Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1.45 Mb.
səhifə1/67
tarix25.06.2018
ölçüsü1.45 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   67


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FOLKLOR

İNSTİTUTU

DƏDƏ QORQUD

Elmi-ədəbi toplu

İldə 4 sayı buraxılır

IV (45)

BAKI - 2012


Toplu Azərbaycan Milli Elmlər Akademiyası 

Folklor İntitutunun Elmi Şurasının qərarı ilə çap olunur.

Baş redaktor: Tofiq HACIYEV

Redaksiya heyəti:

İsrafil Abbaslı,  Kamal Abdulla, Anar,  Şükrü  Haluk  Akalın

(Türkiyə),  Amanmırat  Baymıradov  (Türkmənistan),  Nizami

Cəfərov,  Məhərrəm  Cəfərli,  Paşa  Əfəndiyev,  Əfzələddin

Əsgərov,  İsa  Həbibbəyli,  Muxtar  İmanov,  Kamran  Əliyev,

Hüseyn  İsmayılov,  Tofiq  Məlikov  (Rusiya),  Elxan  Məmmədli,

Törə Mirzəyev (Özbəkistan), Qara Namazov, Oljas Süleymenov

(Qazaxıstan),  Osman  Fikri  Sərtqaya  (Türkiyə),  Sadık  Tural

(Türkiyə), Fikrət Türkmən (Türkiyə)

Baş redaktorun müavini:

Seyfəddin Rzasoy

Məsul katib:

Tahir Orucov

İngiliscəsinə məsul:

Seyran Əliyev

Ruscasına məsul:

Aslan Məmmədli

Nəşrinə məsul:

Əziz ƏLƏKBƏRLİ

“Dədə Qorqud”. Elmi-ədəbi toplu, IV. Bakı, “Nurlan” nəşriyyatı,

2012

ISBN 5-86874-062-7

© Folklor İnstitutu, 2012



3

2012/

IV

Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar

AMEA Folklor İnstitutunun elmi işçisi

e-mail: atif_islamzade@mail.ru

OĞUZ  EPİK ƏNƏNƏSİNDƏ “QARACUĞIN  QAPLANI”

OĞUZ EPİK  ƏNƏNƏSİNDƏ  “QARACUĞIN QAPLANI”

XAN  STATUSUNUN  FUNKSİONAL  GÖSTƏRİCİSİ  KİMİ

XAN STATUSUNUN FUNKSİONAL GÖSTƏRİCİSİ KİMİ

XÜLASƏ

Bu məqalədə Oğuz epik ənənəsində, həmçinin bu ənənənin əsas bünövrəsini təşkil

edən  “Dədə  Qorqud  kitabı”nda  Qazan  xan  obrazının  xan  statusunun  göstəricilərindən

biri  kimi  “Qaracuğın  qaplanı”  semantemi  funksional  səviyyədə  araşdırıl mış dır.  ”Qa -

racuğın  qaplanı”  Qazan  xan  obrazının  digər  təyin-titullarından  biri  olaraq  obrazın

səciyyələnməsində ciddi rol oynayır. Elə bu baxımdan da “Qaracuğın qaplanı” söz bir-

ləşməsinin tədqiqat obyekti olmasına ehtiyac hiss olunmuşdur.

Açar sözlər: “Dədə Qorqud kitabı”, Qazan xan, “Qaracuğın qaplanı” 

“GARAJUGIN GAPLANI” IN THE OGHUZ EPIC TRADITION AS A

“GARAJUGIN GAPLANI” IN THE OGHUZ EPIC TRADITION AS A

FUNCTIONAL INDICATOR OF KHAN STATUS

FUNCTIONAL INDICATOR OF KHAN STATUS

SUMMARY

In the article in the Oghuz epic tradition the semantem of “Garajugin gaplani” one

points of Gazan khan character in “The book of Dede Gorgud” forming the main foun-

dation of this tradition is investigated in the functional form. “Garajugin” being the other

definite position of Gazan khan character takes important part in the characterizing of

the character. That is why it is needed to investigate the word combination “Garajugin

gaplani”.

Key words: “The book of Dede Gorgud”, Gazan khan, “Garajugin gaplani”

“ГАРАДЖУГЫН ГАПЛАНЫ” КАК ФУНКЦИОНАЛНЫЙ

“ГАРАДЖУГЫН ГАПЛАНЫ” КАК ФУНКЦИОНАЛНЫЙ

ПОКАЗАТЕЛЬ ХАНСКОГО СТАТУСА В ОГУЗСКОЙ 

ПОКАЗАТЕЛЬ ХАНСКОГО СТАТУСА В ОГУЗСКОЙ 

ЭПИЧЕСКОЙ ТРАДИЦИИ

ЭПИЧЕСКОЙ ТРАДИЦИИ

PEЗЮМЕ

В  этой  статье  на  функциональном  уровне  была  исследована  семантема  “Га -

раджу гын гапланы” как один из показателей статуса образа Газан хана в Огузской

эпической традиции, а также в книге “Книга моего Деда Горгуда”, составляющую

ос нову  этой  традиции.  “Гараджугын  гапланы”  являясь  одним  из  других  титулов

определения  образа  Газан  хана,  играет  важную  роль  в  характеристике  образа.

Именно с этой точки зрения ощущалась необходимость в исследовании слово соче -

та ния “Гараджугын гапланы”.



Ключевые слова: “Книга моего Деда Горгуда”,  Газан хан,  “Га раджу гын гап -

ла ны”


Məsələnin qoyuluşu. Qazan xan obrazının bir obraz kimi həm Oğuz

epik ənənəsində, həm qeyri oğuz epik ənənələrində  geniş  səviyyədə  sə -

ciy yələnməsi  “Xan  öyüncü”  şərti  adı  ilə  adlandırdığımız  məlum  təyin-



4

2012/

IV

titul larından keçir. Bu semantemlərdən biri də “Qaracuğın qaplanı”birləş -

mə sidir.  “Qaracuğın  qaplanı”  təyini  nəinki  Oğuz-türk,  hətta  qeyri  türk

top   lumlarının  qədim  inanc  və  mədəni  görüşlərinə,  epik  nümunələrinə

trans  formasiya olunaraq müxtəlif şəkillərdə təzahür edir. Epik-təsviri sə -

viyyələrlə bərabər bu təyin vasitəsilə mifoloji-totemistik baxışlara da ay dın -

lıq gətirmək olur. Bu tədqiqat işində bu kimi məsələlərə toxunulmuşdur.

İşin  məqsədi. Qazan  xan  obrazının  mifoloji  strukturunun  aydınlaş -

dırılması baxımından “Qaracuğın qaplanı” semantemi ciddi informasi ya

verir. Təhlil göstərir ki, bu mifoloji struktur vahidi ilk növbədə məkan və

rütbə işarəsidir. DQK mətnində coğrafi-inzibati Oğuz məkanını və ali sta-

tusu inikas edir. Qaracuğun qaplanı təyini əksər oxunuşlarda eyni şəkildə

olub mübahisəsiz qəbul olunur. Lakin təbii olaraq anlama münasibət fərq-

lidir. Əsasən də Qaracuq və qaplan sözü ayrı-ayrılıqda götürü lərək araş -

dır malara cəlb olunmuş, ən müxtəlif iddialar irəli sürül müşdür. Bizim də

məqsədimiz  bu  məsələlərə  münasibət  bildirməklə  “Qaracuğın  qaplanı”

semanteminin dəqiq məna yozumunu aşkara çıxarmaqdan ibarətdir.

Qaracuq sözü DQK-də üç dəfə işləndiyi yerdə məhz Qaracuğun qap la -

nı söz birləşməsini  ifadə  etdiyi üçün Qaracuq  sözünün araşdırılması elə

ey ni  anla mı  əsaslandırmağa  xidmət  etmişdir.  Qaracuğu  toponim  olaraq

qəbul edən tədqiqatçılar əksərən dağ anlamında Qaracuq dağı anlayışını

ifadə  etdiyini  bildirmiş,  lakin  bu  dağın  hansı  ərazidə  yerləşdiyi  barədə

yekun  fikrə  gəlməmişlər.  Z.Gökalp  dağ  olduğunu  qeyd  etmiş,  eyni  adlı

da ğın Mosul yaxınlığında da olduğunu bildirmişdir. Xüsusən də bu dağ -

ların Türk mə nistanda  yerləşən Qaracuq dağına bənzədiyinə  görə bu  adı

al dığını qeyd etmiş, E.Rossi də bu fikri dəstəkləmişdir (1, 170; 2, 171).

Bun dan  əlavə  Qaracuq  dağın  Xorasan  vilayətində  –  Bəlxdə  (M.F.Qır -

zıoğlu)  Cənubi  Azər baycanda  (H.Araslı)  da  yerləşdiyi  barədə  təd -

qiqatçılar bilgi vermişlər (1, 171; 2, 171). M.Qaşqari lüğətində Qara cuq

dağı  Çebeli-Qa ra cuq  adı  ilə  göstərilmişdir  (1,  171).  Eyni  zamanda

Qaşqari Qaracuğun Oğuz şəhərinin adı olduğunu söyləmişdir. “Karaçuk:

Fərab  şəhərinin  adı:  Bu  Oğuz  şəhərlərindən  biridir”  (1,  469).  Əbülqazi

Bahadır xanda da Qa ra cıq olaraq (bu yazılışda vav (u) səsi yoxdur (3, 416

(205)  dağ  anlamında  “Qaracıqtaq  kimi  işlənmişdir”  (4,  75).  F.Sümər

L.V.Toğana  istinadən  onun  örnək  göstərdiyi  Ş.Ə.Yəzdinin  “Zəfərnamə”

əsərində  Karacuk  (Qaracuq)  dağından  söhbət  getdiyi  və  bu  dağın

M.Qaşqarinin və Ə.Ba hadır xanın bəhs etdiyi eyni dağ olduğu, sonra isə

adının Kara tay adlandırıldığı barədə bəhs açır (5, 55-56).





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   67


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə