Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə5/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   2   3   4   5   6   7   8   9   ...   61

14
2013/
I
Tarix üzrə fəlsəfə doktoru
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi
e-mail: xeliyeddin_ xelilli@ mail.ru
“DƏDƏ QORQUD” OĞUZNAMƏLƏRİNDƏ MİFOLOJİ
TƏFƏKKÜRÜN İLKİN FORMALAŞMASI VƏ DAİRƏVİ-
QAPALI TSİKLİNİN ƏKSİ
XÜLASƏ
Məqalədə ilk dəfə Azərbaycan xalqının təfəkkür tarixi yaranış çağından elmi səviy -
yə   yə yüksəlməsinə qədərki mərhələsi arxeoloji və folklor materialları  əsasında şərh olu -
nur. Qədim paleolitdən tunc dövrünə qədərki qapalı, dairəvi xətt üzrə mövcud olmuş ilk
mərhələdə toplum özünü ancaq təbiətə eyniləşdiyi üçün bitki, heyvan, torpaq, su, göy,
yer, Ana kultunu və Allahları yaradır. Tunc  dövrünə  keçid  mərhələsində yaranan  ilkin
refleksiyanın təsiri altında  mifik təfəkkürün qapalı, dairəvi xətt üzrə mövcudluğu dağı -
dılır təfəkkür eninə və dərininə inkişaf edir. Həmçinin ilkin refleksiyanın  təsiri altında
et  nik mənlik şüuru, Ata kultu, kişi obrazlı Allahlar yaranır. Ata kultu ilə eyniləşən ilkin
et nonim, bu ideologiyanın təsiri altında tayfa və tayfa  ittifaqları yaranır. Ana xaqanlıq
dövrünün  bədii  təfəkkür  vasitəsi  nağıl,  mif,  əfsanədən  fərqli  Ata  xaqanlığı  tərənnüm
edən epos janrı yaranır. «Dədə-Qorqud» oğuznamələrində  qədim paleolitdən tunc döv -
rü nə qədər yaranmış ilkin inam və  etiqadlar, bitki, heyvan və b. totem və kultlar, Ata
xaqanlığın yaratdığı ata Oğuz əcdadı kultu, onun yaratdığı Oğuz etnonimi, etnosu, onun
qəhrəmanlıq  ənənələri  tərənnüm  olunmuşdur.  «Dədə-Qorqud»  oğuzları  mifik  tə fək kür
səviyyəsində idi, az hallarda empirik təfəkkür özünü biruzə verir.
Açar sözlər: Mif, təfəkkür, totem, kult, Oğuz, xətti zaman
THE STAGES OF MYTHOLOGICAL THOUGHT IN THE EPOS OF “DEDE-
GORGUD” IN TERMS OF THAT PERIOD
SUMMARY
In the article on the basis of archeological and folklore materials for the first time is
elucidated the stage of the Azerbaijani people’s history of thinking from the creation up
to the development to the scientific level. In the initial stage covering from the ancient
Paleolithic  period  up  to  the  Bronze Age  and  existing  in  a  closed,  circular  line,  as  the
community  had  identified  itself  to  the  nature  they  created  the  cults  of  plant,  animals,
earth,  water,  sky,  soil,  Mother  and  gods.  Under  the  influence  of  the  initial  reflexion
formed in the phase of transition to the Bronze Age the existence of mythical thinking
according to the closed, circular line was destroyed and the thinking began to develop to
width and depth. In addition, under the influence of the initial reflexion the ethnic self-
consciousness, the cult of the Father, gods in the image of men were formed. The first
ethnonym identical (same) to the cult of the Father, under the influence of this ideology
tribes and tribal unions were formed. Unlike the means of artistic thinking –tale, myth
and legend of the Mother khakanate (the territory ruled by a khakan – sovereign) period
was  formed  the  genre  of  epos  glorifying  the  Father  khakanate.  In  the  Oghuznameh
“Dede-Gorgud” the first faith and beliefs, plant, animals and other totem and cults cre-
ated from the ancient Paleolithic period up to the Bronze Age, Father Oghuz ancestor’s
cult created by the Father khakanate,  the ethnonym Oghuz created by it, ethnos, its hero-


15
2013/
I
ic  traditions  were  described.  “Dede-Gorgud”  Oghuzes  were  at  the  level  of  mythical
thinking, empirical thinking manifested itself rarely.
Key words: Myth, thinking, totem, cult, Oghuz, linear of time
ЭТАПЫ МИФОЛОГИЧЕСКОГО МЫШЛЕНИЯ В КОНТЕКСТЕ ВРЕМЕН-
НОЙ ОСИ В ДАСТАНАХ "ДЕДЕ ГОРГУД"
РЕЗЮМЕ
В статье на основе археологических и фольклорных материалов впервые ком-
ментируется история формирования мышления азербайджанского народа с момен-
та зарождения до возвышения, до научного уровня. На начальном этапе, с перио-
да древнего палеолита до бронзового века, общество, существовавшее как замкну-
тое,  идентифицирует  себя  с  природой  и  создает  божества  и  культы,  связанные  с
растительностью, животным миром, землей, водой, небом, матерью. В переходный
период к бронзовому веку под воздействием возникающей в этот период первич-
ной рефлексии замкнутость, цикличность мифологического мышления исчезает, и
мышление развивается вширь и вглубь. В то же время под воздействием первич-
ной рефлексии возникает этническое сознание, культ Отца, боги в образе мужчи-
ны. Обусловленные этой идеологией возникают отождествляемый с культом отца
пер вичный этноним, а также племена и племенные союзы. В отличие от характер-
ного для периода матриархата художественного мышления в форме сказок, мифов,
легенд, возникает прославляющий патриархат жанр эпоса. В эпосе "Деде Горгуд"
прославляются  первичные  верования,  растительные,  животные  и  др.  тотемы  и
культы, созданный патриархатом культ предка Огуза и этноним Огуз, этнос, воз -
ник шие в период с древнего палеолита до бронзового века. Огузы "Деде Горгуда"
были на уровне мифического мышления и в редких случаях эмпирическое мышле -
ние проявляло себя.
Ключевые слова: миф, мышление, тотем, культ, Огуз, временная ось
İşin  elmi  yeniliyi.  Təfəkkürün  ilkin  təzahüründən  qapalı-dairəvi  xətt
üz  rə  yaşam  dövrünü,  qapalı  xəttin  dağılması  mərhələsi  və  xətti  zamanı
kəşf edib təfəkkürün mifik səviyyədən elmi və dini səviyyəyə yüksəl mə -
sini Azərbaycan oğuzlarının tarixində mərhələlərdə, proses kimi necə in -
ki şaf etdiyini, şərh etmək, əsaslandırmaq.
İşin məqsədi. «Dədə Qorqud» oğuzlarının təfəkkür səviyyəsini mü əy -
yənləşdirmək.
Tarix elmi varlığın bütün formalarının doğuluş, yaşam, inkişaf, bir hal-
dan  başqa hala  keçmə  ölümü və  s. haqqında  elmdir. Tarix özü  varlıqlar
prosesindən ibarət olduğu üçün tarix elmi də bu prosesləri, onu doğuran,
bir haldan başqa hala keçirən səbəblərdən bəhs edən elm kimi çıxış edir.
Elə bu səbəbdən də bütün elmlərin fövqündə dayanır. Dünyanın bütün qa -
baq cıl  xalqları  tarixə  və  tarix  elminə  həssaslıq  dərəcəsinə  görə  dünya
xalq ları arasında, sırasında ön yerdə dayanır.
Varlığın ən mühüm yaradıcı formalarından, növlərindən biri təfəkkür,
onun  tarixi  formalarıdır.  Elə  bu  səbəbdən  də  etnik-milli  tarixi  təfəkkür
formaları tarix elminin tədqiqat predmetidir. Qədim dövr və orta əsrlərdə


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə