünün  riyazi  rəqəmi,  Oğuz  zamanının  müqəddəs  rə -
qəm lərinin  nəyə  bərabər  olması  üzə  çıxmış  olur,  boylardakı  mənfi  və
müsbət xarakterlərin riyazi işarələri, hər boyun riyazi tənliklərlə işarələn-
məsi  aydın  görünür.  «Dədə  Qorqud  kitabı»  Oğuz  dünyasındakı  əcdad-
larımızın riyazi biliklərinin hansı səviyyədə olmasını da göstərir.


13
2013/
I
İşin elmi nəticəsi. Tədqiqat nəticəsində «Dədə Qorqud kitabı»nın bü -
tün riyazi strukturu açılmışdır. Boylardakı riyazi şifrələrin onun morfolo-
ji xüsusiyyətlərindən asılılığı aşkar edilmişdir.
İşin elmi yeniliyi. «Dədə Qorqud kitabı» ibtidai insanların analitik ri -
yazi biliklərə sahib olmasını göstərir. Boylardakı riyazi kodlaşdırma, şif -
rələr tərəfimizdən açılmış, qədim oğuzların bildikləri düstur və tənlikləri
poetika dili ilə izah etməsi sübut edilmişdir. 
İşin  tətbiqi  əhəmiyyəti.  Alınan  nəticələr  qorqudşünaslıqda  yenidir.
Das tanın həm tədrisində, həm də yenidən öyrənilməsində, aparılacaq təd -
qiqatlarda daha yaxşı nəticələrə gətirib çıxaracaqdır. Bunun üçün gələcək
folklorşünasların riyaziyyatı bilməsi tələb olunur.
ƏDƏBİYYAT
1. Abdulla B. «Kitabi-Dədə Qorqud»un poetikası. Bakı, 1999
2.  Cəfərov  N.  Türk  epik  təfəkkürü  və  «Kitabi-Dədə  Qorqud»./Türk  epik
təfəkkürü  və  «Kitabi-Dədə  Qorqud»  –  1300.  Filoloji  araşdırmalar.  IX  kitab.
Bakı, 1999
3. Cəmşidov Ş. Kitabi-Dədə Qorqud. Bakı, Elm, 1977
4. Cəmşidov Ş. «Kitabi-Dədəm Qorqud» (tarixi, coğrafi, tekstoloji tədqiq və
Drezden əlyazmasının dürüstləşdirilmiş elmi mətni). Bakı, Elm, 1999
5. Heyət C. Dədə Qorqud haqqında düşüncələrim. – «Ortaq türk keçmişindən
ortaq  türk  gələcəyinə»  II  uluslararası  folklor  konfransının  materialları.  Bakı,
2004
6. Hüseynoğlu K. Qorqud tarixi şəxsiyyət kimi: dövrü, hərbi-siyasi fəaliyyəti,
adı və ləqəbləri. «Elm» qəzeti, 2004, 12 iyun
7. Kamal Abdulla. Gizli Dədə Qorqud. Bakı: Yazıçı, 1991
8. Kitabi-Dədə Qorqud./Tərtib edəni H.Araslı. Bakı: Gənclik, 1978
9.  Kitabi-Dədə  Qorqud./Müqəddimə,  tərtib  və  transkripsiya  F.Zeynalov  və
S.Əlizadənindir. Bakı: Yazıçı, 1988
10. Kitabi-Dədə Qorqud. Bakı, Elm, 1999
11. Kitabi-Dədə Qorqud. Bakı, Öndər, 2004
12. Vəliyev K. Dastan poetikası. Bakı: Yazıçı, 1984
Rəyçi: Fil.ü.f.d. Seyfəddin Rzasoy


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə