Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə13/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   9   10   11   12   13   14   15   16   ...   67

34

2012/

IV

Bu  problemin  həll  edilməsinin  əsas  məqsədi  sehrli  nağıllarla  mifin

əla qəsini  aşkarlamaqdır.  Qarşıya qoyulan məqsədə  nail  olmaq  üçün ob -

yekt  kimi  türk  və slavyan nağılları seçilmişdir. Tədqiqatın metodu kimi

qar şı laşdırmalı-müqayisəli metoda üstünlük verilmişdir.

Əsas mətn. Mifin sehrli nağıllara yansıması hadisəsini sehrli nağıllara

məxsus  ənənəvi  formullarda  da  görmək  mümkündür.  Biz  bu  formulları

mifopoetik formullar adlandırdıq və aşağıdakı şəkildə təsnifatlandırdıq. 

a)  Bir varlığın təqdimatı  və  təsviri  ilə  bağlı  metaforik  və  hiperbolik

formullar:

Bu formullar qeyri-adi varlıqlara və ya insana yönləndirilir və əsasən

onun zahirini təsvir edir. Metaforik və hiperbolik formullar birbaşa mi fo -

loji məntiqlə əlaqəlidir. Bu günə qədər aparılan bir çox araşdırmalardan

bəlli olur ki, ibtidai insan özünü təbiətin bir hissəsi hesab etdiyi üçün onun

metaforik  düşüncəsi  müasir  insanın  metaforaya  münasibətindən  kəskin

fərqlənirdi. 

İbtidai düşüncədə insanın aya, günəşə, ağaca, quşa, hər hansı bir hey-

vana və s. bənzədilməsi daha çox totemistik və animistik xarakter da şı yır -

dı. Məsələn, Qadın gözəlliyinin təsviri ilə bağlı:

Türk mətnlərində: 

Ayın on dördü kimi (S.S.)

Yemə-içmə bu qızın xətti-xalına, gül camalına tamaşa elə. Aya deyir –

sən çıxma, mən çıxıram (2, 216)

Rus mətnlərində: 

«Красная девица» 

Mətnin tərcüməsi:

Bu ifadəni hərfi şəkildə tərcümə etsək “qırmızı qız” ifadəsi alınır ki, bu

da nəzərdə tutulan mənanı vermir. Bir çox rus folklorşünaslarının yekdil

fikrinə  görə  qadının  qırmızı  rənglə  müqayisəsi  sırf  mifoloji  düşüncənin

nəticəsi  idi.  Məsələn,  slavyan  toy  mərasimləri  zamanı  qadın  gözəlliyni

ifadə edən mətnlərdən birində deyilir: 

Под горой, горой высокою,

Что кипит колодезь с красным золотом,

Красны девицы расчерпывают;

Коя чарой, коя ковшичком (10, 76).




35

2012/

IV

Mətnin tərcüməsi:

Hündür dağın altında

Quyu qaynayır qırmızı qızılla dolu.

Qırmızı qızlar yığırlar

Hərdən kuzə ilə, fincan ilə.

F.Cəlil “Türk və slavyan xalqlarının folklorunda mifoloji elementlərin

müqayisəsi  (Azərbaycan  və rus  eposlarında)”  qırmızı  qız  ifadəsinin gü -

nəşlə, odla, istiliklə bağlı olduğunu yazırdı (5, 87). Rus folklorunda крас -

нaя солнышко, краснa девица ifadələrinin hər birində qırmızı rəng ele-

mentinə rast gəlirik. Bu isə bir daha qadın gözəlliyinin günəşlə, odla, ocaq

kultu ilə bağlılığına işarədir. Buna daha bir nümunə olaraq aşağıdakı for-

mula nəzər salaq: 

«На поляне огонь горит, в огне девицa сидит, да такая красавица,

что не вздумать, ни взгадать, только в сказке сказать» (7, 241).

Mətnin tərcüməsi:

“Çöldə od yanır, odun ortasında qız oturur, elə gözəldir ki, ağıla gəl -

məz dərəcədə, ancaq nağılda təsvir etmək mümkündür. Göründüyü kimi,

burada da qadın odla, ocaqla müqayisə olunur”. 

Slavyan  nağıllarında  kişi  gözəlliyi  də  özünəməxsus  şəkildə  təsvir

olunur: «Полюбились ей кудри черные, очи соколиные, брови собо -

линые, ухватки богатырские» (7, 200)

Mətnin tərcüməsi:

“Xoşuna gəldi onun qara buruq telləri, şahin gözləri, qunduz qaşları,

pəhləvan biləkləri”. 

Metaforik  və  hiperbolik  formullar  qeyri-adi  varlıqların  təsvirində  də

geniş yer almaqdadır:

Məsələn türk sehrli nağıl mətnlərində div əsasən belə təsvir edilir: “Üst

dodağı göy süpürür, alt dodağı yer süpürür”.

Yaxud  rus  mətnlərində  mifoloji  varlıq  ilanla  bağlı  belə  formul  möv -

cuddur:

«Вдруг прилетает змей о двенадцати головах» (7, 204). 



Mətnin tərcüməsi:

“Birdən on iki başlı ilan uçub gəlir”.

Nağıl yaradıcılığı üçün ənənəvi formullardan biri də qəhrəmanın böyü -

məsi ilə bağlıdır. Qəhrəmanın böyüməsi ilə bağlı formullar istər slavyan,

istərsə də türk nağıllarında əsasən möcüzəvi doğumla bağlı motivlərdə öz

əksini tapır. Məsələn:




36

2012/

IV

“Bir gün, beş gün Qəmər gəlib səkkiz yaşa çatdı” (3, 6).

“Bunlar bir yaşından gəldi iki yaşına, ikidən üçə, belə-belə altı yaşına

çatanda uşaqları məktəbə qoydular” (2, 160) 

“Uşaq gündən-günə böyüdü” (3, 120)

Rus mətnlərində:

«Стали ребятки расти не по дням, а по часам; как хорошое тесто

на опаре поднимается, так и они вверх тянутся» (7, 159) 

Mətnin tərcüməsi:

Uşaqlar  günlə  deyil,  saatla  böyüməyə  başladılar;  yaxşı  mayalanmış

xəmir kimi yuxarı uzanırdılar.

Türk  nağıl  mətnləri  ilə  slavyan  nağıl  mətnlərini  müqayisə  edərkən

aydın olur ki, möcüzəli doğum aktı motivi ilə bağlı uşaqların böyümə for-

mulunda  bir  qədər  fərqliliklər  var.  Belə  ki  slavyan  mətnlərində  qəhrə-

manın böyüməsi hiperbolik xarakter daşıyır. Türk mətnlərində bu hal bir

qədər arxa plana keçir. Qəhrəmanın sürətli böyüməsi motivi əsasən türk

xalq romanlarında hiperbolik xarakter daşıyır.

Bildiyimiz  kimi,  sehrli  nağıl  yaradıcılığında  tez-tez  rast  gəlinən  per-

sonajlardan biri də atdır. Bu səbəbdən də  atın təsviri ilə bağlı formullar

nağıl yaradıcılığında xüsusi yer tutur.

Atın təsviri:

“Çil  madyan dərələrdən sel kimi iki günlük yolu  bir günə keçib İlisı

şəhərə yetirdi” (3, 253)

Yaxud: 


“Atın ağzından bir yaşıl alov çıxa-çıxa gəlir” (3,133).

“Dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi...” (2, 143) 

“Onun dörd ayağı, iki qolu, alnının ortasında bir gözü, iki dənə də iri

buynuzu var idi” (2, 232) 

Rus mətnlərində:

«Конь  у  него  о  двенадцати  крыльях,  шерсть  у  коня  серебряная,

xвост и грива золотые» (7, 163) 

Mətnin tərcüməsi:

Atın on iki qanadı var idi, tükləri gümüşü idi, quyruğu və yalı gümüşü

idi.


Yaxud:

«Сивко бежит, только земля дрожит, из очей искры сыплются, из

ноздрей дым столбом» (7, 229)

Mətnin tərcüməsi:




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə