Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə7/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   2   3   4   5   6   7   8   9   10   ...   61

18
2013/
I
mışıq  (Bax:  8;  9;  10).  Bu  məqaləmizdə  isə  Oğuznamələrdə  əks  olunan
təfəkkür tarixinə istinadən “Dədə Qorqud” oğuznamələrində ifadə olunan
təfəkkür laylarına, mərhələlərinə əsasən dastanlardakı etnososial struktur
layları və onun tarixi dövrlərini fərqləndirməyə, ayrılıqda göstərməyə ça -
lışacağıq.
Dünya elmində mifoloji, dini və fəlsəfi (elmi) olmaqla təfəkkürün üç
forması göstərilir. Sonuncu iki təfəkkür forması tarixin ən dərin qatların-
dan başlayaraq, ən uzun dövrü əhatə edən mifoloji təfəkkürün müəyyən
səviyyəsində din və elm ondan törəmişdir (11, 18-19, 32-33, 241-243; 12,
12; 13; 14; 15).
Təfəkkürün yaranma tarixinə kiçik bir ekskursiya edək. Yer kürəsində
insan əcdadının formalaşması dördüncü geoloji dövrü əhatə edir. Bu dövr -
də Azərbaycanda insan əcdadının fəaliyyəti haqqında zəngin maddi mə də -
niyyət  qalıqları  var.  İnsan  əcdadının  fəaliyyət  göstərdiyi  ən  qədim  dövr
(paleolit) milyon illəri əhatə edir. Paleolit dövründə Şimali Afrika, Ön Asi -
ya və Zaqafqaziya (Azərbaycan) bəşəri sivilizasiyanın ilk mənəvi dəyərlə -
rini  yaratmışlar.  Paleolit  dövründə  Azərbaycan  mədəniyyətinin  Ön  Asi -
yada üstün mövqeyə malik olması, Şumerlərin neolit dövründə Azər bay -
can dan  miqrasiya  etmiş  əkinçilər  olması  Azərbaycanın  ilkin  bəşər  mə -
dəniyyətinin yaranmasında mühüm mövqeyə malik olduğunu göstərir (23,
44-251; 24; 25, 14-19; 26).
İndi  konkret  problemin  həllinə,  cavablandırılmasına  keçək.  İlkin,  ən
qədim  mifoloji  təfəkkür  tarixin  hansı  mərhələsində,  necə  yaranmışdı?
“Də də  Qorqud”  oğuznamələrində  ilkin  mifoloji  təfəkkür,  ümumiyyətlə
mifo loji təfəkkürün mərhələləri necə əks olunmuşdur?
İnsanın yaranma tarixi haqqında iki nəzəriyyə mövcuddur. Birinci nə -
zəriy yəyə görə insan əcdadı elə yaranışdan insan olmuş, təkamülün mü -
əyyən  mərhələsində  təfəkkürə,  nitqə,  mədəniyyətə  yiyələnmişdir.  İkinci
nəzəriyyəyə görə insan təkamül prosesində meymunun bir növün dən ya -
ranmışdır. Biz birinci nəzəriyyəni məqbul hesab edirik, müla hi zə lə ri miz
də bu nəzəriyyədə mövcud olan elmi müddəalara söykənir.
Əslində mifik təfəkkürün və nitqin yaranması haqqında bu iki nəzəriy -
yənin arasında ciddi fərq yoxdur. Biri insan əcdadında təfəkkür və nitqin
tarixin  müəyyən  mərhələsində  yaranmasını  deyir,  digəri  həmin  dövrdə
meymunun insana çevrilməsi ilə təfəkkür və nitqin yaranmasını söyləyir.
Beləliklə hər iki nəzəriyyəyə görə insan ilk əmək aləti istehsal etdiyi, mən
və  qeyri-mən  düşüncəsi  ilə  çıxış  etdiyi  vaxtdan  bəşəriyyətin  təfəkkürü,
mifoloji təfəkkürü yaranır (21, 29-64; 27; 13; 14; 23; 24; 26). Əvvəllər bu
tarixin  3  milyon  il  bundan  əvvəl  başladığı  ehtimal  olunurdu,  son  dövr
elmi tədqiqatlar bu tarixin 6 milyon il bundan əvvəl başladığını göstərir
(26,5). Azərbaycanda bu tip  insanın yaşı isə 1,5 milyon il bundan əvvəl


19
2013/
I
başlandı. İdealist və materialist filosofların hər iki qrupu “əmək aləti is -
tehsalı”nı  təfəkkürün,  onunla  birlikdə  insanın  yaranmasına  keçid  tarixi
kimi qiymətləndirirlər. Buna müvafiq əmək nəzəriyyəsini yaradan mark-
sist materialistlər maddi istehsalı, əmək fəaliyyətini mənəvi, sosial-iqtisa-
di, maddi həyatın, bütün istehsal sahələrinin əsası hesab edirlər. İdealist
filosoflar bütün istehsal formalarını, o cümlədən maddi istehsalı mənəvi
istehsalın məhsulu olmasını əsaslandırırlar. İzah edirlər ki, insan o zaman
hər hansı əşyanı istehsal edə bilir ki, onu əvvəlcə beynində, təfəkküründə
qura, canlandıra bilir. Hər hansı əşya təfəkkürdə qurulduqdan, canlan dı -
rıldıqdan sonra onun istehsalına başlanır. Əmək nəzəriyyəsi ilə proletari-
atı,  kütləni  manipulyasiya  edən  K.Marks  da  bunu  etiraf  edərək  yazırdı:
“Hörümçək toxucunun əməliyyatını xatırladan bir əməliyyat icra edir, bal
arısı da mumdan şan qayırması ilə bəzi memar adamları utandırır. Lakin ən
pis memar da ən yaxşı bal arısından lap əvvəldən bununla fərqlənir ki, me -
mar hələ mumdan şan qayırmazdan əvvəl bunu öz beynində qayırıb hazır-
lamış olur. Əmək prosesinin sonunda alınan nəticə artıq bu prosesin əv və -
lindən insanın təsəvvüründə, yəni ideal surətdə mövcud olur” (22, 33-34).
İlkin təzahür çağında  insanların təfəkkürü  o qədər zəif idi ki, mövcud
varlıqlar arasında ciddi fərqləndirmə apara bilmirdi. Daşı – daşa vurmaqla
parçalayır, onun nazik kəsici hissəsindən kəsim aləti kimi istifadə edirdi.
Sınmış ağac budağından və ya sındırdığı budaqdan ov zamanı hü cum və
müdafiə  silahı  kimi  istifadə  edirdi.  “Hissi  əyani  təfəkkürə  malik  idi”,
“başqa canlılar kimi kəsik-kəsik qışqırıqlarla” bir-biri ilə əlaqə sax layırdı.
Birgə fəaliyyət tədricən eşidilən səsin mahiyyətini anlamaq im ka nı yarat-
mışdı. Lazımi mənalar bu cür müəyyən səslərlə mənimsənilmişdir. Başqa
canlılardan  fərqli  olaraq,  insan  rəngarəng  səslər  tələffüz  edə  bilmiş  və
onların  birləşmələri  tədricən  söz  şəklində  formalaş mış dır.  İnsan  zərurət
nəticəsində  elə  əşyaları  adlandırmalı  olmuşdur  ki,  onunla  daim  əlaqədə
olmuş, həmin əşyalar onun məişətinə daxil ol muşdur. Dil tədricən, yavaş-
yavaş inkişaf etmişdir” (21, 60-61; 28, 9). Qədim və orta paleolit döv rün -
də insan əcdadının sosial-mənəvi inkişafı çox ləng getmişdir. Nəhayət e.
ə. 35-ci minillikdə, üst paleolitdə sürü icması, ana xaqanlıq – qəbilə icma -
sı strukturunu alır, dilin yaranması prosesi tamamlanır (21, 61; 28, 9). Dilin
yaranması insanlığın tam formalaşması, fikir və mülahizələrin, ide yaların
olması deməkdir. Dilin yaranması ilə sosial-mənəvi münasibət lə rin əvvəl-
ki dövrlərlə müqayisədə qat-qat sürətlə getdiyini deməyə əsas verir.
Təəssüf ki, mifologiya elmində mifoloji təfəkkürün inkişaf mərhələləri
haqqında  dəqiq  bölgü  yoxdur.  Qədim  paleolitdən  ata  xaqanlığına  qədər
zamansız  və  məkansız  insanlıq  qapalı  xətt  (dairə)  üzrə  özünü  təbiətlə
eyniləşdirilməsi,  özünü  təbiətin  bir  hissəsi  hesab  etməsi  göstərilir  (14,
100-101). Tədqiqatçılar totemizmin, fetişizmin, animizmin, allahların ya -


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə