Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə6/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   2   3   4   5   6   7   8   9   ...   61

16
2013/
I
təfəkkür  formalarının  öyrənilməsinə  Şərq  ölkələri  elmi  həmişə  xüsusi
önəm vermişdi. Azərbaycan isə onun aparıcı elmi mərkəzlərindən biri idi.
XVI-XVII  əsrlərdə  Şərq  İslam  dünyasında,  o  cümlədən  Azərbaycanda
elmlər  tənəzzül  etdi.  Elmin  mərkəzi  Şərq  ölkələrindən Avropaya  keçdi.
XVIII  əsrdə Avropada  elmlər  sürətlə  inkişaf  etsə  də,  özünün  ən yüksək
mərhələsinə XIX əsrdə çatdı. Elmlərin yeni bölgüsü, təsnifatı və nə zə riy -
yələr yaranırdı. Tarix elminin inkişafı təbii olaraq bu proseslərdən do ğur -
du. Tarix elmi bu inkişaf, yeni dərketmə prosesini əks etdirirdi. Bu dövrdə
tarix elminin yeni sahələri yaranır. İlkin olaraq təfəkkür forma larını fəl-
səfə öyrənirdi, XIX əsrdə tarix elminin yeni yaranan sahəsi etno logiya və
folklorşünaslıq bu işə qoşulur. Təfəkkürün tarix öncəsi və son çağ kollek-
tiv yaradıcılıq formalarını öyrənən sahəsi mifologiya adla nır.
Avropada elmlərin sürətli inkişaf çağı zəngin milli elmi xəzinəyə malik
Azərbaycan mütəfəkkirləri A.A.Bakıxanov, M.Kazımbəy və b. Avropa ilə
təmasda onun təzyiqinə cavab olaraq elmi ideyaları, ictimai fikri yenidən
canlandırdılar. Ən qədim və qədim çağın mifoloji təfəkkür yaradıcılığını
yenidən canlandırmağın əhəmiyyətindən bəhs edən M.Kazımbəy yazırdı:
“Əfsanəsi olmayan xalq, rəvayəti olmayan ölkə yoxdur. Köçərilərdə bu,
nəsildən-nəsilə şifahi şəkildə keçir.
Yarımmədəni  xalqlarda  bu  nümunələr  onların  etiqadlarının  əsasını,
yazılı ədəbiyyatın, tarixin əsas məzmununu təşkil edir. Mədəni xalqlarda
isə müqəddəs bir şey kimi onların təxəyyülü üçün zəngin qida mənbəyinə
çevrilir” (2, 306).
XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan ictimai fikri nəhəng
yaradıcılıq yolu keçdi. Lakin Azərbaycanda ilk sistemli elmi tədqiqatlara
Azərbaycan Cümhuriyyəti illərində başlandı. 1920-ci il 27 aprel Kom mu -
nist rus işğalı ilə milli elmi araşdırmaya, ümumiyyətlə azad düşüncəyə qa -
dağa qoyuldu. İctimai inkişaf haqqında marksizmdən başqa bütün baxış və
nəzəriyyələr qeyri-elmi, antibəşəri elan edildi. İmperiyada, birinci növ bədə
əsarət altına alınmış xalqların tarixinin hər hansı bir sahəsində təd qiqatın
nəyi aşkar etməsindən asılı olmayaraq nəticə kimi imperiyanın əvvəlcədən
verdiyi ustanovka göstərilməli, deyilməli idi. Bu dövrdə artıq 1815-ci ildə
alman şərqşünası H. Dits tərəfindən Drezden kitabxanasında Azərbaycan
türklərinin mənşəyi, mədəniyyəti, ilkin təfəkkür tarixini özündə əks et di -
rən “Kitabi – Dədə Qorqud əla lisani – tayfeyi – oğuzan” (Oğuz tayfasının
dilində  “Dədə  Qorqud  kitabı”)  eposunu  aşkar  edilmiş  və  elmi  tədqiqata
cəlb etmişdi. 
“Dədə  Qorqud”  oğuznamələri  sürətlə  elm  aləminin,  xüsusən  şərqşü -
nas  ların diqqətini cəlb edirdi. H. Dits “Basatın Təpəgözü öldürdüyü bo -
y”u almancaya tərcümə etmiş və ona əhatəli şərh yazmışdı. O, dastanın
yaranma  tarixindən  bəhs  edərkən  yunan  Polufeminin  “Dədə  Qorqud”


17
2013/
I
Oğuznaməsindəki Təpəgözün təsiri altında yaranması mülahizəsi ilə çıxış
etmişdir. Avropa mərkəzçilik ideyalarının coşqun inkişaf etdiyi, türk düş -
mənçiliyi, Osmanlı imperiyasını məhv etmək ideyalarının alovlandığı bir
dövrdə Avropada belə bir mülahizə ilə çıxış etmək tarixə, elmə hörmətlə
yanaşmağın  alman  nümunəsidir.  Beləliklə,  Avropada  “Dədə  Qorqud”
oğuznamələrinə maraq artır. 1857-ci ildə V.Qrimm Təpəgözü “yeni Oğuz
siklopunun  kəşfi”  kimi  mövcud  beynəlxalq  siklop  süjetinə  da xil  edir
(4,5).  Oğuznamələrə  növbəti  ən  böyük  maraq  böyük  alman  şərq şünası
T.Neldeksdə özünü göstərir. O, “Dədə Qorqud” oğuznamələrinin bü töv -
lükdə  tərcüməsinə  girişir,  lakin  az  sonra  işi  başa  çatdırmağa  enerjisinin
çatmayacağını duyub, 1892-ci ildə etdiyi tərcüməni yarımçıq vəziyyətdə
gənc şərqşünas V.V.Bartolda bağışlayır. Tərcüməni davam etdir məyi ona
tövsiyyə edir. V.V.Bartold 1894-1904-cü illərdə eposun I, II, III və V boy-
larını ruscaya tərcüməsi ilə nəşr etdirir (6, 3-4). 1922-ci ildə V.V.Bartold
“Dədə  Qorqud”  oğuznamələrinin  ruscaya  tərcüməsini  başa  çatdırsa  da,
onun nəşrinə nail ola bilmir. 1930-cu ildə onun oğuznamələrin Drezden
variantının almancaya tərcümə edilməsi təşəbbüsünün nəticələri və das-
tanların  yaranma  tarixi,  formalaşdığı  coğrafi  və  etnososial-siyasi  mühit
haqqında “Türk eposu və Qafqaz” adlı məqaləsi nəşr olunur” (5).
Məqalədən  göründüyü  kimi,  V.V.Bartold  etnososial  qanunlara  məhəl
qoymadan,  alman  şərqşünası  H.Ditsin  “Dədə  Qorqud”  Oğuzna mələ rin -
dəki  Təpəgöz  boyunun  yunan  polifemini  yaratması  haqqında  elmi  mü -
lahi zəsinə münasibət bildirmədən türk xalqlarının folklorunda ən qədim
mifoloji  obraz  Xızır-Qorqud,  ölümdən  qaçan  Qorqud,  Şaman  Qorqud,
ozan  Qorqud,  Məhəmməd  peyğəmbərin  müasiri,  görücü  imam  Qorqud,
XVIII əsrdə Dağıstan ləzgiləri arasında İslamı yayan imam Qorqud, on la -
rın müxtəlif ölkələrdəki fərqli dövrlərdə yaranmış məzar larından, məlu -
matlardan çıxış etsə də, bunların “Dədə Qorqud” oğuznamələri ilə bağlı -
lığı, əlaqə və münasibəti haqqında heç bir elmi mülahizə irəli sürmədən,
oğuznamələrlə  bağlı qaldırdığı  problemlərin heç birinə cavab vermədən
“Dədə Qorqud” oğuznamələrini orta əsr eposu onun baş qəhrəmanı Ba -
yındır xanın XV əsr Ağqoyunlu türkmən hökmdarı olması mülahizəsi ilə
çıxış  edir.  Göründüyü  kimi,  V.V.Bartold  Avropa  elmi  ideologiyasından
imtina etmiş marksist – bolşevik ideoloquna çevrilmişdir. Odur ki, onun
“Dədə Qorqud”  oğuznamələrinin yaranma  tarixi  haqqında mülahizəsinə
Azərbaycan qorqudşünasları (Ə.Sultanlı istisna olmaqla – X. X.) nəinki
Sovet imperiyasının varlığı illərində, müstəqillik illərində belə toxunma -
ğa cəsarət etmirlər.
“Dədə  Qorqud” oğuznamələrində  ifadə  olunan  etnososial  həyat,  icti-
mai inkişaf səviyyəsi və dastanların yaranma tarixi haqqında sosial struk-
tur yanaşma və kompleks elmi yanaşma tədqiqat metodu ilə əsərlər yaz -


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə