Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə10/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   6   7   8   9   10   11   12   13   ...   67

26

2012/

IV

13. Энмеркар и верховный жрец Аратты // ХИДВ. Москва. 1963. с. 268-

276

14.  Афанасьева  В.К.  О  переводах  шумерской  поэзии  //  ПАС.  III  книга



(история  и филология  стран  древнего  Востока).  Москва.  «Наука».1979.  с.

38-56


15. Героический эпос народов СССР (Предисловие Б.Н.Путилова). Лен -

из дат. 1979. 752 с.

16. Binyazar Adnan. Dede Korkut. İstanbul. 1991. 286 s.

17. Кьера Эдвард. Они писали на глине. Москва. «Наука». 1984. 136 с.

18. Алтайские героические сказания. Москва. 1983, 288 с.+ илл.

19.  Жирмунский  В.M.  Огузский  героический  эпос  и  «Книга  Коркута»

//«Книга моего Деда Коркута». Огузский героический эпос. М.-Л. 1962. с.

131-258


20. Сказание об Энки и Нингурсаг // АШП. СПб. 1997. с. 33-41

22. Kramer S.N. Tarix Şumerdən başlanır. Bakı. 2009. 280 s.

23.  Энмеркар  и  верховный  жрец  Аратты  (транскрипций,  перевод,

комментарии и вводные статьи И.Т. Каневой) // ВДИ. 1964. №3. с.244-267;

№4, с. 191-225

24. Афанасьева В.К. Аккадские правители в Шумерском эпосе. Саргон

Древний // Москва. ВДИ. 1989, №2, с. 3-7

25.  История  Древнего  Востока  (Под  ред.  И.М.Дьяконова).  Москва.

«Наука». 1983. 534 с

26.  Белицкий  Мариан.  Забытый  мир шумеров.  Москва.  «Наука»,  1980,

397 с.+ илл.

Rəyçi: F.e.d., prof. İsrafil  Abbasov



27

2012/

IV

AMEA Dilçilik İnstitunun baş elmi işçisi,

filologiya üzrə elmlər doktoru

e-mail: İlhamicefersoy@mail.ru 

ƏSLİ  –  SEVGİ İLAHƏSİ

ƏSLİ – SEVGİ  İLAHƏSİ

XÜLASƏ

Bu tədqiqat işində Azərbaycan və Çuvaş folklorundakı Əsli obrazı öyrənilir. Belə bir

nəticə çıxarılır ki, Əsli qədim Kənan panteonunda sevgi ilahəsi olmuşdur. 

Açar sözlər: Aster, Aşqli, Əsli, Kənan, Xatti, Xiram

ASLI – GODDESS OF LOVE

SUMMARY

In the article is investigated the character of Asli in Azerbaijan and Chuvash folklore/

We come to such conclusion that Asli was the goddess of love in the ancient time in the

pantheon of Kanan (Finik).



Key words: Aster, Ashgli, Asli, Kanan, Khatti, Khiram

АСЛИ – БОГИНЯ ЛЮБВИ

РЕЗЮМЕ

В статье исследуется образ Асли в Азербайджанском и Чувашском фольклоре.

Делается  вывод  о  том,  что  Асли  в  древности  была  богиней  любви  в  Кананском

(Финикийском) пантеоне.



Ключевые слова: Астер, Ашгли, Асли, Канан, Хатти, Хирам

Məsələnin  qoyuluşu. Əsli  və  Kərəm  dastan  qəhrəmanlarına  çevril -

məz  dən qədim Ön Asiya etnoslarının panteonunda ilahə və tanrı olmuş-

dur.  Məqalədə mifdən eposa  keçid prosesinin tarixi genetik  problemləri

öyrənilir. 



İşin  məqsədi. Türk  eposlarının  bir  çox  obrazları  Elam,  Şumer,  Xatti

panteonunda tanrılar və ilahələr olmuşdur. Tədqiqatın məqsədi onları aş -

kara çıxarmaqdan, monoteizm dövründə hansı təsirlərə uğradığını öy rən -

məkdən ibarətdir.

Azərbaycan folklorunda adları nakam sevgi timsalına çevrilən Əsli və

Kərəm  sadəcə  bir  dastanın  ədəbi  surətləri  deyildir.  Qədim  Ön Asiyanın

etnik tanrıları və həmin etnik adları daşıyan tarixi şəxsiyyətlərdir. İlahə Əs -

liyə  və  Kərəmə  sitayiş edən etnoslar samilər İudeyaya, arilər Anadolu ya

gəlməzdən qabaq Kənan torpağında yaşayırdılar (21, 125; 18, 41; 5, 42).

Kam və Kuş nəsillərinin qatışığından yaranan Kənan tayfa ittifaqının

(13, 43; 230, 52) vətəni İordan çayının qərb sahilindəki məhsuldar vadilər

idi (17, 52). Sonra samilər gələrək onları şimala sıxışdırdılar. Kənan nəsil-

ləri Suriyanın Ara lıq dənizi sahillərinə köçdülər (4, 45-46; 9, 413-414).



28

2012/

IV

Kənan yurdunda çoxlu palma ağacı bitdiyinə görə, yunanlar oranı Fi -

nikiya-palmalar  ölkəsi  adlandırdılar.  Henrix  Qrets  “Yəhudilərin  tarixi”

kitabında yazır ki, Finikiya çoxtayfalı ölkə idi (4, 46).

Əsli  Finikiyada  yaşayan  bütün  etnosların  ilahəsi  deyildi.  Həmin  əra -

zilərdə yaşayan bir çox etnik birliklər ilahə Anaya sitayiş edirdilər (3, 303;

24, 51).

Azərbaycan folklorunda Əslinin keşiş qızı kimi təqdim edilməsi o de -

mək deyil ki, Məryəm erməni mənşəlidir. Nəinki Gəncədə, ümumiyyətlə,

Qarabağda  və  Çiçək  (qrabarda  Sisak)  mahalında  tarixən  erməni  yaşa-

mamışdır. Hələ VII əsrdə Musa Xorenli yazırdı: – Çiçək və Aran dilində

danışanların ölkəsi başlayan yerdə H’Ay dilində danışanların ölkəsi qur-

tarır (19, 144).

Kənan  nəsilləri  Astarta  və  Astoret  adlandırdıqları  gözəllik  ilahəsinə

məbədlər tikəndə nə yəhudi dini yaranmışdı, nə xristianlıq. İlahə Əsliyə

sitayiş edənlər İudeyanın Roma tərəfindən işğalından sonra şimala köç dü -

lər. Özləri ilə azad sevgi timsalına çevirdikləri Əslini Urmiya gölü vadi -

sinə və Almaniyaya gətirdilər.

M.Ə.Rəsulzadə  1908-ci  ildə  Urmiyaya  səyahəti  zamanı  Kuntiyə  adlı

bir xristian kəndində qonaq olmuşdu. Ona demişdilər ki, Kərəm kilsənin

yanındakı  bulaq  başında  Əslini  görüb,  ona  aşiq  olmuşdur  (26,  24-25).

Kuntiyə Kənan etnoniminin təhrif olunmuş variantıdır. Musa Xorenlinin

“Tarix”ində Kənan nəslinin adı Kentini kimi gös tə rilmişdir. M.Ə.Rəsul -

zadənin  qələmə  aldığı  əfsanə  göstərir  ki,  Əsli  və  Kərəm  dastanı  bütün

ermənilər arasında yox, Kənan mənşəli haylar, yəni Kam və Kuş övlad-

ları arasında yayılmışdır. 

Əslinin monoteizm dövründə bəzi kilsələrdə xristian müqəddəsi kimi

əziz tutulması heç də onu göstərmir ki, o, ermənilərin ilahəsidir. Əsli yal-

nız Kənan nəslindən olan xristianlar arasında əziz tutulurdu. Musa Xo ren -

linin  yazdığına  görə,  Kənan  (qrabarda  Kentuni)  nəsli  eradan  öncə  XIV

əsrdə  h’aylar  üzərində  hökmran  olmuş,  sonra  onların  çoxu  Misirə  köç -

müşdür (19, 35, 84; 20, 48).

Assuriya Tir şəhərini işğal edəndə sağ qalan Kərəm övladları Alba ni -

yaya köçdülər. İbn-Xordadbeh (IX əsr) yazır ki, Kərəm şah ölkəsi Al ba -

niyada yerləşir (23, 5). Biz tarixi və coğrafi bilgilərin təhlili nəticəsində

müəyyən  etmişik  ki,  Kərəm  övladları  Sınıq  körpüdən  başlayaraq  Xram

çayı boyunda yurd salmışdır (25).

Albaniyadan  fərqli  olaraq  Volqaboyu  türklərinin  folklorunda  Əsli  və




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə