Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə11/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   7   8   9   10   11   12   13   14   ...   67

29

2012/

IV

Kərəm kultları XIX yüzilliyin ortalarına qədər yaşadı. Çuvaşlar hətta xris-

tianlığı  qəbul  edəndən  sonra  ilahə  Əsliyə  və  Kərəmə  olan  sayğılarını

unutmamışdılar. Çuvaş şairi Maksim Arzamasov yazır ki, çuvaşlar Seren

(sevgi) ayini zamanı ətrafı Kərəm (Keremet) adlanan bulaq başında pak-

lıq və bakirəlik İlahəsi Asli İraya ağ qaz qurban kəsərdilər (15, 21-22).

İlahə Əslinin adı e. ö. II – I minilliyə aid yazılı mənbələrdə Aster, Aser,

İstar, Yestir, Aştoret, Astarta və Astara variantlarında yazıya alınmışdır (5,

41; 4, 105; 7, 157; 13, 488; 2, 29; 12, 94; 11, 156; 1, 141; 10, 123, 358).

Xristian  Suriya  mənbələrində  və  digər  kilsə  salnamələrində  isə  həmin

teonim Asli, Astli, Astqik, Aşqli formalarındadır (20, 41; 19, 28; 18, 88).

İlahə Əsliyə tapınan etnoslardan biri Kam övladları ilə birlikdə Misirə

köçmüşdür.  Onlar  özlərini Aşer  adlandırır  və  Nil  vadisində  yaşayırdılar

(9, 124). Henrix Qrets yazır ki, aserlərin Misirdə ayrıca knyazlığı vardı.

Onlar Yusif Kənan övladlarına tabe deyildilər (4, 51, 99).

Aşerlər kahin Amosiy hümməti ilə Misirdən qovulanda İsrail oğulları-

na  da  tabe  deyildilər  (Amosiy  Bibliyadakı  Moisey  və  Ourandakı  Musa

peyğəmbərdir).  Əlimizdə  olan  mənbələrin  və  elmi  ədəbiyyatın  təhlili

göstərir ki, ilahə Əslinin övladları İordan çayını keçəndən sonra 3 yüz il

İudeya  və  İsrail  hökmdarlarına  tabe  olmamış,  öz  ayinlərini,  inanclarını

qoruyub saxlamışlar. Onlar yalnız e. ö. X əsrdə çar Solomona (Quranda

Süleyman peyğəmbərə) tabe oldular (4, 51, 99). Solomon onların 20 kən-

dini Tir  çarı  Kərəmə  –  Xirama  bağışlayıb,  sarayını  bəzəmək  üçün  qızıl

aldı (4, 263).

Əsli bir ilahə kimi Melita və Afroditanın Kənan variantıdır. A.Tra çev -

ski yazır ki, ilahə Melita bəzən Aşera adlanırdı (17, 59). Aşeradan başqa

Kənan  panteonunda  Aşqli  kultu  da  olmuşdur.  Aşera  onların  teoloji

düşüncəsində ilahə, Aşqli tanrı kimi təsəvvür olunurdu (18, 88).

Belə  hesab  edirik ki, Türkmənistan  Respublikasının  baş  kəndi Aş qa -

badın adı Əsli teoniminin Aşqli variantından törəmişdir. Əsli variantı isə

daha  çox  Volqa  boyunda  yayılmışdır.  Kazan  şəhərinin  ruslar  tərəfindən

işğalına  qədər Volqa  Bulqarıstanında Aslı  adlı şəhər  olmuşdur  (16,  22).

Eyni zamanda çuvaşlar şimşək tanrısını Aslı Ati, yəni Əslinin atı adlan -

dırırdılar  (169).  Çünki  çuvaşlar  belə  düşünür dü lər  ki,  ilahə  Əsli  göydə

döyüş arabasını çapır. Ona görə də göy guruldayır və şimşək çaxır.

Fikrimizcə, Azərbaycanın Astara şəhəri Əsli övladlarının qədim yurd

yerlərindən  biridir.  E.ö.  II  minilliyə  aid  Finikiya  ədəbiyyatında  bu  teo-

nimin daha çox Astara, Astarta variantları yazıya alınmışdır (18, 41, 64;




30

2012/

IV

2, 29). Nəzərə alsaq ki, Kənan nəsli özünü Kam övladları sayırdı (14, 30,

80, 100; 9, 26) onda belə bir gerçəkliyi danmaq mümkün deyil ki, Astara

kultunun daşıyıcıları Ön Asiyada arilərdən və samilərdən qabaq yaşa yır -

dılar. Məlumdur ki, Kam nəsilləri tarix səhnəsində arilərdən və sami lər -

dən qabaq görünmüşlər (17, 22, 73; 18, 226; 18, 21).

Əsli – Astara kultu elə bir təsir gücünə malik idi ki, bəzən Yerusəlim

kahinləri onun qarşısında  aciz qalırdılar.  İnsanlar İeqova  (Yaxve)  di nin -

dən üz döndərib, Astara məbədinə qurbanlar gətirirdilər (5, 42).

Finikiya  hökmdarları Astara  kultundan  Samaria  və Yerusəlim  saray-

larına  qarşı  bir  siyasi  təzyiq  vasitəsi  kimi  istifadə  edirdilər.  Solomonun

ölümündən  sonra  İudeya  və  İsrail  dövlətlərinin  tənəzzülü  başladı.  Bir

zaman Davidə və oğlu Süleymana “dost” olan Kərəm övladları hər iki öl -

kənin əhalisini kənanlaşdırmağa başladılar.

Həmin məqsədlə Finikiya hökmdarının qızı və Astarta kultunun kahi-

ni İzebel Samaria çarına ərə verildi. İzebel David övladlarını sıxışdıraraq

sevgi  kultunu  bütün  ölkəyə  yaydı.  Məbədlər  gözəllərin  üzünə  açıldı  (5,

41-42, 65).

Bir  qədər  sonra  İzebelin  qızı Atel  Tir  sarayından Yerusəlim  sarayına

ərə verildi. Atel İsrail zadəganlarını aradan götürərək ölkəni yenidən əski

dini inancına qaytarmağa başladı (5, 61). Astarta kultunun kahin ləri ayin

zamanı  qadın  paltarı  geyinər,  gözlərinə  sürmə  çəkər,  qılınc  və  balta  ilə

silahlanardılar.  Musiqinin  ritmi  və  sözlərin  təsiri  altında  ehtizaza  gələr,

bədənlərini kəsib, qanlarını ilahənin bütünə çiləyərdilər (5, 107).

Sonra Assuriyanın qərbə basqınları  nəticəsində Finikiya  tayfa ittifaqı

dağıldı.  Onların  bir  hissəsi  Şimali  Afrikaya  köçərək  Kartaqen  (sonrakı

Karfagen)  şəhərini  saldılar.  Başqa  icmalar  isə  Krıma  (2,  84)  və  Cənubi

Qafqaza miqrasiya etdilər. Onların tayfa başçılarından birinin Kartlosun

adı ilə indiki gürcülər özlərini Kartvel, ölkələrini Kartli adlandırırlar.

İudeyada qalanlar e.ö. VIII əsrdən sonra tədricən yəhudiləşdilər. Ancaq

onlar  ilahə  Əslini  tamamilə  unutmadılar. Yusif  Kənan  nəslindən  Efraim

knyazları Astarta kultunu Azad sevgi kultu kimi İudeya panteonuna daxil

etdilər (5, 107) və onu yəhudi mənəviyyatının tərkib hissəsinə çevirdilər.

Güman  edirik  ki,  Əsli  kultu  Astara  bölgəsinə  öz  arxaik,  Gəncə  ilə

İberi ya arasına sonrakı məzmunu ilə gəlmişdir. Bu barədə fikrimizi orta

yüzil xristian salnamələri təsdiq edir. Həmin salnamələrdə ilahə Əslinin

arxaik variantları yoxdur. Sonrakı Aşqli, Astli, Astliçi və Astqik formaları

var (19, 28; 20, 41). Eyni zamanda Əsli kultu Azad sevgi kultuna çevri -




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə