Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə14/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   10   11   12   13   14   15   16   17   ...   67

37

2012/

IV

“Sivko qaçır, yalnız yer titrəyir, gözlərindən alov saçılır, burnunun de -

şiyindən tüstü dirəkdən çıxar kimi çıxır”. 

b) Zamanla və rəqəmlə bağlı formullar.

Sehrli nağıl yaradıcılığında istər zaman, istərsə də rəqəmlə bağlı for-

mullar mifoloji xarakter daşıyır. Qəhrəmanın sehrli vasitələrin köməyi ilə

bir anda bir yerdən digər yerə getməsi kimi rəqəmlər də sakral xarakter

daşıyır. Ümumiyyətlə, üç, dörd, yeddi, qırx, slavyan nağıllarında otuz rə -

qəmləri sakral rəqəmlər sırasına daxildir. 

İstər zamanla, istərsə də rəqəmlə bağlı formulları bir-birindən ayırmaq

o qədər də məqsədəuyğun olmadığı üçün bu formulları bir arada müqay-

isə etməyi lazım bildik.

Türk mətnlərində:

“Bir göz qırpımında” 

“Üç gün yol getdi. Dördüncü gün haman dağa yetişdi” (3, 254).

“Ertəsi gün sübh tezdən” (1, 122).

“Doqquz ay doqquz gün doqquz dəqiqə doqquz saniyə keçdi” (3, s.6).

“Hər ikisi gəlib çatdı on beş yaşına” (1, 54).

“Qırx gün qırx gecə”.

Eləcə  də  “üç  qardaş,  üç  bacı,  qırx  harami,  yeddi  başlı  əjdaha  və  s.

sehrli nağıl formulları üçün ənənəvi haldır”. 

Rus mətnlərində:

«За  тридевять  земель,  в  тридевятом  царстве  за  огненной  рекою

живет баба-яга» (7, 190).

Mətnin tərcüməsi:

“Otuz torpaq kənarda, otuzuncu çarlıqda, odlu çayın arxasında baba-

yaqa yaşayır”.

«Лег спать и спал непробудном сном девять суток» (7, 196).

Mətnin tərcüməsi:

“Uzanıb yatdı və doqquz gün doqquz gecə dərin yuxuya daldı”.

«Воевал он с бабой-ягою, золотой ногою, а после бою на две над -

цать суток спать» (7, 198).

Mətnin tərcüməsi:

“Döyüşdü o, qızıl ayaqlı baba-yaqa ilə, döyüşdən sonra isə on iki gün

yatdı”.

c) Rəng formulları.



Sehrli nağıllarda rəng formulları da öz əksini tapmışdır. İstər türk, is -

tər sə də slavyan nağıl mətnlərində rəng formulları insana, heyvana, eləcə




38

2012/

IV

də qeyri-adi varlıqlara şamil olunur. Öncə bəhs etmək istədiyimiz rəng ağ

və qara rənglərdir. Nağıllarda bu rənglərdən geniş istifadə olunur. Əsası

mifoloji  təfəkkürə  bağlı  olan  bu  rənglərdən  ağ  xeyirin,  işıqlı  dün ya nın,

qara isə şərin və qaranlıq dünyanın rəmzi kimi göstərilir. Mə sə lən, Mə lik -

məmməd nağılında deyilir: 

“O vaxt döyüşə-döyüşə iki qoç gələcək: biri ağ, biri qara” (3, 174).

Nağılı  oxuduğumuzda  aydın  olur  ki,  qəhrəman  ağ  qoça  minsə  işıqlı

dünyaya, qara qoça minsə qaranlıq dünyaya düşəcək. 

Yaxud Azərbaycan  nağıllarında  ağ,  qara  və  sarı  rəngli  divlərdən  söz

açılır. 

Qara və ağ rənglər eyni zamanda estetik xarakter də daşıyır. Qara saç,

ağ bəniz gözəlliyin tərənnümüdürsə, göy göz və sarı saç və seyrək diş da -

ha çox şərin təzahürüdür. Məsələn, Azərbaycan nağıllarında rast gəli nən

göygöz kosa şərin tərənnümüdür. Yaxud nağıllarda göy gözlü, seyrək dişli

adam təhlükəli adam kimi təqdim olunur. 

İlanlar  üçün  ağ  ilan,  qara  ilan  qızılı  ilan  kimi  ifadələr  xarakterikdir.

Yaxud atlar üçün ağ at (3, 286), qara at (3, 184), çil madyan (3, 250) rəng

formulu kimi ortaya çıxır.

Qızılı,  gümüşü rəng  elementləri də  nağıl  yaradıcılığında geniş yayıl -

mış  dır. Məsələn, yuxarıda da qeyd etdiyimiz kimi, qızıl ilan (I, s.294) qı -

zıl-gümüş ördəklər (1, 90), yaxud qızıl və ya gümüş saçlı qəhrəman ob -

razları türk nağıl yaradıcılığı üçün xarakterikdir. 

Rus  mətnlərində  də  biz  qızıl,  gümüş,  yaxud  qızılı,  gümüşü  rəng  ele-

mentlərinə də rast gəlirik. 

Rus mətnlərində:

“Царский дворец весь из золота” (9, 100). 

Mətnin tərcüməsi:

“Şah sarayı bütün qızıldan idi”.

“Конь наполовину из золота с самоцветами, наполовину из сереб -

ра” (7, 100).

Mətnin tərcüməsi:

“Atın öz rəngi yarı qızıldan, yarı gümüşdən idi”.

Roşiyanunun  fikrincə,  qızıl  saray,  yarı  qızıl,  yarı  gümüş  at  ifadələri

günəş  şüasının  rəmzi  ifadəsi  idi.  Müəllif  bu  haqda  yazırdı:  “Görünür,

burada şüa deyərkən bu söz hərfi mənada anlaşılır. Qəhrəmanlar hər za -

man qızılı və gümüşü boyalarda təqdim olunmurlar. Əgər nəzərə alsaq ki,

nağıllarda qızıl, gümüş əsl rəng hesab olunurdu (qızıl və gümüş saraylar,




39

2012/

IV

qızıl saçlar, qızıl və gümüş körpülər) onda belə fərz etmək olar ki, ən azı

ilk dövrlərdə günəşlə müqayisə olunan metal işıltısı (qəhrəmanların pal-

tarlarının işıltısı) konkret element kimi çıxış edirdi. Bu əlaqə qızıl və gü -

müş elementli formulları qəhrəmanın yalnız paltarına deyil, eyni za man -

da fiziki görkəminə də yansıması həddinə qədər davam etmişdir” (9, 100).

Ümumiyyətlə, slavyan mifologiyasında qızıl o biri dünyanın rəmzi hesab

olunurdu.  Bununla  bağlı  bir  çox  folklorşünas  alimlər,  o  cümlədən  V.Y.

Propp və Uspenski də öz tədqiqatlarında maraqlı fikirlər irəli sürmüş dü lər. 

Propp sehrli nağıllarda öz əksini tapmış qızıl elementi ilə bağlı yazırdı:

“Qızılı rəng o biri dünyanın möhürüdür. Qızıl o qədər tez-tez və o qədər

parlaq və müxtəlif formalarda ortaya çıxır ki otuzuncu çarlığı qızıl çarlıq

adlandırmağa tam hüquq verir” (8, 264).

Magik formullar

Şifahi xalq yaradıcılığının demək olar bütün növləri kimi sehrli nağıl

yaradıcılığında da yetəri qədər magik elementlərə rast gəlmək müm kün -

dür. Mifoloji təfəkkürün nəticəsi kimi magiya ibtidai cəmiy yətlərdə geniş

yayılmış düşüncə tərzi idi. Antropoloji məktəbin məşhur nümayəndə lərin -

dən olan C. Frezer “Qızıl budaq” əsərində ibtidai cəmiy yətlərə magiyanın

iki  növünün  kontagioz  və  simpatik  magiyanın  mövcudluğundan  bəhs

edir di. İbtidai düşüncədə insan magiya vasitəsi ilə təbiət qüvvələrinə təsir

edəcəyini düşünürdü. Bu hal zamanla sehrli nağıllara da öz təsirini göstər-

mişdi.  Bir  çox  magik  elementlər  isə  zamanla  sehrli  nağıl  formullarına

çevrilmişdi. Nağıllarda magik formullar əsasən söz şəklində ortaya çıxır.

Bu formullar bir çox hallarda sözlə bəzi hallarda isə söz və hərəkətlə birgə

icra  olunur.  Məsələn,  qəhrəmana  sehrli  heyvan  öz  tükündən  verir  və

qəhrəmana  dara  düşdüyü  zaman  bu  tükü  yandırmasını  söyləyir.  Qəhrə -

man tükü yandıran kimi həmin heyvan qəhrəmanın köməyinə çatır. Yaxud

möcüzəli əşyaları əldə edən qəhrəman onlara gərəkən magik sözləri söy -

ləyir  və  həmin  əşyalar  qəhrəmanın  arzusunu  yerinə  yetirir.  Möcüzəli

doğum  motivində  də  magik formula rast  gəlmək  olar.  Övladı  olamayan

şəxsə dərviş alma verir. Bu almanı yeyən şəxsin doqquz ay sonra övladı

dünyaya  gəlir.  Bu  hala  türk,  eləcə  də  sehrli  nağıllarda  yetəri  qədər  rast

gəlmək mümkündür. 

Türk mətnlərində:

“Elə ki, mən dediklərimə əməl elədin, bu tükümü oda tut, mən hazır

olaram, səni işıqlı dünyaya çıxardaram (3, 175) .




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə