Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
  1   2   3   4   5   6   7   8   9   ...   59


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI  
FOLKLOR İNSTİTUTU
DƏDƏ QORQUD
Elmi-ədəbi toplu
İldə 4 sayı buraxılır
I (50)
BAKI - 2014


Toplu Azərbaycan Milli Elmlər Akademiyası 
Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunur.
Baş redaktor: Tofiq HACIYEV
Redaksiya heyəti:
Kamal Abdulla, Anar, Şükrü Haluk Akalın (Türkiyə), Aman -
mırat Baymıradov (Türkmənistan), Nizami Cəfərov, Paşa Əfən -
diyev,  Əfzələddin  Əsgərov,  İsa  Həbibbəyli,  Muxtar  İmanov,
Kam ran Əliyev, Hüseyn İsmayılov, Tofiq Məlikov (Rusiya), El -
xan  Məmmədli,  Törə  Mirzəyev  (Özbəkistan),  Qara  Namazov,
Oljas  Süleymenov  (Qazaxıstan),  Osman  Fikri  Sərtqaya  (Tür -
kiyə), Sadık Tural (Türkiyə), Fikrət Türkmən (Türkiyə)
Baş redaktorun müavini:
Seyfəddin Rzasoy
Məsul katib:
Tahir Orucov
İngiliscəsinə məsul:
Seyran Əliyev
Ruscasına məsul:
Aslan Məmmədli
Nəşrinə məsul:
Əziz ƏLƏKBƏRLİ
“Dədə  Qorqud”.  Elmi-ədəbi  toplu,  I.  Bakı,  “Nurlan”  nəşriyyatı,
2014
ISBN  5-86874-062-7
© Folklor İnstitutu, 2014


Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar
Osman ƏFƏNDİ
Fəlsəfə üzrə elmlər doktoru, professor
e-mail: osman_efendi@mail.ru
“DƏDƏ QORQUD KİTABI”NDA “OĞUL MƏHƏBBƏTİ”
İDEYASININ BƏDİİ-ESTETİK TƏCƏSSÜMÜ
Xülasə
Məqalə “Dədə Qorqud kitabı”nda geniş yer tutan “məhəbbət” anlayışının bədii-fəlsə -
fi cəhətdən araşdırılmasına həsr olunur. Müəllif əsərdə geniş təsvir olunan “məhəbbət”
an layışının üç formasına diqqəti cəlb edir. Bunlar “ana məhəbbəti”, “ata məhəbbəti” və
“oğul məhəbbəti” kimi təqdim olunur. Müəllif  “Dədə Qorqud kitabı”nda  “oğul məhəb-
bəti” ideyasının bədii-estetik məzmununa dair nəzəri mülahizələrini açıqlayır və fikirlə -
ri nin şərhinə Qazan xan və Uruz bəy obrazlarını nümunə seçir. Məqalədə “məhəbbət”
ideyası əsərdəki bədii faktlar əsasında təhlil olunur. Bu faktların təhlili vasitəsilə “mə -
həb bət” anlayışının bədii-fəlsəfi mahiyyəti açılır.
Açar sözləri: məhəbbət, oğul məhəbbəti, ideya, faciə, fəlsəfi-məzmun, fəlsəfi fikir
THE ARTISTIC- AESTHETIC EMBODIMENT OF “SON LOVE” IDEA IN
“THE BOOK OF DEDE GORGUD”
Summary
The article dedicates to the investigation of idea “love’ in artistic- philosophical fea-
ture which takes important part in  “The Book of Dede Gorgud”. The author shows three
forms of idea “love” which is described in the work in a large form. They are presented
as “mother love”, “father love” and “son love”. The author explains the theoretical con-
siderations about the artistic-aesthetic meaning of the idea “son love” in “The Book of
Dede Gorgud” and chooses the characters Gazan khan and Uruz bey as examples to the
explanations of his thoughts. In the article the idea “love” is analyzed on the basis of the
artistic facts in the work. With the help of the explanation of the facts the artistic-philo-
sophical essence of the idea “love” is cleared up.    
Key  words: love,  son  love,  idea,  tragedy,  philosophical  content,  philosophical
thought
ХУДОЖЕСТВЕННО-ЭСТЕТИЧЕСКОЕ ОЛИЦЕТВОРЕНИЕ ИДЕИ
“ЛЮБВИ СЫНА” В “КНИГЕ ДЕДЕ ГОРГУДА”
Резюме
Статья посвящена исследованию понятия “любви”, которое занимает широкое
место в “Книге Деде Горгуда” с художественно-философской точки зрения. Автор
обращает внимание на три формы понятия “любви”, которому дано широкое опи-
сание в произведении. Они представлены такими как: “любовь матери” (материн-
ская  любовь),  “любовь  отца”  (отцовская  любовь),  “любовь  сына”  (сыновья
2014/
I
3


любовь). Автор расскрывает свою теоретическую точку зрения о содержании худо-
жественно-эстетической идеи “лююбви сына” в “Книге Деде Горгуда” и на приме-
ре образов Газан-хана и Уруз бея даёт коментарии. В статье идея “любви” анали-
зируется  на  основе  фактов исследуемого художественного  произведения.  Ана ли -
зируя  эти  факты  и  раскрывается  художественно-философская  суть  понятия
“любви”.
Ключевые  слова:  любовь, любовь сына, идея, трагедия, философское содер-
жание, философская мысль
Məsələnin  qoyuluşu: bədii-fəlsəfi  tədqiqatda  “Dədə  Qorqud  kitabı”
prob leminin qoyuluşu.
İşin məqsədi: “Dədə Qorqud kitabı”nın estetik təhlili.
Fəlsəfi-estetik təfəkkürün geniş təcəssümünə meydan olan “Dədə Qor -
qud kitabı” fəlsəfi fikir  tariximizin  mühüm  mənbələrindən biridir. Odur
ki, bu möhtəşəm sənət abidəsinin elmi tədqiqinə bir çox elmi sahə lər  lə ya -
naşı fəlsəfi-estetik cəhətdən yanaşılması təbii qəbul olunur. Çünki əsərin
bə dii və fəlsəfi məzmunu məhz bu çoxcəhətli və müxtəlif baxış ların, nə -
zə riy yələrin, münasibətlərin sayəsində daha müfəssəl ifadə olunur. “Fəl -
sə  fə və incəsənətin qarşılıqlı təsirlərinin xarakteri onların varlı ğı mənim-
səmə üsulunun özündəki müəyyən ümumiliklə izah olunur” (8, 19).
Əsərdə mövcudluq tapan fəlsəfi-estetik ideyaların zənginliyi onun di -
gər sahələrlə (birinci növbədə bədii-emosional sahədə) dialektik əlaqə lə -
rin ortaya çıxarılması ilə şərtləndirilə bilər. Çünki fəlsəfi bilik digər bilik
sa  hələri ilə (bu sahə istər hissi, istər məntiqi idraka daxil olsun) qarşılıqlı
əla  qədə zənginlik tapır. “Həqiqi fəlsəfi problemlərin fəlsəfədən kənar zə -
ru ri məsələlərdə həmişə kökləri vardır, əgər həmin köklər dağılsa, onlar
da yox olar” (4, 72).
Bu qarşılıqlı əlaqələrin sayəsində “Dədə Qorqud kitabı”nda mövqe tu -
tan bədii ideyanın zənginliyi əsərdə təcəssüm tapan fəlsəfi-estetik ideya
və əksinə, yəni, öz növbəsində, fəlsəfi ideya bədii ideyaya təsir göstərir.
Bu qarşılıqlı təsir nəticəsində bədii və fəlsəfi ideyalar əsərin mahiyyətinin
açılmasında, bədii-estetik həqiqətin ortaya çıxarılmasında mühüm rol oy -
na yır. Çünki “ideya özündə və özü üçün həqiqətdir, anlayışın və obyek -
tiv  liyin mütləq vəhdətidir” (2, 392).
“Dədə  Qorqud  kitabı”nda  bədii  ideyanın  zənginliyi  duyğuların,  hiss-
lərin  emosiyaların  ahəngdarlığının  bədii  inkas  səviyyəsi,  bədii  təxəyyül
və  təfəkkür  manevrlərinin  dərinliyi  və  çevikliyi,  obrazların  tamlığı,  bü -
töv  lüyü  və  kamilliyi  ilə  səciyyələnir.  Təbii  ki,  bu  xüsusiyyətlər  yüksək
2014/
I
4


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə