97
2013/
I
müəllif “Min bir gecə” nağıllarının tərkibindən differensiasiya olunmuş
“Ömər ibn ən-Nüman haqqında nağıl”, “Əcib və Qərib haqqında nağıl”,
“Şahzadə və yeddi vəzir haqqında nağıl”ların adlarını çəkir və bu nağıl-
ların Amerikan yazıçıları V.İrvinq və Edqar Po yaradıcılığına necə təsir
etdiyini konkret nümunələr əsasında təsdiqləyir ( 9, 173-194).
Bu tipli nağıllar, bir tərəfdən, həyat hadisələrini əks etdirmək baxımın-
dan həqiqətə uyğundursa, digər tərəfdən, onlar üçün real məntiq yalnız si -
tuasiyanın müəyyənləşdirilməsi üçün zəruridir. Və bir də onlardan kə nar -
da süjetin gedişi, əsasən onun həlledici, yekunlaşdırıcı məqamlarında va -
cibdir. Süjetin gedişi, bilindiyi kimi, xalqın mənəvi-etik təfəkkürü ilə bağ -
lıdır; bunun əksinə, həyatda olan hər nə varsa, həqiqət etikasının təntə nə -
si, həyat varlığından istifadəni öz əməli xidmətinə görə əldə edə bilən eti -
ka qalib gəlməlidir. Bununla bağlı rus folklorşünasları V.P.Anikin və
J.Q.Kruqlov yazırlar: “Çar nə simurq quşunu, nə Vasilisa – şahzadəni, nə
də onun nəyi varsa əldə edə bilmədi – çünki bunların heç biri ona qismət
olmamalıdır. Despot çar haqqında nağılda söylənilir ki, çarı dəfn edib
onun yerinə atıcı – gənci seçirlər; o, Vasilisa – şahzadə ilə evlənib uzun
illər ərzində onunla sevgi və məmnunluq içində yaşayırlar” (2, 184-185).
Bu istiqamətdə təhlillərimizi konkret nümunələr əsasında davam et di -
rək. Məsələn, Qaraqalpaqların “Ədalətli adamın işini Allah da avand edir”
nağılının süjeti aşağıdakından ibarətdir. Ədalətsizlikdən xoşu gəlməyən
bir qoca üç oğlunu əldən düşdüyü vaxt yanına çağırıb ömrünün sonunda
onlara nə verməyi, nə miras qoymağı dedikdə böyük oğula ondan mal-qa -
ra, ortancıla bağ-bağça, ən sonbeşiyə isə qalan var-dövlət qismət olur. İki
böyük oğullar atanın verdiyini və öz qazandıqlarını qumara qoyur, hət ta
dəfələrlə kiçik qardaşın malına göz dikir , onu alçaltmağa can atırlar. Ki -
çik oğul qardaşların əlindən şəhərbəşəhər qaçır, nəhayət gəlib bir şəhə rə
çıxır. Sonuncu dəfə başqa yad bir şəhərə gəldikdə camaatın şəhər mey-
danında xan seçməklə bağlı xoşbəxtlik quşu uçurduqlarını görür. Kiçik
qardaş meydana girən tək quş gəlib onun başına qonur və o, taxt-taca sa -
hib olur (11, 137-138). Bu nağılda yüksək təfəkkür sahibli insanların ağıl-
lı sayəsində necə böyük uğurlar qazanması əksini tapır. Məsələn, ağılın
gücü nəticəsində müvəffəqiyyət qazana bilmiş “Ağıl yaşda deyil, başda -
dır” Azərbaycan nağılında Fəyyaz və onun atasının fərdi-şəxsi keyfiy yət -
ləri əksini tapır. Şah Fəyyaza gecə vaxtı evdən çıxıb getməməsini məslə -
hət görür. Buna görə Fəyyazı evə birgə yola salmaq məsləhət görülür. On -
ların evinə çatanda evdə kişinin gecə vaxtı nə üçün xəritəyə baxdığını gö -
rür və bunu nə üçün etdiyini soruşurlar. O da cavab verir ki, mən, düşmən
qoşunları ölkəyə qəflətən hücum etsələr, onların “yolunu necə kəsmək
üzərində düşürəm” – deyir. Şah ona sən qoşun başçısı deyirsənsə, nə üçün
belə şeylərlə məşğul olduğunu bir də soruşur. Kişi bunun nə vaxtsa lazım
98
2013/
I
ola biləcəyini deyir. Şah kişinin tədbirli adam olduğunu görüb, onu özünə
vəzir edir (3, 218-219).
Göründüyü kimi, nümunə gətirdiyimiz qaraqalpaq nağılında ağlının
gücünə söykənən oğlan özgə vilayətdə xan rütbəsinə yüksəlirsə, Azər bay -
can nağılında şah ağıllı, tədbirli kişini özünə vəzir edir. Deməli, Azər bay -
can və qaraqalpaq nağıllarında əksər hallarda xanın, hökmdarın, şahın
ağılsız, səfeh olduğu heç də sübuta yetirilmir. Bu fikrimizə dəstək vermək
məqsədi ilə yenə də qaraqalpaq sehrli nağıllarından biri – “Cadugər”ə
müraciət edək:
Nağılda xanın üç qızını ərə verməsindən danışılır. Xan şəhərdə qızların
ərə getməsi üçün qırx gün bir üzünün üstündə bütün əhalinin onun qızları
dayandığı qızıl qüllə qarşısından keçməyi əmr edir. Otuzuncu gün böyük
və ortancıl qız qızıl qüllədən bəyəndikləri oğlana alma atıb nişanlılarını
müəyyənləşdirdikləri halda, ən kiçik qız qırxıncı gün yetişənə qədər heç
bir oğlana alma atmır. Xan qəzəblənir. Səbəbini öyrənmək istədikdə şəhə -
rin bütün oğlanlarının qızıl qüllə qarşısından keçmədiklərini öyrənir. Nə -
hayət, qalan oğlanlar da qüllənin qarşısından keçməyə məcbur edilir, ki -
çik qız bir çəlimsiz, diqqəti o qədər də cəlb etməyən oğlana alma atır. Xa -
nın əvvəlki iki qızın seçimindən xoşu gəlsə də, kiçik qızın seçimi onu qa -
ne etmir. Lakin qızların hamısına qırx gün qırx gecə toy edilir. Toydan
sonra xan iki böyük qızlarına və kürəkənlərinə dəbdəbəli saray verib, on -
ları yerləşdirsə də, kiçik qıza və onun ərinə köhnə daxma verir. Gün ye ti -
şir başqa ölkənin xanı bu ölkəyə qarşı müharibə elan edir. Güc tükənir,
məğlubiyyət yaxınlaşır. Xan iki böyük kürəkənlərini orduya komandan
təyin edir. Onların da məğlubiyyətə uğradığını gördükdə kiçik qızın əri
sehrli atının yalından bir tük yandıran kimi at hazır olur. Oğlan onunla
döyüşə girir və düşməni geri oturdur. Xan qazanılmış qələbə şərəfinə qırx
gün, qır gecə şadyanalıq edir. Hamı eyş-işrət içində olur. Xan tanımadığı
bu igidi mükafatlandırmaq istəyir. Oğlansa xanı öz yaşadığı yerə aparır və
o, burada onun sonbeşik qızı ilə kiçik bir daxmada yaşadığını və bu oğ la -
nın məhz özünün kiçik kürəkəni olduğunu görür. Belə vəziyyəti görən
xan pəjmürdə olur. Lakin kürəkəninin və qızının şəninə yenidən qırx gün,
qırx gecə məclis təşkil edir və xan bu igidi öz yerinə taxt-taca sahib edir
(11, 20-27). Bu qaraqalpaq nağılında da yenə də xanın həm özünün ağıl-
lı, həm də taxt-tacı etibar etdiyi gəncin ağıllı olduğu göz özündə dayanır.
Qaraqalpaqların başqa bir “Gülziba” sehrli nağılında isə əksinə xanın
ağıldan bəla, səfeh olduğu təsvir olunur. İlk növbədə burada xan qızı Gül -
zibanın cəngavərliyindən və bacarığından, düşdüyü ekstremal vəziy yət -
lərdən alnıaçıq, üzüaçıq çıxdığı diqqət mərkəzinə çəkilir. Yeri gəlmişkən
qeyd edək ki, “Gülziba” nağılının ənənəvi süjeti nəinki qaraqalpaq, həm
də digər türk və Şərq xalqlarının nağıl repertuarında yer almışdır. Gülziba
Dostları ilə paylaş: |