Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə16/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   12   13   14   15   16   17   18   19   ...   67

43

2012/

IV

naqlar əsasında şərh etməklə, şifahi xalq ədəbiyyatımızın köklərinin çox-

çox  qədimlərə  uzandığını,  bu  yolla mənəvi mədəniyyətimizin  də  maddi

mədəniyyətimiz qədər qədim olduğunu sübut etməkdir. Lakin bu yeganə

məqsəd deyil. Əgər  deyilənə  nail  olunarsa, Azərbaycanın  aborigen  əha-

lisinin pratürklər olduğu sübut edilmiş olar ki, bu da məqaləmizin ən əsas

hədəfidir.

Azərbaycanda qurulan ilk türk dövləti, onun qurulma tarixi və ilk xa -

qanları haqqında məlumatlar  müxtəlif  minilliklərə  və əsrlərə aid  olsalar

da bir-biri ilə inanılmaz dərəcədə üst-üstə düşməkdə, bir-birini tamamla-

maqdadırlar. Həmin məlumatlara əsasən, Azərbaycanda xaqanlıq institu-

tunun təsisi və dövlətçilik tarixinin başlanğıcı Nuh tufanından sonraya tə -

sadüf edir və bilavasitə Nuh əleyhissəlamın adı ilə bağlanır. Azərbaycanın

və ümumiyyətlə, türklərin ilk xaqanı kimi isə Həzrət Nuhun oğlu, sa mi -

lərin Yafəs,  türklərin isə Olcay (və  ya Bulca, Abulca)  adı ilə  tanıdıqları

şəx sin adı çəkilir.

VIII əsrdə yaşamış alban tarixçisi Musa Kağankatlı özünün “Alban ta-

rixi”  kitabında  Yafəsin  soyu  və  bu  soyun  hakimiyyəti  altında  olan  tor-

paqlar barədə çox maraqlı və qiymətli məlumatlar verməkdədir:

"Qardaşlar Nuhun təkidi ilə bir-birini qarət etməyəcəkləri barədə and

içdikdən sonra Nuhun Yafəsə təyin etdiyi sahə şimalda Midiyadan Qad ri -

ona  (əslində  Qordiana,  yəni  Kürdüstan  olmalıdır  –  B.T)  qədər  uzanıb,

Midiyanı Babildən ayıran Dəclə çayının aşağı axarına çatırdı" (1, 14).

Bu məlumatdan göründüyü kimi, VIII əsr tarixçisi, Yafəsə verilən tor -

paq lardan söz açarkən, Midiyanın adını çəkir. Midiya isə eramızdan əvvəl

Vll  -  V  əsrlərdə  Azərbaycan  ərazisində  mövcud  olmuş  dövlətin  adıdır.

Müəllif  bununla  sadəcə  sözügedən  əraziyə  işarə  etmişdir.  O,  kitabının

“Yafəs və Arandan başlayaraq lll Vaçaqana qədər Albaniyada hakim olan

hökmdarların  siyahısı”  adlı  Vll  fəslində Yafəsi Albaniyanın,  yəni Azər -

bay canın ilk xaqanı kimi təqdim edir, ondan hökmdar kimi söz açır. Ki ta -

bının ll fəslində, Yafəsin soyundan və bu soyun hakim olduğu ölkə lər dən

danışarkən, Musa Kağankatlı yenə də Azərbaycanı birinci sırada göstərir

və ilk iki yerə Atropatena və Albaniyanı, yəni Azərbaycanın cə nub və şi -

malını yerləşdirir (1, 17).

Ümumiyyətlə, bu ardıcıllıq eyni mövzuya toxunmuş əksər xristian mü -

əl liflərin  əsərlərində  də  müşahidə  edilir.  Bu  baxımdan  lV  əsr  tarixçisi

Pamfilanın oğlu Yevseviyin yazdıqları da maraq doğurur:

“...Bunlar  isə  Nuhun  üçüncü  oğlu  Yafəsin  soyundan  olan  xalqlardır.




44

2012/

IV

Midiyadan Speriyaya, okeandan Akvelona qədər onlar belə düzülmüşlər;

midiyalılar, albanlar, qarqarlar.., sarmatlar.., meotlar, iskitlər, tavriyalılar..,

bastaranlar...

Yerləşdikləri ölkələr isə bunlardır: Midiya, Albaniya, Meotiya, Sar ma -

tiya, Taorvaniya, İskitlər ölkəsi...” (2, 100).

Bənzər fikrə Portlu İppolitdə də rast gəlirik. O da Yafəs oğullarından

söz açaraq onların torpaqlarını sıralayarkən Midiya və Albaniyanın adını

ilk sırada çəkir (2, 96).

XlX əsrin görkəmli Azərbaycan tarixçisi və maarifçisi Abbasqulu Ağa

Bakıxanovun  yazdığına  görə,Yafəs  türklərin  ilk  hökmdarı  olmuşdur.  O,

XIII - XIV əsrlər müəllifi Həmdullah Müstövhi Qəzvininin “Tarixi-Qo zi -

de” və XV əsr müəllifi Xondəmirin “Xülasətül-Əxbar” əsərlərinə is ti nad

edərək, Yafəsin oğulları barədə ətraflı məlumat vermiş, onun birinci oğlu-

nun adının Türk olduğunu qeyd etmişdir (3, 31). 

Yafəsin şahlığının mərkəzi kimi Azərbaycan ərazisini göstərən xristian

tarixçilərdən  fərqli  olaraq,  müsəlman  tarixçilər  bu  mərkəz  kimi  “Şərq

ölkələri və Türküstan”ın adını qeyd etməkdədirlər. Bu baxımdan XlV əs -

rin  böyük  Azərbaycan  tarixçisi  Fəzlullah  Rəşidəddin  və  onun  məşhur

“Cami ət-Təvarix” əsəri də istisna deyildir (4, 10).

Türklərin mənşəyinin Nuhun oğlu Yafəsə bağlanması fikrində bütün yə -

hudu, xristian və müsəlman mənbələri yekdildirlər. Bu baxımdan türko lo -

giyanın atası hesab edilən Kaşğarlı Mahmudun söylədikləri də maraq lı dır:

“Türklər əslində iyirmi boydur. Onların hamısının soyu əleyhissalam

Nuh peyğəmbərin oğlu Yafəsə, Yafəsin oğlu Türkə qədər uzanır” (28, 22).

Olcay xanın, yəni Nuh oğlu Yafəsin xaqanlığının mərkəzi barədə xris-

tian  və  müsəlman  tarixçilərinin  verdikləri  məlumatlar  ilk  baxışdan  bir-

birindən fərqli görünsə də, birincilərin daha düzgün məlumat verdiklərini

söyləyə  bilərik.  Əslində  müsəlman  tarixçilərin  söylədikləri  sələflərinin

söylədiklərini inkar etmir. Məsələ burasındadır ki, xristian mənbələrində,

o cümlədən “Albaniya tarixi” kitabında Azərbaycanın şimalı, yəni Al ba -

niya həm də “Şərq ölkəsi” adlandırılır (1, 17-19), Fəzlullah Rəşidəddin də

“Şərq ölkələri” ifadəsini işlədir (4, 10). “Türküstan” ifadəsinə gəlincə, bu

ifadə müəyyən dövrdə Azərbaycanı da əhatə etmişdir və bunun ən gözəl

sübutu  “Dədə  Qorqud  kitabı”dır.  Bu  əsərdə  həm  Qazan  xan,  həm  də

Bayandır xan “Türküstanın dirəyi” adlandırılırlar. Bu fikri başqa bir Azər -

baycan tarixçisi Əbu Bəkr əl – Tehrani əl – İsfahaninin “Kitabi – Di yar -

bəkriyyə” əsəri də təsdiqləyir (5, 20). Həm yazılı mənbələr, həm də möv -




45

2012/

IV

cud arxeoloji və yerüstü abidələr bir-birini heyrətamiz şəkildə ta mam la -

yaraq, Yafəsin (Olcayın) atası Həzrət Nuhun yaşayış yeri kimi Azər bay -

can ərazisinə işarə etməkdədir. Deyilənlərin ən əsas və təkzib edil məz sü -

butu Həzrət Nuh əleyhissəlamın məzarının Azəbaycanda, daha dəqiq de sək,

Naxçıvanda  olmasıdır.  Nuhun  Naxçıvanla  bağlılığı  ba rə də  mötəbər  mən-

bələrdən biri də l - ll əsrlərdə yaşamış Roma tarixçisi Ptolomeyin yaz dıq -

larıdır. O, Nuhun Nuksuanada, yəni Naxçıvanda yaşa yıb burada öldü yünü,

burada yerdən duz çıxarmaqla məşğul ol du ğu nu qeyd etmişdir (5, 190).

Həzrət Nuh və tufan barədə ən qədim məlumata “Bilqamıs dastanı”nda

rast  gəlirik.  Tövrat  və  Qurani-Kərimdəki  süjetlərlə,  cüzi  fərqlər  nəzərə

alınmazsa, bütünlüklə üst-üstə düşən şumer süjetində sözügedən peyğəm-

bər Utnapişti adı ilə yad edilməkdədir. Baş verənlər isə onun öz dilindən

nəql  edilir.  Xatırladaq  ki,  söhbət  Tövratdakı  süjetdən  təqribən  2  min  il

daha qədim olan süjetdən gedir.

Tövratda  Nuhun  gəmisinin  yan  aldığı  dağın  Anadolunun  şərqindəki

Ağrı dağı olduğu bildirilir. Qurani – Kərimdə isə söhbət Cudi dağından

gedir.  ”Bilqamıs  dastanı”nda  isə  bu  dağ  Nisir  dağıdır.  Bu  halda  söhbət

Naxçıvandakı Nəhəcir  dağından getməlidir. Azərbaycan rəvayətlərindən

birində isə belə deyilir: 

“Nuhun gəmisi öncə Cudi dağına, daha sonra Ağrı dağına yan alır, son -

ra Haçadağa toxunub onun zirvəsini parçalayıb haçalayır və ən sonda Nə -

həcir dağına ilişib dayanır. Nuh gəmidən burada endiyi üçün əraziyə Nuh -

çıxan deyilir. “Naxçıvan” adı da buradan yaranıb” (5, 194).

Maraqlıdır  ki,  Naxçıvanda  duz  mağarası  kimi  tanınan  və  minillərdir

duz çıxarılan mağarada aparılmış arxeoloji tədqiqatlar burada duz isteh -

salına  minillər  öncə,  yəni  təqribən  Həzrət  Nuh  dövründən  başlan dığını

göstərmişdir ki, bu da Ptolomeyin məlumatını təsdiq edir. Üstəlik də Duz -

dağ ərazisində aparılan son arxeoloji tədqiqalar nəticəsində məlum olub

ki, həmin ərazi dünyada duzun ilk dəfə istehsal və tətbiq edildiyi ərazidir. 

Deyilənlərə Səlcuqlular dövründə peyğəmbərin qəbrinin üzərində sər -

da bə  tikildiyini,  sonrakı  əsrlərdə  bir  çox  səyyahın  bu  sərdabəni  ziyarət

edərək, əsərlərində bu barədə qeydlər etdiyini əlavə etmək lazımdır. Yəni

bu şəxsin heç də mifik şəxsiyyət deyil, real tarixi şəxsiyyət olduğu, fəqət

sonrakı  dövrlərdə  ətrafında  bir  çox  miflər  uydurulduğu  heç  bir  şübhə

oyatmır (5, 194). 

Tədqiqatçı  Yusif  Səfərov  “Bir  əfsanənin  mənşəyi”  adlı  məqaləsində

bölgədən toplanmış nümunələrin qısa məzmununu təqdim etməklə tarixi




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə